Məhkəmə qərarları › İş №2(102)-4692/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4692/2022

05.10.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4692/2022 05.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı ilk, Cavabdeh1 İddiaçınə qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: əqdin etibarsız hesab edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair ilk, Cavabdeh1 İddiaçı MMC-yə qarşı “mənzillərə sahiblik və istifadə hüququnun tanınması, mənzillərin təhvil verilməsi və yaradılan maneələrin aradan qaldırılması b arədə qarşılıqlı iddia tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-573/2022 nömrəli, 7 aprel 2022-ci il tarixli qətnaməsindən ilk iddia üzrə İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 5 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh1 arasında 062-M və 134-M saylı, 8 avqust 2020-ci il tarixli mənzil tikintisi haqqında müqavilələr bağlanmış və müqavilələrə əsasən "FAM-88“ Məhdud Məsuliyyətli Cəmiyyəti inşa etdiyi ünvan 1 ünvanında 4-cü blok, 15-ci mərtəbəsində yerləşən 272 və 5-ci blok, 15-ci mərtəbəsində yerləşən 344 nömrəli mənzilləri Cavabdeh1 təhvil verməyi, Cavabdeh1 isə hər mənzil üçün 45.000 manat məbləğində pulu İddiaçınə ödəmə yi və mənzilləri qəbul etməyi öhdələrinə götürmüşlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı FAM-88” MMC Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh1 arasında MMC-nin ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 5-ci bloku, 15-ci mərtəbəsində, ümumi sahəsi 120.69 kv.metr, 3 (üç) otaqdan ibarət 344 nömrəli mənzilin tikintisi haqqında 8 avqust 2020-ci il tarixli və ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü bloku, 15-ci mərtəbəsində, ümumi sahəsi 120.69 kv.metr, 3 (üç) otaqdan ibarət 272 nömrəli mənzilin tikintisi haqqında 8 avqust 2020-ci il tarixli müqavilələrin və 8 avqust 2020-ci il tarixli arayışların etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdi r.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında Cəmiyyətin ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 5-ci bloku, 15-ci mərtəbəsində, ümumi sahəsi 120.69 kv.metr, 3 (üç) otaqdan ibarət 344 nömrəli mənzilin tikintisi haqqında 8 avqust 2020-ci il tarixində və ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü bloku, 15-ci mərtəbəsində, ümumi sahəsi 120.69 kv.metr, 3 (üç) otaqdan ibarət 272 nömrəli mənzilin tikintisi haqqında 8 avqust 2020-ci il tarixində müqavilələr bağlanmışdır. Cavabdeh1 adına guya onun həmin mənzilin dəyərinin ödənilməsi barədə 08 avqust 2020-ci il tarixində maliyyə arayışları da yazılaraq verilmişdir. Əslində cavabdehin adına müqavilələr və həmin mənzilin dəyərinin ödənilməsi barədə 20 avqust 2020-ci il tarixində maliyyə arayışl arı yazılsa da müqavilənin 3.3-cü bəndinə görə hər iki müqaviləyə görə 90.000 (doxsan min) manat Cəmiyyətə ödənilməmişdir. Razılaşmaya görə Cavabdeh2 adlı şəxs Cəmiyyətin sənədləşmə işlərinə kömək etmək məqsədilə cavabdehin adına mənzillər vermək barədə öhdəlik götürülmüşdür. Cavabdeh1 üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün müqavilənin və maliyyə arayışının ləğv olunması və həmin sənədlərin əsillərinin qaytarılması barədə xəbərdarlıq olunsa da, ona bu barədə bildiriş göndərilsə də, cavabdeh göstərilən sənədləri geri qaytarmayıb bundan imtina etmiş və həmin sənədlərin əsilləri cavabdehdə qaldığı üçün cavabdeh bu fürsətdən istifadə etməklə əsassız varlanmaq niyyətinə düşmüşdür. Göründüyü kimi mənzil tikintisi üçün pul tam ödənilmədiyindən, müqavilə və maliyyə arayışı başqa əqdi p ərdələmək və görünüş üçün bağlandığından həmin sənədlər etibarsız hesab edilməlidir.

4. Sonradan Cavabdeh1 İddiaçı MMC-yə qarşı “mənzillərə sahiblik və istifadə hüququnun tanınması, mənzillərin təhvil verilməsi və yaradılan süni maneələrin aradan qaldırılması tələbinə dair qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC tərəfindən ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 5-ci bloku, 15-ci mərtəbəsində, ümumi sahəsi 120.69 kv.metr 3 otaqdan ibarət 344 nömrəli mənzilə və ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü bloku, 15-ci mərtəbəsində, ümumi sahəsi 120.69 kv.metr 3 otaqdan ibarət 272 nömrəli mənzilə Cavabdeh1 sahiblik və istifadə hüququ tanınması, ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 5-ci bloku, 15-ci mərtəbəsində, ümumi sahəsi 120.69 kv.m etr 3 otaqdan ibarət 344 nömrəli mənzilin və ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü bloku, 15-ci mərtəbəsində, ümumi sahəsi 120.69 kv.metr, 3 otaqdan ibarət 272 nömrəli mənzilin "xxxx" MMC tərəfindən Cavabdeh1 təhvil verilməsi, ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 5ci bloku, 15-ci mərtəbəsində, ümumi sahəsi 120.69 kv.metr 3 otaqdan ibarət 344 nömrəli mənzilə və ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü bloku, 15-ci mərtəbəsində, ümumi sahəsi 120.69 kv.metr 3 otaqdan ibarət 272 nömrəli mənzilə daxil olmaq üçün “FAM-88" MMC tərəfindən yaradılmış süni maneələrinin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə “FAM-88" MMC arasında ünvan 2 ünvanında inşa edilən yaşayış bina sının 5-ci bloku, 15-ci mərtəbəsində, ümumi sahəsi 120.69 kv.metr 3 otaqdan ibarət 344 nömrəli və ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü bloku, 15-ci mərtəbəsində, ümumi sahəsi 120.69 kv.metr, 3 otaqdan ibarət 272 nömrəli mənzillərin tikintisi haqqında xx.xx.2020-ci il tarixində müqavilələr bağlanmış və həmin müqavilələr üzrə nəzərdə tutulan hər mənzilə görə 45.000 manat, cəmi 90000 manat onun tərəfindən cəmiyyətə ödənilmişdir. Bununla bağlı cəmiyyət tərəfindən maliyyə arayışları da verilmişdir. Aralarında bağlanmış müqavilələrin predmeti ondan ibarət olmuşdur ki, icraçı, yəni "FAM-88” Məhdud Məsuliyyətli Cəmiyyəti öz öhdəsinə götürmüşdür ki, müqavilələrdə göstərilən mənzilləri ona təhvil verməlidir. Lakin "xxxx" MMC öz öhdəliyindən yayınaraq, həmin mənzilləri ona təhvil verm əmiş, dəfələrlə onun tərəfindən mənzillərə baxış keçirilməsi tələb olunsa da, "FAM-88“ MMC rəhbərliyi buna süni surətdə maneələr yaratmışdır. Hətta o, mənzilləri satmaq istədiyini bildirdikdə belə, ona maneələr yaradılmışdır.

6. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 qarşılıqlı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir.

7. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində bildirmişdir ki, Cavabdeh1la yaxın dostdurlar, Qurbanla makler Cavabdeh2 o tanış etmişdir. 08 avqust 2020-ci il tarixdə Qurbanla birlikdə evlərə baxmağa getmişlər, evlərə baxış keçirmiş, üç evin hərəsinə Cavabdeh1 tərəfindən 45.000 manat pul ödənilmiş, bu barədə maliyyə arayışı verilmişdir.

8. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində bi ldirmişdir ki, şirkətlə alqı-satqıda iştirak etmişdir. Onun, Fəxrəddin Hüseynovun və Cavabdeh2 yanında pul sayılaraq ödənilmiş və bu barədə maliyyə arayışı verilmişdir. Hər üç mənzilin pulu eyni gündə ödənilmişdir. Sonradan MTK üç mənzildən birinin pulunu Cavabdeh1 geri qaytarmış, digər iki mənzilin hər biirinin qiymətini 60 000 manata razılaşmışlar, MTK bir mənzil üçün Qurbana 5000 manat qaytarmış, qalan məbləğ isə hələ də ödənilməmişdir.

9. Abşeron Rayon Məhkəməsinin (hakim C.Səfiyeva) 21 oktyabr 2021-ci il tarixli, 2(012)-4257/2021 saylı qətnaməsi ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair ilk iddiası təmin edilməmiş, Cavabdeh1 İddiaçınə qarşı mənzillərə sahiblik və istifadə hüququnun tanınması, mənzillərin təhvil verilməsi və yaradılan maneələrin aradan qaldırılması tələbinə dair qarşılıqlı iddiası təmin edilmiş, İddiaçı tərəfindən ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 5-ci bloku, 15-ci mərtəbəsində, ümumi sahəsi 120.69 kv.metr 3 otaqdan ibarət 344 nömrəli mənzilə və ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü bloku, 15-ci mərtəbəsində, ümumi sahəsi 120.69 kv.metr 3 otaqdan ibarət 272 nömrəli mənzilə Cavabdeh1 sahiblik və istifadə hüququnun tanınması, həmin mənzillərin ona təhvil verilməsi, həmin mənzillərə daxil olmaq üçün “FAM-88" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qət edilmişdir.

10. İlkin iddiaya dair hissədə məhkəmə qeyd etmişdir ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanan 08 avqust 2020-ci il tarixli Mənzil Tikintisi haqqında müqavi lələr üzrə Cavabdeh1 tərəfindən öhdəliklərin icra edilməməsi barədə iddiaçının dəlilləri əsaslı olmadığından, bu barədə məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən, əqdin etibarsızlığı sübut olunmadığından, əqdin etibarsızlığının qanuni əsası olmadığından ilkin iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir.

11. Qarşılıqlı iddia tələbinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, ilkin iddia tələbi təmin edilmədiyindən, mübahisəli mənzil sahələrinə münasibətdə cavabdeh-qarşılıqlı iddiaçının sahiblik və istifadə hüquqlarını həyata keçirməsinə cavabdeh tərəfindən edilən maneçiliyinin hüquqi əsasları yoxdur. Mübahisəli mənzillərlə bağlı cavabdeh tərəfindən qarşılıqlı iddiaçıya göstərilən maneçilik qanunsuz hesab edilməlidir.

12. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərba ycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 157, 178, 337, 386, 390 və 752-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14, 77 və 217-ci maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə və “Stanyo Belçikaya qarşı” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 7 iyul 2009-cu il tarixli Qərarına istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. İlk iddia üzrə iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ilk iddianın təmin olunması, qarşılıqlı iddianın isə rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cəmiyyətlə Cavabdeh1 arasında cəmiyyətin ünvan 1 ünvanında inşa edil ən yaşayış binasının 5-ci bloku, 15-ci mərtəbəsində, ümumi sahəsi 120.69 kv.metr, 3 otaqdan ibarət 344 nömrəli mənzilin tikintisi haqqında 08 avqust 2020-ci il tarixində və ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü bloku, 15-ci mərtəbəsində, ümumi sahəsi 120.69 kv.metr, 3 otaqdan ibarət 272 nömrəli mənzilin tikintisi haqqında 08 avqust 2020-ci il tarixində müqavilələr bağlanmışdır. Cavabdeh1 adına guya həmin mənzillərin dəyərinin ödənilməsi barədə 08 avqust 2020-ci il tarixində maliyyə arayışları da verilmişdir. Əslində cavabdehin adına müqavilələr və həmin mənzillərin dəyərinin ödənilməsi barədə 08 avqust 2020-ci il tarixində maliyyə arayışları yazılsa da, müqavilənin 3.3-cü bəndinə əsasən hər iki müqaviləyə görə 90.000 manat cəmiyyətə ödənilməmişdir. Razılaşmaya görə Cavabdeh2 adlı şəxsin cəmiyyətin sənədləşmə işlərinə kömək etmək məqsədilə cavabdehin adına mənzillər vermək barədə öhdəlik götürülmüşdür. Cavabdeh1 üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün müqavilələrin və maliyyə arayışlarının ləğv olunması və həmin sənədlərin əsillərinin qaytarılması barədə xəbərdarlıq olunsa da, bu barədə bildiriş göndərilsə də, cavabdeh göstərilən sənədləri geri qaytarmaqdan imtina etmiş və həmin sənədlərin əsilləri cavabdehdə qaldığı üçün cavabdeh bu fürsətdən istifadə etməklə əsassız varlanmaq niyyətinə düşmüşdür. Mənzillərin tikintisi üçün pul tam ödənilmədiyindən, müqavilələr və maliyyə arayışları başqa əqdi pərdələmək və görünüş üçün bağlandığından həmin sənədlər etibarsız hesab edilməlidir. Tərəflər arasında bağlanan müqavilələrin 5.7-ci bəndinin tələbləri cava bdeh tərəfindən yerinə yetirilməmişdir. Ona görə də, müqavilənin qeyd edilən bəndinə əsasən müqavilə payçının qohumu Cavabdeh2 tərəfindən cəmiyyətə sənədləşmə işlərinin görülməsi ilə əlaqədar qüvvəyə mindiyindən, payçı tərəfindən şirkətə pul ödənilmədiyi üçün girov qoyulmuş müqavilələr etibarsız sayılır və cəmiyyət tərəfindən birtərəfli qaydada ləğv olunur. Bu müqavilə 1 il müddətinə qüvvədədir.

15. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər T.Q.Məmmədov sədrlik edən və məruzəçi, Ş.R.Abbasov və S.A.Qafari) 7 aprel 2022-ci il tarixli, 2(105)573/2022 saylı qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Abşeron Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2(012)-4257/2021 saylı qətnaməsi dəyişd irilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, İddiaçı MMC iddia tələblərini mənzillərin tikintisi üçün pulun tam ödənilməməsi, müqavilələr və maliyyə arayışlarının başqa əqdi pərdələmək və görünüş üçün, yəni Cavabdeh1 qohumu Cavabdeh2 tərəfindən cəmiyyətə sənədləşmə işlərinin görülməsi ilə əlaqədar bağlanmaları ilə əsaslandırsa da, 08 avqust 2020-ci il tarixli 062-M və 134-M saylı mənzil tikintisi haqqında müqavilələrin hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmasına dair iş materiallarında heç bir sübut yoxdur.

17. Məhkəmə həmçinin qeyd etmişdir ki, araşdırılmış sübutlarla İddiaçı ilə Cavabdeh1 arasında 062-M və 134-M saylı, 08 avqust 2020-ci il tarixli mənzil t ikintisi haqqında müqavilələrin başqa əqdi pərdələmək məqsədi ilə bağlanması öz təsdiqini tapmamışdır. Həmçinin Cavabdeh1 qohumu Cavabdeh2 tərəfindən İddiaçınə konkret olaraq hansı sənədləşmə işlərinin görülməsinə dair də məhkəməyə sübut təqdim edilməmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 337, 340 və 752-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli Qərar ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

19. İlkin İddiaçı MMC (Vəkil4 Həsən oğlu) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarını tam və hərtərəfli araşdırmamış, işdəki sübutlara düzgün hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 kassasiya şikayətinə qarşı yazili etirazla məhkəməyə müraciət edərək ilk iddia üzrə İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 7 aprel 2022-ci il tarixli, 2(105)-573/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şikayəti formal xarakter daşıyır və düzgün əsaslandırılmamışdır. Belə ki, kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eynilik təşkil edir və iddiaçı tələblərinin qanuni əsaslarını göstərə bilməmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

23. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

24. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər

25. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçir ilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

26. Maddə 337.3 Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

27. Maddə 337.4 Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

28. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

29. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

30. Maddə 390.1. Fi ziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

31. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; Mülki Prosessual Məcəllə

32. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübu tun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəm əsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

39. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh1 arası nda 062-M və 134-M saylı, 08 avqust 2020ci il tarixli mənzil tikintisi haqqında müqavilələr bağlanmış və müqavilələrə əsasən "FAM88“ Məhdud Məsuliyyətli Cəmiyyəti inşa etdiyi ünvan 1 ünvanında 4-cü blok, 15-ci mərtəbəsində yerləşən 272 və 5-ci blok, 15-ci mərtəbəsində yerləşən 344 nömrəli mənzilləri Cavabdeh1 təhvil verməyi, Cavabdeh1 isə hər mənzil üçün 45000 manat məbləğində pulu İddiaçınə ödəməyi və mənzilləri qəbul etməyi öhdələrinə götürmüşlər. Cavabdeh1 tərəfindən mənzillərin dəyəri tam ödənilmiş və bu barədə İddiaçı tərəfindən 08 avqust 2020-ci il tarixli maliyyə arayışları verilmişdir.

40. Apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamə ilə müəyyən edilir ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında 062-M və 134-M saylı, 08 avqust 2020-ci il tarixli mənzil tikintisi haqqında müqavilələrin başqa əqdi pərdələmək məqsədi ilə bağlanması öz təsdiqini tapmamış, həmçinin Cavabdeh1 qohumu Cavabdeh2 tərəfindən İddiaçınə konkret olaraq hansı sənədləşmə işlərinin görülməsinə dair də məhkəməyə sübut təqdim edilməmişdir.

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla for mal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

44. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-573/2022 nömrəli, 7 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar