Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4742/2020 17.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı “X” İdarəsinin Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4742/20 (Açar sözlər: yüksək təzyiqli qaz borusunun yaxınlığındakı tikilinin sökülməsi ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili X2 oğlu, cavabdehin vəkili İsayeva Xalidə İsa qızının iştirakları ilə, İddiaçı “X” İdarəsinin Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi tələbinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1198 /2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Şəmkir rayonunun Morul ərazisindən diametri 1020 mm olan magistral qaz kəməri keçir. Həmin kəmərin 304.8-ci km-də Cavabdeh torpaq sahəsi yerləşir. Qaz kəmərinin mühafizə zonasinda cavabdehin 2 ədəd, alt hissəsi daşla hörülmüş vaqon evciklər və dəmir çardaq inşa etməsi səbəbindən hazırkı mübahisə başlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 1-ci instansiya məhkəməsində mübahisənin obyektiv həlli ilə bağlı ekspertiza keçirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Re yestri Xidmətinin xx.xx.2018-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Cavabdeh tərəfindən Şəmkir rayonu Morul ərazisində inşa edilmiş 2 ədəd, alt hissəsi daşla hörülmüş vaqon evciklər və dəmir çardaq həmin ərazidən keçən diametri 1020 mm olan magistral qaz kəmərindən şərqdən 17 metr məsafədə, qərbdən isə 12.5 metr məsafədə yerləşir. Qeyd olunan vaqon evciklər 36.83 kv.m (11.6m x 3.24m) və 22.84 kv.m (2.68m x 8.51m) ölçüdə, dəmir çardaq 112.33 kv.m ölçüdə ərazini əhatə edir. Mübahisəli torpaq sahəsinin mülkiyyətçisi Şəmkir Bələdiyyəsidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019–cu il tarixli 12061 saylı ekspert rəyindən görünür ki, Cavabdeh tərəfindən Şəmkir rayonu Morul ərazisində inşa edilmiş vaqon evciklər və dəmir çardaq həmin ərazid ən keçən diametri 1020 mm olan magistral qaz kəmərindən şərqdən 17 metr məsafədə, qərbdən 12.5 metr məsafədə yerləşir. Şəmkir rayonu Morul ərazisində yerləşən vaqon evciklər və dəmir çardaq “QazıməmmədQazax” İ xətt 1020 mm-lik 12 atm. qaz kəmərindən 12.5/17.0 metr kənarda yerləşdiyindən, həmin tikililər qaz kəmərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1999–cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7-ci bəndində göstərilən 50.0 m-lik zonasının daxilinə düşdüyü müəyyən edilir. Həmin tikililər tikinti-texniki normalara əməl edilmədən inşa edilmişdir. Qeyd olunan vaqon evciklər 36.83 kv.m (11.6m x 3.24m) və 22.84 kv.m (2.68m x 8.51m) ölçüdə, dəmir çardaq 112.33 kv.m ölçüdə ərazini əhatə edir. Mübahisəli torpaq sahəsinin mülkiyyətçisi Şəmkir Bələdiyyəsidir. Şəmkir Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(076)-1924/2019 saylı qətnaməsi ilə (hakim N.Paşayevı) iddia təmin edilmiş, Cavabdeh tərəfindən Şəmkir rayonu, Morul ərazisindən keçən diametri 1020 mm olan magistral qaz kəmərinin şərqdən 17 metr məsafəsində, qərbdən 12.5 metr məsafəsində mühafizə zonasında inşa edilmiş 2 ədəd, alt hissəsi daşla hörülmüş vaqon evciklər və dəmir çardaq cavabdehin öz vəsaiti hesabına sökülsün və ərazinin kəmər keçən hissəsi kəmərin orta oxundan 50 metr məsafəyədək əvvəlki vəziyyətə qaytarılması, Cavabdeh aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, torpaq sahələrinin inventarlaşdırılmasına dair aparılmış tədqiqatın dəyəri olan 60 (altmış) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin hesabına köçürülməsi, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 10 (on) manat pulun alınıb iddiaçı “X” İdarəsinə ödənilməsi qət edilmişdir. Məhkəmə Mülki Məcəllənin 180, Torpaq Məcəlləsinin 111-ci maddələrinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh Şəmkir rayonunun Morul ərazisində tikinti işlərinin aparılması üçün qanunla müəyyən olunmuş qaydada lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarini və qaydalarını ciddi surətdə pozmaqla özbaşına apardığından, bu tikili 1020 mm-lik diametrli magistral qaz kəmərinin mühafizə zonasinda inşa edildiyindən, tikinti qaz kəmərinin texniki istismarina və təmirinə maneələr törətdiyindən və orada yaşayan insanlarin və əmlakı üçün təhlükə yaratdiğindan Cavabdeh hesabına sökülməli, qaz kəmərinin mühafizə zonası boşaldılmalidir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Gəncə Apellyasiya Məhkəməsinin (hakimlər-F.Mehtiyev (sərlik edən və məruzəçi), L.Süleymanov və R.Mamedov) xx xxxxxx 2020-ci il tarixli, 2(104)-1198/20 nömrəli qətnaməsi ilə Şəmkir Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(076)-1924/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izah atları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli ərazi ilə bağlı heç bir ekspertiza aparılmayıb, tikinti qaz xəttinin ekespert rəyində göstərilən məsafədə yerləşməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili İsayeva Xalidə İsa qızı kassasiya şikayətini müdafiə edərək, şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili X2 oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəllə maddə 180 özbaşına tikinti və onun nəticələri Maddə 180.1 tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2 özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək-onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.\ Maddə 180.4 tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərs alma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması(zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı şəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi(orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabineti nin xx.xx.1999–cu il tarixli 103 saylı qərarı ilə təsdiq olunmuş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 1–ci bəndində göstərilmişdir ki, bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa, digər qanunvericilik aktlarına, “Qaz təchizatı haqqında” Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998–ci il tarixli 773 saylı Fərmanına uyğun olaraq, qaz təchizatı sahəsində magistral və xarici qaz boru kəmərlərinin, sənaye qurğularının, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorunmaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını mühafizə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarını müəyyən edir. Qaydaların 2.7–ci bəndinə görə boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədilə mühafizə zonaları təyin edilir: –boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 metr keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna ola raq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları ara şdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, işdə olan Qazax MQKS-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx xxxx 2019–cu il tarixli aktdan görünür ki, Cavabdeh tərəfindən diametri 1020 mm olan Qazıməmməd–Qazax MQKS magistral qaz kəmərinin 7 metrlik məsafəsində 2 ədəd, alt hissəsi daşla hörülmüş vaqon evciklər və dəmir çardaq inşa edilməsi aşkar olunmuşdur. xx.xx.2018–ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, Şəmkir Bələdiyyəsi mülkiyyətində olan, Şəmkir şəhərində yerləşən 0.80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini xx.xx.2018xx.xx.2063-cü illər ərzində, 45 il müddətinə Cavabdeh icarəyə vermişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Cavabdeh tərəfindən Şəmkir rayonu Morul ərazisində inşa edilmiş 2 ədəd, alt hissəsi daşla hörülmüş vaqon evciklər və dəmir çardaq həmin ərazidən keçən diametri 1020 mm olan magistral qaz kəmərindən şərqdən 17 metr məsafədə, qərbdən isə 12.5 metr məsafədə yerləşir. Qeyd olunan vaqon evciklər 36.83 kv.m (11.6m x 3.24m) və 22.84 kv.m (2.68m x 8.51m) ölçüdə, dəmir çardaq 112.33 kv.m ölçüdə ərazini əhatə edir. Mübahisəli torpaq sahəsinin mülkiyyətçisi Şəmkir Bələdiyyəsidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019–cu il tarixli 12061 saylı ekspert rəyindən görünür ki, Cavabdeh tərəfindən Şəmkir rayonu Morul ərazisində inşa edilmiş vaqon evciklər və dəmir çardaq həmin ərazidən keçən diametri 1020 mm olan magistral qaz kəmərindən şərqdən 17 metr məsafədə, qərbdən 12.5 metr məsafədə yerləşir. Şəmkir rayonu Morul ərazisində yerləşən vaqon evciklər və dəmir çardaq “Qazıməmməd-Qazax” İ xətt 1020 mm-lik 12 atm. qaz kəmərindən 12.5/17.0 metr kənarda yerləşdiyindən, həmin tikililər qaz kəmər inin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1999–cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7-ci bəndində göstərilən 50.0 m-lik zonasının daxilinə düşdüyü müəyyən edilir. Həmin tikililər tikinti-texniki normalara əməl edilmədən inşa edilmişdir. Qeyd olunan vaqon evciklər 36.83 kv.m (11.6m x 3.24m) və 22.84 kv.m (2.68m x 8.51m) ölçüdə, dəmir çardaq 112.33 kv.m ölçüdə ərazini əhatə edir. Mübahisəli torpaq sahəsinin mülkiyyətçisi Şəmkir Bələdiyyəsidir. Sökülməsi xahiş olunan vaqon evlər, Şəmkir bələdiyyəsinin mülkiyyətində olmaqla Cavabdeh icarə hüququ əsasında məxsusdur. Ekspert rəyinə əsasən həmin tikililər qaz kəmərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1999–cu il tarix li 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7-ci bəndində göstərilən 50.0 m-lik zonasının daxilinə düşdüyü müəyyən edilir. Halbuki, hazırkı qərarın 16-cı bəndində qeyd olunan qərara müvafiq olaraq yüksək təzyiqli qaz kəmərinin yaxınlığında belə tikililərin inşası qadağandır. Qeyd olunan normativ hüquqi aktın sadalanan tələblərinə görə magistral boru kəmərlərinin mühafizə zonası kəmərin orta oxundan hər tərəfə 50 metr təyin edilmişdir. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdehin inşa etdirdiyi tikili kəmərin şərqdən 17 metr məsafəsində, qərbdən 12.5 metr məsafəsində olan hissəsində yerləşir. Nəzərə alınmalıdır ki, yuxarıda göstərilən mühafizə zolağı kəmərin orta oxundan 50 metr məs afədə müəyyən edilmişdir. Odur ki, mübahisələndirilən tikililər kəmərin şərqdən 17 metr məsafəsində, qərbdən 12.5 metr məsafəsində inşa edildiyindən kəmərin mühafizə zolağına düşür və bu səbəbdən həmin tikililər sökülməlidir. Kollegiya qeyd edir ki, Cavabdeh istifadəsində olan mübahisəli tikililərin yerləşdiyi torpaq sahəsi cavabdehin icarəsində olsa belə, tikinti məqsədləri üçün ayrılmadığından və cavabdeh tərəfindən tikintiyə lazımi qaydada icazə alınmadığından, həmin mübahisəli tikililər qanunsuz olaraq özbaşına inşa edilmişdir. Ona görə də cavabdehin həmin özbaşına tikililər üzərində heç bir hüququ dövlət tərəfindən tanınmamış və qeydiyyata alınmamışdır. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxla nılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1198/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.