Məhkəmə qərarları › İş №2(102)-4728/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4728/2022

05.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4728/2022 05.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X29 şəxsin Balakən rayon filialına qarşı QƏRARİ (Açar sözlər: hüquq müəyyənedici sənədin ona məxsus olması faktının müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X29 şəxsin Balakən rayon filialına qarşı hüquq müəyyənedici sənədin ona məxsus olması faktının müəyyən edilməsi tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-647/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 05 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. Balakən rayon Tülü kənd soveti tərəfindən 26 iyul 1972-ci il tarixdə verilmiş İ-JQ seriyalı 388104 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı xx xxxxxxx 1955-ci ildə anadan olmuş, atası Seyidov Seyid Harın oğlu, anası X5 qeyd edilmişdir.

2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(116)-1002/2020 nömrəli qərarından görünür ki, həmin qərarla iddia qismən təmin edilmiş, cavabd eh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X29 şəxsinin Balakən rayon filalının üzərinə İddiaçı 1976-1977-ci illərdə Balakən rayonu Tülü kəndində yerləşən N.Nərimanov adına kolxozda işlədiyi 8 ay,xx.xx.1977-ci ildən xx.xx.1999-cu il tarixədək Balakən Poçt filalında və xx.xx.2001-ci ildən xx.xx.2001-ci ilədək Tülü kənd bələdiyyəsində işlədiyi illərin sosial sığorta stajına daxil edlilməsi öhdəliyi qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.

3. Balakən Rayon Dövlət Arxivi tərəfindən Balakən Rayon Məhkəməsinə ünvanlanmış 29 aprel 2021-ci il tarixli 31 nömrəli məktubuna əsasən, ünvan 2akini İddiaçı 09 mart 2020-ci il tarixdə Balakən rayon Dövlət Arxivinə ərizə ilə müraciət edərək 19761977-ci illərdə Tülü kəndi “N.Nərimanov “adına kolxozda işlədiyini bildirmiş, iş stajı və gəliri haqqında arayış verilməsini xahiş etmişdir. Şifahi olaraq 7 nömrəli briqadada işlədiyini demişdir. Ərizəyə baxılaraq İddiaçı 1976-1977-ci illərdə Tülü kəndi “N.Nərimanov “adına kolxozda işlədiyi barədə 13 mart 2020- ci il tarixli 51 nömrəli arxiv arayışı verilmişdir. İddiaçı xx.xx.2021-ci ildə Balakən regional “ASAN XİDMƏT’mərkəzinə ərizə ilə təkrar müraciət edərək Tülü kəndi “N.Nərimanov” adına kolxozda 1976-1977-ci illərdə işlədiyi barədə arxiv arayışının verilməsini xahiş etmişdir.İddiaçı müraciətinə baxılaraq 16 fevral 2021-ci il tarixli 16 nömrəli arxiv arayışı ona Balakən regional “ASAN XİDMƏT” mərkəzi vasitəsilə təqdim edilmişdir. Hər iki arayış eyni məzmunludur. Dövlət Arxivində mühafizə olunan Tülü kənd ZDS və XDS İcraiyyə Komitəsinin 1974-1976,1979- cu illərə aid təsərrüfatbaşına kitablarında xx xxxxxxx 1955-ci il təvəllüdlü İddiaçı atası Seyidov Seyid Harın oğlunun təsərrüfatında qeydiyyatdadır. Tülü kənd ZDS və XDS İcraiyyə Komitəsinin 1974-1976,1977-1979-cu illərə aid təsərrüfatbaşına kitablarında eyni adlı, təvəllüdlü digər şəxsin qeydiyyatı aparılmamışdır. İddiaçı 1976-1979-cu illərdə harada işlədiyi barədə təsərrüfatbaşına kitablarda qeydiyyatı aparılmışdır.

4. Balakən rayon Dövlət Arxivi tərəfindən 16 fevral 2021-ci il tarixli 16 nömrəli arxiv arayışına əsasən, İddiaçı 1976-1977-ci illərdə Balakən rayonu Tülü kəndi «N.Nərimanov» adına kolxozda işləmiş, 1976-1977-ci illərdə atasının adı qeyd edilməmiş, 1976-cı ilin sentyabr ayında yazılan 791 saatda qaralama var.

5. İddiaçı Balakən rayon Dövlət Arxivinə ünvanlanmış ərizəsinə əsa sən o, 19761977-ci illərdə Tülü kənd “N.Nərimanov” adına kolxozda işləmişdir. Onun iş stajı və gəliri haqqında arayış verilməsini xahiş etmiş. Balakən rayonu Tülü kənd X4 İcraiyyə Komitəsinin 06 nömrəli 1974, 1975, 1976-cı illərin 6 nömrəli təsərrüfatbaşına kitabına əsasən İddiaçı kolxozda kolxozçu işləmişdir. 6. “N.Nərimanov” kolxozunun 7 №li briqadasının 1976-cı il tarixli əməyin ödənişi üzrə hesablama kitabına əsasən İddiaçı əmək haqqı ödənilmişdir. 7. “N.Nərimanov” kolxozunun 7 №li briqadasının 1977-ci il tarixli əməyin ödənişi üzrə hesablama kitabına əsasən İddiaçı əmək haqqı ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Mü dafiə X29 şəxsin Balakən rayon Filialına qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Balakən rayon Dövlət Arxivi tərəfindən verilmiş 16 fevral 2021-ci il tarixli, 16 nömrəli arxiv arayışının ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxx 1955-ci il tarixdə Balakən rayonu Tülü kəndində anadan olmuşdur, hazırda da həmin kənddə yaşayır. O, 1976-1977ci illər ərzində Tülü kəndində fəaliyyət göstərmiş “Nəriman Nərimanov” adına kolxozda koxozçu işləmiş, onun həmin kolxozda işləməsi Balakən rayon Dövlət arxivi tərəfindən verilmiş 13 mart 2020-ci il tarixli 51 nömrəli arxiv arayışı ilə öz təsdiqini tapmışdır. Həmin arxiv arayışınd a göstərilmişdir ki, 1976-1977-ci illərdə iddiaçının atasının adı qeyd edilməyib.O, iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək kolxozda, Balakən rayon Poçt filialında və Tülü kənd bələdiyyəsində işlədiyi illərin sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X29 şəxsin Balakən rayon filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 22 oktyabr 2020ci il tarixli 2-1 (116)-1002/2020 saylı qərarı ilə iddiası qismən təmin edilmiş,cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X29 şəxsinin Balakən rayon Filialının üzərinə İddiaçı 1976-1977-ci illərdə Balakən rayonu Tülü kəndində yerləşən N.Nərimanov adına k olxozda işlədiyi 8 ay,xx.xx.1977-ci ildən xx.xx.1999-cu il tarixədək Balakən Poçt filalında və xx.xx.2001-ci ildən xx.xx.2001- ci ilədək Tülü kənd bələdiyyəsində işlədiyi illərin sosial sığorta stajına daxil edlilməsi öhdəliyi qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin məhkəmə qərarından cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və şikayətdə göstərilmişdir ki, iddiaçının Tülü kəndi “Nəriman Nərimanov” adına kolxozda işləməsi ilə bağlı Balakən rayon Dövlət arxivindən əldə etdiyi arxiv arayışında şəxsin atasının adı qeyd edilməmişdir. Buradan da məlum olur ki, arxiv arayışında adı keçən şəxsin İddiaçı olması şübhə doğurur. Eyni zamanda arxiv arayışında şəxsin işlədiyi illər qeyd edilsə də, əmək haqqı qeyd edilməmişdir. Bu səbəbdən də o, hüquq müəyyənedici sənəd olan, Ba lakən rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayışının özünə məxsus olması faktının müəyyən ediməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X29 şəxsin 16 saylı Regional Ərazi Filialının nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı 1976-1977-ci illər ərzində Tülü kəndi “Nəriman Nərimanov” adına kolxozda kolxozçu olaraq işlədiyini iddia edir. Balakən rayon Dövlət arxivindən əldə etdiyi 13 mart 2020-ci il tarixli 51 nömrəli arxiv arayışının ona məxsus olması hüquqi faktının müəyyən olunması barə də qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hesab edirlər ki, icraatda olan 2(019)-433/2021 saylı iş üzrə ərizə əsassızdır və təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.11-ci bəndinə əsasən xx.xx.2006-cı il tarixədək qazanılmış sığor ta stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinın Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə görə, 2006-cı li yanvarın 1- dən sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ış stajı əmək kitabçası əsasında müəyyən edilir. Qaydaların 3.2.2-ci yarımbəndinə uyğun olaraq əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərb əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında sosial sığorta stajı müəyyən edilir. İş üzrə icraat materiallarından göründüyü kimi ərizəçi İddiaçı Balakən rayon Dövlət arxivindən verilən arayışda ad və soyad qeyd olunmasına baxmayaraq, ata adı qeyd olunmamışdır. Bu hal Azərbaycan Respublikası Al Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il, 03 saylı Qərarın 6-cı bəndinə əsasən faktın xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün zəruri olan adların üst üstə düşməməsi şərtini ödəmir. Belə ki, arayışda ata adı qeyd olunmadığından ata adla tutuşdurula və üst-üstə düşməməsi müəyyən oluna bilmir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, adlar üst-üstə düşmədikdə, iş stajını təsdiq edən lazımi sənədlər olmadıqda, həmin sənədləri ərizəçi başqa qaydada ala bilmədikdə və yaxud itirilmiş sənədlərin bərpası mümkün olmadıqda belə faktlar hüquqi fakt kimi təsdiq oluna bilər, digər hallarda işə xüsusi icraat qaydasında baxılması istisna olunur. Qeyd olunanlara əsasən İddiaçı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə 2(019)-433/2021 saylı iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Şahid qismində dindirilən Şahid1 göstərmişdir ki, ərizəçi İddiaçı onun həmkəndlisidir. O,1976-cı ilin mart ayından 1984-cü ilin may ayına kimi Balakən rayonu N.Nərimanov adına kolxozda aqronom işləmişdir. İddiaçı 1976-1977-ci illərdə Balakən rayon N.Nərimanov adına kolxozda işləmişdir. Həmin kolxozda İddiaçı adlı başqa şəxs işləməmişdir

12. Şahid qismində dindirilən Şahid2 göstərmişdir ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Balakən rayon Dövlət Arxivinin müdiri işləyir. ünvan 2akini İddiaçı 09 mart 2020-ci il tarixdə Balakən rayon Dövlət Arxivinə ərizə ilə müraciət edərək 1976-1977ci illərdə Tülü kəndi “N.Nərimanov “adına kolxozda işlədiyini bildirmiş,iş stajı və gəliri haqqında arayış verilməsini xahiş etmişdir. Şifahi olaraq 7 nömrəli briqadada işlədiyini demişdir. Ərizəyə baxılaraq İddiaçı 1976-1977-ci illərdə Tülü kəndi “N.Nərimanov “ adına kolxozda işlədiyi barədə 13 mart 2020-ci il tarixli 51 nömrəli arxiv arayış verilmişdir. İddiaçı xx.xx.2021-ci ildə Balakən regional “ASAN XİDMƏT” mərkəzinə ərizə ilə təkrar müraciət edərək Tülü kəndi “N.Nərimanov” adına kolxozda 1976-1977-ci illərdə işlədiyi barədə arxiv arayışının verilməsinin xahiş etmişdir. İddiaçı mür aciətinə baxılaraq 16 fevral 2021-ci il tarixli 16 nömrəli arxiv arayışı ona Balakən regional “ASAN XİDMƏT” mərkəzi vasitəsilə təqdim edilmişdir. Hər iki arayış eyni məzmunludur. Dövlət Arxivində mühafizə olunan Tülü kənd ZDS və XDS İcraiyyə Komitəsinin 1974-1976,1979-cu illərə aid təsərrüfatbaşına kitablarında göstərilmişdir ki, xx xxxxxxx 1955-ci il təvəllüdlü İddiaçı atası Seyidov Seyid Harın oğlunun təsərrüfatında qeydiyyatdadır.Tülü kənd ZDS və XDS İcraiyyə Komitəsinin 1974-1976, 1977-1979-cu illərə aid təsərrüfatbaşına kitablarında eyni adlı, təvəllüdlü digər şəxsin qeydiyyatı aparılmamışdır. İddiaçı 1976- 1979-cu illərdə harada işlədiyi barədə təsərrüfatbaşına kitablarda qeydiyyatı aparılmışdır.

13. Balakən rayon məhkəməsinin (hakim X9) 2(019)-433/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddia təmin edilmiş, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Balakən rayon Dövlət Arxivi tərəfindən verilmiş 16 fevral 2021-ci il tarixli 16 saylı arxiv arayışının İddiaçı məxsus olması faktı müəyyən edilmişdir.

14. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını, İddiaçı 1976-1977-ci illərdə Balakən rayonu Tülü kəndi “N.Nərimanov” adına kolxozda kolxozçu işləməsini, lakin kolxozun əmək günü və əmək haqqı sənədlərində onun atasının adının qeyd edilməməsini, həmin məsələdə iddiaçının təqsirinin olmamasını, bunun kolxozun vəzifəli şəxslərinin təqsiri üzündən baş verməsini, Balakən rayonu Tülü kəndi “N.Nərimanov” adına kolxoz ləğv olunduğundan həmin sənədlərdə düzəliş edilməsi və iddiaçının bu barədə sənədi başqa qaydada almasının mümkün olmamasını, həmçinin 1976-1977-ci illərdə Balakən rayonu Tülü kəndi “N.Nərimanov” adına kolxozda İddiaçı başqa İddiaçı adlı şəxsin işləməməsini, hüquq normalarının tələblərini nəzərə alaraq hesab etmişdir ki, iddia təmin edilməli, İddiaçı 1976-1977-ci illərdə Balakən rayonu Tülü kəndi “N.Nərimanov” adına kolxozda kolxozçu işləməsinə dair Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Balakən rayon Dövlət Arxivi tərəfindən verilmiş 16 fevral 2021-ci il tarixli 16 saylı arxiv arayışının İddiaçı məxsus olması faktı müəyyən edilməlidir.

15. Məhkəmə öz mövqeyini əsaslandırarkən Mülki Prosessual Məcəllənin 305.1, 305.1.1, 306.1, 306.4, 307.2.5, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il, 03 saylı Qərarın 6-cı bəndinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat

16. Balakən rayon məhkəməsinin 2(019)-433/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh apelyasiya şikayəti vermişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarına qiymət verərkən şahidin ifadəsinə əsaslanmış və şahid ifadələrinin həqiqətə uyğunluğunu yoxlamamışdır.Belə ki, "xxxx" MMC-nin Balakən Poçt filialının xx.xx.2020-ci il tarixli 269 nömrəli Arayışından və Əmrlərdən çıxarışdan görünür ki, iddiaçı Tülü poçt şöbəsində 04 may 1977- ci il tarixli 66 saylı əmrlə poçtalyon işinə qəbul edilmiş, 05 yanvar 1999-cu il tarixli 02 saylı əmrlə işdən azad edilməsi məlumdur. İddiaçının poçtalyon vəzifəsinə qəbul edildiyi 04 may 1977-ci il tarix şahidin ifadəsində istinad etdiyi təsərrüfatbaşına kitablarda 1976-1979-cu illər aralığına düşdüyü üçün həmin illərdə kolxozda işləməsi ilə yanaşı poçtalyon işləməsinə dair qeydlərin də olubolmaması yoxlanılmalı idi. Çünki, mübahisə predmeti iddiaçının kolxozda işləyib-işləməməsi deyil, kolxozda işlıəməsinə dair verilən arayışın ona məxsus olub- olmamasıdır. Təsərrüfatbaşına kitablarda iddiaçının həm kolxozda işləməsi, həm də poçtalyon işləməsi müəyyən olunmuş olsaydı həmin kitablardakı qeydlərin həqiqətə uyğunluğu, arxiv arayışının isə iddiaçıya məxsus olması təsdiq olunardı. Məhkəmə tərəfindən N.Nərimanov kolxozunun 7 №-li briqadasının 1976 və 1977-ci il tarixli əməyin ödənişi üzrə hesablama kitabında İddiaçı əməkhaqqı ödənilməsinə istinad olunmuşdur. Lakin, nəzərə alınmamışdır ki, İddiaçı həmin illərdə əməkhaqqı alması deyil, həmin şəxsin İddiaçı olub-olmaması mübahisə doğurur.

18. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X10 apellyasiya şikayətini müdafiə edərək, sonda birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

19. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (X1 (sədrlik edən və məruzəçi), X11 və X13) 2(107)-1447/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X29 şəxsin Balakən rayon Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(019)-433/2021 nömrəli qətnaməsi ləğv edilmiş, İş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X29 şəxsin Balakən rayon Filialına qarşı “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Balakən rayon Dövlət Arxivi tərəfindən verilmiş 16 fevral 2021-ci il tarixli, 16 nömrəli arxiv arayışının ona məxsus olması faktının müəyyən edilməsi barədə” iddia tələbi təmin edilməmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, məhkəmə mübahisələri üzrə cavabdehin kimliyi məsələsinə aydınlıq gətirilməsi zəruri elementlərdəndir. Məhkəmə mübahisələri zamanı cavabdehin düzgün seçilməsi iddiaların, ona cavab verməli olan quruma yönəldilməsini təmin edir, gələcəkdə məhkəmə qərarlarının əsl cavabdehlər tərəfindən icra edilməsi zamanı əlavə problemləri aradan qaldırır. Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının 01 fevral 2021-ci il tarixli məktubuna görə Fond struktur bölmələrinin fəaliyyətinin optimallaşdırılması, habelə idarəetmənin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli, 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş DSMF-nin Nizamnaməsinin 4.5.6-cı və 4.5.7-ci yarımbəndlərini rəhbər tutara q Fond tərəfindən 23 noyabr 2020-ci il tarixli qərar qəbul edilib. Həmin Qərara əsasən, Fondun keçmiş rayon şöbələri (filialları) üzrə Regional Ərazi Filialları yaradılıb və onların Əsasnamələri təsdiq edilib. Göründüyü kimi Fondun keçmiş rayon şöbələri (filialları) üzrə Regional Ərazi filialları yaradılmaqla, məhkəmələrdə prosessual tərəf olmaqla Fondun ixtisaslaşmış Mərkəzi və regional filialların iştirak etməsi nəzərdə tutulub. Qax, Zaqatala və Balakən inzibati ərazi dairəsi üzrə Fondun 16 saylı regional ərazi filialı Fondun təyinat aparan qurumları siyahısına aid edilməklə, mövcud səlahiyyətlər bu quruma həvalə edilib. Ona görə də iddia ona cavab verməli olmayan şəxsə qarşı qaldırıldığından rədd edilməlidir.

21. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikas ı Prezidentinin 30 iyun 2020-ci il tarixli, 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş DSMF-nin Nizamnaməsinin 4.5.6-cı və 4.5.7-ci yarımbəndlərinin, habelə Mülki Prosessual Məcəllənin 384.0, 384.0.2-ci maddələrinin tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində birinci icraat

22. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 avqust 2021-ci il tarixli, 2(107)- 1447/2021 saylı qətnaməsindən iddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti belə əsaslandırılılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir.

24. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər X17 (sədrlik edən və məruzəçi), X7 və X6) xx.xx.2022-ci il tarixli 2(102)-279/2022 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 avqust 2021-ci il tarixli, 2(107)-1447/2021 saylı qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmışdır.

25. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, Hazırki işdə, sözügedən faktın müəyyən edilməsi İddiaçı 1976, 1977-ci illərdə Balakən rayonu, Tülü kəndi, “N.Nərimanov” adına kolxozda işlədiyi illərin sığorta stajına hesablanması üçün lazımdır və onun həmin kolxozda kolxozçu işləməsi arxiv arayış ı ilə təsdiq olunur, lakin həmin arxiv arayışında İddiaçı ata adı göstərilmədiyi üçün cavabdeh həmin illəri sığorta stajına hesablamaq istəmir. Sözügedən kolxoz isə ləğv edildiyindən, iddiaçı iddia etdiyi faktı təsdiq edən sənədi başqa qaydada ala bilmir, X15 isə arxiv arayışına hər hansı düzəliş etmək səlahiyyəti yoxdur və arxiv arayışı məhz kolxozun şəxsi hesab kitablarına əsasən verilib. Göründüyü kimi, arxiv arayışında iddiaçının ata adı göstərilməyib, həmin arxiv arayışı hüquqmüəyyənedici sənəd olmaqla sığorta stajının hesablanması üçün lazımdır və kolxoz ləğv edildiyi üçün arxiv arayışındakı səhvi aradan qaldırmaq və düzəltmək mümkün deyil. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırki tələbə xüsusi icraat qayadasında baxılmalı olduğundan, İddiaçı məhkəməy ə ərizə deyil, iddia ərizəsi verməsi, Dövlət Sosial Müdafiə X29 şəxsin Balakən rayon filalının iddiaya cavab verməli olan şəxs olub-olmaması və ya iddia tələbinin DSMF-nun 23 noyabr 2020-ci il tarixli qərarı ilə Fondun keçmiş rayon şöbələri (filialları) üzrə yaradılmış Regional Ərazi Filiallarına və ya Fondun bu sahə üzrə ixtisaslaşmış Mərkəzinə qarşı verilməməsi, Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın məhkəmə qaydasında müəyyən edilməsinə mane ola və bu əsasla ərizə və ya iddia rədd oluna bilməz.

26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı hazırki tələbi sözügedən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsindən ibarətdir. Bu növ icraatda baxılan işlərdə hüquq haqqında mübahisə olmur və işə ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Hazırki ha lda, İddiaçı iddia ərizəsində Dövlət Sosial Müdafiə X29 şəxsin Balakən rayon filialını cavabdeh qismində göstərsə də, iddia tələbi ona qarşı yönəlməyib və birinci instansiya məhkəməsinin qətnaməsi ilə onun hüquq və vəzifələrinə dair hər hansı məsələ həll edilməyib. Digər tərəfdən, işə birinci instansiya məhkəməsində faktiki olaraq DSMF-nun publik hüquqi şəxsin 16 saylı regional ərazi filialının nümayəndəsi Xanlar Mahumdovun iştirakı ilə baxılıb, məhz filial tərəfindən iddiaya etiraz verilib və sonradan qətnamədən məhz DSMF-nun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialı tərəfindən apellyasiya şikayəti verilib.

27. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, Apellyasiya instansiyası məhkəməsi, iddianın ona cavab verməli olmayan şəxsə qarşı verilməsini əsas tutub iddianı rədd edərkən, DSMF-nun publik hüquqi şəxsin 16 saylı regional ərazi filialının birinci instansiya məhkəməsi tərəfindən faktiki olaraq maraqlı şəxs kimi cəlb edilməsini və qətnamədən məhz DSMF-nun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filalı tərəfindən apellyasiya şikayəti verilməsini nəzərə almayıb və qətnamədə sonuncu tərəfindən deyil, Dövlət Sosial Müdafiə X29 şəxsin Balakən rayon filialı tərəfindən verilmiş apellyasiya şikayətinə baxdığını qeyd etməklə özü də yanlışlığa yol vermişdir.

28. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən MPM-nin 88, 305.1, 305.1.1, 307.1, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmənin Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarına istinad etmişdir. Apellyasiya instansiy ası məhkəməsində ikinci icraat

29. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, sonda birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

30. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

31. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X12 (sədrlik edən və məruzəçi) X14 və X2) 2(107)-647/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Apellyasiya şikayəti təmin edilmədən Balakən Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(019)-433/2021 nömrə li qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır.

32. Məhkəmə kollegiyası işin hallarını araşdırıb o qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, işdən görünür ki, hazırda iddiaçı, Balakən rayon Dövlət Arxivi tərəfindən verilmiş 16 fevral 2021-ci il tarixli, 16 saylı arxiv arayışının ona məxsus olması faktının müəyyən edilməsini tələb etmiş və tələbini belə əsaslandırmışdır ki, 1976, 1977-ci illərdə Balakən rayonu, Tülü kəndi, “N.Nərimanov” adına kolxozda kolxozçu işləmiş və arxiv arayışında onun həmin kolxozda 1976, 1977-ci illərdə işləməsi təsdiq olunsa da, ata adı qeyd edilmədiyi üçün kolxozda işlədiyi illər ona cavabdeh tərəfindən sığorta stajı kimi hesablanmamışdır.. Həmçinin, sözügedən kolxoz ləğv edildiyi üçün arxiv arayışının verilməsi nə əsas olmuş sənəddə düzəliş edilməsi və bu barədə sənədi başqa qaydada əldə etməsi mümkün deyildir.

33. Kollegiya qeyd etmişdir ki, Hazırki işdə, sözügedən faktın müəyyən edilməsi İddiaçı 1976, 1977-ci illərdə Balakən rayonu, Tülü kəndi, “N.Nərimanov” adına kolxozda işlədiyi illərin sığorta stajına hesablanması üçün lazımdır və onun həmin kolxozda kolxozçu işləməsi arxiv arayışı ilə təsdiq olunur, lakin həmin arxiv arayışında İddiaçı ata adı göstərilmədiyi üçün cavabdeh həmin illəri sığorta stajına hesablamaq istəmir. Sözügedən kolxoz isə ləğv edildiyindən, iddiaçı iddia etdiyi faktı təsdiq edən sənədi başqa qaydada ala bilmir, X15 isə arxiv arayışına hər hansı düzəliş etmək səlahiyyəti yoxdur və arxiv arayışı məhz kolxozun şəxsi hesab kitablarına əsasən verilmişdir. Göründüyü kimi, arxi v arayışında iddiaçının ata adı göstərilməyib, həmin arxiv arayışı hüquqmüəyyənedici sənəd olmaqla sığorta stajının hesablanması üçün lazımdır və kolxoz ləğv edildiyi üçün arxiv arayışındakı səhvi aradan qaldırmaq və düzəltmək mümkün deyildir.

34. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən MPM-nin 217, 305.1, 305.1.1, 307.1, 308, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmənin Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

35. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X12 (sədrlik edən və məruzəçi) X14 və X2) 2(107)-647/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsində n cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və ya işin yenidən araşdırılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

36. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Mülki Prosessual Məcəllənin 389-cu maddəsinə əsasən,məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmçinin məhkəmə tərəfindən qeyd olunur ki, tərəflər arasında hüquqla bağlı mübahisə vardır, ona görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin, məhkəmə nəzərə almamışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu iltarixli, 03 saylı qərarının 1.5-ci bəndinə əsasən, hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-in 259.0.10-cu maddəsinəvə 306.4-cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Nəzərə alınmalıdı r ki, maraqlı şəxsin hüquqi faktın müəyyən edilməsi barədə qətnamədən şikayət verərək qətnamənin qanuniliyini və əsaslılığını mübahisələndirməsi hüquq haqqında mübahisə demək deyildir və bu əsasla ərizənin baxılmamış saxlanılması yolverilməzdir.

37. Kassator qeyd etmişdir ki, Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan RespublikasıMülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilibedilməməsinə xüsusi diqqət yetirilməlidir”. İş materiallarından göründüyü kimi əriz əçinin əmək kitabçasının olmaması, həmin yerdə işləməsini təsdiqedici digər heç bir sənədin olmaması arqumenti əsaslı hesab edilə bilməz. İş materiallarından göründüyü kimi ərizəçi heç bir üzrlü səbəb göstərməmişdir. Belə ki, işin faktiki hallarında sadlanan mühüm əhəmiyyət kəsb edən sənədləri saxladığı halda (arxiv sənədləri) digər əməkdaşın əmək kitabçası olduğu halda əmrlərin qeydiyyat kitabının, əmək haqqı cədvəllərinin saxlanılmaması, ərizəçinin əmək haqqı almaması və s. şübhə doğurur. Eyni zamanda Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 AzərbaycanRespublikasının Milli Arxiv İdarəsi Balakən rayon Dövlət Arxivinin müdiri işlədiyini, İddiaçı atası Seyidov Seyid Harın oğlunun təsərrüfatında qeydiyyatda olduğunu, Tülü kənd ZDS və XDS İcraiyyə Komitəsinin 1974-1976,1977-1979-cu illərə aid təsərrüfatbaşına kitablarında eyni adlı, t ə v ə l l ü d l ü digər şəxsin qeydiyyatının aparılmadığını, 1976-1979-cu illərdə harada i ş lə d i yi barədə təsərrüfatbaşına kitablarda qeydiyyatı aparıldığını ifadəsində göstərmişdir. Beləliklə qətnamədən də göründüyü kimi məhkəmə şahid ifadələrinə hüquqi qiymət verərkən şahidin ifadəsinə əsaslanmış və şahid ifadələrinin həqiqətə uyğunluğunu yoxlamamışdır. Belə ki, "xxxx" MMC-nin Balakən Poçt filialının xx.xx.2020-ci il tarixli 269 nömrəli Arayışından və Əmrlərdənçıxarışdan görünür ki, iddiaçı Tülü poçt şöbəsində 04 may 1977-ci il tarixli 66 saylı əmrlə poçtalyon işinə qəbul edilmiş, 05 yanvar 1999-cu il tarixli 02 saylı əmrlə işdən azad edilməsi məlumdur. İddiaçının poçtalyon vəzifəsinə qəbul edildiyi 04 may 1977- ci il tarix şahidi n ifadəsində istinad etdiyi təsərrüfatbaşına kitablarda 1976-1979-cu illər aralığına düşdüyü üçün həmin illərdə kolxozda işləməsi ilə yanaşı poçtalyon işləməsinə dair qeydlərin də olub-olmaması yoxlanılmalı idi. Çünki, mübahisə predmeti iddiaçının kolxozda işləyib-işləməməsi deyil, kolxozda işlıəməsinə dair verilən arayışın ona məxsus olub-olmamasıdır. Təsərrüfatbaşına kitablarda iddiaçının həm kolxozda işləməsi, həm də poçtalyon işləməsi müəyyən olunmuş olsaydı həmin kitablardakı qeydlərin həqiqətə uyğunluğu, arxiv arayışının isə iddiaçıya məxsus olması təsdiq olunardı.

38. Daha sonra kassator bildirmişdir ki, məhkəmə tərəfindən N.Nərimanov kolxozunun 7 №-li briqadasının 1976 və 1977-ci il tarixli əməyin ödənişi üzrə hesablama kitabında İddiaçı əməkhaqqı ödənilməsinə istinad olunmuşdur. L akin, nəzərə alınmamışdır ki, İddiaçı həmin illərdə əməkhaqqı alması deyil, həmin şəxsin İddiaçı olubolmamasımübahisə doğurur. Bundan əlavə olaraq “hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpasımümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılma sını istisna edir. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, y a l n ı z qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktlarımüəyyən edir.

39. Kassator qeyd etmişdir ki, bundan əlavə olaraq təqdim edilmiş sənədlərdən göründüyü kimi ərizəçinin işləməsinə dair arayışı, əmək kitabçası və s., eyni zamanda bundan əvvəl qanuni qüvvəsini almış məhkəmə qərarı olduğu halda işə xüsusi icraat qaydasında baxılmışdır. Halbuki təsdiqedici hər hansı sənəd olduğu halda həmin ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir; belə olan halda Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə imtina etməli, əgər belə ərizə səhvən i craata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə prosessual pozuntuya yol verərək bu cür mübahisəyə xüsusi icraat qaydasında baxmış və mahiyyətinə görə qərar qəbul etmişdir. Bundan əvvəlki məhkəmə icraatında həmin illər araşdırılmış və iddiaçının əmək haqqı almaması və ata adının qeyd edilməməsi, digər iş yeri ilə üst-üstə düşməsi səbəbindən həmin illər sığorta stajına daxil edilməmişdir.

40. Kassator belə qənaətə gəlmişdir ki, iş üzrə qanuni qüvvəsini almış məhkəmə qərarı olduğundan hazırki araşdırma təkrar aparıla bilməzdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bi r tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

45. Maddə 305.1 Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında;

46. Maddə 307.1 Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

47. Maddə 308 Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi h əmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

50. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədə n, şikayəti təmin etmədən saxlaya bilər.

51. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Hazırkı kassasiya şikayətində iddiaçı qətnaməni tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

55. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal ə saslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 56. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

57. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

59. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kolleg iyası Qərara aldı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X29 şəxsin Balakən rayon filialı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-647/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar