Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4710/2023 27.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh və iddiaçı Cavabdeh İddiaçı qarşı iddia ərizələrinə dair iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi, mənzilə köçürmə) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair və iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizələri üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3362/2023 nömrəli, 3 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh qızıdır. 2. “Balaxanıneft” NQÇİ-nin MKT İdarəsinin 11 nömrəli xx.xx.1994-cü il tarixli əmri və xx.xx.1994-cü il tarixli qərarı əsasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 49.21 kv.m, yaşayış sahəsi 35 kv.m olan 2 otaqlı 7 nömrəli mənzil xüsusi mülkiyyət kimi cavabdehə verilmişdir. 3. 22.08.2013-cü il tarixdə cavabdeh mülkiyyətində olan bu mənzili iddiaçıya bağışlamışdır.
4. Cavabdeh iddia edir ki, qeyd edilən mənzilin satışı nəticəsində iddiaçı əldə edilmiş pul vəsaiti hesabına hazırki - Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəs i, Səməd bəy Mehmandarov küçəsi 139, 141 saylı evin 100 saylı mənzilini (yeni qaydalarla: AZ 1040, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Səməd bəy Mehmandarov küçəsi 139, M11 m2) – (bundan sonra mübahisəli mənzil) əldə etmişdir.
5. Mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır.
6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-715/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1000 manat cərimə cəzasına məhkum edilmişdir.
7. Həmçinin, iddiaçı cavabdeh tərəfindən məişət zorakılığına qaldığına görə xx.xx.2023-cü il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən 1 aylıq mühafizə orderi verilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4144/2023 nömrəli, 22 may 2023-cü il tarixli qətnaməsi ilə uzunmüddətli mühafizə orderinin verilməsinə dair iddiaçının ərizəsi təmin edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi və iddianın artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehə onun tərəfindən 15000 manat məbləğində kompensasiya verilməklə mübahisəli mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Cavabdeh İddiaçı qarşı ayrıca “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməs ini xahiş etmişdir.
10. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7644/2022 nömrəli 02 dekabr 2022-ci il tarixli qərardadı ilə hər iki iddia ərizəsi üzrə işlər bir icraatda birləşdirilmişdir.
11. İddiaçı tələbini belə əsaslandırmışdır ki, mübahisəli mənzil onun xüsusi mülkiyyətindədir. Atası onun mənzilində onunla birlikdə yaşamışdır, lakin hal-hazırda yaşamır, həmin mənzilə cavabdehi pasport qeydiyyata aldırmışdır. Atası mənzildə yaşayan zaman onunla kobud danışmış, onu döymüş, söymüş, təhqir etmiş, onu öldürməklə hədələmişdir, onu mənzildə yaşamağa qoymur. Cavabdeh xx.xx.2022-ci il tarixdə 00:30 radələrində onu yaşadığı mənzildən qovmuşdur. Bir müddətdən sonra o, birtəhər mənzilə köçüb yaşamağa başlamışdır. Cavabdeh tərəfindən döyülməsi barədə Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə şikayət etmiş, iş üzrə araşdırma aparılmış və cavabdehin barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanmış və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə verilmişdir. İddiaçının mülkiyyət hüquqları məhkəmə tərəfindən müdafiə edilməlidir. O, öz mənzilindən sərbəst surətdə istifadə edə bilmir, sərəncam və sahiblik hüquqları pozulur. Cavabdeh ona mənzilində yaşamağa imkan vermir. Ona görə də o, belə qərara gəlmişdir ki, cavabdehə kompensasiya versin və onu mənzildən çıxarsın. Onların bir mənzildə yaşamaları qeyri-mümkündür.
12. Cavabdeh öz iddia tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Səmədbəy Mehmandarov küçəsi ev 22, 7 saylı mənzil (3 otaq və 1 otaq artırma) onun adına olmuşdur. Qeyd edilən mənzi l dövlət tərəfindən plana düşdükdən sonra həmin mənzilə dair onlara 190.000 manat kompensasiya ödənilmişdir. Daha sonra iddiaçı həmin pulu bankdan çıxararaq Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Səməd bəy Mehmandarov küçəsi 139, 141, 100 saylı evi almışdır (yeni qaydalarla: Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Səməd bəy Mehmandarov küçəsi 139, m2, M11). Həmin mənzilə dair iddiaçının adına xx.xx.2021-ci il tarixdə çıxarış verilmişdir. İddiaçı yeni mənzili 120.000 manata almış, yerdə qalan məbləği öz adına "xxxx" ASC-nin Bakıxanov filialına qoymuşdur. Üç aydır ki, iddiaçı həmin evə köçmüş, lakin həmin mənzilə onu buraxmamışdır. Hal-hazırda iddiaçı öz rəfiqəsi ilə həmin mənzildə yaşayır və onun mənzilə köçüb yaşamasına maneə yaradır. Özü yaşlıdır, ikinci qrup əlildir. Səhhəti ndə kifayət qədər problemləri var. İddiaçının etdiyi hərəkətlər səbəbindən səhhətindəki vəziyyət get-gedə daha da dözülməz hal almışdır.
13. Məhkəmə iclasında dindirilmiş şahid X1 ifadəsində bildirmişdir ki, iddiaçı onun rəfiqəsidir, iddiaçını və onun atasını 4 ildir tanıyır. İddiaçı və atası əvvəllər Razində köhnə binada yaşayırdılar, daha sonra həmin ev plana düşdüyü üçün söküldüyündən yeni ev alıb orada yaşamağa başlamışlar. O, iddiaçının evinin yaxınlığında yaşayır. İddiaçının atası dəfələrlə İddiaçı küçədə döymüş, bu səbəbdən iddiaçı hazırda onunla birlikdə yaşayır.
14. Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidməti tərəfindən verilmiş A04004/22 nömrəli xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən mübahisəli mənzilin orta aylıq kirayə dəyəri yuvarlaq olaraq 350 manat təşkil edir. Həmin rəydən görünür ki, qeyd olunan mənzil ictimai nəqliyyat və sosial infrastrukturu əlverişli, yolları asfalt, ekoloji durumu yaxşı, mərkəzi yola yaxın çoxmənzilli yaşayış binasında yerləşir. Mənzilin yaxınlığında orta məktəb, uşaq bağçası, ictimai iaşə obyektləri vardır.
15. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-689/2023 nömrəli iş üzrə 3 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Şəbnur Qədirova) İddiaçı iddiası rədd edilmiş, Cavabdeh iddiası təmin edilmiş, Cavabdeh mübahisəli mənzilə köçürülməsi qət edilmişdir.
16. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, mübahisəli mənzil iddiaçının mülkiyyətindədir. Həmin mənzil əvvəllər cavabdehin mülkiyyətində olmuş, sonuncu mənzilini yeganə övladı olan iddiaçıya bağ ışlamışdır. Tərəflər mübahisəli mənzildə qeydiyyatda olmaqla orada yaşayırlar. Hazırda tərəflər arasındakı münasibətlər gərginləşmişdir. Cavabdeh ikinci qrup əlildir, mübahisəli mənzildən başqa yaşayış sahəsi yoxdur. Hazırda məhkəmədə cavabdehin istifadə hüququnun olub-olmaması mübahisələndirilmir. İşin mübahisəli halı istifadə hüququna xitam verilməsi üçün ödənilməli olan kompensasiya ilə bağlıdır.
17. Məhkəmə iddiaçının iddiasının rədd edərkən mövqeyini belə əsaslandırmışdır ki, cavabdehin mübahisəli mənzilə istifadə hüquqları mövcud olduğundan, mülkiyyətçi iddiaçı tərəfindən ona Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə əsasən istifadə hüququna xitam verilməsi üçün bazar qiymətinə uyğun kompensasiya ödənilməli idi. Məhkəmə iclasında tərəflər mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi üçün təklif olunan kompensasiya məbləği ilə bağlı razılığa gələ bilməmişlər.
18. İddiaçı kompensasiyanın məbləğini təklif edərkən mənzilin yerləşdiyi ərazidə real bazar qiymətlərini, bundan başqa, mənzilin ictimai nəqliyyat və sosial infrastrukturu əlverişli, yolları asfalt, ekoloji durumu yaxşı, mərkəzi yola, orta məktəb, uşaq bağçası, ictimai iaşə obyektlərinə yaxın ərazidə yerləşməsini nəzərə almamışdır. Bu səbəbdən məhkəmə, 15.000 manat məbləğində kompensasiyanın təklif edilməsini ağlabatan və reallığa uyğun qiymət hesab etmir. Təklif olunan məbləğ cavabdehə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitdə yaşamaq imkanı vermir.
19. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, cavabdehin mübahisəli mənzilin keçmiş mülkiyyətçi si olmasını, həmin mənzildə uzun illər qeydiyyatda olmaqla yaşamasını, mənzilini yeganə övladı olan iddiaçıya bağışlamasını, ikinci qrup əlil olmasını, işləməməsini, başqa yaşayış yerinin olmamasını nəzərə alaraq, 15000 manat məbləğində kompensasiya verilməsi müqabilində onun mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi ədalətli deyil.
20. Məhkəmə cavabdehin iddiasının təmin edilməsinə dair mövqeyini belə əsaslandırmışdır ki, mübahisəli mənzil tərəflərin yaşayış yeridir, cavabdehin həmin mənzildən istifadə hüququ vardır. İddiaçının cavabdehi həmin mənzildə yaşamaqdan məhrum etmək səlahiyyəti yoxdur və sonuncunun hüquqlarına bu cür müdaxilə qanunsuzdur. Cavabdehin qanunsuz müdaxilədən müdafiə olunmaq hüququ var.
21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllə sinin (bundan sonra – Mülki Məcəlləsi) 228.1, 228.2, 228.5-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 88, 77.1, 119.1-ci maddələrinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqelərə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməsini, cavabdehin iddiasının rədd edilməsini xahiş etmişdir.
23. Apellyasiya şikayətinin dəlilləri on dan ibarət olmuşdur ki, məhkəmə əsassız olaraq onun iddia tələbini təmin etməmiş və qətnamə qəbul edərkən öz mövqeyini qətnamədə əsaslandıra bilməmişdir. Məhkəmə yalnız atasının əlil olmasını, işləməməsini əsas tutmuşdur. Məhkəmənin bu mövqeyi AR MM-nin 228-ci maddəsinin tələblərinə zidd olmuşdur. Məhkəmə qeyd edir ki, onun cavabdehə təklif etdiyi kompensasiya ağlabatan və reallığa uyğun deyildir. Əgər həmin məbləğ ağlabatan və reallığa uyğun deyildisə onda məhkəmə bunu əsaslandırmalı və digər sübütlarla yanaşı müqayisə etməli idi. Lakin məhkəmə bunu etmədən, ən azı iş üzrə məhkəmə qiymətləndirmə ekspertizası təyin etmədən yanlış qərar vermişdir.
24. Məhkəmə qətnamədə qeyd edir ki, cavabdeh həmin mənzilin keçmiş mülkiyyətçisi olmuş və orada uzun illərdir ki, qeydiyyatdadır. Bu tam yalandır. Mübahisəli mənzili o, xx.xx.2021-ci iltarixdə əldə etmişdir və həmin ildə o, atasını həmin mənzilə qeydiyyata saldırmışdır. Cavabdeh orada 2 ildir qeydiyyatdadır və mübahisəli mənzilin heç vaxt mülkiyyətçisi olmamışdır. Məhkəmənin nəzərinə çatdırır ki, ona məxsus keçmiş mənzil söküldüyündən kompensasiya verilmiş və o, həmin kompensasiya ilə yeni mənzil almışdır. Kompensasiya yalnız ona verilmişdir, cavabdehə yox, kompensasiyanın cavabdehə heç bir aidiyyəti yoxdur, həmin pul iddiaçının mülkiyyətidir. Məhkəmə iclasında o, bildirmişdir ki, cavabdeh dəfələrlə onu mənzildən qovmuş, 15 gün parkda skameykada yatmış, onunla evdə yola getməmiş, onu söyüb təhqir etmiş, onu döymüş və xəsarət yetirmişdir. Dəfələrlə iddiaçı onun hərəkətlərindən polisə şikayət etmişdir. Cavabdeh hər yerdə bildirir ki, mənzilə köçəndən sonra onu vurub öldürəcək, onun başını kəsəcəkdir, sonra isə mənzili satıb pulunu xərcləyəcəkdir. İddiaçı bununla bağlı bütün aidiyyəti orqanlara ərizə ilə müraciət etmiş və bildirmişdir ki, cavabdeh çox təhlükəli danışır, onunla pis rəftar edir, cavabdehin onu öldürməsi açıq aşkardır, real səslənir, onun üçün təhlükə yaradır, dəfələrlə mənzilin qıfılını, domofonunu sındırıb zorla evə daxil olmaq istəmişdir, lakin buna nail ola bilməmişdir. Cavabdeh onu döydüyü üçün Sabunçu Rayon Məhkəməsi cavabdehin barəsində hökm çıxarmışdır.
25. Məhkəmə kollegiyası məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/6304 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən mübahisəli mənzilin yerləşdiyi ərazidə eyni şəraitli mənzilin aylıq icarə haqqının orta bazar qiyməti nəzəri qaydada təxminən 400 manat məbləğində müəyyən edilmişdir. Mübahisəli evin aylıq kirayə haqqı barədə bu ekspert rəyinin şübhə altına alınması üçün də əsaslar mövcud deyildir.
26. İddiaçı sonuncu məhkəmə iclasında kompensasiya məbləğinin artırılması barədə ərizə təqdim edərək cavabdehə 25.000 manat kompensasiya verilməklə müahisəli mənzildən istifadə hüququna xitam verilməsini xahiş etmişdir.
27. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-3362/2023 nömrəli iş üzrə 3 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Fuad Babayev və Günay Axundova) birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İ ddiaçı iddiası təmin edilmiş, İddiaçı tərəfindən Cavabdeh 25000 (iyirmi beş min) manat məbləğində kompensasiya ödənilməklə onun mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi, kompensasiyanın ödənilməsi ilə cavabdehin mənzilə olan istifadə hüququna xitam verilməsinin eyni vaxtda icra edilməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin iddiaçının iddiasını təmin edilməsi ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının cavabdehə verə biləcəyi maksimum kompensasiya məbləği müəyyənləşdirildikdən sonra, tərəflərə 25.000 manat məbləğində kompensasiya verməklə mübahisəni yekunlaşdırması təklif edilmişdir. Məhkəmə kollegiyası 25.000 manat kompensasiya verilməklə cavabdehin mübah isəli mənzilə istifadə hüququna xitam verilməsini ədalətli və qanunauyğun hesab etmişdir. Həmçinin, həmin məbləğ müəyyən müddət daxilində (beş ildən artıq) mübahisəli mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün əhəmiyyətli maddi dəstəkdir və bu, işin hallarına və mülkiyyətçi kimi iddiaçının qanunla qorunan hüquqlarının təmin edilməsi baxımından hər iki tərəfin mənafeyinə uyğundur. İddiaçı tərəfindən təklif olunan məbləğ qəbul edilmişdir.
29. Məhkəmə kollegiyası cavabdehin iddiasına münasibətdə qeyd etmişdir ki, cavabdeh mübahisəli mənzilə köçürülməsini tələb etməklə, həmin mənzilin onun iddiaçıya bağışladığı evin sökülməsi nəticəsində əldə olunmuş pulun müqabilində alındığını, əslində həmin mənzilin ona məxsus olduğuna istinad etmiş, iddianı müdafiə etdiyini bildirmişdir. Mübahisəli mənzilin mülkiyyətçisi iddiaçıdır və o mülkiyyət hüququnun müdafiəsinin əşyahüquqi vasitəsi olan sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması haqqında iddia (neqator iddia) ilə məhkəməyə müraciət etməkdə haqlıdır. İstifadə hüququ olan şəxslərin hüquqularının mülkiyyətçi hüquqlarından üstün olması halı qanunvericiliyin tələbinə görə əsaslı hesab edilə bilməz. Hazırda cavabdehin mübahisəli mənzilə mülkiyyət hüququna əsaslanan hər hansı aidiyyəti müəyyən edilməmişdir, tərəflərin birgə yaşamalarının qeyri-mümkün olması halı isə mütləq qaydada nəzərə alınmalıdır.
30. Məhkəmə kollegiyası yekun olaraq qeyd etmişdir ki, qətnamə hər iki tərəf üçün eyni vaxtda icra edilməli, iddiaçının mənzildən istifadə hüququna kompensasiya verilməklə xitam v erilməsi tələbi əsaslı, ödəniləcək məbləğ isə ədalətli olduğundan cavabdehin iddiası müvafiq olaraq rədd edilməlidir. Belə ki, cavabdehin mübahisəli mənzilə olan istifadə hüququna xitam verildikdən sonra onun həmin mənzildən istifadəsi qanunsuz sayılacaqdır. “Mənzilə köçürülmə” iddiasının əsaslılığı müzakirə olunan iddianın nəticəsindən aslılığının mövcudluğu aşkardır. Belə olan halda cavabdehin iddiaçıya qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiasına münasibət bildirməsini zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır.
31. Məhkəmə kollegiyası gəldiyi nəticəni “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsihaqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi, Mülki Məcəllən in 152.1, 228.2-ci maddələri, MPM-in 4.1, 14.2, 77.1, 88-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 31 mart 2006- cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarındakı hüquqi mövqelərə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
32. Qətnamədən cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) (vəkili Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və İddiaçı Cavabdeh qarşı iddiasının rədd edilməsi, iddiaçı Cavabdeh X2 qarşı iddiasının təmin edilməsi barədə yen i qərar qəbul edilməsini xahiş etmişdir.
33. Kassasiya şikayətinin dəlilləri aşağıdakılardan ibarət olmuşdur: 34. – Cavabdeh təklif olunan kompensasiyanın məbləği ilə razılaşmır. İddiaçının təklif etdiyi 25000 manat kompensasiya məbləği kifayət qədər yetərli deyil və həmin məbləğ mənzildən cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi üçün ağlabatan olmamaqla, işin həqiqi hallarına uyğun deyildir. 35. – Apellyasiya məhkəməsi tərəfindən cavabdehin mənzilə köçürülmə barədə iddiasına baxılarkən səhv nəticəyə gəlinmiş, Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinə zidd qətnamə qəbul edilmişdir, məhkəmə iş üzrə sübutlara lazımi hüquqi qiymət verməmişdir. 36. –Apellyasiya məhkəməsi mülki mühakimə icraatının fundamental prinsipini pozaraq yalnız və yalnız tərəflərin çəkişmə prinsipi əsasında təqdim etdikləri sübut və dəlillərə qiymət verməli olduğu halda, belə bir iradə ifadəsi olmadan, yalnız bir tərəfiniddiaçının iradə ifadəçisi rolunda çıxış etməsi, cavabdehin dəlillərinə isə hüquqi qiymət verməyərək səhv nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
38. Maddə
13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
39. Maddə
29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlə rindən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
40. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) özistədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
41. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 31 mart 2006- cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarı 42. “...kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Mülkiyyət hüququ və yaşayış sahəsində n istifadə etmək hüququ yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusu müəyyən edilərkən “yaşayış sahəsi üzərindəki mülkiyyət hüququ” ilə “yaşayış sahəsindən istifadə hüququ” arasındakı fərq daim diqqətdə saxlanılmalıdır və nəzərə almaq lazımdır ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ vermir.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməl i hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
50. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı ins tansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Hazırkı kassasiya şikayətində qətnamə kassator tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya i nstansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin (birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh) daha yüksək məbləğdə kompensasiya tələb etmək hüququ yoxdur.
55. Belə ki, ilk olaraq qanunvericiliyə əsasən kompensasiya məbləğini mülkiyyətçi təklif edir və məhkəmə yalnız təklif olunan məbləğlə razılaşaraq iddianı təmin edə və ya razılaşmayaraq iddianı rədd edə bilər. İstifadə hüququ olan şəxsin isə özünün kompensasiya məbləğini müəyyən etmək hüququ yoxdur.
56. Digər tərəfdən kompensasiya institutu mülkiyyətçinin mülkiyyətindən hər hansı payın istifadəçiyə verilməsi kimi qiymətləndirilməməlidir. Həmin məbləğ istifadəçiyə mülkiyyətçinin hesabına yalnız müəyyən davamlı müddət ərzində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməlidir. Bu səbəbdən daşınmaz əmlakın hazırki dəyərinin və həmin əmlakın özəlləşdirilməsi zamanı cavabdehin razılıq verməsinin kompensasiya məbləğinin müəyyən edilməsi üçün əhəmiyyət kəsb etmir.
57. Məhkəmə kollegiyası kassasiya şikayətinin işə baxılarkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
58. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.
59. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi yeni qətnamə qəbul edərkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğu n olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.Ona görə də məhkəmə kollegiyası apelyasiya insatansiyası məhkəməsinin əsaslandırması və gəldiyi nəticə ilə razılaşır.
60. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğu üçün hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
61. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 3 oktyabr 2023-cü il tarixli 2(103)-3362/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.