Məhkəmə qərarları › İş №2(102)-4735/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4735/2019

01.07.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4735/2019 01.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, cavabdehin hüquqi varisi X1 və vəkili Vəkil iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 12 sentyabr 2018-ci il tarixli qərardadından Cavabdehin hüquqi varisi X1in və onun vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Ağsu Rayon Məhkəməsinin (hakim Tahir İsmayılov) 24 yanvar 2017-ci il tarixli, 233/1995 nömrəli qərard adı ilə X1 Ağsu Rayon Məhkəməsinin 30 iyun 1995-cı il tarixli, 233/1995 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpasına dair ərizəsi rədd edilmişdir. Ağsu Rayon Məhkəməsinin 08 may 2017-ci il tarixli 2-33/1995 nömrəli qərardadı ilə X1 Ağsu Rayon Məhkəməsinin 30 iyun 1995-cı il tarixli 2-33/1995 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpasına dair ərizəsi üzrə Ağsu Rayon Məhkəməsinin 24 yanvar 2-33/1995 saylı nömrəli qərardadından X1 şikayəti rədd edilmiş və material şikayətlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 19 iyul 2017-ci il tarixli, 2(107)-1619/2017 nömrəli qərardadı ilə X1 tərəfindən verilmiş şikayət təmin edilməmiş, iş üzrə Ağsu Rayon Məhkəməsinin 24 yanvar 2017-ci il tarixli, 2-33/1995 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin 25 iyun 2018-ci il tarixli, 2(107)-1619/2017 nömrəli qərardadı ilə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 iyul 2017-ci il tarixli 2(107)-1619/2017 nömrəli qərardadından X1 tərəfindən verilmiş kassasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatət təmin edilməmiş, X1 və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Şəki Apellyasiya Məhkəməsinin 26 iyul 2018-ci il tarixli, 2(107)-1619/2017 nömrəli qərardadı ilə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyun 2018-ci il tarixli, 2(107)-1619/2017 nömrəli qərardadından X1 və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Mül ki Prosessual Məcəlləsinin 407-408-ci maddəsinin tələblərinə uyğun olmadığından geri qaytarılmışdır. Şəki Apellyasiya Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli, 2(107)-1619/2017 nömrəli qərardadı ilə (hakimlər Ə.Məcidov, M.Əsədli və İ.Quliyev) Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 iyul 2018-ci il tarixli, 2(107)-1619/2017 nömrəli qərardadından X1 və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-408-ci maddəsinin tələblərinə uyğun olmadığından geri qaytarılması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 12 sentyabr 2018-ci il tarixli qərardadından Cavabdeh hüquqi varisi X1 və onun vəkili Vəkil tərəfindən kassasiya şikayəti verilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh hüquqi varisi X1 və onun vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə yanlışlığa yol vermiş, prosessual hüquq normaları pozulmuşdur. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin MK-nin 12 sentyabr 2018-ci il tarixli qərardadının ləğv olunmasını xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında cavabdeh X1 və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini Şəki Apellyasiya Məhkəməsinin MK-nin 12 sentyabr 2018-ci il tarixli qərardadının ləğv olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyə n tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 12 sentyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi iş üzrə belə nəticəyə gəmişdir ki, poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, X1 Şəki Apellyasiya Məhkəməsinin 26 iyul 2018-ci il tarixli, 2(107)-1619/2017 nömrəli qərardadını 04 avqust 2018-ci ildə xəbə rnaməyə imza etməklə qəbul etmişdir. 30 avqust 2018-ci ildə Şəki Apellyasiya Məhkəməsinə daxil olmuş kassasiya şikayətinə əlavə edilmiş zərfin üzərindəki poçt ştampından görünür ki, kassator kassasiya şikayətini 24 avqust 2018-ci ildə poçta təqdim etmişdir. İş materiallarından göründüyü kimi X1 kassasiya şikayətini iki gün müddət ötürməklə vermiş və kassasiya şikayətinə buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət əlavə etməmişdir. Belə olan halda Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 iyul 2018-ci il tarixli, 2(107)-1619/2017 nömrəli qərardadından X1 və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti prosessual müddət ötürülməklə verildiyindən və bununla da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407408-ci maddəsinin tələblərinə uyğun olmadığından g eri qaytarılmalıdır. Apellyasiya Məhkəməsi iş üzrə gəldiyi nəticəni aşağıdakı prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405.0.2-ci maddəsinə görə qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.4-ci maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmi şdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 408.2-ci maddəsinə əsasən bu Məcəllənin 408,1.1 və 408.1.3.— 408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 408.3-cü maddəsinə görə kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır. Həmin Məcəllənin 408.4-cü maddəsinə əsasən kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılmasına dair qərardaddan kassasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və inzibati-iqtisa di kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası kassatorun şikayətdə qeyd etdiyi dəlili ilə əlaqədar bildirir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 iyul 2018-ci il tarixli, 2(107)-1619/2017 nömrəli qərardadından X1 və onun v əkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti prosessual müddət ötürülməklə verildiyindən və bununla da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-408-ci maddəsinin tələblərinə uyğun olmadığından geri qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində irəli sürülən dəlillər əsassız olmaqla formal mülahizələrə əsaslanmaqla işdə olan və yuxarıda qeyd olunan hallarla təkzib edilir. Ona görə də apellyasiya instansiyası məhkəməsinin qənaəti əsaslı olmaqla qəbul edilmiş qərardad qanunidir, həmçinin hüquq normaları düzgün tətbiq edilməklə iş üzrə düzgün hüquqi nəticəyə gəlinmişdir. Bu səbəbdən də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin hüquqi varisi X1in kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 12 sentyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar