Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4706/2021 21.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətindən imtina əsası ilə iş üzrə icraata xitam verilməsi) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 qarşı «ipoteka müqaviləsinin etibarsız hesab olunması» tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-897/2021 nömrəli, 11.03.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən veri lmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı və Cavabdeh2 ilə rəsmi nikahda olmuşlar. Onların istifadəsində «Volkswagen Passat» markalı 90- ZK-467 dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. İddiaçı həmin avtomaşının onun razılığı olmadan ipoteka ilə yüklü edilməsi əsası ilə hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 qarşı «ipoteka müqaviləsinin etibarsız hesab olunması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Volkswagen Passat» markalı **-ZK-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı Cavabdeh1 ASC ilə Cavabdeh2 arasında 01.07.2015-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli, 2(006)- 4634/2019 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 qarşı «ipoteka müqaviləsinin etibarsız hesab olunması» tələbinə dair iddiası əsassız olduğundan və iddia müddəti ötürüldüyündən, iddia müddəti tətbiq edilməklə rədd edilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat
4. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər-R.Həsənov (sədrlik edən və məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova) 11.03.2021-ci il tarixli, 2(103)-897/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19.09.2019-cu il tarixli qətnaməsi verilmiş apellya siya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
5. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.
6. Həmin qətnamədən İddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri
7. İddiaçı qətnamədən kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Kassasiya şikayəti belə əsaslandırılmışdır: Məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınla şdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
11. Maddə. 410.1. Kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır.
12. Maddə. 410.2. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qayda sında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir.
13. Maddə. 410.3. Kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır. Kassasiya baxışının hədləri
14. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin f aktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
15. Hazırki işdə İddiaçı tərəfindən kassasiya şikayətindən imtina edildiyindən məhkəmə kollegiyası kasasiya şikayəti üzrə hər hansı bir araşdırma aparmır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və təqdim edilmiş ərizəni nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının kassasiya şikayətindən imtinası qəbul edilməli, iş üzrə kassasiya instansiyasında icraata xitam verilməlidir.
17. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 qarşı «ipoteka müqaviləsinin etibarsız hesab olunması» tələbinə dair mülki iş üzrə verdiyi kassasiya şikayətindən imtina etdiyini bildirərək kassasiya şikayətindən imtinanın qəb ul olunmasını və kassasiya instansiyasında icraata xitam verilməsini xahiş etmiş, kassasiya şikayətindən imtinanın hüquqi nəticələrinin ona aydın olduğunu göstərmişdir.
18. Ərizədə qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti veriləndən sonra onun «Volkswagen Passat» markalı ** ZK *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı hüquqlarını pozmuş həyat yoldaşı Cavabdeh2 Cavabdeh1 ASC ilə kredit ödənişləri ilə bağlı müəyyən razılaşmalar əldə etmiş və razılaşmaya əsasən ödənişlər həyata keçirildiyi halda ipoteka predmetinə, yəni, paylı mülkiyyətlərində olan «Volkswagen Passat» markalı ** ZK *** dövlət qeydiyyat nişanlı avtomobilinə tutmanın yönəldilməsi həyata keçirilməyəcəkdir. Bu məqsədlə də, Cavabdeh1 ASC İcra şöbəsində olan icra işinin geri tə ləb edəcəkdir. Başqa sözlə, yuxarıda göstərilənlər baş verdiyi təqdirdə onun “Volkswagen Passat” markalı ** ZK *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı hüquqlarımın pozulmasının qarşısı alınacaqdır.
19. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətindən imtinanın qəbul edilməməsi üçün əsaslar yoxdur. Çünki şikayətdən imtina qanuna zidd deyil və digər şəxslərin mənafeyini pozmur. Belə olan halda ərizə təmin edilməklə kassasiya şikayətindən imtina qəbul olunmalı və iş üzrə kassasiya instansiyasında icraata xitam verilməlidir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 410.1 və 410.2-ci maddələrinə görə kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla ş ikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır.
21. Göstərilənlərə əsasən və MPM-in 410, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-897/2021 nömrəli, 11.03.2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətindən imtinası qəbul edilsin və işin kassasiya instansiyasında icraatına xitam verilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.