Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-222/2022 19.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı1 və İddiaçı2 nümayəndəsi X12 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Şəki Regional Cavabdeh1tariat Ofisinə və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilmiş hesab edilməsi, notariat kontorundan verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız sayılması, mülkiyyətdən çıxarışın ləğv edilməsi, cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi, 1-ci növbə vərəsələrin mülkiyyət payının müəyyən olunması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli, 2(075)-103/2019 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili X19 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim Cahid İmanov) 24 yanvar 2020-ci il tаrixli 2(075)- 103/2020 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Şəki Regional Cavabdeh1tariat Ofisi və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 12 saylı Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilmiş hesab edilməsi, notariat kontorundan verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız sayılması, mülkiyyətdən çıxarışın ləğv edilməsi, cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi, 1-ci növbə vərəsələrin mülkiyyət payının müəyyən olunması” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir.. İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə cavabdehlər Cavabdeh2, Şəki Regional Cavabdeh1tariat Ofisi və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı məhkəməyə müraciət edərək, onların vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilmiş hesab edilməsi, X3ndan miras qalmış Şəki şəhəri Cəyirli kəndində yerləşən 0.25 ha ümumi birgə torpaq sahəsi və onun üzərində tikilmiş olan 44.10 kv. metr olan daşınmaz əmlaka Cavabdeh2 adına verilmiş 2V-988 reyestr nömrəli 06 avqust 2019-cu il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız sayılması, vərəsəlik şəhadətnaməsi əsasında Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi, Cavabdeh2 ləyaqətsiz vərəsə hesab edilməsi və Mingəçevir şəhəri V.Hüseynov küçəsi 10/96 saylı evin 10 saylı mənzilinə və Şəki rayonu Cəyirli kəndində yerləşən 0.25 ha ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi və orada inşa edilmiş 44.10 kv. metr yaşayış evinə yalnız onların miras payılarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat verən iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndələri (vəkili) Nümayəndə iddianı müdafiə edərək göstərmişdir ki, iddiaçılar doğma bacıdırlar. X3, anaları X20muşdur. İddiaçıların valideynləri təxminən 1980-81-ci illərdə boşandığından onların hər ikisi anaları ilə Rusiya Federasiyasına köçmüşlər. X43 08 mart 1991-ci ildə Cavabdeh2 ilə rəsmi nikaha girmişdir. Şamil Məhərrəmov ölənə qədər ünvan 1-da qeydiyyatda olmaqla yaşamış və ölüm akt qeydi 19 dekabr 2018-ci ildə Mingəçevir «Asan xidmət» Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmişdir. ünvan 1 ünvanda yerləşən mənzil 20 mart 1992-ci ildə iddiaçıların atalarının adına özəlləşdirilərək mülkiyyət hüququ onun adına qeydə alınmışdır. Şamil Məhərrəmov 03 aprel 1995-ci ildə bütün əmlakını, o cümlədən Mingəçevir şəhəri A.Koşevoy küçəsi ev 10/96, mənzil 10-da yerləşən şəxsi 3 otaqlı yaşayış evinin 2 otağını və əmlakını İddiaçı1 vəsiyyət etmişdir. Ayağının biri kəsilmiş yataq xəstəsi olan anasına iddiaçılar baxdıqlarından tez-tez Mingəçevir şəhərinə gələ bilməmişlər. Buna görə də ataları ilə tez-tez görüşə bilməmişlər. Lakin iddiaçılar ataları ilə daima telefon əlaqəsi saxlamışlar. 01 aprel 2019-cu il tarixdə iddiaçılara məlum olmuşdur ki, X34 vəfat etmişdir. Həmin vaxta qədər iddiaçılar Cavabdeh2 ilə bir neçə dəfə telefon əlaqəsi saxlamış və həmin vaxt Elmira Yelenaya bildirimişdir ki, atası ağır xəstədir və danışa bilimir. 01 aprel 2019-cu il tarixdə iddiaçı Yelenanın bibisinin əri Arif Qurbanov onlarla telefon əlaqəsi saxlayaraq atalarının ölümündən xəbərdar etmişdir. 02 aprel 2019-cu ildə İddiaçı1 bibisinin əri Arif Qurbanovun adına etibarnamə vermişdir ki, vərəsəlik işlərini həll etsin. Arif Qurbanov etibarnaməni aldığı gün Mingəçevir şəhər Notariat Kontoruna müraciət etmiş, oradan isə vərəsəliyin açılması ilə bağlı sənədlərin siyahısı ona təqdim edilmişdir. Atasının İddiaçı1 qoyduğu vəsiyyətnamənin etibarlığını müəyyən etmək üçün Notariat Arxivinə onun adından müraciət olunmuş və 21 may 2019-cu il tarixdə müvafiq qeyd aprarılmışdır. Ancaq İddiaçı1 Arif Qurbanova verdiyi etibarnamə ilə hüquqi hərəkətlər aparmaq mümkün olmadığından yenidən vəkilinin adına etibarnamə göndərmək məcburiyyətində qalmışdır. 09 avqust 2019-cu il tarixdə Mingəçevir şəhər Qeydiyyat şöbəsindən ölüm yeri və vərəsələr dairəsi barədə arayışları əldə edib Mingəçevir Cavabdeh1tariat Ofisinə müraciət etdikdə iddiaçıya məlum olmuşdur ki, 06 avqust 2019-cu il tarixdə Cavabdeh2 adına Şəki Regional «Asan Xidmət» Mərkəzinin Notariat Ofisi tərəfindən qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmiş və miras qoyulan əmlak Şəki rayonu Cəyirli kəndində yerləşən fərdi yaşayış evi və ümumibirgə mülkiyyətdə olan 0.25 ha torpaq sahəsindən ibarətdir. Sorğularına 03 sentyabr 2019-cu il tarixdə verilmiş 26 avqust 2019-cu il tarixli məktubdan məlum olmuşdur ki, Cavabdeh2 iddiaçıların vərəsə olmalarını gizlətmiş, cavabdeh notariat ofisi qanunla müəyyən edilmiş qaydada əldə etməli olduğu sənədləri aidiyyatı olmayan orqanlardan əldə etməklə yalan məlumatlar əsasında cavabdehin adına vərəsəlik şəhadətnaməsi vermişdir. Həmin şəhadətnamə əsasında Cavabdeh2 14 avqust 2019-cu il tarixdə adına çıxarış almışdır. Notariat ofisinin təqdim etdiyi arayışlardan görünür ki, Cavabdeh2 Şamil Məhərrəmovun ondan başqa varisi olmamasına dair ərizə ilə müraciət edərək arayış almış, Şəki şəhər İHB-nin Cəyirli kənd İƏD-nin nümayəndəsi də onun ərazisində yaşayış yeri üzrə qeydiyyatı olmayan X10 varisləri barədə saxta arayış tərtib etmişdir. İddiaçıların atalarından qalan Mingəçevir şəhəri V.Hüseynov küçəsi 10/96 saylı evin 10 saylı mənzildə isə heç kəs qeydiyyatda yoxdur. Mənzilin xidmət haqqını İddiaçı1 nümayəndəsi Arif Qurbanov vasitəsilə ödəmişdir. Məhkəməyə təqdim edilən sənədlər zaman tələb etdiyindən iddianı hazırda qaldırmışlar. İddiaçılar atalarının vəfatından 31 mart 2019-cu ildə xəbərdar olduqdan sonra dərhal etibarnamə göndərmişlər, 21 may 2019-cu il tarixdəvəsiyyətnamənin qüvvədə olması barədə iddiaçılara rəsmi cavab verilmişdir. Bundan sonra İddiaçı2 Mingəçevir Cavabdeh1tariat Ofisinə mirasın qəbulu ilə bağlı 11 iyul 2019-cu il tarixdə nümayəndəsi vasitəsilə müraciət etmişdir. Əlavə olaraq bildirdi ki, iddiaçılar Moskvada xəstə olan analarına baxmağa məcbur olduqlarından atalarının yas mərasimlərinə gələ bilməmişlər, həmçinin bu günə qədər də gələrək atalarının qəbrini ziyarət etməmişlər. Hesab edir ki, iddia əsaslıdır və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh2 izahat verərək göstərdi ki, o, 1984-cü ildə Şamil Məhərrəmovla qeyri-rəsmi ailə qurmuş və həmin vaxtdan Şəki rayonunun, Cəyirli kəndində yerləşən hazırda mübahisələndirilən evə gəlin köçərək yaşamağa başlamışlar. Lakin Şamillə aralarında olan nikahlarını 1991-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahdan uşaqları olmamışdır. O, Şamil Məhərrəmov ilə ailə qurarkən Şamil ona bundan əvvəl də ailəsinin olduğunu, lakin birinci arvadından böşandığını, birinci evliliyindən 1957-ci il təvəllüdlü Elmira və 1962-ci il təvəllüdlü Yelena adlı 2 övladlarının olduğunu və həmin uşaqların təxminən 1980-ci ildən etibarən anaları ilə birlikdə Moskva şəhərində yaşadığını bildirmişdir. Çəyirli kəndində olan ev Şamilə anası tərəfindən vəsiyyət edilmişdir. Şamilin Mingəçevir şəhərində də 3 otaqlı evi olmuş, əvvəlki ailəsi və uşaqları ilə 80-ci illərədək orada yaşamışdır. Lakin Şamil 1984-cü ildə onunla evlənəndən sonra daimi olaraq Çəyirli kəndindəki evlərində yaşamış, Mingəçevirdə olan evdə yaşamamış, lakin arada-bir ora baş çəkmək üçün gedib-gəlmişdir. Həmin evin bütün kommunal xərcləri Şamil vəfat edənədək onun tərəfindən ödənilmiş, hal-hazırda isə həmin xərclər özü tərəfindən ödənilir. Hazırda qeyd edilən evdə vaxtilə Şamilin təmannasız yerləşdirdiyi əlil və ailəsi yaşayır.Bildirdi ki, X48 03 aprel 1995-ci il tarixdə Mingəçevir şəhərində yerləşən 3 otaqlı evinin 2 otağını qızlarından biri olan İddiaçı1 vəsiyyət etmişdir. Şamilin qızlarını öz övladı hesab etmişdir. Şamilin qızları lap əvvəllər bir neçə dəfə gələrək atalarına baş çəkmişlər. Lakin sonralar yalnız telefonla əlaqə saxlamışlar. Təxminən 2012-ci idə Elmira atasını yoxlamaq üçün öz qızı ilə birlikdə Çəyirli kəndinə gəlmişdir. Həmin vaxt Elmiranın qızına qızıl sep hədiyyə etmişdir. Bundan başqa 03 aprel 1995-ci il tarixli vəsiyyətnamə həmişə onda olmuş və həmin vəsiyyətnaməni də 2012-ci ildə Elmiranın özünə vermişdir. Həmin ziyarət övladlarının axırıncı gəlişi olmuşdur. Bildirdi ki, Şamil 15.12.2018-ci il tarixdə vəfat etmiş, 06 avqust 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alaraq ünvan 2i ünvanında yerləşən 0.25 ha ümumi birgə torpaq sahəsi və onun üzərində tikilmiş olan ümumi sahəsi 44.10 kv/m olan daşınmaz əmlak olan evi öz adına rəsmiləşdirmişdir. Əlavə olaraq bildirdi ki, Şamilə həmişə qayğı ilə yanaşmış, uşaqları olmasa da mehriban yaşamışlar. Hətta Şamilin anası olan qaynanasına da qayğı ilə yanaşmışdır. X48 2018-ci ilin sonlarına doğru xəstələnmiş və 15 dekabr 2018-ci il tarixdə axşam 10:00 radələrində 86 yaşında vəfat etmişdir. Səhərisi günü bu barədə telefon vasitəsilə Elmiraya xəbər vermiş, Elmira isə telefonda sadəcə “Allah rəhmət etsin” demişdir. Bildirdi ki, Yelena azərbaycan dilini bilmir, Elmira isə az da olsa bildiyindən telefonda onunla danışmışdır. O, ərinin qızlarının varis olduqlarını heç kimdən gizlətməmişdir. Hətta gizlətmiş olsa belə iddiaçının bildirməsinə görə 01 aprel 2019-cu il tarixdə iddiaçılara atalarının vəfat etməsi məlum olmasına baxmayaraq onlar bu günə qədər atalarının yasına gəlməmişlər. X40 bütün yas mərasimini və dəfn xərclərini özü çəkmiş, həmçinin qəbir və baş daşı ilə bağlı xərclər də onun tərəfindən qarşılanmışdır. Həmçinin göstərdi ki, Şamil Mingəçevirdəki evin 2 otağını Elmiraya vəsiyyət etsə də qızlarının atalarından qalan miras əmlakla bağlı hər hansı tələbləri yoxdur. Bütün bu iddiaların arxasında Şamilin bacısının əri Arif Qurbanov durur. Qızlaronun xətrini çox istəyir, əgər onlar dəqiqliklə bilsələr ki, Arif həmin evə özü yiyələnmək istəyir onlar bu barədə iddia qaldırmazdılar. Bildirdi ki, əgər Elmira gəlib ondan Mingəçevirdəki evi tələb etsə notariusa gedərək evi bütövlükdə onun adına keçirilməsinə razılıq verər. Lakin halhazırkı işlərin arxasında duran Arif Qurbanova evin verilməsinə razı olmayacaqdır. O, artıq uzun illərdir ki, Cəyirlidəki həmin evdə yaşayır və gedəcək başaqa bir evi yoxdur. Hesab edir ki, iddia əsassızdır və iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin və Şəki Regional “Asan xidmət” Mərkəzintə Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılamsını mümkün hesab etmişdir. İddia tərəfinin vəsatəti ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X29 ifadəsində göstərmişdir ki, iddiaçılar onun qaynı Şamilin qızlarıdır. Yəni Şamilin bacısı onun həyat yoldaşıdır. Bildirdi ki, Şamil iki dəfə ailəli olmuşdur. Birinci arvadı rus olmuş və həmin nikahdan iki övladı olmuşdur. Şamil birinci arvadından təxminən 1980- ci illərdə boşanmış, qızları anaları ilə birlikdə yaşamaq üçün Rusiya Federasiyasına getmiş və bu günə qədər də orada yaşayırlar. Lakin qızları arada-bir Şəkiyə gələrək atalarını yoxlamışlar. Şamil 2018-ci ilin dekab ayında vəfat etmişdir. Qızları atalarının vəfatından təxminən 4 ay sonra, 2019-cu ilin aprel ayının əvvəllərində xəbər tutmuşlar. Bundan sonra Elmira ona etibarnamə yollayaraq atasından qalan vərəsəlik işlərinin həll edilməsini xahiş etmişdir. Qızları atalarının vəfatını bilsələr də onun dəfnində və yas mərasimlərində iştirak etməmişlər. Həmçinin bu günə qədər gəlib atalarının qəbrini ziyarət etməmişlər. Məhkəmə iclası zamanı cavabdehin vəsatəti ilə şahid qismində dindirilmiş X35 ifadəsində göstərdi ki, 36 ildir ki Güllü və mərhum Şamil ilə qonşudur, onların ailəsini yaxşı tanıyır. Bildirdi ki, Şamilin Güllüdən əvvəl də arvadı olmuş ondan da 2 qızı olmuşdur. Lakin Şamilin qızlarını lap çoxdandan görmüşdür. Şamilin qızlarını Çəyirli kəndində heç vaxt görməmişdir.Şamil 1980-ci illərdən demək olar ki, Çəyirli kəndində yaşamışdır. Şamillə Güllü 1984-cü ildən ər-arvad kimi yaşamağa başlamışlar. Lakin yaxınlarda öyrənmişdir ki, onlar aralarındakı nikahlarını 1991-ci ildə rəsmləşdirmişlər. Onların birgə nikahlarından uşaqları olmamışdır. Şamil ölümündən qabaq xəstə olmuş, həmçinin ölümünə 20 gün qalmış yıxıldığından ağrılardan əziyyət çəkmişdir. Bir qonşü kimi demək olar ki, hər axşam onu yoxlamağa getmişdir. O, Şamilə ölməmişdən qabaq qızlarına zəng vurmasını demiş, lakin lazım deyil “onlar gəlməz” demişdir. Həyat yoldaşı Güllü Şamilə həm əvvəllər, həm də xəstə olanda xüsusi qayğı ilə baxmışdır. Həmçinin Şamilin anası da qocalıb ölənə qədər ona Güllü baxmışdır. Şamilin qardaş-bacısı olmuş, lakin onlar Şamildən əvvəl vəfat etmişlər. Şamil öldüyü günün səhəri X16 zəng vuraraq atasının öldüyünü deməsinin şahidi olmuşdur. Ancaq Şamil öldükdən sonra qızları onun yasına gəlməmişlər, bütün yas mərasimlərini Güllü keçirmişdir. Həmçinin Şamilin qəbirüstü abidəsi də Güllü tərəfindən qoyulmuşdur. Hələ bu günədək Şamilin qızları atasının qəbrini ziyarət etmək üçün belə kəndə gəlməmişlər. Məhkəmə iclası zamanı cavabdehin vəsatəti ilə şahid qismində dindirilmiş X4 ifadəsində digər şahid X35 eyni ifadə vermişdir. Həmçinin ifadəsində göstərmişdir, o, 1974-cü ildən Cəyirli kəndində yaşayır. Güllünü isə 1984-cü ildən tanıyır. X44 əri olmuşdur. Şamilin Güllüdən əvvəl də ailəsi və 2 qızı olmuşdur. Şamilin qızlarından yalnız Elmiranı çox illərqabağa kəndə gəldiyini görmüşdür. Həmin vaxt Elmira kəndə öz qızı ilə gəlmişdir. Həmin vaxt Güllü Elmiranın qızına qızıl sep hədiyyə etmişdir. Şamil qoca olduğundan son vaxtlar ağır xəstə olmuş, Güllü ona qulluq göstərmişdir. Şamilin anasına da Güllü baxmışdır. Şamil öldüyü günün səhəri Güllü Şamilin qızına zəng vuraraq atasının öldüyünü demişdir. Ancaq qızları atalarının yas mərasiminə gəlməmişlər. Yas mərasimlərini qonşuların da dəstəyi ilə Güllü keçirmişdir. Məhkəmə iclası zamanı cavabdehin vəsatəti ilə şahid qismində dindirilmiş X21 ifadəsində göstərdi ki, o, 10-15 yaşından mərhum Şamili tanımışdır. Güllü 1984-cü ildən Şamillə ər-arvad kimi yaşamağa başlamışlar. Şamilin Güllüdən əvvəl də ailəsi və 2 qızı olmuşdur. O, Şamilin qızlarını görməmişdir. Ancaq Şamil ölənə qədər qızlarına Kiçik- Dəhnə və ya Zaqatala-Moskva avtobusu ilə Moskvaya qozfındıq ləpəsi, halvadan ibarət sovqat (posılka) göndərmişdir. Şamil öldüyü günün səhəri Güllü Şamilin qızına zəng vuraraq atasının öldüyünü demişdir. Ancaq qızları atalarının yas mərasiminə gəlməmişlər. Yas mərasimlərini qonşuların da dəstəyi ilə Güllü keçirmişdir. Güllü Şamilə və Şamilin vəfat etmiş anasına böyük diqqət və qayğı ilə baxmışdır.Şamilin qəbirüstü abidəsi Güllü tərəfindən qoyulmuşdur. Hələ bu günədək Şamilin qızları atasının qəbrini ziyarət etmək üçün kəndə gəldiyini görməmişlər. Məhkəmə iclası zamanı cavabdehin vəsatəti ilə şahid qismində dindirilmiş X38 ifadəsində göstərdi ki, Şamil atasının dayısı oğludur. Bildirdi ki, Şamilin əvvəlki ailəsindən 2 qızı olmuşdur. Qızları atalarına baxmamışlar, yanına gəlibgetməmişlər. Şamilin yanında həmişə arvadı Güllü olmuşdur.Ancaq Şamil ölənə qədər qızlarına Kiçik-Dəhnə-Moskva avtobusu ilə Moskvaya qoz-fındıq ləpəsi, halvadan ibarət sovqat (posılka) göndərmişdir. Şamil harasa gedəndə onu öz avtomobili ilə aparmışdır. Hətta Şamil 1995-ci ildə Elmiraya vəsiyyətnamə verəndə onu Mingəçevirə avtomobili ilə aparmışdır. Ancaq qızları atalarının yas mərasiminə gəlməmişlər. Şamil öldüyü günün səhəri X16 zəng vuraraq atasının öldüyünü demişdir. Ancaq qızları atalarının yas mərasiminə gəlməmişlər. Yas mərasimlərini Güllü keçirmişdir. Güllü Şamilə və Şamilin vəfat etmiş anasına böyük diqqət və qayğı ilə baxmışdır. Şamilin qəbirüstü abidəsi Güllü tərəfindən qoyulmuşdur. Hələ bu günədək Şamilin qızları atasının qəbrini ziyarət etmək üçün kəndə gəldiyini görməmişlər. Qızları atalarının yas mərasimlərində iştirak etmədikləri kimi, onun yas və dəfni üçün hər hansı vəsait göndərməmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili X19 аpellyаsiyа şikаyəti vermişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1028/2020 nömrəli, 07 may 2020-ci il tarixli (hakim Gündüz Abbasov (sədrlik edən və məruzəçi)) qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tаrixli 2(075)-103/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-4719/2020 nömrəli, 08 sentyabr 2020-ci il tarixli qərarı ilə iddiaçıların kassasiya şikayəti qismən təmin olunmuş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.05.2020-ci il tarixli, 2(107)- 1028/2020 nömrəli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-195/2021 nömrəli, 06 may 2021-ci il tarixli (hakimlər Vəzirxan Məlikov (sədrlik edən və məruzəçi)) qətnaməsi ilə аpellyаsiyа şikаyəti təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli, 2(075)-103/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin edilmiş, İddiaçı1 mərhum atası X8 miras qalmış əmlaka vərəsəlik hüququnun tanınması, mirası qəbul etmiş sayılması, X8 miras qalmış ünvan 2ində yerləşən 0.25 ha ümumi birgə torpaq sahəsi və onun üzərində tikilmiş olan 44.10 kv. metr olan daşınmaz əmlaka dair Cavabdeh2 adına verilmiş 2V-988 reyestr nömrəli 06 avqust 2019-cu il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız sayılması, vərəsəlik şəhadətnaməsi əsasında Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi, Mingəçevir şəhəri V.Hüseynov küçəsi 10/96 saylı evin 10 saylı mənzilin 2 otağının ¾ hissəsinə, digər 1 otağın ¼ hissəsinə və ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin ½ hissəsinin ¾ hissəsinə, o cümlədən ünvan 2ində yerləşən torpağın ½ hissəsinin ¾ hissəsi və orada inşa edilmiş 44.10 kv.metr yaşayış evinin ¾ hissəsinə İddiaçı1 miras payının müəyyən edilməsi, iddia tələbinin İddiaçı2 münasibətdə və qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 15 noyabr 2021-ci il tarixli 2(102)-5329/2021 nömrəli qərarı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-195/2021 nömrəli, 06 may 2021-ci il tarixli qətnaməsi İddiaçı2 iddia tələbinin təmin edilməyən və İddiaçı1 ilə Cavabdeh2 miras əmlakdakı paylarının həcminin müəyyən edilən hissələrində ləğv edilmiş, iş həmin hissələrdə yeni apellyasiya baxışına qaytarılmış, qətnamə Cavabdeh2 ləyaqətsiz vərəsə hesab edilməsi barədə iddianın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya şikayətinin dəlilləri İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili X19 apellyasiya şikayəti verərək Şəki Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tаrixli 2(075)-103/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti İddiaçı1 və İddiaçı2 iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi X29 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçılar İddiaçı2, İddiaçı1, cavabdehlər Cavabdeh2, Şəki Regional Cavabdeh1tariat Ofisinin nümayəndəsi və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh2 məhkəmə kollegiyasına teleqram göndərərək məhkəmə prosesində iştirak edə bilməyəcəyini, məhkəmənin onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iddiaçıların nümayəndəsinin izahatını dinləyib, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 15 noyabr 2021-ci il tarixli 2(102)-5329/2021 nömrəli qərarındakı göstərişləri icra edib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili X19 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Şəki Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli, 2(075)-103/2019 nömrəli qətnaməsi İddiaçı2 miras əmlakı qəbul etmiş hesab edilməsinin rədd edilməsi hissəsində ləğv edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Şəki Regional Cavabdeh1tariat Ofisinə və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilmiş hesab edilməsi, notariat kontorundan verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız sayılması, mülkiyyətdən çıxarışın ləğv edilməsi, cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi, 1-ci növbə vərəsələrin mülkiyyət payının müəyyən olunması” tələbinə dair iddiası İddiaçı2 miras əmlakı qəbul etmiş hesab edilməsi hissəsində təmin edilməli, İddiaçı2 miras əmlakı qəbul etmiş hesab edilməli, Mingəçevir şəhəri V.Hüseynov küçəsi 10/96 saylı evin 10 saylı mənzilin 2 otağının 4/6 hissəsi İddiaçı1, 1/6 hissəsi İddiaçı2, 1/6 hissəsi Cavabdeh2, həmin mənzilin digər 1 otağının 4/6 hissəsi Cavabdeh2, 1/6 hissəsi İddiaçı1, 1/6 hissəsi İddiaçı2, Şəki rayonu Cəyirli kəndində yerləşən X23 və Cavabdeh2 ümumi birgə mülkiyyətində olan 0.25 ha torpaq sahəsinin 7/12 hissəsi Cavabdeh2, 4/12 hissəsi İddiaçı1, 1/12 hissəsi İddiaçı2, həmin torpağın üzərində inşa edilmiş 44.10 kv.metr yaşayış evinin 4/6 hissəsi İddiaçı1, 1/6 hissəsi İddiaçı2, 1/6 hissəsi Cavabdeh2 miras payı olaraq müəyyən edilməlidir. İşdə olan 04 iyun 1977-ci il tarixli vəsiyyətnamənin təsdiq edilmiş surətindən görünür ki, X24 onun ölüm gününə qalmış əmlakını nə olursa-olsun, və harada olursa-olsun öz doğma oğlu X1 verilməsini vəsiyyət etmişdir. Məhkəmə sorğusu vasitəsi ilə iş materialıla əlavə edilmiş V-ЖГ 461156 seriya nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X23 ilə X13 arasında 08 may 1991-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 12 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada Məhərrəmova soyadı verilmişdir. İşdə olan 03 aprel 1995-ci il tarixli vəsiyyətnamənin təsdiq edilmiş surətindən görünür ki, X23 bütün əmlakını, o cümlədən Mingəçevir şəhəri, A.Koşevoy adına küçə 10/96 mənzil 10-da yerləşən şəxsi 3 otaqlı mənzilini mülkiyyət hüququ üzrə ona məxsus olan yaşayış evinin 2 otağını və əmlakını İddiaçı1 vəsiyyət etmişdir. Məhkəmə sorğusu vasitəsi ilə iş materiallarına əlavə edilmiş AZ-İ 966328 seriya nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 15 dekabr 2018-ci il tarixdə Qocalıq səbəbindən ünvan 2ində ölmüşdür. Məhkəmə sorğusu vasitəsi ilə iş materiallarına əlavə edilmiş Şəki şəhər İHB-nın Cəyirli kənd icra nümayəndəliyi tərəfindən verilmiş 202 nömrəli vərəsəliyə dair arayışdan görünürki, X25 15.12.2018-ci il tarixdə vəfat etmiş və onun Cavabdeh2 varisi vardır. Məhkəmə sorğusu vasitəsi ilə iş materiallarına əlavə edilmiş ƏMDK yanında DƏDRXnin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş **********43-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2ində yerləşən 44.10 kvm. sahədən ibarət fərdi yaşayış evi tam və torpaq sahəsi üzrə X10 və torpaq sahəsi üzrə Cavabdeh2 ümumi birgə mülkiyyətində olmuşdur. Məhkəmə sorğusu vasitəsi ilə iş materiallarına əlavə edilmiş 16 avqust 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Şəki regional Cavabdeh1tariat ofisinin xüsusi notariusu X30 Azərbaycan Respublikası MM-nin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, 15.12.2018-ci il tarixdə ölmüş X10 vərəsəsi Cavabdeh2 miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamədə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən 29/7/2019-cu il tarixdə X14 verilmiş **********43-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestridən çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən 0.25 ha ümumi birgə torpaq sahəsi və onun üzərində tikilmiş olan ümumi sahəsi 44.10 kv/m olan daşınmaz əmlak mərhuma məxsus fərdi yaşayış evindən və torpaq sahəsindən ibarətdir. İşdə olan ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 14.08.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli,**********43-10301 reyestr nömrəli, çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 2ində yerləşən 44.10 kvm. sahədən ibarət fərdi yaşayış evi Cavabdeh2 tam mülkiyyətindədir. İşdə olan İJ 389241 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 atası X23, anası isə X17. İşdə olan AZ 227452 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı2 atası X23, anası isə X17. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 144.1, 144.2, 146.1, 152.1, 337, 1137, 1143.2, 1143.3, 1151, 1159.1, 1243.1, 1243.3, 1246 və 1321-ci maddələrinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Azərbaycan Respublikası Qanununun 8.0.3-cü madəsinə, «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə, “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” 13.06.1979-cu il tarixli qərarına istinad etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 144.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqlənmə ilə təsdiq olunur. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Həmin Məcəllənin 1143.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1143.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusuna daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbəli vərəsələr hesab olunurlar. Həmin Məcəllənin 1243.1-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Azərbaycan Respublikası Qanununun 8.0.3-cü madəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr və mənzil sertifikatları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” 13.06.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, X23 1936-cı il tarixdə anadan olmuş, təxminən 1955-56-cı illərdə X32 ilə ailə qurmuşdur. Onların bu evliliyindən 06 mart 1957-ci ildə Məhərrəmova (Atamova) Elmira Şamil qızı və 12 oktyabr 1962-ci il tarixdə isə İddiaçı2 adlarında uşaqları döğulmuşdur. X23 ilə X32 arasındakı nikah təxminən 80-ci illərdə pozulmuş (iddiaçı tərəflər arasındakı nikaha dair və ya onun pozulmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.) və X32 hər iki uşağı ilə birlikdə daimi yaşamaq üçün RF-na getmişlər. Hal-hazırda Məhərrəmova (Atamova) Elmira Şamil qızı və İddiaçı2 RF-sı vətəndaşı olmaqla Moskva şəhərində yaşayırlar. Boşandıqdan sonra X23 daimi yaşamaq üçün ata yurdu olan Şəki rayonunun Çəyirli kəndinə gəlmiş və1984-cü il tarixdə Cavabdeh2 ilə qeyri-rəsmi ailə qurmuş və həmin kənddəki mübahisələndirilən evdə yaşamağa başlamışlar. Lakin onlar aralarında olan nikahlarını 1991-ci ildə rəsmiləşdirmiş, birgə nikahdan uşaqları olmamışdır. X36 rayonunun Çəyirli kəndində evin yerləşdiyi torpaqda Cavabdeh2 birgə mülkiyyətdə olan olan 44.10 kv/m evi, həmçinin Mingəçevir şəhərində Mingəçevir şəhəri, A.Koşevoy küçəsi 10/96 mənzil 10-da yerləşən 3 otaqlı evi olmuşdur. Şamil 1984-cü ildən sonra daimi olaraq Çəyirli kəndindəki evində yaşamış, Mingəçevirdə olan evdə yaşamamış, lakin arada-bir baş çəkmək üçün həmin mənzilə gedib-gəlmişdir. Həmin evin bütün kommunal xərcləri Şamil vəfat edənədək onun tərəfindən ödənilmişdir. Şamil Məhərrəmov 03 aprel 1995-ci il tarixdə Mingəçevir şəhərində yerləşən 3 otaqlı evinin 2 otağını qızlarından biri olan İddiaçı1 vəsiyyət etmişdir. Şamilin qızları lap əvvəllər bir neçə dəfə gələrək atalarına baş çəksələrdə son dövrlərdə yalnız telefonla əlaqə saxlamışlar. Axırıncı dəfə qızlardan Elmira təxminən 2012-ci ildə atasını yoxlamaq üçün Çəyirli kəndinə gəlmişdir. Şamil Məhərrəmov 15.12.2018-ci il tarixdə vəfat etmişdir. Cavabdeh2 06 avqust 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alaraq ünvan 2i ünvanında yerləşən 0.25 ha ümumi birgə torpaq sahəsi və onun üzərində tikilmiş ümumi sahəsi 44.10 kv/m daşınmaz əmlak olan evi öz adına rəsmiləşdirmişdir. Şamil Məhərrəmov 2018-ci ilin sonlarına doğru xəstələnmiş və 15 dekabr 2018-ci il tarixdə axşam 10:00 radələrində 86 yaşında vəfat etmişdir. Cavabdeh2 səhərisi günü bu barədə telefon vasitəsilə Elmiraya xəbər vermişdir. Cavabdeh2 ərinin qızlarının varis olduqlarını heç kimdən gizlətməmişdir. Şamil Məhərrəmovun bütün yas mərasimini və dəfn xərclərini Güllü özü çəkmiş, həmçinin qəbir və baş daşı ilə bağlı xərclər də onun tərəfindən qarşılanmışdır. İddiaçılar isə bü günədək mirası nə faktiki nə də rəsmi qəbul etməmişlər. İddiaçı iddianı müdafiə edir, Cavabdeh2 isə iddianı qəbul etmir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddiası əsassızdır. miras qoyan şəxs – - X23 2018- ci il tarixdə vəfat etdiyindən vərəsəlik hüquq münasibəti barədə mübahisə həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin (2000-ci il sentyabr redaksiyada) müddəaları əsasında həll olunmalıdır. İddia ərizəsindən göründüyü kimi iddia tələbi aşağıdakı beş hissədən ibarətdir: İddiaçıların vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilmiş hesab edilməsi; X8 miras qalmış Şəki şəhəri Cəyirli kəndində yerləşən 0.25 ha ümumi birgə torpaq sahəsi və onun üzərində tikilmiş olan 44.10 kv. metr olan daşınmaz əmlaka Cavabdeh2 adına verilmiş 2V-988 reyestr nömrəli 06 avqust 2019-cu il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız sayılması; vərəsəlik şəhadətnaməsi əsasında Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi; Cavabdeh2 ləyaqətsiz vərəsə hesab edilməsi; Mingəçevir şəhəri V. Hüseynov küçəsi 10/96 saylı evin 10 saylı mənzilinə və Şəki rayonu Cəyirli kəndində yerləşən 0.25 ha ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi və orada inşa edilmiş 44.10 kv. metr yaşayış evinə yalnız iddiaçıların miras paylarının müəyyən edilməsi; Göründüyü kimi iddiaçıların ilk tələbi miras əmlaklarının qəbul edilməsinin müəyyən edilməsi ilə bağlıdır. Buna görə də hər şeydən əvvəl iddiaçıların atalarından qalma mirasəmlaklarını qəbul edib-etməmələri aydınlaşdırılmalı və buna müvafiq olaraq digər tələblərə də hüquqi qiymət verilməlidir. Göründüyü kimi 14.08.2019-cu il qeydiyyat tarixli, **********43-10301 reyestr nömrəli, ********** nömrəli Cəyirli kəndində yerləşən 44.10 kv/m. sahədən ibarət fərdi yaşayış evi Məhərrəmova Şamil Cuma oğlunun mülkiyyətində olmaqla miras toplusuna aid olmuşdur. Göründüyü kimi iddiaçı Cavabdeh2 miras qoyan X9birinci növbəli vərəsəsi olmuşdur. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, 14.08.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli,**********43-10301 reyestr nömrəli çıxarışa əsasən ünvan 2ində yerləşən 44.10 kvm. sahədən ibarət fərdi yaşayış evi qanun üzrə vərəsəlik şəhadətnaməsi ilə X10 arvadı Cavabdeh2 mülkiyyətinə keçmişdir. X23 15.12.2018-ci il tarixdə vəfat etmişdir. Miras qoyan şəxs X10 ölümündən sonra, yəni miras açıldığı gündən iddiaçılar vərəsə kimi mirası faktiki olaraq qəbul etməmişlər, miras evdə yaşammışlar, miras əmlaka faktiki olaraq yiyələnməmişlər, miras əmlaka sahiblik etməmişlər, miras əmlakı idarə etməmişlər, mirası qəbul etdiyini şəksiz nümayiş etdirməmiş və bununla da mirası qəbul etməmişlər. Belə ki, iddiaçılar ataları mərhum X23 ölənədək Moskva şəhərində yaşamışlar və rəsmi qeydiyyatda olmuşlar. Hətta iddiaçılara 16.12.2018-ci il tarixdə xəbər verilməsinə və ya onların vəkillərinin deməsinə görə 01.04.2019-cu il tarixdə atalarının vəfatından xəbərdar edilmələrinə baxmayaraq onlar yas mərasimlərinə gəlməmiş, həmin yasda iştirak etməmişlərdir. X2 vəfat etməsindən sonra keçən 1 ildən çox olan bu müddət ərzində Şəkiyə gələrək atalarının qəbrini belə ziyarət etməmişlər. Azərbaycan Respublikası MM-nə əsasən qanun mirasın qəbulunun 2 formasını müəyyən etmişdir: 1) vərəsənin notariat orqanına mirası qəbul etmək barədə ərizə verməsi; 2) vərəsənin miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlaması və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi (Mülki Məcəllə, maddə 1243). Müəyyən olunur ki, iddiaçı 1-ci formadan istifadə etməmişdir, yəni vaxtında notariat orqanına ərizə verməmişdir. İddiaçı iddia edir ki, ataları onlara vəsiyyətnamə verdiyindən onların atalarının bütün əmlakları üzərində miras payları vardır. Lakin miras qoyan vəsiyyətnaməni yalnız iddiaçılardan birinə, yəni İddiaçı1 münasibətdə vermişdir. Cavabdeh2 Mingəçevirdəki miras əmlakı deyil, məhz Çəyirli kəndindəki evi miras əmlakı kimi qəbul etməklə qanunvericiliyə uyğun olaraq öz adına rəsmiləşdirmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Çəyirli kəndində olan miras evinin yerləşdiyi torpaq sahəsi Şamil və Güllünün birgə mülkiyyətlərində olmuşdur. Miras qoyanın Mingəçevir şəhərində olan miras əmlakı hal-hazırda da miras qoyanın mülkiyyətində qalır. İddiaçılar Şamil Məhərrəmov vəfat etdikdən sonra onun yas mərasiminə gəlməmiş, yasda iştirak etməmişlər. İddiaçılar Şəki rayonunun Çəyirli kəndində yerləşən miras əmlakında doğulmamış, həmin evdə böyüməmiş, atalarının vəfatından əvvəl və sonra miras evdə yaşamamış, faktiki olaraq miras əmlakı idarə etməmişdir. Belə olan halda iddiaçının mirası 2-ci formadan istifadə etməklə qəbul etdiyi müəyyən olunmur. Bu hal iddiaçının, cavabdehin izahatı ilə təsdiq olunur. İddiaçının miras evdə yaşamadığı təqdirdə miras evə sahiblik etməsi və ya idarə etməsinə yönələn hərəkətlər etməsi müəyyən olunmur. Mülki Məcəllənin 1243.2-ci maddəsində qeyd olunmuşdur ki, “Vərəsə... əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır”. Göründüyü kimi, bu maddədə “şəksiz nümayiş etdirmə” ifadəsindən istifadə olunmuşdur. Bu isə o deməkdir ki, vərəsə əmlakı mülkiyyətinə qəbul etdiyini digər şəxslərə şəksiz nümayiş etdirməlidir. Vərəsə evə sahiblik etməli, evi idarə etməli, evə yiyələnməlidir. İddiaçıların “miras evə sahiblik etmə”, “mirası idarə etmə”, “miras evə yiyələnmə” əlamətləri müəyyən olunmur. İddiaçılar miras qoyanın sağlığında Azərbaycandan daimi yaşamaq üçün başqa ölkəyə Rusiya Federasiyasına köçmüş, onların daimi yaşayış yeri olmuş və hal-hazırda da Rusiya Federasiyası vətəndaşları olmaqla Moskva şəhərində yaşayırlar. Məhkəmə araşdırması zamanı da iddiaçılar tərəfindən mirasın qəbulu faktı öz təsdiqini tapmamışdır. Belə ki, mirasın qəbul edilmə qaydası isə Mülki Məcəllənin 1243.2-ci maddəsində müəyyən olunmuşdur. Bu maddəyə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Göründüyü kimi, qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) üsullarını müəyyən etmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyünü müəyyən etmək olur. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki “ağalıq” edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunun mənasına görə vərəsə tərəfindən mirasın kütləsinə daxil olan əmlaklardan hər hansı birinin qanunla müəyyən olunmuş qaydada qəbul edilməsi mirasın bütünlüklə qəbul edilməsi kimi qiymətləndirilir. Miras əmlakın faktiki idarə olunması dedikdə isə vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımi vəziyyətdə saxlanılması, həmin əmlakın təmir olunması (əgər evdirsə), torpağın becərilməsi, ona qulluq edilməsi, əmlakın saxlanması üçün xərc çəkilməsi, vergi ödənilməsi və s. aiddir. Nəzərə almaq lazımdır ki, həmin hərəkətlər həm vərəsənin özü, həm də onun tapşırığına əsasən digər şəxslər tərəfindən də həyata keçirilə bilər. Lakin yuxarıda qeyd olunduğu kimi mirasın qəbuluna (istər rəsmi, istərsə də faktiki) yönələn bütün bu hərəkətlər qanunvericilikdə mirasın qəbul edilmə müddəti kimi qeyd olunan müəyyən vaxt dövrü ərzində həyata keçirilməlidir. Mirasın qəbul edilmə müddəti dedikdə, qanunda nəzərdə tutulan elə bir vaxt dövrü başa düşülür ki, həmin dövr ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətlər edirlər. Bu müddət Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246- cı maddəsi ilə dəqiq müəyyən edilmişdir. Həmin maddəyə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçılar atalarından qalan miras əmlakı faktiki və ya rəsmi qəbul etməmiş, bununla bağlı hər hansı sübutlarını məhkəməyə təqdim etməmişlər. Cavabdeh2 adına verilmiş 2V-988 reyestr nömrəli 06 avqust 2019-cu il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız sayılmasına əsas ola biləcək hər hansı hal yoxdur. Cavabdeh2 mülkiyyətinə verilmiş Şəki rayonu Cəyirli kəndində yerləşən 44.10 kv/m. sahədən ibarət fərdi yaşayış evinə verilmiş çıxarışın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Göründüyü kimi Cavabdeh2 ləyaqətsiz vərəsə ola biləcək hər hansı hərəkətə və ya hərəkətsizliyə yol verməmişdir. Əksinə o, miras qoyanın vərəsələrinə məlumat vermişdir. Bu iş üzrə dindirilən şahidlərin də ifadələri ilə təsdiq olunmuşdur. Əksinə vərəsələr atalarının vəfat etməsini öyrənsələr də onun yas mərasiminə gəlməmiş və bu günə qədər atalarının qəbrini belə ziyarətə gəlməmişlər. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilmiş hesab edilməsi, X8 miras qalmış Şəki şəhəri Cəyirli kəndində yerləşən 0.25 ha ümumi birgə torpaq sahəsi və onun üzərində tikilmiş olan 44.10 kv. metr olan daşınmaz əmlaka Cavabdeh2 adına verilmiş 2V-988 reyestr nömrəli 06 avqust 2019-cu il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız sayılması, Vərəsəlik şəhadətnaməsi əsasında Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi, Cavabdeh2 ləyaqətsiz vərəsə hesab edilməsi, Mingəçevir şəhəri V. Hüseynov küçəsi 10/96 saylı evin 10 saylı mənzilinə və Şəki rayonu Cəyirli kəndində yerləşən 0.25 ha ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi və orada inşa edilmiş 44.10 kv. metr yaşayış evinə yalnız onların yəni, İddiaçı1 və İddiaçı2 miras payılarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. İddiaçılar tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatının onlara qaytarılması barədə Şəki rayon məhkəməsinin 24 yanvar 2020-ci il tarixli, 2(075)- 103/2020 saylı qərardadı nəzərə alınmalı, 10 manatı isə onların özlərinə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsinin 24 yanvar 2020-ci il tarixli, 2(075)-103/2019 nömrəli qətnaməsini qüvvədə saxlayan Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1028/2020 nömrəli, 07 may 2020-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 08 sentyabr 2020-ci il tarixli 2(102)-4719/2020 nömrəli qərarı ilə ləğv edilmiş və mülki iş apellyasiya qaydasında yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Həmin qərarda göstərilmişdir ki, iş materiallarında olan (İ cild, səh 47) və işə mahiyyəti üzrə baxmış hər iki instansiya məhkəməsinin sübutlar sırasında göstərmiş olduğu 03.04.1995-ci il tarixli vəziyyətnamənin dublikatından görünür ki, X23 bütün əmlakını, o cümlədən Mingəçevir şəhər A.Koşevoy adına küçə 10/96 mənzil 10-da yerləşən şəxsi 3 otaqlı mənzilini mülkiyyət hüququ ilə ona məxsus olan yaşayış evinin 2 otağını və əmlakını İddiaçı1 vəsiyyət etmişdir. Hazırki halda da həmin vəsiyyətnamənin qüvvədə olmadığı iş materialları iləmüəyyən edilmir. Cavabdeh2 da qeyd edilən vəsiyyətnamənin mövcudluğunu etiraf etmiş, lakin vəsiyyətnamənin (səh 109) Mingəçevir şəhərində olan evlə bağlı olmasını izahatında göstərmişdir. İşə mahiyyəti üzrə baxan məhkəmələr də vəsiyyətnamənin tam məzmununu, yəni mərhum Şamil Məhərrəmovun bütün əmlakını, o cümlədən 3 otaqlı evinin 2 otağını İddiaçı1 vəsiyyət etməsinə deyil, cavabdehin izahatında qeyd etdiyi kimi, vəsiyyətnamənin Mingəçevir şəhərində olan evlə bağlı olmasına istinad etmişdir. Halbuki adıçəkilən vəsiyyətnamədə hansı evdən söhbət getməsi məlum deyildir. Bununla belə mərhum Ş.Məhərrəmov bütün əmlakını da İddiaçı1 vəsiyyət etməsini göstərmişdir. Dövlət Notariat Arxivinin 21.05.2019-cu il tarixli cavabı ilə də həmin vəsiyyətnamənin qüvədə olması qeydi yazılmışdır. Belə olan halda işə mahiyyəti üzrə baxan məhkəmələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2-ci maddəsinin tələblərini pozmuşlar. Qeyd edilən maddəyə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Yuxarıda qeyd edildiyi kimi, iş materiallarından da görünür ki, mirasqoyan X27 Atamovaya qoyduğu vəsiyyətnamə vardır və hazırki müddətə qədər də həmin vəsiyyətnamə etibarlıdır. Cavabdeh2 adına isə qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Bundan əlavə, işə mahiyyəti üzrə baxan məhkəmələr iddiaçıların vərəsəliyə çağırıldıqlarını bildikləri və bilməli olduqları gündən qanunla müəyyən edilmiş müddətdə mirasın qəbul edilməsi üçün hər hansı hərəkət etmədiklərinə istinad etmişlər və istinadlarını Cavabdeh2 mərhumun ölümü barədə iddiaçılara telefonla məlumat verməsinə dair izahatına və cavabdehin məhkəməyə təqdim etdiyi şahid ifadələrinə uyğun əsaslandırmışlar. Lakin iş materialları ilə iddiaçıların mərhumun ölümü barədə vaxtında məlumatlandırılmaları müəyyən edilmir. Əksinə, iş materialları ilə də müəyyən edilir ki, iddiaçılar mirasın qəbul edilməsi üçün tələb olan hərəkət və sənədləşmələrin həyata keçirilməsi üçün 02 aprel 2019-ci ildə İddiaçı1, 03 aprel 2019-ci ildə İddiaçı2 mirasın qəbulu barədə ərizə vermək, vərəsəlik hüququna dair şəhadətnamə almaq, həmin hərəkətlərin edilməsi üçün Arif Qurbanovun adına etibarnamə göndərmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər Buradan da görünür ki, mirasın qəbulu ilə bağlı İddiaçı1 və İddiaçı2 aşkar iradə ifadəsi irəli sürmüşdür. İddiaçıların tapşırığını yerinə yetirən Arif Qurbanov həmin etibarnamələr əsasında İddiaçı1 göndərdiyi vəsiyyətnaməni də Mingəçevir şəhər «Asan Xidmət Mərkəzi» Notariat Ofisinə təqdim etmiş, notariatın göstərişinə əsasən vəsiyyətnamənin etibarlığının müəyyən edilməsi üçün İddiaçı1 adından Dövlət Notariat Arxivinə müraciət etmiş və 21 may 2019-cu ildə həmin vəsiyyətnamənin qüvədə olması qeydi yazılmışdır. X37 vəsiyyətnaməsinin İddiaçı1 tərəfindən qorunması, həmin vəsiyyətnamənin qüvvədə olub olmamasının müəyyən olunması üçün Dövlət Notariat Kontoruna olan müraciət, Arif Qurbanovun adına mirasın qəbulu ilə bağlı hərəkətlərin edilməsinin konkret göstərildiyi etibarnamələrin göndərilməsi, İddiaçı1 və İddiaçı2 mirasın qəbulu ilə bağlı faktiki hərəkətlərini təsdiq edir. Cavabdeh2 isə Şəki rayon «Asan xidmət Mərkəzi» Notariat ofisinə müraciət etmiş və ondan başqa Şamil Məhərrəmovun vərəsəsi olmadığı barədə rəsmi ərizə verərək qanun üzrə vərəsəlik şəhadətnaməsi almışdır. Halbuki, Cavabdeh2 Şamil Məhərrəmovun vərəsələri olması barədə əvvəlcədən məlumatlı olmuşdur və bunu o, vermiş olduğu izahatında da göstərmişdir. İşə baxan məhkəmələr isə bu hala da heç bir hüquqi qiymət verməmişlər. Beləliklə aydın olur ki, işə mahiyyəti üzrə baxan məhkəmələr ilkin olaraq miras əmlakın qəbul edilməsi ilə bağlı hərəkətlər etməsinə dair iş materiallarında olan sübutları, həmçinin iddiaçılardan İddiaçı1 adına olan vəsiyyətnamənin məzmununu və həmin vəsiyyətnamənin qüvvədə olmasını araşdırmamış, obyektiv həqiqətə nail olunması üçün ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Şəki Apellyasiya Məhkəməsində işə Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıdakı göstərişlərinə əməl edilməklə yenidən baxılmış və Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-195/2021 nömrəli, 06 may 2021-ci il tarixli qətnaməsi ilə аpellyаsiyа şikаyəti təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli, 2(075)-103/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin edilmiş, İddiaçı1 mərhum atası X8 miras qalmış əmlaka vərəsəlik hüququnun tanınması, mirası qəbul etmiş sayılması, X8 miras qalmış ünvan 2ində yerləşən 0.25 ha ümumi birgə torpaq sahəsi və onun üzərində tikilmiş olan 44.10 kv. metr olan daşınmaz əmlaka dair Cavabdeh2 adına verilmiş 2V-988 reyestr nömrəli 06 avqust 2019-cu il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız sayılması, vərəsəlik şəhadətnaməsi əsasında Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi, Mingəçevir şəhəri V.Hüseynov küçəsi 10/96 saylı evin 10 saylı mənzilin 2 otağının ¾ hissəsinə, digər 1 otağın ¼ hissəsinə və ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin ½ hissəsinin ¾ hissəsinə, o cümlədən ünvan 2ində yerləşən torpağın ½ hissəsinin ¾ hissəsi və orada inşa edilmiş 44.10 kv.metr yaşayış evinin ¾ hissəsinə İddiaçı1 miras payının müəyyən edilməsi, iddia tələbinin İddiaçı2 münasibətdə və qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədə göstərilmişdir ki, şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmiş və məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, X7 ölümündən sonra ondan miras qalmış əmlakın qəbul edilməsi ilə bağlı xüsusatları da tam araşdırmamışdır. Belə ki, ilkin olaraq mirasa daxil olan əmlaklar müəyyən edildikdən sonra həmin mirası qəbul etmək səlahiyyəti olan şəxslərin dairəsi müəyyən edilməlidir. Mülki işdə X7 ölümündən sonra ondan miras qalmış əmlakı birinci növbədə kimlərin qəbul etmək səlahiyyəti olması, onlardan hansıların mirası qəbul edib etməməsi ətraflı araşdırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, X6 miras qalmış əmlakın dairəsi ilə yanaşı, onu faktiki qəbul edənlərin dairəsinin müəyyən edilməsi üçün də ətraflı araşdırma aparılmalı və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bu barədə müəyyən etdiyi hüquqi mövqe nəzərə alınmalıdır Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 08 sentyabr 2020-ci il tarixli qərarının göstərişləri əsasında müvafiq sorğular edilməklə və məhkəmə iclasında aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, X23 tərəfindən 03.04.1995-ci il tarixdə İddiaçı1 adına qoyulmuş həmin vəsiyyətnamənin 05.04.2021-ci ilədək dəyişdirilməməsi və ya ləğv edilməsi barədə arxivə heç bir məlumat daxil olmaması müəyyən edilmişdir. “Notariat haqqında” Azərbaycan Respublikası qanununun 59-cu maddəsinə və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 92-99 və 102-ci maddələrinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtını şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağrılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağrılmaq üçün əsasların olmasını təsdiq edən sənədlərin təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Eyni zamanda qanunla müəyyənləşdirilmiş müddətdə mirası qəbul etməyən vərəsələr mirası qəbul etmiş vərəsələrin hamısının razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə yazıla bilərlər. Razılıq vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək yazılı sürətdə ifadə edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinin tələblərinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinin tələblərinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.3-cü maddəsinin tələblərinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinin tələblərinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqları (miras aktivi) və vəzifələri (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbəli vərəsələr-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlərdir) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1247-ci maddəsinə əsasən əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, iddiaçılar doğma bacılardır. X3, anaları X15muşdur. İddiaçıların valideyinləri 1980-81-ci illərdə boşandığından hər ikisi anaları ilə birgə Rusiya Federasiyasına köçmüşlər. X34 08 mart 1991-ci ildə Cavabdeh2 ilə rəsmi nikaha girmişdir. Onların X34 03 aprel 1995-ci il tarixli vəsiyyətnamə ilə ünvan 1-da yerləşən 3 otaqlı yaşayış evinin 2 otağını və digər əmlaklarını İddiaçı1, 1 otağı isə eyni tarixli digər vəsiyyətnamə ilə arvadı Cavabdeh2 vəsiyyət etmişdir. Hal-hazırda həmin vəsiyyətnamələr qüvvədədir. İddiaçıların X34 15 dekabr 2018-ci ildə vəfat etmişdir. Cavabdeh2 Şəki rayonu Cəyirli kənd İcra nümayəndəliyinin 28 may 2019-cu il tarixli, 202 nömrəli vərəsəliyə dair arayışını notariat orqanına təqdim etmişdir. Həmin arayışda mərhum Şamil Məhərrəmovun yeganə vərəsəsi Cavabdeh2 olduğu göstərilmişdir. Odur ki, onun adına mərhum X36 rayonu Cəyirli kəndindəki 44,10 kv metr sahəsi olan yaşayış evinə dair vərəsəlik şəhadətnaməsi verilmilşdir. İddiaçılara X34un vəfat etməsi 31 mart 2019-cu il tarixdə məlum olmuşdur. Bu fakt iddiaçının nümayəndəsi Ruhiyyə Kərimli və yaxın qohumu Arif Qurbanovun izahatı ilə təsdiq edilir. O, Moskva şəhərində yaşadığı üçün imkanı olmadığıdan mirasnı acıldıqı ünvana gələ bilməmişdir. Ona görə də İddiaçı1 02 aprel 2019-cu il tarixdə yaxın qohumu X22 Moskva şəhərindən etibarnamə göndərərək nümayəndəsinin vasitəsilə mirasın qəbul edilməsi ilə bağlı səlahiyyətlərini ona vermişdir İddiaçı1 etibarnamə üzrə nümayəndəsi X29 mirasın qəbulu ilə bağlı Azərbaycan Respublikasının ƏN-nin Dövlət notariat orqanına müraciət etmiş və həmin orqan 21 may 2019-cu il tarixli 05/01-A-53/13 nömrəli qoşma məktubu ilə mərhum Şamil Məhərrəmovun 03 aprel 1995-ci il tarixli vəsiyyətnaməsi ona verilmişdir. (səhifə 19) O, daha sonra mirasın qəbulu üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Mingəçevir Regional “Asan Xidmət” mərkəzinədəki notariat ofisinə müraciət etmişdir. Notariat orqanı 16 iyul 2019-cu il tarixli məktubu ilə nümayəndə Arif Qurbanova mirasın qəbul edilməsini mümkün saymamaışdır. Göründüyü kimi iddiaçı mülki qanunvericiliyin müəyyən etdiyi maddasi ilə mirası nümayəndəsi vasitəsilə notariat qaydada qəbul edilməsi ilə bağlı hərəkətlər həyata kecirmiş, lakin vərəsəlik şəhadətnaməsini iradasindən aslı olmayaraq buna nail ola bilməmişdir. Odur ki, məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1 yaxın qohumu Arif Qurbanova 02 aprel 2019-cu ildə etibarnamə verməsi məntiqi baxımından sübut edir ki, İddiaçı1 atasının ölümündən həqiqətən də 31 mart 2019-cu ildə xəbər tutmuşdur. Məhkəmə kollegiyasının məhkəmə iclasında yuxarıda göstərilən işin faktiki hallarına əsasən hesab edir ki, iddiaçı mirası həm vəsiyyətnamə, həm də notariat orqanına müraciət etməklə qəbul etmişdir Ona görə də, Cavabdeh2 verilmiş vərəsəlik şəhadətnaməsi etibarsız hesab edilməli və onun adına verilmilş Çıxarış ləğv edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıların mərhum ataları X18 şəhəri V.Hüseynov küçəsi ev 10/96, mənzil 10-da yerləşən 3 otaqlı yaşayış evinin 2 otağını və digər bütün əmlakını İddiaçı1, digər 1 otağı isə Cavabdeh2 vəsiyyət etmişdir ki, cavabdehin məcbur pay almaq hüququn nəzərə alsaq ona görə İddiaçı1 2 otaqın ¾, 1 otaqın isə ¼ hissəsində miras payı vardır. Həmin evin mülkiyyət hüququnun qeydiyyata alınmasına dair Çıxarışa əsasən torpaq sahəsinin ½ hissəsi mərhum Şamil Məhərrəmovun mülkiyyətindədir. Ona görə də evin yerləşdiyi torpaq sahəsinin ½ hissəsinin ¾ hissəsində miras payı vardır. Məhkəmə kollegiyası Şəki rayonu Cəyirli kəndində mərhum Şamil Məhərrəmovdan miras qalmış yaşayış evi ilə bağlı qeyd edir ki, həmin ev və altındakı torpaq sahəsi də vəsiyyətnamə üzrə mirasa daxildir. Həmin evin mülkiyyət hüququnun qeydiyyata alınmasına dair Çıxarışa əsasən evin yerləşdiyi torpaq sahəsini ½ hissəsi mərhum Şamil Məhərrəmovun mülkiyyətindədir. Ona görə də İddiaçı1 həmin evin ¾ hissəsi, torpaq sahəsinin isə ½ hissəsinin ¾ hissəsində miras payı vardır. Məhkəmə araşdırması zamanı müəyyən edilən işin faktiki halları ilə məlum olunur ki, digər İddiaçı2 nə vəsiyyətnamə üzrə, nə də qanun üzrə atasından qalmış miras əmlakı qəbul etməmişdir. Odur ki, iddia tələbi İddiaçı2 münasibətdə və qalan hissədə təmin edilə bilməz. Həmin qətnamədən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 15 noyabr 2021-ci il tarixli 2(102)-5329/2021 nömrəli qərarı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-195/2021 nömrəli, 06 may 2021-ci il tarixli qətnaməsi İddiaçı2 iddia tələbinin təmin edilməyən və İddiaçı1 ilə Cavabdeh2 miras əmlakdakı paylarının həcminin müəyyən edilən hissələrində ləğv edilmiş, iş həmin hissələrdə yeni apellyasiya baxışına qaytarılmış, qətnamə Cavabdeh2 ləyaqətsiz vərəsə hesab edilməsi barədə iddianın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda göstərilən qərarındakı göstərişləri icra edərək məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı1 02 aprel 2019-cu il tarixdə yaxın qohumu X22 Moskva şəhərindən mirasın qəbul edilməsi ilə bağlı etibarnamə göndərməsini mülki qanunvericiliyin müəyyən etdiyi qaydada mirasın qəbulu kimi qiymətləndirilmişdir. Lakin digər İddiaçı2 münasibətdə iddianı təmin etməyən məhkəmə qeyd etmişdir ki, İddiaçı2 nə vəsiyyətnamə, nə də qanun üzrə atasından qalmış miras əmlakı qəbul etməmişdir. Halbuki İddiaçı2 da eyni məzmunlu 03 aprel 2019-cu il tarixli etibarnamə ilə onun adından atasından qalan mirası qəbul etməsi barədə qohumu Arif Qurbanova etibarnamə vermişdir. Bu baxımdan, məhkəmə bir tərəfdən mirasın qəbulu ilə bağlı etibarnamənin verilməsini İddiaçı1 münasibətdə mirasın qəbuluna yönəlmiş hərəkət kimi qəbul etmiş, digər tərəfdən eyni məzmunlu etibarnamənin olmasına baxmayaraq İddiaçı2 mirası qəbul etməməsi nəticəsinə gəlməklə ziddiyyətli mövqe nümayiş etdirmişdir. Bir halda ki, məhkəmə İddiaçı1 tərəfindən etibarnamənin verilməsini mirasın qəbuluna yönəlmiş hərəkət kimi qəbul edib, belə olan halda İddiaçı2 da 03 aprel 2019-cu il tarixli etibarnamə verməsi mirasın qəbuluna yönəlmiş hərəkət kimi qiymətləndirilməlidir. Əvvəlki araşdırmalar zamanı yalnız İddiaçı1 verdiyi 02 aprel 2019-ci il tarixli etibarnamə üzrə araşdırma aparılmış, İddiaçı2 03 aprel 2019-ci ildə verdiyi etibarnamə məhkəmə tədqiqatından kənarda qalmışdır. Bu baxımdan, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin İddiaçı2 iddia tələbi təmin etməyən hissəsini əsaslı saymır. İddiaçı2 münasibətdə iddianın təmin edilməyən hissəsində birinci instansiya məhkəməsinin mövqeyi düzgün olmadığı üçün İddiaçı1 ilə Cavabdeh2 miras əmlakdakı paylarının müəyyən edilməsi ilə bağlı gəlinən nəticə də düzgün deyildir. Çünki İddiaçı2 münasibətdə iddianın təmin olunacağından onların miras əmlakdakı paylarının həcmi də dəyişməlidir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı2 iddia tələbinin təmin edilməyən və İddiaçı1 ilə Cavabdeh2 miras əmlakdakı paylarının həcminin müəyyən edilən hissələrində ləğv edilməli, onların hər birinə münasibətdə ayrı-ayrılıqda vəsiyyətnamə və məcburi pay üzrə miras əmlakdan paylar müəyyən edilməlidir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 15 noyabr 2021-ci il tarixli 2(102)-5329/2021 nömrəli qərarındakı göstərişləri icra edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsini qət etməklə İddiaçı2 miras əmlakı qəbul etmiş hesab edilməsinin rədd edilməsi hissəsində düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, həmin hissədə qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili X19 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Şəki Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli, 2(075)-103/2019 nömrəli qətnaməsi İddiaçı2 miras əmlakı qəbul etmiş hesab edilməsinin rədd edilməsi hissəsində ləğv edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Şəki Regional Cavabdeh1tariat Ofisinə və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilmiş hesab edilməsi, notariat kontorundan verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız sayılması, mülkiyyətdən çıxarışın ləğv edilməsi, cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi, 1-ci növbə vərəsələrin mülkiyyət payının müəyyən olunması” tələbinə dair iddiası İddiaçı2 miras əmlakı qəbul etmiş hesab edilməsi hissəsində təmin edilməli, İddiaçı2 miras əmlakı qəbul etmiş hesab edilməli, Mingəçevir şəhəri V.Hüseynov küçəsi 10/96 saylı evin 10 saylı mənzilin 2 otağının 4/6 hissəsi İddiaçı1, 1/6 hissəsi İddiaçı2, 1/6 hissəsi Cavabdeh2, həmin mənzilin digər 1 otağının 4/6 hissəsi Cavabdeh2, 1/6 hissəsi İddiaçı1, 1/6 hissəsi İddiaçı2, Şəki rayonu Cəyirli kəndində yerləşən X23 və Cavabdeh2 ümumi birgə mülkiyyətində olan 0.25 ha torpaq sahəsinin 7/12 hissəsi Cavabdeh2, 4/12 hissəsi İddiaçı1, 1/12 hissəsi İddiaçı2, həmin torpağın üzərində inşa edilmiş 44.10 kv.metr yaşayış evinin 4/6 hissəsi İddiaçı1, 1/6 hissəsi İddiaçı2, 1/6 hissəsi Cavabdeh2 miras payı olaraq müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili X19 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Şəki Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli, 2(075)-103/2019 nömrəli qətnaməsi İddiaçı2 miras əmlakı qəbul etmiş hesab edilməsinin və payların müəyyən edilməsinin rədd edilməsi hissəsində ləğv edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Şəki Regional Cavabdeh1tariat Ofisinə və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilmiş hesab edilməsi, notariat kontorundan verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız sayılması, mülkiyyətdən çıxarışın ləğv edilməsi, cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi, 1-ci növbə vərəsələrin mülkiyyət payının müəyyən olunması” tələbinə dair iddiası İddiaçı2 miras əmlakı qəbul etmiş hesab edilməsi və payların müəyyən edilməsi hissəsində təmin edilsin. İddiaçı2 miras əmlakı qəbul etmiş hesab edilsin. Mingəçevir şəhəri V.Hüseynov küçəsi 10/96 saylı evin 10 saylı mənzilin 2 otağının 4/6 hissəsi İddiaçı1, 1/6 hissəsi İddiaçı2, 1/6 hissəsi Cavabdeh2, həmin mənzilin digər 1 otağının 4/6 hissəsi Cavabdeh2, 1/6 hissəsi İddiaçı1, 1/6 hissəsi İddiaçı2, Şəki rayonu Cəyirli kəndində yerləşən X23 və Cavabdeh2 ümumi birgə mülkiyyətində olan 0.25 ha torpaq sahəsinin 7/12 hissəsi Cavabdeh2, 4/12 hissəsi İddiaçı1, 1/12 hissəsi İddiaçı2, həmin torpağın üzərində inşa edilmiş 44.10 kv.metr yaşayış evinin 4/6 hissəsi İddiaçı1, 1/6 hissəsi İddiaçı2, 1/6 hissəsi Cavabdeh2 miras payı olaraq müəyyən edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-222/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-222/2022
19.01.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Vərəsəlik hüququ üzrə mübahisələr - Sair mülki iş - Ləyaqətsiz vərəsə hesab edilməsi - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver