Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4687/2020 27.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X19 və X8 ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı vəkili Aslanov Tofiq Hümmət oğlunun, cavabdeh X.X.X.nın vəkili Vəkil iştirakları ilə, iddiaçı X6 cavabdeh ASC “Xalq”xxxxa qarşı “kredit və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13580/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı X16 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məh kəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)5023/2019 saylı qətnaməsi ilə (sədrlik edən hakim O.Q.Məmmədli) iddiaçı X6 cavabdeh ASC “Xalq”xxxxa qarşı “kredit və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13580/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər V.T.Həsənov (sədrlik edən və məruzəçi), Ş.A.Məmmədova və X.Ə.Sarıyev) İddiaçı İsax oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-5023/2019 saylı qətnaməsi iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdeh “X.X.X.-yə q arşı “kredit və ipoteka müqaviləsinin etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ASC “Xalq” Bankın baş filialı ilə hüquqi şəxs olan “xxxx” MMC-nin şəxsində həmin Cəmiyyətin direktoru Nurullayev (Nurulla) Sadiq Sabir oğlu arasında xx.xx.2010-ci il tarixdə **********10 kredit müqaviləsi bağlanaraq borc alana illik 25% ödənilməklə 24 ay müddətinə 50.000 manat məbləğində kredit verilmişdir. Cavabdehlə arasında bağlanmış xx.xx.2010–cu il tarixli 004003/0167/12 saylı ipoteka müqaviləsinə əsasən kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Quba şəhəri 5-ci məhəllədə mülkiyyətində olan 0.06 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 100.3 kv.m. yaşay ış, 155.5 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayş evi ipoteka edilmişdir. Borc alan “xxxx” MMC-nin direktoru X7 xx.xx.2016-cı il tarixdə vəfat etmiş, bu barədə Şəki rayon Qeydiyyat şöbəsinin xx.xx.2016cı il tarixli kitabının 206-cı səhifəsində qeydiyyat aparılmışdır. O, Nurullayev (Nurulla) Sadiq Sabir oğlunu 2010-cu ilin avqust ayından tanımış, o vaxta kimi nə şəxsən onunla, nə də ASC “Xalq” “Bankın baş filialı ilə heç bir münasibəti olmamışdır. Bu münasibətləri yaradan onun tanışı X14 olmuşdur, hansı ki, Nurullayev (Nurulla) Sadiq Sabir oğlu tərəfindən verilmiş etibarnamə əsasında xx xxxxx 2010-cu il tarixində Xaçmaz Rayon Notariat Kontorunda onu təmsil etmişdir. Bankla mübahisələr yaranandan sonra Nurullayev (Nurulla) Sadiq Sabir oğlu və onun dostu ASC “Xalq” Bankın baş filalının dire ktoru X5 X14 vastəsi ilə tanımışdır. Kredit və ipoteka müqavilələri bağlanandan halhazıra kimi “xxxx” MMC barədə heç bir məlumatı olmamış və MMC-nin təsis sənədləri ilə tanış olmağa ehtiyac belə duymamış, çünkü kredit verilməmişdən öncə “xxxx” MMCnin təsisi sənədləri, direktoru barədə məlumat və s. məsələlər sırf bankın vəzifəsi olduğundan etibar edib inanmışdır. Lakin Nurullayev (Nurulla) Sadiq Sabir oğlunun vəfatından sonra vərəsələrinin olub-omaması barədə məlumat əldə etmişdir. Daha sonra Vergilər Nazirliyi Yanında Milli Gəlirlər Departamentinin X21 Qeydiyyat İdarəsində xx xxxx 2019-cu il tarixdə əldə etdiyi məlumata əsasən müəyyən olunmuşdur ki, ”xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) qeydiyyata alındığı xx.xx.2009–cu il tarixdən hal-hazıradək təsisçisi və qanuni təm silçilik funksiyasına malik olan şəxs - direktoru X2r. Bu rəsmi məlumatı əldə edəndən sonra anlamışdır ki, aldanıb. ASC “Xalq”xxxxın baş filalının direktoru X11 ilə Nurullayev (Nurulla) Sadiq Sabir oğlu dost olduqlarını, coxlu pul dövriyyə əldə etdiklərini Aliyev Əbülfət Yusif oğlundan eşitmişdi, buna görə də belə qənaətə gəlmişdir ki, onlar sənəd saxtalaşdırma vastəsi ilə belə bir kredit müqaviləsi bağlamışlar. Eyni zamanda etibarından sui-istifadə edərək onu aldadaraq əmlakına ipoteka qoyulmasına nail olmuşlar. İpoteka müqaviləsi kredit müqaviləsi əsasında bağlanır. Hər iki müqavilədə Nurullayev (Nurulla) Sabir Sadiq oğlu “xxxx” MMC-nin direktoru kimi göstərilmişdir. Banklar bir qayda olaraq hüquqi şəxslər ilə buna bənzər müqavilələr bağlayanda mütləq şəkildə hüquqi şəxsin təsis sənədlər inin əslini və ya notariat qaydada təsdiq olunmuş surətini tələb edir. Bu halda anlaşılmayan hal o olur ki, təsis sənədləri əsasən “xxxx “MMC-nin direktoru Nurullayev (Nurulla) Sadiq Sabir oğlu olsa idi, Vergilər Nazirliyi Yanında Milli Gəlirlər Departamentinin X17 Qeydiyyatı İdarəsi xx xxxx 2019-cu il tarixli arayışda “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) qeydiyyata alındığı xx.xx.2009-cu il tarixdən hal-hazıradək təsisçisi və qanuni təmsilçilik funksiyasına malik olan şəxs kimi direktoru X3 olmasını göstərməzdir. Deməli kredit almaq üçün kimlərsə (ASC “Xalq”xxxxın baş filalının direktoru X11, Nurullayev (Nurulla ) Sadiq Sabir oğlu və X22 oğlunun nəzərdə tuturdu) əlbir olub sənəd saxtalaşdırıb bankın pulunu mənimsəyiblər. Eyni zamanda xx xxxxx 2010 cu il tarixli 004003 /0167/12 saylı ipoteka müqaviləsi Xaçmaz rayonu X10 təsdiqlənən zaman nə “xxxx” MMC-nin direktotu Nurullyev (Nurulla) Sadiq Sabir oğlu, nə ASC “Xalq”xxxxın baş filialının direktoru X11 iştirak etməmişlər. X4 etibarnamə əsasında X14 təmsil etmişdir. İpoteka müqaviləsinin arxasında belə bir qeyd var “xxxx” MMC-nin direktoru X1 DNK tərəfindən xx.xx.2010-cu ildə təsdiq edilmiş 7/06-2993 reyestr nömrəsi ilə etibarnaməyə əsasən çıxış edir. X15. Niyə Ağcabədi DNK, tərəflər hamısı Bakıda olan zaman etibarnamə üçün Ağcabədi DNKna müraciət olunması da bu məsələdə müəyyən saxtakarlıqların olmasına bir işarədir, eyni zamanda Nurullayev (Nurulla) Sadiq Sabir oğlunun “xxxx” MMC-nin direktoru olması Xaçmaz rayon DNK notariusu F.Məmmədov tərəfindən xüsusilə qeyd olunub. İş üzrə yuxarıda qeyd edilən məhkəm ə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı İsax oğlu həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı İsax oğlu və vəkili Aslanov Tofiq Hümmət oğlu kassasiya şikayətini apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.2-ci maddəsini səhv təfsir etmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfl i araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı vəkili Aslanov Tofiq Hümmət oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında cavabdeh X.X.X.nın vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı, maraqlı şəxslər “xxxx” MMCnin və Yasamal rayon İcra və Probasiya şöb əsinin nümayəndələri üzrlü səbəb olmadan iştirak etməmişlər. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, İddiaçı vəkili Aslanov Tofiq Hümmət oğlunun, cavabdeh X.X.X.nın vəkili Vəkil izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin M ülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan X.X.X. ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2010-cu il tarixli, **********10 saylı kredit müqaviləsindən görünür ki, X.X.X. “xxxx” MMC-yə 24 ay müddətinə illik 25% ö dəmək şərti ilə 50.000 manat məbləğində kredit vermişdir. İşdə olan X.X.X. ilə İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 004003/0167/10/12 saylı ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə, ipoteka qoyan Quba şəhəri 5-ci məhəllədə mülkiyyətində olan 0,06 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 1000.3 kv.m. yaşayış, 155,5 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X17 Qeydiyyatı İdarəsinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Nurullayev (Nurulla) Sadiq Sabir oğlunun “xxxx” MMC-də təsisçi və ya direktor kimi qeyd alınması barədə məlumat möv cud olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-515/2013 saylı, xx.xx.2013-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə iddiaçı X.X.X.nın cavabdeh İddiaçı qarşı iddiası qismən təmin edilərək xx.xx.2010-ci il tarixli, **********10 saylı kredit xətti müqaviləsi üzrə yaranmış 45.832 manat məbləğində əsas borcun, 8.952,91 manat məbləğində kreditdən istifadə etdiyinə görə hesablanmış faizlərin, əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsinə görə xx.xx.2012-ci il tarixinə qədər 19.081 manat məbləğində hesablanmış cərimə faizlərinin və 20 manat dövlət rüsumunun tutulmasının cavabdeh İddiaçı məxsus Qubra şəhəri 5-ci məhəllədə mülkiyyətində o lan 0.06 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 100.3 kv.m. yaşayış, 155,5 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, iddia tələblərinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2012-ci il tarixli, 2(103)-3697/2012 saylı qətnaməsi ilə iddiaçı X.X.X.nın və İddiaçı apelyasiya şikayətlərinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)515/2013 saylı, xx.xx.2013-cü il tarixli qərarı ilə cavabdeh İddiaçı kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2012-ci il tarixli, 2(103)-3697/ 2012 saylı qətnaməsinin əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsinə görə xx.xx.2012-ci il tarixinə qədər 19.081 manat məbləğində hesablanmış cərimənin tutulması hissəsində dəyişdirilməsi, ödəniləcək cərimənin məbləğinin 10.000 manat müəyyən edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2012-ci il tarixli, 2(103)-3697/2012 saylı qətnaməsinin qalan hissədə dəyişdirilmədən saxlanılması, iddianın qismən təmin edilməsi, xx.xx.2010-ci il tarixli, **********10 saylı kredit xətti müqaviləsi üzrə yaranmış 45.832 manat məbləğində əsas borcun, 8.952,91 manat məbləğində kreditdən istifadəyə görə görə hesablanmış adi faizlər üzrə borc məbləğinin və 20 manat dövlət rüsumunun tutulması cavabdeh İddiaçı məxsus Qubra şəhəri 5-ci məhəllədə mülkiyyətində olan 0.06 h ektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 100.3 kv.m. yaşayış, 155,5 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 339.2-ci maddəsinin tələbinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi digər tərəfin əqdi bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o za man ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının iddia ərizəsində və apelyasiya şikayətində mübahisələndirdiyi xx.xx.2010-cu il tarixli, **********10 №-li kredit müqaviləsinin və xx.xx.2010-cu il tarixli, 004003/0167/10/12 №-li ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə əsas kimi həmin müqavilələri Nurullayev (Nurulla) Sadiq Sabir oğlunun “xxxx” MMC-nin adından bağlamaq səlahiyyəti olmadığını bildirmiş və buna görə də əqdi bağlanarkən aldadıldığını göstərmişdir. İş materiallarında olan tədqiq olunmuş notariat işlərinin surətindən görünür ki, müqavilə bağlanarkən kredit alanın nümayəndəsi kimi çıxış edən Nurullayev (Nurulla) Sadiq Sabir oğlu səlahiyyətli olmuş və bununla bağlı arayış notariat işinə əlavə edilmişdir. İ ddiaçı aldadıldığını göstərmiş olsa da, bununla bağlı hər hansı mötəbər sübuta istinad etməmişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflərin bundan əvvəl də həmin müqavilələr üzrə öhdəliklərin icası və müqavilənin ləğv edilməsinə dair mübahisələri olmuş və müqavilənin qanuni əsaslarla bağlanması müəyyən edilmiş və həmin müqavilələr üzrə borclunun və ipoteka qoyanın öhdəlik daşımaları müəyyən olunmuşdur. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. -354.1-ci maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. -354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı müqavilənin etibarsızılığı üçün mü əyyən olunmuş müddəti ötürməklə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi haqlı olaraq müddəti kəsici müddət hesab edərək müddətin ötürülməsini nəzərə almışdır. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.2-ci maddəsinin səhv təfsir edildiyini, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli ar aşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını q eyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X16 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13580/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4687/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4687/2020
27.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver