Məhkəmə qərarları › İş №2(102)-470/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-470/2020

28.01.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-470/2020 28.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, onların vəkili X4, Cavabdeh1 və vəkili X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 sentyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 oktyabr 2018-cii l tarixli qətnaməsi ilə (hakim İ.Burcayev, iş № 2(008)-6505/18) iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 16 Saylı Notariat Kontoruna (3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsi) qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması və miras əmlakda payların müəyyən olunması” tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən iddiaçılar apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 yanvar 2019-cu ilil tarixli qətnaməsi ilə (hakimlər R.Qurbanov-sədrlik edən və məruzəçi, E.Nəbiyev və A.Hüseyn, iş № 2(103)-822/19) apellyasiya şikayəti təmin edilməyərək Sa bunçu Rayon Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19 iyun 2019-cu il tarixli qərarı ilə (hakimlər E.Vəliyeva-sədrlik edən və məruzəçi, Q.Əsgərov və S.Hacıyev, iş № 2(102)-4041/19) iddiaçıların kassasiya şikayəti təmin edilmiş, qətnamə ləğv olunmuş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. İşə yenidən baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məhərrəmova-sədrlik edən və məruzəçi, M.Məmmədov və E.Şamayev, iş № 2(103)-11174/19) iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Sabunçu Rayon Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 16 Saylı Notariat Kontoruna (3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Axundov küçəsi, 10 saylı evin 60-cı mənzilinə dair Cavabdeh1 adına Bakı şəhəri 16 saylı Notariat Kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında 14.08.2012-ci il tar ixli, reyestrdə 2V-1/548 il qeyd edilmiş şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında mənzilə dair Cavabdeh1 adına verilmiş çıxarışın ləğv olunması və miras əmlakda payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçılar və onların vəkili İ.Qədirov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. Cavabdeh1 və vəkili M.Qadaşlı kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş e tdilər. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşdən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kassasiya qaydasında yalnız iddiaçılar mübahisələndirmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin qanuniliyini və əsaslılığını yalnız onların kassasiya şikayətinə münas ibətdə yoxlayıb qiymət verir. Məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 30 sentyabr 2019cu ilil tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın əsassız olması ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsimüəyyən etmişdir ki, X8 14 dekabr 2011-ci il tarixdə vəfat etmiş və onun ölümündən sonra Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Axundov küçəsi 10 saylı evin 6 0 saylı mənzili miras qalmışdır. Miras qoyanın qanun üzrə 1-ci növbəli 8 vərəsəsi (uşaqları) vardır. Onlar aşağıdakılardır: Cavabdeh1, X5, X2, X6, X3, İddiaçı1, İddiaçı2 və İddiaçı3. Cavabdeh1 miras qoyanla birgə həmin mənzildə yaşamış və miras açılandan sonra da mənzildə yaşamağa davam etmişdir. İddiaçılar isə Gəncə şəhərində yaşayırlar. Vərəsələrdən Cavabdeh1, X5, X2, X6, X3 16 mart 2012-ci il tarixdə mirasın qəbul edilməsi ilə bağlı 16 saylı notariat kontoruna müraciət etmişlər. X5, X2, X6, X3 miras paylarından qardaşları Cavabdeh1 xeyrinə imtina etmişlər. Bundan başqa digər heç bir vərəsə mirasın qəbulu ilə əlaqədar müraciət etmədiyindən miras əmlaka dair şəhadətnamə 14 avqust 2012-ci il tarixdə yalnız Cavabdeh1 verilmiş və sonuncu miras əmlak olan mənzili xüsusi mülkiyyət hüququ ilə adına qeydiyyata aldırmışdır. İddiaçılar bildirir ki, 2018-ci ilin aprel ayında onlara məlum olmuşdur ki, cavabdeh atalarına məxsus olan miras əmlakı öz adına rəsmiləşdirmiş, rəsmiləşdirmə zamanı isə qanunsuzluğa yol verilərək, digər vərəsələr – miras qoyanın daha 3 qızının olması gizlədilmiş, notariat kontorunda vərəsələrin dairəsi tam göstərilməmişdir. Notariusun hərəkətləri hüquqa zidd olmuş, qanunsuz sənədləşmə işləri aparılmaqla, qardaşları miras əmlak üzərində onların da payına sahib olmuş, vərəsəlik hüquqlarını pozmuşlar. Bununla bağlı onlar notariat kontoruna ərizə ilə müraciət etsələr də, cavabdeh həmin şəhadətnaməni ləğv etməkdən, miras əmlakda onların payını verməkdən imtina etmişdir. Belə olan halda məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişlər. Mülki Məcəllənin 1 243.1 və 1243.2-ci maddələrinin tələblərinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsində isə təsbit olunmuşdur ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanunun mənasına görə, mirasın qəbul edilməsi müddəti həm qanun üzrə, həm də vəsiyyət üzrə vərəsələrə aiddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş müddət ərzində mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Lakin iddiaçıların mirası əmlakı qəbul etmələri müəyyən olunmur. Çünki onlar Mülki Məcəllənin 1246-cı maddəsin də göstərilən müddətdə mirasın qəbul edilməsi barədə ərizə ilə notariat kontoruna müraciət etməmiş, həmçinin mirasın faktiki surətdə qəbul edilməsi ilə bağlı hər hansı hərəkətlər etməmişlər. Apellyasiya instansiyası məhkəməsi bu halların mübahisəsiz olduğunu qeyd etmişdir. Çünki iddiaçılar nəinki mirası qəbul etmələri ilə bağlı məhkəməyə sübut təqdim etməmiş, ümumiyyətlə iddia ərizəsində onlar tərəfindən mirasın qəbul edilməsi hallarına istinad belə etməmişlər. Xüsusilə qeyd olunmalıdır ki, iddiaçıların atası olan X8 14.12.2011-ci il tarixdə vəfat etmiş və həmin tarixdən iddia ərizəsinin verildiyi tarixədək 7 ilə yaxın müddətdə iddiaçıların vəfat etmiş atalarından miras əmlakın qalmasını bilməmələri inandırıcı deyildir. Göstərilən müddət ərzində onlar mirası notariusa müraciət edərək və ya faktiki olaraq mirası qəbul etmədikləri üçün həmin miras əmlakla bağlı mübahisə açmaq və vərəsəlik şəhadətnaməsini mübahisələndirmək hüququna malik deyillər və həmin hissədə iddia tələbləri subyektiv hüququ olmayan şəxslər tərəfindən qaldırılmış hesab olunmalıdır. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məh kəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiy ar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Həmçinin, yuxarıda göstərildiyi kimi iddiaçılar qanunla müəyyən edilmiş müddətdə mirası qəbul etmədikləri üçün onların miras əmlakda paylarının müəyyən edilməsi barədə tələbləri də əsassızdır. Apellyasiya instansiyası məhkəməsi digər vərəsələrin imtina ərizələrində konkret kimin xeyrinə imtina etmələrinin göstərilmədiyi və notariusun digər vərəsələrin olubolmadığını araşdırmadığı barədə aşağıdakıları qeyd etmişdir. Mülki Məcəllənin 1273-1-ci maddəsinə görə vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Həmin Məcəllənin 1262-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər vərəsə mirası qəbul e tməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçılar mirası qəbul etmək üçün vaxtında təşəbbüs göstərməmiş, bu yöndə heç bir aktiv hərəkət etməmiş, bununla bağlı niyyətləri əvvəldən mövcud olmamışdır; buna görə də onların mirası qəbul etdikləri qənaətinə gəlmək mümkün olmadığı üçün digər cavabdehlərin imtina ərizələrində mirasdan kimin xeyrinə imtina etdikləri göstərilməsə də, həmin imtinaları mirası qəbul etmək üçün müraciət etmiş tək şəxs Cavabdeh1 xeyrinə imtina kimi qəbul etmək məntiqə uyğundur. Mülki Məcəllənin 1318-ci maddəsinə görə notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görməlidir; “Notariat haqqında” Qanunun 59-cu maddəsinə görə isə, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır “Notariat haqqında” Qanunun 55-ci maddasinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notar ius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Qanunun mənasına görə notarius ona vərəsə kimi məlum olan, lakin miras açıldığı yerdə olmayan şəxslər barədə araşdırma aparmalı və onlara məlumat verməlidir. Hazırkı işdə isə notariusa iddiaçılar vərəsə kimi məlum olmamaqla yanaşı onlar barədə heç bir məlumat olmamışdır. Apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilənləri nəzərə alaraq bu qənaətə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır və qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktla r nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasın ı və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçılar öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişlər. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi t əfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsas ında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə toplanmış sübutlar məhkəmə tərəfindən qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl olunmuşdur. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesa b edir ki, Bakı Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə qanuni və əsaslıdır. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 30 sentyabr 2019-cu il tarixli, 2(103)-11174/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar