Məhkəmə qərarları › İş №2(102)-475/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-475/2022

17.01.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-475/2022 17.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsinə, Cavabdeh2 MMC-yə (hazırda "xxxx" MMC), "xxxx" QSC-yə, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: Hərracın yekunları barədə protokolların, alğı-satqı müqavilələrinin, çıxarışların etibarsız hesab edilməsi, daşınmaz əlakın vicdanlı əldə edilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əliyev Zaur Əli oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X13, Cavabdeh "xxxx" QSC-nin vəkili X2, Cavabdeh4 və onun nümayəndəsi və vəkili X7, Cavabdeh5 və onun nümayəndəsi və vəkili X4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-6725/2021 nömrəli iş üzrə 30 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 17 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 27 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə "xxxx" QSC ilə X8 arasında bağlanmış 28.08.2013-cü il tarixli, 14R000007852 saylı kredit müqaviləsi üzrə 257947,12 ABŞ dolları əsas, 54203,5 ABŞ dolları faiz, 25000 ABŞ dolları cərimə olmaqla cəmi 337150,52 ABŞ dolları, 09 sentyabr 2013-cü il tari xli 14R000007914 saylı kredit müqaviləsi üzrə 64513,34 ABŞ dolları əsas, 13148,75 ABŞ dolları faiz, 5000 ABŞ dolları cərimə borcu olmaqla cəmi ******* ABŞ dolları, 16 oktyabr 2014-cü il tarixli 014R********** saylı kredit müqaviləsi üzrə 224210,73 ABŞ dolları əsas, 47440,34 ABŞ dolları faiz, 10000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 281651,07 ABŞ dolları, 06 avqust 2015-ci il tarixli 014R********** saylı kredit razılaşması üzrə 119232,43 ABŞ dolları əsas, 23473,52 ABŞ dolları faiz, 5000 ABŞ dolları cərimə olmaqla cəmi 147705,95 ABŞ dolları, ümumilikdə isə 849169,63 (səkkiz yüz qırx doqquz min yüz altmış doqquz ABŞ dolları altmış üç sent) ABŞ dollarının manatla məzənnəsinin və 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetlərinə tutmanın yönəldilməsi baradə bildirişin qeydə alınma sı üçün ödənilmiş 40 manat dövlət rüsumunun və 84 manat xidmət haqqının X1, İddiaçı, X10 və X3 müştərək qaydada "xxxx" QSC-nin xeyrinə tutulması, ünvan 1 ünvanında, 3 mərtəbəli yaşayış binasının zirzəmisində yerləşən 110,5 kvadrat metr ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 88000 manat, ünvan 2 ünvanında 3 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 119,3 kvadrat metr ümumi, 96,8 kvadrat metr əsas və 22,5 kvadrat metr köməkçi sahədən ibarət olan qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 175000 manat, ünvan 3 ünvanında yerləşən 3 mərtəbəli yaşayış binasının zirzəmisi və 1-ci mərtəbəsində yerləşən 304,8 kvadrat metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 320000 manat, ünvan 4 ünvanında yerləşən 16 mərtəbəli, yeni tikili b inanın 16-cı mərtəbəsində yerləşən, 217 kvadrat metretr ümumi, 125,9 kvadrat metr. yaşayış və 81,10 kvadrat metr. yardımçı sahədən ibarət 4 otaqlı, 53 nömrəli mənzilin ilkin satış qiymətinin 368000 manat müəyyən olunması, tələbin ipoteka qoyulmuş əmlaklara yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin cavabdeh X5 qaytarılması, ipoteka predmetlərinə tutma yönəldildikdən və satıldıqdan bir ay sonra həmin əmlakların boşaldılması və "xxxx" QSC-yə təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 10 dekabr 2018-ci il tarixli icra vərəqəsinə əsasən Cavabdeh2 MMC tərəfindən hərraclar keçirilmiş, hərracın yekunları barədə 11 oktyabr 2019-cu il tarixli proto kol tərtib olunmuşdur. 11 oktyabr 2019-cu il tarixli alğı-satqı müqavilələrinə əsasən iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində istifadədə olan 0,106 ha torpaq sahəsində yerləşən 55 nömrəli binanın 1-ci mərtəbəsində 96,8 kvadrat metr əsas, 22,5 kvadrat metr köməkçi, 119,3 kvadrat metr ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi 111562 manat 50 qəpiyə, ünvan 5 ünvanında zirzəmidə yerləşən 110,5 kvadrat metr ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi 56100 manata, ünvan 5 ünvanında olan zirzəmi və 1-ci mərtəbədə yerləşən 304,8 kvadrat metr ümumi sahədən ibarət qeyriyaşayış sahəsi 204000 manata "xxxx" QSC-yə satılmışdır. Göstərilən əmlaklar daşınmaz əmlakın dödvlət reyestrində "xxxx" QSC-nin mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. "xxxx" QSC il ə Cavabdeh4 arasında bağlanmış alğı-satqı müqavilələrinə əsasən 119,3 kv metr sahəsi olan obyekt Cavabdeh4, 110,5 kv metr və 304,8 kv metr olan qeyriyaşayış sahələri isə Cavabdeh5 satılmış, sonuncuların adına dövlət reyestrindən çıxarışlar verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsinə, Cavabdeh2 MMC-yə, "xxxx" QSC-yə, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində istifadədə olan 0,106 ha torpaq sahəsində yerləşən 55 nömrəli binanın 1-ci mərtəbəsində 96,8 kvadrat metr əsas, 22,5 kvadrat metr köməkçi, 119,3 kvadrat metr ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi nə (41 saylı mağazaya dair) Cavabdeh2 MMC tərəfindən keçirilmiş və tərtib edilmiş 11 oktyabr 2019-cu il tarixli, 50 nömrəli hərracın yekunlarına dair protokolun və həmin əmlakla bağlı "xxxx" QSC ilə Cavabdeh2 MMC arasında bağlanmış 11 oktyabr 2019-cu il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında "xxxx" QSC-nin adına verilmiş çıxarışın ləğv edilməsi, "xxxx" QSC ilə Cavabdeh4 arasında bağlanmış 31 yanvar 2020-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və bunun əsasında Cavabdeh4 adına verilmiş çıxarışın ləğv edilməsi, ünvan 1 ünvanında zirzəmidə yerləşən 110,5 kvadrat metr ümumi sahədənn ibarət qeyri-yaşayış sahəsinə dair Cavabdeh2 MMC tərəfindən keçirilmiş və tərtib edilmiş 11 oktyabr 2019-cu il tarixli, 52 nömrəli hərracın yekunl arına dair protokolun və həmin əmlakla bağlı "xxxx" QSC ilə Cavabdeh2 MMC arasında bağlanmış 11 oktyabr 2020-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında "xxxx" QSC-yə verilmiş çıxarışın ləğv edilməsi, "xxxx" QSC ilə Cavabdeh5 arasında bağlanmış daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh5 adına verilmiş çıxarışın ləğv edilməsi, ünvan 5 ünvanında yerləşən zirzəmi və 1-ci mərtəbədə yerləşən 304,8 kvadrat metr ümumi sahədən ibarət qeri-yaşayış sahəsinə dair Cavabdeh2 MMC tərəfindən keçirilmiş və tərtib edilmiş 11 oktyabr 2019-cu il tarixli, 53 nömrəli hərracın yekunlarına dair protokolun və həmin əmlakla bağlı "xxxx" QSC ilə Cavabdeh2 MMC arasında bağlanmış alğı-satqı müqaviləsinin etibarsı z hesab edilməsi və həmin müqavilə əsasında "xxxx" QSC-yə verilmiş çıxarışın və sonrakı sənədləşmələrin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hərracın yekunları barədə protokol sifarişçi Nizami rayon İcra və probasiya şöbəsinin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmamışdır. Hərraclar qanunsuz keçirilmişdir. Hərracın keçirilməsinə dair ona heç bir məlumat verilməmiş, bildirişlər göndərilməmiş, əmlakların mülkiyyətçisi kimi hərraclarda iştirak etmək hüququ qəsdən təmin olunmamışdır. Məqsəd əmlakları aşağı qiymətə Bankın balansına daxil etməkdən və baha qiymətə sataraq gəlir əldə etməkdən ibarət olmuşdur. Belə ki, məhz qanunsuz keçirilən hərraclardan sonra onun mülkiyyətində olan əmlaklar cavabdeh "xxxx" QSC-nin balan sına verilmiş, Bankın adına çıxarış alınmış və daha sonra baha qiymətə satılaraq gəlir əldə olunmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Fikrət Mirzəyev) 19 fevral 2021-ci il tarixli, 2(007)-202/2021 saylı qətnaməsi ilə iddia tələbləri təmin olunmuşdur. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, daşınmaz əmlaklarla bağlı hərrac keçirilərkən qanunvericiliyin tələbləri pozulmuş, hərracın keçirilməsi faktiki olaraq formal xarakter daşımışdır. Belə ki, Nizami Rayon İcra və Probasiya Şöbəsi sifarişi 09.02.2018-ci il tarixdə verdiyi halda hərrac barədə elan “Kaspi”qəzetində 19 sentyabr 2018-ci il tarixdə vermiş, hərrac isə 11 oktyabr 2019-cu il tarixdə keçirilmişdir. Göründüyü kimi elanın verilməsi qanunda nəzərdə tutulduğu müddətdən 7 ay 10 gün gec verilmiş, hərrac isə qan unda nəzərdə tutulduğundan 1 il 8 ay gec keçirilmişdir. Təkrar keçirilən 2-ci və 3-cü hərraclar barədə isə ümumiyyətlə elan verilməmiş, maraqlı şəxslərə bu barədə məlumat göndərilməmişdir. Hərracın təşkilatçısı olan Cavabdeh2 MMC-nin vəzifəsi “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 42.1-ci maddəsinin tələblərinə əməl edərək hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirməli, tərəflərə verilməsini təsdiq etmə üsulu ilə hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış birinci elanı verməli və bu barədə tərəflərə bildiriş göndərməlidir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış isə ikinci elan verməli, elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məb ləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumatlar göstərilməlidir. Baxılan işdə hərracın təşkilatçısı olan Cavabdeh2 MMC tərəfindən mübahisəli Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən daşınmaz əmlaklara dair hərracların keçirilməsi və qiymətləndirilməsi qaydaları “İpoteka haqqında” Qanunun yuxarıda istinad olunan 42-ci maddəsinin tələbləri pozulmaqla keçirilmişdir. Bu hərracın keçirilməsi barədə məlumatlara şəxslərin, xüsusən də, hazırkı iddiaçının əlçatımlığı olmamışdır. Hərracın keçirilməsi faktiki olaraq formal xarakter daşımışdır. Məhkəmə hesab etmişdir ki, qeyd olunan hallar hərracın təşkilatçısı olan Cavabdeh2 MMC tərəfindən hərracın keçirilməsinin və təşkilinin pozulması kimi qiymətləndirilməli, bu səbəbdən də keçirilmiş hərraclar və nəticələri etibarsız hesab edilməli, o cümlədən bu hallar Mülki Məcəllənin 416-cı maddəsinə əsasən hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olmalıdır. Cavabdeh qismində cəlb edilmiş Cavabdeh2 MMC tərəfindən qeyd edilən halların əksini təsdiq edən hər hansı bir sübut, o cümlədən hərracın keçirilməsi və nəticələrindən irəli gələn hərəkətlərin həyata keçirilməsi zamanı həmin sahədə mövcud olan yuxarıda istinad edilən qanunvericilik normalarına əməl edilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, mübahisəli əmlaklara dair hərracların keçirilməsi və qiymətləndirilməsi üzrə yol verilmiş pozuntular etibarsızlıq, nəticə etibarı ilə m übahisəli əmlaklarla əlaqədar cavabdehlər "xxxx" QSC-nin, Cavabdeh5 və Cavabdeh4n adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi üçün əsasdır. Bundan başqa məhkəmə hal-hazırda ipoteka predmetlərinə tutma yönəldilməsinə səbəb olmuş kredit müqavilələri üzrə hər-hansı bir məbləğdə borc öhdəliyinin olmaması qənaətinə gələrək bu halın iş materiallarında olan və "xxxx" QSC tərəfindən verilmiş 08 dekabr 2020-ci il tarixli, ********* nömrəli arayışla öz təsdiqini tapdığını göstəmişdir. Cavabdehlər Cavabdeh2 MMC (hazırda, "xxxx" MMC), "xxxx" QSC, Cavabdeh4 və Cavabdeh5 birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayətləri verərək qətnamənin ləğv edilməsini, iddianın təmin olunmamasını xahiş etmişlər. Apellyasiya instansiyası məhkəməsində i craat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Rafael Eyvazov - sədrlik edən və məruzəçi, Şərafət Məmmədova, Fuad Talışinski) 30 iyul 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbləri rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki mübahisənin obyekti olan daşınmaz əmlakların açıq hərracdan satılması qanuni qüvvədə olan məhkəmə qətnaməsnin icrası sahəsində (Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 10 dekabr 2018-ci il tarixli qətnaməsi və onun əsasında verilmiş icra vərəqəsi) həyata keçirilmiş, ipoteka predmetlərinin ilkin satış qiymətləri də məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Həmçinin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli icra sənədinə əsasən Nizami rayon İcra və Probasiya şöbəsi tərəfindən 24 yanvar 2018-ci il tarixdə icraata başlanmasına, hərrac təşkilatına 09 fevral 2018-ci il tarixli sifariş verilməsinə və ilk hərrac 30 mart 2018-ci il tarixə təyin olunmasına baxmayaraq, həmin vaxtı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli qətnaməsindən cavabdehlər (həmçinin İddiaçı) tərəfindən apellyasiya şikayəti verildiyindən icra icraatı dayandırılmış, Bakı Apellyasiya Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsi əsas, faiz borcu və cərimə, həmçinin ipoteka predmetlərinin ilkin satış qiymətləri hissələrində dəyişdirilmiş, bu səbəbdən də apellyasiya instansiyası mə hkəməsi tərəifndən yeni icra vərəqəsi verilmiş, bundan sonra Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsinin 30 iyul 2019-cu il tarixli yeni sifariş vermişdir. Bu səbəbdən də məhkəmə qeyd etmişdir ki, hərracın qanuniliyi məhz Bakı Apellyasiya Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli qətnaməsi üzrə verilmiş icra sənədi üzrə yoxlanılmalıdır. Lakin birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsassız olaraq Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli icra sənədinə əsasən Nizami rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş 09 fevral 2018-ci il tarixli sifarişi qeyd etmiş, halbuki yuxarıda da göstərildiyi kimi, həmin sifarişdən sonra Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli qətnaməsindən cavabdehlər apellyasiya şikayəti verm iş, Bakı Apellyasiya Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi əsas, faiz borcu və cərimə, həmçinin ipoteka predmetlərinin ilkin satış qiymətləri hissəsində dəyişdirilmiş, bu səbəbdən də Bakı Apellyasiya Məhkəməsi tərəfindən yeni icra vərəqəsi verilmiş, həmin icra sənədinə əsasən Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsi 30 iyul 2019-cu il tarixli yeni sifariş vermişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qeyd edilən mövqeyi anlaşılmaz olmaqla, əsasladılırılmamışdır. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin nəyə əsasən - «Təkrar keçirilən 2-ci və 3-cü hərraclar barədə ümumiyyətlə elan verilməmiş, maraqlı şəxslərə bu barədə məlumat göndərilməmişdir» kimi q ənaətə gəlməsi də anlaşılan deyildir. Həmçinin, məhkəmə ümumiyyətlə hansı sübuta əsasən hərracın məhz üç dəfə keçirilməsini göstərməmiş, formal mülahizələrdən çıxış etmişdir. Birinci instansiya məhkəməsi hərracın keçirilməsi ilə bağlı bütün sənədləri tələb etmədən, onlara baxış keçirmədən, yalnız iddiaçının bildirdiklərinə əsaslanmaqla hərracın qanun pozuntuları ilə keçirilməsi barədə yanlış və əsaslandırılmamış nəticəyə gəlmişdir. Apellyasiya icraatı zamanı məcmu halda qiymətləndirilmiş sübutlardan (hərracın keçirilməsi ilə bağlı sənədlər və s.) apellyasiya instansiyası məhkəməsi müəyən etmişdir ki, hazırki mübahisə obyekti olan ipoteka qoyulmuş daşınmaz əmlaklarla bağlı Bakı Apellyasiya Məhkəməsinin icra sənədi üzrə 2 hərrac (ilk və təkrar) keçirilmişdir. Birinci hərrac 06 sentyabr 2019- cu il tarixə, saat 11.00-a təyin olunmuş, bu barədə qanunla müəyyən olunmuş müddət ərzində borclulara, tələbkara və icra şöbəsinə 16 avqust 2019-cu il tarixli bildiriş göndərilmiş, eyni zamanda «Kaspi» qəzetinin 16 avqust 2019-cu il tarixli buraxılışında müvafiq elan verilmişdir. Lakin, 06 sentyabr 2019-cu il tarixə, saat 11.00-a təyin olunmuş hərrac alıcı olmadığından baş tutmamış, bu barədə «Kaspi» qəzetinin 7-9 sentyabr 2019-cu il tarixli buraxılışında elan verilmiş, təkrar hərrac 30 sentyabr 2019-cu il tarixə, saat 11.00-a təyin olunmuş, ipoteka predmetinin qiyməti 15 faiz aşağı salınmış, bu barədə qanunla müəyyən olunmuş müddət ərzində borclulara, tələbkara və icra şöbəsinə 10 sentyabr 2019-cu il tarixli bildiriş göndərilmiş, eyni zamanda «Kaspi» qəzetinin 10 sentyabr 2019-cu il tarix li buraxılışında müvafiq elan verilmişdir. İşdə olan rabitə orqanının məlumatlarından görünür ki, ilk və təkrar hərracla bağlı icraatda iştirak edən şəxslərə göndərilmiş müvafiq bildirişlər alınmış, iddiaçının ünvanına göndərilmiş bildirişlər isə «kirayəçi yaşaması» əsası ilə geri qaytarılmışdır. 30 sentyabr 2019-cu il tarixdə təkrar hərrac da baş tutmamış, bu barədə «Kaspi» qəzetinin 01 oktyabr 2019-cu il tarixli nömrəsində müvafiq elan dərc olunmuşdur. Bu səbəbdən də hərrac mərkəzi tərəfindən 07 oktyabr 2019-cu il tarixli məktubla tələbkara ipoteka predmetlərinin təkrar hərracdakı satış qiymətindən 25 faiz aşağı alınması təklif olunmuş, tələbkarın təklifi qəbul etməsi nəticəsində bu barədə 11 oktyabr 2019-cu il tarixdə müvafiq protokollar tərtib olunmaqla, eyni tarixli alğı-satqı müqavil ələri bağlanmış, tələbkarın ("xxxx" QSC) adına əmlaklara dair daşınmaz əmlakın dövlət reyesrindən müvafiq çıxarışlar verilmişdir. İddiaçının əsas dəlili hərracdan məlumatlı olmaması ilə bağlı olmuşdur. İddiaçının nümayəndəsi apellyasiya baxışı zamanı yeni sübutlar təqdim edərək bildirişlərin göndərildiyi mənzilin hələ 2014-cü ildən (25 iyun 2014-cü il tarixli alğı-satqı müqaviləsi) satılmasını, iddiaçının həmin ünvanda yaşamamasını, bu səbəbdən də həmin ünvana göndərilən bildirişləri almamasını bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəf qeyd edilən sübutu (mənzilin satılması ilə bağlı alğı-satqı müqaviləsi və s.) birinci instansiya məhkəməsinə təqdim etməmişdir. Halbuki, iddiaçı məhkəmədə nümayəndə (vəkil) vasitəsilə də təmsil olunmuşdur. Belə olan hal da isə, məhkəmə qeyd edilən sübutun birbaşa apellyasiya instansiyası məhkəməsinə təqdim olunmasını və onun qəbul edilməsini mümkün hesab etməmişdir. Eyni zamanda məhkəmə hesab etmişdir ki, hətta şərti olaraq qeyd edilən sübutlar nəzərə alınsa belə bu hal vəziyyəti dəyişdirmir. Çünki, iddiaçı ünvanını dəyişməsi, faktiki başqa ünvanda yaşaması ilə bağlı məhkəməyə və icra şöbəsinə məlumat verməsinə dair sübut təqdim etməmişdir. Əksinə, İddiaçı, ona və qeyrilərinə qarşı iddiaçı "xxxx" QSC-nin “kredit borcunun tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi” barədə iddia tələbi üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətində, eləcə də həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli qətnaməsi ndən verdiyi kassasiya şikayətində yaşadığı ünvan kimi eyni mənzili (Bakı şəhəri, Xətai rayonu, ünvan 6işdir. Bununla yanaşı, işdə olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 aprel 2017-ci il tarixli qərardadından (ekspertizanın təyin olunması barədə) da göründüyü kimi, İddiaçı həmin vaxtı şəxsən məhkəmə iclasında iştirak etmiş, ünvanla bağlı məsələni dəqiqləşdirmək imkanında olmuşdur. MPM-in 146-cı maddəsinin tələbinə görə məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Belə olan halda məhkəmə hesab et mişdir ki, hərrac təşkilatı tərəfindən iddiaçıya bildirişlərin icra sənədində göstərilən ünvana göndərilməsi qanun pozuntusu kimi qiymətləndirilə bilməz. İddiaçının nümayəndəsinin digər dəlili bildirişlərin məhz təsdiqetmə üsulu ilə çatdırılmalı olması ilə bağlıdır. Məhkəmə iddiaçı tərəfin bu dəlili ilə də razılaşmayaraq qeyd etmişdir ki, hərracın keçirilməsi zamanı (ilk və təkrar hərracın təyin edildiyi 06 sentyabr 2019-cu il və 30 sentyabr 2019-cu il) qüvvədə olan «İpoteka haqqında» Qanunun 42.1-ci maddəsinin yeni redaksiyasına əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli po çt göndərişi (məktubu) ilə bildiriş göndərir. Göründüyü kimi, maddənin əvvəlki redaksiyasından fərqli olaraq 30 dekabr 2018-ci il tarixdən qüvvədə olan yeni redaksiyada (28 dekabr 2018-ci il tarixli, 1439-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu) bildirişin təsdiq etmə üsulu ilə göndərilməsi nəzərdə tutulmamışdır. Belə olan halda iddiaçının nümayəndəsinin (vəkilinin) hərracın keçirilməsi zamanı qüvvədən düşmüş köhnə normaya istinad etməsi əsaslı sayıla bilməz. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi özünün 30 dekabr 2008-ci il tarixli qərarında (F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxla nılmasına dair) vurğulamışdır ki, Mülki Məcəllənin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Bununla yanaşı məhkəmə müəyyən etmişdir ki, bildirişlər həmçinin iddiaçının yaxın qohumları (oğlu) olan, digər borclulara da göndərilmiş, belə olan halda iddiaçının hərracdan məlumatlı olmaması barədə bildirdikləri inandırıcı sayıla bilməz. Göründüyü kimi, iddiaçının hərracdan məlumatlı olmaması barədə bildirdikdəri işdə olan sübutlarla tam təkzib olunur. Beləliklə məhkəmə qeyd etmiş dir ki, işdə olan sübutlardan hərracın keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinə (ilk və təkrar hərracın keçirilməsi, qəzetlərdə elanların verilməsi, bildirişlərin göndərilməsi, alğı-satqı müqaviləsinin bağlanması və s.) tam riayət olunması görünür. Birinci instansiya məhkəməsinin isə hərracla bağlı sənədlərə baxış keçirmədən, sübutları qiymətləndirmədən formal mülahizələrə əsaslanmaqla qərar qəbul etməsi maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmamışdır. Qanunverici iki hərracın keçirilməsini nəzərdə tutmuşdur. Hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə isə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq hüququna malikdir. İşdə olan sənədlərdən görünür ki, tələbkar hərracın baş tutmamasından sonra qanunla müəyyən olunmuş müddət ərzində ipoteka predmetini əldə etmiş, nəticədə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınaraq adına daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış verilmişdir. Mülki Məcəllənin 139-1.1.2-ci maddəsinə görə, qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bununla yanaşı, məhkəmə hərracın nəticələrinə dair yekun protokolların icra məmuru tərəfindən imzalanmaması ilə bağlı iddiaçı tərəfin dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, qanunverici hərracın nəticələrinə dair yekun protokolu n icra məmuru tərəfindən imzalanmalı olması ilə bağlı imperativ şərt müəyyən etməmişdir. Həmçinin, Mülki Məcəllənin 415.5-ci maddəsində açıq-aşkar qeyd edilmişdir ki, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Göründüyü kimi, göstərilən normada nəticələri haqqında protokolu imzalamalı olan şəxslərin dairəsində icra məmuru qeyd olunmamışdır. İddiaçının nümayəndəsi göstərmişdir ki, Bakı Apellyasi ya Məhkəməsi tərəfindən yeni icra vərəqəsi veriləndən sonra icra məmuru hərrac təşkilatına sifariş verməmişdir. Halbuki, istər icra məmurunun izahatından, istərsə də, icra işinə baxış keçirilən zamanı apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli qətnaməsinə əasən verilmiş icra sənədinin icrası ilə bağlı Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsi tərəfindən Cavabdeh2 MMC-yə 30 iyul 2019-cu il tarixli sifariş məktubu verilmiş, ilk və təkrar hərraclar barədə icra şöbəsinə bildirişlər daxil olmuşdur. Belə olan halda iddiaçının nümayəndəsinin qeyd edilən dəlili anlaşılmaz olmaqla, əsaslandırılmamışdır. İddiaçı tərəfin digər dəlili üç dəfə hərracın keçirilməsi, bu halın qanuna zidd olması ilə bağlı olmuşdur. Halbuki, iş də olan sübutlardan hərracın yalnız iki dəfə keçirilməsi (bu barədə yuxarıda ətraflı qeyd olunmuşdur) müəyyən olunur. İddiaçının nümayəndəsi (vəkili) hərrac təşkilatı ilə tələbkar bank arasında ipoteka predmetlərinin əldə olunması istiqamətində bağlanmış 11 oktyabr 2019-cu il tarixli alğı-satqı müqavilələrini üçüncü hərrac kimi qiymətləndirmişdir ki, məhkəmə bunu əsaslı hesab etməmişdir. Qeyd olunduğu kimi, ilk və təkrar hərraclar baş tutmadığından, tələbkara ipoteka predmetlərini qanunla nəzərdə tutulmuş qaydada (aşağı faizlə) almaq təklif olunmuş, alğısatqı müqavilələri də məhz bu istqamətdə bağlanmışdır ki, bu da üçüncü hərrac kimi qiymətləndirilə bilməz. İddiaçı tərəfin növbəti dəlili ipoteka predmetlərinin tələbkar tərəfindən əldə olunduqdan sonra baha qiymətə satılması ilə bağlı olmu şdur. Məhkəmə həmin dəlilə münasibət bildirərək qeyd etmişdir ki, əmlaklar tələbkarın xüsusi mülkiyyətinə keçdikdən sonra sonuncu onları özgəninkiləşdirməkdə və satış qiymətlərini müəyyən etməkdə mülkiyyətçi hüquqlarından irəli gələn mülahizə sərbəstliyə malik olmuşdur. Bu hal isə özüözlüyündə hərracın qanunsuzluğuna dəlalət edə bilməz. İddiaçı tərəfin digər dəlili hərracı keçirən Cavabdeh2 MMC-nin (hazırda, "xxxx" MMC) buna səlahiyyətinin olmaması ilə bağlı olmuş, bunun sübutu kimi məhkəməyə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin məktubunu təqdim etmişdir. Qeyd edilən məktubda göstərilmişdir ki, Cavabdeh2 MMC-nin 11 oktyabr 2019-cu il tarixdə daşınmaz əmlaklarla bağlı hərraclar keçirmək hüqununun olub-olmaması ilə əlaqədar Əmlak Məsələləri Dövlət Xidmətində hər hansı məlumat yo xdur. Göründüyü kimi, iddiaçının nümayəndəsinin təqdim etdiyi məktubda Cavabdeh2 MMC-nin daşınmaz əmlaklarla bağlı hərraclar keçirmək hüqununun olmaması öz əksini tapmamışdır. Bununla yanaşı, Cavabdeh2 MMC-nin nizamnaməsinin surətindən görünür ki, Cəmiyyətin fəaliyyətinə həmçinin daşınar, daşınmaz əmlakın qiymətləndirilməsi və hərracların keçirilməsi aiddir. İddiaçı tərəf bunun əksini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, iddiaçı tərəfin istər iddia ərizəsində, istərsə də izahatlarında bildirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdıralmış sübutlarla öz təsdiqini tapmamışdır. İddiaçının dəlilləri əsasən formal mülahizələrə əsaslanmışdır. Yuxarıda qeyd edilən hallar iddianın tamamilə əsassız olması nəticəsinə gəlməyə kifayət qədər əsas verdiyində n, sonrakı alıcılar olan Cavabdeh4un və Cavabdeh5 vicdanlı olub-olmamaları əhəmiyyət kəsb etmir. Lakin məhkəmə kollegiyası hər bir halda vicdanlılıq məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab etmişdir. Çünki, birinci instansiya məhkəməsi iddianı Cavabdeh4 və Cavabdeh5 qarşı hissədə təmin edərkən sonuncuların vicdanlı alıcı olmalarına əhəmiyyət verməmiş, buna ümumiyyətlə hüquqi qiymət verməmişdir. Məhkəmə qeyd etmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmcinin mulkiyyət hüququna dair reyestrdəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, mə hz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mulkiyyətcisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların muəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir («S.N.Məmmədovanın şikayəti uzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər uzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi). Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə muxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda vicdanlı əldə edənin hüquqlarının qorunması, mulkiyyətciyə nisbətdə onun daha üstün hüquqi movqeyə çıx ması və əqdin etibarsız sayılması haqqında iddia irəli suruldukdə və bu cür mubahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu muəyyən edildiyi halda MM-nin 337.5-ci maddəsi ilə muəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməsi qeyd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, yuxarıda qeyd edilmiş alğısatqı müqavilələri üzrə alıcılar (cavabdehlər) əmlakları əvəzi ödənilməklə almışlar. Cavabdehlərin əvvəllər həmin qeyri-yaşayış sahələrində icarəçi olmaları faktı da vəziyyəti dəyişdirmir. Tərəflərin izahatlarından da aydın olur ki, əmlaklar bankın xüsusi mülkiyyətinə keçdikdən sonra, cavabdehlər əmlakların dövlət reyestrindəki qeydə əsaslanaraq onları əldə etmişlər və hərracdan sonra əmlaklar barədə hər hansı mübahisənin olmasınd an məlumatlı olmamışlar. Eyni zamanda, alğı-satqı zamanı iddiaçı tərəf cavabdehlərə əmlaklarla bağlı mübahisə olması ilə bağlı məlumat verməsinə dair sübutu da məhkəməyə təqdim edə bilməmiş, cavabdehlər isə iddiaçının onlara hər hansı mübahisənin olmasını bildirməməsini göstərmişlər. İddiaçı tərəf isə bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsasandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Böyük elektron resuslara sahib olan İcra və probasiya Şöbəsi, hərrac təşkilatı ipoteka qoyan iddiaçının ünvanını dəqiqləşdirmədən 2014-cü ilə qədər qeydiyyatda olduğu ünvana məktubları 27 avqust 2019-cu il tarixdə göndərmişlər. İcra və probasiya Şöbəsi və hərrac təşkilatı borclu və ipoteka qoyan şəxs kimi hazırkı iş üzrə iddiaçının ünvanını dəqiqləşdirmədən, məktubları formal olaraq köhnə ünvana göndərmişdir. Çünki zərflərdəki möhürlərdə məktubun 06 sentabr 2019-cu il tarixə təyin edilmiş hərracın keçirilməsi barədə bildirişin 27 avqust 2019-cu il tarixdə göndərilməsi qeyd edilmişdir. Beləliklə hərrac təşkilatı ipoteka qoyanı hərracda iştirakını təmin etməmişdir ki, bu da hərracın nəticələrinin etiğbarsızlığı üçün əsasdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı nümayəndəsi və vəkili X15 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Cavabdeh "xxxx" QSC-nin vəkili X9, Cavabdeh4 və onun nümayəndəsi və vəkili X14, Cavabdeh5 və onun nümayəndəsi və vəkili X11 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instans iyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq «İpoteka haqqında» Qanun: Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. (Hərracın keçirilməsi zamanı (ilk və təkrar hərracın təyin edildiyi 06 sentyabr 2019-cu il və 30 sentyabr 2019-cu il) qüvvədə olan redaksiya) Maddə 43.1. Hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hə rracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə (bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın) hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir. Maddə 43.3-43.5. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Maddə 43.7, 43.7-1 və 43.8. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkra r hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139-1.1.2. Qanunla müəyyən edilmiş qaydada ixtis aslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mü lkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. «X6 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixl i qərarı: “Əldə edənin əmlakı onu ozgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mulkiyyətciyə nisbətdə daha üstün hüquqi movqeyə çıxarır”. «H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 sentyabr 2014-cü il tarixli qərarı: “...Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mubahisəli əşya uzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mulkiyyətci ilə yanaşı digər şəxslərə də mənsub olduqda mulkiyyət hüquqlarının dovlət mudafiəsinə verilmiş konstitusiya təminatı h əmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsin in qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində göstərilənlər iddia tələbinin əsası ilə eynidir və apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri tam, hərtərfli və obyektiv araşdırararaq qiymət vermişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-6725/2021 nömrəli iş üzrə 30 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar