Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4746/2019 03.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, iddiaçının vəkili VHnun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 20 fevral 2019-cu il tarixli qətnaməsindən İddiaçı İB tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 03 iyul 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2045/2018 saylı 05 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh İddiaçı xe yrinə 3754,3 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat, ümumilikdə 3784,3 manat məbləğində pul vəsaitinin tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 20 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər X.Cəmilova (sədrlik edən, məruzəçi), İ.Xəlilov və İ.Kərimli, 2(103)-2783/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək təbii qazdan istifadəyə görə yaranmış 6664 manat məbləğində əsas borcun, 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 6694 manat məbləğində borcun Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qə bul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı İB apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili VH kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdi r. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sü but kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Bakı X1 Departamenti ilə Cavabdeh arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 16.09.2017-ci il tarixdə 16765 saylı müqavilə bağlanmışdır. 31.07.2015ci il tarixli, 27.08.2015-ci il tarixli, 25.11.2015-ci il tarixli, 13.06.2016-cı il tarixli, 20.09.2016-cı il tarixli, 24.10.2016-cı i tarixli, 03.11.2016-cı il tarixli, 08.12.2016-cı il tarixli, 06.01.2017-ci il tarixli, 01.02.2017-ci il tarixli, 13.03.2017-ci il tarixli, 14.04.2017-ci il tarixli, 05.05.2017-ci i tarixli, 13.06.2017-ci il tarixli, 10.07.2017-ci il tarixli, 24.08.2017-ci il tarixli, 21.09.2017-ci il tarixli, 25.10.2017-ci il tarixli, 15.11.2017-ci il tarixli, 19.01.2018-ci tarixli, 09.02.2018-ci il tarixli və 15.03.2018-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların surətlərindən aydın olmuşdur ki, abonent kodu **********00000 sayla qeydiyyata alınmış istehlakçı Cavabdeh məxsus ünvan 1 ünvanında abonent qeyri-qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə etmişdir. Odur ki, kənar xəttin kəsilməsi, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olunaraq, aktların tərtibində istehla kçının nümayəndəsi kimi iştirak edən VƏ aktları imzalamaqdan imtina etmişdir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilmiş sübutlar əsasında yalnız 3754,3 manat məbləğində borcun yaranmasının öz təsdiqini tapdığına əsaslanaraq həmin məbləğdə pulun cavabdehdən iddiaçının xeyrinə tutulması qənaətinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı ar asında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na müvafiq olaraq qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etmək qa zdan istifadə edən istehlakçıların vəzifəsi olaraq müəyyən edilmişdir (3.2.1.). Müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir (21.1). Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, istehlakçı Cavabdeh məxsus ünvan 1 ünvanında abonent tərəfindən qeyri-qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə olunmuşdur. Bu fakt apellyasiya baxışı zamanı cavabdeh tərəfindən təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında iştirak etmiş Cavabdeh hal-hazırda da kənar qaz xəttindən istifadə etdiyini və indiyənədək həmin qazdan istifadəyə görə hər hansı məbləğin İddiaçınə ödənilmədiyini bildirmişdir. Qeyd olunan faktla bağlı istehlakçı barəsində müvafiq aktlar tərtib olunaraq onun sayğacdan kənar qaz xəttindən istifadə etməsinə görə itirilmiş qazın bərpası üçün hesablamalar aparılmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən qaz paylayıcıları tərəfindən təyin edilmiş qaz təchizatı qiymətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş tariflərə müvafiq olmalıdır. Bu tariflər paylayıcının qaz təchizatı, digər iş və xidmətləri üzrə qiymətlərin hesablanmasının və təyin edilməsinin metod və prinsiplərini özündə əks etdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na əsasən qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasın ın Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. İstifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir (5.1, 5.3). İddiaçının təqdim etdiyi saldodan da aydın olmuşdur ki, cavabdehin 2015-ci ilin aprel ayına borcu olmamış, may ayına cavabdehə 72540 kub metr təbii qaza görə 7254 manat sərfiyyat hesablanmışdır. İddiaçı həmin sərfiyyatın 12.05.2015-ci il tarixli akta əsasən hesablandığını bildirsə də, həmin aktı nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim edə bilməmişdir. Lakin hazırki iş üzrə iddiaçının cavabdehdən ödənilməsini tələb etdiyi 6664 manat məbləğində borcun 3754,3 manat hissəsi yuxarıda adları qeyd olunan aktlarla və həmin aktlarda göstərilən əsas- sayğacdan kənar qaz xəttindən istifadə olunma faktı cavabdehin özü tərəfindən də tam təsd iq olundubu üçün məhkəmə kollegiyası hesab etmişdir ki, həmin məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı İB-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 20 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4746/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4746/2019
03.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver