Məhkəmə qərarları › İş №2(102)-470/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-470/2022

01.02.2022 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-470/2022 01.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh «Azəriqaz» İB-nin Təmir-Tikinti İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa və təzminatın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7207/2021 nömrəli iş üzrə 28 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 01 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qə rarı qəbul etdi İşin halları

1. Tərəflər arasında bağlanmış 14.05.2013-cü il tarixli, 28-k saylı əmək müqaviləsinə əsasən İddiaçı «Azəriqaz» İB-nin Təmir-Tikinti İdarəsinə texniki təchizat şöbəsinə 9-cu dərəcəli mühəndis vəzifəsinə işə qəbul olunmuş, 01.04.2016-cı il tarixdə iddiaçıya 10-cu dərəcə təyin edilmişdir.

2. İddiaçı 04.09.2019-cu il tarixdə cavabdehə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə həmin tarixdən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən öz xahişi ilə xitam verilməsini xahiş etmişdir. 04.09.2019-cu il tarixli, SOCAR19291 saylı əmrə əsasən tərəflər arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəm ə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh «Azəriqaz» İB-nin Təmir-Tikinti İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun «Azəriqaz» İB-nin Təmir-Tikinti İdarəsinə işə qaytarılması və əlavə olaraq 9.500 manat məbləğində təzminatın cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 14.05.2013-cü il tarixdən «Azəriqaz» İB-nin Təmir-Tikinti İdarəsinə texniki təchizat şöbəsinə 9-cu dərəcəli mühəndis vəzifəsinə işə qəbul olunmuşdur. 04.09.2019-cu il tarixdə əmək kitabçasında qeyd olunduğu kimi, öz ərizəsi ilə əmək müqaviləsi ləğv edilərək, işdən azad olunmuşdur. Səhəri gün 05.09.2019-cu il tarixdə idarənin rəisi V.Həsənova işdən çıxma ərizəsini geri götürməsi ilə bağlı teleqram ünvanlamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü bəndində deyilir ki, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Maddədə göstərildiyi kimi, yerinə işçi götürülməsi barədə ona heç bir rəsmi xəbərdarlıq olunmamışd ır. Bundan başqa, rəsmiyyətdə öz xahişi ilə ərizə verməsi görünsə də, əslində belə deyil. Onu ərizə yazmağa məcbur etmişlər. Ərizəni təzyiq altında yazmışdır. Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndində deyilir ki, işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Teleqramdan sonra 10.09.2019-cu il və 12.09.2019-cu il tarixli müraciətlərinə də idarənin rəhbərliyi imtina cavabı yazmışdır ki, əmr ləğv edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin «q» bəndində deyilir ki, işçi əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və müdafiə olunmaq hüququna malikdir. İşdən azad olunduğuna görə o, maddi zərərə düşmüşdür. Ailəlidir, 2 az yaşlı övladı var, üstəlik banka kredit borcu vardır. O, işinə bərpa olunmaq və mənəvi təzminat almaq istəyir.

5. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin, 10.12.2019-cu il tarixli qətnaməsi ilə (hakim K.Əsədov, iş № 2(002)-2791/2019) iddia tələbinin rədd edilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı iddia tələbini əsaslandırarkən, ona təzyiq olunduğunu bildirsə də, bu cür təzyiqin olunmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmiş, təzyiqin nədə ifadə olunmasını iddia ərizəsində və izahatında göstərməmiş, iddianı qeyd olunan hissədə əsaslandırmamışdır. İş materiallarından işəgötürənin bu cür davranış nümayiş etdirməsinə işarə edən, zənn etməyə imkan verən heç nə sezilmir. İddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə qanuni əsaslarla xitam verilmiş, digər sözlə ifadə edildikdə, cavabdeh tərəfindən Əmək Məcəlləsinin tələbləri pozulmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Lakin iddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddət üzrlü səbəb olmadan ötürüldükdən sonra, iddia ərizəsi ilə yalnız 10.10.2019-cu il tarixdə məhkəməyə müraciət olunmuşdur. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

7. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2791/2019 saylı, 10.12.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmas ını xahiş etmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 avqust 2020-ci il tarixli, 2(103)-2958/2020 saylı qətnaməsi ilə (hakim A.Tanrıverdiyevin sədrliyi və məruzəsi ilə, hakimlər T.Səmədov və İ.Şirinovdan ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2791/2019 saylı, 10 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, İddiaçı Əli oğluna məcburi iş buraxmağa görə işdən çıxarıldığı gündən qətnamə icra olunan günədək hər ay müvafiq əmək haqqı ödənilməklə, onun əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir.

9. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin sözügedən vəzifəyə başqa işçini götürməsinə dair işçiyə rəsmi yazılı xəbərdarlıq etməsi ilə bağlı hər hansı sənəd iş materiallarında mövcud deyildir. İddia müddətinin ötürülməsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddia müddətinin ötürülməməsi iş materiallarına əlavə edilmiş zərflə (i.v 27) müəyyən olunur. Belə ki, həmin zərfin üzərindəki möhürə əsasən, iddia ərizəsi 02.10.2019-cu il tarixində poçt xidmətinə təhvil verilmiş, 10.10.2019cu il tarixində isə qəbul edilmişdir. Odur ki, iddia ərizəsinin verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq müddət ötürülməmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

10. Cavabdeh «Azəriqaz» İB-in Təmir-Tikinti İdarəsi kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi ilə bağlı yeni qərar qəbul edil məsi və ya işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 may 2021-ci il tarixli, 2(102)-2342/2021 saylı qərarı ilə cavabdehin kasasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 avqust 2020-ci il tarixli 2(103)- 2958/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apelyasiya məhkəməsinə qaytarılmışdır.

12. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə cavabdehin sözügedən vəzifəyə başqa işçini götürməsinə dair işçiyə rəsmi yazılı xəbərdarlıq etməsi ilə bağlı hər hansı sənəd mövcud deyildir. İşin halları ilə müəyyən olu nduğu kimi iddiaçı 02.09.2019-cu il tarixdə ərizə verərək, 04.09.2019-cu il tarixdən tutduğu vəzifədən azad olunmasını xahiş etmiş və məhz onun ərizəsi nəzərə alınaraq ərizəsində göstərdiyi tarixdən tutduğu vəzifəsindən azad edilmişdir.

13. Qeyd edilməlidir ki, işçinin özünün müəyyən etdiyi xəbərdarlıq müddəti iki gün təşkil etmişdir. İlkin ərizəsinin etibarsız hesab edilməsinə dair təkrar ərizəsi isə məhz həmin müddət daxilində işəgötürənə təqdim edilə bilərdi. Lakin işin halları ilə müəyyən olunduğu kimi o, ərizəsi əsasında müəyyən etdiyi vaxtda tutduğu vəzifədən azad olunduqdan sonra, yəni 05.09.2019-cu il tarixdə əvvəlki ərizəsinin etibarsız hesab edilməsinə dair yeni ərizə vermişdir. İşəgötürənin həmin ərizəni nəzərə almaq imkanında olması artıq mümkünsüz olmuş, bununla bağlı əsasla rı olmamışdır. Bu halda ərizə müəyyən olunmuş müddətlər daxilində verilmədiyi üçün apellyasiya instansiya məhkəməsinin iddianı təmin edərkən istinad etdiyi əsasın (cavabdehin sözügedən vəzifəyə başqa işçini götürməsinə dair işçiyə rəsmi yazılı xəbərdalıq etməsi ilə bağlı hər hansı sənəd mövcud deyildir) əhəmiyyəti olmamışdır. Nəzərə alınmalı idi ki, məhkəmənin istinad etdiyi əsas məhz xəbərdarlıq müddəti üçün əhəmiyyətli olan haldır. Bu müddətin bitməsində və artıq işçi (ərizəsində göstərdiyi gün) tutduğu vəzifədən azad edildiyi halında həmin əsasın işçinin işə bərpa edilməsi əsaslardan biri kimi qəbul olunması yolverilməzdir. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdeh Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsi ilə nəzərdə tutulmuş müddəti gözləməklə əmək müqaviləsinin ləğvinə dai r əmr qəbul etmiş və bu zaman əmək qanunvericiliyinin tələblərinin pozuntusuna yol verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən isə istinad olunan maddi hüquq normasının tələbini pozmuşdur. b) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 iyul 2021-ci il tarixli, 2(103)-7207/2021 saylı qətnaməsi ilə (hakimlər Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), R.Həsənov və V.İbayev) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2791/2019 saylı, 10 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə qanuni əsaslarla xitam verilmiş, digər sözlə ifadə edildikdə, cavabdeh tərəfindən Əmək Məcəlləsinin tələbləri pozulmamışdır.

16. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı 02.09.2019-cu il tarixdə ərizə verərək, 04.09.2019-cu il tarixdən tutduğu vəzifədən azad olunmasını xahiş etmişdir.

17. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.

18. Cavabdeh tərəfindən də iddiaçının ərizəsini əsas götürməklə iddiaçının ərizəsində göstə rdiyi tarixdən onu tutduğu vəzifəsindən azad edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı (vəkil Vəkil2 oğlu) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 avqust 2020-ci il tarixli 2(103)-2958/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü bəndinə istinad edərək qeyd edir ki, yerinə işçi götürülməsi barədə ona heç bir rəsmi xəbərdarlıq olunmamışdır. Bundan başqa, rəsmiyyətdə öz xahişi ilə ərizə verməsi görünsə də, əslində belə deyil. Onu ərizə yazmağa məcbur e tmişlər. Ərizəni təzyiq altında yazmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndində deyilir ki, işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə

12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti

1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; Maddə

68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; Maddə

69. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası

1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən h əmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.

5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Maddə

73. Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası

1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilə rsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Maddə

76. Əmək müqaviləsinin ləğv edilməsini məhdudlaşdıran şərtlər

1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.

2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Maddə

300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri

1. Əgər, işəgötürən əmək müqaviləs inin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

23. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllə si Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin fakt iki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

25. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyidən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir. 28.Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaətlə razılaşır və qeyd edir ki, iddia tələbinin hüquqi əsaslarından biri kimi Əmək Məcəlləsinin 300-cü maddəsi çıxış edir. Həmin normada işçinin məcburi məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi üçün vacib şərtlər kimi: 1. işəgötürənin əmək mü qaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq xitam verməsi;

2. Əmək Məcəlləsinin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən əmək müqaviləsinə xitam verilməsi;

3. Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verməsini müəyyən etmişdir.

29. Bu normaya əsasən, iddianın faktiki halları Əmək Məcəlləsinin 69-cu maddəsində əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydaları əsasında yoxlanmalıdır. Bu normaya görə, əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi üçün işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizə ilə xəbərdar etməlidir. Lakin işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götü rə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu cür ərizənin verilməsi, əmək müqaviləsinin ləğv edilə bilməməsi kimi hüquqi nəticəyə səbəb olur. Ancaq işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçi götürdükdə və bu barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etdikdə, işçinin ərizəsini geri götürməsi və ya onu etibarsız hesab etməsi barədə işəgötürənə yeni ərizəsi hər hansı hüquqi nəticəyə səbəb olmur.

30. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı 02.09.2019-cu il tarixdə işəgötürənə müraciət edərək, 04.09.2019-cu il tarixdən işdən azad edilməsini xahiş etmişdir. İşəgötürən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən xitam verilməsi barədə 04.09.2019-c u il tarixli əmr vermişdir.

31. Göründüyü kimi, işəgötürənin iddiaçı barədə 04.09.2019-cu il tarixli əmri Əmək Məcəlləsinin 69-cu maddəsində müəyyən olunmuş qaydalara riayət olunmaqla verilmişdir.

32. Bu halda, iddiaçının əvvəlki (02.09.2019-cu il tarixdə yazdığı) ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciəti sözügedən əmrin ləğvinə əsas vermir.

33. Çünki bu cür vəziyyət Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü hissəsində birbaşa tənzimlənərək deyilir ki, əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.

34. İddiaçının işdən çıxması barədə 02.09.2019-cu il tarixdə yazdığı ərizəni yazmağa məcbur e dildiyi, təzyiq altında, onun iradəsinə zidd olaraq yazıldığı barədə dəlilləri də işə baxmış məhkəmələr tərəfindən araşdırılmış və bu faktı təsdiq edən sübutlar təqdim edilmədiyinə görə həmin dəlil rədd edilmişdir (qərarın 6-cı paraqrafı).

35. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslıdır və iş üzrə kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğundur.

36. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 iyul 2021-ci il tarixli, 2(103)7207/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar