Məhkəmə qərarları › İş №2(102)-4727/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4727/2021

28.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4727/2021 28.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh1 Bəşir qızına və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4727/21 (Açar sözlər: bağışlama müqaviləsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı vəkili Vəkil2, Cavabdeh: Cavabdeh1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 mart 2021-ci il tarixli, 2(103)-402/2021 saylı qətnaməsindən İddiaçı kassasiya şikayə ti üzrə işə 28 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh1 və digərlərinə qarşı iddia qaldıraraq, 08 may 2018-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, 07 saylı evin 15 saylı mənzilinin atası X4 adına keçirilməsi, “Hyundai Tucson” markalı, **-GS-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dair Cavabdeh2 adına verilmiş 08 mart 2018-ci il tarixli; həmin nəqliyyat vasitəsinə dair X1 adına verilmiş 17 may 2018-ci il tarixli, həmin nəqliyyat vasitəsinə dair X5 adına verilmiş 17 may 2018-ci il tarixli etibarnamələrin; habelə həmin nəqliyyat vasitəsinin Cavabdeh2 satılmasına dair 17 may 2 018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi və nəqliyyat vasitəsinin X4 adına keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 iyul 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim Ş.Z.Abdullayev) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 09 sentyabr 2005-ci il tarixdə Rəcəb Yoldaşov rəsmi nikah əsasında Cavabdeh1 ilə ailə qurub. 13 mart 2014-cü il tarixli Çıxarışa əsasən Bakı Şəhəri, Səbail Rayonu, Xanlar küçəsində yerləşən 07 saylı evin 15 saylı mənzili mülkiyyət hüququ üzrə Rəcəb Yoldaşovun adına qeydə alınıb və sonuncu notarial qaydada təsdiq edilmiş 08 may 2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən mənzili arvadı Cavabdeh1 bağışlayıb. 18 may 2018-ci il tarixli Çıxarışa əsasən mənzil mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınıb. Eyni zamanda 20 noyabr 2009-cu il tarixli gömrük bəyənnaməsinə, 316228 saylı hesab-arayışa əsasən “Hyundai Tucson” markalı, **-GS-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi mülkiyyət hüququ üzrə Rəcəb Yoldaşovun adına qeydə alınıb. Həmin nəqliyyat vasitəsinə dair X7 Mirzəlizadənin adına 08 mart 2018-ci il tarixli, sonuncu Anar Əlizadənin adına 17 may 2018-ci il tarixli, sonuncu Anar Quliyevin adına 17 may 2018-ci il tarixli etibarnamələr verib. Bundan sonra Anar Quliyev etibarnaməyə əsasən nəqliyyat vasitəsini 17 may 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satıb və həmin nəqliyyat vasitəsi mülkiyyət hüqu qu üzrə sonuncunun adına qeydə alınıb. 03 fevral 2019-cu il tarixdə Rəcəb Yoldaşov ölüb. İddiaçı, mərhum atası Rəcəb Yoldaşovun birinci növbəli vərəsəsi olmasını əsas tutub mübahisəli evin atası Rəcəb Yoldaşov tərəfindən arvadı Cavabdeh1 bağışlanmasının yolverilməz olduğunu göstərsə də, onun bu dəlili bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Çünki bağışlama müqaviləsi əvəzsiz əqd olmaqla daşınmaz əmlaklar barəsində notariat qaydasında təsdiq edildiyi andan etibarlı olur və daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. İddiaçının istinad etdiyi Mülki Məcəllənin 667.1-ci maddəsinin tələbi ilə bağlı məhkəmə qeyd edir ki, bağışlama müqaviləsi bağlanarkən həmin maddənin tələbləri pozulm ayıb. Belə ki, həmin maddənin tələbinə görə, fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o, halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi birgə mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmamış olmasın. Hazırki halda mübahisəli ev iddiaçının atası Rəcəb Yoldaşovun adına özəlləşdirilib və onun mülkiyyəti olub, yəni həmin əmlak birgə nikah dövründə əldə olunan əmlak olmayıb. Belə olan halda iddiaçının atası Rəcəb Yoldaşov mübahisəli evi Cavabdeh1 bağışlayarkən Mülki Məcəllənin 667.1-ci maddəsinin tələbləri pozulmayıb. Bağışlama müqaviləsi qeyri-iş saatında deyil, məhz notariat ofisinin fəaliyyət göstərdiyi iş saatında rəsmiləşdirilib. Mübahisəli ev bağışlanarkən qanunun müəyyənləşdirdiyi hər hansı şərt pozulmayıb. Həmçinin iddiaçı, nəqliyyat vasitəsinə dai r bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinin əsası kimi atası Rəcəb Yolçuyev tərəfindən Cavabdeh2 verilmiş 08 mart 2018-ci il tarixli baş etibarnamədən sonuncunun sui-istifadə etməsi ilə əsaslandırıb. İddiaçının mərhum atası Rəcəb Yolçuyev sağ ikən nəqliyyat vasitəsinə dair 08 mart 2018-ci il tarixdə Cavabdeh2 adına baş etibarnamə verib və həmin etibarnamədə səlahiyyətlərin başqa şəxsə ötürülməsi hüququ nəzərdə tutulub. Bu səbəbdən də Cavabdeh2 həmin etibarnamə əsasında ona etibar edilmiş səlahiyyətləri başqa şəxsə etibar etməkdə tam səlahiyyətli olub. Belə olan halda həmin etibarnamələrin və onun əsasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də iddia tələbləri rədd olunmalıdır. Birinci instansiya məhkəməsi hüq uqi mövqeyini Mülki Məcəllənin 152.1, 169.1, 337.1, 359, 667.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələblərinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər V.T.Həsənov sədrlik edən, məruzəçi, Ş.A.Məmmədova və X.Ə.Sarıyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 iyul 2019-cu il tarixli qətnaməsi iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsasland ırıb ki, birinci instansiya məhkəməsi iddia tələblərini rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 337.1, 666.1, 668.1.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı kassisiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 11 mart 2020-ci il tarixli qərarı ilə (hakimlər E.R.Vəliyeva sədərlik edən, məruzəçi, Q.A.Əsgərov və Ə.G.Nurməmmədov) kassasiya şikayəti qi smən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.S.Şirinov sədrlik edən, məruzəçi, T.S.Səmədov və A.V.Tanrıverdiyev) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 iyul 2019-cu il tarixli qətnaməsi miras qoyan Rəcəb Yoldaşova məxsus olan nəqliyyat vasitəsinə dair hissədə ləğv edilib, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin olunub, “Hyundai Tucson” markalı, **-GS-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dair c avabdehlər X8 Mirzəlizadə arasında bağlanmış 17 may 2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və qalan mübahisələndirilən hissədə apellyasiya şikayətinə əsasən qətnamənin dəyişdirilmədən saxlanılması qət edilib. Kassasiya instansiyası məhkəməsində ikinci icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiy a şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı vəkili Vəkil2 kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh1 məhkəmə iclasında iştirak etsə də vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələbini izah etməklə onu məhkəmə iclasında dinləmədi. İddiaçı, cavabdeh Rüstəm Mirəlizadə və üçüncü şəxslər Azərbaycan Respublikası ƏMDKnin yanında DƏDRX-nin 01 saylı Bakı Şəhər Ərazi İdarəsi, Baş Dövlət Yol Polis İdarəsi, Bakı Şəhəri, 44; 06; 03 saylı X2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kass asiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 667.1-ci maddəsində göstərilir ki, fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sər əncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Həmin Məcəllənin 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən, psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd etibarsızdır. Həmin Məcəllənin 346.1-ci maddəsinə görə, fəaliyyət qabiliyyəti olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 346.3-cü maddəsində göstərilir ki, şüurun itməsi və ya müvəqqəti psixi pozuntu zamanı edilmiş iradə ifadəsi etibarsız sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci ma ddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, məhkəmə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfində n maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində əslində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunmayan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandıma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin hissədə işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və iddiaçının kassasiya şikayətinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 09 sentyabr 2005-ci il tarixdə Rəcəb Yoldaşov rəsmi nikah əsasında Cavabdeh1 ilə ailə qurub. 13 mart 2014-cü il tarixli Çıxarışa əsasən Bakı Şəhəri, Səbail Rayonu, Xanlar küçəsində yerləşən 07 saylı evin, 1 otaqlı, ümumi sahəsi 40,6 kv.metr olan 15 saylı mənzili ilkin dövlət qeydiyyatından keçməklə mülkiyyət hüququ üzrə Rəcəb Yoldaşovun adına qeydə alınıb və sonuncu notarial qaydada təsdiq edilmiş 08 may 2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən mənzili arvadı Cavabdeh1 bağışlayıb. 18 may 2018-ci il tarixli Çıxarışa əsasən mənzil mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınıb və 03 fevral 2019-cu il tarixdə Rəcəb Yoldaşov ölüb. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı, 23 avqust 1984-cü il tarixdə doğulub və onun atası Rəcəb Yoldaşov, anası isə Esmira Məmmədovadır. Həmçinin, Məhkəmə Ekspertiza Mərkəzinin 30 dekabr 2020-ci il tarixli ekspert rəyi ilə müəyyən olunub ki, “Hyundai Tucson” markalı, **-GS-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin Cavabdeh2 istifadəsinə verilməsinə dair 08 mart 2018-ci il tarixli sərəncam verilməsi haqqında etibarnamədəki “imza” qrafasındakı imza- Rəcəb Yoldaşov tərəfindən icra olunub. Eləcə də “Məhkəmə Tibbi Ekspertiza və X3”nin 11 avqust 2020-ci il tarixli ekspert rəyi ilə müəyyən olunur ki, Rəcəb Yoldaşovda “erkən alsheymer xəstəliyi zamanı demensiya, nitq pozğunluğu, ateroskleroz, İ hipertoniya” xəstəlikərinə düçar olub və ona Tibbi Sosial Ekspert Komissiyası tərəfindən İİ qrup əlillik təyin edilib. Təqdim edilən tibbi və digər sənədlərə əsasən onun 08 may 2018-ci il tarixli müqaviləni bağlayarkən öz hərəkətlərinin mənasını başa düşməmək və ya onlara nəzarət etmək iqtidarında olmamasını göstərən hər hansı əlamət aşkar edilməyib. Hazırda iddiaçı, sözügedən mənzili dair mərhum atası Rəcəb Yoldaşovla Cavabdeh1 arasında bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsini iddia edir və tələbini belə əsaslandırıb ki, o, mərhum atası Rəcəb Yoldaşovun qanun üzrə birinci növbəli vərəsəsidir və ondan miras qalmış mənzildə onun miras payı vardır. X6 sözügedən mənzili ikinci arvadı Cavabdeh1 bağışlaması faktından onun ölümündən sonra, yəni 03 fevral 2019-cu il tarixdə xəbər tutub. Bağışlama müqaviləsi mərhum atası Rəcəb Yoldaşov tərəfindən imzalanmayıb, həmin müqavilə imzalanarkən atası Rəcəb Yoldaşovun iradə ifadəsi olmayıb. Habelə tibbi vəziyyəti ona bu müqaviləni imzalamağa imkan verməyib. Bununla bağlı müvafiq tibb sənədləri, həmçinin atası Rəcəb Yoldaşov tərəfindən imzalandığını iddia etdiyi müxtəlif bankların sənədlərini və digər sənədləri məhkəməyə təqdim edib. Apellyasiya instansiyası məhkəməsi, iddia tələbinin mənzilə dair bağışlama müqaviləsinin etibarsız hesab edilməsinin rədd edilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşıb qeyd etmişdir ki, hər hansı əqdin (o cümlədən bağışlama müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdlər iradə ifadələri nəticəsində əmələ gəldiklərinə görə, bir əqd in etibarlı olması üçün onu əmələ gətirən iradə ifadəsinin də sağlam olması, başqa sözlə iradə və onun bildirilməsi arasında vahidliyin mövcudluğu lazımdır. Bu vahidlik həm iradənin formalaşmasında, həm də onun bildirilməsi anında mövcud olmalıdır. Belə ki, iradə formalaşdığı anda sağlam olmalı və buna uyğun olaraq bildirilməlidir. Bu uyğunluğun (vahidliyin) olmadığı hallarda iradə ifadəsinin zədələnmiş olduğunu demək olar. Belə əqdlərdən biri də bağışlama müqaviləsidir. Bağışlama müqaviləsi ikitərəfli əqdin bir növü olmaqla, əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. Mülk i Məcəllənin 666.1-ci maddəsində göstərilir ki, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. İddiaçı, apellyasiya şikayətində mərhum atası Rəcəb Yoldaşovun mənzili bağışlama müqaviləsi üzrə arvadı Cavabdeh1 bağışlayarkən öz hərəkətlərinin mənasını başa düşmədiyini və ya onlara nəzarət etmək iqtidarında olmadığını göstərsə də, onun bu dəlilləri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, işə əlavə edilmiş “ Məhkəmə Tibbi Ekspertiza və X3”nin 11 avqust 2020-ci il tarixli ekspert rəyi ilə müəyyən olunur ki, mərhum Rəcəb Yoldaşov öz sağlığında “erkən alsheymer xəstəliyi zamanı demensiya”, nitq pozğunluğu, ateroskleroz, İ hipertoniya” xəstəliklərindən əziyyət çəkib və ona Tibbi Sosial Ekspert Komissiyası tərəfindən İİ qrup əlillik təyin edilib. Eyni zamanda təqdim edilmiş tibbi və digər sənədlərə əsasən Rəcəb Yoldaşovun 08 may 2018-ci ildə bağışlama müqaviləsi bağlayarkən öz hərəkətlərinin mənasını başa düşməməsini və ya onlara nəzarət etmək iqtidarında olmamasını göstərən hər hansı əlamətlər aşkar edilməmişdir. Göründüyü kimi fəaliyyət qabiliyyəti olsa da, sözügedən bağışlama müqaviləsi bağlandığı zaman mərhum Rəcəb Yoldaşovun öz hərəkətlərinin mənasını başa düşməməsi və ya onlara rəhbərlik edə bilməməsi mülki iş materialları ilə istisna olunur və işdə, bunun əksini təsdiq edən heç bir mötəbər yazılı sübut yoxdur. Əksinə, mənzilə dair notarial qaydada bağışlama müqaviləsi bağlandıqdan sonra da Rəcəb Yoldaşov, arvadı Cavabdeh1 ilə birlikdə həmin mənzildə bir ailədə yaşamışlar. Həmçinin bağışlama müqaviləsinin bağlandığı 08 may 2018-ci ildən Rəcəb Yoldaşovun vəfat etdiyi 03 fevral 2019-cu il tarixədək ötən 9 ay müddət ərzində o, öz sağlığında bağışlama müqaviləsini məhkəmə qaydasında mübahisələndirməyib və bütün bunlar isə iddianın mübahisələndirilən hissədə əsaslı olması qənaətinə gəlməyə əsas vermir. Bundan başqa, işdən görünür ki, mərhum Rəcəb Yoldaşov uzun müddət "xxxx" ASC və "xxxx" KB ASC “Daxili təhlükəsizlik xidmətin”də baş mütəxəssis vəzifəsində işləyib və belə bir məsuliy yətli işdə çalışmış şəxsin öz hərəkətlərinin mənasını başa düşməməsi və ya onlara rəhbərlik etmək iqtidarında olmaması və nəticədə sözü gedən tibbi rəyin mötəbərliliyini şübhə altına almağa əsas vermir. Digər tərəfdən, Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından da göründüyü kimi mülkiyyətçinin mülkiyyəti üzərində sərəncam vermək hüququ, mülkiyyət hüququnun əsasını təşkil edən aspektidir. Belə olan halda Rəcəb Yoldaşovun mülkiyyətində olan mənzili üzərində istədiyi kimi sərəncam verməsi ona qanunla (Azərbaycan Respublikası Konstitusiyası və AR Mülki Məcəlləsi) verilən hüquqdur və həmin hüququn məhdudlaşdırılması, mülkiyyətə maneə kimi qiymətləndirilməlidir. Apellyasiya instansiyası məhkəməsi, həmçinin Mülki Məcəllənin 667.1-ci maddəsinin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib düzgün olaraq qeyd etmişdir ki, sözügedən bağışlama müqaviləsi bağlanarkən həmin maddənin tələbləri də pozulmayıb. Belə ki, həmin maddənin mənasına görə, fəaliyyət q abiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Qanunun yuxarıda göstərilən və ailə qanunvericiliyinin tələblərinə əsasən, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, ər və arvad birgə nikahda əldə etdikləri əmlak barəsində yalnız birgə razılıq əsasında sərəncam verə bilərlər. Lakin əgər birgə nikahdan dövründə əldə olunan əmlakın bir mülkiyyətçisi (ər və ya arvad ) vəfat etmişdirsə və vəfat edən ər və ya arvadın birinci növbəli vərəsəsi(ləri) varsa, bu halda həmin əmlak vərəsəlik hüququ ilə məhdudlaşdırılmış hesab edilir (miras əmlak qəbul edilənədək). Bu halda Mülki Məcəllənin 667.1-ci maddəsinə əsasən, ölmüş ər və ya arvadın vərəsələri miras əmlaka dair vərəsəlik hüquqlarını rəsmiləşdirənə qədər, sağ olan ər və ya arvad həmin əmlaka sərəncam vermək hüququna malik deyil. Yəni həmin əmlak vərəsəlik hüququ ilə məhdudlaşdırılmış hesab edilir və həmin əmlaka dair ər və ya arvad o halda sərəncam (bağışlama ilə bağlı) verə bilər ki, həmin əmlakın bağışlanmasına ölmüş ər və ya arvadın vərəsələri razılıq versin. Hazırki halda mənzil iddiaçının atası Rəcəb Yoldaşovun adına özəlləşdirilib və həmin mənzil onun ayrıca mülkiyyəti olub. Yəni həmin mənzil birgə nikah dövründə əldə olunan əmlak olmayıb. Belə olan halda iddiaçının atası Rəcəb Yoldaşov mənzili Cavabdeh1 bağışlayarkən Mülki Məcəllənin 667.1-ci maddəsinin tələbləri pozulmayıb. Bundan başqa iddiaçı, apellyasiya şikayəti ilə eyni məzmunlu olan kassasiya şikayətində sözügedən bağışl ama müqaviləsinin mərhum atası Rəcəb Yoldaşov tərəfindən imzalanmadığını, həmin müqavilədəki imzanın bilavasitə onun tərəfindən icra olunmadığını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə də razılaşmır. Belə ki, işə əlavə edilmiş notariat işinin surətindən görünür ki, bağışlama müqaviləsi mərhum Rəcəb Yoldaşov və arvadı Cavabdeh1 iştirakları ilə və fotoşəkilləri çəkilməklə bağlanıb, imzalanıb. Eyni zamanda xüsusi notarius Hacı Orucov tərəfindən müqavilə üzrə tərəflərə hüquq və vəzifələri izah edilib və notariat hərəkətlərinin aparılmasının nəticəsi onlara izah olunub və sonda tərəflər şəxsən müqaviləyə notariusun iştirakı ilə imza ediblər və notarius tərəfindən müqavilə üzrə tərəflərin şəxsiyyəti, onların mülki hüquqi fəaliyyət qabiliyyəti və özgəninkiləşd irilən mənzilin Rəcəb Yoldaşa məxsus olması tam yoxlanılıb. İşin bu halları bağışlama müqaviləsinin notarial qaydada təsdiq edilmiş surəti və müqaviləni təsdiq etmiş notarius Hacı Orucov tərəfindən müqavilənin arxa hissəsində aparılmış qeydiyyatla da təsdiq olunur. Ona görə də kassasiya instansiyası məhkəməsi, mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və kassasiya şikayətinin dəlillərini əsassız hesab edib qeyd edir ki, Məhkəmə Ekspertiza Mərkəzinin 30 dekabr 2020-ci il tarixli ekspert rəyində bağışlama müqaviləsindəki imzanın mərhum Rəcəb Yoldaşov tərəfindən icra olunub-olunmamasının müəyyən edilməsinin mümkün olmaması, bağışlama müqavilənin onun tərəfindən mizalanmaması və icra olunmaması nətəcəsinə gəlməyə əsas v ermir. Çünki, Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinin mənasına görə, ekspertiza mülki iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə elm, texnika, incəsənət və ya digər peşə (sənət) sahələri üzrə, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliyə ehtiyac yarandıqda təyin edilə bilər. Göründüyü kimi ayrı-ayrı hallarda ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olsa da, bu hal ekspert rəyinin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz və ekspertin rəyi də məhkəmə iclasında tədqiq olunmalı və digər sübutlarla yanaşı qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 103.1 və 205.1-ci maddələri). Bundan başqa, sözügedən ekspert rəyinin 2.1-ci bəndində göstərilir ki, ekspert tədqiq olunan imzanı Rəcəb Yoldaşovun imza nümunələri ilə müqayisə etdikdə məlum olub ki, tədqiq olunan imzada qrafik materiallarının azlığı, cizgilərin sadəliyi, həm uyğunlaşdırıcı, həm də fərqləndirici əlamətlərin olması, təqdim edilmiş sərbəst imza nümunələrinin biri-birindən fərqlənməsi müqayisə vaxtı imkan vermir ki, qəti bir (müsbət və ya mənfi) rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyyatını seçib ayırmaq mümkün olsun. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi sözügedən ekspert rəyini digər sübutlarla yanaşı yoxlayıb qiymətləndirməklə və həmin rəyi mötəbər sübut kimi qəbul etməməklə düzgün nəticəyə gəlib və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Ona görə də iş üz rə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 mart 2021-ci il tarixli, 2(103)402/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir..

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar