Məhkəmə qərarları › İş №2(102)-4713/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4713/2021

28.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4713/2021 28.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, X1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər:mənzilə köçürülmə) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçının vəkili Orucov Azər Əli oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, X1 və Cavabdeh2 qarşı özlərinə məxsus əşyaları ilə birlikdə ona məxsus olan mənzilindən çıxarılmaları tələbinə dair Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2935/2021 nömrəli, 09.03.2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh3, X5 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Nizami rayonu, M.X.Şərifli (Zərdabi) küçəsindəki 96 nömrəli binanın 19 nömrəli mənzili Şövkət Abbasovanın xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçmiş, həmin mənzil 13 avqust 2004-cü il tarixdə iddiaçıya satılmış, alqı-satqı müqaviləsini mülkiyyətçinin 12 avqust 2004-cü il tarixdə verdiyi etibarnamə əsasında Cavabdeh3 imzalamışdır. Həmin tarixdə mülkiyyətçinin əri X8 və mülkiyyətçinin qızı olan qarşılıqlı iddiaçı həmin mənzilin satılmasına razılıq vermələri barədə notarial qaydada təsdiqlənmiş ərizələr vermişlər. İddiaçının göstərilən mənzilə dair mülkiyyət hüququ 21 fevral 2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda iddiaçı yuxarıda qeyd edilən əqd üzrə əldə etdiyi mənzildə heç bir qanuni əsas olmadan yaşayan cavabdehlərin çıxarılmasını və mənzilin ona təhvil verilməsini, qarşılıqlı iddiaçı isə mənzilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh3, X1 və Cavabdeh2 özlərinə məxsus əşyaları ilə birlikdə ona məxsus olan Bakı şəhəri Nizami rayonunun M.X.Şərifli (Zərdabi) küçəsindəki 96 nömrəli binanın 19 nömrəli mənzilindən çıxarılmaları və həmin mənzilin ona təhvil verilməsi və mülkiyyətində olan həmin mənzildən cavabdehlər X1 və Cavabdeh2 istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 13.08.2004-cü il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi əsasında hazırda mübahisə predmeti olan Bakı şəhəri Nizami rayonunun M.X.Şərifli küçəsində yerləşən 96 nömrəli binanın 19 nömrəli mənzilini dəyərini tam olaraq ödəməklə almış və hazırda MH № ******* nömrəli çıxarışla iddiaçının mülkiyyətindədir. İddiaçı mübahisəli mənzilin keçmiş sahibləri olan cavabdehlər Cavabdeh3, X5 və Cavabdeh2 bir müddət həmin mənzildə yaşamasına etiraz etməmişdir. Daha sonra iddiaçı onlardan mənzili boşaldıb təhvil vermələrini tələb etsə də cavabdehlər mənzili boşaltmamışdır. Cavabdehlər Cavabdeh3 qeydiyyatsız, digər cavabdehlər X5 və Cavabdeh2 qeydiyyatlı yaşayır. İddiaçı mənzili ala rkən qeydiyyatda olan cavabdehlərin mənzildən çıxarılmasına dair notarial qaydada ərizə almışdır. Bu səbəbdən ilk iddianın təmin edilərək, cavabdehlər Cavabdeh3, X1 və Cavabdeh2 özlərinə məxsus əşyaları ilə birlikdə iddiaçıya məxsus olan Bakı şəhəri Nizami rayonunun M.X.Şərifli (Zərdabi) küçəsindəki 96 nömrəli binanın 19 nömrəli mənzilindən çıxarılmaları və həmin mənzilin iddiaçıya təhvil verilməsi və iddiaçının mülkiyyətində olan həmin mənzildən cavabdehlər X1 və Cavabdeh2 istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını, qarşılıqlı iddia isə əsassız olduğundan rədd olunmasını xahiş etmişdir.

4. X5 cavabdehlər İddiaçı və Bakı şəhəri 12 saylı Notariat kontoruna qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, Bakı şəhəri Nizami rayonunun M.X.Şərifli (Zərdabi) küçəsində ki 96 nömrəli binanın 19 nömrəli mənzilinə dair Bakı şəhəri 12 saylı Notariat kontorunda bağlanmış 13 avqust 2004-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil əvvəl X1 anası X2 məxsus olmuşdur. Nizami rayon məhkəməsindən onlara göndərilən hazırki iş üzrə ilkin iddia ərizəsi ilə tanış olarkən onlara məlum olmuşdur ki, yaşadıqları və anasına məxsus mənzil ilkin iddia üzrə İddiaçı adına keçmişdir. Belə ki, X1 həyat yoldaşı Cavabdeh3 2004-cü ildə pul krediti götürmək üçün "xxxx" ASC-nin Nəsimi filialının müdiri, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı müraciət etmiş bankın müdiri İddiaçı əri Pərvizə 10000 (on min) ABŞ dolları kredit verməyə razılaşmış, bun un əvəzinə yaşadıqları mənzilin "xxxx"a girov qoyulacağını bildirmişdir. Mənzil Əliyeva Rübabənin anasının adına olduğuna görə əri Cavabdeh3 anası X3 "xxxx"ın Nəsimi filialına aparmış və anası bankda 13.08.2004-cü il tarixli iltizam yazmışdır ki, «O X2 məxsus olan şəxsi əmlakı Zərdabi 96, mənzil 19-da yerləşən 2-otaqlı mənzili qızı Rübabənin maddi vəziyyəti yaxşı olmadığı üçün onun yaxın tanışları və qonşuların iştirakı ilə "xxxx"ın Nəsimi filialına girov qoyularaq, «10000 ABŞ dolları» 3%-lə kredit götürülərək bankın qayda-qanununa görə bankın müdiri İddiaçı adına alıq-satqı müqaviləsi bağlanmışdır». Rübabə Əliyevanın və anası Abbasova Şövkətin əslində alqı-satqıdan xəbəri olmamış, anası əri Cavabdeh3 baş etibarnamə vermiş, Pərviz də həmin etibarnamə əsasında anasının əvəzinə İddiaçı ilə a lqı-satqı müqaviləsi bağlamışdır. Həmin vaxt əri Pərviz Rübabəyə demişdir ki, anasının evini "xxxx"a girov qoyurlar, o da mənzildə qeydiyyatda olduğuna görə mənzilin girov qoyulmasına razılıq verməlidir. Cavabdeh1 da buna görə əri Pərvizlə Notariat Kontoruna getmiş və orada Cavabdeh1 oxumadığı ərizəyə imza etdirmişdir. Əri Cavabdeh3 "xxxx"ın Nəsimi filialına olan 10000 ABŞ dolları borcunu isə 16 mart 2009-cu il tarixində qaytarmışdır. Hazırki iş üzrə ilkin iddia və iddiaya əlavə edilmiş alqı-satqı müqaviləsi ilə tanış olarkən Cavabdeh1 məlum olmuşdur ki, anasına məxsus yaşadıqları mənzilə dair əri Cavabdeh3 ilə İddiaçı arasında Bakı şəhəri 12 saylı Notariat Kontorunda 13.08.2004-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır və müqaviləyə əsasən guya İddiaçı mənzilin alınması qarşılığınd a 50.000 (əlli min) manat pul ödəmişdir. 12 saylı Notariat Kontorunda 13.08.2004-cü il tarixli alqı-satqı müqaviləsi qanunsuz və saxtadır, İddiaçı tərəfindən yaşadıqları mənzilin alınması qarşılığında heç bir pul məbləği ödənilməmişdir. Əliyeva Rübabə və anası mənzilin "xxxx"ın Nəsimi filialından götürülmüş 10.000 ABŞ dolları qarşılığında girov qoyulmasını bilmişlər. Bu günə qədər onlar ailəlikcə Bakı şəhəri Nizami rayonunun M.X.Şərifli küçəsindəki 96 nömrəli binanın 19 nömrəli mənzilində öz evləri kimi yaşamış, bu günə qədər heç kim, o cümlədən İddiaçı «bura mənim evimdir» - deyə gəlib onlara bir söz deməmiş və Cavabdeh1 həmin mənzilin sənədə əsasən, İddiaçı məxsus olduğunu bilməmişdir. İddiaçı onların ağır vəziyyətindən, pula ehtiyaclarının olmasından istifadə edərək və anası Pərvizi ald adaraq girov adı ilə mənzilin alqı-satqısına nail olmuş və öz adına keçirmişdir. Pərvizin ondan aldığı pulu qaytardığı halda isə, mənzili geri verməkdən imtina etmişdir. Qeyd edilənlərə əsasən, İddiaçı X4 və qeyrilərinə qarşı mənzildən çıxarılma, yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi və mənzilin təhvil verilməsi tələbinə dair iddiasının rədd edilməsi, qarşılıqlı iddianın təmin edilərək, Bakı şəhəri Nizami rayonunun M.X.Şərifli (Zərdabi) küçəsindəki 96 nömrəli binanın 19 nömrəli mənzilinə dair Bakı şəhəri 12 saylı Notariat kontorunda bağlanmış 13 avqust 2004-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli qətnaməsi (hakim. E.Nuriyev) ilə ilk iddianı n təmin edilməsi, Cavabdeh3, X5 və Cavabdeh2 özlərinə məxsus əşyaları ilə birlikdə Bakı şəhəri Nizami rayonunun M.X.Şərifli (Zərdabi) küçəsindəki 96 nömrəli binanın 19 nömrəli mənzilindən çıxarılmaları, Bakı şəhəri Nizami rayonunun M.X.Şərifli (Zərdabi) küçəsindəki 96 nömrəli binanın 19 nömrəli mənzilinin İddiaçı təhvil verilməsi, X5 və Cavabdeh2 Bakı şəhəri Nizami rayonunun M.X.Şərifli (Zərdabi) küçəsindəki 96 nömrəli binanın 19 nömrəli mənzilindən istifadə hüququna xitam verilməsi, X1 İddiaçı və Bakı şəhəri 12 saylı Notariat kontoruna qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddianın rədd edilməsi, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 10 (on) manat məbləğində pul vəsaitinin X5, Cavabdeh2 və Cavabdeh3 İddiaçı xe yrinə tutulması, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilməsi qət edilmişdir

7. Məhkəmə qətnamədə Azərbaycan Respublikası Konstituyasının 13, 29; Mülki Məcəllənin 6, 146, 152.1, 152.4, 178.1, 377.1, 377.2-ci maddələrinə istinad etmişdir.

8. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdehlər Cavabdeh3, X5 və Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsindəki İ icraat

9. Bakı Apelyasiya Məhkəməsi MK-nın 08 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər- E.Nəbiyev (sərlik edən və məruzəçi), R.Qurbanov və A.Hüseyn) apellyasiya şikayəti təmin olunmamış; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirimədən saxlanılmşdır.

10. Apelyasiya instansiyası məhkəməsi bir inci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.

11. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən cavabdehlər Cavabdeh3, X5 və Cavabdeh2 kassasiya şikayəti vermişdir. Kassasiya instansiyası məhkəməsindəki İ icraat

12. Azərbaycan Respublikası Ali Məhkəmənin 2(102)-5709/2019 saylı 27.09.2019-cu il tarixli qərarı ilə (hakimlər- Ə.Əhmədov (sərlik edən və məruzəçi), A.İsgəndərov və İ.Dəmirov) cavabdehlər Cavabdeh3, X5 və Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi MK-nın 08 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instasniya məhkməsinə göndərilmişdir.

13. Kassasiya instansiyası məhkəməsi qərarda Mülki Məcəllənin 354, 372.1, 372.2, 373-cü maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki İİ icraat

14. Bakı Apelyasiya Məhkəməsi MK-nın 06 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər- X.Mərdanova (sərlik edən və məruzəçi), E.Həsənov və F.Babayev) X5, Cavabdeh2 və Cavabdeh3 apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdehlər X5, Cavabdeh2 və Cavabdeh3 qarşı “əşyaları ilə birlikdə mənzildən çıxarılma, yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi, mənzilin təhvil verilməsi” tələbinə dair iddiası rədd edilmiş, qarşılıqlı iddia təmin edilmiş, 13 avqust 2004-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir.

15. Apelyasiya instansiyası məhkəməsi qətnamədə Mülki Məcəllənin 337.2, 337.3, 3 37.4, 340.1, 359.1, 359.3, 360.1, 362.1, 362.2, 567, 568.1, 596.1, 596.2-ci maddələrinə istinad etmişdir.

16. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən İddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya instansiyası məhkəməsindəki İİ icraat

17. Azərbaycan Respublikası Ali Məhkəmənin 2(102)-4541/2020 saylı 21.10.2020-ci il tarixli qərarı ilə (hakimlər- G.Quliyev (sərlik edən və məruzəçi), İ.Xələfov və Z.Əliyev) kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir.

18. Kassasiya instansiyası məhkəməsi qərarda Mülki Məcəllənin 324, 339, 359, 372, 375-ci maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki İİİ icraat 1

9. Bakı Apelyasiya Məhkəməsi MK-nın 09.03.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər- Q.Əsgərov (sərlik edən və məruzəçi), A.İmanov və V.Sadıqov ) İlk iddia üzrə cavabdehlər X5, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Apelyasiya instansiyası məhkəməsi qətnamədə Mülki Məcəllənin 337.2, 337.3, 337.4, 339, 340.1, 354.2, 359.1, 359.3-cü maddələrinə istinad etmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən cavabdehlər Cavabdeh3, X5 və Cavabdeh2 kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdehlər Cava bdeh3, X5 və Cavabdeh2 kasasiya şikayəti verərək qətnamənin ləğv olunması, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti belə əsaslandırılmışdır: məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

25. Kassatorun vəkili Orucov Azər Əli oğlu kasasiya şikayətini müdafiə edərək qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

26. Cav abdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası:

27. Maddə.

13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

28. Maddə.

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

29. Maddə.

146. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istis na olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

30. Maddələr. 152.1-152.4. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

31. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

32. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzin də əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

33. Maddə

359. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiy ası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.

39. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami rayonu, M.X.Şərifli (Zərdabi) küçəsindəki 96 nömrəli binanın 19 nömrəli mənzili Şövkət Abbasovanın xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçmiş, həmin mənzil 13 avqust 2004cü il tarixdə iddiaçıya satılmış, alqı-satqı müqaviləsini mülkiyyətçinin 12 avqust 2004-cü il tarixdə verdiyi etibarnamə əsasında Cavabdeh3 imzalamışdır. Həmin tarixdə mülkiyyətçinin əri X8 və mülkiyyətçinin qızı olan qarşılıqlı iddiaçı həmin mənzilin satılmasına razılıq vermələri barədə notarial qaydada təsdiqlənmiş ərizələr vermişlə r. İddiaçının göstərilən mənzilə dair mülkiyyət hüququ 21 fevral 2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda iddiaçı yuxarıda qeyd edilən əqd üzrə əldə etdiyi mənzildə heç bir qanuni əsas olmadan yaşayan cavabdehlərin çıxarılmasını və mənzilin ona təhvil verilməsini, qarşılıqlı iddiaçı isə mənzilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb edir.

40. Mənzildə qeydiyyatda olan mülkiyyətçinin qızı - ilk iddia üzrə Cavabdeh1 və mülkiyyətçinin əri notarial qaydada təsdiqlənmiş ərizələri ilə sözügedən mənzilin satılmasına etiraz etməmişlər. Mənzilin keçmiş mülkiyyətçisinin ailə üzvləri qarşılıqlı iddia verərək alqı-satqı müqaviləsini mübahisələndirirlər. Hansıki, onlar özləri rəsmi olaraq vermiş olduqları ərizələrlə mənzil ə dair bağlanacaq əqdlərə əvvəlcədən razılıqlarını vermiş, keçmiş mülkiyyətçi isə əqdi mübahisələndirməmişdir.

41. Qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

42. Qarşılıqlı iddiaçı tələbinin əsası kimi əqdin aldatma yolu ilə bağlandığına istinad edilir. Əvvəla, qarşılıqlı iddiaçı həmin mənzilin mülkiyyətçisi, dolayısı ilə müqavilə tərəfi olmamışdır ki, bu da onun əqdin aldatma yolu ilə bağlanılmasına istinad edərək həmin əqdin etibarsız hesab edilməsini tələb etmək hüququnu istisna edir. Bununla bərabər, o həmin mənzilin satılmasına razılıq verməklə mənzildə qeydiyyatda olan şəxs kimi həmin mənzil üzrə qeydiyyatdan çıxması barədə notarial qaydada təsdiqlənmiş ərizə əsasında həmin mənzilə dair hüquqlarından könüllü qaydada imtina etmişdir.

43. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Hazırki işdə mənzil alqı-satqı müqaviləsi əsasında digər şəxsin adına özgəninkiləşdirilməklə təmsilçi özü barəsində əqd bağlamamışdır.

44. Bununla bərabər, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24 iyun 2005-ci ilə qədər, yəni mübahisələndirilən müqavilə bağlanan vaxt qüvvədə olan etibarsız əqdlər üzrə idd ia müddətləri adlanan 354.2-ci maddəsinə əsasən mübahisə edilən əqdin etibarsız sayılması və onun etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya iddiaçının əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və bilməli olduğu gündən bir il ərzində irəli sürülə bilər.

45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin iddia müddətinin anlayışını müəyyən edən 372-ci maddəsinin tələblərinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin iddia müddətinin tətbiqinin əsaslarını müəyyən edən 375-ci maddəsinin tələblərinə görə m əhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məcəllənin iddia müddətinin başlanmasının əsaslarını müəyyən edən 377-ci maddəsinin tələblərinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.

46. Rübabə Əliyeva müqavilə bağlanan zaman məhz mənzilin satılmasına razılıq verməsi barədə notariatda təsdiq edilmiş ərizə vermişdir. Göründüyü kimi, alqı-satqı müqaviləsi 13 avqust 2004-cü il tarixdə bağlanmış, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia 08 oktyabr 2018-ci il tarixdə-14 ild ən sonra irəli sürülmüşdür.

47. İddiaçı yazılı ərizə təqdim edərək qarşılıqlı iddia üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmələr mübahisənin həlli üçün əhəmiyyət kəsb edən hallara yuxarıda qeyd edilən maddi hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verməklə, iş üzrə doğru nəticəyə gəlmişlər.

48. Beləliklə, apelyasia məhkəməsi toplanmış sübutlara məcmu halda qiymət verərək, Ali Məhkəmənin son qərarındakı şərh etdiyi göstərişləri nəzərə alaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir.

49. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

50. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh3, X5 və Cavabdeh2 kassasiya şikayətləri təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2935/2021 nömrəli, 09.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar