Məhkəmə qərarları › İş №2(102)-4730/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4730/2021

21.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4730/2021 21.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X7, Cavabdeh3, Cavabdeh1na, Cavabdeh2və Cavabdeh5 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4730/21 (Açar sözlər: miras əmlakın qəbul edilməsi faktı tanınmaqla payın müəyyən edilməsi) Bakı şəhəri, 21 sentyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh Cavabdeh1nın iştirakı ilə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(108)-66/2021 nömrəli iş üzrə 0 7 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 21 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər X7, Cavabdeh3, Cavabdeh1na, Cavabdeh2və Cavabdeh5 qarşı “miras əmlakın qəbul edilməsi faktı tanınmaqla payın müəyyən edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin miras olaraq qəbul edilməsi faktının tanınmaqla pay müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək iddia ərizəsi verən zaman texniki səhvlik nəticəsində mərhum X4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən miras əmlak olaraq fər di yaşayış evinin göstərildiyini, halbuki atasından miras qalan torpaq sahəsi və evdən mirasın qəbul edilərək payının müəyyən edilməsini xahiş etdiyini göstərib bunun nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı həmçinin cavabdehlər X5, X8, Cavabdeh2 nümayəndəsi İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ailədə 7 bacı-qardaş olmuş, anası X21 2010-cu ildə, atası X11 2013-cü ildə vəfat etmişlər. X32 2007-ci ildə vəfat etmiş, onun övladları X12 və X hazırda miras əmlakda tikilən evdə yaşayırlar. Hələ atası G sağlığında dildə şifahi olaraq miras əmlakı bölmüşdür. Qardaşı R ruhi xəstədir, birinci qrup əlildir. Onu və bacılarını dəfələrlə söyüb təhqir etdiyi üçün həmin miras əmlakda yaşaya bilməmişlər. Hələ atasının sağlığında babası Rə özünün 563 kv.metr torpaq sahəsini və bir otaqlı evini vermişdir. Həmin əmlak texniki pasportda Rin adına olsa da çıxarış alınmamışdır. Mərhum atasından bir otaq və bir qəhvəxana, 14 sotdan artıq torpaq sahəsi qalmışdır. Rin babadan qalan br otaqlı evi həmin qəhvəxanaya bitişik olduğundan hər iki torpaq sahəsi və üzərində tikilmiş tikililər sənəddə ayrı olsa da faktiki olaraq bir dam örtüyünün altındadır. O, özü 2019-cu ildən sonra davamlı olaraq həmin həyətdə atasından qalan bir otaqlı evdə yaşayır, həyətdə özünə bacılarının köməyi ilə sanitar qovşaq tikmişdir. Onun evinin qapısı həyətin yan tərəfində ayrılır və çıxışı özü həyətin arxa hisəssindən qoymuşdur ki, qardaşı Rlə qarşılaşmasın və mübahisə yaranmasın. 2013-cü ildən 2019-cu ilədək ara-ara atası nın evinə gələrək yaşamış, lakin hər dəfə R onunla mübahisə etmiş, sonuncu dəfə “səni vurub öldürəcəm, mən xəstəyəm, məni tutmayacaqlar, ev də, torpaq da mənə qalacaq” demiş, bundan sonra Bakı şəhərinə getmişdir. Lakin evin bütün kommunal xərclərini özü ödəmişdir, evin açarı, bütün sənədləri onda olmuşdur. 2019-cu ildən artıq Naxçıvana qayıtmış, atasından qalan bir otaqlı evdə yaşamışdır. Hələ atası sağlığında rəhmətə gedən bacısı Vyə torpaq sahəsi bölüb vermiş, torpaq sahəsi 5 sotdan artıq olaraq bölünmüş və çəpər çəkilmişdir. Lakin torpaq sahəsi sənədləşdirilməmiş, hələ də atasının adına qeydiyyatdadır. Həmin torpaq sahəsində rəhmətə gedən bacısı Vnin oğlu M ev tikərək evi Daşınmaz Əmlakda öz adına qeydiyyata saldırmışdır. Həmin evdə hazırda M və bacısı X yaşayırlar. Ümumiyyətlə V bacısı na bölünmüş torpaqla bağlı heç bir mübahisə yoxdur. Onun məsələsi Rlədir. R vaxtilə babasından qalan torpaqdan öz payını alıbdır. Atasından qalan 14 sot torpağın 5 sotdan artıq hissəsi bacısı Vnin uşaqlarının olmalıdır. Yerdə qalan 9 sotdan az olan torpaq sahəsi isə ona və bacısı Pyə verilməlidir. Rə atasından qalan torpaq sahəsindən pay çatmır. Bacısı P Bakı şəhərində yaşayır. O evli olan zaman yaşadıqları ev baldızına verildiyi üçün yaşamağa yerləri olmadı və atasının yanında yaşamağa başladılar. Atası vəfat edəndən sonra da P bacısı həmin evdə yaşayırdı. Lakin Naxçıvanda iş olmadığı üçün, həmçinin R onları da söyüb təhqir etdiyi üçün burada yaşaya bilməyib Bakı şəhərinə köçmüşlər. P qızını da miras evdən toy edərək çıxarmışdır. Hələ atası sağ olarkən həyətin yuxarı hissəsindən Pnin payı nı bölüb verərək gələcəkdə orada ev tikməsini bildirmişdir. Lakin atasının dildə şifahi olaraq Pyə verdiyi yer sənədləşdirilməmişdir. Digər bacısı T Rusiyada yaşayır, Rusiya vətəndaşıdır. Naxçıvana gələndə 78 ay burada qalır. 2019-cu ildə Naxçıvana gələndə 7 ay burada qalıbdır. Onun da miras əmlakda haqqı vardır. Digər qardaşı U Rusiya vətəndaşıdır. Onlar hələ atası sağ olanda aralarında pul yığıb Ua Bakı şəhərindən ev alıbdırlar. O, nə atasının sağlığında, nə də vəfatında Naxçıvana gəlməyibdir. Arada toy olanda gəlib gedibdir. X23 özünə aid evdə yaşayıbdır. Ata-anası xəstə olanda onlara F baxıbdır. Bacısını R yola verməyibdir. Əgər qanunla Fya pay düşürsə onun da haqqı vardır. R həmin ünvanda yaşasa da ruhi xəstə olduğundan ilin çox hissəsini xəstəxanada keçirir. O miras əmlakda atasının vəfatından sonra ilk altı ay da yaşamayıbdır. Ata-anası xəstə olanda onlara Rin ailəsi yox, bacısı F qulluq edibdir, qayğısına qalıbdır. Kimin haqqı nədirsə onun da verilməsini istəyir. Atasından qalan miras əmlakda onun, Pnin və bacılarının haqqı vardır və paylarının bölünüb verilməsini tələb edir. Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 11 dekabr 2020-ci il tarixli, 2(078)-661/2020 saylı qətnaməsi ilə (hakim Gülnar Səfərəliyeva) iddia tələbi təmin edilərək, mərhum X2 qalan ünvan 2 ünvanında yerləşən miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməsi, ünvan 2 ünvanında yerləşən miras əmlakda İddiaçı payının 1/3 hissə olmasının müəyyən olunması, İddiaçı tərəfindən “Kapital Bank” Naxçıvan filialına 02.07.20 20-ci il tarixdə 55417 nömrəli qəbzlə ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya qaytarılması qət olunmuşdur. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçının tələbi miras əmlakın onun tərəfindən qəbul edilməklə payının müəyyən edilməsi tələbidir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən qeyd edir ki, aydınlaşdırılmalı halların birincisi iddiaçının miras əmlakı qəbul edib-etməməsidir. Belə ki, qəbul edilməyən miras barəsində pay müəyyən edilə bilməz. Məhkəmə hesab edir ki, İddiaçı mərhum X4 vəfatından sonra miras əmlakı faktiki idarə etmişdir. Belə ki, iş üzrə iddiaçı izahatından aydın olur ki, o atasının vəfatından sonra miras əmlakı idarə etməklə evin açarı onda olmuş, bütün kommunal ödənişləri ödəmiş, evin bütün sənədləri ond a olmuş, 2019-cu ildən sonra isə daimi olaraq həmin evdə yaşamağa başlamışdır. İddiaçının qeyd etdiyi hallar cavabdehin nümayəndəsi X19 tərəfindən mübahisələndirilməmiş, miras əmlakdan əmisi İddiaçı pay verilməsinə atasının etiraz etmədiyini bildirmişdir. Həmçinin Cavabdeh5 İddiaçı pay veriləməsinə etirazı olmadığını bildirmişdir. Məhkəmə işin bu halını mübahisəsiz hal hesab edir və qeyd edir ki, mirasın İddiaçı tərəfindən qəbul edilməsi evin açarının, sənədlərinin onda olması, iş materiallarında olan elektrik, su, qaz ödənişlərinin onun tərəfindən həyata keçirilməsi, həmin kommunal xərclərlə bağlı müqavilələrin iddiaçı ilə bağlanması barədə müəyyən edilən hallar İddiaçı mirası qəbul etdiyini təsdiq edir. Həmçinin məhkəmə iclasında şahid qismində ifadə verən şəxslər də miras əmlakda yaşaya n şəxslərdən birinin İddiaçı olduğunu bildirmişlər. Məhkəmə bununla bağlı qeyd edir ki, mülki qanunvericilikdə mirasın qəbul edilməsi ilə bağlı nəzərdə tutulmuş normaların məzmunundan da aydın olduğu kimi, mirasın faktiki qəbulu miras əmlaka faktiki sahiblik və miras əmlakı faktiki idarə etmək üsulunu özündə ehtiva edir. Mirasın faktiki qəbulu dedikdə vərəsənin məhz miras əmlakda yaşamaqla onu qəbul etməsi ilə şərtləndirilmir, həmçinin miras əmlak barəsində vərəsə mülkiyyətçinin öz əmlakının qorunması və sahiblik etməsi ilə bağlı hərəkətlər edir. Hazırki iddia tələbi üzrə vərəsə İddiaçı atasının vəfatından sonra mirasın qorunması üçün həyata keçirdiyi hərəkətləri məhkəmə tərəfindən həmin mirasın onun tərəfindən qorunması, mirasa sahiblik etməklə faktiki idarə etməsi kimi qiymətləndirilir. Məhkəmə iddia tələbinin ikinci hissəsinə-miras əmlakdan payın müəyyən olunması tələbinə hüquqi qiymət verərək hesab edir ki, işin yuxarıda şərh olunmuş hallarından aydın olduğu kimi mərhum X2 miras qalan ünvan 3 ünvanında yerləşən torpaq sahəsi və üzərində olan fərdi yaşayış evindən iddiaçının payının hansı hissədə müəyyən edilməsi məsələsi araşdırılarkən miras qoyanın qoyanın bütün vərəsələri tam araşdırılmalı və mirası qəbul etmiş şəxslərə münasibətdə paylar müəyyən edilməli, iddiaçının payı da həmçinin bu araşdırma nəticəsində müəyyənləşdirilməlidir. Məhkəmə İddiaçı payına münasibətdə 1/3 hissədə müəyyən olunmasını qanuni və əsaslı hesab edir. Belə ki, işin araşdırılmış halları, şahid ifadələri ilə müəyyən olunmuşdur ki, mərhum X4 övladı X15 2007-ci ildə vəfat etmişdir. Naxçıvan Şəhər M əhkəməsinin 09.11.2005-ci il tarixli qətnaməsi ilə Naxçıvan şəhəri Sabir küçəsi döngə 8-də yerləşən 4 saylı yaşayış sahəsinin üzərində tikilən bir otaqlı, dəhliz və hamam üzərində X1 hüququ tanınmışdır. Qətnamə əsasında ona texniki pasport verilmişdir. Həmçinin iş materiallarından aydın olur ki, 23 avqust 2017-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mərhum X9 vərəsəsi X12 olmaqla texniki pasport onun adına dəyişdirilmiş və X13 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin çıxarışdan aydın olur ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 32.4 kvadrat metr olan danışmaz əmlak və 0.0059 ha torpaq sahəsi 05.09.2017-ci ildə ******* nömrəli çıxarışla X6 adına qeydiyyata alınmışdır. İşə məhkəmədə baxılan zaman İddiaçı və Cavabdeh5 h ələ atalarının sağlığında torpaq sahəsinin bir hissəsini mərhum bacısı Vyə bölüb verdiyini, lakin ancaq yaşayış evi və altında yerləşən torpaq sahəsinin adına sənədləşdirildiyini, mərhum bacısına bölünüb verildiyi və hazırda onun övladları X Novruzovanın və M Hüseynovun yaşadıqları ev tərəfindən bölünmüş torpaq sahəsindən onların istifadə etdiklərini və miras paylarının müəyyən edilməsinə etiraz etmədiklərini bildirmişlər. Məhkəmə qeyd edilən halları nəzərə alaraq hesab edir ki, mərhum X2 miras qalan torpaq sahəsinin sənədləşdirilmə aparılmadan bölünərək verilmiş hissəsi X3 vərəsələri tərəfindən istifadə edildiyindən və bu hal həm tərəflərin izahatları, həm də şahidlərin ifadələri ilə təsdiq edildiyindən məhkəmə belə hesab edir ki, miras qoyanın vəfatından sonra qızı mərhum X9 vərəsələri X 16 və X12 tərəfindən həmin miras əmlak faktiki olaraq qəbul edilmişdir. Həmçinin mülki işin materialları, şahid ifadələri ilə təsdiq olunmuşdur ki, Cavabdeh5 mərhum X2 miras qalan əmlakda faktiki olaraq yaşamaqla həmin əmlakı qəbul etmişdir. Belə ki, Cavabdeh5 mərhum X2 miras qalan fərdi yaşayış evinin qəhvxanasında yaşaması istər şahid ifadələri, istər İddiaçı izahatı, istərsə də cavabdehlər F Qasımovanın, Cavabdeh5, cavabdehin nümayəndəsi Müseyib Qasımovun izahatları ilə təsdiq olunmaqla yanaşı, həmçinin bu məhkəmə tərəfindən əmlaka baxış keçirilməsi ilə də öz təsdiqini tapmışdır. Məhkəmə iddiaçı Cavabdeh5 mərhum atasının hələ sağlığında pay bölüb verməsini, atasının mirasından ona pay çatmaması ilə bağlı bildirdiyi halları əsassız hesab edir. Belə ki, tərəflərin izahatları və iş mater ialları ilə aydın olmuşdur ki, iddiaçının mübahisələnidirdiyi və atasının hələ sağlığında bölüb verdiyini qeyd etdiyi torpaq sahəsi mərhum X4 mülkiyyətində olmamış, Cavabdeh5 nənəsi (X4 anasının) mülkiyyətində olmuş və texniki pasport nənədən Cavabdeh5 adına dəyişdirilmişdir. Yəni işin hallarından aydın olur ki, Cavabdeh5 adına olan texniki pasportda göstərilən 563 kvadrat metr torpaq sahəsi və bir otaqlı yaşayış evi Cavabdeh5 mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi və fərdi yaşayış otağı mərhum X4 mülkiyyətində olan torpaq sahəsi və fərdi yaşayış evinə bitişik olmuş və X2 qalan fərdi yaşayış evinin qəhvxanasında Cavabdeh5 ailəsi ilə birlikdə yaşamış, hazırda yaşamaqdadır. Bu hal Cavabdeh5 atası mərhum X2 miras qalan əmlakın faktiki olaraq qəbul edilməsi kimi qiymətləndirmişdir. Məhk əmə iddiaçının miras əmlakdan payını müəyyən edərkən digər vərəsələrin miras əmlakı qəbul edib-etmədiklərini araşdırıb belə nəticəyə gəlir ki, digər cavabdehlər X14, Cavabdeh3, Cavabdeh1, Cavabdeh1 mərhum X2 qalan miras əmlakı qəbul etməmişdir. Belə ki, işə baxılan zaman tərəflərin izahatları, şahid ifadələri ilə həmin vərəsələrin miras əmlakı qəbul edilməsi faktı öz təsdiqini tapmamışdır. İş materiallarına əlavə edilmiş notariat orqanlarına X17 tərəfindən verilən ərizədə ona çatan miras payını bacısı Cavabdeh2 verməsi, X14 və Cavabdeh2 tərəfindən verilən ərizələrdə isə onlara çatan miras payın qardaşı İddiaçı verməsi qeyd edilmişdir. Halbuki həmin şəxslər qanunvericiliklə müəyyən edilmiş müddətdə notariat orqanına ərizə verməklə miras əmlakı qəbul etməmiş, həmçinin miras əmlakı faktiki ol araq qəbul etmələrini şərtləndirən hərəkət etmələri işə baxılarkən öz təsdiqini tapmamış, həmin hallar sübuta yetirilməmişdir. Məhkəmə Cavabdeh2 münasibətdə həmin əmlakda atasının sağlığında yaşaması ilə bağlı şahid ifadələrinə münasibət bildirərək qeyd edir ki, miras qoyanın sağlığında əmlakda yaşaması miras qoyanın vəfatından sonra həmin mirası qəbul edilməsi hesab edilmir. Mirasın qəbulu miras qoyanın vəfatından sonra həmin əmlakı faktiki qəbul etməklə sahiblik etməsi hesab edilir ki bu hal Cavabdeh2 münasibətdə işə baxılan zaman öz təsdiqini tapmamışdır. Həmçinin iddia ərizəsinə əlavə edilmiş X8 aid ümumvətəndaş pasportunun surətindən 2019-cu il tarixdə Azərbaycana gəlməsi və bir neçə müddət qalmaqla getməsi cavabdeh X8 miras əmlakı qəbul etməsi hesab edilmir. Belə ki, miras qoyan 2013 -cü il tarixdə vəfat etmiş, miras əmlakın formal və ya qeyri-formal olaraq qəbul edilməsi isə məhz qanunvericilikdə müəyyən edilmiş üç aylıq müddət ərzində mümkünlüyü şərtləndirilmişdir. Həmin müddət ərzində cavabdehlər X14, Cavabdeh3, Cavabdeh1, Cavabdeh1 mərhum X2 qalan mirasın qəbul edilməsi barədə hər hansı mötəbər sənəd məhkəməyə təqdim etməmişlər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə İddiaçı mərhum X2 qalan miras əmlakdakı payını 1:3=1/3 hissədə (yəni miras əmlak üç vərəsə arasında-İddiaçı üçdə bir hissə, Cavabdeh5 üçdə bir hissə və mərhum X9 vərəsələri X12 və X üçdə bir hissə bölünməklə) müəyyən olunmasını düzgün hesab edir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1146, 1151.1, 1243.1, 1243.2, 1243.3-cü və Azərbaycan Respubl ikası Mülki Prosessual Məcəlləsinin 119.1, 217.3, 217.4, 218.3-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, qətnamədə dəyişiklik edib buraxılmış səhvin aradan qaldırılması və baxıları X10 və Cavabdeh4 mirasda olan paylarının onun miras payına əlavə edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Əhliman Xıdırov- sədrlik edən və məruzəçi, Fərman Abbasov, Mehman Allahverdiyev) 07 aprel 2021-ci il tarixli, 2(108)-66/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Naxçıvan Şəhər Məhkəməsinin 11 dekabr 2020-ci il tarixli, 2(078)-661/2020 nömrəli qətnaməsinin İddiaçı apellyasiya şikayətinə m ünasibətdə ünvan 2 ünvanında yerləşən miras əmlakda İddiaçı payının 1/3 hissə olmasının müəyyən edilməsinə dair hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. İş materiallarında olan X8 ərizəsindən məlum olur ki, o, 23 oktyabr 2014 –cü il tarixdə bacısı X10 xeyr inə, Cavabdeh2 ərizəsindən məlum olur ki, o, 10 sentyabr 2019-cu il tarixdə qardaşı İddiaçı xeyrinə, X5 ərizəsindən məlum olur ki, o, mirasdan 15 may 2017-ci il tarixdə qardaşı İddiaçı xeyrinə imtina etmişdir. İş materiallarında olan AZ-İ 494786 nömrəli ölüm haqqında şəhadətnamədən də məlum olur ki, yuxarıda göstərilən şəxslərin miras qoyanı X11 13 sentyabr 2013-cü il tarixdə ölmüşdür. Göstərilənlərlə müəyyən edilir ki, X17, Cavabdeh2 və X14 Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1256-cı maddəsində nəzərdə tutulmuş müddəti buraxmaqla və həmin müddət məhkəmə tərəfindən uzadılmadığı halda mirasın qəbulundan imtina etmələri barədə iradə ifadə etmişlər ki, artıq həmin imtinaların hüquqi qüvvəsi yoxdur. Həmin imtinalara müvafiq olaraq xeyrinə imtina edilmiş şəxsin payının artırılması müm kün deyil. Kollegiya onu da qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1248-ci maddəsində mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət qurtardıqdan sonra mirası qəbul edən bütün vərəsələr razıdırsa mirasın məhkəməyə müraciət edilmədən də qəbul oluna biləcəyi deyilir. Göstərilən ehtimalda da mirasın qəbulunun rəsmiləşdirilməsi və vərəsənin mirasdan pay alması məqsədilə vərəsənin adı vərəsəlik şəhadətnaməsinə yazılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1323-cü maddəsinə əsasən şəhadətnaməyə yazılmağa razılıq bu Məcəllə ilə müəyyənləşdirilmiş müddətdə mirası qəbul etməyən vərəsələr mirası qəbul etmiş vərəsələrin hamısının razılığı ilə vərəsəlik şəhadətnaməsinə yazıla bilərlər. Razılıq vərəsəlik şəhadətnaməsi verilənədək yazılı surətdə ifadə edilm əlidir. Lakin iş materiallarında olan Naxçıvan şəhər ikinci Notariat ofisinin notariusunun 17 sentyabr 2019-cu il tarixli “Notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında” qərarından məlum olur ki, İddiaçı mərhum atası X2 qalmış mirasla əlaqədar vərəsəlik hüququna dair şəhadətnamə verilməsindən imtina edilərkən vərəsələr arasında mübahisə olmasına da istinad edilmişdir. Ona görə də hazırki iş üzrə iddia ilə məhkəməyə müraciət olunmuşdur. Birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsindən məlum olur ki, həmin məhkəmə X2 qalmış mirasın iş üzrə İddiaçı, iş üzrə Cavabdeh5 və miras qoyanından əvvəl ölmüş X9 iki uşağı (iş üzrə cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb olunmuş miras qoyanın nəvələri) tərəfindən qəbul edildiyi m üəyyən edilmiş, buna müvafiq olaraq da iş üzrə iddiaçının miras payı 1/3 olaraq müəyyən edilmişdir. Mirasın faktiki olaraq kimlər tərəfindən qəbul edilməsi hazırki iş üzrə apellyasiya şikayəti ilə mübahisələndirilmir. Həmin qətnamə İddiaçı tərəfindən ona müəyyənləşdirilmiş payın miqdarı ilə əlaqədar hissədə mübahisələndirilərək bacıları X20 və Cavabdeh4 mirasda olan paylarından onun xeyrinə imtina etdiklərini göstərərək apellyasiya şikayətindəki tələbində qətnamənin dəyişdirilməklə, buraxılmış səhvin aradan qaldırılması və bacıları X10 və Cavabdeh4 mirasda olan paylarının onun miras payına əlavə edilməsi ilə əlaqədar yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Yuxarıda müəyyənləşdirildiyi kimi, X17, Cavabdeh2 və X5 iş üzrə mirasın qəbulundan imtina etmələrinin hüquqi qüvvəsi olmadığından ap ellyasiya şikayətinin tələb hissəsində göstərildiyi kimi X10 və Cavabdeh4 mirasda olan paylarının İddiaçı miras payına əlavə edilməsi də mümkün deyil. Kollegiya Cavabdeh5 ruhi xəstə olması və bu xəstəliklə əlaqədar olaraq pensiya alması, ruhi xəstə olduğu üçün etibarnamə verə bilməməsi, onun verdiyi etibarnamənin mülki qanunvericiliyin tələblərinə zidd olması və oğlunun onun tərəfindən verilmiş qanunazidd etibarnamə əsasında çıxış edib tələblər irəli sürməsinin qanunsuz olması ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, həmin dəlillər də əsaslı hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci madəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yara tmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.8-ci madəsində isə qeyd olunur ki, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikasının MPM-in 3-cü fəslinin müddəaları isə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi məsələlərini tənzimləyir. Həmin normaların tələbindən aydın olur ki, şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq imkanı yalnız məhkəmə qərarı ilə məhdudlaşdırıla bilər və şəxs yalnız məhkəmə qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilə bilər. İddiaçı isə Cavabdeh5 fəaliyyət qabi liyyəti olmamasını təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ümumiyyətlə isə Cavabdeh5 fəaliyyət qabiliyyətinin olub-olmaması apellyasiya şikayətinin tələb hissəsində göstərildiyi kimi X10 və Cavabdeh4 mirasda olan paylarının İddiaçı miras payına əlavə edilməsinə hər hansı bir aidiyyəti də yoxdur. Azərbaycan Respublikasının MPM-in 71.3-cü maddəsinə əsasən şəxs, mənafeyi təmsil edilənin mənafeyinə zidd olan şəxslərə həmin iş üzrə hüquqi yardım göstərirsə və ya əvvəllər belə y ardım göstərmişsə, yaxud hakim, prokuror, ekspert, mütəxəssis, tərcüməçi, şahid, hal şahidi və ya məhkəmə iclasının katibi qismində iştirak etmişsə, eləcə də o, işə baxılmasında iştirak edən vəzifəli şəxslə qohumdursa, nümayəndə ola bilməz. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsindən və iş materiallarından aydın olur ki, iddiaçı cavabdehlər X5, X8 və Cavabdeh2 nümayəndəsi qismində də işdə iştirak etmiş və izahat vermişdir. Kollegiya bununla bağlı qeyd edir ki, həmin hal qanunvericiliyin tələblərinə ziddir. Belə ki, iddiaçı və cavabdeh mənafeləri bir-birinə zidd prosessual şəxslərdir. Odur ki, həmin əks mənafelərə sahib şəxslərin eyni bir mülki iş üzrə birbirini təmsil etməsi təmsil edilənin nəinki mənafelərinin təmsil olunması sayıla bilər, əksinə bu hal onun hüquqları nın pozulması ilə nəticələnə bilər. Birinci instansiya məhkəməsi göstərilən prosessual pozuntuya yol versə də, iş üzrə hallarla İddiaçı cavabedhlər X5, X8 və Cavabdeh2 nümayəndəsi kimi də deyil, sadəcə iddiaçı kimi birinci instansiya məhkəməsində iştirak edərək izahat versə idi fərqli qətnamə qəbul ediləcəyi müəyyən olunmur. Kollegiya hesab edir ki, göstərilən prosessual pozuntunun nəticə etibarilə düzgün olmayan qətnamə qəbul edilməsinə səbəb olması müəyyən edilmədiyinə görə bu hal məhkəmənin qətnaməsinin ləğvi üçün əsas təşkil etmir. Odur ki, apelyasiya şikayəti təmin edilməməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməs inin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxışa qaytarılması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, apelyasiya şikayətində X10 və Cavabdeh4 mirasda olan paylarının onun miras payına əlavə edilməsini xahiş etmiş, lakin kollegiya buna hüquqi qiymət verməmişdir. Həmçinin o, Rin ruhi xəstə olması ilə bağlı məhkəməyə sənəd təqdim etsə də, buna məhkəmə tərəfindən qiymət verilməmişdir. İşə baxmış məhkəmələr X8 notariat orqanında atasından qalma mirasdan ona çatası paydan bacısı Cavabdeh2 xeyrinə imtina etməsini, X5 və Cavabdeh2 mirasdan onun xeyrinə imtina etmələrini belə əsaslandırmışlar ki, qanunvericilikdə müəyyən olunmuş müddətdə onlar notariat orqanına müraciət etməmişlər. Lakin məhkəmə həmin ərizələrdə ifadə olunan iradə ifadələrinə qiymət verməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı, vəkili Vəkil, cavabdehlər Cavabdeh3, X14, Cavabdeh1, 3-cü şəxslər X18 və X12 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Cavabdeh5 məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərib iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh Cavabdeh1 məhkəmə iclasında vəkilsiz iştirak et diyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 28.1. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Maddə 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1159.1.1. Ölənin uşaqları, miras q oyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürülənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbəli vərəsələr hesab olunurlar. Maddə 1243.1 və 1243.2. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsən in mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət v ermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki kasasiya şiakyətində apelyasiya kollegiyasının q əbul etdiyi qətnamə tam mübahisələndirildiyindən məhkəmə aktı tam olaraq yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçının kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, iddiaçı kasasiya şikayətində apelyasiya şikayətində X10 və Cavabdeh4 mirasda olan payların ın onun miras payına əlavə edilməsini xahiş etməsini, lakin kollegiyanın buna hüquqi qiymət vermədiyini göstərsə də, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, apelyasiya kollegiyası iddiaçının qeyd edilən mövqeyinə münasibət bildirərək göstərmişdir ki, X17, Cavabdeh2 və X14 Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1256-cı maddəsində nəzərdə tutulmuş müddəti buraxmaqla və həmin müddət məhkəmə tərəfindən uzadılmadığı halda mirasın qəbulundan imtina etmələri barədə iradə ifadə etmişlər ki, artıq həmin imtinaların hüquqi qüvvəsi yoxdur. Həmin imtinalara müvafiq olaraq xeyrinə imtina edilmiş şəxsin payının artırılması mümkün deyil. Kollegiya onu da qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1248-ci maddəsində mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət qurtardıqdan sonra mirası qəbul edən bütün vərəsələr razıdırsa mirasın məhkəməyə müraciət edilmədən də qəbul oluna biləcəyi deyilir. Göstərilən ehtimalda da mirasın qəbulunun rəsmiləşdirilməsi və vərəsənin mirasdan pay alması məqsədilə vərəsənin adı vərəsəlik şəhadətnaməsinə yazılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1323-cü maddəsinə əsasən şəhadətnaməyə yazılmağa razılıq bu Məcəllə ilə müəyyənləşdirilmiş müddətdə mirası qəbul etməyən vərəsələr mirası qəbul etmiş vərəsələrin hamısının razılığı ilə vərəsəlik şəhadətnaməsinə yazıla bilərlər. Buradan da aydın olur ki, iddiaçı məhkəmənin bu hissə üzrə hüquqi qiymət vermədiyini bildirsə də, onun xeyrinə imtina verdiklərini göstərmiş olduğu bacılarının imtinasının hüquqi qüvvəsinin olmamasının əsası aydın şəkildə izah edilmiş və iddiaçıya bildirilmişdir ki, həmin şəxslər nə mirası faktiki qəbul etmiş, nə də qanunvericilikdə müəyyən edilmiş müddətdə miras əmlakın qəbulu ilə bağlı noratiar orqanına müraciət etməmişlər. Bununla yanaşı həmçinin iddiaçının cavabdehlərdən Cavabdeh5 ruhi xəstə olması ilə bağlı məhkəməyə sənəd təqdim etsə də, buna məhkəmə tərəfindən qiymət verilməməsi barədə mövqeyi üzrə bildirilməlidir ki, apelyasiya kollegiyası tərəfindən qəbul edilmiş qətnamədə əsaslandırıldığı kimi, kasasiya yoxlaması nəticəsində də adıçəkilən cavabdehin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə hər hansı məhkəmə qətnaməsi müəyyən edilməmiş, apelyasiya kollegiyası da haqlı olaraq vurğulamışdır ki, bununla bağlı məhkəməyə sübut təqdim edilməmişdir. Burada da yalnız sübut kimi şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə məhkəmə qətnaməsi ola və nəzərə alına bilərdi ki, bu hal da iş materialları ilə müəyyən edilmir. Ümumilikdə kasasiya yoxlaması həyata keçirilərkən isə apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətlərinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfində n verilmiş kasasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(108)-66/2021 nömrəli iş üzrə 07 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar