Məhkəmə qərarları › İş №2(102)-4735/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-4735/2021

14.09.2021 · Müqavilələrin ləğv edilməsi - Müqavilənin etibarsız hesab ed
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4735/2021 14.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi, məruzəsi ilə, Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Cavabdeh: Cavabdeh2 Əlibbas oğlunun vəkili Vəkil1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 may 2021-ci il tarixli, 2(103)4481/2021 saylı qərardadından Cavabdeh2 kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 avqust 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh2 və digərlərinə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi, icra qeydinin ləğv edilməsi” barədə ilk iddiası rədd, Cavabdeh2 İddiaçı qarşı “əsas borca görə 80.000 manat, faiz borcuna görə 4.000 manat, dövlət rüsumu, bank xərcinə görə 31 manat, hüquqi yardım üçün nümayəndəyə çəkilmiş xərcə görə 110 manat, cəmi 84.141 manat pul tələbinə dair” qarşılıqlı iddiası təmin edilərək, İddiaçı əsas borca görə 80.000 manat, faiz borcuna görə 4.000 manat, göstərilmiş hüquqi xidmətə görə 110 manat, ödənilmiş dövlət rüsumuna və bank xərcinə görə 31 manat olmaqla, cəmi 84.141 manat pulun tutulub Cavabdeh2 verilməsi qət edilib. İddiaçı qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 may 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə B akı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 avqust 2019-cu il tarixli qətnaməsi qarşılıqlı iddianın İddiaçı əsas borca görə 80.000 manat pulun tutulub Cavabdeh2 verilməsi hissəsində ləğv edilib, həmin hissədə işin icraatına xitam verilib. Eyni zamanda həmin Məhkəmənin 17 may 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 avqust 2019cu il tarixli qətnaməsi ilk iddianın rədd edilməsi, habelə qarşılıqlı iddianın təmin edilmiş- faiz borcuna görə 4.000 manat, göstərilmiş hüquqi xidmətə görə 110 manat, ödənilmiş dövlət rüsumuna və bank xərcinə görə 31 manat pulun İddiaçı tutulub Cavabdeh2 verilməsi hissəsində dəyişdirilmədən saxlanılıb. 16 iyun 2021-ci il tarixdə Cavabdeh2 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 may 2021-ci il tarixli qərardadından kassasiya şikayəti verib. 23 iyun 2021ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin məktubu ilə kassasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Ali Məhkəməyə göndərilib və işə kassasiya qaydasında baxılması 14 sentyabr 2021-ci il tarixə, saat 10:30-a təyin edilib. 19 avqust 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsi məktubla Ali Məhkəməyə müraciət edərək, İddiaçı da iş üzrə Bakı Apellyasiya Məhkməsi Mülki Kollegiyasının 17 may 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verdiyini göstərib, kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün mülki işin Bakı Apellyasiya Məhkəməsinə geri qaytarlmasını xahiş edib. Kassasiya instansiyası məhkəməsi məruzəçini, Cavabdeh2 vəkili Vəkil1 izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıdakılara görə mülki işin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin hakiminin 17 iyul 2021-ci il tarixli qərardadı ləğv edilməli və mülki iş baxışdan çıxarılaraq sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Belə ki, 19 avqust 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsi məktubla Ali Məhkəməyə müraciət edərək, İddiaçı da iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 may 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verdiyini göstərib, kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün mülki işin Bakı Apellyasiya Məhkəməsinə geri qaytarlmasını xahiş edib. Azərbaycan Respublikası MPM-nin 403.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarında n tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Həmin Məcəllənin 417.1.7-ci maddəsində göstərilir ki, kassasiya məhkəməsi işə baxarkən, kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh2 kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin hakiminin 17 iyul 2021-ci il tarixli qərardadı ləğv edilməli, mülki iş kassasiya bax ışından çıxarmalı və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə qaytalmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417.1.7-ci maddəsinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: İddiaçı Cavabdeh2 və digərlərinə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi, icra qeydinin ləğv edilməsi” barədə ilk iddiasına və Cavabdeh2 İddiaçı qarşı “əsas borca görə 80.000 manat, faiz borcuna görə 4.000 manat, dövlət rüsumu, bank xərcinə görə 31 manat, hüquqi yardım üçün nümayəndəyə çəkilmiş xərcə görə 110 manat, cəmi 84.141 manat pul tələbinə dair” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 may 2021-ci il tarixli qərardadından Cavabdeh2 verdiyi kassasi ya şikayətinin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin hakiminin 17 iyul 2021-ci il tarixli qərardadı ləğv edilsin, mülki iş kassasiya baxışından çıxarılaraq sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar