Məhkəmə qərarları › İş №2(102)-4741/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4741/2021

28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4741/2021 28.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: "xxxx" ASC-nin Cavabdeh1 MMC-yə və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4741/21 (Açar sözlər: hərracın nəticələrinin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 aprel 2021-ci il tarixli, 2(103)1146/2021 saylı qətnaməsindən iddiaçı "xxxx" ASC kassasiya şikayəti üzrə işə 28 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin b inasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı "xxxx" ASC məhkəmədə Cavabdeh1 və digərlərinə qarşı iddia qaldıraraq, Maraqlı şəxs1 mülkiyyətində olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Kamran Hüseynov küçəsi, 0,01378 ha torpaq sahəsində yerləşən, 4 otaqlı, sahəsi 215,1 kv.metr olan 6 saylı evlə bağlı Cavabdeh1 tərəfindən hərracın keçirilməsi ilə əlaqədar edilmiş prosessual hərəkətlərin və keçirilən hərracın etibarsız hesab edilməsi və Cavabdeh2 tərəfindən yenidən hərracın keçirilməsinin təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim V.Ş.Quliyev) iddia təmin edilərək, Cavabdeh2 sifarişi əsasında Cavabdeh1 tərəfindən ipoteka predmeti olan Maraqlı şəxs1 mülkiyyətində olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Kamran Hüseynov küçəsi, 0,01378 ha torpaq sahəsində yerləşən, 4 otaqlı, sahəsi 215,1 kv.metr olan 6 saylı evə dair hərrac təşkilatçısı tərəfindən hərracın keçirilməsi ilə əlaqədar prosessual hərəkətlərin və hərracın nəticələrinin ləğv edilməsi, Cavabdeh2nə Maraqlı şəxs1 mülkiyyətində olan sözügedən evə dair yenidən hərracın keçirilməsini təşkil etməklə hərracın təşkilatçısına yenidən sifariş verməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyul 2017-ci il tarixli qətnaməsi ilə Abşeron rayon Məhkəməsinin 15 sentyabr 2015-ci il tarixli qətnaməsinə dəyişiklik edilərək, borclu Maraqlı şəxs2 ödəniş günü milli manata məzənnədə 41.618 ABŞ dollarının tutulub "xxxx" ASC ödənilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin 189.500 manat müəyyən edilməsi qət edilib. Sumqayıt Apellyasiya Məhkəməsinin 10 yanvar 2018-ci il tarixli icra vərəqəsinə və Cavabdeh2 09 aprel 2018-ci il tarixli sifariş məktubuna əsasən Cavabdeh1 tərəfindən hərrac təşkil edilib. İpoteka predmetinin ilkin satış qiyməti 189.500 manat olmaqla birinci hərracın keçirilməsi 01 iyun 2018-ci il tarixə, saat 11:00-a təyin edilib, lakin birinci hərracın iştirakçısı olmadığı üçün hərrac baş tutmayıb. Təkrar hərrac ipoteka predmetinin ilkin satış qiyməti 142.125 manat müəyyən edilməklə 13 iyul 2018-ci il tarixə, saat 11:00 təyin edilib. Təkrar hərrac da i ştirakçısı olmadığı üçün baş tutmayıb və Cavabdeh1 tərəfindən ipoteka predmeti "xxxx" ASC təklif edilib. 10 avqust 2018-ci il tarixdə "xxxx" ASC ipoteka predmetini 142.125 manat qiymətlə qəbul etməyə razı olduğunu bildirib və qısa müddət ərzində balansına götürülməsi ilə bağlı müvafiq sənədlərin hazırlanmasını Cavabdeh1 xahiş edib, lakin sonuncu 30 təqvim günü ərzində ipoteka predmetinin əldə olunmamasını əsas tutub sənədlərin toplusunu 17 sentyabr 2018-ci il tarixdə Cavabdeh2nə geri qaytarıb. Nəticədə "xxxx" ASC qanunla qorunan hüquqlarını pozub. Ona görə də iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.1.1-43.1.4, 43.5, 43.7-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandır ıb. Cavabdeh1 apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Ə.Sarıyev sədrlik edən və məruzəçi, E.Ə.Mehdiyev və Ş.A.Məmmədova) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılıb. Cavabdeh1 kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi ni xahiş edib. Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 12 oktyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər E.R.Vəliyeva sədrlik edən, məruzəçi, E.Y.Şamayev və A.Ə.Abbasov) kassasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər E.C.Kazımov sədrlik edən və məruzəçi, A.Ə.İsgəndərov və İ.Ə.Kərimli) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli q ətnaməsi ləğv edilib, iddia rədd olunub. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyul 2017-ci il tarixli qətnaməsi ilə Abşeron rayon Məhkəməsinin 15 sentyabr 2015-ci il tarixli qətnaməsinə dəyişiklik edilərək, borclu Maraqlı şəxs2 ödəniş günü milli manata məzənnədə 41.618 ABŞ dollarının tutulub "xxxx" ASC ödənilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin 189.500 manat müəyyən edilməsi qət edilib. Sumqayıt Apellyasiya Məhkəməsinin 10 yanvar 2018-ci il tarixli icra vərəqəsinə və Cavabdeh2 09 aprel 2018-ci il tarixli sifariş məktubuna əsasən Cavabdeh1 tərəfindən hərrac təşkil edilib. İpoteka predmetinin ilkin satış qiyməti 189.500 manat olmaqla birinci hərracın keçirilməsi 01 iyun 2018-ci il tarixə, saat 11:00-a təyin edilib, lakin birinci hərracın iştirakçısı olmadığı üçün hərrac baş tutmayıb. Təkrar hərrac ipoteka predmetinin ilkin satış qiyməti 142.125 manat müəyyən edilməklə 13 iyul 2018-ci il tarixə, saat 11:00 təyin edilib. Təkrar hərrac da iştirakçısı olmadığı üçün baş tutmayıb və Cavabdeh1 tərəfindən ipoteka predmeti "xxxx" ASC təklif edilib. 10 avqust 2018-ci il tarixdə "xxxx" ASC ipoteka predmetini 142.125 manat qiymətlə qəbul etməyə razı olduğunu bildirib və qısa müddət ərzində balansına götürülməsi ilə bağlı müvafiq sənədlərin hazırlanmasını Cavabdeh1 xahiş edib, lakin sonuncu 30 təqvim günü ərzində ipoteka predmetinin əldə olunmamasını əsas tutub sənədlərin toplusunu 17 sentyabr 2018-ci il tarixdə Cavabdeh2nə geri qaytarıb. Birinci instansiyası məhkəməsi iddianı təmin e dərkən 13 iyul 2018-ci ildə keçirilmiş təkrar hərrac zamanı ipoteka predmetinin qiymətinin aşağı salınmamasının səbəbinin ilkin hərracın keçirilməsi zamanı bir alıcının olmasına diqqət yetirməyib və Cavabdeh1 19 iyul 2018-ci il tarixli məktubuna istinad edərək ilkin hərracın iştirakçı olmadığından baş tutmaması barədə səhv qənaətə gəlib. Eyni zamanda işdə olan beh ödənilməsi barədə notarial qaydada təsdiq edilmiş sübutu qəbul etməməsinin səbəblərini qətnamədə əsaslandırmayıb. Hazırki iddiadan görünür ki, "xxxx" ASC ipoteka predmetini nəinki 189.500 manat ilkin satış qiymətə, hətta həmin qiymətin 25 faiz aşağı salınmaqla, 142.125 manat qiymətə də əldə etməyə razı deyil və həmin qiymətin 40 faiz aşağı salınmasını iddia edir. Belə olan halda, ilkin hərracın baş tutmaması barədə elanın dərc ed ilməməsi nəticəsində "xxxx" ASC hər hansı hüququ pozulmayıb. Ona görə də iddia rədd olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.1.1-43.1.4, 43.5, 43.7-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı "xxxx" ASC kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq norm alarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı "xxxx" ASC, vəkili Vəkil, cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu: Həmin Qanunun 41.1-ci maddəsinə əsasən, ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tut ma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. Həmin Qanunun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikin ci elan verilir. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 43.4-cü maddəsinə əsasən, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Həmin Qanunun 43.5-ci maddəsinə əsasən, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Hə min Qanunun 43.7-ci maddəsinə əsasən, bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Həmin Qanunun 43.8-ci maddəsinə görə, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Həmin Qanunun 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiy i nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətin dən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarından tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normaları nın tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. "xxxx" ASC kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iddianın təmin edilməsi üçün əsasların olmasını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyul 2017-ci il tarixli qətnaməsi ilə Abşeron rayon Məhkəməsinin 15 sentyabr 2015-ci il tarixli qətnaməsinə dəyişiklik edilərək, borclu Maraqlı şəxs2 ödəniş günü milli manata məzənnədə 41.618 ABŞ dollarının tutulub "xxxx" ASC ödənilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin 189.500 manat müəyyən edilməsi qət edilib. Sumqayıt Apellyasiya Məhkəməsinin 10 yanvar 2018-ci il tarixli icra vərəqəsinə və Cavabdeh2 09 aprel 2018-ci il tarixli sifariş məktubuna əsasən Cavabdeh1 tərəfindən hərrac təşkil edilib. İpoteka predmetinin ilkin satış qiyməti 189.500 manat olmaqla birinci hərracın keçirilməsi 01 iyun 2018-ci il tarixə, saat 11:00-a təyin edilib, lakin birinci hərracın iştirakçısı olmadığı üçün hərrac baş tutmayıb. Təkrar hərrac ipoteka predmetinin ilkin satış qiyməti 142.125 manat müəyyən edilməklə 13 iyul 2018-ci il tarixə, saat 11:00 təyin edilib. Təkrar hərrac da iştirakçısı olmadığı üçün baş tutm ayıb və Cavabdeh1 tərəfindən ipoteka predmeti "xxxx" ASC təklif edilib. 10 avqust 2018-ci il tarixdə "xxxx" ASC ipoteka predmetini 142.125 manat qiymətlə qəbul etməyə razı olduğunu bildirib və qısa müddət ərzində balansına götürülməsi ilə bağlı müvafiq sənədlərin hazırlanmasını Cavabdeh1 xahiş edib, lakin sonuncu 30 təqvim günü ərzində ipoteka predmetinin əldə olunmamasını əsas tutub sənədlərin toplusunu 17 sentyabr 2018-ci il tarixdə Cavabdeh2nə geri qaytarıb. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, "xxxx" ASC 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməsinə razılıq versə də, tərəflər arasında yaranan mübahisə "xxxx" ASC ipoteka predmetini ilkin satış qiymətindən 25 fai z az qiymətə deyil, 40 faiz (15+25 faiz) yəni, 21.319 manat ucuz qiymətə almalı olması səbəbi ilə bağlı olub. Çünki, "xxxx" ASC 10 sentyabr 2018-ci il tarixli məktubunda ipoteka predmetini 142.125 manata almağa razılıq versə də, hazırki iddiasında Cavabdeh1 ipoteka predmetinin təkrar hərraca ilkin satış qiyməti ilə çıxarılmasından ibarət hərəkətinin qanuniliyini də mübahisələndirir. Belə olan halda, ilk növbədə iddianın bu hissəsinə hüquqi qiymət verilməlidir. Birinci instansiya məhkəməsi bir tərəfdən ipoteka predmetini 01 iyun 2018-ci il tarixdə keçirilmiş hərracda ilkin satış qiyməti 189.500 manata, 13 iyul 2018-ci il tarixdə keçirilmiş təkrar hərracda isə satış qiymətini 25 faiz aşağı salaraq 142.125 manata açıq hərraca çıxarıldığını müəyyən edir, digər tərəfdən isə ilkin hərracda işt irakçı olmadığını, 13 iyul 2018-ci il tarixli təkrar hərracda ipoteka predmeti ilə bağlı qiymətin 15 faiz aşağı salınmadan 189.500 manata təkrar hərraca çıxarıldığını və bununla da “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.5-ci maddəsində nəzərdə tutulan qaydalara riayət edilmədiyini göstərərək ziddiyyətli faktiki hallar müəyyən edir. Əslində isə işdən aydın olur ki, 13 iyul 2018-ci il tarixli təkrar hərracda ipoteka predmeti 142.125 manata deyil, qiymət 15 faiz aşağı salınmadan 189.500 manata təkrar hərraca çıxarılıb və Cavabdeh1 bunu ilkin hərracda bir alıcının iştirak etməsi ilə əsaslandırıb və məhkəməyə ipotekaqoyan Maraqlı şəxs1 tərəfindən ilkin hərracda iştirak etmək üçün 29 may 2018-ci il tarixdə beh ödənilməsi barədə kassa mədaxil orderinin qəbzini təqdim edib. Lakin, b irinci instansiyası məhkəməsi 13 iyul 2018-ci il tarixdə keçirilmiş təkrar hərrac zamanı ipoteka predmetinin qiymətinin aşağı salınmamasının səbəbinin birinci hərracın keçirilməsi zamanı bir alıcının olmasına diqqət yetirməyib və Cavabdeh1 19 iyul 2018-ci il tarixli məktubuna istinad edərək ilkin hərracın iştirakçı olmadığından baş tutmaması barədə səhv qənaətə gəlib, işdə olan beh ödənilməsi barədə notarial qaydada təsdiq edilmiş sübutu qəbul etməməsinin səbəblərini qətnamədə əsaslandırmayıb və 19 iyul 2018-ci il tarixli məktubda hərracın iştirakçı olmadan baş tutmaması barədə qeydi hər iki hərraca aid edib. Bununla da, Cavabdeh1 tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.5-ci maddəsində nəzərdə tutulan qaydalara riayət edilməməsi qənaətinə gəlməsi düzgün olmayıb. Bu ndan başqa, apellyasiya instansiyası məhkəməsi, "xxxx" ASC kassasiya şikayəti ilə eyni məzmunlu olan iddia tələbləri ilə razılaşmayıb qeyd etmişdir ki, sonuncu “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.2-ci maddəsinə əsasən hərracın baş tutmaması barədə elanın yerləşdirilməməsini qeyd etsə də, bunun onun hansı hüquqlarını pozduğunu və hazırki iddianın əsaslılığına hansı təsir göstərməsini ümumiyyətlə əsaslandırmayıb. Həmin Qanunun 43.2-ci maddəsinin hüquqi nəticəsi eyni Qanunun 43.3-cü maddəsində göstərilib. Həmin maddəyə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiyməti ilə ala bilər. Lakin, hazırki iddiadan görünür ki, ipoteka saxlayan "xxxx " ASC nəinki 189.500 manat ilkin satış qiymətə, həmin qiymətin 25 faiz aşağı salmaqla, 142.125 manat qiymətə də ipoteka predmetini əldə etməyə razı deyil və qiymətin 40 faiz aşağı salınmalı olduğunu iddia edir. Belə olan halda, ilkin hərracın baş tutmaması barədə elanın dərc edilməməsi nəticəsində "xxxx" ASC hər hansı hüququnun pozulmadığı müəyyən edilir. Göründüyü kimi, Cavabdeh1 tərəfindən ipoteka predmetinin təkrar hərracdakı satış qiyməti müəyyən edilərkən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.5-ci maddəsinin tələbləri pozulmayıb və "xxxx" ASC 10 sentyabr 2018-ci il tarixli məktubuna əsasən onunla ipoteka predmetinin alqı-satqısına dair müqavilənin bağlanmamasının səbəbləri Cavabdeh1 hərracın keçirilməsi ilə əlaqədar etdiyi prosessual hərəkətlərin qanusuzluğu ilə bağlı olmayıb. "xxxx" ASC kassasiya şikayətində, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, düzgün tətbiq etmədiyini, ipoteka saxlayan kimi təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməsinə razılıq verdiyini və beləliklə də icra sənədinin Cavabdeh2nə geri qaytarılması üçün əsasların olmadığını və sair göstərsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir mötəbər yazılı sübut təqdim etməyib. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və et irazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, apellyasiya instansiyası məhkəməsinin gəldi yi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 aprel 2021-ci il tarixli, 2(103)-1146/2021 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar