Məhkəmə qərarları › İş №2(102)-4698/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4698/2021

26.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4698/2021 26.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daxili lizinq müqaviləsi üzrə hesablanmış borcun ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Abbaszadə Sima Elçiq qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-931/2021 nömrəli iş üzrə 16 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 26 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 18.01.2016-cı il tarixli AL-1206 saylı daxili lizinq müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh 2014-cü il buraxılışlı, XXX markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, XXX ban nömrəli, XXX mühərrik nömrəli, qara rəngli avtomobil illik 17% olmaqla 36 ay müddətinə 6700 manata "xxxx" ASC-nin mülkiyyətinə alınmış və cavabdehin müvəqqəti sahibliyinə və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 3 saylı əlavədən görünür ki, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 18.01.2016-cı il tarixdən başlayaraq 18.01.2019cu il tarixədək hər ay 238,7 7 manat, ödənişin sonuncu ayında isə 238.67 manat ödəməklə daxili lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməli idi. 18.01.2016-cı il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh həmin tarixdə XXX markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobili iddiaçı "xxxx" ASC-dən təhvil almışdır. 13.05.2016-cı il tarixli “Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə” aktın surətindən görünür ki, "xxxx" ASC-yə məxsus XXX markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil əzilmiş vəziyyətdə "xxxx" ASC-nin duracağına yerləşdirilmişdir. "xxxx" MMC (Azərmaş Servis) tərəfindən tərtib olunmuş aktdan görünür ki, "xxxx" ASC-yə məxsus XXX markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-nin Servisində texniki baxışdan keçirilmiş və müəyyən olunmuşdur ki, avtomobil tam yararsız vəziyyətdədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 18.01.2016-cı il tarixli AL-1206 saylı daxili lizinq müqaviləsi üzrə lizinq obyektinin yararsız vəziyyətə düşdüyü 01 mart 2016-cı il tarixə 6700 manat əsas borcun, 130,27 manat mükafat, həmin günə hesablanmış 5,16 manat dəbbə pulunun, ümumilikdə 6835,43 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış 18.01.2016-cı il tarixli AL-1206 saylı daxili lizinq müqaviləsinə əsasən 2014-cü il buraxılışlı, XXX markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, X XX ban nömrəli, XXX mühərrik nömrəli, qara rəngli avtomobil 6700 manata "xxxx" ASC-nin mülkiyyətinə alınmış və cavabdehin müvəqqəti sahibliyinə və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 17% hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 238,77 manat, ümumilikdə isə 8595,62 manat məbləğində pulu "xxxx" ASC-nin xeyrinə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müvəqqəti sahibliyinə və istifadəsinə verilmiş "xxxx" ASC-yə məxsus XXX markalı, **-AD*** dövlət qeydiyyat nişanlı avtomobil 01 mart 2016-cı il tarixdə istifadəyə yararsız vəziyyətdə servis mərkəzinə yerləşdirilmiş və tərtib olunmuş qüsur aktına əsasən avtomobil tam yararsız vəziyyətdədir. Cavabdeh lizinq şirkətinə ödənilməli olan l izinq ödənişləri ilə lizinq obyektinin məhv olunması anına ödənilmiş lizinq ödənişləri arasındakı fərq 01.03.2016-cı il tarixə 6835,43 manat təşkil edir. Daxili lizinq müqaviləsinin 11.4-cü bəndinə görə lizinq obyekti məhv olduqda, həmçinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdükdə, lizinq alan lizinq ödənişləri ilə lizinq obyektinin məhv olması anına ödənilmiş lizinq ödənişləri arasındakı fərqi lizinq verənə ödəməli və ya öz hesabına istifadəsinə verilmiş lizinq obyektinə analoji olan əmlakı əldə etməyi dərhal həyata keçirməlidir. Lakin cavabdeh lizinq müqaviləsinin qeyd olunan bəndinin tələblərini pozmuş, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq ödənişlərdən yayınmış və lizinq şirkətinə heç bir ödəniş etməmişdir. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət olunmuşdur. Cəbrayıl Rayon Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim M.Nuriyev, iş № 2(072)-399/2019) iddia təmin edilmiş, Cavabdeh 18.01.2016-cı il tarixli AL-1206 saylı daxili lizinq müqaviləsi üzrə lizinq obyektinin yararsız vəziyyətə düşdüyü 01 mart 2016-cı il tarixə 6700 (altı min yeddi yüz) manat əsas borc, 130,27 (bir yüz otuz manat iyirmi yeddi qəpik) manat mükafat, 5,16 (beş manat on altı qəpik) manat dəbbə pulu, ümumilikdə 6835,43 (altı min səkkiz yüz otuz beş manat qırx üç qəpik) manatın və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh 18.01.2016-cı il tarixli AL1206 saylı daxili lizinq müqaviləsi üzrə öhdəlik lərini yerinə yetirdiyini bildirsə də, bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Apelyasiya instansiyası məhkəməsində birinci icraat Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Abbasov (sədrlik edən və məruzəçi), T.Heydərov, T.Kərimov, iş № 2(106)-561/2020) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-399/2019 saylı iş üzrə 06 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. İddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış 18.01.2016-cı il tarixli, AL-1206 nömrəli Daxili lizinq müqaviləsindən irəli gəlir. Apellyatorun “o, məhkəmə baxışı zamanı iddia müddəti ötdüyü ilə bağlı məsələni qaldırdığını, hakimin məsələnin baxışı üçün fasilə elan etdiyi və fasilədən sonra iddia müddətinin ötmədiyi ilə bağlı şifahi qərar verməsi barədə” dəlilini də əsassız hesab edərək kollegiya qeyd etmişdir ki, birincisi, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. İş materiallarından isə görünür ki, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh iddia müddəti ilə bağlı hər hansı bir ərizə təqdim etməmiş və bu məsələyə həmin məhkəmələrdə baxılmamış və qiymət verilməmişdir. Digər tərəfdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin L.İ.Binnətovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respubl ikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə istinadla və yaxud həmin Məcəllənin 416-cı maddəsinin tələbləri baxımından tərəfin müvafiq olaraq apellyasiya və ya kassasiya instansiyası məhkəmələrində iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etmək hüququ istisna olunur. Birinci instansiya məhkəməsi düzgün olaraq Cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə onun şərtlərini pozduğu nəticəsinə gəlmiş və ondan lizinq müqaviləsi üzrə lizinq obyektinin yararsız vəziyyətə düşdüyü tarixə 6700 manat əsas lizinq borcunun, 130,27 manat mükafat məbləğinin və 5,16 manat dəbbə pulunun tutulmalı olduğu nəticəsinə gəlmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat Ali Məhkəmənin Mülki Kolleg iyasının 22 sentyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər M.Əhmədova (sədrlik edən və məruzəçi), Ə.Əliyev, İ.Xələfov, iş № 2(102)-4869/2020) Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilmiş, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.03.2020-ci il tarixli, 2(106)-561/2020 nömrəli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kasasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işdə olan iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 18.01.2016-cı il tarixli AL-1206 saylı daxili lizinq müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh 2014-cü il buraxılışlı, XXX markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, XXX ban nömrəli, XXX mühərrik nömrəli, qara rəngli avtomobil illik 17% olmaqla 36 ay müddətinə 6700 manata "xxxx" ASC-nin mülkiyyətinə alınmış və cavabdehin müvəqqəti sahibliyinə və istifadəsinə verilmiş, 18.01.2016-cı il tarixli təhvil-təslim aktı ilə Cavabdeh həmin tarixdə XXX markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobili iddiaçı "xxxx" ASC-dən təhvil almışdır. 01.03.2016-cı il tarixdə isə həmin avtomobil cavabdehdən təhvil alınmış, 13.05.2016-cı il tarixli “Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə” aktla "xxxx" ASC-yə məxsus XXX markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil əzilmiş vəziyyətdə "xxxx" ASC-nin duracağına yerləşdirilmişdir. İşə mahiyyəti üzrə baxan apelyasiya kollegiyası ilk öncə avtomobilin lizinq şirkətindən təhvil alınmasından 3 ay sonra qaytarılması halında iddiaçının hansı əsasla bütün lizinq müqaviləsi üzrə olan 36 aylıq dövr üzrə lizinq ödənişlərini tələb etməsini aydınlaşdırmamış, lizinq obyekti iddiaçının qeyd etdiyi kimi, 01.03.2016-cı il tarixdə lizinq şirkətinə təhvil verildiyi halda, lizinq obyektinin hansı səbəbdən bundan 2 ay sonra dayanacağa yerləşdirilməsinin səbəblərinə, avtomobilin yararsız vəziyyətdə olmasına dair tərtib olunmuş aktın tarixinin olmamasına münasibət bildirməmişdir. Ən əsası da apelyasiya kollegiyası lizinq obyekti qaytarıldıqdan sonra lizinq müqaviləsi üzrə bütün dövr üçün lizinq ödənişlərinin tutulmasının mümkünlüyünü araşdırmamışdır. Çünki iddiaçının tələbindən də görünür ki, iddiaçı hazırda lizinq müqaviləsi üzrə ödənişlərin cavabdehdən tutulmasını tələb etməkdədir. Mülki qanunvericilik isə lizinq ödənişinin lizinq obyektind ən istifadəyə görə lizinq verənin xeyrinə keçirilməli olan ödəniş olmasını müəyyən etmişdir. Lizinq obyekti isə iddia ərizəsindən də görünür ki, 01.03.2016-cı il tarixdən cavabdehin istifadəsindən təhvil alınmışdır. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Z.Babayev (sədrlik edən və məruzəçi), Q.Kərimov, N.Mirzəyev, iş № 2(106)-931/2021) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Cəbrayıl rayon Məhkəməsinin 2(072)-399/2019 saylı, 06 noyabr 2019-cu il tarixli qətnaməsi Cavabdeh apelyasiya şikayətinə əsasən ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “daxili lizinq müqaviləsi üzrə hesablanmış borcun ödənilməsi tələbinə dair” iddiası təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, müqavilə üzrə tərəflər götürmüş olduqları öhdəliyə görə cavabdehdirlər və müqavilə üzrə hər bir şəxs digər şəxsə zərər vurmamaqla öhdəliyi icra etməlidirlər. Əgər borclu öhdəliyin icra etmirsə və kreditor da öhdəliyin borcun öhdəliyin icra edilmədiyi vaxtdan icrası tələb etmək öhdəliyini üzərinə götürmüşsə, borclu məsuliyyət daşıyır. Əks halda isə, yəni kreditor borclu tərəfindən öhdəliyin icra edilmədiyi təqdirdə borcun ödənilməsi üçün öhdəlik götürmüşdürsə, amma kreditor borcludan borcun vaxtında ödənilməsini tələb etmir, borc üzrə əlavə faizlərin yaranmasına şərait yaradırsa borclu yaranan faizlərə görə məsuliyyət daşımır. Kreditorun öhdəliyini icra etməyərək əlavə özü üçün əlveri şli şərait yaradan (borca görə əlavə faizlərin hesablanmasına görə artıq qazanc) hala rəvac verməsi hüquqdan sui-istifadə kimi dəyərləndirilir ki, müqavilə üzrə öhdəliyin vaxtında tələb olunmaması, müqavilə üzrə əlavə faizlərin, cərimələrin yaranmasına rəvac verməklə müqavilə üzrə bir tərəf digər tərəfə münasibətdə əlverişsiz vəziyyətə düşməsinə şərait yaradır. Buna görə də hüquqdan sui-istifadə hallarının aradan qaldırılması üçün cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasının aradan qaldırılması, müqavilə üzrə tərəfi hüquq və qanuni maraqlarının vaxtında tələb edilməsi, mülki dövriyyənin sabitliyinin təmin edilməsi üçün iddia müddəti institutu mühüm əhəmiyyət daşıyır. İddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 18.01.2016-cı il tarixli AL-1206 saylı daxili lizinq müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh sifarişi ilə 2014-cü il buraxılışlı, XXX markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, XXX ban nömrəli, XXX mühərrik nömrəli, qara rəngli avtomobil illik 17% olmaqla 36 ay müddətinə 6.700 manata "xxxx" ASC-nin mülkiyyətinə alınmış və cavabdehin müvəqqəti sahibliyinə və istifadəsinə verilmişdir. Müqavilənin 11.3-cü bəndinə əsasən lizinq obyekti sığortalanmamışdırsa lizinq obyekti olan avtomobil zədələndikdə, tam məhv olma halı istisna olmaqla lizinq obyekti dəymiş zərərin 800 manat məbləği lizinq alan tərəfindən ödənilməklə Lizinq verən tərəfindən bərpa edilir. Həmin müqavilənin 11.4-cü bəndinə əsasən Lizinq obyekti məhv olduqda, həmçinin onun zədələnməsi nəticəsində bərpas ı mümkün olmayan vəziyyətə düşdükdə, Lizinq alan aşağıdaki hərəkətlərdən birini dərhal həyata keçirməlidir: 11.4.1. bu müqaviləyə əsasən ödənilməli olan lizinq ödənişləri ilə Lizinq obyektinin məhv olması anına ödənilmiş lizinq ödənişləri arasındaki fərqi Lizinq verənə ödəmək; 11.4.2. öz hesabına bu müqaviləyə əsasən istifadəsinə verilmiş Lizinq obyektinə analoji olan əmlak əldə etmək. Bu halda bu müqavilə dəyişməz qalır, Lizinq alan bu müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə lizinq ödənişlərini ödəyir. Həmin müqavilənin 16.4-cü bəndinə əsasən Lizinq alan, Lizinq obyektinin Lizinq verənin sahibliyinə qaytarılması anından, bu müqavilə ilə nəzərdə tutulmuş Lizinq obyektinin satın alınması hüququnu itirir. İddiaçının mövqeyinə görə cavabdehin 18 yanvar 2016-cı il tarixli 1296/1071- 09/2010 saylı daxili maliyyə lizinq müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməməsi nəticəsində gecikən əsas məbləğ üzrə 6.700 manat, dəymiş ziyan üzrə faiz borcu 130,27 manat, dəbbə pulu qismində 5,16 manat, cəmi 6.835,43 manat məbləğində borcu qalmışdır. Bundan başqa iş materiallarından görünür ki, 18 yanvar 2016-cı il tarixli lizinq müqaviləsinə əsasən iddia tələbində qeyd edilən minik avtomobili Cavabdeh lizinqə verilmişdir. Həmin avtomobil 01 mart 2016-cı il tarixdə istifadəyə yararsız vəziyyətdə servis mərkəzinə yerləşdirilmiş və iddiaçıya təhvil verilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 01 mart 2016-cı il tarixdə XXX markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı "xxxx" ASC tərəfindən cavabdehdən təhvil alınmış, 13 may 2016-cı il tarixli “Avtonə qliyyat vasitəsinin saxlanca qəbulu barədə” aktla "xxxx" ASC-yə məxsus XXX markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil əzilmiş vəziyyətdə "xxxx" ASC-nin duracağına yerləşdirilmişdir. Bundan əlavə, iş materiallarında olan "xxxx" MMC (Azərmaş Servis) tərəfindən tərtib olunmuş aktdan görünür ki, "xxxx" ASC-yə məxsus XXX markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-nin Servisində texniki baxışdan keçirilmiş və müəyyən olunmuşdur ki, avtomobil tam yararsız vəziyyətdədir. Həmçinin iş materiallarından görünür ki, iddiaçı təşkilat cavabdeh ilə 13 may 2016-cı il tarixdə 36 ay müddətinə yeni lizinq müqaviləsi imzalamış, 01 mart 2019-cu il tarixdə cavabdeh tərəfindən həmin müqavilə üzrə öhdəliklər tam ödənilmişdir. Cavabdehin istifadəsində olan lizinq obyekti 01 mart 201 6-cı il tarixdə iddiaçı tərəfindən geri qaytarılmışdır. İş materiallarından göründüyü kimi tərəflər arasında lizinq müqaviləsi 18 yanvar 2016-cı il tarixdə bağlanılmış, lizinq obyekti iddiaçı tərəfindən 01 mart 2016-cı il tarixdə geri götürülmüş, lizinq götürən Cavabdeh Lizinq üzrə 01 mart 2016-cı il tarixdən sonra ödəniş etməmişdir. Lakin iddiaçı məhkəməyə 30 iyul 2019-cu il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, göründüyü kimi iddiaçı öz hüququnun pozulduğunu lizinq obyektini geri götürdüyü 01 mart 2016-cı il tarixdən bilmiş və həmin tarixdən lizinq obyekti iddiaçıda olmuş, lakin iddiaçı həmin tarixdə deyil yalnız 3 il 2 ay 29 gün sonra, yəni 30 iyul 2019-cu il tarixdə məhkəmədə iddia qaldırmışdır. Cavabdeh apelyasiya şikayətində Cəbrayıl rayon Məhkəməsində məhkəmə baxışı zamanı iddia müddətinin ötməsi ilə bağlı məsələni qaldırdığını, hakimin həmin məsələ ilə əlaqədar fasilə elan etdiyi və fasilədən sonra iddia müddətinin ötmədiyi ilə bağlı şifahi qərar verməsini, bu səbəbdən də birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi barədə ərizə verə bilmədiyini, bu mövzu ilə bağlı hakimin çıxartdığı qərarın onun yazılı ərizə ilə müraciət etmək hüququnu da məhdudlaşdırmasını, bununla bağlı ərizəsinin qəbuluna birinci instansiya məhkəməsinin şərait yaratmadığını, həmçinin əvvəlki apelyasiya baxışı zamanı ona belə bir şəraitin yaradılmadığını qeyd edərək apelyasiya məhkəməsinə iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmişdir. Yuxarıda qeyd olunanlar isə məhkəmə kollegiyasına onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi cavabdehin izaha tına və işin halları ilə bağlı göstərdiklərinə düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı avtomobilin lizinq şirkətindən təhvil alınmasından 3 ay sonra qaytarılması halında hansı əsasla bütün lizinq müqaviləsi üzrə olan 36 aylıq dövr üzrə lizinq ödənişlərini tələb etməsini əsaslandırmamış, lizinq obyekti iddiaçının qeyd etdiyi kimi, 01 mart 2016-cı il tarixdə lizinq şirkətinə təhvil verildiyi halda, lizinq obyektinin hansı səbəbdən bundan 2 ay sonra dayanacağa yerləşdirilməsinin səbəblərini açıqlamamış, avtomobilin yararsız vəziyyətdə olmasına dair tərtib olunmuş aktın tarixinin olmamasına münasibət bildirməmiş, lizinq obyekti qaytarıldıqdan sonra lizinq müqaviləsi üzrə bütün dövr üçün lizinq ödənişlərini tələb etməməsinin səbəbini ayd ınlaşdırmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbindən də görünür ki, iddiaçı hazırda lizinq müqaviləsi üzrə ödənişlərin cavabdehdən tutulmasını tələb etməkdə olsa da, Mülki qanunvericilik lizinq ödənişinin lizinq obyektindən istifadəyə görə lizinq verənin xeyrinə keçirilməli olan ödəniş olmasını müəyyən etdiyindən, lizinq obyekti 01 mart 2016-cı il tarixdən cavabdehin istifadəsindən təhvil alındığından, iddia tələbi də əsaslı hesab edilə bilməz. Birinci inistansiya məhkəməsi işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli dəyərləndirmə aparmayaraq, prosessual qanunvericiliyin tələblərini pozmuş, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normalarını səhv tətbiq və təfsir etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkə mə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı "xxxx" ASC (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)931/2021 nömrəli iş üzrə 16 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası iddiaçının nümayəndəsi X1 izahatını dinləməmişdir. Digər tərəf məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessu al qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 385.1-ci madd əsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əg ər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-10.2-ci maddəsinə görə lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazların ı əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəm ə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi dəlilləri; iddia müddətinin ötürülməməsi, müddətin tətbiqi ilə bağlı yazılı ərizənin olmaması, lizinq obyektinin tam məhv olması halında müqavilə üzrə yaranmış məbləğin ödəmək vəzifəsinin olmasının nəzərə alınmamasından ibarət olmuşdur. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci kassasiya icraatı zamanı məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, «.. İşə mahiyyəti üzrə baxan apelyasiya ko llegiyası ilk öncə avtomobilin lizinq şirkətindən təhvil alınmasından 3 ay sonra qaytarılması halında iddiaçının hansı əsasla bütün lizinq müqaviləsi üzrə olan 36 aylıq dövr üzrə lizinq ödənişlərini tələb etməsini aydınlaşdırmamış, lizinq obyekti iddiaçının qeyd etdiyi kimi, 01.03.2016-cı il tarixdə lizinq şirkətinə təhvil verildiyi halda, lizinq obyektinin hansı səbəbdən bundan 2 ay sonra dayanacağa yerləşdirilməsinin səbəblərinə, avtomobilin yararsız vəziyyətdə olmasına dair tərtib olunmuş aktın tarixinin olmamasına münasibət bildirməmişdir. Ən əsası da apelyasiya kollegiyası lizinq obyekti qaytarıldıqdan sonra lizinq müqaviləsi üzrə bütün dövr üçün lizinq ödənişlərinin tutulmasının mümkünlüyünü araşdırmamışdır. Çünki iddiaçının tələbindən də görünür ki, iddiaçı hazırda lizinq müqavilə si üzrə ödənişlərin cavabdehdən tutulmasını tələb etməkdədir. Mülki qanunvericilik isə lizinq ödənişinin lizinq obyektindən istifadəyə görə lizinq verənin xeyrinə keçirilməli olan ödəniş olmasını müəyyən etmişdir. Lizinq obyekti isə iddia ərizəsindən də görünür ki, 01.03.2016-cı il tarixdən cavabdehin istifadəsindən təhvil alınmışdır.» Bu göstərişlər müvafiq olaraq sonuncu apellyasiya icraatı zamanı araşdırılmış və müəyyən olunmuşdur ki, cavabdehin iddiaçı qarşısında müqavilə üzrə ödənilməli olan və ödənilməmiş ödənişlərinin mövcud olması təsdiq olunmur, bu isə iddianın təmin olunmasını istisna edir. Bu halda isə, yəni iddianın əsassız hesab edilməsi zamanı iddia müddətinin tətbiqi mümkün sayıla bilməz. Apellyasiya instansiya məhkəməsinin isə iddia müddətinin tətbiq olunmasını mümkün sayma sı isə faktiki olaraq məhkəmənin gəlmiş olduğu nəticəsinin dəyişməsinə imkan vermir, istinad olunan dəlillər bu baxımdan qətnamənin ləğv olunması əsasları kimi qəbul oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2.-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Məsumə Vəzirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 14 may 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2 1 iyun 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, kassasiya instansiyası məhkəməsi heç bir halda aşağı instansiya məhkəməsinin səlahiyyətlərini öz üzərinə götürməməlidir. Kassasiya instansiyası məhkəməsi mülki işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilməmiş yeni hallarını müəyyən etməsinə həmin hallara maddi hüquq normalarını tətbiq etməsi üçün hüquqi əsas mövcud deyildir. Əks yanaşma Azərbaycan Respublikasında kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirən Ali Məhkəmənin Konstitusiya hüquqi statusunu müəyyən edən Konstitusiyanın 131-ci maddəsinin məzmununa uyğun olmazdı. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verm əmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-931/2021 nömrəli iş üzrə 16 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar