Məhkəmə qərarları › İş №2(107)-195/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-195/2021

06.05.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Vərəsəlik hüququ üzrə mübahisələr - Sair mülki iş - Ləyaqətsiz vərəsə hesab edilməsi - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-195/2021 06.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi Qurbanov Arif Hümbət oğlu, İddiaçı1 vəkili X23 və Cavabdeh2 iştirakları ilə, Şəki Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tаrixli 2(075)-103/2020 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndələri və vəkili X23 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim Cahid İmanov) 24 yanvar 2020-ci il tаrixli 2(075)- 103/2020 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Şəki Regional Cavabdeh1tariat Ofisi və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilmiş hesab edilməsi, notariat kontorundan verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız sayılması, mülkiyyətdən çıxarışın ləğv edilməsi, cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi, 1-ci növbə vərəsələrin mülkiyyət payının müəyyən olunması” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndələri və vəkili X23 apellyasiya şikayəti verərək, Şəki Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tаrixli 2(075)-103/2020 nömrəli qətnаməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 may 2020-ci il tarixli, 2(107)- 1028/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndələri və vəkili X23 həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 08 sentyabr 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 may 2020-ci il tarixli qətnaməsi ləğv edilərək, iş apellyasiya qaydasında yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra iddiaçı və ya İddiaçı1 və İddiaçı2) cavabdehlər Cavabdeh2, Şəki Regional Cavabdeh1tariat Ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə (bundan sonra cavabdeh və ya Cavabdeh2, Şəki Regional Cavabdeh1tariat Ofisi və DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, onların vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilmiş hesab edilməsi, X5ndan miras qalmış Şəki şəhəri Cəyirli kəndində yerləşən 0.25 ha ümumi birgə torpaq sahəsi və onun üzərində tikilmiş olan 44.10 kv. metr olan daşınmaz əmlaka Cavabdeh2 adına verilmiş 2V-988 reyestr nömrəli 06 avqust 2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, vərəsəlik şəhadətnaməsi əsasında Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi, Cavabdeh2 ləyaqətsiz vərəsə hesab edilməsi və Mingəçevir şəhəri V.Hüseynov küçəsi 10/96 saylı evin 10 saylı mənzilinə və ünvan 2ində yerləşən 0.25 ha ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi və orada inşa edilmiş 44.10 kv. metr yaşayış evinə yalnız onların miras payılarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçıların nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında izahatında bildirmişdir ki, iddiaçılar doğma bacıdırlar. X5, anaları X24muşdur. İddiaçıların valideynləri təxminən 1980-81-ci illərdə boşandığından onların hər ikisi anaları ilə Rusiya Federasiyasına köçmüşlər. X52 08 mart 1991-ci ildə Cavabdeh2 ilə rəsmi nikaha girmişdir. Şamil Məhərrəmov ölənə qədər ünvan 1-da qeydiyyatda olmaqla yaşamış və ölüm akt qeydi 19 dekabr 2018-ci ildə Mingəçevir «Asan xidmət» Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmişdir. ünvan 1 ünvanda yerləşən mənzil 20 mart 1992-ci ildə iddiaçıların atalarının adına özəlləşdirilərək mülkiyyət hüququ ilə onun adına qeydə alınmışdır. Şamil Məhərrəmov 03 aprel 1995-ci ildə bütün əmlakını, o cümlədən Mingəçevir şəhəri A.Koşevoy küçəsi ev 10/96, mənzil 10-da yerləşən şəxsi 3 otaqlı yaşayış evinin 2 otağını və əmlakını İddiaçı1 vəsiyyət etmişdir. Ayağının biri kəsilmiş yataq xəstəsi olan analarına iddiaçılar baxdıqlarından tez-tez Mingəçevir şəhərinə gələ bilməmişlər. Buna görə də ataları ilə tez-tez görüşə bilməmişlər. Lakin iddiaçılar ataları ilə daima telefon əlaqəsi saxlamışlar. 01 aprel 2019-cu il tarixdə iddiaçılara məlum olmuşdur ki, X40 vəfat etmişdir. Həmin vaxta qədər iddiaçılar Cavabdeh2 ilə bir neçə dəfə telefon əlaqəsi saxlamış və həmin vaxt Elmira Yelenaya bildirmişdir ki, atası ağır xəstədir və danışa bilimir. 01 aprel 2019-cu il tarixdə iddiaçıların bibisinin əri Arif Qurbanov onlarla telefon əlaqəsi saxlayaraq atalarının ölümündən xəbərdar etmişdir. 02 aprel 2019-cu ildə İddiaçı1 bibisinin əri Arif Qurbanovun adına etibarnamə vermişdir ki, vərəsəlik işlərini həll etsin. Arif Qurbanov etibarnaməni aldığı gün Mingəçevir şəhər Notariat Kontoruna müraciət etmiş, oradan isə vərəsəliyin açılması ilə bağlı sənədlərin siyahısı ona təqdim edilmişdir. Atasının İddiaçı1 qoyduğu vəsiyyətnamənin etibarlığını müəyyən etmək üçün Notariat Arxivinə onun adından müraciət olunmuş və 21 may 2019-cu il tarixdə müvafiq qeyd aparılmışdır. Ancaq İddiaçı1 Arif Qurbanova verdiyi etibarnamə ilə hüquqi hərəkətlər aparmaq mümkün olmadığından yenidən vəkilinin adına etibarnamə göndərmək məcburiyyətində qalmışdır. 09 avqust 2019-cu il tarixdə Mingəçevir şəhər Qeydiyyat şöbəsindən ölüm yeri və vərəsələr dairəsi barədə arayışları əldə edib Mingəçevir Cavabdeh1tariat Ofisinə müraciət etdikdə iddiaçıya məlum olmuşdur ki, 06 avqust 2019-cu il tarixdə Cavabdeh2 adına Şəki Regional «Asan Xidmət» Mərkəzinin Notariat Ofisi tərəfindən qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmiş və miras qoyulan əmlak ünvan 2ində yerləşən fərdi yaşayış evi və ümumibirgə mülkiyyətdə olan 0.25 ha torpaq sahəsindən ibarətdir. Sorğularına 03 sentyabr 2019-cu il tarixdə verilmiş 26 avqust 2019-cu il tarixli məktubdan məlum olmuşdur ki, Cavabdeh2 iddiaçıların vərəsə olmalarını gizlətmiş, cavabdeh notariat ofisi qanunla müəyyən edilmiş qaydada əldə etməli olduğu sənədləri aidiyyatı olmayan orqanlardan əldə etməklə yalan məlumatlar əsasında cavabdehin adına vərəsəlik şəhadətnaməsi vermişdir. Həmin şəhadətnamə əsasında Cavabdeh2 14 avqust 2019-cu il tarixdə adına çıxarış almışdır. Notariat ofisinin təqdim etdiyi arayışlardan görünür ki, Güllü X4 başqa varisi olmamasına dair ərizə ilə müraciət edərək arayış almış, Şəki şəhər İHB-nin Cəyirli kənd İƏD-nin nümayəndəsi də onun ərazisində yaşayış yeri üzrə qeydiyyatı olmayan X14 varisləri barədə saxta arayış tərtib etmişdir. İddiaçıların atalarından qalan Mingəçevir şəhəri V.Hüseynov küçəsi 10/96 saylı evin 10 saylı mənzildə isə heç kəs qeydiyyatda yoxdur. Mənzilin xidmət haqqını İddiaçı1 nümayəndəsi Arif Qurbanov vasitəsilə ödəmişdir. Məhkəməyə təqdim edilən sənədlər zaman tələb etdiyindən iddianı hazırda qaldırmışlar. İddiaçılar atalarının vəfatından 31 mart 2019-cu ildə xəbərdar olduqdan sonra dərhal etibarnamə göndərmişlər, 21 may 2019-cu il tarixdə vəsiyyətnamənin qüvvədə olması barədə iddiaçılara rəsmi cavab verilmişdir. Bundan sonra İddiaçı2 Mingəçevir Cavabdeh1tariat Ofisinə mirasın qəbulu ilə bağlı 11 iyul 2019-cu il tarixdə nümayəndəsi vasitəsilə müraciət etmişdir. Əlavə olaraq bildirdi ki, iddiaçılar Moskvada xəstə olan analarına baxmağa məcbur olduqlarından atalarının yas mərasimlərinə gələ bilməmişlər, həmçinin bu günə qədər də gələrək atalarının qəbrini ziyarət etməmişlər. Hesab edir ki, iddia əsaslıdır və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən Cavabdeh2 izahatında bildirmişdir ki, o, 1984-cü ildə Şamil Məhərrəmovla qeyri-rəsmi ailə qurmuş və həmin vaxtdan ünvan 2ində yerləşən hazırda mübahisələndirilən evə gəlin köçərək yaşamağa başlamışlar. Lakin Şamillə aralarında olan nikahlarını 1991-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahdan uşaqları olmamışdır. O, Şamil Məhərrəmov ilə ailə qurarkən Şamil ona bundan əvvəl də ailəsinin olduğunu, lakin birinci arvadından böşandığını, birinci evliliyindən 1957ci il təvəllüdlü Elmira və 1962-ci il təvəllüdlü Yelena adlı 2 övladlarının olduğunu və həmin uşaqların təxminən 1980-ci ildən etibarən anaları ilə birlikdə Moskva şəhərində yaşadığını bildirmişdir. Çəyirli kəndində olan ev Şamilə anası tərəfindən vəsiyyət edilmişdir. Şamilin Mingəçevir şəhərində də 3 otaqlı evi olmuş, əvvəlki ailəsi və uşaqları ilə 80-ci illərədək orada yaşamışdır. Lakin Şamil 1984-cü ildə onunla evlənəndən sonra daimi olaraq Çəyirli kəndindəki evlərində yaşamış, Mingəçevirdə olan evdə yaşamamış, lakin arabir ora baş çəkmək üçün gedib-gəlmişdir. Həmin evin bütün kommunal xərcləri Şamil vəfat edənədək onun tərəfindən ödənilmiş, hal-hazırda isə həmin xərclər özü tərəfindən ödənilir. Hazırda qeyd edilən evdə vaxtilə Şamilin təmənnasız yerləşdirdiyi əlil və ailəsi yaşayır. X53 03 aprel 1995-ci il tarixdə Mingəçevir şəhərində yerləşən 3 otaqlı evinin 2 otağını qızlarından biri olan İddiaçı1 vəsiyyət etmişdir. Şamilin qızlarını öz övladı hesab etmişdir. Şamilin qızları lap əvvəllər bir neçə dəfə gələrək atalarına baş çəkmişlər. Lakin sonralar yalnız telefonla əlaqə saxlamışlar. Təxminən 2012-ci idə Elmira atasını yoxlamaq üçün öz qızı ilə birlikdə Çəyirli kəndinə gəlmişdir. Həmin vaxt Elmiranın qızına qızıl sep hədiyyə etmişdir. Bundan başqa 03 aprel 1995-ci il tarixli vəsiyyətnamə həmişə onda olmuş və həmin vəsiyyətnaməni də 2012-ci ildə Elmiranın özünə vermişdir. Həmin ziyarət övladlarının axırıncı gəlişi olmuşdur. Şamil 15.12.2018-ci il tarixdə vəfat etmiş, 06 avqust 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alaraq ünvan 2i ünvanında yerləşən 0.25 ha ümumi birgə torpaq sahəsi və onun üzərində tikilmiş olan ümumi sahəsi 44.10 kv/m olan daşınmaz əmlak olan evi öz adına rəsmiləşdirmişdir. O, Şamilə həmişə qayğı ilə yanaşmış, uşaqları olmasa da mehriban yaşamışlar. Hətta Şamilin anası olan qaynanasına da qayğı ilə yanaşmışdır. X53 2018-ci ilin sonlarına doğru xəstələnmiş və 15 dekabr 2018-ci il tarixdə axşam saat 10:00 radələrində 86 yaşında vəfat etmişdir. Səhərisi günü bu barədə telefon vasitəsilə Elmiraya xəbər vermiş, Elmira isə telefonda sadəcə “Allah rəhmət etsin” demişdir. Yelena azərbaycan dilini bilmir, Elmira isə az da olsa bildiyindən telefonda onunla danışmışdır. O, ərinin qızlarının varis olduqlarını heç kimdən gizlətməmişdir. Hətta gizlətmiş olsa belə iddiaçının bildirməsinə görə 01 aprel 2019-cu il tarixdə iddiaçılara atalarının vəfat etməsi məlum olmasına baxmayaraq onlar bu günə qədər atalarının yasına gəlməmişlər. X45 bütün yas mərasimini və dəfn xərclərini özü çəkmiş, qəbir və baş daşı ilə bağlı xərclər də onun tərəfindən qarşılanmışdır. Şamil Mingəçevirdəki evin 2 otağını Elmiraya vəsiyyət etsə də, qızlarının atalarından qalan miras əmlakla bağlı hər hansı tələbləri yoxdur. Bütün bu iddiaların arxasında Şamilin bacısının əri Arif Qurbanov durur. Qızlar onun xətrini çox istəyir, əgər onlar dəqiqliklə bilsələr ki, Arif həmin evə özü yiyələnmək istəyir onlar bu barədə iddia qaldırmazdılar. Əgər Elmira gəlib ondan Mingəçevirdəki evi tələb etsə, notariusa gedərək evi bütövlükdə onun adına keçirilməsinə razılıq verər. Lakin hal-hazırkı işlərin arxasında duran Arif Qurbanova evin verilməsinə razı olmayacaqdır. O, artıq uzun illərdir ki, Cəyirlidəki həmin evdə yaşayır və gedəcək başaqa bir evi yoxdur. Hesab edir ki, iddia əsassızdır və iddianın təmin edilməməsini xahiş edir. Birinci instansiya məhkəməsində iş üzrə şahid qismində dindirilmiş X34 ifadə verərək göstərmişdir ki, iddiaçılar onun qaynı Şamilin qızlarıdır. Yəni Şamilin bacısı onun həyat yoldaşıdır. Bildirdi ki, Şamil iki dəfə ailəli olmuşdur. Birinci arvadı rus olmuş və həmin nikahdan iki övladı olmuşdur. Şamil birinci arvadından təxminən 1980-ci illərdə boşanmış, qızları anaları ilə birlikdə yaşamaq üçün Rusiya Federasiyasına getmiş və bu günə qədər də orada yaşayırlar. Lakin qızları arabir Şəkiyə gələrək atalarını yoxlamışlar. Şamil 2018-ci ilin dekab ayında vəfat etmişdir. Qızları atalarının vəfatından təxminən 4 ay sonra, 2019-cu ilin aprel ayının əvvəllərində xəbər tutmuşlar. Bundan sonra Elmira ona etibarnamə yollayaraq atasından qalan vərəsəlik işlərinin həll edilməsini xahiş etmişdir. Qızları atalarının vəfatını bilsələr də, onun dəfnində və yas mərasimlərində iştirak etməmişlər. Onlar bu günə qədər gəlib atalarının qəbrini ziyarət etməmişlər. Birinci instansiya məhkəməsində iş üzrə şahid qismində dindirilmiş X41 ifadə verərək göstərmişdir ki, 36 ildir ki, Güllü və mərhum Şamil ilə qonşudur, onların ailəsini yaxşı tanıyır. Şamilin Güllüdən əvvəl də arvadı olmuş, ondan da 2 qızı olmuşdur. Lakin Şamilin qızlarını lap çoxdan görmüşdür. Şamilin qızlarını Çəyirli kəndində heç vaxt görməmişdir. Şamil 1980-ci illərdən demək olar ki, Çəyirli kəndində yaşamışdır. Şamillə Güllü 1984-cü ildən ər-arvad kimi yaşamağa başlamışlar. Lakin yaxınlarda öyrənmişdir ki, onlar aralarındakı nikahlarını 1991-ci ildə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından uşaqları olmamışdır. Şamil ölümündən qabaq xəstə olmuş, ölümünə 20 gün qalmış yıxıldığından ağrılardan əziyyət çəkmişdir. Bir qonşu kimi demək olar ki, hər axşam onu yoxlamağa getmişdir. O, Şamilə ölməmişdən qabaq qızlarına zəng vurmasını demiş, lakin lazım deyil “onlar gəlməz” demişdir. Həyat yoldaşı Güllü Şamilə həm əvvəllər, həm də xəstə olanda xüsusi qayğı ilə baxmışdır. Şamilin anası da qocalıb ölənə qədər ona Güllü baxmışdır. Şamilin qardaş-bacısı olmuş, lakin onlar Şamildən əvvəl vəfat etmişlər. Şamil öldüyü günün səhəri X10 zəng vuraraq atasının öldüyünü deməsinin şahidi olmuşdur. Ancaq Şamil öldükdən sonra qızları onun yasına gəlməmişlər, bütün yas mərasimlərini Güllü keçirmişdir. Şamilin qəbirüstü abidəsi də Güllü tərəfindən qoyulmuşdur. Hələ bu günədək Şamilin qızları atasının qəbrini ziyarət etmək üçün belə kəndə gəlməmişlər. Birinci instansiya məhkəməsində iş üzrə şahid qismində dindirilmiş X6 ifadə verərək göstərmişdir ki, o, 1974-cü ildən Cəyirli kəndində yaşayır. Güllünü isə 1984-cü ildən tanıyır. X48 əri olmuşdur. Şamilin Güllüdən əvvəl də ailəsi və 2 qızı olmuşdur. Şamilin qızlarından yalnız Elmiranı çox illər qabağa kəndə gəldiyini görmüşdür. Həmin vaxt Elmira kəndə öz qızı ilə gəlmişdir. Həmin vaxt Güllü Elmiranın qızına qızıl sep hədiyyə etmişdir. Şamil qoca olduğundan son vaxtlar ağır xəstə olmuş, Güllü ona qulluq göstərmişdir. Şamilin anasına da Güllü baxmışdır. Şamil öldüyü günün səhəri Güllü Şamilin qızına zəng vuraraq atasının öldüyünü demişdir. Ancaq qızları atalarının yas mərasiminə gəlməmişlər. Yas mərasimlərini qonşuların da dəstəyi ilə Güllü keçirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X25 ifadə verərək göstərmişdir ki, o, 10-15 yaşından mərhum Şamili tanımışdır. Güllü 1984-cü ildən Şamillə ər-arvad kimi yaşamağa başlamışlar. Şamilin Güllüdən əvvəl də ailəsi və 2 qızı olmuşdur. O, Şamilin qızlarını görməmişdir. Ancaq Şamil ölənə qədər qızlarına Kiçik-Dəhnə və ya Zaqatala-Moskva avtobusu ilə Moskvaya qozfındıq ləpəsi, halvadan ibarət sovqat (posılka) göndərmişdir. Şamil öldüyü günün səhəri Güllü Şamilin qızına zəng vuraraq atasının öldüyünü demişdir. Ancaq qızları atalarının yas mərasiminə gəlməmişlər. Yas mərasimlərini qonşuların da dəstəyi ilə Güllü keçirmişdir. Güllü Şamilə və Şamilin vəfat etmiş anasına böyük diqqət və qayğı ilə baxmışdır.Şamilin qəbirüstü abidəsi Güllü tərəfindən qoyulmuşdur. Hələ bu günədək Şamilin qızları atasının qəbrini ziyarət etmək üçün kəndə gəldiyini görməmişlər. Birinci instansiya məhkəməsində iş üzrə şahid qismində dindirilmiş X12 digər şahidlər X41, X6 və X25 ilə eyni məzmunlu ifadə vermişdir . Birinci instansiya məhkəməsində iş üzrə şahid qismində dindirilmiş X43 ifadə verərək göstərmişdir ki, Şamil atasının dayısı oğludur. Şamilin əvvəlki ailəsindən 2 qızı olmuşdur. Qızları atalarına baxmamışlar, yanına gəlib getməmişlər. Şamilin yanında həmişə arvadı Güllü olmuşdur. Ancaq Şamil ölənə qədər qızlarına Kiçik Dəhnə-Moskva avtobusu ilə Moskvaya qoz-fındıq ləpəsi, halvadan ibarət sovqat (posılka) göndərmişdir. Şamil harasa gedəndə onu öz avtomobili ilə aparmışdır. Hətta Şamil 1995-ci ildə Elmiraya vəsiyyətnamə verəndə onu Mingəçevirə avtomobili ilə aparmışdır. Ancaq qızları atalarının yas mərasiminə gəlməmişlər. Şamil öldüyü günün səhəri X20 zəng vuraraq atasının öldüyünü demişdir. Ancaq qızları atalarının yas mərasiminə gəlməmişlər. Yas mərasimlərini Güllü keçirmişdir. Güllü Şamilə və Şamilin vəfat etmiş anasına böyük diqqət və qayğı ilə baxmışdır. Şamilin qəbirüstü abidəsi Güllü tərəfindən qoyulmuşdur. Hələ bu günədək Şamilin qızlarını atalarının qəbrini ziyarət etmək üçün kəndə gəldiyini görməmişlər. Qızları atalarının yas mərasimlərində iştirak etmədikləri kimi, onun yas və dəfni üçün hər hansı vəsait göndərməmişlər. İş üzrə Şəki Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tаrixli 2(075)-103/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək Şəki Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tаrixli 2(075)-103/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. İşdə iştirak edən şəxslərin izahatları 12 mart 2021-ci il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı1 vəkili X23 apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tаrixli 2(075)-103/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 23 aprel 2021-ci il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. 23 aprel 2021-ci il tarixli məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin nümayəndəsi X13 oğlu qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 nümayəndəsi Qurbanov Arif Hümbət oğlu apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tаrixli 2(075)-103/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması haqqında yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçılar İddiaçı1 və İddiaçı2, onların vəkili X23 və cavabdehlər Cavabdeh2, Şəki Regional Cavabdeh1tariat Ofisi və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin nümayəndəsi iştirak etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: 04 iyun 1977-ci il tarixli vəsiyyətnamənin təsdiq edilmiş surətindən görünür ki, X29 onun ölüm gününə qalmış əmlakını nə olursa-olsun və harada olursa-olsun öz doğma oğlu X1 verilməsini vəsiyyət etmişdir. V-ЖГ 461156 seriya nömrəli Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X28 ilə X17 arasında 08 may 1991-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 12 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada Məhərrəmova soyadı verilmişdir. 03 aprel 1995-ci il tarixli vəsiyyətnamənin təsdiq edilmiş surətindən görünür ki, X28 bütün əmlakını, o cümlədən Mingəçevir şəhəri A.Koşevoy adına küçə 10/96 mənzil 10-da yerləşən şəxsi 3 otaqlı mənzilini mülkiyyət hüququ üzrə ona məxsus olan yaşayış evinin 2 otağını və əmlakını İddiaçı1 vəsiyyət etmişdir. 03 aprel 1995-ci il tarixli vəsiyyətnamənin təsdiq edilmiş surətindən görünür ki, X3 şəhəri A.Koşevoy adına küçə 10/96 mənzil 10-da yerləşən şəxsi 3 otaqlı mənzilini mülkiyyət hüququ ilə ona məxsus olan yaşayış evinin 1 otaqını Cavabdeh2 vəsiyyət etmişdir. AZ-İ 966328 seriya nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X28 15 dekabr 2018-ci il tarixdə qocalıq səbəbindən Şəki rayonu Cəyirli kəndində ölmüşdür. Şəki Şəhər İHB-ın Cəyirli kənd icra nümayəndəliyi tərəfindən verilmiş 202 nömrəli vərəsəliyə dair arayışdan görünür ki, X30 15.12.2018-ci il tarixdə vəfat etmişdir və Cavabdeh2 onun varisidir. ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş **********43- 10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2ində yerləşən 44.10 kv.m. sahədən ibarət fərdi yaşayış evi tam və torpaq sahəsi üzrə X14 və torpaq sahəsi üzrə Cavabdeh2 ümumi birgə mülkiyyətində olmuşdur. 16 avqust 2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Şəki regional Cavabdeh1tariat ofisinin xüsusi notariusu X35 Azərbaycan Respublikası MM-nin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, 15.12.2018-ci il tarixdə ölmüş X14 vərəsəsi Cavabdeh2 miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamədə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRXnin Şəki Ərazi İdarəsi tərəfindən 29/7/2019-cu il tarixdə X18 verilmiş **********43-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestridən çıxarışa əsasən ünvan 3i ünvanında yerləşən 0.25 ha ümumi birgə torpaq sahəsi və onun üzərində tikilmiş olan ümumi sahəsi 44.10 kv/m olan daşınmaz əmlak mərhuma məxsus fərdi yaşayış evindən və torpaq sahəsindən ibarətdir. ƏMDK yanında DƏDRX-in 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 14.08.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli,**********43-10301 reyestr nömrəli, çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 2ində yerləşən 44.10 kvm. sahədən ibarət fərdi yaşayış evi Cavabdeh2 tam mülkiyyətindədir. İJ 389241 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 atası X28, anası isə X21. AZ 227452 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı2 atası X28, anası isə X21. İşin həqiqi hаllаrındаn görünür ki, iddia beş hissədən –iddiaçıların vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilmiş hesab edilməsi; X11 miras qalmış Şəki şəhəri Cəyirli kəndində yerləşən 0.25 ha ümumi birgə torpaq sahəsi və onun üzərində tikilmiş olan 44.10 kv. metr olan daşınmaz əmlaka Cavabdeh2 adına verilmiş 2V-988 reyestr nömrəli 06 avqust 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması; vərəsəlik şəhadətnaməsi əsasında Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi; Cavabdeh2 ləyaqətsiz vərəsə hesab edilməsi; Mingəçevir şəhəri V. Hüseynov küçəsi 10/96 saylı evin 10 saylı mənzilinə və ünvan 2ində yerləşən 0.25 ha ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi və orada inşa edilmiş 44.10 kv. metr yaşayış evinə yalnız iddiaçıların miras payılarının müəyyən edilməsi hissəsindən ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.1, 1243.2 və 1243.3-cü maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, miras qoyan şəxs –X28 2018ci il tarixdə vəfat etdiyindən vərəsəlik hüquq münasibəti barədə mübahisə həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin (2000-ci il sentyabr redaksiyada) müddəaları əsasında həll olunmalıdır. İddia ərizəsindən göründüyü kimi iddia tələbi aşağıdakı beş hissədən ibarətdir. iddiaçıların vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilmiş hesab edilməsi; X11 miras qalmış Şəki şəhəri Cəyirli kəndində yerləşən 0.25 ha ümumi birgə torpaq sahəsi və onun üzərində tikilmiş olan 44.10 kv. metr olan daşınmaz əmlaka Cavabdeh2 adına verilmiş 2V-988 reyestr nömrəli 06 avqust 2019-cu il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız sayılması, vərəsəlik şəhadətnaməsi əsasında Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi, Cavabdeh2 ləyaqətsiz vərəsə hesab edilməsi, Mingəçevir şəhəri V. Hüseynov küçəsi 10/96 saylı evin 10 saylı mənzilinə və ünvan 2ində yerləşən 0.25 ha ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi və orada inşa edilmiş 44.10 kv. metr yaşayış evinə yalnız iddiaçıların miras payılarının müəyyən edilməsi, 14.08.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli,**********43-10301 reyestr nömrəli çıxarışa əsasən ünvan 3ində yerləşən 44.10 kvm. sahədən ibarət fərdi yaşayış evi qanun üzrə vərəsəlik şəhadətnaməsi ilə X14 arvadı Cavabdeh2 mülkiyyətinə keçmişdir. X28 15.12.2018-ci il tarixdə vəfat etmişdir. Miras qoyan şəxs X14 ölümündən sonra, yəni miras açıldığı gündən iddiaçılar vərəsə kimi mirası faktiki olaraq qəbul etməmişlər, miras evdə yaşamamışlar, miras əmlaka faktiki olaraq yiyələnməmişlər, miras əmlaka sahiblik etməmişlər, miras əmlakı idarə etməmişlər, mirası qəbul etdiyini şəksiz nümayiş etdirməmiş və bununla da mirası qəbul etməmişlər. Belə ki, iddiaçılar ataları mərhum X28 ölənədək Moskva şəhərində yaşamışlar və rəsmi qeydiyyatda olmuşlar. Hətta iddiaçılara 16.12.2018-ci il tarixdə xəbər verilməsinə və ya onların vəkillərinin deməsinə görə 01.04.2019-cu il tarixdə atalarının vəfatından xəbərdar edilmələrinə baxmayaraq onlar yas mərasimlərinə gəlməmiş, həmin yasda iştirak etməmişlər. X2 vəfat etməsindən sonra keçən 1 ildən çox olan bu müddət ərzində Şəkiyə gələrək atalarının qəbrini belə ziyarət etməmişlər. Azərbaycan Respublikası MM-nə əsasən qanun mirasın qəbulunun 2 formasını müəyyən etmişdir: 1) vərəsənin notariat orqanına mirası qəbul etmək barədə ərizə verməsi; 2) vərəsənin miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlaması və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi (Mülki Məcəllə, maddə 1243). Müəyyən olunur ki, iddiaçı 1-ci formadan istifadə etməmişdir, yəni vaxtında notariat orqanına ərizə verməmişdir. İddiaçı iddia edir ki, ataları onlara vəsiyyətnamə verdiyindən onların atalarının bütün əmlakları üzərində miras payları vardır. Lakin miras qoyan vəsiyyətnaməni yalnız iddiaçılardan birinə, yəni İddiaçı1 münasibətdə vermişdir. Cavabdeh2 Mingəçevirdəki miras əmlakı deyil, məhz Çəyirli kəndindəki evi miras əmlakı kimi qəbul etməklə qanunvericiliyə uyğun olaraq öz adına rəsmiləşdirmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Çəyirli kəndində olan miras evinin yerləşdiyi torpaq sahəsi Şamil və Güllünün birgə mülkiyyətlərində olmuşdur. Miras qoyanın Mingəçevir şəhərində olan miras əmlakı hal-hazırda da miras qoyanın mülkiyyətində qalır. İddiaçılar Şamil Məhərrəmov vəfat etdikdən sonra onun yas mərasiminə gəlməmiş, yasda iştirak etməmişlər. İddiaçılar Şəki rayonunun Çəyirli kəndində yerləşən miras əmlakında doğulmamış, həmin evdə böyüməmiş, atalarının vəfatından əvvəl və sonra miras evdə yaşamamış, faktiki olaraq miras əmlakı idarə etməmişdir. Belə olan halda iddiaçının mirası 2-ci formadan istifadə etməklə qəbul etdiyi müəyyən olunmur. Bu hal iddiaçının, cavabdehin izahatı ilə təsdiq olunur. İddiaçının miras evdə yaşamadığı təqdirdə miras evə sahiblik etməsi və ya idarə etməsinə yönələn hərəkətlər etməsi müəyyən olunmur. Mülki Məcəllənin 1243.2-ci maddəsində qeyd olunmuşdur ki, “Vərəsə... əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır”. Göründüyü kimi, bu maddədə “şəksiz nümayiş etdirmə” ifadəsindən istifadə olunmuşdur. Bu isə o deməkdir ki, vərəsə əmlakı mülkiyyətinə qəbul etdiyini digər şəxslərə şəksiz nümayiş etdirməlidir. Vərəsə evə sahiblik etməli, evi idarə etməli, evə yiyələnməlidir. İddiaçıların “miras evə sahiblik etmə”, “mirası idarə etmə”, “miras evə yiyələnmə” əlamətləri müəyyən olunmur. İddiaçılar miras qoyanın sağlığında Azərbaycandan daimi yaşamaq üçün başqa ölkəyə Rusiya Federasiyasına köçmüş, onların daimi yaşayış yeri olmuş və hal-hazırda da Rusiya Federasiyası vətəndaşları olmaqla Moskva şəhərində yaşayırlar. Məhkəmə araşdırması zamanı da iddiaçılar tərəfindən mirasın qəbulu faktı öz təsdiqini tapmadı. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmiş və məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, X9 ölümündən sonra ondan miras qalmış əmlakın qəbul edilməsi ilə bağlı xüsusatları da tam araşdırmamışdır. Belə ki, ilkin olaraq mirasa daxil olan əmlaklar müəyyən edildikdən sonra həmin mirası qəbul etmək səlahiyyəti olan şəxslərin dairəsi müəyyən edilməlidir. Mülki işdə X9 ölümündən sonra ondan miras qalmış əmlakı birinci növbədə kimlərin qəbul etmək səlahiyyəti olması, onlardan hansıların mirası qəbul edib etməməsi ətraflı araşdırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, X8 miras qalmış əmlakın dairəsi ilə yanaşı, onu faktiki qəbul edənlərin dairəsinin müəyyən edilməsi üçün də ətraflı araşdırma aparılmalı və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bu barədə müəyyən etdiyi hüquqi mövqe nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 08 sentyabr 2020-ci il tarixli qərarının göstərişləri əsasında müvafiq sorğular edilməklə və məhkəmə iclasında aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, X28 tərəfindən 03.04.1995-ci il tarixdə İddiaçı1 adına qoyulmuş həmin vəsiyyətnamənin 05.04.2021-ci ilədək dəyişdirilməməsi və ya ləğv edilməsi barədə arxivə heç bir məlumat daxil olmaması müəyyən edilmişdir. “Notariat haqqında” Azərbaycan Respublikası qanununun 59-cu maddəsinə və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 92-99 və 102-ci maddələrinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtını şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağrılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağrılmaq üçün əsasların olmasını təsdiq edən sənədlərin təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Eyni zamanda qanunla müəyyənləşdirilmiş müddətdə mirası qəbul etməyən vərəsələr mirası qəbul etmiş vərəsələrin hamısının razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə yazıla bilərlər. Razılıq vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək yazılı sürətdə ifadə edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinin tələblərinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinin tələblərinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.3-cü maddəsinin tələblərinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinin tələblərinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqları (miras aktivi) və vəzifələri (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbəli vərəsələr-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlərdir) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1247-ci maddəsinə əsasən əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, iddiaçılar doğma bacılardır. X5, anaları X19muşdur. İddiaçıların valideyinləri 1980-81-ci illərdə boşandığından hər ikisi anaları ilə birgə Rusiya Federasiyasına köçmüşlər. X40 08 mart 1991-ci ildə Cavabdeh2 ilə rəsmi nikaha girmişdir. Onların X40 03 aprel 1995-ci il tarixli vəsiyyətnamə ilə ünvan 1-da yerləşən 3 otaqlı yaşayış evinin 2 otağını və digər əmlaklarını İddiaçı1, 1 otağı isə eyni tarixli digər vəsiyyətnamə ilə arvadı Cavabdeh2 vəsiyyət etmişdir. Hal-hazırda həmin vəsiyyətnamələr qüvvədədir. İddiaçıların X40 15 dekabr 2018-ci ildə vəfat etmişdir. Cavabdeh2 ünvan 2 İcra nümayəndəliyinin 28 may 2019-cu il tarixli, 202 nömrəli vərəsəliyə dair arayışını notariat orqanına təqdim etmişdir. Həmin arayışda mərhum Şamil Məhərrəmovun yeganə vərəsəsi Cavabdeh2 olduğu göstərilmişdir. Odur ki, onun adına mərhum X42 rayonu Cəyirli kəndindəki 44,10 kv metr sahəsi olan yaşayış evinə dair vərəsəlik şəhadətnaməsi verilmilşdir. İddiaçılara X40un vəfat etməsi 31 mart 2019-cu il tarixdə məlum olmuşdur. Bu fakt iddiaçının nümayəndəsi Ruhiyyə Kərimli və yaxın qohumu Arif Qurbanovun izahatı ilə təsdiq edilir. O, Moskva şəhərində yaşadığı üçün imkanı olmadığıdan mirasnı acıldıqı ünvana gələ bilməmişdir. Ona görə də İddiaçı1 02 aprel 2019-cu il tarixdə yaxın qohumu X26 Moskva şəhərindən etibarnamə göndərərək nümayəndəsinin vasitəsilə mirasın qəbul edilməsi ilə bağlı səlahiyyətlərini ona vermişdir. İddiaçı1 etibarnamə üzrə nümayəndəsi X34 mirasın qəbulu ilə bağlı Azərbaycan Respublikasının ƏN-nin Dövlət notariat orqanına müraciət etmiş və həmin orqan 21 may 2019-cu il tarixli 05/01-A-53/13 nömrəli qoşma məktubu ilə mərhum Şamil Məhərrəmovun 03 aprel 1995-ci il tarixli vəsiyyətnaməsi ona verilmişdir. (səhifə 19) O, daha sonra mirasın qəbulu üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Mingəçevir Regional “Asan Xidmət” mərkəzinədəki notariat ofisinə müraciət etmişdir. Notariat orqanı 16 iyul 2019-cu il tarixli məktubu ilə nümayəndə Arif Qurbanova mirasın qəbul edilməsini mümkün saymamaışdır. Göründüyü kimi iddiaçı mülki qanunvericiliyin müəyyən etdiyi maddasi ilə mirası nümayəndəsi vasitəsilə notariat qaydada qəbul edilməsi ilə bağlı hərəkətlər həyata kecirmiş, lakin vərəsəlik şəhadətnaməsini iradasindən aslı olmayaraq buna nail ola bilməmişdir. Odur ki, məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsində izahatları alınan cavabdeh və şahidlər İddiaçı1 onun atası Şamil Məhərrəmovun 15 dekabr 2018-ci ildə ölməsi barədə səhəri günü telefon vasitəsilə xəbər verilməsi fikiri ilə əlaqədər qeyd edir ki, cavabdeh bu barədə hər hansı telefon zənginin olduğunu təsdiq edən sübut təqdim etməmişdir. Ona görə də məhkəmə kollegiyası həmin izahatları mötəbər sübut hesab etmir. Habelə məhkəmə kollegiyası İddiaçı1 yaxın qohumu Arif Qurbanova 02 aprel 2019cu ildə etibarnamə verməsi məntiqi baxımından sübut edir ki, İddiaçı1 atasının ölümündən həqiqətən də 31 mart 2019-cu ildə xəbər tutmuşdur. Məhkəmə kollegiyası iddiaçıların Cavabdeh2 ləyaqətsiz vərəsə hesab edilməsi tələbi ilə bağlı qeyd edir ki, onun X53 öldükdən sonra onun yeganə varisi olması barədə Cəyirli kənd İcra nümayəndəliyinin arayışını notariat orqanına təqdim edərək mərhumun Cəyirli kəndindəki evinə dair vərəsəlik şəhadətnaməsini almış və nəticədə həmin evə dair mülkiyyət hüququ qeydə alınaraq ona Çıxarış verilmişdir. Halbu ki, Mingəçevir şəhər qeydiyyat şöbəsinin 09 avqust 2019-cu il tarixli 05/76/882/12 saylı arayışından görünür ki, Cavabdeh2 başqa onun İddiaçı1 və İddiaçı2 mərhum X40un vərəsələri olmuşdur. Göründüyü kimi Cavabdeh2 adına vərəsəlik şəhadətnaməsinin ona verilməsi üçün miras payının son iradəsinin həyata keçirilməsinə qarşı heç bir qərəzli hərəkət etməmiş, notariat orqanı yalnız icra nümayəndəliyi tərəfindən verilmiş arayışa istinad edərək onu mərhum Şamil Məhərrəmovun yeganə vərəsəsi hesab edərək ona vərəsəlik şəhadətnaməsi vermişdir. Ona görə də məhkəmə kollegiysı hesab edir ki, iddiaçıların Cavabdeh2 ləyaqətsiz vərəsə edilməsi barədə iddia tələbi əsassızdır. Məhkəmə kollegiyasının məhkəmə iclasında yuxarıda göstərilən işin faktiki hallarına əsasən hesab edir ki, iddiaçı mirası həm vəsiyyətnamə, həm də notariat orqanına müraciət etməklə qəbul etmişdir. Ona görədə Cavabdeh2 verilmiş vərəsəlik şəhadətnaməsi etibarsız hesab edilməli və onun adına verilmilş Çıxarış ləğv edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıların mərhum ataları X22 şəhəri V.Hüseynov küçəsi ev 10/96, mənzil 10-da yerləşən 3 otaqlı yaşayış evinin 2 otağını və digər bütün əmlakını İddiaçı1, digər 1 otağı isə Cavabdeh2 vəsiyyət etmişdir ki, cavabdehin məcbur pay almaq hüququn nəzərə alsaq ona görə İddiaçı1 2 otaqın ¾, 1 otaqın isə ¼ hissəsində miras payı vardır. Həmin evin mülkiyyət hüququnun qeydiyyata alınmasına dair Çıxarışa əsasən torpaq sahəsinin ½ hissəsi mərhum Şamil Məhərrəmovun mülkiyyətindədir. Ona görə də evin yerləşdiyi torpaq sahəsinin ½ hissəsinin ¾ hissəsində miras pay vardır. Məhkəmə kollegiyası ünvan 2ində mərhum Şamil Məhərrəmovdan miras qalmış yaşayış evi ilə bağlı qeyd edir ki, həmin ev və altındakı torpaq sahəsi də vəsiyyətnamə üzrə mirasa daxildir. Həmin evin mülkiyyət hüququnun qeydiyyata alınmasına dair Çıxarışa əsasən evin yerləşdiyi torpaq sahəsini ½ hissəsi mərhum Şamil Məhərrəmovun mülkiyyətindədir. Ona görə də İddiaçı1 həmin evin ¾ hissəsi, torpaq sahəsinin isə ½ hissəsinin ¾ hissəsində miras payı vardır. Məhkəmə araşdırması zamanı müəyyən edilən işin faktiki halları ilə məlum olunur ki, digər İddiaçı2 nə vəsiyyətnamə üzrə nə də qanun üzrə atasından qalmış miras əmlakı qəbul etməmişdir. Odur ki, iddia tələbi İddiaçı2 münasibətdə və qalan hissədə təmin edilə bilməz. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla apellyasiya şikayətinin təmin edilməsinə və qətnamənin ləğv olunmasına əsas ola biləcək yuxarıda göstərilən hallar müəyyən edilmişdir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən ümumilikdə düzgün nəticəyə gəlmədiyindən, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilmədiyindən, qətnamə qəbul edərkən qətnamənin ləğv edilməsinə əsas ola biləcək maddi və prosessual hüquq normalarının pozulmasına yol verdiyindən iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili X23 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Şəki Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli, 2(075)- 103/2019 nömrəli nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, İddiaçı1 mərhum atası X11 miras qalmış əmlaka vərəsəlik hüququ tanınmalı, mirası qəbul etmiş sayılmalı, X11 miras qalmış ünvan 2ində yerləşən 0.25 ha ümumi birgə torpaq sahəsi və onun üzərində tikilmiş olan 44.10 kv. metr olan daşınmaz əmlaka dair Cavabdeh2 adına verilmiş 2V-988 reyestr nömrəli 06 avqust 2019-cu il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsi etibarsız sayılmalı, vərəsəlik şəhadətnaməsi əsasında Cavabdeh2 adına verilmiş çıxarış ləğv edilməli, Mingəçevir şəhəri V.Hüseynov küçəsi 10/96 saylı evin 10 saylı mənzilin 2 otağın ¾ hissəsinə, digər 1 otağın ¼ hissəsinə və ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin ½ hissəsinin ¾ hissəsinə, o cümlədən ünvan 2ində yerləşən torpağın ½ hissəsinin ¾ hissəsi və orada inşa edilmiş 44.10 kv.metr yaşayış evinin ¾ hissəsinə İddiaçı1 miras payı müəyyən edilməli, iddia tələbi İddiaçı2 münasibətdə və qalan hissədə təmin edilməməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 389-ci maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-ci maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393 və 402-405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili X23 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli, 2(075)-103/2019 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı1 mərhum atası X11 miras qalmış əmlaka vərəsəlik hüququ tanınsın, mirası qəbul etmiş sayılsın. X11 miras qalmış ünvan 2ində yerləşən 0.25 ha ümumi birgə torpaq sahəsi və onun üzərində tikilmiş olan 44.10 kv. metr olan daşınmaz əmlaka dair Cavabdeh2 adına verilmiş 2V-988 reyestr nömrəli 06 avqust 2019-cu il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsi etibarsız sayılsın, vərəsəlik şəhadətnaməsi əsasında Cavabdeh2 adına verilmiş çıxarış ləğv edilsin, Mingəçevir şəhəri V.Hüseynov küçəsi 10/96 saylı evin 10 saylı mənzilin 2 otağının ¾ hissəsinə, digər 1 otağın ¼ hissəsinə və ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin ½ hissəsinin ¾ hissəsinə, o cümlədən ünvan 2ində yerləşən torpağın ½ hissəsinin ¾ hissəsi və orada inşa edilmiş 44.10 kv.metr yaşayış evinin ¾ hissəsinə İddiaçı1 miras payı müəyyən edilsin. İddia tələbi İddiaçı2 münasibətdə və qalan hissədə təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar