Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4685/2022 05.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Sumqayıt şəhəri 3 saylı Dövlət Notariat Ofisi, AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilə öhdəliyinin icra edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Sumqayıt şəhəri 3 saylı Dövlət Notariat Ofisi, AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reys tri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “vərəsəlik şəhadətnamələrinin və onun doğurduğu hüquqi nəticələrin etibarsız sayılması, mənzil sahəsi üzərində aparılmış dövlət qeydiyyatının ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-657/2022 nömrəli iş üzrə 14 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 5 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları
1. Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə ünvanında yerləşən 105 saylı fərdi yaşayış evi Sumqayıt şəhər X6 12 sentyabr 1959-cu il tarixli protokolundan çıxarış və 1987-ci il tarixli 735 saylı texniki pasp ort əsasında iddiaçının X1nun adına qeydiyyyata alınaraq xx.xx.2020-ci il tarixli, **********1 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir.
2. X9 28 iyul 2001-ci il tarixində ölmüşdür.
3. Mirasqoyan Q.Ağayev miras əmlakla bağlı vəsiyyətnamə qoymamış, və qeyd edilən hala görə onun qanun üzrə 1-ci növbəli üç vərəsəsi olmuşdur. Birinci nikahdan olan qızı Bədircahan Sultanova, ikinci nikaha girdiyi arvadı Cavabdeh3 və ikinci nikahdan olan qızı Cavabdeh4. 4. xx.xx.2020-ci il tarixli 2V-202 və 2V 203 №-li X16 hüququ haqqında şəhadətnamələrdə X3 vərəsələri kimi onun arvadı - Cavabdeh3 və qızı - Cavabdeh4 qeyd edilmişdir.
5. Şəhadətnamə verilən miras əmlak ünvan 3 yeni qaydalarla AZ5021 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 74.8 kv.m olan fərdi yaşayış evindən və 0.08 ha torpaq sah əsindən ibarətdir.
6. Cavabdeh3 Sumqayıt şəhəri 3 saylı dövlət notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 12V-203 reyestrli X16 X2 əsasən, ona düşən miras payını Cavabdeh4 bağışlamışdır.
7. X16 hüququ haqqında şəhadətnamə və miras payın bağışlanma müqaviləsi əsasında mənzil Cavabdeh4 adına qeydiyyata alınaraq ona xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir.
8. Cavabdeh5 fərdi yaşayış evindən və torpaq sahəsindən ibarət əmlakı notarial qaydasında təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, AN-İ №0927332 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında 160000 manata Cavabdeh4 almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehlər Sumqayıt ş əhəri 3 saylı Dövlət Notariat Ofisi, AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “vərəsəlik şəhadətnamələrinin və onun doğurduğu hüquqi nəticələrin etibarsız sayılması, mənzil sahəsi üzərində aparılmış dövlət qeydiyyatının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi, sonradan iddia ərizəsinə dəyişikliklə bağlı ərizə verərək məhkəmədən özünün X3 vərəsəsi kimi tanınması, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə ünvanında yerləşən 105 saylı, Yeni qaydalarla AZ 5021, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Zəminə Həsənova küçəsi ünvanında yerləşən 23 saylı fərdi yaşayış evi və 0.08 ha olan həyətyanı torpaq sahəsinin 1/3 hissəsinə payının müəyyən edilməsi, Sumqayıt şəhər 3 saylı nota riat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 26 dekabr 2020-ci il tarixli, 2V-202 və 2V-203 reyestr nömrəli "X16 hüququ haqqında" Şəhadətnamələrin 26 dekabr 2020-ci il tarixli, 3M2131 reyestr nömrəli "miras payın bağışlama müqaviləsi”nin və onların doğurduğu hüquqi nəticələrin, o cümlədən Cavabdeh4 qeyd olunan daşınmaz əmlaklar üzərində mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının və onun adına verilmiş 19 yanvar 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın etibarsız sayılması, Sumqayıt şəhər 3 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 10 mart 2021-ci il tarixli, AN-l№0927332 saylı "daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız sayılaraq Sumqayıt şəhəri, Corat qəsəbə si, 74-cü məhəllə ünvanında yerləşən 105 saylı, Yeni qaydalarla AZ 5021, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Zəminə Həsənova küçəsi ünvanında yerləşən 23 saylı fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi üzərində Cavabdeh5 mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının və bununla bağlı onun adına verilmiş 31 mart 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən" çıxarışın ləğv olunması, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə ünvanında yerləşən 105 saylı, Yeni qaydalarla AZ 5021, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Zəminə Həsənova küçəsi ünvanında yerləşən 23 saylı fərdi yaşayış evi və 0.08 ha olan həyətyanı torpaq sahəsinin 1/3 hissəsinə payına müvafiq olaraq yeni vərə səlik şəhadətnamələrinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir..
10. İddiaçı işin yuxarıda qeyd olunmuş faktiki hallarına istinad etməklə iddia tələbini onunla əsaslandırmışdır ki, atası vəfat etdikdən sonra miras əmlak kimi yuxarıda qeyd edilən fərdi yaşayış evi qalmışdır. Lakin ailələrində atadan qalan əmlakla bağlı hər hansı mübahisə olmadığından və sözügedən mənzildə ögey anası Cavabdeh3 və bacısı Cavabdeh4 yaşadıqlarından, miras əmlakın bölünməsinə yaxud vərəsə kimi öz adlarına keçirilməsinə ehtiyac duyulmamış və həmin fərdi yaşayış evi mərhum atasının adında qalmaqda davam etmişdir. O, mütəmadi olaraq sözügedən evə gedib-gəlmiş, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 ilə qohum kimi daima ünsiyyətdə olaraq hətta bayramları da birlikdə qeyd etmişlər. Lakin bir müddət əvvəl qohumları vasitəsi ilə ona məlum olmuşdur ki, sözügedən cavabdehlər tərəfindən mərhum atasına məxsus olan fərdi yaşayış evi və həmin evin həyətyanı torpaq sahəsi alqı-satqı yolu ilə başqa şəxsə satılmışdır. Bütün bunlardan isə X3 qızı olaraq onun məlumatı olmamışdır. O, sözügedən fərdi yaşayış evinin mərhum atasının adında qaldığını güman edərək ögey anasıyla bacısının həmin fərdi yaşayış evində yaşamasına etiraz etməmişdir. Sözügedən fərdi yaşayış evinin atasının adından çıxarılaraq ögey anasıyla bacısının adına keçirilməsi ona bir müddət əvvəl məlum olmuş və aidiyyəti üzrə müvafiq sorğular verməklə miras əmlaka dair hüquq müəyyənedici sənədləri əldə edə bilmişdir. Hesab edir ki, sözügedən notariat orqanında onun mərhum X1nun vərəsələri kimi Cavabdeh3 və Cavabdeh4 tanınması, onun isə mira s əmlakdan məhrum edilməyi qanunsuz və əsassızdır. Təəssüf ki, notariat orqanında bu nəzərə alınmadan mübahisəli fərdi yaşayış evinə dair mərhum atasının hüquq varisi kimi tanınmayaraq əsassız şəkildə yalnız Cavabdeh3 və Cavabdeh4 adlarına vərəsəlik sənədləri tərtib olunmuşdur. Bütün bu halları nəzərə alaraq o, X3 hüquq varisi olaraq özünün pozulmuş hüquqlarının müdafiəsi üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət elmək məcburiyyətində qalmışdır.
11. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh4 nümayəndəsi və vəkili izahatında göstəmişdir ki, X9 2001-ci ildə vəfat edib, lakin həmin vaxtdan bu günə qədər iddiaçı vərəsəliklə bağlı müraciət etməyib. Ona görə də miras analığı və bacısı tərəfindən qəbul olunub. Daha sonra ev satılıb. İddiaçı tərəfindən mübahisə predmeti olan ev və həyətyanı sahə hər hansı bir formada qəbul edilmədiyindən iddia əsassız hesab edilməlidir. Əqd üzrə etibarsızlıq üçün isə hər hansı əsas yoxdur.
12. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən şahid X4 izahat verərək bildirmişdir ki, iddiaçının atası ilə qonşu olmuşlar. İddiaçı ərə gedənə qədər orada yaşayıb, tez-tez gəlib atasına baş çəkirdi. X17 birinci ailəsindən olan qızıdır. Anası uzun müddət xəstə olmuş, illər əvvəl rəhmətə getmişdir. Qasım insult olmuşdu. O vaxtlar ögey bacısı çox balaca idi, anası baxırdı. Dəfn mərasimində həm iddiaçı, həm də ögey anası və bacısı orada idi.
13. Məhkəmə iclasında iştirak edən şahid X7 izahat verərək bildirmişdir ki, iddiaçı ilə qonşu olmuş, bir məktəbdə oxumuşlar. İddiaçı Qasımın birinci ailəsindən olan qızıdır. Bədir Cahanın anası qəz a nəticəsində rəhmətə gedib. İddiaçı ailə qurana qədər orada yaşamış, sonra da həmişə gəlmişdir. Ögey bacısı Mənsurə işləməyib, xəstədir. Bədir Cahan onu müalicə etdirib, həmişə onlara əl tutub.
14. Məhkəmə iclasında iştirak edən şahid X5 izahat verərək bildirmişdir ki, Bədir Cahanı uşaqlıqdan tanıyır. Həm özü ilə, həm də ata-anası ilə qonşudur. İddiaçının atası onun atasının dayısı oğludur. Bədir Cahanın anası qəza nəticəsində rəhmətə gedib. Qasım xəstə olanda digər qızı balaca olub. Arvadı ilə iddiaçı qulluğunda durub. Dəfn xərclərinin hamısını iddiaçı çəkib. Ayda bir dəfə, iki aydan bir evlərinə gəlirdi. Ögey anası ilə də münasibətləri yaxşı olub.
15. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 225 oktyabr 2021-ci il tarixli, 2(060)-6778/2021 saylı qətnaməsi ilə (hakim Aynur Behbudova) iddia tələbi qismən təmin edilmiş, xx.xx.2020-ci il tarixli, 2V-202 və 2V-203 nömrəli X16 hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, İddiaçı X3 vərəsəsi kimi tanınması və İddiaçı Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə ünvanında yerləşən 105 saylı, Yeni qaydalarla AZ 5021, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Zəminə Həsənova küçəsi ünvanında yerləşən 23 saylı fərdi yaşayış evi və 0,08 ha olan həyətyanı torpaq sahəsinin 1/3 hissəsinə payının müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia ərizəsindən və iddiaçının birinci instansiya məhkəməsində verdiyi izahat bundan ibarət olmuşdur ki, o, cavabdehlər ilə dəfələrlə atasından miras qalmış əmlaklara dair rəsmi sənədlər in alınması ilə bağlı söhbətlər aparmış, lakin maddi cəhətdən buna imkanları olmadığı üçün sənədləşmələr aparılmamışdır.
17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, göstərilən hallar iş materialları, məhkəmə iclasında iştirak edən şahid ifadələri ilə öz təsdiqini tapmışdır
18. Birinci instansiya məhkəməsi mübahisə ilə bağlı işin faktiki hallarını, iddiaçının birinci növbəli vərəsə olması halını işin mübahisəsiz halı hesab edərək qeyd etmişdir ki, İddiaçı həm rəsmi nikaha daxil olduğu vaxtadək yaşamasını, həm də nikaha daxil olduqdan sonra mütəmadi olaraq mərhum atasına baş çəkməsini, ona qulluq etməsini, həmçinin ögey ana və bacısı ilə mehriban münasibətdə olmasını, daim ailə münasibətlərinə hörmət hissi ilə yanaşmasını, həmin münasibətdən irəli gələrək cavabdehlərin onu aldadacağın a güman etmədiyini, həmçinin mərhum X1nun 28 iyul 2001-ci il tarixində vəfat etməsinə baxmayaraq uzun müddət sənədləşmə aparılmayaraq, qısa zaman kəsiyində Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə ünvanında yerləşən 105 saylı fərdi yaşayış evinə dair verilmiş Sumqayıt şəhər X6 12 sentyabr 1959cu il tarixli protokolundan çıxarış və 1987-ci il tarixli 735 saylı texniki pasport əsasında Sumqayıt şəhəri 3 saylı dövlət notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 2V-202 və 2V-203 reyestr nömrəli X16 hüququ üzrə şəhadətnamələrin verilməsini, həmin şəhadətnamələrə əsasən xx.xx.2001-ci il tarixdə vəfat etmiş X3 vərəsələrinin yalnız ünvan 3 ünvanında qeydiyyatda olan arvadı Cavabdeh3 və qızı - Cavabdeh4 olması əsassız hesab edilməlidir.
19. Birinci in stansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1151.1, 1151.2, 1159.1.1, 1193, 1176, 1203.1, 1243.2, 1243.3, 1273.1, 1262, 1274, 1291, 1321.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il 20 oktyabr tarixli Konstitusiya Məhkəməsi Plenumunun Qərarına, Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 95-ci bəndinə istinad edərək əsaslandırmışdır. Apelyasiya instansiyası məhkəməsində icraat
20. Cavabdeh4 birinci instansiya məhkəməsinin qətnaməsinin l əğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə ünvanında yerləşən 105 saylı, yeni qaydalarla A/5021 Sumqayıt şəhəri, Corat qəsəbəsi, Zəminə Həsənova küçəsi ünvanında yerləşən 23 saylı fərdi yaşayış evi Sumqayıt şəhər X6 12 sentyabr 1959-cu il tarixli protokolundan çıxarış və 1987-ci il tarixli, 735 saylı Texniki pasport əsasında X1nun istifadəsində olmuşdur. X1 15 iyun 2001-ci il tarixdə vəfat etmişdir. Atası vəfat edərkən miras əmlakı olmamışdır. Buna görə də iddiaçı özünü vərəsə hesab edə bilməz. Bundan başqa, iddiaçı vərəsəliyin faktiki və ərizə verməklə qəbul etməsi barədə heç bir sübut təqdim etməmişdir. Eyni zamanda, iddiaçı vərəsə liyin hansı tarixdən yaranmasını da dəqiq bildirməmişdir. 2001-ci il tarixinə vərəsəliyin açıldığı il üçün iddiaçının vərəsə olmağı ilə razılaşsa da, həmin illər üçün vərəsəliyi qəbul etməsi ilə razılaşmır və buna etirazını bildirir. Məhkəmə iddiaçını faktiki vərəsə kimi qəbul etmiş, lakin bu barədə hər hansı sənədə əsaslanmamış, hər hansı araşdırma aparmamışdır. Bu barədə sübut 2001-ci ildə notariat orqanına miras əmlakla bağlı ərizə vermək hesab oluna bilərdi. Belə bir sübut isə işdə yoxdur. İddiaçı faktiki olaraq da vərəsəliyi qəbul etməmişdir. Miras qoyanın qızı olaraq o, 2001-ci ildən bu evdə anası Cavabdeh3 ilə yaşamışlar. İddiaçı isə Bakı şəhərində bəzi illərdə isə Sumqayıt şəhərində daimi yaşayış yeri üzrə, uşaqlıq illərinin bir çox hissəsini də Bakı şəhərində yaşamışdır. Sonralar isə, yəni təxminən 1985-1986-cı illər tarixində atası ölməzdən əvvəl iddiaçı ailə quraraq Bakı şəhərinə gəlin köçmüşdür.
22. Cavabdeh3 da qətnamədən apellyasiya şikayəti vermiş, şikayətini Cavabdeh4 apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmışdır.
23. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyin dən, həmçinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından qətnamə ləğv olunmalıdır. Belə ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Zəminə Həsənova küçəsi ünvanında yerləşən 23 saylı fərdi yaşayış evi 26 dekabr 2020-ci il tarixli, 2V-202 və 2V203 reyestr nömrəli X16 hüququ haqqında şəhadətnamələrə əsasən Cavabdeh4 və Cavabdeh3 adına sənədləşdirilmişdir. 26 dekabr 2020-ci il tarixli miras payın bağışlama müqaviləsi ilə Cavabdeh3 ona düşən miras payını Cavabdeh4 xeyrinə özgəninkiləşdirmişdir. Sonradan Cavabdeh4 ilə Cavabdeh5 arasında bağlanılmış 10 mart 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə ünvanında yerləşən 105 saylı fərdi yaşayış evi Cavabdeh5 mülkiyyətinə verilmiş və daşınmaz əmlakı n dövlət reyestrində 31 mart 2021-ci il tarixli, ********** nömrəli qeydiyyat aparılmışdır. Mübahisələndirilən məhkəmə qətnaməsi qəbul edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə fərdi yaşayış evinə dair Cavabdeh4 ilə Cavabdeh5 arasında bağlanmış 10 mart 2021-ci il tarixli alqısatqı müqaviləsinə və RX seriyalı, **********06-10301 nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa münasibət bildirməmiş, İddiaçı X3 vərəsəsi kimi tanımış və İddiaçı Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə ünvanında yerləşən 105 saylı, yeni qaydalarla AZ 5021, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Zəminə Həsənova küçəsi ünvanında yerləşən 23 saylı fərdi yaşayış evi və 0,08 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsinə payını müəyyən etmişdir. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə almamış və qətnamə qəbul edərkən maddi və prosessual qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur.
25. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(105)-657/2022 nömrəli iş üzrə 14 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər: T.Məmmədov - sədrlik edən və məruzəçi, Ş.Abasov və S.Qafari) Cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin apellyasiya şikayətləri təmin edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd edilmişdir.
26. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahis ənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir.
27. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı X1nun vəfatından 10 ildən artıq müddət keçdikdən sonra hazırki iddia ilə məhkəməyə müraciət etmiş, həmçinin qanunla müəyyən edilmiş müddət ərzində mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməmişdir.
28. İddiaçı iddia ərizəsində atadan qalan əmlakla bağlı hər hansı mübahisə olmadığından və evdə ögey anası Cavabdeh3 və bacısı Cavabdeh4 yaşadıqlarından miras əmlakın bölünməsinə, yaxud vərəsə kimi öz adlarına keçirilməsinə ehtiyac duyulmadığını, mütəmadi olaraq miras əmlak olan evə gedib-gəldiyini, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 ilə qohum kimi daima ünsiyyətdə olduğunu, hətta bayramları da birlikdə qeyd etdiklərini göstərmişdir. Apellyasiya məhkəməsi bununla bağlı qeyd etmişdir ki, İddiaçı mirası əmlakı faktiki olaraq qəbul etməsini, yəni miras əmlaka faktiki sahiblik etməsini və ya miras əmlakı faktiki idarə etməsini məhkəmə iclası zamanı sübuta yetirə bilməmiş, məhkəmə kollegiyasına da bu halı təsdiq edən sübut təqdim etməmişdir. Buna görə də, İddiaçı iddia ərizəsində göstərdiyi hallar miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlama kimi qiymətləndirilə bilməz.
29. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin 26 dekabr 2020-ci il tarixli miras payın bağışlama müqaviləsinin və Cavabdeh4 adına daşınmaz əmlaklar üzərində mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeyd iyyatının etibarsız sayılması hissəsinə heç bir münasibət bildirməmişdir.
30. İşin müəyyən edilmiş hallarından görünür ki, mübahisəli fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi Cavabdeh5 adına qeydiyyata alınaraq dövlət reyestrindən çıxarış verilmişdir və həmin əmlaklar hazırda Cavabdeh5 mülkiyyətindədir. Birinci instansiya məhkəməsi düzgün olmayaraq Cavabdeh5 mülkiyyətində olan fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinə İddiaçı 1/3 hissədə payının müəyyən edilməsi nəticəsinə gəlmişdir.
31. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası MM-nin mirasda məcburi pay hüququnu nizama salan normalarının hazırki mübahisəyə tətbiqi anlaşılan deyidir.
32. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilmə si zəruridir. Mülki Məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların bağışlanması haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Hazırki iş üzrə əqdlərin etibarsız hesab edilməsi üçün qanunda nəzərdə tutulan əsaslar olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.
33. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, xx.xx.2020-ci il tarixli, 2V-202 və 2V-203 reyestr nömrəli X16 hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, İddiaçı X3 vərəsəsi kimi tanınması və İddiaçı Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə ünvanında yerləşən 105 saylı, Yeni qaydalarla AZ 5021, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Zəminə Həsənova küçəsi ünvanında yerləşən 23 saylı fərdi yaşayış evi və 0,08 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsinə payının müəyyən edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı, eləcə də işin faktiki hallarına uyğun deyildir.
34. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddəsinin İ və İV hissələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 139-1.1.3, 140, 144.1, 144.2, 152.1, 152.5, 178.1, 337.1, 324.1, 329.1, 339.5, 666.1, 666.2, 1133.1, 1145, 1159.1.1, 1243.2, 1246-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğ unun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kasasiya şikayətinin dəlilləri
35. İddiaçı (vəkili Vəkil) apellyasiya instansiya məhkəməsinin qətnaməsindən kasasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
36. İddiaçı kassasiya şikayətini belə əsaslandırmışdır ki, X3 öldüyü məqamda mübahisələndirilən fərdi yaşayış evi və onun həyətyanı torpaq sahəsi mərhumun mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Halbuki, qeyd olunan evin miras əmlak kimi qəbul edilməsi üçün onun mütləq formada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi tələb olunur. Əks halda qeydiyyatdan keçməyən, başqa sözlə dövlətin bu günədək qəbul edib və hansısa şəxsin adına qeydiyyata almadığı bir tikiliyə (daşınmaz əmlaka) vərəsəlik hüququ üzrə miras əmlak kimi hansısa şəxsə vərəsəlik hüququnun tanınması mülki dövriyyədə xaos yaradar ki, bu da yolverilməzdir. Məhkəmə bu hallara düzgün hüquqi qiymət verməmiş, miras qoyanın öldüyü məqamda miras kütləsinə daxil edilməmiş əmlaka münasibətdə onun guya mirasın açıldığı vaxtdan 20 il keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini bildirərək mirasın qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddətləri ötürdüyü qənaətinə gəlmişdir. Halbuki, mərhum X3 adına 14 dekabr 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mübahisəli fərdi yaşayış evinə və onun həyətyanı torpaq sahəsinə münasibətdə məhkəmənin mirasın açılma tarixinin X3 öldüyü 15 iyun 2001-ci il tarixdən hesablaması və mübahisələndirilən miras əmlakın qəbul edilmə müddətini də həmin tarixlə əlaqələndirməsi hesab edir ki, məntiqsiz olduğu qədər qanunsuz və əsassızdır. Məhkəmə sadalanan maddi hüquq normasını bu məsələdə səhv təfsir etməklə aşkar qanunsuzluğa yol vermişdir.
37. Məhkəmə sadalanan maddi hüquq normalarını tətbiq edərkən formal yanaşma nümayiş etdirərək onun miras qoyanın birinci dərəcəli vərəsəsi olmağını nəzərə almamış, ən əsası isə vərəsəliyə çağırılmağını bildiyi müddətin müəyyən edilməsində yanlışlığa yol vermişdir. Mərhum X1 15 iyun 2001-ci il tarixdə vəfat etsə də, mübahisə predmeti olan fərdi yaşayış evi və onun həyətyanı torpaq sahəsi atasının mülkiyyəti kimi 14 dekabr 2020-ci il tarixdə daşınmaz əmlakın dövl ət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə bu hala qiymət verməyərək sözügedən miras əmlaka münasibətdə mirasın açıldığı və həmin miras əmlakın qəbulu müddətlərinin hesablanmasına başlama gününü nədənsə onun ölüm günündən hesablamışdır. Halbuki, atası vəfat etdikdə mübahisələndirilən miras əmlaklar daşınmaz əmlakın dövlət reyestrində mərhum atasının mülkiyyəti kimi dövlət qeydiyyatından keçirilmədiyindən, o atasının ölümündən sonra üç ay ərzində həmin miras əmlakın qəbulu üzrə nə notariat orqanına müraciət edə, nə də faktiki qəbul edə bilmişdir. İş materiallarında olan sənədlərdən də göründüyü kimi, mübahisəli fərdi yaşayış evi və onun həyətyanı torpaq sahəsi 14 dekabr 2020-ci il tarixdə atasının mülkiyyəti kimi dövlət qeydiyyatından keçmiş, 26 dekabr 2020-ci il tarixdə isə Sumqayıt şəh əri 3 saylı notariat ofisinin notariusu tərəfindən cavabdehlərin adlarına X16 hüququna dair şəhadətnamələr verilmişdir. Halbuki, qanunvericiliyin tələblərinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər ki, bu halda da onun vərəsəliyə çağırıldığını bilməli olduğu gün mübahisəli fərdi yaşayış evi və onun həyətyanı torpaq sahəsinin mərhum atasının mülkiyyəti kimi dövlət qeydiyyatından keçirilməklə miras əmlaka daxil olduğu 14 dekabr 2020-ci il tarixdən hesablanmalı idi və mirasın qəbulunun son günü 14 mart 2021-ci il tarixədək nəzərə alınmalı idi. Hesab edir ki, məhkəmə tamamilə əsassız olaraq notariusun mirasın qanunvericiliklə müəyyən edilmiş qaydada qəbulu müddətini gözləmədən cavabdehlərin adlarına vərəsəlik şəhadətnamələ rini verməsinə düzgün hüquqi qiymət verməməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1 və 1246-cı maddələrinin tələblərini pozmuş, nəticədə qanunazidd məhkəmə aktının qəbul edilməsinə səbəb olmuşdur.
38. Cavabdehlər notariat orqanına ərizə verərkən mərhum X3 daha bir vərəsəsi olduğunu gizlətmiş, notarius da bütün vərəsələrin dairəsinin müəyyən edilməsi üçün lazımi tədbirlər görməmişdir. Apelyasiya instansiyası məhkəməsi cavabdehin vərəsələrin dairəsini gizlətməsi, notariat orqanının da vərəsələrin dairəsinin müəyyənləşdirilməsi istiqamətində hər hansı tədbir görməməsi, formallığa yol verməsi məsələsini də mübahisənin obyektiv həlli baxımından düzgün araşdırmamış və düzgün hüquqi qiymət verməmişdir. Kasasiya şikayətlərinə qarşı etirazın dəlilləri
39. Kasasiya şikayətinə etiraz dax il olmamışdır. Tətbiq edilən hüquq i. Azərbaycan Respublikası Konstitusiyası
40. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 41. 29-cu maddəsinin İ və İV hissələri: hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
42. Maddə 152.1. mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
43. Maddə. 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərənca m verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
44. Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.
45. Maddə 139-1.1.3 Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri də daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr hesab olunur.
46. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yeti rilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
47. Maddə. 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.
48. Maddə 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa mali k olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. 49. 337.1 Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
50. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanla rı eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
51. Maddə 666.1 Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
52. Maddə 666.2 Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəziyyə tindən azad edilməsi ola bilər.
53. Maddə 668.1.1 Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır.
54. Maddə 1133.1 Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
55. Maddə 1145 Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
56. Maddə 1159.1.1 Öənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) X16 zamanı bərabər pay hüquqlu vərəsələr birinci növbədə sayılırlar.
57. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 58.
77. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 59.
78. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 60.
79. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 61.
80. Maddə
377. İşdə iştirak edən şəxslərin işə apellyasiya instansiyası məhkəməsində baxılması ilə bağlı olan bütün məsələlər barəsində müraciətləri və vəsatətləri, işdə iştirak edən digər şəxslərin fikri dinlənildikdən sonra məhkəmə tərəfindən həll edilir. 62.
81. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 63.
82. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri
64. Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
65. Apellyas iya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
67. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüq uqu öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. İddia etmək hüququ məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İddianın təmin edilməsi hüququ isə iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
68. İddiaçı hazırki tələbində atasından miras qalmış əmlaka dair verilmiş vərəsəlik hüququna dair ş əhadətnamənin etibarsız sayılmasını tələb edir. İddiaçının bu tələb üzrə subyektiv hüququnun olması üçün təkcə atasının qanun üzrə vərəsə sayılması kifayət etmir. Çünki mülki qanunvericilik hər bir mülki hüquq münasibətinin yaranmasını müəyyən faktla bağlayır.
69. Mülki Məcəllənin 1243.1-ci maddəsi də mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsənin qəbul etməsini tələb edir.
70. Azərbaycan Respublikası konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ, İİİ, İV və V hissələrinə, 26-cı maddəsinin İİ hissəsinə, 29-cu maddəsinin İ və Vİİ hissələrinə, 71-ci maddəsinin İ və İİ hissələrinə və 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 19 fevral 2021 -ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Vərəsəlik hüququna təminat miras qoymağı, bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur.
71. Mirasın qəbul edilməsi müddəti ərzində vərəsələr mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir (Konstitusiya Məhkəməsainin “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlan ılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarı).
72. Buna görə də iddiaçının hazırki iddianı verməyə subyektiv hüququ, onun mirası qəbul etməsindən asılıdır.
73. Mülki Məcəllənin 1243.2-ci maddəsinə görə mirasın qəbul edilməsinin iki üsulu müəyyən edilmişdir: 1. vərəsənin mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi; 2. əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi.
74. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka fa ktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.
75. İşə baxmış apelyasiya instansiya məhkəməsi də işin hallarını bu əsaslar üzrə yoxlamış və müəyyən etmişdir ki, iddiaçı atası vəfat etdikdən sonrakı üç ay ərzində mirası qəbul etmək barədə notariat kontoruna ərizə verməmiş, əmlaka sahiblik etməmiş və ya əmlakı idarə etməyə başlamamışdır. 76.
55. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-657/2022 nömrəli iş üzrə 14 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.