Məhkəmə qərarları › İş №2(102)-473/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-473/2022

10.01.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-473/2022 10.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iddia tələbinə, Müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər İddiaçı, Cavabdeh1, Cavabdeh2 qarşı iddia tələbinə (hər iki iddia üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri 18 saylı Notariat Kontoru cəlb edilməklə) dair iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması, prosessual müddətin ötürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Nov ruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı nümayəndəsi X3, vəkili Vəkil Sərkar oğlunun, Cavabdeh1 vəkili X1, Üçüncü şəxs X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-824/2020 nömrəli iş üzrə 30 iyun 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 10 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı, Bakı şəhəri, Xətai rayonu, 18 saylı notariat ofisində atası Ələkbər Kərimovun mülkiyyətçisi olduğu ünvan 1 üzrə aparılmış 2002-2007-ci il tarixli vərəsəlik işinin qanunsuz hesab edilərək ləğv edilməsi, həmin mənzilə dair Validə Kərimova və Cavabdeh2 arasında ½ bölgüyə dair re yestrdən çıxarışın, Validə Kərimova tərəfindən Cavabdeh1 ½ hissənin bağışlanması haqqqında müqavilənin, bağışlama müqaviləsi əsasında Cavabdeh1 və Cavabdeh2 adına verilmiş dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən əmlakın miras əmlak hesab edilməsi, onun vərəsəliyinin tanınması və həmin miras əmlakda ¼ hissədə miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs İlham Kərimov da iddia qaldıraraq, Bakı şəhəri, Xətai rayonu, 18 saylı notariat ofisində atası Ələkbər Kərimovun mülkiyyətçisi olduğu ünvan 1 üzrə aparılmış mənzilin anası Validə Kərimova və qardaşı Cavabdeh2 arasında bölünməsi barədə 2002-2007-ci il tarixli vərəsəlik işinin qanunsuz hesab edilərək ləğv edilməsi, vərəsəlik işinin nəticələrinin, Validə Kərimova və Cavabdeh2 adına ½ paylarla verilmiş reyestrdən çıxarışın, Validə Kərimovaya məxsus ½ payın Cavabdeh1 bağışlanması müqaviləsinin, Cavabdeh1 və Cavabdeh2 həmin mənzilə dair verilmiş dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, miras əmlak sayılan Xətai rayonu, Sarayevo küçəsi, ev 13, mənzil 23 ünvanında yerləşən əmlak üzrə onun vərəsəliyinin tanınması, həmin miras əmlakın vərəsələr arasında bərabər pay bölgüsünə uyğun ¼ payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Şəhriyar Əliyev) 15 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə hər iki iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlha m Kərimov da, apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər: Zaur Əliyev - sədrlik edən və məruzəçi, Fuad Talışinski, Rafael Eyvazov) 22 yanvar 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmədən qətnamə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti, eyni zamanda həmin şikayəti vermək üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizə vermişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Ziya Şirinov - sədrlik edən və məruzəçi, Şərafət Məmmədova, Rafael Eyvazov) 30 iyun 2021-ci il tarixli qərardadı ilə ərizəsi təmin edilməmiş, kassasiya şikayəti əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırımışdır ki, qanunverici müddətin buraxılma səbəbinin üzürlü hesab edildiyi halda onun bərpası qaydasını müəyyən etsə də, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün hansı səbəbin üzrlü hesab olunmasını məhkəmənin mülahizəsinə buraxmışdır. Bu baxımdan iddiaçı tərəfindən kassasiya şikayətinin verilməsi müddətinin üzrlü səbəblərdən ötürülübötürülməməsi məsələsinin araşdırılması vacibdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki,...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmas ın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən aydın olur ki, yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı və şəxsin özü tərəfindən onların dəf e dilməsi imkanı mümkün olmamalıdır. Baxılan işdə apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, işdə olan SS602013343AZ nömrəli poçt xəbərnaməsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli qətnaməsi İddiaçı tərəfindən 01.02.2020-ci il tarixdə ünvanda imza edilməklə rəsmi qaydada alınmışdır. Buna baxmayaraq o, kassasiya şikayətini məhkəməyə təxminən 1 il 4 aya yaxın müddət keçdikdən sonra təqdim edərək, eyni zamanda prosessual müddətin bərpasına dair ərizə vermişdir. Şikayətin verilməsi üçün prosessual müddətin buraxılmasına səbəb olaraq, kassasiya şikayətinin tərtib edilməsi və kassasiya instansiya məhkəməsində hüquqlarının müdafiəsi üçün vəkillə müqavilə bağlamasına baxmayaraq vəkil tərəfindən uzun müddət müxtəlif səbəblərlə aldadılması və kassasiya şikayət inin verilməsi ilə bağlı heç bir hərəkət edilməməsi göstərilmişdir. Məhkəmə hesab etmişdir ki, müddətin İddiaçı tərəfindən ötürülməsinin üzrlü sayılması və bərpa olunması üçün əsas yoxdur. Belə ki, İddiaçı prosessual müddətin bərpası barədə ərizəsini əsaslandırdığı hallara (vəkillə müqavilə bağlaması, xidmət haqqını ödəməsi, vəkilin hərəkətlərindən müvafiq orqana şikayət verilməsi (qeydiyyat ştampı əks olunmaqla) dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bundan başqa, iddiaçı özünün prosessual hüquqlarına laqeyd yanaşaraq, qətnamədən vəkil tərəfindən kassasiya şikayətinin verilməsini düşünsə belə, şikayətə baxılması ilə bağlı bu müddət ərzində ona heç bir məhkəmə sənədi (məkəmə bildirişi, sms xəbərdarlıq, qərar və s.) gəlməməsinə baxmayaraq hər hansı hərəkət etməmişdir. Belə olan h alda qətnamədən kassasiya şikayəti vermə müddəti 1 il 4 ay ötürüldükdən sonra həmin müddətin formal mülahizələrlə bərpa edilməsi yolverilməzdir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, ərizə əsassız sayılaraq rədd edilməli və buraxılmış prosessual müddət bərpa edilməməlidir. İddiaçı (Vəkil Sərkar oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətində müddətin bərpa edilməsi barədə ərizədə qeyd edilən dəlillərə istinad edilmiş, əlavə olaraq qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarının tələblərini pozmuş, nəticədə qanunsuz və ə sassız qərardad qəbul edilmişdir. Qeyd olunan qətnamədən kassasiya şikayətinin verilmə müddətinin vaxtının keçməsi ona xidmət göstərən vəkilin bilərəkdən, yaxud bilməyərəkdən düzgün istiqamət seçməməsidir. Bu da onun kassasiya şikayəti verə bilmək və ədalət mühakiməsinə müraciət etmək hüququnun pozulması deməkdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı nümayəndəsi X6 və vəkili Vəkil Sərkar oğlu məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Cavabdeh1 vəkili X4 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərardad ının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Üçüncü şəxs X5 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə Cavabdeh2 və üçüncü şəxs Bakı şəhər 18 saylı Notariat Ofisinin nümayəndəsi gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məh kəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qərardaddan kassasiya şikayəti verən iddiaçı qərardadı tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilməd ən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının kassasiya şikayətində qeyd etdiyi hallar apell yasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, məhkəmə müdafiəsi hüququndan istifadə etmənin prosessual qanunvericilikdə müəyyən edilmiş müddət çərçivəsində həyata keçirmək prosess iştirakçılarının vəzifəsidir. İddiaçı ilə vəkili arasında olan münasibətlər, iddiaçının şikayətində göstərdiyi hallar prosessual müddətin axımının kəsilməsi üçün və ya bərpası üzrlü hal deyildir. Apellyasiya instansiyası məhkəməsi həmçinin haqlı olaraq qeyd etmişdir ki, İddiaçı prosessual müddətin bərpası barədə ərizəsini əsaslandırdığı hallara (vəkillə müqavilə bağlaması, ona xidmət haqqı ödəməsi) dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Kassasiya şikayəti vermək və onu imzalamaq hüququ işdə iştirak edən şəxsə, yaxud onun bu barədə səlahiyyət verdiyi nümayənd əsinə məxsusdur. Vəkil isə şikayəti tərtib etdiyini təsdiqləmək üçün həmin şikayəti imzalayır. İş materiallarından isə iddiaçının vəkilə etibarnamə verməsi görünmür. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-824/2020 nömrəli iş üzrə 30 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar