Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4737/2021 28.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər:Pilot layihə evlərinin tikintisi ilə bağlı mübahisələrə baxılması zamanı yol verilən xarakterik səhvlər ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, onların vəkilləri Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı müqavilə öhdəliklərinə əməl edilməsi və pul tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiy asının 2(103)2672/2021 nömrəli 06.04.2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 21 saylı mənzil Cavabdeh MMC tərəfindən sökülmüş və hazırda həmin yerdə çoxmərtəbəli yaşayış binasının tikintisi aparılır. Cavabdeh MMC ilə İddiaçı1 Oktay oğlu arasında “Mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında” 19.05.2018-ci il tarixdə müqavilə bağlanılmış və həmin müqavilənin 1-ci bəndinə görə, cavabdeh həmin mənzilin əvəzində inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra təhvil verilən mənzilin ümumi sahəsi (faktiki sah ə) ölçüsündə və əlavə olaraq onun 20 faizə qədər sahəni təmirli olmaq şərtilə mülkiyyətçinin mülkiyyətinə təhvil verməsini öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən Cəmiyyət mülkiyyətçinin, habelə onunla birgə yaşayan ailə üzvlərinin və himayəsində olan digər şəxslərin müvəqqəti yaşayış sahəsində yaşaması üçün mülkiyyətçinin kirayə xərclərinin kompensasiyası kimi 1 aylıq kirayə xərclərinin məbləğini 399 manat müəyyən edilir, həmin məbləğdən 14 faiz - 59 manat vergi çıxılmaqla, qalan 350 manat mülkiyyətçiyə verməyi öhdəsinə götürmüş və müqavilənin şərtlərinə görə kirayə xərclərinin ödənilməsi ayda bir dəfə, həmin ay başa çatanadək nağd və ya köçürmə yolu ilə kirayə xərclərinin kompensasiya məbləği yeni mənzil sakinə təhvil verilənə qədər davam edəcəkdir. Müqavilə öhdəlik lərinin icrası ilə bağlı, yəni təhvil veriləcək mənzilin ölçüsü və ünvanı ilə bağlı tərəflər arasında mübahisə yaranmışdır. Ona görə iddiaçı hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
2. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-yə 19.05.2018-ci il tarixdə Cavabdeh MMC ilə bağlanmış “mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında” müqavilənin şərtlərinə uyğun olaraq Bakı şəhəri, Səbail rayonu, Neftçi Qurban 76 ünvanda tikiləcək binadan 42 kv.metrdən az olmayaraq (oxdan oxa) layihəyə uyğun təmirli mənzilin verilməsinin və təmirli mənzil təhvil verilən günə kimi hər ay 350 manat olmaqla kirayə haqqını n onlara ödənilməsinin həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar birgə nikahda olduqları dövrdə Bakı şəhəri, X1 küçəsi, 76, mənzil 21 ünvanda mənzil almış və uzun müddət həmin mənzildə yaşamışlar. 19.05.2018-ci il tarixdə Cavabdeh MMC ilə aralarında “mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında” müqavilə imzalamışlar və mənzili boşaldaraq cavabdehə təhvil vermişlər. Belə ki, cavabdeh Azərbaycan Respublikası Prezidentinin 04.09.2012-ci il tarixli, 695 nömrəli Fərmanının 1.8-ci bəndinə, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli, 86 saylı Qərarına əsasən binaların sökülməsi, ərazidə abadlıq işlərinin aparılması, müasir tələblərə uyğun binaların tikilməsi ilə məşğul olduğu üçün Bakı şəhəri, Səbail rayonu İcra Hakimiyyətinin 26.08.2016-cı il tarixli, 117 nömrəli Sərəncamı əsasında binanın olduğu yerdə yeni binaların tikintisi ilə məşğul olurdu və binanı sökərək yerində yeni bina tikintisi, həmin binada yeni mənzillə təmin etmə, mənzil təhvil verənə kimi kirayə pulunun ödənilməsi təklifi etmiş, onlar da digər sakinlər kimi bu təklifə razılaşaraq məlum müqaviləni bağlamışlar. 19.05.2018-ci il tarixdə Cavabdeh MMC ilə aralarında bağlanmış “mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında” müqavilənin 1-ci bəndinə əsasən cavabdehə yaşayış kompleksinin tikintisi məqsədili ilə mənzilini təhvil verir, Cəmiyyət isə həmin mənzilin əvəzində inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra təhvil verilən mənzilin ümumi sahəsi (faktiki sahə ölçüsündə və əlavə olaraq onun 20%-ə qədər artıq sahəni (“Zirvə Rezidens” tikinti kompleksinin Q.Abbasov küçəsi, 76 ünvandakı binadan) təmirli olmaq şərti ilə (verilən artıq sahəyə görə ödəniş alınmamaq şərti ilə) mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Təhvil verdikləri mənzilin cəmi sahəsi müqavilənin 2.1.2-ci və 2.1.3-cü bəndinə əsasən 35 kv.m. olmasını cavabdeh təsdiq etmiş və müqavilə şərtlərinə əsasən 20 faiz artıq olmaqla 42 kv.m-dən az olmayaraq və binanın söküldüyü yerdə tikilmiş binadan onlara mənzil verilməli idi. Həmin müqavilə 5 saylı Notariat Kontorunda təsdiq edilmişdir. Cavabdeh həmin Müqavilənin 3.3.1-ci və 3.3.2-ci bəndinə əsasən vergilər çıxıldıqdan sonra hər ay 350 manat məbləğində pulu m üqavilə bağlandığı vaxtdan etibarən bina tikilənə kimi müvəqqəti olaraq digər yaşayış sahəsində yaşaması üçün kirayə haqqı olaraq kompensasiya ödəməyi öhdəsinə götürmüş və 22.05.2018-ci ildən 15.05.2020-ci ilə kimi 8.443,6 manat pul ödəmişdir. Beləliklə də, 2018-ci ilin iyun ayından 2020-ci ilin may ayı daxili kirayə haqqı ödənilmiş və kirayə haqqının ödənilməsi də dayandırılmışdır. Mübahisəli hal ondan ibarətdir ki, cavabdehin tikdiyi binada ən kiçik sahəli mənzillər 50-53 kv.m.-dən ibarət olmaqla cavabdeh 42 kv.metrlik mənzili olmaması əsası ilə həmin kvadratdan ibarət mənzil verməkdən imtina edir. Bundan başqa, təklif etdiyi mənzil cəmi 38 kv.metrlik və onları binanın yerində deyil arxa hissədəki evdən mənzil təklif edir. Halbuki, bağladıqları müqavilənin 4-cü bəndinə əsasən yeni mənzil həmin mənzilin layihəsinə uyğun vəziyyətdə və həmin layihədə nəzərdə tutulmuş şəraitdə onlara təhvil verilməli idi. Cavabdeh 17.03.2020-ci il tarixdə 28/20 saylı məktubla onlara müraciət edərək ünvan 3 ünvanlarda çoxmərtəbəli binaların layihələndirilməsi və tikintisi üçün Sərəncama əsasən onlarla bağladığı müqaviləyə əsasən mənzilin sahəsini 24,9 kv.m. olmasını göstərmiş və müqavilə şərtlərini təhrif etməklə yeni mənzilin ümumi sahəsinin təhvil verilən mənzilin sahəsindən az olmamaqla təhvil verilməli olması əsası ilə təklif etdiyi mənzili təhvil götürmədikləri və təmir edə bilməməsi əsası ilə kirayə haqqının kompensasiyasının dayandırılması barədə xəbərdarlıq edərək kirayə haqqının 2020-ci ilin iyun ayından etibarən vermir. Halbuki, 19.05.2018-ci il tarixdə Cavabdeh MMC ilə onlar “mənzil ə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında” müqavilənin 1-ci bəndinə əsasən cavabdehə yaşayış kompleksinin tikintisi məqsədillə mənzilini təhvil verir, Cəmiyyət isə həmin mənzilin əvəzində inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra təhvil verilən mənzilin ümumi sahəsi (faktiki sahə ölçüsündə və əlavə olaraq onun 20%-ə qədər artıq sahəni (“Zirvə Rezidens” tikinti kompleksinin Q.Abbasov küçəsi, 76 ünvandakı binadan) təmirli olmaq şərti ilə (verilən artıq sahəyə görə ödəniş alınmamaq şərti ilə) mükiyyətinə verməyi öhdəsinə götürmüşdür. Cavabdeh isə müqavilədə qeyd edilən ünvandakı binadan deyil, başqa arxa hissədə tikdiyi başqa ünvandakı binadan müqavilə üzrə 42 kv.m-dən az olmamaq şərti ilə və mənzili təhvil verdiyi vaxta k imi kirayə haqqı ödəmək şərti ilə müqavilə üzrə vəzifələr götürməsinə baxmayaraq, hazırda müqavilənin 2.1.2-ci və 2.1.3-cü bəndə əsasən cəmi sahəsinin 35 kv.m. olmasını təsdiq etməsinə baxmayaraq, hazırda müqavilə şərtlərindən yayınaraq guya 24,9 kv.mdən az olmayaraq və 20 faiz əlavə sahə ilə birlikdə cəmi 35 kv.metrlik mənzili onlara təklif etməklə (oxdat oxa bu sahə onların mənzilin sahəsindən də az olur) qəsdən müqavilə şərtlərinə əməl etmir, hazırki vaxta artıq hər ay 350 manat olmaqla 4 aylıq (1400 manat) kirayə haqqını da ödəməmişdir. Mənzilinin olduğu bina Səbail rayonu, Neftçi Qurban 76 ünvanda yolun kənarı və dənizə panaraması olan bir binada idi, təklif etdikləri bina isə həmin binanın arxa hissəsindən başqa bir bina, başqa bir ünvandakı binadan təklif edilir. Cavabdeh müqavilə ş ərtlərinə əmək etməməklə hüquqlarını pozmuş və mənafelərinə toxunmuş, ən azı 42 kv.metrlik mənzil sahəsi ilə mənzilini sökdüyü binanın yerindən onları təmin etməli, mənzil təmirli şəkildə təhvil verilən günə kimi onlara kirayə haqqı ödəməlidir. Cavabdeh onunla müqavilə bağlayarkən artıq binanın layihəsi var idi və bilirdi ki, binasındakı mənzillərin ən kiçik ölçüsü 35 kv.m. və 53 kv.metrdən ibarətdir. Onlara 42 kv. metrdən az olmayaraq mənzil vermək öhdəliyi götürərkən cavabdeh mövcud sahədən az olmayaraq deyil, mövcud sahə və 20 faiz artıq verilməklə 42 kv.metrdən az olmayaraq mənzil vermək öhdəliyi götürmüşdür.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(009)-2197/2020 saylı, 27.11.2020-ci il tarixli qətnaməsi (sədrlik edən: Ş.Abdullayev) ilə iddia tələbi təmin edilmiş; Cavabdeh MMC ilə İddiaçı1 Oktay oğlu arasında bağlanmış 19.05.2018-ci il tarixli “mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında” müqavilənin şərtlərinə uyğun olaraq Bakı şəhəri, Səbail rayonu, Neftçi Qurban 76 ünvanda (hazırki ünvanı ünvan 5 məsafədə yerləşən və tikintisi nəzərdə tutulan binadan sahəsi 42 kv.metrdən az olmayaraq (oxdan oxa) layihəyə uyğun təmirli mənzilin verilməsi və təmirli mənzil təhvil verilən günə kimi hər ay 350 (üç yüz əlli) manat olmaqla kirayə haqqının iddiaçılara ödənilməsi Cavabdeh MMC-yə həvalə edilməsi qət edilmişdir.
5. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəllənin 404.1, 404.2, 442-ci maddələrinə istinad etmişdir. Mübahisə ilə bağlı məhkəmənin mövqeyi belə olmuşdur ki, tərəflər arasında əvvəlcədən razılaşmış şərtlərlə müqavilə bağlanmış, o cümlədən sökülən evin faktiki ölçülərinə və əlavə olaraq 20% artıq sahə verilməsi, həmin mənzilin sökülmüş evin yerində inşa edilmiş evdə eyni şəraitdə, təmirli şəkildə verilməsi müqavilə şərtləri olaraq əvvəlcədən razılaşdırılmışdır.
6. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh apellyasiya şikayəti vermişdir. a) Apelyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər E.Mehdiyev sədrlik edən və məruzəçi Ş.Məmmədova və X.Sarıyev) 06.04.2021-ci il tarixli 2(103)2672/2021 saylı qətnaməsi ilə Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş; Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2(009)2197/2020 saylı q ətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbləri təmin edilməmişdir.
8. Apelyasiya instansiyası məhkəməsi qətnamədə Mülki Məcəllənin 144-1.4, 178.8, 389.1, 389.2-ci maddələrinə istinadən edilmişdir.
9. Mübahisə ilə bağlı Apelyasiya Məhkəməsinin mövqeyi belə olmuşdur ki, tərəflər müqavilə bağlayarkən iddiaçılara məxsus olan evin sökülməsi və əvəzində onun faktiki sahəsindən az olmayan sahə verilməsi barədə razılığa gəlmişlər, cavabdeh təşkilat yeni inşa edilmiş binada sökülmüş evin sahəsindən artıq sahəsi olan mənzili iddiaçılara təmirli şəraitdə təhvil verməyi təklif etmiş, təklif olunan mənzil şirkətin inşa etdiyi kompleksin ərazisinə verilən ünvanda yerləşdiyindən cavabdeh tərəfindən müqavilə şərtləri pozulmamışdır.
10. Apellyasiya instansiyası məhkəməsinin qətn aməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti vermişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri
11. İddiaçılar İddiaçı1 və İddiaçı2 apelyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.
12. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Kassatorlar şikayətlərini iddia ərizəsində qeyd olunan işin faktiki hallarının məhkəmə baxışı zamanı sübut olunması ilə əsaslandırmışlar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İddiaçılar İddiaçı1 və İddiaçı2 və vəkilləri Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
15. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
16. Maddə. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görm əli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Maddə. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
18. Maddə. 389.3. bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir.
19. Maddə. 390.1 -ci və 390.5. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.
20. Maddə
404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
21. Maddə. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərin ə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
22. Maddə. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
23. Maddə.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
24. Maddə. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərə rin əvəzini ödəməyə borcludur.
25. Maddə. 445.1. Əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
26. Maddə. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan son ra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
31. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən m addi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Bakı şəhəri, Səbail rayonu, X1 küçəsi 76 ünvanında yerləşən, faktiki sahəsi 35 kv.m olan 21 saylı mənzilin mülkiyyət hüququ əsasında İddiaçı1 Oktay oğluna məxsus olması, həmin evin sökülməsi və yerində inşa ediləcək binada söküləcək mənzilin əvəzi olaraq təmirli mənzil verilməsi, mənzil təhvil verilənədək hər ay mülkiyyətçinin ailəsinə 350 manat kirayə haqqı ver ilməsi barədə razılaşmanın olması işin mübahisəsiz hallarıdır.
34. İşin mübahisələndirilən halları, veriləcək mənzilin sahəsi, şəraiti (şəraiti dedikdə onun yerləşmə ünvanı nəzərdə tutulur) ilə bağlıdır. 35. 1-ci instansiya məhkəməsi mübahisələndirilən hallarla bağlı müqavilənin ziddiyyətli şərtlərini Mülki Məcəllənin 404-cü maddəsinə istinad etməklə təfsir edərək iddianı əsaslı hesab etmişdir. Lakin, Apelysiya instansiyası Məhkəməsi tərəflər arasında bağlanmış müqavilə şərtlərini fərqli mövqedən təfsir etmiş, müqavilədə yer alan ziddiyyətli məqamları iddiaçıların ziyanına şərh edərək iddianı rədd etmişdir.
36. Mübahisələndirilən məsələlərlə bağlı tərəflər arasında bağlanmış 19.05.2018-ci il tarixli müqavilədə aşağıdakı şərtlər nəzərdə tutulmuşdur: Müqavilənin 1-ci bəndinə əsasən “Cəmiyyət ” sökülmüş evin əvəzinə inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra təhvil verilən mənzilin ümumi sahəsi (faktiki sahə) ölçüsündə və əlavə olaraq onun 20%-ə qədər artıq sahəsi (Zirvə Residens tikinti kompleksinin Q.Abbasov 76 ünvanındakı binadan) olan təmirli mənzili verməyi öhdəsinə götürür. Müqavilənin 4.1.1. bəndində deyilir ki, yeni mənzilin ümumi sahəsi, təhvil götürülən mənzilin sahəsindən az olmamalıdır.
37. Mənzilin ölçüsü ilə bağlı Apelyasiya Məhkəməsinin dəyərləndirməsi ondan ibarət olmuşdur ki, nə qədər ki, şirkət iddiaçılara təhvil götürdüyü mənzilin sahəsindən çox sahəsi olan mənzil təklif edir, təklif olunan artıq sahə 20 % artıq sahəni təşkil etməsə də, bu hal müqavilə şərtlərinə zidd deyil. Çünki müqavilədə 20% artıq sahə deyil, 20%-ə qədər artıq sahənin veri lməsi nəzərdə tutulmuşdur. 20% artıq sahə 7 kv.m. sahə deməkdir, İddiaçılara 3 kv.m artıq sahə təklif olunur. Təklif olunan sahə 20%-ə qədər şərti əhatə edir.
38. Mənzilin yerləşdiyi yerlə bağlı Apelyasiya Məhkəməsinin mövqeyi belə olmuşdur ki, cavabdeh şirkətə müvafiq icra hakimiyyəti orqanları tərəfindən həmin ərazidə bir neçə binadan ibarət kompleksin inşa edilməsinə razılıq verilmiş, həmin kompleksə vahid ünvan verilmiş və iddiaçılara təklif olunan mənzil həmin ünvanda yerləşir.
39. Məhkəmə kollegiyası tərəflər arasında bağlanmış müqavilənin şərtlərinin bu qaydada şərh verilməsini əsaslı hesab etmir. Beləki, hazırkı qərarın 20-ci bəndində qeyd olunan maddi hüquq normasına görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də t ərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
40. Yeni mənzilin ümumi sahəsinin, təhvil götürülən mənzilin sahəsindən az olmaması barədə Müqavilənin 4.1.1. bəndi Apelyasiya Məhkəməsinin şərh etdiyi qaydada başa düşülməməlidir. Çünki həmin şərtdən əvvəlki bənddə (1-ci bənddə) “Cəmiyyət” sökülmüş evin əvəzinə inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra təhvil verilən mənzilin ümumi sahəsi (faktiki sahə) ölçüsündə və əlavə olaraq onun 20%-ə qədər artıq sahəsi (Zirvə Residens tikin ti kompleksinin Q.Abbasov 76 ünvanındakı binadan) olan təmirli mənzili verməyi öhdəsinə götürmüşdür. Tərəflərin veriləcək mənzilin sahəsi ilə bağlı razılaşdıqları əsas və ümdə şərt bundan ibarət olmuşdur. Həmin şərtdən sonra müqaviləyə 4.1.1. bəndinin salınmasının hansı məqsdələrə xidmət etməsini tərəflər razılaşmamışlar. Müqavilədə bununla bağlı açıqlama yoxdur. Əgər bununla bağlı müqavilənin sonrakı bəndinə başqa şərt salınmışdırsa, həmin şərtin hansı halda tətbiqi göstərilməli idi. Müqavilədə belə bir göstəriş olmadığı üçün müqavilənin 4.1.1. bəndinin iddiaçıların ziyanına şərh edilməsi və tətbiq edilməsi əsaslı olmamışdır.
41. Eyni zamanda qeyd edilməlidir ki, pilot layihələrlə evlərin inşası sahəsində bərqərar olan işgüzar praktika, adətlər 20% artıq əlavə sahənin verilməsi dedikdə üm umi sahədən 20% artıq sahənin verilməsini ehtiva edir. Tərəflər müqavilə şərtini Apelyasiya Məhkəməsinin şərh etdiyi kimi nəzərdə tutmuş olsaydılar həmin şərti daha dəqiq yaza bilərdilər. Müqavilədə 20%-ə qədər artıq sahənin verilməsi barədə razılaşma əslində 20%-i keçməyən sahənin verilməsi kimi şərh edilsəydi müqavilənin məzmununa daha uyğun olardı.
42. Bundan başqa, verilməli olan mənzilin yeri ilə bağlı Apelyasiya Məhkəməsinin gəldiyi nəticə də ziddiyyətlidir. Çünki tərəflər müqavilənin 1-ci bəndində Zirvə Residens tikinti kompleksinin Q.Abbasov 76 ünvanındakı binadan mənzil verilməsini razılaşmışlar. Qeyd olunan ünvan iddiaçılara məxsus evin söküldüyü ünvanda inşa edilən binadır. Tikinti şirkətinin inşa etdiyi bir neçə bina kompleksinə vahid bir ünvan verilməsi müqavilənin həmin şərti ni dəyişmir.
43. Müqavilə şərtlərinə görə cavabdeh şirkət mənzili təmirli vəziyyətdə, yəni əvvəlki şəraitdən yaxşı vəziyyətdə təhvil verməlidir. Mənzilin şəraiti deyəndə təkcə onun daxili divarları çərçivəsindəki şərait nəzərdə tutulmur. Eyni zamanda mənzilin yerləşdiyi yer, dənizə baxış bucağının olması və.s. vacib halları da nəzərdə tutur. Məsələn, dənizə baxışı olan mənzilin əvəzinə həmin istiqamətdə görünüşü olmayan mənzilin verilməsi əvvəlkindən yaxşı şəraitdə mənzilin verilməsi demək deyil, əksinə əvvəlkindən yaxşı olmayan şərait hesab olunur.
44. Eyni zamanda kollegia qeyd edir ki, aylıq kirayə haqqının verilməsi tələbinin təmin olunması yuxarıda şərh edilən mübahisəli hallarla bağlı qəbul ediləcək yekun qərardan asılı olduğundan bununla bağlı ətraflı araşdırma aparılmasına zərurət yoxdur. Çünki kirayə haqqının mənzilin təhvil verilən anadək ödənilməsi müqapvilənin əsas şərti kimi əvvəlcədən razılaşdırılmışdır.
45. Göründüyü kimi Apelyasiya Məhkəməsi işin faktiki hallarına düzgün qiymət verməmiş, müəyyən edilən hallara maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.
46. Yuxarıda şərh edilənlər belə qənaətə gəlməyə əsas verir ki, Apelyasiya Məhkəməsi mübahisənin həllində maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, buda qətnamənin ləğv olunması üçün əsasdır.
47. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 418, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasın ın 2(103)-2672/2021 nömrəli 06.04.2021-ci il tarixli qətnaməsi ləğv olunaraq, iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.