Məhkəmə qərarları › İş №2(102)-4695/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4695/2020

08.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4695/2020 08.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Allahverdiyev Səlim Məhərrəm oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-1151/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim G.Axundova) xx.xx.2019-cu il tarixli, 2(004)-5409/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh QSC- yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.Həsənov, Ş.Məmmədova, X.Sarıyev) xx.xx.2020-ci il tarixli, 2(103)-1151/2020 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-5409/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh QSC-yə qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC ilə X2 arasında bağlanmış Kredit razılaşmas ı və Ödəniş planına dəyişiklik edilməsi haqqında xx.xx.2015-ci il tarixli, 08K000000021S nömrəli sazişin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Vəkil kasasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə iş üzrə ətraflı araşdırma aparmamış, işə birtərəfli baxmış, sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, Cavabdeh QSC ilə X2 arasında xx.xx.2012-ci il tarixli, 08L**********9 saylı kredit xətti müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən, Cavabdeh QSC tərəfindən iddiaçıya qarşı 500000 ABŞ dolları məbləğində kredit xətti açılmış və bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 12 0 ay-xx xxxxxx 2022-ci il tarixindən gec olmayaraq verilməsi qeyd edilmişdir. Həmçinin Cavabdeh” QSC ilə X2 arasında kredit xətti müqaviləsi bağlanmış, həmin müqavilələrin icrasının təminatı kimi iddiaçı ilə cavabdeh arasında zaminlik müqaviləsi bağlanmışdır. Daha sonra Cavabdeh” QSC ilə X2 arasında kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında saziş bağlanmışdır. Qeyd edilən sazişdən iddiaçının xəbəri olmamış və bu sazişin bağlanmasına razılıq verməmişdir. Bu səbəbdən saziş etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-1151/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahi ş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı vəkili Vəkil və Cavabdeh QSC-nin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respubİikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın təmin e dilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, cavabdehlər X1 və İddiaçı müştərək qaydada100.910,16 ABŞ dolları məbləğində əsas, 13.605,44 ABŞ dolları məbləğində faiz, 400 ABŞ dolları məbləğində cərimə, cəmi 114.915,60 ABŞ dolları məbləğində borc (ödəniş günü AR-nın Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla), dövlət rüsumuna görə ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat rüsum və 21 manat xidmət haqqı Cavabdeh QSC-nin xeyrinə tutulması, cavabdehlərdən tutulmalı olan məbləğ borc öhdəliyinin təminatı kimi Cavabdeh QSC qarşısında ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus Lənkəran şəhəri, X5 49a ünvanında yerləşən 0,0349 ha. torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahəsi açıq hərrac yolu realizə edilməsi, torpaq sahəsinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait İddiaçı verilməsi və ipoteka predmeti olan Lənkəran şəhəri, X5 49a ünvanında yerləşən 0,0349 ha. torpaq sahəsinin ilkin satış qiyməti 210.000 manat müəyyən edilməsi qət edilməsi barədə Bakı şəhər Nərimanov RayonMəhkəməsinin 2(005)-60/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(103)-6671/2018 saylı qətnaməsi ilə, sonuncu qətnamə isə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(102)-363/2019 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhər Nərimanov Rayon Məhkəməsini n 2(005)60/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsində mübahisələndirilən kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilməsinə dair xx.xx.2015-ci il tarixli sazişə istinad edilmişdir. Həmin qətnamənin 3-cü səhifəsinin 4-cü abzasından məlum olur ki, cavadeh İddiaçı Həmzəağa oğlunun nümayəndəsi X3 iddia tələbini qismən qəbul etmiş, ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin 244.300 manat müəyyən edilməsini və cərimə məbləğinin azaldılmasını xahiş etmişdir. Sonradan cavabdehlər apelyasiya və kasasiya şikayətləri versələr də, yalnız əsas borc və faizlərin düzgün hesablanmasını tələb etmiş,xx.xx.2015-ci il tarixli müqaviləyə münasibət bildirməmişlər. Göründüyü kimi, hazırki iddia ilə bağlı tərəflər arasında məhkəmə mübahisəsi olmuşdur və qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə borc tutulmuş və tələb ipoteka predmetinə yönəlmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı məhz məhkəmə çəkişmələri bitəndən, ondan borc tutulandan və ipoteka predmetinə yönəldiləndən sonra hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Bu isə, hüquq və mənafelərin pozulmasından çox məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin icrasından yayınılması xarakterini daşıyan bir hal kimi qiymətləndirilir. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı kasasiya şikayətini formal olaraq tərtib etmişdir. Belə ki, kasasiya şikayətində iddiaçı apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna istinad etməmiş, iddia ərizəsində və apelyasiya şi kayətində qeyd etdiyi halları təkrarlamaqla kasasiya şikayəti tərtib etmişdir. Apelyasiya kollegiyasının qəbul etdiyi qətnamə ümumən yoxlandıqda isə apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilmir. Əksinə, apelyasiya kollegiyası qüvvədə olan məhkəmə qətnaməsinə istinadən düzgün olaraq vurğulamışdır ki, hazırda mübahisələndirilən müqavilə üzrə tərəflər arasında məhkəmə çəkişməsi olmuş, cavadeh İddiaçı Həmzəağa oğlunun nümayəndəsi X3 iddia tələbini qismən qəbul etmiş, ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin 244.300 manat müəyyən edilməsini və cərimə məbləğinin azaldılmasını xahiş etmişdir. Sonradan cavabdehlər apelyasiya və kasasiya şikayətləri versələr də, yalnız əsas borc və faizlərin düzgün hesa blanmasını tələb etmiş, xx.xx.2015-ci il tarixli müqaviləyə münasibət bildirməmişlər. Beləliklə, tərəflər arasında məhkəmə mübahisəsi olarkən müqavilə şərtlərinin pozulması mübahisələndirilməmiş, yalnız borc məbləği və ipoteka predmetinin satış qiyməti mübahisələndirilmişdir. Bununla cavabdeh müqavilənin sərbəst iradə ifadəsi olmasını dolayısı ilə təsdiq etmiş olmuşdur. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14. 2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən ver ilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)1151/2020 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar