Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4745/2022 05.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2, Cavabdeh1, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər ƏMDX yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri 43 saylı Notariat ofisinə qarşı “əqdin etibarsız hesab edilməsi, çıxarışın ləğvi, torpaq sahəsinin naturada təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: inzibati orqanın verdiyi sənədin mübahisələndirilməsi, işə mülki icraat qaydasında baxılmasının yolverilməzliyi, iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədr lik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 aprel 2022-ci il tarixli, 2(103)117/2022 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfdən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Bakı şəhəri X9 İcraiyyə Komitəsinin 01 mart 1991-ci il tarixli, 3/75 saylı qərarı ilə X2 və İstismarı Birliyinin 03 saylı orderə əsasən X5 Ləhiş Bağlar sahəsində 216 saylı BTKnin nəzdində 0,12 ha torpaq sahəsi olan 874 saylı bağ sahəsi ayrılmışdır.
2. İddiaçı X3 övladıdır.
3. X3 ölümündən sonra, qeyd edilən order X2 və İstismarı Birliyinin rəhbərliyinin imzası və möhürü ilə B akı şəhər İcra Hakimiyyətinin 27 iyun 2005-ci il tarixli Pz 195B saylı qərarına əsasən İddiaçı adına verilmişdir.
4. Bundan başqa, Bakı şəhəri X9 İcraiyyə Komitəsinin 01 mart 1991-ci il tarixli, 3/75 saylı qərarı ilə X2 və İstismarı Birliyinin 8 saylı orderə əsasən Cavabdeh1 Ləhiş Bağlar sahəsində 216 saylı BTK-nin nəzdində 0,12 ha torpaq sahəsi olan 874a saylı bağ sahəsi ayrılmışdır.
5. Cavabdeh1 1991-ci ilə kimi həmin 216 saylı BTK-nın sədri vəzifəsində işləmişdir.
6. Bakı şəhər, Sabunçu rayon, Ləhiş bağ sahəsi, 874A saylı bağ sahəsi özəlləşdirilərək, onun üzərində Cavabdeh1 mülkiyyət hüququ 14 yanvar 2015-ci il tarixdə adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
7. Cavabdeh1 11 mart 2015-ci il tarixdə mülkiyyətində olan həmin bağ sahəsini 5000 manata Cavabdeh2 satmı şdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri 43 saylı Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 adına verilmiş Bakı şəhər İcraiyyə Komitəsinin 01 mart 1991-ci il tarixli 3/75 nömrəli qərarının və ona əsasən X2 və İstismarı Birliyinin 8 nömrəli orderinin, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 30 dekabr 2014cü il tarixli A532131 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin və 43 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 11 mart 2015-ci il tarixli 4Ə-83 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 adına verilmiş ********** qeydiyyat nömrəli çıxarışın və **********741 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsünün, Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi, bağ sahəsinin boşaldılaraq naturada ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, X2 və İstismarı Birliyi tərəfindən verilmiş 03 saylı Orderə əsasən iddiaçıya Ləhiş Bağlar sahəsində 216 saylı BTK-nin nəzdində 0,12 ha torpaq sahəsi olan 874 saylı bağ sahəsi ayrılmışdır. Həmin bağ sahəsinin sərhədlərinin müəyyən edilməsi və özəlləşdirilməsi məqsədilə DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə müraciət edilmiş, həmin bağ sahəsinin ona məxsus olması inkar edilməmiş və zəruri sənədlər tələb edilmişdir. Lakin sonradan ona məlum olmuşd ur ki, həmin bağ sahəsi Bakı şəhər, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 874a saylı bağ sahəsi kimi **********41 reyestr nömrəsi ilə 14 yanvar 2015-ci il tarixdə Cavabdeh1 adına özəlləşdirilmiş və çıxarış verilmişdir. Sonradan həmin bağ sahəsi Cavabdeh2 11 mart 2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satılmışdır. Həmin bağ sahəsinin ona məxsus olduğu və orderin də mövcud olduğu halda hansı hüquq verici sənədlər əsasında özəlləşdirilməsi ona məlum deyildir.
10. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 iyul 2019-cu il tarixli, 2(008)828/2019 nömrəli qətnaməsi ilə (hakim Ə.R.Səmədov) iddia təmin edilmiş, Cavabdeh1 adına verilmiş Bakı şəhər İcraiyyə Komitəsinin 01 mart 1991-ci il tarixli 3/75 nömrəli qərarının və ona əsasən X2 və İstismarı Birliyinin 8 nömrəli orderinin, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 30 dekabr 2014-cü il tarixli A532131 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin və 43 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 11 mart 2015 tarixli 4Ə-83 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 adına verilmiş ********** qeydiyyat nömrəli çıxarış və **********741 reyestr nömrəli torpaq sahəsinin plan və ölçüsünün, Cavabdeh2 adına verilmiş, Daşınmaz əmlakın dövlət reyestrində 552 nömrəli reyestr nömrəli kitabında qeydə alınmış Seriya RX ******* nömrəli çıxarışın ləğv edilməsi, bağ sahəsinin boşaldılaraq İddiaçı naturada təhvil verilməsi və Cavabdeh1 5000 manat tutularaq Cavabdeh2 ödənilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 20 fevral 2019-cu il tarixli məktubu ilə surətləri lazımi qaydada təsdiq edilərək təqdim edilmiş Cavabdeh1 adına X2 və İstismarı Birliyi tərəfindən verilmiş 08 saylı X13 sahəsində 216 saylı BTK-nin nəzdində 0,12 ha torpaq sahəsi olan bağ sahəsi 874a saylı göstərilsə də, “4” rəqəminin düzəlişlə yazılması “a” hərfinin isə sonradan əlavə edilməsi vizual baxımdan çox aşkar müşahidə olunur. Buna görə də, məhkəmə həmin sənədin əslinin tələb zərurət görmədən təqdim edilmiş sənədlər üzrə mübahisənin həll edilməsini zəruri saymışdır.
12. Məhkəmə hesab etmişdir ki, Bakı şəhəri, XDS İK-nin (indiki Bakı şəhəri İH) arxiv fondu üzrə 01 mart 1991-ci il tarixli 3/75 saylı qərarına 1 saylı əlavəyə əsasən 216 Ləhiş BTK üzvlərinin siyahısında X4 adı olsa da, ona məhz 216 saylı BTK-nin nəzdində 0,12 ha torpaq s ahəsi olan 874a saylı bağ sahəsinin verilməsinə dair 08 saylı order düzəlişə məruz qaldığı və düzəlişin səbəbləri orderdə təsdiq edilmədiyi üçün mötəbər sənəd kimi qiymətlədirilmir.
13. Məhkəmə bu nəticəyə gələrkən işin materialları və araşdırılmış halları ilə X4 həmin bağ massivində digər bağ sahəsi olduğu halda, sədri olduğu BTK-nin adından order vermək səlahiyyətindən istifadə edərək, öz adına yazdığı orderdə bağ sahəsinin nömrəsində düzəliş etməklə, bu düzəlişin kimin tərəfindən edilməsini göstərmədən, özü tərəfindən etdiyi halda, düzəliş imzası və BTK-nin möhürü ilə təsdiq etmədən DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə təqdim etmiş, sonuncu isə sadalanan halların mövcudluğuna diqqət yetirmədən düzəlişi təsdiq edilməyən order əsasında onun adına müvafiq çıxarış vermiş, bununla da sonuncu ya ona məxsusluğuna kifayət qədər şübhəli əsaslar olan sahəni özgəninkiləşdirməyə hüquqi əsas yaratmışdır.
14. Birinci instansiya məhkəməsi iddia üzrə tələblərə qiymət verməkdə davam edərək hesab etmişdir ki, mövcud vəziyyətdə cavabdeh X4 216 saylı BTK-nin nəzdində 0,12 ha torpaq sahəsi olan 874a saylı bağ sahəsinin verilməsinə dair 08 saylı order düzəlişə məruz qaldığı və düzəlişin səbəbləri orderdə təsdiq edilmədiyi üçün onun bu hərəkəti və DƏDRX-nin də bu qanunsuz sənəd üzrə apardığı özəlləşməyə dair hərəkətləri qanunsuz sayılmalıdır.
15. Daha sonra, məhkəmə iş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 noyabr 2015-ci il tarixli qətnaməsinin məzmununa da istinad etmişdir. Belə ki, həmin qətnaməyə əsasən iddiaçı X6 cavabdehlər Cavabdeh2, Cavabdeh1, 3-cü şəxslər Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə, Bakı şəhəri 43 saylı notariat kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 onun istifadəsində olan və Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağ sahəsində yerləşən 874 nömrəli bağ sahəsində sahibliyində və qanuni istifadəsində olan həmin torpaq sahəsinə dair Cavabdeh1 adına verilmiş RX seriyalı ******* nömrəli və Cavabdeh2 verilmiş RX seriyalı 1205 nömrəli çıxarışların, Bakı şəhəri 43 saylı notariat kontorunda rəsmiləşdirilmiş AN-İ 237 nömrəli 11 mart 2015-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və 30 dekabr 2014cü il tarixli, 41091 nömrə ilə qeydə alınmış kadastrın ləğv edilməsinə dair qətnamə almasını xahiş etmişdir. Həmin qətna məyə əsasən iddiaçı X1 iddiası ona görə rədd edilmişdir ki, məhkəmə tədqiqi zamanı Ləhiş bağ sahəsinin 874 saylı bağ sahəsi ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin qanuni əsaslarla X5 ayrılması müəyyən edilmiş, iddiaçı isə sonuncunun həmin torpaq sahəsi ilə bağlı ona hər hansı bir hüquq müəyyənedici səlahiyyət verməsinə, o cümlədən vərəsəsi olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir.
16. Bundan başqa, məhkəmə hesab etmişdir ki, Bakı şəhəri 43 saylı notariat kontorunda 11 mart 2015-ci il tarixdə 4Ə-83 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən Ləhiş bağ sahəsi, 874a nömrəli bağ sahəsi ünvanında yerləşən 0,12 ha torpaq sahəsi 19 may 2015-ci il tarixdə özgəninkiləşdirilməsi zamanı Mülki Məcəllənin tələblərinin pozulması halı olmasa da, faktiki olaraq həm in bağ sahəsinin özəlləşməsi ilə bağlı, daha doğrusu 874 saylı bağ sahəsinin düzəlişi təsdiq edilməmiş order əsasında 874a saylı bağ sahəsi kimi özəlləşdirilməsi qanuna uyğun aparılmadığı üçün sözügedən alqı-satqı müqaviləsi də qanuni əsaslarla bağlanmış müqavilə və Cavabdeh2 da vicdanlı əldə edən kimi qiymətləndirilə bilməz. Məhkəmə Cavabdeh2 ilə bağlı nəticəyə gələrkən iddiaçının da mübahisəli bağ sahəsinə gözlənilən mülkiyyət hüququnun olmasını və Cavabdeh1 ilə üçüncü şəxs DƏDRX Bakı şəhər Ərazi İdarəsinin onun bu hüquqlarından istifadə edilməsinə maneə yaratmalarını (düzəlişi təsdiq edilməyə order əsasında özəlləşmə aparılması) da nəzərə almışdır.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.5-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiy ası məhkəməsindəki birinci icraat
18. Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 iyul 2019-cu il tarixli, 2(008)-828/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılması xahiş etmişdir.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 oktyabr 2019-cu il tarixli 2(103)-1271/2019 nömrəli qətnaməsi ilə (hakim E.Q.Nəbiyevin sədrliyi və məruzəsi ilə, hakimlər R.Ə.Qurbanovun və A.Ə.Hüseynin iştirakı ilə) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 3-cü şəxs ƏMDK yanında DƏDRX-nə və Bakı şəhər 43 saylı notariat kontoruna qarşı iddiası r ədd edilmişdir.
20. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi müəyyən etmişdir ki, 874a nömrəli bağ sahəsi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, daha sonra isə müvafiq müqaviləyə əsasən özgəninkiləşdirilmişdir. İşin faktiki halları ilə iddiaçının 874 saylı bağ sahəsinə dair yalnız Bakı şəhəri, XDS İK-nin (indiki Bakı şəhəri İH) arxiv fondu üzrə 01 mart 1991-ci il tarixli 3/75 saylı qərarına 1 saylı əlavəyə əsasən 216 Ləhiş BTK üzvlərinin siyahısında X8 və İddiaçı anası X3 adları qeyd edilməsi müəyyən edilir. Bundan başqa iddiaçının 874a saylı bağ sahəsinə dair adına hər hansı hüquq müəyyənedici sənəd olması müəyyən edilməmişdir. Göründüyü kimi iddiaçının mübahisəli bağ sahəsinə gözlənilən mülkiyyət hüququnun olma sı halı öz təsdiqini tapmamışdır.
21. Eləcə də, birinci instansiya məhkəməsi Cavabdeh1 düzəlişi təsdiq edilməyən order əsasında özəlləşmə aparılmasını qeyd etsə də, gəldiyi nəticə işin faktiki halları ilə təsdiq edilməmişdir.
22. Həmçinin apellyasiya məhkəməsi qeyd etmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 noyabr 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağ sahəsində yerləşən 874a nömrəli bağ sahəsi ünvanında yerləşən 0,12 ha torpaq sahəsi qanuni əsaslarla əvvəlcə Cavabdeh1 adına, daha sonra isə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
23. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsi, 29-cu maddəsinin 2-ci hissəsi, Mülki Məcəllə sinin 152.1-ci maddəsi, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
24. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 oktyabr 2019-cu il tarixli 2(103)-1271/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 23 iyun 2020ci il tarixli, 2(102)-2149/2020 nömrəli qərarı ilə (hakim Ə.Ə.Əliyevin sədrliyi və məruzəsi ilə, hakimlər M.T.Əhmədovanın və İ.K.Xəlilovun iştirakı ilə) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 oktyabr 2019-cu il tarixli qətnaməsi lə ğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
26. Kassasiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı Cavabdeh1 sənədləri saxtalaşdırmaqla, onun bağını özəlləşdirərək başqa şəxsə satmaqla hüquqlarını pozduğunu göstərdiyinə görə, iş üçün əhəmiyyət kəsb etməsinə baxmayaraq Cavabdeh1 orderində olan düzəlişlər üzrə hər hansı bir araşdırma aparılmamış, onun adına olan orderdə bağın nömrəsini göstərən rəqəmlərdə sonuncu rəqəmin üzərində düzəliş edilibedilməməsini və həmin rəqəmin düzəliş edilməmişdən əvvəl, hansı rəqəm olduğunu müəyyən etmək üçün müvafiq ekspertiza təyin edilməmişdir.
27. Həmçinin iddiaçının digər bir dəlili ondan ibarətdir ki, 874a saylı bağ naturada mövcud deyildir və yalnız Cavabdeh1 adına verilmiş 08 saylı ord erdə qanunsuz olaraq edilmiş düzəlişin nəticəsində Cavabdeh1 onun bağına mülkiyyət hüququ əldə etmişdir. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi 216 saylı BTK-nın üzvlərinə bağ sahəsi ayrılarkən “874a” saylı bağ sahəsinin də ayrılıb-ayrılmamasını araşdırmamış və 874a saylı bağın naturada mövcud olub-olmamasını aydınlaşdırmamışdır.
28. Bundan başqa qeyd olunmalıdır ki, verilmiş tələblərin tam və hərtərəfli araşdırılması üçün mühüm əhəmiyyətə malik olan digər bir məsələ Cavabdeh2 vicdanlı alıcı statusuna malik olub-olmamasının aydınlaşdırılmasıdır ki, apellyasiya instansiyası məhkəməsi bu məsələni də araşdırmamışdır.
29. Beləliklə, işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apellyasiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çı xarılmışdır və bu hal düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
30. Təkrar apellyasiya baxışı zamanı keçirilmiş sənədlərin məhkəmə-texniki ekspertizasının 12 mart 2021-ci il tarixli rəyinə əsasən Bakı şəhər İcraiyyə Komitəsinin X2 və X7 bağlar sahəsindəki 216 nömrəli kooperativin Cavabdeh1 adına olan 8 nömrəli orderin mətnində bağın nömrəsini göstərən “874” rəqəmlərindən sonuncu “4” rəqəminin yerində əvvəlcə “5” rəqəmi olub, sonradan üzərində əlavə cizgilər artırmaqla indiki rəqəm icra edilmişdir.
31. Təkrar apellyasiya baxışında alınmış Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinin mütəxəssis rəyinə və həmin rəy əsasında keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 09 fevral 2022-ci i l tarixli rəyinə əsasən 874a saylı bağ sahəsi mişar daşından olan hasar daxilində olmaqla ümumi sahəsinin 1297 kv.m təşkil etdiyi müəyyən edilir. Bağ sahəsində tikilinin olmadığı və həmin bağ sahəsinin kadastr planı əsasında Cavabdeh1 adına qeydiyyatdan keçdiyi müəyyən edilir. Sözügedən ərazidə hasarlanma işləri keçmiş X2 və İstismarı Birliyi tərəfindən yardımçı vasitə kimi istifadə etdiyi bağların bölgüsünə dair sxematik plana və keçid yollarına uyğun aparılmadığından, 874 saylı bağın dəqiq yerləşməsinin aydınlaşdırılması mümkün olmamışdır. Faktiki olaraq iddiaçının iddia etdiyi sahənin qeydiyyatdan keçmiş 874a saylı bağın ərazisi ilə üst-üstə düşməsi müəyyən edilir.
32. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 aprel 2022-ci il tarixli, 2(103)-117/2022 nömrəli qətnaməsi ilə (hakim A.V.Tanrıverdiyevin sədrliyi və məruzəsi ilə, hakimlər İ.S.Şirinovun və N.Ş.Cəfərovun iştirakı ilə) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 iyul 2019-cu il tarixli, 2(008)-828/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, ekspertiza tədqiqatlarının dəyəri olan 161,52 manat məbləğində pulun Cavabdeh2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmuşdur.
33. Apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə istinad edərək, iş üzrə yuxarıda qeyd olunan ekspertizaların keçirilməsini qeyd etmiş və göstərmişdir ki, 874 və 874a saylı bağ sahələrinin əslində naturada üst-üstə düşməsi və eyni bağ sahələri olması müəyyən edildiyindən əqdin etib arsız hesab edilməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur.
34. Məhkəmə həmçinin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmış 2(008)-7152/2015 saylı mülki iş materiallarını sorğu edərək, işin hallarına nəzər yetirmiş və müəyyən etmişdir ki, həmin Məhkəmənin 04 noyabr 2015-ci il tarixli qətnaməsinin məzmununa görə iddiaçı X1 iddiası ona görə rədd edilmişdir ki, məhkəmə tədqiqi zamanı Ləhiş bağ sahəsinin 874 saylı bağ sahəsi ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin qanuni əsaslarla X5 ayrılması müəyyən edilmiş, iddiaçı isə sonuncunun həmin torpaq sahəsi ilə bağlı ona hər hansı bir hüquq müəyyənedici səlahiyyət verməsinə, o cümlədən vərəsəsi olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir.
35. Apellyasiya məhkəməsi həmçinin götürülmüş iş materiallarına ə sasən hesab etmişdir ki, Bakı şəhəri 43 saylı notariat kontorunda 11 mart 2015-ci il tarixdə 4Ə-83 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən Ləhiş bağ sahəsi, 874a nömrəli bağ sahəsi ünvanında yerləşən 0.12 hektar torpaq sahəsi 19 may 2015-ci il tarixdə özgəninkiləşdirilməsi zamanı Mülki Məcəllənin tələblərinin pozulması halı olmasa da, faktiki olaraq həmin bağ sahəsinin özəlləşməsi ilə bağlı, daha doğrusu 874 saylı bağ sahəsinin düzəlişi təsdiq edilməmiş order əsasında 874a saylı bağ sahəsi kimi özəlləşdirilməsi qanuna uyğun aparılmadığı üçün sözügedən alqı-satqı müqaviləsi də qanuni əsaslarla bağlanmış müqavilə və Cavabdeh2 da vicdanlı əldə edən kimi qiymətləndirilə bilməz. Çünki, iş materiallarından görünür ki, Cavabdeh2 11 mart 2015-ci il tarixində mübahisəli tor paq sahəsini alarkən ona məxsus orderdə açıq-aşkar gözlə görünən düzəlişin edilməsini nəzərə almamış, torpaq sahəsinin həmin dövr üçün bazar dəyərindən qat-qat aşağı qiymətə - 5000 manata satılması da onda heç bir şübhə yaratmamışdır. Bundan başqa, Cavabdeh2 apellyasiya iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclaslarında iştirak etməmiş və vicdanlı alıcı olmasını sübut edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, eyni zamanda vicdanlı alıcı olmasına dair hər hansı izahat verməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
36. Cavabdeh2 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 aprel 2022-ci il tarixli, 2(103)-117/2022 nömrəli qətnaməsinin ləğv olunması və işin yenidən baxılmaq üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
37. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəlləsinin 152.1, 182.1, 337.1, 337.5-ci, Mülki Prosessual Məcəllənin 82.3, 217.1-217.4-cü maddələrinin tələbləri pozulmuşdur. Belə ki, iş üzrə keçirilmiş ekspert rəyləri ilə mübahisəli bağ sahəsinin İddiaçı deyil, kadastr planı əsasında Cavabdeh1 adına qeydiyyatdan keçdiyini müəyyən edilmişdir. Ekspert rəyi ilə 874 saylı bağlın dəqiq yerləşməsinin aydınlaşdırılması mümkün olmamışdır. Belə olan halda, məhkəmə ekspert rəylərinə istinad edərək iddianı təmin etməklə cavabdehin mülkiyyət hüquqlarını pozmuşdur. Həmçinin apellyasiya məhkəməsi Bakı şəhəri 43 saylı notariat kontorunda 11 mart 2015-ci il tarixdə 4Ə-83 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsini qanuni əsaslarla bağlanmış müqavilə və Cavabdeh2 isə vicdanlı əldə edən kimi qiymətləndirməmişdir ona görə ki, “cavabdeh F. Rüstəmov 11 mart 2015-ci il tarixində mübahisəli torpaq sahəsini alarkən ona məxsus orderdə açıq-aşkar gözlə görünən düzəlişin edilməsini nəzərə almamış, torpaq sahəsinin həmin dövr üçün bazar dəyərindən qat-qat aşağı qiymətə - 5000 manata satılması da onda heç bir şübhə yaratmamışdı”. Lakin, mübahisə predmeti olan Bakı şəhəri, Sabunçu rayon, Ləhiş bağ sahəsi, 874a saylı bağ sahəsi **********41 reyestr nömrəsi ilə 14 yanvar 2015-ci il tarixdə Cavabdeh1 adına özəlləşdirilməklə Çıxarış verilmiş və bağ sahəsi həmin Çıxarış Notariat orqanına təqdim olunmaqla 11 mart 2015-ci il tari xli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 satılmışdır. Alqı-satqı müqaviləsi bağlanarkən ortada olmayan Orderdə olan düzəlişi alıcı Cavabdeh2 görməsi mümkün deyildir. Həmçinin məhkəmə həmin dövr üçün qeyd olunan ərazidə həmin ölçüdə olan torpaq sahəsinin qiymətinin müəyyən edilməsinə dair hər hansı bir araşdırma aparmamış, digər tərəfdən qeyd olunan bağ sahəsinin alqı-satqı dəyərinin müəyyən edilməsinin müstəsna olaraq həmin sahənin mülkiyyətçisinin hüququnun olmasını nəzərə almamışdır. Daha sonra apellyasiya məhkəməsi nəzərə almamışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 noyabr 2015-ci il tarixli qətnaməsi hazırki iş üçün preyudisial əhəmiyyətə malik deyildir.
38. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qay dasında baxılmışdır.
39. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
40. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədal ətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
41. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydi yyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə al ınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 43. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparı lır: 1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olubolmamasının müəyyən edilməsi;
4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi.
44. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.5-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir.
47. Belə ki, yuxarıda qeyd olunduğu kimi, iddia bir neçə tələbdən ibarət olmuş dur: - Cavabdeh1 adına verilmiş Bakı şəhər İcraiyyə Komitəsinin 01 mart 1991-ci il tarixli 3/75 nömrəli qərarının etibarsız hesab edilməsi, - ona əsasən verilmiş X2 və İstismarı Birliyinin 8 nömrəli orderinin etibarsız hesab edilməsi, - ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 30 dekabr 2014-cü il tarixli A532131 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsız hesab edilməsi, - Cavabdeh1 adına verilmiş ********** qeydiyyat nömrəli çıxarışın və **********741 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi, - 43 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 11 mart 2015-ci il tarixli 4Ə-83 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, - Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi, - bağ sahəsinin boşaldılaraq naturada i ddiaçıya təhvil verilməsi.
48. Göründüyü kimi, hazırki iddianın 1-4-cü tələbləri müvafiq icra hakimiyyəti orqanlarının torpaq sahəsinə sərəncam verilməsi ilə bağlı qərarlarının və həmin qərarlar əsasında verilmiş hüquq müəyyənedici sənədlərin etibarsız hesab edilməsi, sonrakı tələbləri isə törəmə tələblər olmaqla, cavabdehlər arasında bağlanmış əqdi etibarsız hesab olunması və həmin etibarsızlığın nəticələrinin tətbiqindən ibarət olmuşdur.
49. Məhkəmə kollegiyası izah edir ki, hazırki iddianın 1-4-cü tələblərinin mahiyyəti torpaq sahəsinin Cavabdeh1 mülkiyyətinə verilməsi və adına ilkin qeydiyyata alınmasına dair müvafiq icra hakimiyyəti və daşınmaz əmlakın dövlət reyestrini aparan orqanların qanunsuzluğundan ibarətdir. Belə ki, iddiaçı həmin qeydin saxta sənədlər əsasında aparılmasını, yə ni hüquqların dövlət qeydiyyatını aparan orqanın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1-ci maddəsində göstərilən vəzifələrini icra etməməsini (o cümlədən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılmasını, ziddiyyətləri aşkar etməməsini) iddia edir.
50. İnzibati orqanların qeyd olunan hərəkətləri isə ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən fəaliyyətinin nəticəsidir. Odur ki, torpaq sahəsinin cavabdehə ayrılması və reyestrdəki qeydiyyat inzibati aktlar əsasında aparıldığından, iddianın 1-4-cü tələblərinin faktiki əsasını bu aktların qanunsuzluğu təşkil etdiyindən, iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana (orqanlara) qarş ı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktları mübahisələndirməlidir.
51. Lakin iddiaçı reyestrdəki qeydiyyatın etibarsızlığı ilə bağlı hazırki iddianı mübahisəli qərarları qəbul etmiş orqanlara və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparan orqana qarşı inzibati məhkəmə icraatı qaydasında deyil, əmlak üzərində hüquqları qeydə alınmış fiziki şəxslərə qarşı mülki mühakimə icraatı qaydasında irəli sürmüş, məhkəmələr isə iddiaya mahiyyəti üzrə baxaraq, yuxarıda qeyd olunan məhkəmə aktlarını qəbul etmişlər. 52. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 aprel 2012-ci il tari xli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, inzibati hüquq münasibətləri (idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. 53. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 6.1-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətin ə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
54. Həmin qərarın 15.4-cü bəndinə əsasən... inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi v ə ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.
55. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə istinad edərək, iş üzrə ekspertizaların keçirilməsinə dair kassasiya instansiyası məhkəməsinin göstərişlərini icra etsə də, tələblərin bir hissəsinin (1-4-cü tələblərin) inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmasını nəzərə almamış və bununla da, prosessual hüquq normalarını pozmuşdur.
56. Odur ki, cavabdehin kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə, iş üzrə icraata 1-4-cü tələblərə aid hissədə Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən xitam verilməli, mübahisəli torpaq sahəsinə dair inzibati orqanlar tərəfindən qəbul edilmiş qərarlarından və onların hərəkətlərindən (hərəkətsizliklərindən) qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati məhkəmə icraatı qaydasında mübahisələndirmək hüquqları izah olunmalıdır.
57. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 410, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kas sasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 aprel 2022-ci il tarixli, 2(103)-117/2022 nömrəli qətnaməsi qismən, Cavabdeh1 adına verilmiş Bakı şəhər İcraiyyə Komitəsinin 01 mart 1991-ci il tarixli, 3/75 nömrəli qərarının və ona əsasən verilmiş X2 və İstismarı Birliyinin 8 nömrəli orderinin, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 30 dekabr 2014-cü il tarixli A532131 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsız hesab edilməsi, Cavabdeh1 adına verilmiş ********** qeydiyyat nömrəli çıxarışın və **********741 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi hissələrində ləğv edilsin. İddiaçı iddiası üzrə icraata Cavabdeh1 adına verilmiş Bakı şəhər İcraiyyə Komitəsinin 01 mart 1991-ci il tarixli, 3/75 nömrəli qərarının və ona əsasən verilmiş X2 və İstismarı Birliyinin 8 nömrəli orderinin, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 30 dekabr 2014-cü il tarixli A532131 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsız hesab edilməsi, Cavabdeh1 adına verilmiş ********** qeydiyyat nömrəli çıxarışın və **********741 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi hissələrində Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki mühakimə icraatı qaydasında məhkəmədə baxılmalı olmaması ilə əlaqədar xitam verilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.