Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5329/2021 15.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Şəki Regional Cavabdeh1tariat Ofisinə qarşı iş üzrə iş № 2(102)-5329/2021 (Açar sözlər: vərəsəlik hüququnun tanınması, mirasın qəbulu, vərəsəlik şəhadətnaməsinin etibarsızlığı, ləyaqətsiz vərəsə hesab edilmə, məhkəmənin prosessual vəzifələri, kassasiya instansiyasının qərarında şərh edilən göstərişlərə əməl edilməməsi) Bakı şəhəri, 15 noyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Şəki Regional Cavabdeh1tariat Ofisinə qarşı “vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilmiş hesab edilməsi, vərəsəlik şəhadətnaməsinin etibarsız sayılması, çıxarışın ləğv edilməsi, cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi, vərəsələrin mülkiyyət payının müəyyən olunması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-195/2021 nömrəli, 06 may 2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayətinə 15 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı1 və İddiaçı2 bacıdırlar. X3 15 dekabr 2018-ci il tarixdə ölmüşdür.
2. Cavabdeh2 X7 ikinci nikahda olan arvadıdır.
3. X1 miras qalan əmlaklar barədədir. a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə cavabdehlər Cavabdeh2 və Şəki Regional Cavabdeh1tariat Ofisinə qarşı Şəki Rayon Məhkəməsinə müraciət edərək, onların vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilmiş hesab edilməsi, X3ndan miras qalmış ünvan 1ində yerləşən 0.25 ha ümumi birgə torpaq sahəsi və onun üzərində tikilmiş olan 44.10 kv. metr olan daşınmaz əmlaka Cavabdeh2 adına verilmiş 2V-988 reyestr nömrəli 06 avqust 2019-cu il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız sayılması, vərəsəlik şəhadətnaməsi əsasında Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi, Cavabdeh2 ləyaqətsiz vərəsə hesab edilməsi və Mingəçevir şəhəri, V.Hüseyn ov küçəsi 10/96 saylı evin 10 saylı mənzilinə və ünvan 1ində yerləşən 0.25 ha ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi və orada inşa edilmiş 44.10 kv. metr yaşayış evinə yalnız onların miras payılarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
5. İddiaçılar iddia tələbini onunla əsaslandırıblar ki, doğma bacıdırlar, X3, anaları X10. Valideynləri təxminən 1980-81-ci illərdə boşandığından iddiaçıların hər ikisi anaları ilə Rusiya Federasiyasına köçüblər.
6. İddiaçıların atası Şamil Məhərrəmov 08 mart 1991-ci ildə Cavabdeh2 ilə rəsmi nikaha girmişdir. Şamil Məhərrəmov ölənə qədər Mingəçevir şəhəri, V.Hüseynov küçəsi, ev 10/96, mənzil 10-da qeydiyyatda olmaqla yaşamış və ölüm akt qeydi 19 dekabr 2018-ci ildə Mingəçevir «Asan xidmət» Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmişdir.
7. Mingəçevir şəhəri, V.Hüseynov küçəsi ev, 10/96, mənzil 10 iddiaçıların atasının adına 20 mart 1992-ci ildə özəlləşdirilib, mənzilə mülkiyyət hüququ atanın adına qeydə alınıb.
8. Şamil Məhərrəmov 03 aprel 1995-ci ildə bütün əmlakını, o cümlədən Mingəçevir şəhəri A.Koşevoy küçəsi ev 10/96, mənzil 10-da yerləşən 3 otaqdan 2 otağını və əmlakını İddiaçı1 vəsiyyət edib.
9. İddiaçıların anasının ayağının biri kəsilmiş olduğu və bu səbəbdən yataq xəstəsi olduğundan iddiaçılar anaların baxdıqlarından tez-tez Mingəçevir şəhərinə gələ, ataları ilə tez-tez görüşə bilməyiblər. Lakin iddiaçılar ataları ilə daima telefon əlaqəsi saxlayıblar. 01 aprel 2019-cu il tarixdə iddiaçılara məlum olub ki, X17 vəfat etmişdir. Həmin vaxta qədər İddiaçı1 Cavabdeh2 ilə bir neçə dəfə telefon əlaq əsi saxlayıb, Elmiraya bildiriblər ki, atası ağır xəstədir, danışa bilimir. 10. 01 aprel 2019-cu il tarixdə iddiaçıların bibisinin əri Arif Qurbanov onlarla telefon əlaqəsi saxlayaraq iddiaçılara atalarının ölümünü xəbər verib. 02 aprel 2019-cu ildə İddiaçı1 bibisinin əri Arif Qurbanovun adına etibarnamə vermişdir ki, vərəsəlik işlərini həll etsin.
11. Arif Qurbanov etibarnaməni aldığı gün Mingəçevir şəhər Notariat Kontoruna müraciət etmiş, oradan isə vərəsəliyin açılması ilə bağlı sənədlərin siyahısı ona təqdim edilmişdir. Atasının İddiaçı1 qoyduğu vəsiyyətnamənin etibarlığını müəyyən etmək üçün Notariat Arxivinə onun adından müraciət olunmuş və 21 may 2019-cu il tarixdə müvafiq qeyd aparılmışdır. Ancaq İddiaçı1 Arif Qurbanova verdiyi etibarnamə ilə hüquqi hərəkətlər aparmaq mümkün olma dığından yenidən vəkilinin adına etibarnamə göndərmək məcburiyyətində qalmışdır. 09 avqust 2019-cu il tarixdə Mingəçevir şəhər Qeydiyyat şöbəsindən ölüm yeri və vərəsələr dairəsi barədə arayışları əldə edib Mingəçevir Cavabdeh1tariat Ofisinə müraciət etdikdə iddiaçılara məlum olmuşdur ki, 06 avqust 2019cu il tarixdə Cavabdeh2 adına Şəki Regional «Asan Xidmət» Mərkəzinin Notariat Ofisi tərəfindən qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmiş və miras qoyulan əmlak ünvan 1ində yerləşən fərdi yaşayış evi və ümumi birgə mülkiyyətdə olan 0.25 ha torpaq sahəsindən ibarətdir.
12. Sorğularına 03 sentyabr 2019-cu il tarixdə verilmiş 26 avqust 2019-cu il tarixli məktubdan məlum olmuşdur ki, Cavabdeh2 iddiaçıların vərəsə olmalarını gizlətmiş, cavabdeh olan notariat ofisi də qanunla müəyyən edilmiş qayd ada əldə etməli olduğu sənədləri aidiyyatı olmayan orqanlardan əldə etməklə yalan məlumatlar əsasında cavabdehin adına vərəsəlik şəhadətnaməsi vermişdir. Həmin şəhadətnamə əsasında Cavabdeh2 14 avqust 2019-cu il tarixdə adına çıxarış almışdır. Notariat ofisinin təqdim etdiyi arayışlardan görünür ki, Cavabdeh2 Şamil Məhərrəmovun ondan başqa varisi olmamasına dair ərizə ilə müraciət edərək arayış almış, Şəki şəhər İHB-nin Cəyirli kənd İƏD-nin nümayəndəsi də onun ərazisində yaşayış yeri üzrə qeydiyyatı olmayan X7 varisləri barədə saxta arayış tərtib etmişdir.
13. İddiaçıların atalarından qalan Mingəçevir şəhəri, V.Hüseynov küçəsi 10/96 saylı evin 10 saylı mənzildə isə heç kəs qeydiyyatda yoxdur. Mənzilin xidmət haqqını İddiaçı1 nümayəndəsi Arif Qurbanov vasitəsilə ödəmişdir. Məhkəməyə təqdim edilən sənədlər zaman tələb etdiyindən iddianı hazırda qaldırmışlar. İddiaçılar atalarının vəfatından 31 mart 2019-cu ildə xəbərdar olduqdan sonra dərhal etibarnamə göndərmişlər, 21 may 2019-cu il tarixdə vəsiyyətnamənin qüvvədə olması barədə iddiaçılara rəsmi cavab verilmişdir.
14. Bundan sonra İddiaçı2 Mingəçevir Cavabdeh1tariat Ofisinə mirasın qəbulu ilə bağlı 11 iyul 2019-cu il tarixdə nümayəndəsi vasitəsilə müraciət etmişdir. İddiaçılar Moskvada xəstə olan analarına baxmağa məcbur olduqlarından, atalarının yas mərasimlərinə gələ bilməmiş, həmçinin bu günə qədər də gələrək atalarının qəbrini ziyarət etməmişlər.
15. İddia tələbinin hüquqi əsası kimi iddiaçılar Mülki Məcəllənin 1133.1, 1133.2, 1137, 1147.1, 1193, 1243.2, 1245 və 1246-cı maddələrinə istinad etmişlər.
16. Cavabdeh2 iddiaya etiraz edib. Etirazın dəilləri: - 1984-cü ildə Şamil Məhərrəmovla qeyri-rəsmi ailə qurmuş və həmin vaxtdan Şəki rayonunun, Cəyirli kəndində yerləşən, hazırda mübahisələndirilən evə gəlin köçərək yaşamağa başlamışlar. Lakin Şamillə aralarında olan nikahlarını 1991-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahdan uşaqları olmamışdır; - Şamil Məhərrəmov ilə ailə qurarkən Şamil ona bundan əvvəl də ailəsinin olduğunu, lakin birinci arvadından böşandığını, birinci evliliyindən 1957-ci il təvəllüdlü Elmira və 1962-ci il təvəllüdlü Yelena adlı 2 övladlarının olduğunu və həmin uşaqların təxminən 1980-ci ildən etibarən anaları ilə birlikdə Moskva şəhərində yaşadığını bildirmişdir. Çəyirli kəndində olan ev Şamilə anası tərəfindən vəsiyyət edilmişdir; - Şamilin Mingəçevir şəhərində də 3 otaqlı evi olmuş, Şa mil əvvəlki ailəsi və uşaqları ilə 80-ci illərədək orada yaşamışdır. Lakin Şamil 1984-cü ildə onunla evlənəndən sonra daimi olaraq Çəyirli kəndindəki evlərində yaşamış, Mingəçevirdə olan evdə yaşamamış, arada-bir ora baş çəkmək üçün gedib-gəlmişdir. Həmin evin bütün kommunal xərcləri Şamil vəfat edənədək onun tərəfindən ödənilmiş, hal-hazırda isə həmin xərclər özü tərəfindən ödənilir. Hazırda qeyd edilən evdə vaxtilə Şamilin təmannasız yerləşdirdiyi əlil və ailəsi yaşayır; - X22 03 aprel 1995-ci il tarixdə Mingəçevir şəhərində yerləşən 3 otaqlı evinin 2 otağını qızlarından biri olan İddiaçı1 vəsiyyət etmişdir. Şamilin qızlarını öz övladı hesab etmişdir. Şamilin qızları lap əvvəllər bir neçə dəfə gələrək atalarına baş çəkmişlər. Lakin sonralar yalnız telefonla əlaqə saxlamışlar. Təxminən 20 12-ci ildə Elmira atasını yoxlamaq üçün öz qızı ilə birlikdə Çəyirli kəndinə gəlmişdir. Həmin vaxt Elmiranın qızına qızıl sep hədiyyə etmişdir. Bundan başqa, 03 aprel 1995-ci il tarixli vəsiyyətnamə həmişə onda olmuş və həmin vəsiyyətnaməni də 2012-ci ildə Elmiranın özünə vermişdir. Həmin ziyarət övladlarının axırıncı gəlişi olmuşdur; - Şamil 15.12.2018-ci il tarixdə vəfat etmiş, 06 avqust 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alaraq ünvan 1i ünvanında yerləşən 0.25 ha ümumi birgə torpaq sahəsi və onun üzərində tikilmiş olan ümumi sahəsi 44.10 kv/m olan daşınmaz əmlak olan evi öz adına rəsmiləşdirmişdir; - Şamilə həmişə qayğı ilə yanaşmış, uşaqları olmasa da, mehriban yaşamışlar. Hətta Şamilin anası olan qayınanasına da qayğı ilə yanaşmışdır. X22 2018-ci ili n sonlarına doğru xəstələnmiş və 15 dekabr 2018-ci il tarixdə axşam 10:00 radələrində 86 yaşında vəfat etmişdir. Səhərisi günü bu barədə telefon vasitəsilə Elmiraya xəbər vermiş, Elmira isə telefonda sadəcə “Allah rəhmət etsin” demişdir; - iddiaçılardan Yelena azərbaycan dilini bilmir, Elmira isə az da olsa bildiyindən telefonda onunla danışmışdır. O, ərinin qızlarının varis olduqlarını heç kimdən gizlətməmişdir. Hətta gizlətmiş olsa belə, iddiaçının bildirməsinə görə 01 aprel 2019-cu il tarixdə iddiaçılara atalarının vəfat etməsi məlum olmasına baxmayaraq onlar bu günə qədər atalarının yasına gəlməmişlər. X20 bütün yas mərasimini və dəfn xərclərini özü çəkmiş, həmçinin qəbir və baş daşı ilə bağlı xərclər də onun tərəfindən qarşılanmışdır; - Şamil Mingəçevirdəki evin 2 otağını Elmiraya vəs iyyət etsə də qızlarının atalarından qalan miras əmlakla bağlı hər hansı tələbləri yoxdur. Bütün bu iddiaların arxasında Şamilin bacısının əri Arif Qurbanov durur; - qızlar onun xətrini çox istəyir, əgər onlar dəqiqliklə bilsələr ki, Arif həmin evə özü yiyələnmək istəyir onlar bu barədə iddia qaldırmazdılar. Elmira gəlib ondan Mingəçevirdəki evi tələb etsə notariusa gedərək evi bütövlükdə onun adına keçirilməsinə razılıq verər. Lakin hal-hazırkı işlərin arxasında duran Arif Qurbanova evin verilməsinə razı olmayacaqdır. O, artıq uzun illərdir ki, Cəyirlidəki həmin evdə yaşayır və gedəcək başaqa bir evi yoxdur.
17. Şəki Rayon Məhkəməsinin 2(075)-103/2020 nömrəli, 24 yanvar 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilməmişdir. (hakim Cahid İmanov)
18. Birinci instansiya məhk əməsi iş materiallarına əsasən müəyyən edib ki, 14.08.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli,**********43-10301 reyestr nömrəli çıxarışa əsasən ünvan 1ində yerləşən 44.10 kvm. sahədən ibarət fərdi yaşayış evi qanun üzrə vərəsəlik şəhadətnaməsi ilə X7 arvadı Cavabdeh2 mülkiyyətinə keçmişdir. X12 15.12.2018-ci il tarixdə vəfat etmişdir. Miras qoyan şəxs X7 ölümündən sonra, yəni miras açıldığı gündən iddiaçılar vərəsə kimi mirası faktiki olaraq qəbul etməmişlər, miras evdə yaşamamışlar, miras əmlaka faktiki olaraq yiyələnməmişlər, miras əmlaka sahiblik etməmişlər, miras əmlakı idarə etməmişlər, mirası qəbul etdiyini şəksiz nümayiş etdirməmiş və bununla da mirası qəbul etməmişlər. Belə ki, iddiaçılar ataları mərhum X12 ölənədək Moskva şəhərində yaşamışlar və rəsmi qeydiyyat da olmuşlar. Hətta iddiaçılara 16.12.2018-ci il tarixdə xəbər verilməsinə və ya onların vəkillərinin deməsinə görə 01.04.2019-cu il tarixdə atalarının vəfatından xəbərdar edilmələrinə baxmayaraq onlar yas mərasimlərinə gəlməmiş, həmin yasda iştirak etməmişlərdir. X2 vəfat etməsindən sonra keçən 1 ildən çox olan bu müddət ərzində Şəkiyə gələrək atalarının qəbrini belə ziyarət etməmişlər.
19. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlib ki, iddiaçılar atalarından qalan miras əmlakı faktiki və ya rəsmi qəbul etməmiş, bununla bağlı hər hansı sübutlarını məhkəməyə təqdim etməmişlər. Vərəsə əmlakı mülkiyyətinə qəbul etdiyini digər şəxslərə şəksiz nümayiş etdirməlidir. Vərəsə evə sahiblik etməli, evi idarə etməli, evə yiyələnməlidir. İddiaçıların “miras evə sahiblik etmə”, “mirası idarə etmə”, “miras evə yiyələnmə” əlamətləri müəyyən olunmur. İddiaçılar miras qoyanın sağlığında Azərbaycandan daimi yaşamaq üçün başqa ölkəyə Rusiya Federasiyasına köçmüş, onların daimi yaşayış yeri olmuş və hal-hazırda da Rusiya Federasiyası vətəndaşları olmaqla Moskva şəhərində yaşayırlar.
20. Birinci instansiya məhkəməsi həmçinin qeyd edib ki, Cavabdeh2 ləyaqətsiz vərəsə ola biləcək hər hansı hərəkətə və ya hərəkətsizliyə yol verməmişdir. Əksinə o, miras qoyanın vərəsələrinə məlumat vermişdir. Əksinə, vərəsələr atalarının vəfat etməsini öyrənsələr də onun yas mərasiminə gəlməmiş və bu günə qədər atalarının qəbrini belə ziyarətə gəlməmişlər.
21. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 140, 144.1, 144.2, 146, 337.2, 337.3, 337.4, 1137, 1143.2, 1143.3, 1159.1, 1243.1, 1243.3, 1246 və 1321. 1ci maddələrinə istinad etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
22. İddiaçılar apellyasiya qətnamədən apellyasiya şikayəti vermişlər. Apellyaisya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılıb.
23. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1028/2020 nömrəli, 07 may 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tаrixli 2(075)-103/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. (hakimlər Gündüz Abbasov (sədrlik edən və məruzəçi) Mirbahəddin Hüseynov, Elçin Hüseynov)
24. Apelyasiya instansiyası məhkəməsi ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edərək, belə qənaətə gəlib ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhk əməsi iddia tələbini rədd etməkdə haqlı olmuşdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
25. İddiaçılar kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər.
26. Kassasiya şikayəti iddia ərizəsi və apellyaisya şikayətinə uyğu əsaslandırılmışdır.
27. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-4719/2020 nömrəli, 08 sentybar 2020-ci il tarixli qərarı ilə iddiaçıların kassasiya şikayəti qismən təmin olunmuş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.05.2020-ci il tarixli, 2(107)1028/2020 nömrəli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir.
28. Kassasiya instansiyası məhk əməsi apellyasiya instansiyasının mövqeyi ilə razılaşmayaraq qeyd edib ki, iş materiallarında olan (İ cild, səh 47) və işə mahiyyəti üzrə baxmış hər iki instansiya məhkəməsinin sübutlar sırasında göstərmiş olduğu 03.04.1995ci il tarixli vəziyyətnamənin dublikatından görünür ki, X12 bütün əmlakını, o cümlədən Mingəçevir şəhər A.Koşevoy adına küçə 10/96 mənzil 10-da yerləşən şəxsi 3 otaqlı mənzilini mülkiyyət hüququ ilə ona məxsus olan yaşayış evinin 2 otağını və əmlakını İddiaçı1 vəsiyyət etmişdir. Hazırki halda da həmin vəsiyyətnamənin qüvvədə olmadığı iş materialları ilə müəyyən edilmir. Cavabdeh2 da qeyd edilən vəsiyyətnamənin mövcudluğunu etiraf etmiş, lakin vəsiyyətnamənin (səh.109) Mingəçevir şəhərində olan evlə bağlı olmasını izahatında göstərmişdir.
29. İşə mahiyyəti üzrə baxan məhk əmələr də vəsiyyətnamənin tam məzmununu, yəni mərhum Şamil Məhərrəmovun bütün əmlakını, o cümlədən 3 otaqlı evinin 2 otağını İddiaçı1 vəsiyyət etməsinə deyil, cavabdehin izahatında qeyd etdiyi kimi, vəsiyyətnamənin Mingəçevir şəhərində olan evlə bağlı olmasına istinad etmişdir. Halbuki adıçəkilən vəsiyyətnamədə hansı evdən söhbət getməsi məlum deyildir. Bununla belə mərhum Ş.Məhərrəmov bütün əmlakını da İddiaçı1 vəsiyyət etməsini göstərmişdir. Dövlət Notariat Arxivinin 21.05.2019-cu il tarixli cavabı ilə də həmin vəsiyyətnamənin qüvvədə olması qeydi yazılmışdır. Belə olan halda işə mahiyyəti üzrə baxan məhkəmələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2-ci maddəsinin tələblərini pozmuşlar. Qeyd edilən maddəyə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miraas qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
30. X6 İddiaçı1 qoyduğu vəsiyyətnamə vardır və hazırki müddətə qədər də həmin vəsiyyətnamə etibarlıdır. Cavabdeh2 adına isə qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir.
31. Bundan əlavə, işə mahiyyəti üzrə baxan məhkəmələr iddiaçıların vərəsəliyə çağırıldıqlarını bildikləri və bilməli olduqları gündən qanunla müəyyən edilmiş müddətdə mirasın qəbul edilməsi üçün hər hansı hərəkət etmədiklərinə istinad etmişlər və istinadlarını Cavabdeh2 mərhumun ölümü barədə iddiaçılara telefonla məlumat verməsinə dair izahatına və cavabdehin məhkəməyə təqdim etdiyi şahid ifadələrinə uyğun əsaslandırmışlar. Lakin iş materialları ilə iddiaçıların mərhumun ölümü barədə vaxtında məlumatlandırılmaları müəyyən edilmir. Əksinə, iş materialları ilə müəyyən edilir ki, iddiaçılar mirasın qəbul edilməsi üçün tələb olan hərəkət və sənədləşmələrin həyata keçirilməsi üçün 02 aprel 2019-ci ildə İddiaçı1, 03 aprel 2019-ci ildə İddiaçı2 mirasın qəbulu barədə ərizə vermək, vərəsəlik hüququna dair şəhadətnamə almaq, həmin hərəkətlərin edilməsi üçün Arif Qurbanovun adına etibarnamə göndərmişlər. Mülki Məcəllənin 1245-ci maddəsinə görə də vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər.
32. Buradan da görünür ki, mirasın qəbulu ilə bağlı İddiaçı1 və İddiaçı2 aşkar iradə ifadəsi irəli sürmüşlər. İddiaçıların tapşırığını yerinə yetirən Arif Qurbanov həmin etibarnamələr əsasında İddiaçı1 göndərdiyi vəsiyyətnaməni də Mingəçevir şəhər “Asan Xidmət Mərkəzi”nin N otariat Ofisinə təqdim etmiş, notariatın göstərişinə əsasən vəsiyyətnamənin etibarlığının müəyyən edilməsi üçün İddiaçı1 adından Dövlət Notariat Arxivinə müraciət edilmiş və 21 may 2019-cu ildə həmin vəsiyyətnamənin qüvədə olması qeydi yazılmışdır. X18 vəsiyyətnaməsinin İddiaçı1 tərəfindən qorunması, həmin vəsiyyətnamənin qüvvədə olub-olmamasının müəyyən olunması üçün Dövlət Notariat Kontoruna olan müraciət, Arif Qurbanovun adına mirasın qəbulu ilə bağlı hərəkətlərin edilməsinin konkret göstərildiyi etibarnamələrin göndərilməsi, İddiaçı1 və İddiaçı2 mirasın qəbulu ilə bağlı faktiki hərəkətlərini təsdiq edir.
33. Cavabdeh2 isə Şəki rayon “Asan xidmət Mərkəzi”nin Notariat ofisinə müraciət etmiş və ondan başqa Şamil Məhərrəmovun vərəsəsi olmadığı barədə rəsmi ərizə verərək qanun üzrə vərəsəli k şəhadətnaməsi almışdır. Halbuki, Cavabdeh2 Şamil Məhərrəmovun vərəsələri olması barədə əvvəlcədən məlumatlı olmuşdur və bunu o, vermiş olduğu izahatında da göstərmişdir. İşə baxan məhkəmələr isə bu hala da heç bir hüquqi qiymət verməmişlər.
34. Kassasiya instansiyasının mövqeyi belə olmuşdur ki, işə mahiyyəti üzrə baxan məhkəmələr ilkin olaraq miras əmlakın qəbul edilməsi ilə bağlı hərəkətlər etməsinə dair iş materiallarında olan sübutları, həmçinin iddiaçılardan İddiaçı1 adına olan vəsiyyətnamənin məzmununu və həmin vəsiyyətnamənin qüvvədə olmasını araşdırmamış, obyektiv həqiqətə nail olunması üçün ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
35. Şəki Apellyasiya Məh kəməsi Mülki Kollegiyasının 2(107)-195/2021 nömrəli, 06 may 2021-ci il tarixli qətnaməsi ilə аpellyаsiyа şikаyəti təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli, 2(075)-103/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin edilmiş, İddiaçı1 mərhum atası X5 miras qalmış əmlaka vərəsəlik hüququnun tanınması, mirası qəbul etmiş sayılması, X5 miras qalmış ünvan 1ində yerləşən 0.25 ha ümumi birgə torpaq sahəsi və onun üzərində tikilmiş olan 44.10 kv. metr olan daşınmaz əmlaka dair Cavabdeh2 adına verilmiş 2V-988 reyestr nömrəli 06 avqust 2019-cu il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız sayılması, vərəsəlik şəhadətnaməsi əsasında Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi, Mingəçevir şəhəri V.Hüseynov küçəsi 10/96 saylı evin 10 saylı mənzilin 2 otağının ¾ hissəsinə, digər 1 otağın ¼ hissəsinə və ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin ½ hissəsinin ¾ hissəsinə, o cümlədən ünvan 1ində yerləşən torpağın ½ hissəsinin ¾ hissəsi və orada inşa edilmiş 44.10 kv.metr yaşayış evinin ¾ hissəsinə İddiaçı1 miras payının müəyyən edilməsi, iddia tələbinin İddiaçı2 münasibətdə və qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakimlər Vəzirxan Məlikov (sədrlik edən və məruzəçi), Rövşən Rəfiyev, İmanverdi Şükürov)
36. Apellyasiya instansiyasının mövqeyinə görə birinci instansiya məhkəməsi X4 ölümündən sonra ondan miras qalmış əmlakın qəbul edilməsi ilə bağlı xüsusatları tam araşdırmamışdır. Belə ki, ilkin olaraq mirasa daxil olan əmlaklar müəyyən edildikdən sonra həmin mirası qəbul etmək səlahi yyəti olan şəxslərin dairəsi müəyyən edilməlidir. Mülki işdə X4 ölümündən sonra ondan miras qalmış əmlakı birinci növbədə kimlərin qəbul etmək səlahiyyəti olması, onlardan hansıların mirası qəbul edib etməməsi ətraflı araşdırılmalıdır.
37. Apellyasiya instansiyası hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 08 sentyabr 2020-ci il tarixli qərarında şərh edilən göstərişlər əsasında müvafiq sorğular etməklə və məhkəmə iclasında aparılan araşdırma ilə müəyyən etmişdir ki, X12 tərəfindən 03.04.1995-ci il tarixdə İddiaçı1 adına qoyulmuş vəsiyyətnamənin 05.04.2021-ci ilədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivdə heç bir məlumat yoxdur.
38. İddiaçılar doğma bacılardır. X3, anaları X8muşdur. İddiaçıların valideyinləri 1980-81-ci illərdə boşandığından hər ikisi anaları ilə birgə Rusiya Federasiyasına köçmüşlər. X17 08 mart 1991-ci ildə Cavabdeh2 ilə rəsmi nikaha girmişdir. Onların X17 03 aprel 1995-ci il tarixli vəsiyyətnamə ilə Mingəçevir şəhəri V.Hüseynov küçəsi ev 10/96, mənzil 10-da yerləşən 3 otaqlı yaşayış evinin 2 otağını və digər əmlaklarını İddiaçı1, 1 otağını isə eyni tarixli digər vəsiyyətnamə ilə arvadı Cavabdeh2 vəsiyyət etmişdir. Hazırda həmin vəsiyyətnamələr qüvvədədir. İddiaçıların X17 15 dekabr 2018-ci ildə vəfat etmişdir.
39. Cavabdeh2 ünvan 1 İcra nümayəndəliyinin 28 may 2019-cu il tarixli, 202 nömrəli vərəsəliyə dair arayışını notariat orqanına təqdim etmişdir. Həmin arayışda mərhum Şamil Məhərrəmovun yeganə vərəsəsi Cavabdeh2 olduğu göstərilmişdir. Odur ki, onun adına mərhum X19 rayonu, Cəyirli kəndindəki 44,10 kv metr sahəsi olan yaşayış evinə dair vərəsəlik şəhadətnaməsi verilmilşdir. İddiaçılara X17un vəfat etməsi 31 mart 2019-cu il tarixdə məlum olmuşdur. İddiaçı Moskva şəhərində yaşadığı üçün imkanı olmadığıdan mirasın acıldıqı ünvana gələ bilməmişdir. Buna görə də İddiaçı1 02 aprel 2019-cu il tarixdə yaxın qohumu X11 Moskva şəhərindən etibarnamə göndərərək nümayəndəsinin vasitəsilə mirasın qəbul edilməsi ilə bağlı səlahiyyətlərini ona vermişdir.
40. Göründüyü kimi, iddiaçı mülki qanunvericiliyin müəyyən etdiyi qaydada mirası nümayəndəsi vasitəsilə qəbul edilməsi ilə bağlı hərəkətlər həyata kecirmiş, lakin vərəsəlik şəhadətnaməsini iradəsindən asılı olmayaraq ala bilməmişdir.
41. Apellyasiya instansiyası müəyyən etdiyi işin faktiki hallarına əsasən hesab edib ki, iddiaçı mirası həm vəsiyyətnamə, hə m də notariat orqanına müraciət etməklə qəbul etmişdir.
42. Apellyasiya instansiyası birinci instansiya məhkəməsində izahatları alınan cavabdeh və şahidlərin İddiaçı1 onun atası Şamil Məhərrəmovun 15 dekabr 2018-ci ildə ölməsi barədə səhəri günü telefon vasitəsilə xəbər verilməsi fikri ilə əlaqədər qeyd edib ki, cavabdeh bu barədə hər hansı telefon zənginin olduğunu təsdiq edən sübut təqdim etməmişdir.
43. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh2 ləyaqətsiz vərəsə hesab edilməsi tələbi ilə bağlı qeyd edib ki, Cavabdeh2 X22 öldükdən sonra onun yeganə varisi olması barədə Cəyirli kənd İcra nümayəndəliyinin arayışını notariat orqanına təqdim edərək mərhumun Cəyirli kəndindəki evinə dair vərəsəlik şəhadətnaməsini almış və nəticədə həmin evə dair mülkiyyət hüququ qeydə alınaraq ona Çıxarış verilmişdir. Halbuki Mingəçevir şəhər qeydiyyat şöbəsinin 09 avqust 2019-cu il tarixli 05/76/882/12 saylı arayışından görünür ki, Cavabdeh2 başqa onun İddiaçı1 və İddiaçı2 mərhum X17un vərəsələri olmuşdur. Cavabdeh2 adına vərəsəlik şəhadətnaməsinin ona verilməsi üçün miras qoyanın son iradəsinin həyata keçirilməsinə qarşı heç bir qərəzli hərəkət etməmiş, notariat orqanı yalnız icra nümayəndəliyi tərəfindən verilmiş arayışa istinad edərək onu mərhum Şamil Məhərrəmovun yeganə vərəsəsi hesab edərək ona vərəsəlik şəhadətnaməsi vermişdir. Buna görə də iddiaçıların Cavabdeh2 ləyaqətsiz vərəsə edilməsi barədə iddia tələbi əsassızdır.
44. Apellyasiya instansiyası həmçinin qeyd edib ki, digər İddiaçı2 nə vəsiyyətnamə üzrə, nə də qanun üzrə atasından qalmış miras əmlakı qəbul etməmişdir. Odur ki, iddia tələbi İddiaçı2 münasibətdə təmin edilə bilməz.
45. Apellyaisya məhkəməsi mövqeyini Mülki Məcəllənin 337.1-337.4, 1133.1, 1133.2, 1137, 1145, 1146, 1151.1, 1159.1.1, 1193, 1243.1- 1243.3 və 1245-1247-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
45. İddiaçılar (vəkil Nümayəndə) qətnamədən kassasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişlər.
47. Kassasiya şikayətinin dəlilləri: - hazırki iş üzrə Ali Məhkəmənin qərarında İddiaçı2 da mirası qəbl etdiyi ilə bağlı göstərişlər olsa da, apellyasiya məhkəməsi yelena məhərrrəmovaya münasibətdə iddianı təmin etməmişdir. Halbuki, İddiaçı2 da İddiaçı1 kimi atasının ölümündən xəbər tutandan 3 gün son ra 03 aprel 2019-cu il tarixdə Arif Qurbanova mirasın qəbulu ilə bağlı hərəkətlər etməsi üçün etibarnamə vermişdir; - cavabdehin ləyaqətsiz vərəsə sayılması barədə iddianın təmin edilməyən hissəsi də əsassızd. Çünki cavabdeh miras qoyanının başqa vərəsələri olması barədə məlumatları notariat kontoruna verməyib. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
48. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdur c) Kassasiya icraatı iştirakçılarının izahatları
49. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, iddiaçılar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Cavabdehlər Cavabdeh2 məhkəmə kollegiyasına teleqram, Şəki Regional Cavabdeh1tariat Ofisinin xüsusi notariusu isə məktubla müraciət edərək, iş onlar ın iştirakı olmadan baxılmasını xahiçş etmişlər. Buna görə də məhkəmə kollegiyası MPM-in 415.3cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1137. Miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (lə yaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sah iblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiy ası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgü n qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
50. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
51. Kassasiya şikayətində iddiaçılar apellyasiya ins tansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin İddiaçı2 münasibətdə iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab etmir.
53. Ali Məhkəmənin hazırki iş üzrə qərarında mirasın qəbul edilməsi ilə bağlı 02 aprel 2019-ci ildə İddiaçı1, 03 aprel 2019-ci ildə isə İddiaçı2 Arif Qurbanovun adına etibarnamə vermələrinə qiymət verilməməsi qeyd edilmişdir.
54. İkinci dəfə işə baxan apellyasiya məhkəməsi İddiaçı1 02 aprel 2019-cu il tarixdə yaxın qohumu X11 Moskva şəhərindən mirasın qəbul edilməsi ilə bağlı etibarnamə göndərməsini mülki qanunvericiliyin müəyyən etdiyi qaydada mirasın qəbulu kimi qiymətləndirmişdir. Lakin digər İdd iaçı2 münasibətdə iddianı təmin etməyən apellyasiya məhkəməsi qeyd edib ki, İddiaçı2 nə vəsiyyətnamə, nə də qanun üzrə atasından qalmış miras əmlakı qəbul etməmişdir. Halbuki İddiaçı2 da eyni məzmunlu 03 aprel 2019-cu il tarixli etibarnamə ilə onun adından atasından qalan mirası qəbul etməsi barədə qohumu Arif Qurbanova etibarnamə vermişdir. Bu baxımdan, apellyasiya məhkəməsi bir tərəfdən mirasın qəbulu ilə bağlı etibarnamənin verilməsini İddiaçı1 münasibətdə mirasın qəbuluna yönəlmiş hərəkət kimi qəbul etmiş, digər tərəfdən eyni məzmunlu etibarnamənin olmasına baxmayaraq İddiaçı2 mirası qəbul etməməsi nəticəsinə gəlməklə ziddiyyətli mövqe nümayiş etdirmişdir. Bir halda ki, apellyasiya məhkəməsi İddiaçı1 tərəfindən etibarnamənin verilməsini mirasın qəbuluna yönəlmiş hərəkət kimi qəbul ed ib, belə olan halda İddiaçı2 da 03 aprel 2019-cu il tarixli etibarnamə verməsinin mirasın qəbuluna yönəlmiş hərəkət olub-olmamasına qiymət verməli idi.
55. Bu da onu göstərir ki, apellyasiya məhkəməsi mirasın iddiaçılar tərəfindən qəbulu ilə bağlı Ali Məhkəmənin hazırki iş üzrə qərarında şərh edilən göstərişlərə tam əməl etməmiş, yalnız İddiaçı1 verdiyi 02 aprel 2019-ci il tarixli etibarnamə üzrə araşdırma aparmış, İddiaçı2 03 aprel 2019-ci ildə verdiyi etibarnamə məhkəmə tədqiqatından kənarda qalmışdır.
56. Bu baxımdan, məhkəmə kollegiyası İddiaçı2 iddia tələbinin təmin edilməyən hissəsində apellyasiya məhkəməsinin mövqeyini əsaslı saymır.
57. İddiaçı2 münasibətdə iddianın təmin edilməyən hissəsində apellyasiya məhkəməsinin mövqeyi düzgün olmadığı üçün İddiaçı1 ilə Cavabdeh2 miras əmlakda kı paylarının müəyyən edilməsi ilə bağlı gəlinən nəticə də düzgün deyil. Çünki İddiaçı2 münasibətdə iddianın təmin oluna biləcəyi halda miras əmlakdakı payların həcmi də dəyişə bilərdi.
58. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qətnaməsi İddiaçı2 iddia tələbinin təmin edilməyən və İddiaçı1 ilə Cavabdeh2 miras əmlakdakı paylarının həcminin müəyyən edilən hissələrində ləğv edilməlidir.
59. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası Cavabdeh2 ləyaqətsiz vərəsə hesab edilməsi hissəsində iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlib. Həmin hissədə işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən hallarından görünür ki, Cavabdeh2 adına vərəsəlik şəhadətnaməsinin ona verilməsi üçün miras qoyanın son iradəsinin həyata keç irilməsinə qarşı heç bir qərəzli hərəkət etməmiş, notariat orqanı yalnız icra nümayəndəliyi tərəfindən verilmiş arayışa istinad edərək onu mərhum Şamil Məhərrəmovun yeganə vərəsəsi hesab edərək ona vərəsəlik şəhadətnaməsi vermişdir.
60. Məhkəmə kollegiyası Cavabdeh2 ləyaqətsiz vərəsə hesab edilməsi barədə iddianın təmin edilməyən hissəsində apellyasiya məhkəməsinin hazırki qərarın 42-ci bəndində əks olunan mövqeyi ilə razılaşır.
61. Qanunvericilik vərəsənin ləyaqətsiz vərəsə olmasını o halda qəbul edir ki, həmin vərəsə miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətsin və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş olsun, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı q əsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş olsun. İşin müəyyən edilən halından da görünür Cavabdeh2 ləyaqətsiz vərəsə hesab edilməsi üçün qanunda nəzərdə tutulmuş şərtlər mövcud deyil. Bu baxımdan Cavabdeh2 ləyaqətsiz vərəsə hesab edilməsi barədə iddianın təmin edilməyən hissəsində apellyasiya məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi maddi hüquq norması işin həmin hissədə müəyyən edilmiş halına uyğun olmuşdur.
62. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi İddiaçı2 iddia tələbinin təmin edilməyən və İddiaçı1 ilə Cavabdeh2 miras əmlakdakı paylarının həcminin müəyyən edilən hissələrində ləğv edilməli, iş həmin hissələrdə yeni apelyasiya baxışına qaytarılmalı, işə yen idən baxan məhkəmə hazırki qətnamənin qeyd edilən hissələrdə ləğv olunma əsası kimi şərh edilən pozuntuları aradan qaldırmalı və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməli, qətnamə Cavabdeh2 ləyaqətsiz vərəsə hesab edilməsi barədə iddianın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanmalıdır.
63. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-195/2021 nömrəli, 06 may 2021-ci il tarixli qətnaməsi İddiaçı2 iddia tələbinin təmin edilməyən və İddiaçı1 ilə Cavabdeh2 miras əmlakdakı paylarının h əcminin müəyyən edilən hissələrində ləğv edilsin, iş həmin hissələrdə yeni apellyasiya baxışına qaytarılsın. Qətnamə Cavabdeh2 ləyaqətsiz vərəsə hesab edilməsi barədə iddianın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.