Məhkəmə qərarları › İş №2(102)-4688/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4688/2022

20.09.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4688/2022 20.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı birinci, Cavabdeh2 və Cavabdeh1 İddiaçı qarşı ilkin, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: mirasda payların müəyyən edilməsi tələbi ) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mirasda payların müəyyən edilməsi tələbinə, həmçinin Cavabdeh2 və Cavabdeh1 İddiaçı qarşı mirasda payların müəyyən edilməsi barədə iddiası və İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı mirasda payların müəyyən edilməsinə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2330/2022 nömrəli, 26 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə 20 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı mərhum X7 (20 oktyabr 2019-cu ildə vəfat etmişdir, bundan sonra – mərhum) ilə 01 dekabr 2018-ci ildə nikaha daxil olmuşdur.

2. X8 (16 aprel 2021-ci il tarixdə vəfat etmişdir) və Cavabdeh1 mərhumun valideynləridir.

3. Cavabdeh2 və Cavabdeh1 X3 hüquqi varisləridir.

4. Nərimanov rayon Məhkəməsinin 8 sentyabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, mərhum 11 aprel 2019-cu il tarixdə bankdan 8000 manat kredit götürmüşdür. Həmin kreditdən yalnız 1061,55 manat ödəniş etmiş, qalan borc ödənilməmiş və bununla əlaqədar bank onun vərəsələri X8, anası Cavabdeh1 və arvadı İddiaçı qarşı həmin borcun ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə vərəsələr İddiaçı və Cavabdeh1 (X8 vəfat etdiyindən) mərhumun 7021,73 manat kredit borclarının tutulması barədə qətnamə çıxarmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər X6 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X4 mülkiyyətində olan 2006-cı il buraxılışlı «Nissan Altima» markalı 10VB197 dövlət qeydiyyat nişanlı avtomobildə tərəflərin hər birinin p ayının 1/3 hissədə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırılmışdır ki, iddiaçı və cavabdehlər – mərhumun valideynləri birinci növbə vərəsə kimi həmin avtomobildə bərabər pay hüququna malikdirlər. Həmin miras əmlakla bağlı aralarında mübahisə vardır.

7. İddiaçı X8 iddia ərizəsi ilə cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X4 mülkiyyətində olan “BMW X-5” markalı ** VS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində onun vərəsəlik hüququnun tanınması və tərəflərin hər birinin həmin avtomobildə payının 1/3 hissədə müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallar ına istinadən belə əsaslandırılmışdır ki, oğlu X7 mübahisəli avtomobili 2019-cu ilin aprel ayında İddiaçı ilə nikaha daxil olanadək ona məxsus olmuş «Mercedes ML 500» markalı ** VS *** markalı avtomobilin satışından əldə etdiyi 12000 ABŞ dolları və "xxxx" ASC-dən götürdüyü 8000 manat kredit hesabına almışdır. Bankdan götürülmüş pul borc olmuş və İddiaçı ilə birgə nikah dövründə ödənilməmişdir. Odur ki, həmin avtomobil mərhum oğlunun cavabdeh İddiaçı ilə birgə nikah dövründə əldə edilmiş əmlak kimi qiymətləndirilə bilməz və bu səbəbdən tərəflərin həmin əmlakda payları bərabər müəyyən edilməlidir.

9. İddiaçı X3 iddiasına qarşı qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək “BMW X-5” markalı ** VS *** dövlət qeydiyyat nişanlı avtombildə onun payının 3/4, X8 və Cavabdeh1 isə paylarının hər b irinin 1/8 hissədə müəyyən olunması, DİN-in BDYPİ «Siqnal» İLİ-nin 5 saylı cərimə meydançasına 19 iyun 2020-ci il tarixdə yerləşdirilmiş həmin avtomobilin saxlanma xərclərinin tərəflər arasında hər birinin payının 1/3 hissə olmaqla bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Birinci iddia üzrə mülki işə 2(004)685/2021 sayı, ikinci iddia üzrə mülki işə 21036/2021 sayı verilmişdir. İddiaçı vəsatətinə əsasən Yasamal rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli 2(004)-1036/2021 saylı qərardadı ilə 2-1036/2021 saylı mülki iş məhkəmənin icraatına ilkin olaraq daxil olmuş 2(004)685/2021 saylı işə birləşdirilmişdir.

11. X3 hüquq varisləri ilə əvəz edilməsi ilə əlaqədar İddiaçı ilk və qarşılıqlı iddia tələblərinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək «Nissan Alt ima» markalı avtomobildə onun və X3 hüquqi varislərinin hər birinin payının 1/3 hissədə müəyyən olunması, “BMW X-5” markalı avtomobildə onun payının 3/4 hissədə, qalan 1/4 hissəsi üzərində isə X3 hüquqi varislərinin hər birinin payının 1/8 hissədə müəyyən edilməsi, “BMW X-5” markalı avtomobilinin cərimə meydançasında saxlanma xərclərinin vərəsələrin arasında hər birinin payının 1/3 hissədə müəyyən edilməklə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Cavabdeh2 da X3 iddiasının dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “BMW X-5” markalı avtomobildə Cavabdeh2 payının 1/6, Cavabdeh1 payının 3/6, İddiaçı payının 1/3 hissədə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi Vəkil X3 iddiasının məzmununa uy ğun izahat verərək və əlavə olaraq mübahisəli «Nissan Altima» markalı avtomobilin hələ mərhum X7 tərəfindən satıldığını bildirərək İddiaçı hər iki iddiasının rədd edilməsi və X3 hüquqi varislərinin iddialarının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Məhkəmədə iş materiallarında olan Baş Dövlət Yol Polis İdarəsinin 07 sentyabr 2020-ci il və 01 aprel 2020-ci il tarixli məktublarına əsasən müəyyən edilmişdir ki, mərhum öldüyü anda mülkiyyətində «Nissan Altima» markalı 10VB197 dövlət qeydiyyatlı nişanlı və “BMW X-5” markalı 90VS505 dövlət qeydiyyat nişanlı avtomaşınlar olmuşdur. Həmin avtomobillər müvafiq olaraq 07 iyun 2007-ci il tarixdə və 10 aprel 2019-cu il tarixdə əldə olunmuşlar. 05 aprel 2019-cu il tarixdə mərhum 03 mart 2007-ci il tarixdən mülkiyyətində olduğu “Mercedes Benz ML 350” minik markalı 90VS505 markalı avtomobili satmışdır.

15. Yasamal Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 24 dekabr 2021-ci il tarixli, 2(004)-685/2021 nömrəli qətnaməsi ilə (hakim Təhminə Xəlilova) İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mirasda payların müəyyən edilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, «Nissan Altima» markalı 10VB197 dövlət qeydiyyat nişanlı avtomobildə İddiaçı payı 1/3 hissədə, Cavabdeh1 payı 3/6, Cavabdeh2 payı 1/6 hissədə müəyyən edilmişdir. İddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı mirasda payların müəyyən edilməsi tələbinə dair iddiası təmin edilmiş, həmin iddia üzrə cavabdeh İddiaçılar Cavabdeh2 və Cavabdeh1 qarşı mirasda payların müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiası qismə n təmin edilmişdir. “BMW X-5” markalı 90VS505 dövlət qeydiyyat nişanlı avtomobildə İddiaçı payı 1/3 hissədə, Cavabdeh1 payı 3/6, Cavabdeh2 payı 1/6 hissədə müəyyən edilmişdir.

16. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, «Nissan Altima» markalı avtomobil X7 tərəfindən İddiaçı ilə nikaha daxil olanadək alınmışdır və bu işin mübahisəsiz halıdır. X1 hüquqi varisləri həmin avtomobilin hələ mərhum tərəfindən satılmasını və onun harada olmasını bilmədiklərini bildirmişlər, lakin bu halı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişlər. Məhkəmə mərhumun nikaha daxil olanadak mülkiyyətində olmuş Mercedes markalı avtomobilin satışı tarixi ilə, bankdan kreditin götürülməsi tarixi və mübahisəli BMW markalı avtomobilin alınması tarixlərinin üst-üstə düşməsini, kreditin nikah dövründə ödənilm əməsini və kredit borcunun mərhumun vərəsələrindən tutulmasını nəzərə alaraq, Cavabdeh2 və Cavabdeh1 mübahisəli BMW markalı avtomobilin mərhumun İddiaçı ilə birgə nikah dövründə əldə etdikləri qazanc hesabına deyil, nikahdan əvvəl ona məxsus olmuş əmlakın satışından və borc hesabına əldə edilməsi barədə dəlillərini əsaslı hesab etmişdir. Bundan əlavə, atası X8 miras qəbul edilənədək öldüyündən ona çatası pay onun vərəsələri Cavabdeh2 və Cavabdeh1 arasında bərabər bölünməli və hər birinin payı 1/6 hissədə müəyyən edilməlidir.

17. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2,1133.1, 1133.2, 1134.1, 1145, 1151.1 və 1159.1.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. İddiaçı apellyasiya şikayəti verər ək, qətnamənin tamamilə ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə "xxxx" ASC-nin təqdim etdiyi sənədlər üzrə tarix fərqləri təhlil edilməmiş, “Nissan Altima” markalı minik avtomobilin satılması faktı, kim tərəfindən istifadə olunduğu və harada olması aydınlaşdırılmamış, miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin olmaması nəzərə alınmadan bununla bağlı tərəflərin subyektiv hüquqlarının olub-olmaması müəyyənləşdirilməmişdir, birinci instansiya məhkəməsinin hakimi işdə əvəz olunan iddiaçının iddianın dəqiqləşdirilməsi ərizəsini və 24 dekabr 2021ci il tarixdə məhkəmə baxışı təyin edilməsi barədə iddiaçıya heç bir məlumat verməmiş, çəkişmə prinsipini pozmuşdur. Bundan əlavə, cərimə meydançasında əsassız və qanunsuz saxlanılan nəqliyyat vasitəsi orada baş vermiş yol-nəqliyyat hadisəsi zamanı zədələnmiş və maddi ziyan vurulmuşdur, bu günədək açıq havada saxlanılmaqla da onun dəyəri qat-qat aşağı düşmüşdür, bununla bağlı vəsatət verilsə də, qiymətləndirilmə aparılmamışdır. İşin materiallarından məlum olur ki, işə birtərəfli və səthi baxılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən yalnız iddiaçı Cahangir Məmmədovun mövqeyinə istinad edərək, sübutların hərtərəfli və lazımi qiymətləndirilməsini aparmamış, sübutların mötəbərliyi, kifayətliliyini tədqiq etməmişdir. Tərəflər arasında aparılan danışıqlara istinad edərək qətnamə qəbul etməsi qanunsuzdur. Qətnamədə göstərildiyi kimi, avtomobilin satışı, kredit götürülməsi və digər avtomobili n alışı tarixləri heç də üst-üstə gəlmir, kredit müqaviləsi avtomobilin alışından sonra bağlanmışdır. Məhkəmənin qətnamədə gəldiyi nəticə hissəsi də prosessual aktın təsviri-əsaslandırıcı hissəsi ilə fərqlənir və paylar üzrə hesablamaların necə aparılması aydın izah olunmamışdır. Məhkəməyə təqdim edilən əsas zəruri sübut sayılan nikah haqqında şəhadətnaməsi ilə məlum olur ki, sözügedən həmin “BMW X-5” markalı, Az **-VS-*** dövlət qeydiyyat nişanlı minik avtomobili birgə ailə təsərrüfatının gəlirləri hesabına, birgə nikah dövründə əldə edilmişdir.

20. Apellyasiya icraatı zamanı müəyyənləşdirilmişdir ki, iş üzrə Cavabdeh1 təmsilçisi həmin avtomobilin hələ mərhum Ə.Məmmədov tərəfindən satılmasını bildirsə də, bunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, Azərbaycan R espublikası DİN-nin BDYPİ-nin qeyd edilən məlumatından görünür ki, “Nissan Altima” markalı, 10 VB197 dövlət qeydiyyat nişanlı avtomobil hazırda Ə.Məmmədovun adına qeydiyyatdadır.

21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 26 aprel 2022-ci il tarixli, 2(103)-2330/2022 nömrəli qətnaməsi ilə (hakimlər – E.Ə.Mehdiyev (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və X.Ə.Sarıyev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmişdir. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mirasda payların müəyyən edilməsi tələbinə dair” iddia ərizəsi qismən təmin edilmiş, “Nissan Altima” markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair İddiaçı 2/6 hissədə, Cavabdeh 1 3/6 hissədə və Cavabdeh2 1/6 hissədə miras payları müəyyən edilmişdir. İddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı “mirasda payların müəyyən edilməsi tələbinə dair” iddia ərizəsi qismən təmin edilmiş, həmin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mirasda payların müəyyən edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi qismən təmin edilmişdir. “BMW X-5” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair İddiaçı 8/12 (on ikidə səkkiz) hissədə, Cavabdeh1 3/12 (on ikidə üç) hissədə və Cavabdeh2 1/12 (on ikidə bir) hissədə miras payları müəyyən edilməsi qət edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi mövqeyini icraat zamanı müəyyənləşdirilmiş hallara istinadən belə əsaslandırmışdır ki, “BMW X-5” markalı, Az **VS-*** dövlət qeydiyyat nişanlı minik avtomobil İddiaçı ilə X5 birgə nikahda olduqları dövrdə əldə edilmişdir və bu səbəbdən həmin avtomobil üzərində mərhumun və İddiaçı hər birinin bərabər hissədə pay hüququ vardır. Birinci instansiya məhkəməsi heç bir mötəbər sübuta istinad etmədən şəxsi mülahizələrə əsasən qeyd edilən avtomobilin 2019cu ilin aprel ayında İddiaçı ilə nikaha daxil olanadək Ə.Məmmədova məxsus olmuş “Mercedes ML 500” markalı, ** VS *** markalı avtomobilin satışından əldə etdiyi 12.000 ABŞ dolları və "xxxx" ASC-dən götürdüyü 8000 manat kredit hesabına alması barədə cavabdehlərin dəlillərini əsaslı saymışdır. Halbuki cavabdehlər mübahisəli avtomobilin məhz qeyd edilən “Mercedes Benz ML 350” markalı markalı minik avtomobilinin satışından əldə edilmiş pulla alınmasını əsaslandıra və bunu təsdiq edən sübutlar təqdim edə bilməmişdir. Bankdan kreditin həmin avtomobilin alınmasından bir gün sonra götürülməsinə dair müqavilənin bağlanması da onların bu dəlilinin əsassız olmasına dəlalət edir. Qeyd edilən avtomobilin 1/2 hissəsinin mülkiyyətçisi Əlvan Məmmədov vəfat etdiyindən onun birinci növbəli vərəsələri – arvadı İddiaçı, atası X3 və anası Cavabdeh1 həmin miras əmlak üzərində 1/6 hissədə pay hüquqları yaranmışdır. X2 qeyd edilən miras əmlakı qəbul etmədən vəfat etdiyindən ona çatası 1/6 hissədə pay eyni zamanda onun vərəsələri - arvadı Cavabdeh1 və övladı Cavabdeh2 arasında eyni həcmdə bölünür və hər birinin 1/12 hissədə pay hüququ yaranmış olur. Nəticədə, “BMW X-5” markalı, Az 90-VS505 dövlət qeydiyyat nişanlı minik avtomobil üzərində İddiaçı 8/12 (on ikidə səkkiz) hissədə, Cavabdeh1 3/12 (on ikidə üç) hissədə və Cavabdeh2 1/12 (on ikidə bir) hissədə mirasdan pay hüquqları tanınmalıdır.

23. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2,1133.1, 1133.2, 1134.1, 1145, 1151.1 və 1159.1.1-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 35-ci maddəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. Cavabdeh2 (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilmə sini xahiş etmişdir.

26. Hər iki kassasiya şikayəti iddia ərizəsinin dəlillərinə istinadən belə əsaslandırılmışdır ki, məhkəmə işin hallarına tam və hərtərəfli qiymət vermədən qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə tərəfindən onun təqdim etdiyi sübutlar araşdırılmamış, qətnamədə onlara istinad etməmişdir. Bundan əlavə, İddiaçı ilə mərhum çox qısa müddətli rəsmi nikahda olduqlarından, mübahisəli əmlakların birgə ailə büdcəsi hesabına alınmış olması ağlabatan deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasın da aldığı əmlak onun mülkiyyətidir.

29. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

30. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

31. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

32. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

33. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

34. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsi

35. Maddə

35. Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidi r.

37. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

40. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı iş üzrə apellyasiya instansiyası m əhkəməsinin qətnaməsi hər iki apellyasiya şikayətinə əsasən, tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

44. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, cavabdehlər tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi “BMW X-5” markalı 90VS505 dövlət qeydiyyat nişanlı avtomobilə dair hissədə dəyişdirilməli, həmin hissədə İddiaçı payı 2/6 hissədə, Cavabdeh1 payı 3/6, Cavabdeh2 payı 1/6 hissədə müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

45. Belə ki, apellyasiya instansiyası məhkəməsi “Nissan Altima” markalı, **-VB*** dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün qənaətə gəlmiş, lakin “BMW X-5” markalı 90VS505 dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Odur ki, kassasiya kollegiyası aşağıda göstərilən əsaslara görə, apellyasiya instansiyası məhkəməsinin “BMW X-5” markalı 90VS505 dövlət qeydiyyat nişanlı avtomobil ilə bağlı gəldiyi nəticəni tam əsaslı və ədalətli hesab etmir.

46. Apellyasiya instansiyası məhkəməsi “BMW X-5” markalı 90VS505 dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin mərhumun birgə nikahdan əvvəl mülkiyyətində olmuş “Mercedes Benz ML 350” markalı markalı minik avtomobilinin satışından əldə edilmiş vəsait hesabına alınmasını nəzərə almamışdır.

47. İşin hallarından görünür ki, mər hum 03 mart 2007-ci il tarixdən etibarən mülkiyyətində olan “Mercedes Benz ML 350” markalı 90VS505 markalı minik avtomobilini 05 aprel 2019-cu il tarixdə 12.000 ABŞ dolları müqabilində satmış, mübahisəli “BMW X-5” markalı 90VS505 dövlət qeydiyyat nişanlı avtomobili isə 10 aprel 2019-cu il tarixdə almışdır.

48. Məhkəmə hesab edir ki, mübahisəli “BMW X-5” markalı 90VS505 dövlət qeydiyyat nişanlı avtomobil mərhumun birgə nikahdan əvvəl mülkiyyətində olan əmlakın satışı hesabına alındığından tam həcmdə miras əmlak olaraq qəbul edilməli və mirasqoyanın öldüyü anda sağ olmuş birinci növbə vərəsələri, yəni atası X8, anası Cavabdeh1 və arvadı İddiaçı arasında 1/3 hissədə bərabər olaraq bölünməlidir.

49. Kollegiya qeyd edir ki, məhkəmə prosesinin gedişində mirasqoyanın birinci növbə vərəsəsi olan X 8 vəfat etdiyindən, ona çatası pay da onun vərəsələri, yəni arvadı Cavabdeh1 və Cavabdeh2 arasında bərabər – 1/2 hissədə bölünməlidir.

50. Beləliklə, göstərilənlərə əsasən kasasiya kollegiyası hesab edir ki, cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 aprel 2022-ci il tarixli, 2(103)2330/2022 nömrəli qətnaməsi “BMW X-5” markalı 90VS505 dövlət qeydiyyat nişanlı avtomobilə dair hissədə dəyişdirilməli, həmin hissədə İddiaçı payı 2/6 hissədə, Cavabdeh1 payı 3/6 hissədə, Cavabdeh2 payı 1/6 hissədə müəyyən edilməlidir.

51. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılı qda verilmiş kassasiya şikayətləri təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 aprel 2022-ci il tarixli, 2(103)2330/2022 nömrəli qətnaməsi “BMW X-5” markalı 90VS505 dövlət qeydiyyat nişanlı avtomobilə dair hissədə dəyişdirilsin. Həmin hissədə İddiaçı payı 2/6 hissədə, Cavabdeh1 payı 3/6 hissədə, Cavabdeh2 payı 1/6 hissədə müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar