Məhkəmə qərarları › İş №2(102)-4700/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4700/2021

21.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4700/2021 21.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Ləğv prosesində olan "xxxx" ASC-yə, "xxxx" MMC-yə, 3-cü şəxslər Şəki rayon İcra və Probasiya şöbəsinəvə AR ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4700/21 (Açar sözlər: hərracın nəticələri haqqında protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ipotekaya xitam verilməsi) Bakı şəhəri, 21 sentyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva T utu Nazim qızının katibliyi, Cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin vəkili Vnın iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1189/2021 nömrəli iş üzrə 14 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 21 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Şəki rayon İcra və probasiya şöbəsi və ƏMDK yanında DƏDRX 12 saylı Şəki Ərazi İdarəsi üçüncü şəxs qismində göstərilməklə cavabdehlər ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və "xxxx" MMC-yə qarşı “hərracın nəticələri haqqında yekun protokolun, alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ipotekaya xitam verilməsi və bu barədə dövlət reyestrində müvafiq qeydlərin aparılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ləğv prosesində olan "xxxx" ASC tərəfindən əldə edilməsinə dair "xxxx" MMC tərəfindən tərtib olunmuş Y-575 saylı, 01.12.2016-cı il tarixli hərracın nəticələri haqqında yekun protokolunun, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun doğurduğu bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi ilə bağlı ipotekaya xitam verilməklə ipoteka yüklülüyündən azad edilməsi, ƏMDK yanında DƏDRX 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən bu barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılması, mərhum atası X1 həmin əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın o na qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə mərhum atası X2 arasında 03.06.2008-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Sözügedən kredit müqaviləlsinin təminatı kimi tərəflər arasında 03.06.2008-ci il tarixli ipoteka müqaviləsi bağlanılmış, həmin ipoteka müqaviləsinə əsasən X1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Müəyyən obyektiv iqtisadi səbəblər üzündən mərhum atası X2 bank qarşısında kredit öhdəliklərini icra edə bilməmiş, nəticədə kreditor tərəfindən ipoteka predmetlərinə tutma yönəldilməsi proseduruna başlanılmışdır. Belə ki, Şəki Ra yon Məhkəməsinin 2(075)30/2013 saylı, 22 noyabr 2013-cü il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin 03.06.2008 tarixli kredit müqaviləsi üzrə borc məbləğinin ipoteka predmetinə yönəldilməsi, həmin ipoteka predmetinin açıq hərracdan satışa çıxarılması, satışdan əldə edilmiş vəsait hesabına mərhum atası X1 "xxxx" ASC-yə olan borcunun ödənilməsinə və həmin daşınmaz əmlak obyektinin ilkin satış qiymətinin 90.000 manat müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra iş üzrə Şəki rayon Məhkəməsinin 2(075)-30/2013 saylı, 22 noyabr 2013-cü il tarixli icra sənədi icra edilməsi üçün Şəki rayonu icra və probasiya şöbəsinə göndərilmişdir. Şəki rayonu icra və probasiya şöbəsi tərəfindən keçirilən icra tədbirləri nəticəsində 1430-5 saylı, 26.01.2016-cı il tarixli sifariş məktu buna əsasən ipoteka predmetinin satılması ilə bağlı "xxxx" MMC-yə sifarş verilmişdir. Hərrac təşkilatı tərəfindən göstərilən əmlaklar açıq hərracdan satışa çıxarılmış, 09 mart 2016-cı il və 20 aprel 2016-cı il tarixlərində keçirilmiş ilkin və təkrar hərraclar baş tutmamış, müvafiq olaraq ilkin və təkrar hərracın baş tutmaması barədə kütləvi informasiya vasitələrində məlumat dərc edilmişdir. “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Belə ki, təkrar hərracın baş tutmaması barədə elanın dərc edilməsi ilə yanaşı "Əmlak İxtisaslaşdırılmış Hərac Mərkəzi ” MMC bununla kifayətlənməyərək tələbkar - ipoteka saxlayan "xxxx" ASC və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunu təkrar hərracın baş tutmamasmdan sonra müvafiq metodiki xarakterli məktubla, təkrar hərracın baş tutmaması və bu halda ipoteka saxlayanın ipoteka predmetlərini müəyyən edilmiş vaxt ərzində əldə etmək imkanları və s. hüquqları barədə yazılı şəkildə hətta əlahiddə məlumatlandırmışdır. Lakin buna baxmayaraq, tələbkar - ipoteka saxlayan ləğv prosessində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ipoteka predmetini təkrar hərrac baş tutmadıqdan təxminən 8 ay sonra, "xxxx" MMC tərəfindən verilmiş Y-575 saylı, 01 dekabr 2016-cı il tarixli hərracın nəticələri haqqında yekun protokolu əsasında əldə etmişdir. Halbuki, “İpoteka haqqında” Qanunun 43.8-ci m addəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Göründüyü kimi, cavabdeh “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində göstərilmiş müddətləri pozmaqla ipoteka predmetlərini hərracdan 30 təqvim günü əvəzinə 7 təqvim ayı əzində əldə etmişdir. Beləliklə, ipoteka saxlayan ipoteka predmetlərini “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində göstərilmiş müddətdən 7 təqvim ayı gec əldə etmişdir. Qeyd olunanlara əsasən hesab edirlər ki, ipoteka predmetinin tələbkar - ipoteka saxlayan ləğv prosesində olan "xxxx" ASC-nin mülkiyyətinə verilməsi barədə "xxxx" MMC tərəfindən verilmiş müqavilə qüvvəsinə malik olan Y-575 saylı, 01 dekabr 2016-cı il tarixli hərracın nəticələri haqqında yekun protokolu və həmin tarixdə bağlanmış alğı-satqı müqaviləsi mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd olduğundan, yəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair 28 oktyabr 2014-cü il tarixli qərarının müddəalarına zidd olduğundan etibarsız hesab edilməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-649/2020 saylı, 16 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Şəhla Süleymanova) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə ilk növbədə iddiaçının irəli sürdüyü tələbin əsaslı olub-olmamasına hüquqi qiymət verməmişdən əvvəl iddiaçının hazırki tələb ilə çıxış etmək üçün subyektiv hüquqa malik olub-olmamasına hüquqi qiymət verilməsini zəruri hesab edir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsini X1 hüquqi varisi kimi imzalamışdır. Məhkəmə hesab edir ki, İddiaçı Şəki Regional “Asan Xidmət” Mərkəzinin notariat ofisinə 02.08.2019-cu il tarixdə vərəsəlik şəhadətnaməsi ilə bağlı müraciət edilməsi iş materiallarından görünsə də, iddiaçının faktiki həmin ünvanda yaşayaraq əmlakı idarə etməsi iş materialları ilə sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, “İpoteka haqqında” Qanunun qətnamədə vurğulanan şərtlərinə əməl edilməməsi hərracın keçirilmə qaydasına zidd olmaqla yanaşı, eyni zamanda ipoteka predmetinin mülkiyyətçisi olan ipoteka qoyanın əmlak mənafeyinin pozulması ilə də nəticəl ənə bilər. Mülki Məcəllənin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Bundan əlavə, İddiaçı 01 dekabr 2016-cı ildə bağlanmış, hərracın yekunları üzrə əmlakın alğı-satqı müqaviləsini 2019-cu ilin avqustunda, yəni 2 il 8 aydan sonra mübahisələndirmişdir. İş materiallarında olan poçt qəbzlərindən cavabdehə bildirişlərin evdə heç kəs yaşamır köçüb qeyd edilsədə, iddiaçının bu müddət ərzində məlumatlı olmaması ağlabatan deyil. Mülki Məcəllənin 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etm iş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Qeyd edilən normadakı müddət kəsicidir, iddia müddəti deyil, kəsici müddət keçdikdən sonra da maraqlı şəxs əqdi mübahisələndirmək hüququnu itirir. Bu halda müddətin tətbiqi barədə ərizənin verilməsi də tələb edilmir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şə xsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2, 416-cı, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 42, 43.1, 43.3-43.5, 43.7, 43.8-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 149-cu maddələri və Azə rbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Ziya Şirinov - sədrlik edən və məruzəçi, Fuad Talışinski, Vahid Sadıqov) 2(103)-1189/2021 saylı, 14 aprel 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyə rək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-649/2020 saylı, 16 sentyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, kollegiya iddiaçının miras əmlakı faktiki qəbul etməsi ilə bağlı apelyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, İddiaçı Şəki Regional “Asan Xidmət” Mərkəzinin notariat ofisinə 02.08.2019-cu il tarixdə vərəsəlik şəhadətnaməsi ilə bağlı müraciət etsə də, imtina cavabı almışdır və miras əmalakı faktiki qəbul edərək həmin ünvanda yaşaması və əmlakı idarə etməsinə dair heç bir sübuta təqdim etməmişdir. Həmçinin iddiaçı, hərracın keçirilməsi barədə ona məlumat verilmədiyini bildirsə də, bu halı təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, iddianın “hərracın nəticələri haqqında yekun protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” hissəsi də əsassızdır. Məhkəmə kollegiyası hərracın keçirilməsinin və onun yekunlarıa dair əqdin qanunvericiliyin tələblərini pozulmaqla bağlandığı üçün etibarsız hesab edilməsinə münasibətdə qeyd edir ki, iddiaçı əqdin etibarsızlığını mübahisələndirmək üçün qanunla müəyyən edilmiş 1 illik müddəti ötürmüşdür. Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin təqdim etdiyi sənədlərdən görünür ki, Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Şəki Rayon Məhkəməsinin 22.11.2013-cü il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və Pa tələbin könüllü icrası barədə bildiriş çatdırılmaqla məlumatlandırılmışdır. Qeyd edilən hərracların keçirilmə tarixləri barədə Pa bildirişlər göndərilsə də, P sağ olduğu müddət ərzində və məlumatlı olduğu halda, sonuncu hərracın keçirildiyi tarixdən vəfat etdiyi 24.10.2018-ci il tarixədək qanunvericiliyin tələblərinə əməl edilmədən keçirilən hərracların onun hüquqlarının pozulması ilə nəticələnməsini mübahisələndirməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, İddiaçı 01.12.2016-cı ildə bağlanmış, hərracın yekunları üzrə əmlakın alğı-satqı müqaviləsini 2019-cu ilin avqustunda, yəni 2 il 8 aydan sonra mübahisələndirmişdir. Qanunla müəyyən olunmuş müddət ərzində hansı səbəbdən məhkəməyə müraciət etməməsinin səbəblərini bildirməmiş və buna dair hec b ir sübut təqdim etməmişdir. Odur ki, qeyd olunanlara əsasən, Kollegiya bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin münasibətləri və mübahisənin həlli ilə bağlı düzgün nəticəyə gəlmişdir və şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili X3) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi, yaxud iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Kollegiyanın mübahisəli məhkəmə qətnaməsi onunla əsasland ırılmışdır ki, iddiaçı əqdin etibarsızlığını mübahisələndirmək üçün qanunla müəyyən edilmiş 1 illik müddəti ötürmüşdür. Mülki Kollegiyanın bu mövqeyi Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarına ziddir. Belə ki, Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarının 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Gör ündüyü kimi Mülki Kollegiya mülki hüquq normalarını düzgün tətbiq etməmiş, tətbiq etməii olduğu normanı tətbiq etməmiş və qanunu səhv təfsir edərək hərracın nəticələrinin etibarsız hesab edilməsi və ipotekaya xitam verilməsi tələbinə 1 illik kəsici müddət tətbiq etmişdir. Bununla da, ipoteka haqqında" Qanunun 43.7-43.8-ci maddəsinin tələblərinə zidd olaraq təkrar hərrac baş tutmadıqdan təxminən 8 ay sonra, "Əmlak ixtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC tərəfindən verilmiş Y-575 saylı, 01 dekabr 2016-cı il tarixli hərracın nəticələri haqqında yekun protokolu tərtib olunduğu andan, heç bir əlavə şərtdən, müddətdən, tərəflərin iradəsindən və məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq etibarsız olmaqla əhəmiyyətsiz əqd olmuşdur. Həmçinin, kollegiya iddiaçının miras əml akı faktiki qəbul etməsi ilə bağlı apelyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, İddiaçı Şəki Regional "Asan Xidmət” Mərkəzinin notariat ofisinə 02.08.2019-cu il tarixdə vərəsəlik şəhadətnaməsi ilə bağlı müraciət etsə də, əmlak ipoteka predmeti olduğundan imtina cavabı almışdır və miras əmlakı faktiki qəbul edərək həmin ünvanda yaşaması və əmlakı idarə etməsinə dair heç bir sübuta təqdim etməmişdir. Bununla əlaqədar bildirilir ki, iş materiallarından görünür ki, İddiaçı Şəki Regional “Asan Xidmət” Mərkəzinin notariat ofisinə 02.08.2019-cu il tarixdə vərəsəlik şəhadətnaməsi ilə bağlı müraciət edərək miras əmlakın qəbul edilməsi ilə bağlı iradəsini ifadə etmişdir. Odur ki, məhkəmənin iddiaçının subyektiv hüquq sahibliyinin mübahisələndirilməsi ilə bağlı mülahizələri tamamil ə mülki qanunvericiliyin tələblərinə ziddir. Təsadüfi deyildir ki, iş üzrə materiallarda olan İddiaçı şəxsiyyət vəsiqəsinin “yaşayış yeri" qrafasından göründüyü kimi onun yaşayış yeri Şəki şəh. F.Abdrahmanov küç. 48-dir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı, vəkili X3, cavabdeh "xxxx" MMC-nin, 3-cü şəxslər AR ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin və Şəki rayon İcra və Probasiya şöbəsinin səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məc əlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin vəkili V kasasiya şikayətinə etiraz edərək, məhkəmədən şikayətin əsassız olduğöundan təmin edilməməsini, apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məh kəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başq a (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumunun hüququ mövqeyi belə olmuşdur ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tut ulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Maddə

416. Hərracın keçirilməsi qaydaları pozularsa maraqlı şəxslərin iddiası üzrə məhkəmə tərəfindən həmin hərrac etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhk əməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düz gün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya kollegiyası ilkin olaraq kasasiya şikayətinin əqdin etibarsızlığı ilə bağlı 1 illik müddətin tətbiq edilməsi barədə dəlilləri üzrə qeyd edir ki, iddiaçı Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarına zidd olaraq müddətin tətbiq edildiyini göstərmiş olsa da, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, hazırki mübahisə üzrə 1 illik kəsici müddətin tətbiq edilməsi adıçəkilən qərarla zi ddiyyət təşkil etməmişdir. Belə ki, həmin qərarda göstərilmişdir ki, “A.İlyasova və S.Yaqubova R və Bakı şəhəri 9 saylı Notariat Ofisinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, mənzilin açıq hərracdan satılması və pulun vərəsələr arasında bölüşdürülməsi tələbi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, ataları C.İlyasov 20 avqust 2014-cü il tarixli notariat qaydasında təsdiq edilmiş vəsiyyətnamə ilə bütün daşınar və daşınmaz əmlakını bərabər paylarla övladlarına vəsiyyət etmiş, 30 oktyabr 2015-ci il tarixində isə vəfat etmişdir. Ölümündən iki gün əvvəl, yəni 28 oktyabr 2015-ci il tarixində mülkiyyət hüququ ilə ona məxsus E saylı mənzilinin oğlu Ra bağışlanması barədə müqavilə Bakı şəhəri 9 saylı Notariat Ofisini n xüsusi notariusu tərəfindən təsdiqlənmiş və həmin müqavilə əsasında mənzil sonuncunun adına rəsmiləşdirilmişdir. Bağışlama müqaviləsinin rəsmiləşdirildiyi anda ataları ağır xəstəliyi səbəbindən öz hərəkətlərinin mənasını başa düşmədiyinə görə əqdin etibarsız hesab edilməsi tələbini irəli sürmüşlər.” Qeyd edilən mübahisə üzrə Konstitusiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilməsini, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlər olmasını vurğulamışdır ki, işə mahiyyəti üzrə baxmış apelyasiya kollegiyası da Mülki Məcəllənin 354.2-ci maddəsinin kəsici müddət olmasını nəzərə alaraq və həmin normanı tətbiq edərək həmin müddəti mübahisəyə tətbiq etmiş və bu zaman maddi hüquq normasının pozuntusuna yol verməmişdir. Kasasiya şikayətinin iddiaçının miras əmlaka hüquq ilə bağlı dəlilləri üzrə isə qeyd edilməlidir ki, iddiaçı kasasiya şikayətində göstərmişdir ki, “Şəki Regional “Asan Xidmət” Mərkəzinin notariat ofisinə 02.08.2019-cu il tarixdə vərəsəlik şəhadətnaməsi ilə bağlı müraciət edərək miras əmlakın qəbul edilməsi ilə bağlı iradəsini ifadə etmişdir. Odur ki, məhkəmənin iddiaçının subyektiv hüquq sahibliyinin mübahisələndirilməsi ilə bağlı mülahizələri tamamilə mülki qanunvericiliyin tələblərinə ziddi r. Təsadüfi deyildir ki, iş üzrə materiallarda olan İddiaçı şəxsiyyət vəsiqəsinin “yaşayış yeri" qrafasından göründüyü kimi onun yaşayış yeri xxx-dir.” Lakin kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı Şəki Regional “Asan Xidmət” Mərkəzinin notariat ofisinə 02.08.2019cu il tarixdə vərəsəlik şəhadətnaməsi ilə bağlı müraciət etsə də, imtina cavabı almışdır və miras əmalakı faktiki qəbul edərək həmin ünvanda yaşaması və əmlakı idarə etməsinə dair heç bir sübut təqdim etməmişdir. İddiaçının həmin ünvanda pasport qeydiyyatında olması isə onun həmin əmlakı faktiki qəbul etməsi anlamına gələ bilməz. Odur ki, iddiaçının bu barədə də dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlar ı nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1189/2021 nömrəli iş üzrə 14 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar