Məhkəmə qərarları › İş №2(102)-4736/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-4736/2021

14.09.2021 · Müqavilələrin ləğv edilməsi - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4736/2021 14.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi, məruzəsi ilə, Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçılar: İddiaçı1, İddiaçı2 və onların vəkili Vəkil1, Cavabdeh: Cavabdeh1 MMC-nin vəkili Nümayəndə iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 fevral 2021-ci il tarixli, 2(103)636/2021 saylı qətnaməsindən Cavabdeh1 MMC-nin kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 iyun 2020- ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 MMC-yə qarşı “müqavilənin ləğv edilməsi, dəymiş maddi, mənəvi zərərin əvəzinin ödənilməsi” barədə iddiası qismən təmin edilərək, tərəflər arasında bağlanmış 03 oktyabr 2017-ci il tarixli müqavilənin ləğv edilməsi, Cavabdeh1 MMC-yə ödəniş günü milli manata məzənnədə mənzilin qiymətinə görə 155.000 ABŞ dolları, icarə haqqına görə 8.347,50 ABŞ dolları, ona hesablanmış cəriməyə görə 835 ABŞ dolları, mənzilin təmir xərcinə görə 18.097 ABŞ dolları, ona hesablanmış cəriməyə görə 1.810 ABŞ dolları olmaqla, cəmi 184.089,50 ABŞ dolları, mənəvi zərərə görə 1.000 ABŞ dolları məbləğində pulun tutulub iddiaçılara ödənilməsi qət edilib. Cavabdeh qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 f evral 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli qətnaməsi qismən- cavabdehdən ödəniş günü milli manata məzənnədə mənzilin təmir xərcinə görə 18.097 ABŞ dolları, ona hesablanmış cəriməyə görə 1.810 ABŞ dollarının tutulub iddiaçılara ödənilməsi hissəsində ləğv edilib, həmin hissələrdə iddia rədd edilib, qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılıb. 15 aprel 2021-ci il tarixdə Cavabdeh1 MMC iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 fevral 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verib. 30 iyun 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin məktubu ilə kassasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Ali Məhkəməyə göndərilib və işə kassasiya qay dasında baxılması 14 sentyabr 2021-ci il tarixə, saat 10:35-ə təyin edilib. İşə kassasiya qaydasında baxılarkən iddiaçılar Fəridə Şərifova və İddiaçı2 vəkili Vəkil1 da kassasiya instansiyası məhkəməsinə kassasiya şikayəti təqdim edib və əlavə olaraq göstərib ki, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçılar da kassasiya şikayəti veriblər. Lakin həmin kassasiya şikayəti 21 aprel 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmasına baxmayaraq, mülki işlə birlikdə baxılması üçün Ali Məhkəməyə göndərilməyib. Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıdakılara görə mülki işin icraata qəbul edilməsinə dair Al i Məhkəmənin hakiminin 17 iyul 2021-ci il tarixli qərardadı ləğv edilməli və mülki iş baxışdan çıxarılaraq sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Belə ki, işə kassasiya qaydasında baxılarkən iddiaçılar Fəridə Şərifova və İddiaçı2 vəkili Vəkil1 da kassasiya instansiyası məhkəməsinə kassasiya şikayəti təqdim edib və əlavə olaraq göstərib ki, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçılar da kassasiya şikayəti veriblər. Lakin, həmin kassasiya şikayəti 21 aprel 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmasına baxmayaraq, mülki işlə birlikdə baxılması üçün Ali Məhkəməyə göndərilməyib. Azərbaycan Respublikası MPM-nin 403.1-ci maddəsinə əsasən apellyasiya ins tansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Həmin Məcəllənin 417.1.7-ci maddəsində göstərilir ki, kassasiya məhkəməsi işə baxarkən, kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh1 MMCnin kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin hakiminin 17 iyul 20 21-ci il tarixli qərardadı ləğv edilməli, mülki iş kassasiya baxışından çıxarmalı və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə qaytalmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417.1.7-ci maddəsinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 MMC-yə qarşı “müqavilənin ləğv edilməsi, dəymiş maddi, mənəvi zərərin əvəzinin ödənilməsi” iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 MMC-nin verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin hakiminin 17 iyul 2021-ci il tarixli qərardadı ləğv edilsin, mülki iş kassasiya baxışından çıxarılaraq sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar