Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4684/2021 21.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X, X qarşı (X4 və X2 cavabdeh tərəfindən müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iş üzrə QƏRARİ Açar sözlər: vərəsəlik şəhadətnaməsinin etibarsızlığı, miras əmlaka payın müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3099/2021 nömrəli iş üzrə 07 aprel 2021-ci il tarixli qətna məsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 21 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki, X 15.04.1967-ci il tarixdə X doğulmuşdur, atası X, anası isə İddiaçıdır. X 05.05.1990-cı ildə ilə Cavabdeh1 ilə nikaha daxil olmuş və bu nikahdan 22.10.1990-cu ildə X və 19.11.1992-ci ildə isə X adlı uşaqları doğulmuşdur. X 15.04.1994-cü il tarixdə X bölgəsində X kəndi uğrunda gedən vuruşmalarda həlak olmuşdur. X tərəfindən verilmiş 28.04.1994-cü il tarixli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh1 mərhumun vərəsəsi tanınmışdır.
2. X tərəfindən vəkil Nümayəndə sorğusuna cavab olaraq ünvanlanmış 19.02.2020ci il tarixli məktubdan görünür ki, “Azərbay can Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli Fərmanına uyğun olaraq X vərəsəlik haqqında arayşı əsasında şəhid X1 vərəsəsi Cavabdeh1 birdəfəlik ödəmə həyata keçirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018- ci il tarixli Fərmanı ilə müəyyən edilmiş 11.000 manat birdəfəlik ödəmənin verilməsinə dair cavabdeh X ofisinin notariusu tərəfindən Cavabdeh1 verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab e dilməsi, həmin Fərmanla müəyyən edilmiş oğlu X şəhid olmasına görə verilən 11.000 manat birdəfəlik ödəməyə dair onun payının müəyyən edilməsi, həmin ödəmənin vərəsələr arasında bərabər bölünməsi, hüquqlarının müdafiəsi üçün vəkilə ödədiyi 400 manat xidmət haqqının və məhkəməyə ödədiyi 10 manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbi üzrə 1-ci iddia tələbinin qalmasını, 2-ci və 3-cü tələbini birləşdirərək onun 11000 manat pula dair tələbi üzrə ¼ hissədə payının müəyyən edilərək yeni vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin X üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırm ışdır ki, oğlu 15.04.1967-ci il təvəllüdlü X3 15.04.1994-cü ildə Füzuli bölgəsində erməni işğalçı qüvvələrinə qarşı gedən vuruşmada şəhid olaraq vəfat etmişdir. Oğlu X birinci növbəli vərəsələri anası İddiaçı, arvadı X, övladları X4 və X2 olmuşdur. Oğlu X şəhid olmasına görə o və arvadı X şəhid ailəsi kimi tanınmışlar və şəhid ailələri üçün müəyyən olunmuş müavinətin yarısı ona, yarısıda arvadı Cavabdeh1 ödənilir. Oğlu X şəhid olduqdan sonra ondan miras qalmış xxx saylı mənzilini o, nəvələrinə görə qəbul etməmişdir. Ona görə də X tərəfindən Cavabdeh1 28.04.1994-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanından sonra Cavabdeh1 onun xəbəri olmadan X müraciət etmiş və notarius heç bir araşd ırma aparmadan, digər vərəsələrin axtarışını həyata keçirmədən 28.04.1994-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsaslanaraq oğlu X şəhid olmasına görə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanı ilə müəyyən edilmiş 11000 manat birdəfəlik ödəməni X6 ödənilməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə elektron məlumat göndərmişdir. Nəticədə Cavabdeh1 11000 manat birdəfəlik ödəməni bankdan almışdır.
6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-707/2020 nömrəli, 30 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (T.Əsədova) iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqəd ar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli Fərmanının 1ci bəndində 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra – hərbi qulluqçuların) vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulmuşdur.
8. Qeyd olunan Fərmanın 2-ci bəndində isə vurğulanır ki, birdəfəlik ödəmə bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş ümumi siyahıdakı hərbi qulluqçuların Azərbaycan Respublik asının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir.
9. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vəkil Nümayəndə sorğusuna cavab olaraq ona ünvanlanmış 19.02.2020-ci il tarixli məktubdan görünür ki, yuxarıda qeyd olunan fərmna uyğun olaraq X vərəsəlik haqqında arayşı əsasında şəhid X1 vərəsəsi Cavabdeh1 birdəfəlik ödəmə həyata keçirilmişdir.
10. Beləliklə, göründüyü kimi, iddiaçı oğlunun ölümündən sonra onun miras əmlakını qəbul etməmiş və bununla da o, mirasdan imtina etmiş sayılmışdır. Bu əsasdan məhkəmə hesab etmişdir ki, iddiaçı bu gün hazırki tələbi irəli sürə bilməz.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respubl ikasının Mülki Məcəlləsinin 1151.1, 1159.1.1, 1243.1, 1243.2, 1243.3, 1256, 1257.1, 1257.2, 1262, 1263, 1272, 1273-1, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3099/2021 nömrəli iş üzrə 07 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Z.Şirinov (sədrlik edən və məruzəçi), F.Talışinski və R.Eyvazov) X5 apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-707/2020 saylı iş üzrə 30 sentyabr 2020-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı oğlu X ölümündən sonra açılmış vərəsəlik işi üzrə mirası qəbul etməkdən faktiki imtina etdiyindən, miras qoyana münasibətdə ümumilikdə mirasdan imtina etmiş sayılır. Ona görə də, oğlu X ölümündən sonra verilmiş birdəfəlik müavinətə iddia etməsinin heç bir hüquqi əsası yoxdur.
15. Odur ki, Kollegiya qeyd olunanları nəzərə alaraq apelyasiya şikayətinin dəlilləri ilə razılaşmamış və hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olma dan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
20. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
21. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
22. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını a raşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
24. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. (maddə 1133.1)
25. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. (maddə 1133.2)
26. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. (maddə 1151.1)
27. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar:
28. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. (maddə 1243.1)
29. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (maddə 1243.2)
30. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. (maddə 1243.3)
31. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. (maddə 1246)
32. Hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. (maddə 1257.1)
33. Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edil ir ki, o, mirasdan imtina etmişdir. (maddə 1257.2)
34. Əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. (maddə 1262)
35. Əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. (maddə 1263)
36. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. (maddə 1272)
37. M irasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. (maddə 1273)
38. Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263cü maddələri tətbiq edilir. (maddə 1273-1) Mülki Prossesual Məcəllə
39. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
40. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
41. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88 )
42. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
43. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
44. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
47. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apely asiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3099/2021 nömrəli iş üzrə 07 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.