Məhkəmə qərarları › İş №2(102)-4719/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4719/2020

08.09.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Vərəsəlik hüququ üzrə mübahisələr - Sair mülki iş - Ləyaqətsiz vərəsə hesab edilməsi - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4719/2020 08.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Allahverdiyev Səlim Məhərrəm oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)-1028/2020 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəki rayon Məhkəməsini n (hakim C.İmanov) xx.xx.2020-ci il tarixli, 2(075)-103/2020 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Şəki Regional Cavabdeh1tariat Ofisinə və AR ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilmiş hesab edilməsi, notariat kontorundan verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız sayılması, mülkiyyətdən çıxarışın ləğv edilməsi, cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi, 1-ci növbə vərəsələrin mülkiyyət payının müəyyən olunması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər G.Abbasov, M.Hüseynov, E.Hüseynov) xx.xx.2020-ci il tarixli, 2(107)-1028/2020 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəki l tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, iş üzrə Şəki rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(075)-103/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Şəki Regional Cavabdeh1tariat Ofisinə və AR ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilmiş hesab edilməsi, notariat kontorundan verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız sayılması, mülkiyyətdən çıxarışın ləğv edilməsi, cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi, 1-ci növbə vərəsələri n mülkiyyət payının müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilmiş hesab edilməsi, ataları X1 miras qalmış Şəki şəhəri Cəyirli kəndində yerləşən 0.25 ha ümumi birgə torpaq sahəsi və onun üzərində tikilmiş olan 44.10 kv. metr olan daşınmaz əmlaka Cavabdeh2 adına verilmiş 2V-988 reyestr nömrəli xx xxxxxx 2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, vərəsəlik şəhadətnaməsi əsasında Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi, Cavabdeh2 ləyaqətsiz vərəsə hesab edilməsi və Mingəçevir şəhəri V.Hüseynov küçəsi 10/96 saylı evin 10 saylı mənzilinə və Şəki rayonu Cəyirli kəndində yerləşən 0.25 ha ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi və orada inşa edilmi ş 44.10 kv. metr yaşayış evinə yalnız onların miras payılarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçıların atası P xx xxxxx 1995-ci ildə bütün əmlakını, o cümlədən E-da yerləşən şəxsi 3 otaqlı yaşayış evinin 2 otağını və əmlakını İddiaçı1, 1 otağını isə Cavabdeh2 qızma vəsiyyət etmişdir.Göründüyü kimi mirasqoyan P mirası ilə bağlı vəsiyyətnamə qoymuşdur. Həmin vəsiyyətnamədən və onun məzmunundan Cavabdeh2 xəbəri olmuşdur. Cavabdeh2 təsdiq etməsinə görə həmin vəsiyyətnamə İddiaçı1 Azərbaycana gələrkən ona verilmişdir.Məhkəmə nəzə rə almamışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. X3 İddiaçı1 və Cavabdeh2 qoyduğu vəsiyyətnamə vardır və hazırki müddətə qədər etibarlıdır. Notariat Kontoru tərəfindən isə Cavabdeh2 adına qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Məhkəmə nəzərə almamışdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Məhz vərəsəliyə çağrıldığını bildiyi gündən bu hüquq yarandığından və İddiaçı1, İddiaçı2 Azərbaycan Respublikasından kənarda yaşadıqlarından, xx xxxxx 2019-ci ildə bibisinin əri S tərəfindən atası Pun vəfat etməsindən xəbər tutduqdan sonra xx xxxxx 2019-ci ildə İddiaçı1, xx xxxxx 2019-ci ildə İddiaçı2 mirasın qəbulu barədə ərizə vermək, vərəsəlik hüququna dair şəhadətnamə almaq, həmin hərəkətlərin edilməsi üçün Sun adına etibarnamə göndərmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1245ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Məhz həmin hərəkətləri vasitəsilə İddiaçı1 və İddiaçı2 aşkar iradə ifadəsi irəli sürmüş və Cavabdeh2 bundan xəbəri olmuşdur. Həmçinin Cavabdeh2 vəsiyyətnaməni İddiaçı1 verdiyini də göstərmişdir. Cavabdeh2 məhz digər vərəsələri gizlətmək məqsədilə.Azərbaycan Respublikası 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu mə lum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır kimi tələblərini pozaraq Şəki rayon «Asan xidmət Mərkəzi» Notariat ofisinə müraciət etmiş və əndan başqa Pun vərəsəsi olmadığı barədə rəsmi ərizə verərək qanun üzrə vərəsəlik şəhadətnaməsi almışdır. Halbuki, Pun vərəsələri olan doğma qızlarının tapşırığını yerinə yetirən S həmin etibarnamələr əsasında İddiaçı1 göndərdiyi vəsiyyətnaməni də Mingəçevir şəhər « Asan Xidmət Mərkəzi» Notariat Ofisinə təqdim etmiş, notariatın göstərişinə əsasən vəsiyyətnamənin etibarlığının müəyyən edilməsi üçün İddiaçı1 adından Dövlət Notariat Arxivinə müraciət etmiş və xx xxx 2019-cu ildə həmin vəsiyyətnamənin qüvədə olması qeydi yazılmışdır. X8 vəsiyyətnaməsinin İddiaçı1 tərəfindən qorunması, həmin vəsiyyətnamənin qüvvədə olub olmamasının müəyyə n olunması üçün Dövlət Notariat Kontoruna olan müraciət, Sun adına mirasın qəbulu ilə bağlı hərəkətlərin edilməsinin konkret göstərildiyi etibarnamələrin göndərilməsi, İddiaçı1 və İddiaçı2 mirasın qəbulu ilə bağlı faktiki hərəkətlərini təsdiq edir. Məhkəmə isə «onlar yas mərasimlərinə gəlməmiş, həmin yasda iştirak etməmişlər. X4 vəfatından keçən 1 ildən çox olan bu müddət ərzində Şəkiyə gələrək atalarının qəbrini belə ziyarət etməmişlər» kimi ifadələrlə qətnaməni əsaslandırmağa çalışmışdır. Məhkəmə mirasın qəbulu üçün edilməli olan formal və qeyri formal hərəkətləri araşdırmağa çalışsa da, mirasın qəbulu müddətinin vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə biləcəyini nəzərə almamışdır. Nəzərə almamışdır ki, atasının ölümündən xəbər t utan kimi hər iki iddiaçı mirasın qəbulu ilə bağlı hərəkətlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikasında olmadıqlarından xəbər tutduqdan 1 gün sonra nümayəndə təyin etmişlər. İddiaçı1 və İddiaçı2 iradə ifadələrindən Cavabdeh2 xəbərdar olsa da o, vərəsəlik şəhadətnaməsini almaqdan dayanmamışdır. Sun iddiaçıların adından sənədlər toplamağa başlaması, notariat ofislərinə olan dəfələrlə müraciətləri onu təsdiq etmişdir ki, onlar mirası şəksiz qəbul etmişlər. Baxmayaraq ki, Cavabdeh2 iddiaçıların miras payının alınmasına aktiv hərəkətlərlə müdaxilə etmişdir, bu işin mübahisəsiz halıdır, məhkəmə işin bu kimi halına heç bir hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1137-ci maddəsinə əsasən Miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmi ş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. X7 miras əmlakını qızı İddiaçı1 vəsiyyət etdiyini bilən Cavabdeh2 bu barədə notariat ofisinə məlumat verməmiş, həmçinin mərhumun 2 övladının olmasını gizlətmişdir. Bununla da o miras qoyanın iradəsinə zidd gedərək onların vərəsəliyə çağrılmasına mane olmuşdur, o ləyaqətsiz vərəsə sayılmaqla, vərəsə sayılmamalıdır. Məhkəmə isə qanunsuz sübutlardan istifadə etməklə ifadələrinə etiraz etdikləri və yenid ən dindirilməsini tələb etdikləri şahid ifadələri ilə göstərmişdir ki, iddiaçılar atalarının ölümündən dərhal xəbərdar olmuşlar.İşin o dəlilləri ki, K, vəsiyyətnamə olmasına baxmayaraq qanun üzrə vərəsəliyin açılmasına nail olmuş, mərhumun vərəsə olacaq 2 qızı barədə notariat kontoruna məlumat verməmiş, miras qoyanın son yaşayış yeri rəsmi qeydiyyatda olduğu Mingəçevir şəhəri olmasına baxmayaraq vərəsəliyin Şəki rayonunda açılması, vərəsənin son yaşayış yeri və vərəsələri barədə arayışların Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən alınmalı olmasına baxmayaraq buna səlahiyyəti olmayan İcra nümayəndəliyindən alaraq notariat ofisinə təqdim etmişdir və notariat kontoru onun bu qanunsuz hərəkətlərinə şərait yaratmışdır, bu məhkəmə araşdırmasının ümumiyyətlə predmeti olmamışdır. Məhkəmə nəzərə almamamışdır ki, İddiaçı1 və İddiaçı2 Sa tapşırdıqları yeganə iş atalarından onlara qalmış mirasın qəbulu və sənədləşdirilməsi ilə bağlı hərəkətlərin edilməsi olmuşdur. Məhkəmə öz əsassız və qanunsuz qətnaməsini əsaslandırarkən göstərmişdir ki, Cavabdeh2 atalarının ölümü barədə İddiaçı1 telefon vasitəsilə məlumat vermişdir. Həmin məlumatları Cavabdeh2 vasitəsilə əldə edən şahid ifadələrinin mötəbərliyi yoxlanılmadan məhkəmə qanunsuz qətnaməni qüvvədə saxlamışdır. Nə qədər ki, qüvvədə olan vəsiyyətnamə mövcud olmuşdur, notariat ofisinin mərhum Pun mirasına dair qanun üzrə vərəsəlik açmışdır, bununla da Cavabdeh2 adına verilmiş vərəsəlik hüququna dair şəhadətnamə etibarsız sayılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8, 9, 13, 14-cü maddələrinin tələblər ini pozaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirməmiş, məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, prosessual hüquqlarının həyata keçməsinə köməklik göstərməmişdir. Göstərilənlərə əsasən o, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)-1028/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edlməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin iddiaçılar İddiaçı1, İddiaçı2, cavabdehlər Şəki Regional Cavabdeh1tariat Ofisinin və AR ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməm iş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdeh2 məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, bunun nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kasasiya in stansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kasasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kasasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsa slandırmışdır ki,İşin həqiqi hаllаrındаn görünür ki, iddia beş hissədən –iddiaçıların vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilmiş hesab edilməsi; X1 miras qalmış 0.25 ha ümumi birgə torpaq sahəsi və onun üzərində tikilmiş olan 44.10 kv. metr olan daşınmaz əmlaka Cavabdeh2 adına verilmiş 2V-988 reyestr nömrəli xx xxxxxx 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması; vərəsəlik şəhadətnaməsi əsasında Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi; Cavabdeh2 ləyaqətsiz vərəsə hesab edilməsi; E saylı mənzilinə və 0.25 ha ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi və orada inşa edilmiş 44.10 kv. metr yaşayış evinə yalnız iddiaçıların miras payılarının müəyyən edilməsi hissəsindən ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tə ləbi təmin edilməmişdir. İşdən görünür ki, iddiaçıların ilk tələbi miras əmlaklarının qəbul edilməsinin müəyyən edilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. İşdən görünür ki, xx.xx.2019-cu il qeydiyyat tarixli, **********43-10301 reyestr nömrəli, ********** nömrəli Cəyirli kəndində yerləşən 44.10 kv/m. sahədən ibarət fərdi yaşayış evi X4 mülkiyyətində olmaqla miras toplusuna aid olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) biri nci növbəli vərəsələr hesab olunurlar. Göründüyü kimi iddiaçı Cavabdeh2 miras qoyan X2 birinci növbəli vərəsəsi olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1243.1-cü maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1143.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1143.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə gö rə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1243.3-cü maddəsinə görə, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. İşin halından görünür ki, xx.xx.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli **********43-10301 reyestr nömrəli çıxarışa əsasən 44.10 kv m. sahədən ibarət fərdi yaşayış evi qanun üzrə vərəsəlik şəhadətnaməsi ilə X4 arvadı Cavabdeh2 mülkiyyətinə keçmişdir. X5 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Miras qoyan şəxs X4 ölümündən sonra, yəni miras açıldığı gündən iddiaçılar vərəsə kimi mi rası faktiki olaraq qəbul etməmişlər, miras evdə yaşamamışlar, miras əmlaka faktiki olaraq yiyələnməmişlər, miras əmlaka sahiblik etməmişlər, miras əmlakı idarə etməmişlər, mirası qəbul etdiyini şəksiz nümayiş etdirməmiş və bununla da mirası qəbul etməmişlər. Belə ki, iddiaçılar ataları mərhum X5 ölənədək Moskva şəhərində yaşamışlar və rəsmi qeydiyyatda olmuşlar. Hətta iddiaçılara xx.xx.2018-ci il tarixdə xəbər verilməsinə və ya onların vəkillərinin deməsinə görə xx.xx.2019-cu il tarixdə atalarının vəfatından xəbərdar edilmələrinə baxmayaraq onlar yas mərasimlərinə gəlməmiş, həmin yasda iştirak etməmişlər. X4 vəfatından keçən 1 ildən çox olan bu müddət ərzində Şəkiyə gələrək atalarının qəbrini belə ziyarət etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsi mirasın qəbul unun 2 formasını müəyyən etmişdir: 1) vərəsənin notariat orqanına mirası qəbul etmək barədə ərizə verməsi; 2) vərəsənin miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlaması və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı 1-ci formadan istifadə etməmişdir, yəni vaxtında notariat orqanına ərizə verməmişdir. İddiaçı iddia edir ki, ataları onlara vəsiyyətnamə verdiyindən onların atalarının bütün əmlakları üzərində miras payları vardır. Lakin miras qoyan vəsiyyətnaməni yalnız iddiaçılardan birinə, yəni İddiaçı1 münasibətdə vermişdir. Cavabdeh2 Mingəçevirdəki miras əmlakı deyil, məhz Çəyirli kəndindəki evi miras əmlakı kimi qəbul etməklə qanunvericiliyə uyğun olaraq öz adına rəsmil əşdirmişdir. Qeyd edilməlidir ki, Çəyirli kəndində olan miras evinin yerləşdiyi torpaq sahəsi P və Knün birgə mülkiyyətlərində olmuşdur. Miras qoyanın Mingəçevir şəhərində olan miras əmlakı indidə miras qoyanın mülkiyyətində qalır. İddiaçılar P vəfat etdikdən sonra onun yas mərasiminə gəlməmiş, yasda iştirak etməmişlər. İddiaçılar Şəki rayonu Çəyirli kəndində yerləşən miras əmlakında doğulmamış, həmin evdə böyüməmiş, atalarının vəfatından əvvəl və sonra miras evdə yaşamamış, faktiki olaraq miras əmlakı idarə etməmişdir. Belə olan halda iddiaçının mirası 2-ci formadan istifadə etməklə qəbul etdiyi müəyyən olunmur. Bu hal iddiaçının, cavabdehin izahatı ilə təsdiq olunur. İddiaçının miras evdə yaşamadığı təqdirdə miras evə sahiblik etməsi və ya idarə etməsinə yönələn hərəkətlər etməsi müəyy ən olunmur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mülki iş üzrə hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instasiya məhkəməsi iddia tələbini həmin hissədə rədd etməklə düzgün nəticəyə gəlmişdir. Mülki Məcəllənin 1243.2-ci maddəsində qeyd olunmuşdur ki, “Vərəsə... əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır”. Göründüyü kimi, bu maddədə “şəksiz nümayiş etdirmə” ifadəsindən istifadə olunmuşdur. Bu isə o deməkdir ki, vərəsə əmlakı mülkiyyətinə qəbul etdiyini digər şəxslərə şəksiz nümayiş etdirməlidir. Vərəsə evə sahiblik etməli, evi idarə etməli, evə yiyələnməlidir. İddiaçıların “miras evə sahiblik etmə”, “mirası idarə etmə”, “miras evə yiyələnmə” əlamətləri müəyyən olunmur. İddiaçılar miras qoyanın sağlığında Azərbaycandan daimi yaşamaq üçün başqa ölkəyə-Rusiya Federasiyasına köçmüş, onların daimi yaşayış yeri olmuş və hazırda da Rusiya Federasiyası vətəndaşları olmaqla Moskva şəhərində yaşayırlar. Məhkəmə kollegiyasının araşdırması zamanı da iddiaçılar tərəfindən mirasın qəbulu faktı öz təsdiqini tapmadı. Belə ki, mirasın qəbul edilmə qaydası isə Mülki Məcəllənin 1243.2-ci maddəsində müəyyən olunmuşdur. Bu maddəyə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Göründüyü kimi, qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) üsullarını müəyyən etmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyünü müəyyən etmək olur. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzəri ndə fiziki “ağalıq” edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi. Apelyasiya kollegiyası qeyd etmişdir ki, qanunun mənasına görə vərəsə tərəfindən mirasın kütləsinə daxil olan əmlaklardan hər hansı birinin qanunla müəyyən olunmuş qaydada qəbul edilməsi mirasın bütünlüklə qəbul edilməsi kimi qiymətləndirilir. Miras əmlakın faktiki idarə olunması dedikdə isə vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özünü nkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımi vəziyyətdə saxlanılması, həmin əmlakın təmir olunması (əgər evdirsə), torpağın becərilməsi, ona qulluq edilməsi, əmlakın saxlanması üçün xərc çəkilməsi, vergi ödənilməsi və s. aiddir. Nəzərə almaq lazımdır ki, həmin hərəkətlər həm vərəsənin özü, həm də onun tapşırığına əsasən digər şəxslər tərəfindən də həyata keçirilə bilər. Lakin yuxarıda qeyd olunduğu kimi mirasın qəbuluna (istər rəsmi, istərsə də faktiki) yönələn bütün bu hərəkətlər qanunvericilikdə mirasın qəbul edilmə müddəti kimi qeyd olunan müəyyən vaxt dövrü ərzində həyata keçirilməlidir. Mirasın qəbul edilmə müddəti dedikdə, qanunda nəzərdə tutulan elə bir vaxt dövrü başa düşülür ki, həmin dövr ərzində vərəsəliyə çağırılmış şəx slər mirası qəbul etməyə yönələn hərəkətlər edirlər. Bu müddət Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsi ilə dəqiq müəyyən edilmişdir. Həmin maddəyə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. İşdən görünür ki, iddiaçılar atalarından qalan miras əmlakı faktiki və ya rəsmi qəbul etməmiş, bununla bağlı hər hansı sübutlarını məhkəməyə təqdim etməmişlər. Kasasiya kollegiyası apelyasiya kollegiyasının qeyd edilən mövqeyi ilə razılaşmayaraq bildirir ki, iş materiallarında olan (İ cild, səh 47) və işə mahiyyəti üzrə baxmış hər iki instansiya məhkəməsinin sübutlar sırasında göstərmiş olduğu xx.xx.1995-ci il tarixli vəziyyətnamənin dublik atından görünür ki, X5 bütün əmlakını, o cümlədən E-da yerləşən şəxsi 3 otaqlı mənzilini mülkiyyət hüququ ilə ona məxsus olan yaşayış evinin 2 otağını və əmlakını İddiaçı1 vəsiyyət etmişdir. Hazırki halda da həmin vəsiyyətnamənin qüvvədə olmadığı iş materialları ilə müəyyən edilmir. Cavabdeh2 da qeyd edilən vəsiyyətnamənin mövcudluğunu etiraf etmiş, lakin vəsiyyətnamənin (səh 109) Mingəçevir şəhərində olan evlə bağlı olmasını izahatında göstərmişdir. İşə mahiyyəti üzrə baxan məhkəmələr də vəsiyyətnamənin tam məzmununu, yəni mərhum Pun bütün əmlakını, o cümlədən 3 otaqlı evinin 2 otağını İddiaçı1 vəsiyyət etməsinə deyil, cavabdehin izahatında qeyd etdiyi kimi, vəsiyyətnamənin Mingəçevir şəhərində olan evlə bağlı olmasına istinad etmişdir. Halbuki adıçəkilən vəsiyyətnamədə hansı evdən söhbət getməsi məlum deyildir. Bununla belə mərhum Ş.Məhərrəmov bütün əmlakını da İddiaçı1 vəsiyyət etməsini göstərmişdir. Dövlət Notariat Arxivinin xx.xx.2019-cu il tarixli cavabı ilə də həmin vəsiyyətnamənin qüvədə olması qeydi yazılmışdır. Belə olan halda işə mahiyyəti üzrə baxan məhkəmələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2-ci maddəsinin tələblərini pozmuşlar. Qeyd edilən maddəyə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Yuxarıda qeyd edildiyi kimi, iş materiallarından da görünür ki, X3 İddiaçı1 qoyduğu vəsiyyətnamə vardır və hazırki müddətə qədər də həmin vəsiyyətnamə etibarlıdır. Cavabdeh2 adına isə qanun üzrə v ərəsəlik şəhadətnaməsi verilmişdir. Bundan əlavə, işə mahiyyəti üzrə baxan məhkəmələr iddiaçıların vərəsəliyə çağırıldıqlarını bildikləri və bilməli olduqları gündən qanunla müəyyən edilmiş müddətdə mirasın qəbul edilməsi üçün hər hansı hərəkət etmədiklərinə istinad etmişlər və istinadlarını Cavabdeh2 mərhumun ölümü barədə iddiaçılara telefonla məlumat verməsinə dair izahatına və cavabdehin məhkəməyə təqdim etdiyi şahid ifadələrinə uyğun əsaslandırmışlar. Lakin iş materialları ilə iddiaçıların mərhumun ölümü barədə vaxtında məlumatlandırılmaları müəyyən edilmir. Əksinə, iş materialları ilə də müəyyən edilir ki, iddiaçılar mirasın qəbul edilməsi üçün tələb olan hərəkət və sənədləşmələrin həyata keçirilməsi üçün xx xxxxx 2019-ci ildə İddiaçı1, xx xxxxx 2019-ci ildə İddiaçı2 mirasın qəbulu ba rədə ərizə vermək, vərəsəlik hüququna dair şəhadətnamə almaq, həmin hərəkətlərin edilməsi üçün Sun adına etibarnamə göndərmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Buradan da görünür ki, mirasın qəbulu ilə bağlı İddiaçı1 və İddiaçı2 aşkar iradə ifadəsi irəli sürmüşdür. İddiaçıların tapşırığını yerinə yetirən S həmin etibarnamələr əsasında İddiaçı1 göndərdiyi vəsiyyətnaməni də Mingəçevir şəhər « Asan Xidmət Mərkəzi» Notariat Ofisinə təqdim etmiş, notariatın göstərişinə əsasən vəsiyyətnamənin etibarlığının müəyyən edilməsi üçün İddiaçı1 adından Dövlət Notariat Arxivinə müraciət etmiş və xx xxx 2019-cu ildə həmin vəsiyyətnamənin qüvədə olması qeydi yazılmışdır. X8 vəsiyyətnaməsinin İddiaçı1 t ərəfindən qorunması, həmin vəsiyyətnamənin qüvvədə olub olmamasının müəyyən olunması üçün Dövlət Notariat Kontoruna olan müraciət, Sun adına mirasın qəbulu ilə bağlı hərəkətlərin edilməsinin konkret göstərildiyi etibarnamələrin göndərilməsi, İddiaçı1 və İddiaçı2 mirasın qəbulu ilə bağlı faktiki hərəkətlərini təsdiq edir. Cavabdeh2 isə Şəki rayon «Asan xidmət Mərkəzi» Notariat ofisinə müraciət etmiş və ondan başqa Pun vərəsəsi olmadığı barədə rəsmi ərizə verərək qanun üzrə vərəsəlik şəhadətnaməsi almışdır. Halbuki, Cavabdeh2 Pun vərəsələri olması barədə əvvəlcədən məlumatlı olmuşdur və bunu o, vermiş olduğu izahatında da göstərmişdir. İşə baxan məhkəmələr isə bu hala da heç bir hüquqi qiymət verməmişlər. Beləliklə aydın olur ki, işə mahiyyəti üzrə baxan məhkəmələr ilkin olaraq miras əmlakın qəbul edilməsi ilə bağlı hərəkətlər etməsinə dair iş materiallarında olan sübutları, həmçinin iddiaçılardan İddiaçı1 adına olan vəsiyyətnamənin məzmununu və həmin vəsiyyətnamənin qüvvədə olmasını araşdırmamış, obyektiv həqiqətə nail olunması üçün ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikasının MPM-nin ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kim i halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Kasasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki hal ları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə ba xarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq, kasasiya k ollegiyası hesab edir ki, apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olduğundan, işin apelyasiya və kasasiya şikayətində göstərilmiş, həmçinin kasasiya kollegiyasının müəyyən etdiyi ümumi hallarının tam və düzgün araşdırılması, tərəflərin bərabərliyinin və məhkəmə araşdırmasının ədalətliliyinin təmin edilməsi məqsədilə kasasiya şikayəti qismən təmin edilməli, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)-1028/2020 nömrəli qətnaməsi ləğv edilməli və iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikas ı MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)1028/2020 nömrəli qətnaməsi ləğv edilsin və mülki iş yenidən apelyasiya qaydasında baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar