Məhkəmə qərarları › İş №2(107)-1028/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1028/2020

07.05.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Vərəsəlik hüququ üzrə mübahisələr - Sair mülki iş - Ləyaqətsiz vərəsə hesab edilməsi - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1028/2020 07.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(075)-103/2020 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndələri və vəkili X18 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim Cahid İmanov) xx xxxxxx 2020-ci il tаrixli 2(075)- 103/2020 nömrəliqətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Şəki Regional Cavabdeh1tariat Ofisi və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilmiş hesab edilməsi, notariat kontorundan verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız sayılması, mülkiyyətdən çıxarışın ləğv edilməsi, cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi, 1-ci növbə vərəsələrin mülkiyyət payının müəyyən olunması” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra iddiaçı və ya İddiaçı1 və İddiaçı2) cavabdehlər Cavabdeh2, Şəki Regional Cavabdeh1tariat Ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X42 (bundan sonra cavabdeh və ya Cavabdeh2, Şəki Regional Cavabdeh1tariat Ofisi və DƏDRX-nin 12 saylı X49) qarşı iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, onların vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilmiş hesab edilməsi, X3ndan miras qalmış Şəki şəhəri Cəyirli kəndində yerləşən 0.25 ha ümumi birgə torpaq sahəsi və onun üzərində tikilmiş olan 44.10 kv. metr olan daşınmaz əmlaka Cavabdeh2 adına verilmiş 2V-988 reyestr nömrəli xx xxxxxx 2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, vərəsəlik şəhadətnaməsi əsasında Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi, Cavabdeh2 ləyaqətsiz vərəsə hesab edilməsi və Mingəçevir şəhəri V.Hüseynov küçəsi 10/96 saylı evin 10 saylı mənzilinə və ünvan 2ində yerləşən 0.25 ha ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi və orada inşa edilmiş 44.10 kv. metr yaşayış evinə yalnız onların miras payılarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçıların nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında izahatında bildirmişdir ki, iddiaçılar doğma bacıdırlar. X3, anaları X19muşdur. İddiaçıların valideynləri təxminən 1980-81-ci illərdə boşandığından onların hər ikisi anaları ilə Rusiya Federasiyasına köçmüşlər. X43 xx xxxx 1991-ci ildə Cavabdeh2 ilə rəsmi nikaha girmişdir. Şamil Məhərrəmov ölənə qədər ünvan 1 mənzil 10da qeydiyyatda olmaqla yaşamış və ölüm akt qeydi xx xxxxxx 2018-ci ildə Mingəçevir «Asan xidmət» Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmişdir. ünvan 1 mənzil 10 ünvanda yerləşən mənzil xx xxxx 1992-ci ildə iddiaçıların atalarının adına özəlləşdirilərək mülkiyyət hüququ ilə onun adına qeydə alınmışdır. Şamil Məhərrəmov xx xxxxx 1995-ci ildə bütün əmlakını, o cümlədən Mingəçevir şəhəri A.Koşevoy küçəsi ev 10/96, mənzil 10-da yerləşən şəxsi 3 otaqlı yaşayış evinin 2 otağını və əmlakını İddiaçı1 vəsiyyət etmişdir. Ayağının biri kəsilmiş yataq xəstəsi olan analarına iddiaçılar baxdıqlarından tez-tez Mingəçevir şəhərinə gələ bilməmişlər. Buna görə də ataları ilə teztez görüşə bilməmişlər. Lakin iddiaçılar ataları ilə daima telefon əlaqəsi saxlamışlar. xx xxxxx 2019-cu il tarixdə iddiaçılara məlum olmuşdur ki, ataları Şamil Məhərrəmov vəfat etmişdir. Həmin vaxta qədər iddiaçılar Cavabdeh2 ilə bir neçə dəfə telefon əlaqəsi saxlamış və həmin vaxt Elmira Yelenaya bildirmişdir ki, atası ağır xəstədir və danışa bilimir. xx xxxxx 2019-cu il tarixdə iddiaçıların bibisinin əri Arif Qurbanov onlarla telefon əlaqəsi saxlayaraq atalarının ölümündən xəbərdar etmişdir. xx xxxxx 2019-cu ildə İddiaçı1 bibisinin əri Arif Qurbanovun adına etibarnamə vermişdir ki, vərəsəlik işlərini həll etsin. Arif Qurbanov etibarnaməni aldığı gün Mingəçevir şəhər Notariat Kontoruna müraciət etmiş, oradan isə vərəsəliyin açılması ilə bağlı sənədlərin siyahısı ona təqdim edilmişdir. Atasının İddiaçı1 qoyduğu vəsiyyətnamənin etibarlığını müəyyən etmək üçün Notariat Arxivinə onun adından müraciət olunmuş və xx xxx 2019-cu il tarixdə müvafiq qeyd aparılmışdır. Ancaq İddiaçı1 Arif Qurbanova verdiyi etibarnamə ilə hüquqi hərəkətlər aparmaq mümkün olmadığından yenidən vəkilinin adına etibarnamə göndərmək məcburiyyətində qalmışdır. xx xxxxxx 2019-cu il tarixdə Mingəçevir şəhər Qeydiyyat şöbəsindən ölüm yeri və vərəsələr dairəsi barədə arayışları əldə edib Mingəçevir «Asan xidmət» X15 müraciət etdikdə iddiaçıya məlum olmuşdur ki, xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh2 adına Şəki Regional «Asan Xidmət» X25 tərəfindən qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmiş və miras qoyulan əmlak ünvan 2ində yerləşən fərdi yaşayış evi və ümumibirgə mülkiyyətdə olan 0.25 ha torpaq sahəsindən ibarətdir. Sorğularına xx xxxxxxxx 2019-cu il tarixdə verilmiş xx xxxxxx 2019-cu il tarixli məktubdan məlum olmuşdur ki, Cavabdeh2 iddiaçıların vərəsə olmalarını gizlətmiş, cavabdeh notariat ofisi qanunla müəyyən edilmiş qaydada əldə etməli olduğu sənədləri aidiyyatı olmayan orqanlardan əldə etməklə yalan məlumatlar əsasında cavabdehin adına vərəsəlik şəhadətnaməsi vermişdir. Həmin şəhadətnamə əsasında Cavabdeh2 xx xxxxxx 2019-cu il tarixdə adına çıxarış almışdır. Notariat ofisinin təqdim etdiyi arayışlardan görünür ki, Güllü X2 başqa varisi olmamasına dair ərizə ilə müraciət edərək arayış almış, Şəki şəhər İHB-nin Cəyirli kənd İƏD-nin nümayəndəsi də onun ərazisində yaşayış yeri üzrə qeydiyyatı olmayan X10 varisləri barədə saxta arayış tərtib etmişdir. İddiaçıların atalarından qalan Mingəçevir şəhəri V.Hüseynov küçəsi 10/96 saylı evin 10 saylı mənzildə isə heç kəs qeydiyyatda yoxdur. Mənzilin xidmət haqqını İddiaçı1 nümayəndəsi Arif Qurbanov vasitəsilə ödəmişdir. Məhkəməyə təqdim edilən sənədlər zaman tələb etdiyindən iddianı hazırda qaldırmışlar. İddiaçılar atalarının vəfatından xx xxxx 2019-cu ildə xəbərdar olduqdan sonra dərhal etibarnamə göndərmişlər, xx xxx 2019-cu il tarixdə vəsiyyətnamənin qüvvədə olması barədə iddiaçılara rəsmi cavab verilmişdir. Bundan sonra İddiaçı2 Mingəçevir «Asan xidmət» X15 mirasın qəbulu ilə bağlı xx xxxx 2019-cu il tarixdə nümayəndəsi vasitəsilə müraciət etmişdir. Əlavə olaraq bildirdi ki, iddiaçılar Moskvada xəstə olan analarına baxmağa məcbur olduqlarından atalarının yas mərasimlərinə gələ bilməmişlər, həmçinin bu günə qədər də gələrək atalarının qəbrini ziyarət etməmişlər. Hesab edir ki, iddia əsaslıdır və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən Cavabdeh2 izahatında bildirmişdir ki, o, 1984-cü ildə Şamil Məhərrəmovla qeyri-rəsmi ailə qurmuş və həmin vaxtdan ünvan 2ində yerləşən hazırda mübahisələndirilən evə gəlin köçərək yaşamağa başlamışlar. Lakin Şamillə aralarında olan nikahlarını 1991-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahdan uşaqları olmamışdır. O, Şamil Məhərrəmov ilə ailə qurarkən Şamil ona bundan əvvəl də ailəsinin olduğunu, lakin birinci arvadından böşandığını, birinci evliliyindən 1957ci il təvəllüdlü Elmira və 1962-ci il təvəllüdlü Yelena adlı 2 övladlarının olduğunu və həmin uşaqların təxminən 1980-ci ildən etibarən anaları ilə birlikdə Moskva şəhərində yaşadığını bildirmişdir. Çəyirli kəndində olan ev Şamilə anası tərəfindən vəsiyyət edilmişdir. Şamilin Mingəçevir şəhərində də 3 otaqlı evi olmuş, əvvəlki ailəsi və uşaqları ilə 80-ci illərədək orada yaşamışdır. Lakin Şamil 1984-cü ildə onunla evlənəndən sonra daimi olaraq Çəyirli kəndindəki evlərində yaşamış, Mingəçevirdə olan evdə yaşamamış, lakin arabir ora baş çəkmək üçün gedib-gəlmişdir. Həmin evin bütün kommunal xərcləri Şamil vəfat edənədək onun tərəfindən ödənilmiş, hal-hazırda isə həmin xərclər özü tərəfindən ödənilir. Hazırda qeyd edilən evdə vaxtilə Şamilin təmənnasız yerləşdirdiyi əlil və ailəsi yaşayır. X44 xx xxxxx 1995-ci il tarixdə Mingəçevir şəhərində yerləşən 3 otaqlı evinin 2 otağını qızlarından biri olan İddiaçı1 vəsiyyət etmişdir. Şamilin qızlarını öz övladı hesab etmişdir. Şamilin qızları lap əvvəllər bir neçə dəfə gələrək atalarına baş çəkmişlər. Lakin sonralar yalnız telefonla əlaqə saxlamışlar. Təxminən 2012-ci idə Elmira atasını yoxlamaq üçün öz qızı ilə birlikdə Çəyirli kəndinə gəlmişdir. Həmin vaxt Elmiranın qızına qızıl sep hədiyyə etmişdir. Bundan başqa xx xxxxx 1995-ci il tarixli vəsiyyətnamə həmişə onda olmuş və həmin vəsiyyətnaməni də 2012-ci ildə Elmiranın özünə vermişdir. Həmin ziyarət övladlarının axırıncı gəlişi olmuşdur. Şamil xx.xx.2018-ci il tarixdə vəfat etmiş, xx xxxxxx 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alaraq ünvan 2i ünvanında yerləşən 0.25 ha ümumi birgə torpaq sahəsi və onun üzərində tikilmiş olan ümumi sahəsi 44.10 kv/m olan daşınmaz əmlak olan evi öz adına rəsmiləşdirmişdir. O, Şamilə həmişə qayğı ilə yanaşmış, uşaqları olmasa da mehriban yaşamışlar. Hətta Şamilin anası olan qaynanasına da qayğı ilə yanaşmışdır. X44 2018-ci ilin sonlarına doğru xəstələnmiş və xx xxxxxx 2018-ci il tarixdə axşam saat 10:00 radələrində 86 yaşında vəfat etmişdir. Səhərisi günü bu barədə telefon vasitəsilə Elmiraya xəbər vermiş, Elmira isə telefonda sadəcə “Allah rəhmət etsin” demişdir. Yelena azərbaycan dilini bilmir, Elmira isə az da olsa bildiyindən telefonda onunla danışmışdır. O, ərinin qızlarının varis olduqlarını heç kimdən gizlətməmişdir. Hətta gizlətmiş olsa belə iddiaçının bildirməsinə görə xx xxxxx 2019-cu il tarixdə iddiaçılara atalarının vəfat etməsi məlum olmasına baxmayaraq onlar bu günə qədər atalarının yasına gəlməmişlər. X35 bütün yas mərasimini və dəfn xərclərini özü çəkmiş, qəbir və baş daşı ilə bağlı xərclər də onun tərəfindən qarşılanmışdır. Şamil Mingəçevirdəki evin 2 otağını Elmiraya vəsiyyət etsə də, qızlarının atalarından qalan miras əmlakla bağlı hər hansı tələbləri yoxdur. Bütün bu iddiaların arxasında Şamilin bacısının əri Arif Qurbanov durur. Qızlar onun xətrini çox istəyir, əgər onlar dəqiqliklə bilsələr ki, Arif həmin evə özü yiyələnmək istəyir onlar bu barədə iddia qaldırmazdılar. Əgər Elmira gəlib ondan Mingəçevirdəki evi tələb etsə, notariusa gedərək evi bütövlükdə onun adına keçirilməsinə razılıq verər. Lakin hal-hazırkı işlərin arxasında duran Arif Qurbanova evin verilməsinə razı olmayacaqdır. O, artıq uzun illərdir ki, Cəyirlidəki həmin evdə yaşayır və gedəcək başaqa bir evi yoxdur. Hesab edir ki, iddia əsassızdır və iddianın təmin edilməməsini xahiş edir. Birinci instansiya məhkəməsində iş üzrə şahid qismində dindirilmiş X27 ifadə verərək göstərmişdir ki, iddiaçılar onun qaynı Şamilin qızlarıdır. Yəni Şamilin bacısı onun həyat yoldaşıdır. Bildirdi ki, Şamil iki dəfə ailəli olmuşdur. Birinci arvadı rus olmuş və həmin nikahdan iki övladı olmuşdur. Şamil birinci arvadından təxminən 1980-ci illərdə boşanmış, qızları anaları ilə birlikdə yaşamaq üçün Rusiya Federasiyasına getmiş və bu günə qədər də orada yaşayırlar. Lakin qızları arabir Şəkiyə gələrək atalarını yoxlamışlar. Şamil 2018-ci ilin dekab ayında vəfat etmişdir. Qızları atalarının vəfatından təxminən 4 ay sonra, 2019-cu ilin aprel ayının əvvəllərində xəbər tutmuşlar. Bundan sonra Elmira ona etibarnamə yollayaraq atasından qalan vərəsəlik işlərinin həll edilməsini xahiş etmişdir. Qızları atalarının vəfatını bilsələr də, onun dəfnində və yas mərasimlərində iştirak etməmişlər. Onlar bu günə qədər gəlib atalarının qəbrini ziyarət etməmişlər. Birinci instansiya məhkəməsində iş üzrə şahid qismində dindirilmiş X32 ifadə verərək göstərmişdir ki, 36 ildir ki, Güllü və mərhum Şamil ilə qonşudur, onların ailəsini yaxşı tanıyır. Şamilin Güllüdən əvvəl də arvadı olmuş, ondan da 2 qızı olmuşdur. Lakin Şamilin qızlarını lap çoxdan görmüşdür. Şamilin qızlarını Çəyirli kəndində heç vaxt görməmişdir. Şamil 1980-ci illərdən demək olar ki, Çəyirli kəndində yaşamışdır. Şamillə Güllü 1984-cü ildən ər-arvad kimi yaşamağa başlamışlar. Lakin yaxınlarda öyrənmişdir ki, onlar aralarındakı nikahlarını 1991-ci ildə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından uşaqları olmamışdır. Şamil ölümündən qabaq xəstə olmuş, ölümünə 20 gün qalmış yıxıldığından ağrılardan əziyyət çəkmişdir. Bir qonşu kimi demək olar ki, hər axşam onu yoxlamağa getmişdir. O, Şamilə ölməmişdən qabaq qızlarına zəng vurmasını demiş, lakin lazım deyil “onlar gəlməz” demişdir. Həyat yoldaşı Güllü Şamilə həm əvvəllər, həm də xəstə olanda xüsusi qayğı ilə baxmışdır. Şamilin anası da qocalıb ölənə qədər ona Güllü baxmışdır. Şamilin qardaş-bacısı olmuş, lakin onlar Şamildən əvvəl vəfat etmişlər. Şamil öldüyü günün səhəri X6 zəng vuraraq atasının öldüyünü deməsinin şahidi olmuşdur. Ancaq Şamil öldükdən sonra qızları onun yasına gəlməmişlər, bütün yas mərasimlərini Güllü keçirmişdir. Şamilin qəbirüstü abidəsi də Güllü tərəfindən qoyulmuşdur. Hələ bu günədək Şamilin qızları atasının qəbrini ziyarət etmək üçün belə kəndə gəlməmişlər. Birinci instansiya məhkəməsində iş üzrə şahid qismində dindirilmiş X4 ifadə verərək göstərmişdir ki, o, 1974-cü ildən Cəyirli kəndində yaşayır. Güllünü isə 1984-cü ildən tanıyır. X39 əri olmuşdur. Şamilin Güllüdən əvvəl də ailəsi və 2 qızı olmuşdur. Şamilin qızlarından yalnız Elmiranı çox illər qabağa kəndə gəldiyini görmüşdür. Həmin vaxt Elmira kəndə öz qızı ilə gəlmişdir. Həmin vaxt Güllü Elmiranın qızına qızıl sep hədiyyə etmişdir. Şamil qoca olduğundan son vaxtlar ağır xəstə olmuş, Güllü ona qulluq göstərmişdir. Şamilin anasına da Güllü baxmışdır. Şamil öldüyü günün səhəri Güllü Şamilin qızına zəng vuraraq atasının öldüyünü demişdir. Ancaq qızları atalarının yas mərasiminə gəlməmişlər. Yas mərasimlərini qonşuların da dəstəyi ilə Güllü keçirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X20 ifadə verərək göstərmişdir ki, o, 10-15 yaşından mərhum Şamili tanımışdır. Güllü 1984-cü ildən Şamillə ər-arvad kimi yaşamağa başlamışlar. Şamilin Güllüdən əvvəl də ailəsi və 2 qızı olmuşdur. O, Şamilin qızlarını görməmişdir. Ancaq Şamil ölənə qədər qızlarına Kiçik-Dəhnə və ya Zaqatala-Moskva avtobusu ilə Moskvaya qozfındıq ləpəsi, halvadan ibarət sovqat (posılka) göndərmişdir. Şamil öldüyü günün səhəri Güllü Şamilin qızına zəng vuraraq atasının öldüyünü demişdir. Ancaq qızları atalarının yas mərasiminə gəlməmişlər. Yas mərasimlərini qonşuların da dəstəyi ilə Güllü keçirmişdir. Güllü Şamilə və Şamilin vəfat etmiş anasına böyük diqqət və qayğı ilə baxmışdır.Şamilin qəbirüstü abidəsi Güllü tərəfindən qoyulmuşdur. Hələ bu günədək Şamilin qızları atasının qəbrini ziyarət etmək üçün kəndə gəldiyini görməmişlər. Birinci instansiya məhkəməsində iş üzrə şahid qismində dindirilmiş X8 digər şahidlər X32, X4 və X20 ilə eyni məzmunlu ifadə vermişdir . Birinci instansiya məhkəməsində iş üzrə şahid qismində dindirilmiş X33 ifadə verərək göstərmişdir ki, Şamil atasının dayısı oğludur. Şamilin əvvəlki ailəsindən 2 qızı olmuşdur. Qızları atalarına baxmamışlar, yanına gəlib getməmişlər. Şamilin yanında həmişə arvadı Güllü olmuşdur. Ancaq Şamil ölənə qədər qızlarına Kiçik Dəhnə-Moskva avtobusu ilə Moskvaya qoz-fındıq ləpəsi, halvadan ibarət sovqat (posılka) göndərmişdir. Şamil harasa gedəndə onu öz avtomobili ilə aparmışdır. Hətta Şamil 1995-ci ildə Elmiraya vəsiyyətnamə verəndə onu Mingəçevirə avtomobili ilə aparmışdır. Ancaq qızları atalarının yas mərasiminə gəlməmişlər. Şamil öldüyü günün səhəri X14 zəng vuraraq atasının öldüyünü demişdir. Ancaq qızları atalarının yas mərasiminə gəlməmişlər. Yas mərasimlərini Güllü keçirmişdir. Güllü Şamilə və Şamilin vəfat etmiş anasına böyük diqqət və qayğı ilə baxmışdır. Şamilin qəbirüstü abidəsi Güllü tərəfindən qoyulmuşdur. Hələ bu günədək Şamilin qızlarını atalarının qəbrini ziyarət etmək üçün kəndə gəldiyini görməmişlər. Qızları atalarının yas mərasimlərində iştirak etmədikləri kimi, onun yas və dəfni üçün hər hansı vəsait göndərməmişlər. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(075)-103/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(075)-103/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 və İddiaçı2 nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(075)-103/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması haqqında yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı1, İddiaçı2 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər, Şəki Regional Cavabdeh1tariat Ofisi və DƏDRX-in 12 saylı X49 nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: xx xxxx 1977-ci il tarixli vəsiyyətnamənin təsdiq edilmiş surətindən görünür ki, X22 onun ölüm gününə qalmış əmlakını nə olursa-olsun və harada olursa-olsun öz doğma oğlu X1 verilməsini vəsiyyət etmişdir. V-ЖГ 461156 seriya nömrəli Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X21 ilə X12 arasında xx xxx 1991-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 12 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada Məhərrəmova soyadı verilmişdir. xx xxxxx 1995-ci il tarixli vəsiyyətnamənin təsdiq edilmiş surətindən görünür ki, X21 bütün əmlakını, o cümlədən Mingəçevir şəhəri A.Koşevoy adına küçə 10/96 mənzil 10-da yerləşən şəxsi 3 otaqlı mənzilini mülkiyyət hüququ üzrə ona məxsus olan yaşayış evinin 2 otağını və əmlakını İddiaçı1 vəsiyyət etmişdir. AZ-İ 966328 seriya nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 xx xxxxxx 2018-ci il tarixdə Qocalıq səbəbindən Şəki rayonu Cəyirli kəndində ölmüşdür. Şəki Şəhər İHB-ın Cəyirli kənd icra nümayəndəliyi tərəfindən verilmiş 202 nömrəli vərəsəliyə dair arayışdan görünürki, X23 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir və Cavabdeh2 onun varisidir. ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş **********43- 10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2ində yerləşən 44.10 kv.m. sahədən ibarət fərdi yaşayış evi tam və torpaq sahəsi üzrə X10 və torpaq sahəsi üzrə Cavabdeh2 ümumi birgə mülkiyyətində olmuşdur. xx xxxxxx 2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Şəki regional Cavabdeh1tariat ofisinin xüsusi notariusu X28 Azərbaycan Respublikası MM-nin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, xx.xx.2018-ci il tarixdə ölmüş X10 vərəsəsi Cavabdeh2 miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamədə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRXnin X49 tərəfindən 29/7/2019-cu il tarixdə X13 verilmiş **********43-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestridən çıxarışa əsasən ünvan 3i ünvanında yerləşən 0.25 ha ümumi birgə torpaq sahəsi və onun üzərində tikilmiş olan ümumi sahəsi 44.10 kv/m olan daşınmaz əmlak mərhuma məxsus fərdi yaşayış evindən və torpaq sahəsindən ibarətdir. ƏMDK yanında DƏDRX-in 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli,**********43-10301 reyestr nömrəli, çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 2ində yerləşən 44.10 kvm. sahədən ibarət fərdi yaşayış evi Cavabdeh2 tam mülkiyyətindədir. İJ 389241 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 atası X21, anası isə X16. AZ 227452 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı2 atası X21, anası isə X16. İşin həqiqi hаllаrındаn görünür ki, iddia beş hissədən –iddiaçıların vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilmiş hesab edilməsi; X7 miras qalmış Şəki şəhəri Cəyirli kəndində yerləşən 0.25 ha ümumi birgə torpaq sahəsi və onun üzərində tikilmiş olan 44.10 kv. metr olan daşınmaz əmlaka Cavabdeh2 adına verilmiş 2V-988 reyestr nömrəli xx xxxxxx 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması; vərəsəlik şəhadətnaməsi əsasında Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi; Cavabdeh2 ləyaqətsiz vərəsə hesab edilməsi; Mingəçevir şəhəri V. Hüseynov küçəsi 10/96 saylı evin 10 saylı mənzilinə və ünvan 2ində yerləşən 0.25 ha ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi və orada inşa edilmiş 44.10 kv. metr yaşayış evinə yalnız iddiaçıların miras payılarının müəyyən edilməsihissəsindən ibarətdir. Birininci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. İşdən görünür ki, iddiaçıların ilk tələbi miras əmlaklarının qəbul edilməsinin müəyyən edilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. İşdən görünür ki, xx.xx.2019-cu il qeydiyyat tarixli, **********43-10301 reyestr nömrəli, ********** nömrəli Cəyirli kəndində yerləşən 44.10 kv/m. sahədən ibarət fərdi yaşayış evi X10 mülkiyyətində olmaqla miras toplusuna aid olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbəli vərəsələr hesab olunurlar. Göründüyü kimi iddiaçı Cavabdeh2 miras qoyan X9 birinci növbəli vərəsəsi olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1243.1-cü maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1143.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1143.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1243.3-cü maddəsinə görə, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. İşin halından görünür ki, xx.xx.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli **********43-10301 reyestr nömrəli çıxarışa əsasən ünvan 2ində yerləşən 44.10 kv m. sahədən ibarət fərdi yaşayış evi qanun üzrə vərəsəlik şəhadətnaməsi ilə X10 arvadı Cavabdeh2 mülkiyyətinə keçmişdir. X21 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Miras qoyan şəxs X10 ölümündən sonra, yəni miras açıldığı gündən iddiaçılar vərəsə kimi mirası faktiki olaraq qəbul etməmişlər, miras evdə yaşamamışlar, miras əmlaka faktiki olaraq yiyələnməmişlər, miras əmlaka sahiblik etməmişlər, miras əmlakı idarə etməmişlər, mirası qəbul etdiyini şəksiz nümayiş etdirməmiş və bununla da mirası qəbul etməmişlər. Belə ki, iddiaçılar ataları mərhum X21 ölənədək Moskva şəhərində yaşamışlar və rəsmi qeydiyyatda olmuşlar. Hətta iddiaçılara xx.xx.2018-ci il tarixdə xəbər verilməsinə və ya onların vəkillərinin deməsinə görə xx.xx.2019-cu il tarixdə atalarının vəfatından xəbərdar edilmələrinə baxmayaraq onlar yas mərasimlərinə gəlməmiş, həmin yasda iştirak etməmişlər. X10 vəfatından keçən 1 ildən çox olan bu müddət ərzində Şəkiyə gələrək atalarının qəbrini belə ziyarət etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsi mirasın qəbulunun 2 formasını müəyyən etmişdir: 1) vərəsənin notariat orqanına mirası qəbul etmək barədə ərizə verməsi; 2) vərəsənin miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlaması və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı 1-ci formadan istifadə etməmişdir, yəni vaxtında notariat orqanına ərizə verməmişdir. İddiaçı iddia edir ki, ataları onlara vəsiyyətnamə verdiyindən onların atalarının bütün əmlakları üzərində miras payları vardır. Lakin miras qoyan vəsiyyətnaməni yalnız iddiaçılardan birinə, yəni İddiaçı1 münasibətdə vermişdir. Cavabdeh2 Mingəçevirdəki miras əmlakı deyil, məhz Çəyirli kəndindəki evi miras əmlakı kimi qəbul etməklə qanunvericiliyə uyğun olaraq öz adına rəsmiləşdirmişdir. Qeyd edilməlidir ki, Çəyirli kəndində olan miras evinin yerləşdiyi torpaq sahəsi Şamil və Güllünün birgə mülkiyyətlərində olmuşdur. Miras qoyanın Mingəçevir şəhərində olan miras əmlakı indidə miras qoyanın mülkiyyətində qalır. X17 vəfat etdikdən sonra onun yas mərasiminə gəlməmiş, yasda iştirak etməmişlər. İddiaçılar Şəki rayonu Çəyirli kəndində yerləşən miras əmlakında doğulmamış, həmin evdə böyüməmiş, atalarının vəfatından əvvəl və sonra miras evdə yaşamamış, faktiki olaraq miras əmlakı idarə etməmişdir. Belə olan halda iddiaçının mirası 2-ci formadan istifadə etməklə qəbul etdiyi müəyyən olunmur. Bu hal iddiaçının, cavabdehin izahatı ilə təsdiq olunur. İddiaçının miras evdə yaşamadığı təqdirdə miras evə sahiblik etməsi və ya idarə etməsinə yönələn hərəkətlər etməsi müəyyən olunmur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mülki iş üzrə hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instasiya məhkəməsi iddia tələbini həmin hissədə rədd etməklə düzgün nəticəyə gəlmişdir. Mülki Məcəllənin 1243.2-ci maddəsində qeyd olunmuşdur ki, “Vərəsə... əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır”. Göründüyü kimi, bu maddədə “şəksiz nümayiş etdirmə” ifadəsindən istifadə olunmuşdur. Bu isə o deməkdir ki, vərəsə əmlakı mülkiyyətinə qəbul etdiyini digər şəxslərə şəksiz nümayiş etdirməlidir. Vərəsə evə sahiblik etməli, evi idarə etməli, evə yiyələnməlidir. İddiaçıların “miras evə sahiblik etmə”, “mirası idarə etmə”, “miras evə yiyələnmə” əlamətləri müəyyən olunmur. İddiaçılar miras qoyanın sağlığında Azərbaycandan daimi yaşamaq üçün başqa ölkəyə-Rusiya Federasiyasına köçmüş, onların daimi yaşayış yeri olmuş və hazırda da Rusiya Federasiyası vətəndaşları olmaqla Moskva şəhərində yaşayırlar. Məhkəmə kollegiyasının araşdırması zamanı da iddiaçılar tərəfindən mirasın qəbulu faktı öz təsdiqini tapmadı. Belə ki, mirasın qəbul edilmə qaydası isə Mülki Məcəllənin 1243.2-ci maddəsində müəyyən olunmuşdur. Bu maddəyə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Göründüyü kimi, qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) üsullarını müəyyən etmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyünü müəyyən etmək olur. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki “ağalıq” edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi. Kollegiya qeyd edir ki, qanunun mənasına görə vərəsə tərəfindən mirasın kütləsinə daxil olan əmlaklardan hər hansı birinin qanunla müəyyən olunmuş qaydada qəbul edilməsi mirasın bütünlüklə qəbul edilməsi kimi qiymətləndirilir. Miras əmlakın faktiki idarə olunması dedikdə isə vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımi vəziyyətdə saxlanılması, həmin əmlakın təmir olunması (əgər evdirsə), torpağın becərilməsi, ona qulluq edilməsi, əmlakın saxlanması üçün xərc çəkilməsi, vergi ödənilməsi və s. aiddir. Nəzərə almaq lazımdır ki, həmin hərəkətlər həm vərəsənin özü, həm də onun tapşırığına əsasən digər şəxslər tərəfindən də həyata keçirilə bilər. Lakin yuxarıda qeyd olunduğu kimi mirasın qəbuluna (istər rəsmi, istərsə də faktiki) yönələn bütün bu hərəkətlər qanunvericilikdə mirasın qəbul edilmə müddəti kimi qeyd olunan müəyyən vaxt dövrü ərzində həyata keçirilməlidir. Mirasın qəbul edilmə müddəti dedikdə, qanunda nəzərdə tutulan elə bir vaxt dövrü başa düşülür ki, həmin dövr ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətlər edirlər. Bu müddət Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246cı maddəsi ilə dəqiq müəyyən edilmişdir. Həmin maddəyə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. İşdən görünür ki, iddiaçılar atalarından qalan miras əmlakı faktiki və ya rəsmi qəbul etməmiş, bununla bağlı hər hansı sübutlarını məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1321.1-ci maddəsinə əsasən, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə görə,əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə görə,əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə görə, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. İşin halından göründüyü kimi Cavabdeh2 adına verilmiş 2V-988 reyestr nömrəli xx xxxxxx 2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılmasına əsas ola biləcək hər hansı hal yoxdur. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. X37 Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyətçi ona məxsus əmlak üzərində öz mülahizəsinə əsasən sahiblik edir, onun barəsində sərəncam verir və ondan istifadə edir. Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr və mənzil sertifikatları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən X37 Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh2 mülkiyyətinə verilmiş ünvan 2ində yerləşən 44.10 kv/m. sahədən ibarət fərdi yaşayış evinə verilmiş çıxarışın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə hüquqi mövqeyi ilə razılaşır. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 140-cı maddəsinə əsasən. reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 144.1-ci maddəsinə görə, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. 144.2-ci maddəsinə əsasən, sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqlənmə ilə təsdiq olunur. 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. 1137-ci maddəsinə görə, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. İşin halından göründüyü kimi Cavabdeh2 ləyaqətsiz vərəsə ola biləcək hər hansı hərəkətə və ya hərəkətsizliyə yol verməmişdir. Əksinə, o, miras qoyanın vəfatı haqqında onun vərəsələrinə məlumat vermişdir. Bu, iş üzrə dindirilən şahidlərin də ifadələri ilə təsdiq olunmuşdur. Əksinə, vərəsələr atalarının vəfat etməsini öyrənsələr də, onun yas mərasimində iştirak etməmişlər. İşin hallarından görünür ki, iddiaçılar bu günə qədər atalarının qəbrini belə ziyarətə gəlməmişlər. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mülki mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə haqlı olmuşdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyаsiyа şikayəti təmin edilməməli və Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(075)-103/2020 nömrəliqətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndələri və vəkili X18 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(075)-103/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar