Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4750/2021 21.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 cavabdehlər Ləğv prosesində olan QSC "xxxx" KB-nin ləğvedicisi X2, "xxxx" MMC-yə, Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4750/21 (Açar sözlər: hərracın qanunsuz hesab edilməsi, ipotekaya xitam verilməsi) Bakı şəhəri, 21 sentyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaç ı1 vəkili Vnun və cavabdeh ləğv prosesində olan QSC "xxxx" KB-nin ləğvedicisi X1 vəkili Pnın iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-789/2021 nömrəli iş üzrə 17 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 tərəfindən birgə verilmiş kasasiya şikayəti üzrə işə 21 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər ləğv prosesində olan QSC "xxxx" KBnın ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, "xxxx" MMC-yə, Səbail rayon icra və probasiya şöbəsinə qarşı “təkrar hərracın qanunsuz hesab edilməsi, ipotekaya xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19.02.2020-ci il tarixli 639/19 və 640/19 nömrəli lotlar üzrə keçirilən təkrar hərracın qanunsuz hesab edilməsi, E olan qeyriyaşayış sahəsinə dair ipotekaya xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçıların nümayəndəsi və vəkili Vəkil1 AR MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsinə dəqiqləşdirmə ilə məhkəməyə müraciət edərək 19.02.2020-ci il tarixli 639/19 və 640/19 nömrəli lotlar üzrə keçirilən təkrar hərracın qanunsuz hesab edilməsi, İddiaçı1 məxsus olan E saylı qeyri-yaşayış sahəsinin ƏSF LPO "xxxx" QSC-yə satılması haqqında 05 mart 2020-ci il tarixli Y-35, Y-36 və Y-36/1 saylı protokolların və hərracın hüquqi nəticələrinin etibarsız hesab edilməsi, E olan qeyri-yaşayış sahəsinə dair ipotekaya xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilm iş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)93/17 saylı, 15.12.2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər İddiaçı1, X4 və İddiaçı3 müştərək qaydada "xxxx" KB QSC ilə İddiaçı1 arasında bağlanmış 10.07.2014-cü il tarixli 160-00-169-14 saylı kredit müqaviləsi üzrə 112975,69 manat əsas, 21315,53 manat faiz, 400 manat cərimə, dövlət rüsumu üçün ödənilmiş 30 manat və 31 manat ipotekanın qeydə alınması üçün ödənilmiş məbləğin, cəmi 134.352,22 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması, tutmanın ilkin satış qiyməti 144.500 manat müəyyən edilməklə İddiaçı1 mülkiyyətində olan Esaylı mənzilinə və ilkin satış qiyməti 60.000 manat müəyyən edilməklə İddia çı3 mülkiyyətində olan E kv.m. sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmeti olan əmlakların açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına cavabdehlərin iddiaçıya olan borcunun ödənilməsi, həmin məbləğ ödənildikdən sonra ipoteka predmetinin açıq hərracda satışından əldə olunmuş pul vəsaiti borc məbləğində artıq olarsa, İddiaçı1 və İddiaçı3 qaytarılması, ipoteka predmeti olan İddiaçı1 mülkiyyətində olan E saylı mənzil satıldıqdan sonra ən geci 1 ay ərzində İddiaçı1, X4, X5, X6 tərəfindən boşaldılaraq təhvil verilməsi və onların həmin mənzildən çıxarılması, ipoteka predmeti olan İddiaçı3 mülkiyyətində olan E kv.m. sahədən ibarət qeyri-yaşayış sahəsi satıldıqdan sonra boşaldılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 03.10.2018ci il tarixli 2 (103)3235/2018 saylı qətnaməsi ilə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri, Səbail rayon Məhkəməsinin 2(009)-93/17 saylı, 15.12.2017-ci il tarixli qətnaməsinin iddia tələbinin faiz borcunun tutulması və ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən olunması hissəsində dəyişdirilməsi,ipoteka predmeti olan İddiaçı1 məxsus mənzilin ilkin satış dəyərinin 176.316 manat və ipoteka predmeti olan İddiaçı3 məxsus qeyri-yaşayış sahəsinin 73.840 manat müəyyən edilməsi, cavabdehlər İddiaçı1, X4 və İddiaçı3 müştərək qaydada iddiaçı "xxxx" KB QSC-nin (ləğv prosesində olan) xeyrinə 16.159,95 manat faiz borcunun tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 06.03.2019-c u il tarixli, 2(102)-1789/19 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 03.10.2018-ci il tarixli 2(103)-3235/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmçinin Səbail rayon Məhkəməsinin 2(009)-478/2019 saylı, 20.12.2017-ci il tarixli qətnaməsi ilə "xxxx" KB QSC-nin iddia tələbinin qismən təmin edilməsi, "xxxx" KB QSC ilə X4 arasında bağlanmış 11.03.2015-ci il tarixli 160/00G356/15 No-li Kredit Müqaviləsi üzrə yaranmış 84.614,79 ABŞ dolları əsas, 8.673,02 ABŞ dolları hesablanmış faiz, 10 ABŞ dolları dəbbə pulu, cəmi 93.297,81 ABŞ dolları məbləğinin ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaitinin cavabdehlər X3, İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutulub iddiaçı "xxxx" KB QSC-nin h esabına köçürülməsi, ödəmənin "xxxx" KB QSC (ipoteka saxlayan) ilə İddiaçı2 (ipoteka qoyan) arasında bağlanmış 11.03.2015-ci il tarixli 160/00/356/15 saylı İpoteka Müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş İddiaçı2 məxsus E kv.m. olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 160.000,0 manat müəyyən edilməsi, qeyri-yaşayış sahəsinin həmin ilkin satış qiyməti ilə satılması üçün açıq hərraca çıxarılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində "xxxx" KB QSC-yə ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin cavabdeh İddiaçı2 verilməsi, ipoteka predmeti olan Nəsimi rayonu, Nizami küçəsi, 77/9-da yerləşən qeyri-yaşayış sahəsi açıq hərrac yol u ilə satıldıqdan sonra 1 ay ərzində boşaldılması, "xxxx" KB QSC tərəfindən iddianın qaldırılması ilə bağlı ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin 20 manat hissəsi, eyni zamanda ipoteka bildirişinin qeydə alınması ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat hissəsinin cavabdehlər X3, İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutulub iddiaçı "xxxx" KB QSC-nin hesabına köçürülməsi, ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəməmühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 manat vəsaitin 15 manat hissəsinin "xxxx" KB QSC-dən, 35 manat hissəsinin isə cavabdehlər T.İddiaçı2dan, İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutulub ƏN Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, "xxxx" MMC tərəfindən aparılmış əmtəəşünaslıq ekspe rtiza tədqiqatının dəyərini təşkil edən 200 manat vəsaitin 70 manat hissəsinin "xxxx" KB QSC-dən, 130 manat məbləğində hissəsinin isə cavabdehlər X3, İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutulub "xxxx" MMC-nin hesabına köçürülməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı və cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsi özünün 13.12.2018-ci il tarixli qətnaməsi ilə "xxxx" KB QSC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayətinin təmin edilməməsi, Səbail rayon Məhkəməsinin 2(009)478/2019 saylı, 20.12.2017-ci il atrixli qətnaməsinin iddiaçı tərəfindən mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanması, cavabdehlərin apellyasiya şikayətinin təmin olunması, Bakı şəhəri Nəsimi rayonu, nizami küçəsi, 77/9-da yerləşən ü mumi sahəsi 52,9 kv.m. olan qeyriyaşayış sahəsinin ilkin satış qiymətinin 174.000 manat müəyyən edilməsi, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğlərinin tərəflərin özlərinə aid olunması qət edilmişdir. Həmin qətnamədən verilmiş kassasiya şikayətinə baxan Ali Məhkəmənin Mülki Kollegiyası özünün 21.05.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 13.12.2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin hər iki qətnaməsi icraya yönəldilmiş və hər iki icra vərəqəsi üzrə Bakı şəhər Səbail rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Daha sonra Səbail rayon İcra və Probasiya şöbəsi tərəfindən icra sənədlərində göstərilən əmlakların hərrac yolu ilə satışının təmin olunması üçün 09.10.2019-cu il tarixli sifariş məktubları ilə "xxxx" MMCyə müraciət olunmuşdur. Səbail rayon İcra və Probasiya Şöbəsinin 09.10.2019-cu il tarixli sifariş məktubları 10.12.2019-cu il tarixdə "xxxx" MMC-yə daxil olmuşdur. "xxxx" MMC Bakı şəhər Səbail rayon İcra və Probasiya şöbəsinin sifariş məktubları əsasında sifarişdə göstərilmiş əmlakların açıq hərrac yolu ilə satılması üçün 13.12.2019-cu il tarixli 1200 və 1201 nömrəli bildirişlərlə sifarişçiyə, tərəbkara və borclulara məlumat verilmiş, “Birja yenilikləri” və “Market” qəzetlərinin 13.12.2019-cu il tarixli nəşrlərində LOT 639/19 nömrəsi ilə E saylı mənzilinin 176.316 manat, BE kv.m. sahədən ibarət qeyriyaşayış sahəsinin 73.840 manata, Lot 640/19 nömrəsi ilə E kv.m. olan qeyri-yaş ayış sahəsinin ilkin satış qiyməti 174.000 manat olmaqla açıq hərraca çıxarıldığı və hərracın 08.01.2020-ci il tarixdə, saat 11.00-da Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı 44, Caspian Plaza,3-cü korpus, 6-cı mərtəbə ünvanında keçiriləcəyi bildirilmişdir. 08.01.2020-ci il tarixdə həmin əmlaklar üzrə keçirilən açıq hərracda alıcı olmadığına görə “İpoteka haqqında” Qanununun tələbinə əsasən qeyd edilən əmlaklar barədə 10.01.2020-ci il tarixli 21 və 22 nömrəli bildirişlərlə sifarişçiyə, tələbkara və borclulara məlumat verilmiş, “Market” qəzetinin 10.01.2020-ci il tarixli nəşrlərində Lot 639/19/1 nömrəsi ilə E saylı mənzilinin 149.868 manata, BE kv.m. sahədən ibarət qeyri-yaşayış sahəsinin 62.763 manat, Lot 640/19 nömrəsi ilə E kv.m. olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 147.900 ma nat olmaqla təkrar hərraca çıxarıldığı və təkrar hərracın 22.01.2020-ci il tarixdə, saat 12.00-da Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı 44, Caspian Plaza, 3-cü korpus, 6-cı mərtəbə ünvanında keçiriləcəyi bildirilmişdir. 22.01.2020-ci il tarixdə qeyd edilən əmlaklar üzrə təkrar hərrac keçirilmiş lakin, həmin əmlaklarla alıcı olmamışdır. "xxxx" MMC-yə məxsus olan ***-***-**-** nömrəli telefona 22.01.2020-ci il tarixdə gününün ikinci yarısı zəng vurularaq hərracın nəticəsi barədə məlumat əldə etmək istədikdə deyilmişdir ki, həmin lotlar üzrə əmlaklara alıcı olmadığı üçün əmlaklar banka təklif olunacaqdır. Lakin, bundan sonra "xxxx" MMC “İpoteka haqqında” Qanununun tələblərini kobud şəkildə pozaraq, 21.01.2020-ci il tarixli məktublarla (hansı ki, guya həmin məktub 22.01.2020-ci il tarixli hərracın bir gün öncə göndərilmişdir) Səbail rayon İcra və Probasiya şöbəsinə müraciət etmiş və məktublarında göstərmişdir ki, əmlaklara baxış keçirib alıcı olmaq istəyən var. Borclu İddiaçı1 əmlaklara baxış keçirtməyə maneə olduğu üçün hərrac təxirə salınır. Əmlaklara baxış keçirtməyə şərait yaradılmasını xahiş etmişlər. Səbail rayon İcra və Probasiya Şöbəsi tərəfindən 03.02.2020-ci il tarixli məktubla "xxxx" MMC-nin müraciətinə cavab olaraq bildirilmişdir ki, 50/1 nömrəli, 21.01.2020-ci il tarixli və 49/1 nömrəli, 21.01.2020ci il tarixli məktubları şöbəyə 28.10.2020-ci il tarixdə daxil olmuşdur. Məktublar daxil olduqdan sonra borclularla əlaqə saxlanılmış, borclu tərəf qeyd olunan əmlaklara baxış keçirilməsi ilə bağlı hər hansı maneə yaratmadığını, istənilən vaxt qeyd olunan əmlaklara qa nunvericiliyin tələblərinə uyğun baxış keçirilməsinə razı olduqlarını bildirmişlər. Bundan sonra "xxxx" MMC növbəti qanunsuzluğa əl ataraq üçüncü dəfə hərrac keçirilməsi barədə 07.02.2020-ci il tarixli, 139 və 140 nömrəli bildirişlərlə sifarişçiyə, tələbkara və borclulara üçüncü dəfə məlumat verilmiş, “Market” qəzetinin 07.02.2020-ci il tarixli nəşrlərində Lot 639/19/1 nömrəsi ilə E saylı mənzilinin 159.868 manata, BE kv.m. sahədən ibarət olan qeyri-yaşayış sahəsinin 62.764 manat, Lot 640/19 nömrəsi ilə E kv.m. olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 147.900 manat olmaqla təkrar hərraca (təkrar hərrac dedikdə üçüncü dəfə keçirilmiş hərrac) çıxarıldığı və təkrar hərracın 19.02.2020-ci il tarixdə, saat 12.00-da Bak şəhəri, Yasamal rayonu, C.Cabbarlı 44, Caspian Plaza, 3-cü korpus, 6 -cı mərtəbə ünvanında keçiriləcəyi bildirilmişdir. 19.02.2020-ci il tarixdə qeyd edilən əmlaklar üzrə üçüncü dəfə təkrar hərrac adı ilə hərrac keçirilmiş, lakin yenə də həmin əmlaklara alıcı olmamışdır. Bundan sonra "xxxx" MMC 21.02.2020-ci il tarixli 216 və 217 nömrəli məktublarla ipoteka predmetinin alqı-satqısı üçün müqavilə bağlanması barədə ƏSF LPO "xxxx" ASC-yə təklif göndərmiş və həmin təklifdə göstərilmişdir ki, 23.03.2020-ci il tarixədək əmlakların alınmadığı halda iş sifarişçi icra şöbəsinə geri qaytarılacaqdır. ”Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC tərəfindən 19.02.2020-ci il tarixdə təkrar adı altında üçüncü dəfə hərracın keçirilməsi qanunsuz olmuşdur. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” Azə rbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.10.2014-cü il tarixli qərarında imperativ şəkildə qeyd olunmuşdur ki, təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gəlmir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olur. Belə ki, təkrar hərracın baş tutmaması ipoteka qoyan ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir. "xxxx" MMC 21.01.2020-ci il tarixli məktublarda (hansı ki, guya həmin məktub 22.01.2020-ci il tarixli məktubdan bir gün öncə göndərilmişdir) Səbail rayon İcra və Probasiya şöbəsi müraciət etmiş və məktublarında göstərmişdir ki, əmlaklara baxış keçirib alıcı olmaq istəyən var. borclu İddiaçı1 əmlakl ara baxış keçirtməyə maneə olduğu üçün hərrac təxirə salınır. Əvvəla "xxxx" MMC tərəfindən göndərilən məktublar Mega Post Service sürətli poçt xidməti tərəfindən göndərilmişdir və həmin məktublara diqqət yetirdikdə göndərilən poçtların maksimum 3 gün ərzində tərəflərə çatdırıldığı aydın olur. Necə olur ki, 21.01.2020-ci il tarixli məktub icra şöbəsinə bir həftə sonra, yəni 28.01.2020-ci il tarixdə daxil olur. Bunun bir izahı var. "xxxx" MMC 22.01.2020-ci il tarixdən sonra, yəni təkrar hərracdan sonra, qeyd edilən məktubu göndərmişdir. Hansı ki, həmin tarixdə həracın baş tutmadığı və banka təklif olunacağı telefon vasitəsilə bildirilmişdir. Lakin, üçüncü dəfə keçirilən hərraca hüquqi don geyindirməkdən ötrü 21.01.2020-ci il tarixli məktubda qeyd edilmişdir. İkincisi, hər iki məktubda borclu İddiaçı1 əmlaklara baxış keçirtməyə maneə olduğu üçün hərracın təxirə salındığı göstərilmişdir. İddiaçı1 E saylı mənzilin mülkiyyətçisidir. Digər əmlakların mülkiyyətçiləri İddiaçı2 və İddiaçı3dır. Belə olan halda əgər İddiaçı1 tərəfindən öz mülkiyyətində olan əmlaka baxış keçirilməsinə maneə yaradılmışdısa (hansı ki, heç bir maneənin olmadığı İcra Şöbəsinin məktubu ilə də təkzib olunur), onda digər əmlaklarla bağlı hansı əsasla yenə də İddiaçı1 maneə yaratdığı göstərilmişdir. Bunun tək bir izahı var. belə ki, həqiqətən də 22.01.2020-ci il tarixdə "xxxx" MMC tərəfindən təkrar hərrac keçirilmiş və həmin hərracda ƏSF LPO "xxxx" QSC-nin də nümayəndəsi iştirak etmişdir. Lakin, qeyd edilən tarixdə hərrac baş tutmadığına görə və 30 gün müddətində bank həmin əmlakı almaq üçün kiayət qədər maliyy ə vəsaitinə malik olmadığına görə belə bir qanunsuzluğa əl atılmış və bankın həmin əmlakıalması üçün hərracın üçüncü dəfə keçirilməsi razılaşdırılmışdır və ƏSF LPO "xxxx" QSC hərracların keçirilməsi və alıcının olmaması səbəbinə görə hərracların baş tutmamasından kifayət qədər məlumatlı olmuşdur. Digər bir qanunsuz məqam ondan ibarətdir ki, hərracı keçirən təşkilat “İpoteka haqqında” Qanunun tələbinə uyğun olaraq birinci hərracın keçirildiyi gündən 20 gün gec olmayaraq, təkrar hərracı 22 yanvar 2020-ci il tarixə təyin etmiş və həmin tarixə hərracı keçirmişdir. Qanunvericilikdə hərracın təxirə salınması anlayışı olmadığı halda həmin təşkilata nəyə əsasən və müddəti hansı qaydada hesablamaqla üçüncü hərracı 19.02.2020-ci il tarixinə təyin etmişdir. Hərracı keçirən təşkilat olan "xxxx" MMC- nin elektron saytı olan http://herracmerkezi.az/taekrar sayta nəzər saldıqda həmin saytda olan təkrar hərraca çıxarılan əmlakların 22.01.2020-ci il tarixli siyahısına baxdıqda qeyd edilən əmlakların məhz qeyd edilən tarixdə təkrar hərracının keçirildiyi müəyyən olunur və həmin əmlaklar barəsində növbəti üçüncü hərrac barədə 03.03.2020-ci il tarixə hər hansı məlumat mövcud deyildir. Qeyd edilən qanunsuzluqlar ipoteka qoyulanların hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxartmışdır. İpoteka predmeti olan əmldaklar birinci və təkrar hərraclarda çatılmadığından və təkrar hərracdan, yəni 22.01.2020-ci il tarixdə keçirilən hərracdan sonra 30 gün ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədiyindən, ipoteka qoyanın tələbi ilə ipotekaya xitam verilməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-1030/2020 saylı, 04 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddia tələbi təmin edilərək, 19.02.2020-ci il tarixli 639/19 və 640/19 nömrəli lotlar üzrə keçirilən təkrar hərrac qanunsuz hesab edilməklə etibarsız hesab edilməsi, BE kv.m. sahədən ibarət qeyri-yaşayış sahəsinin, E saylı mənzilin və E saylı qeyri-yaşayış sahəsinin Ləğv prosesində olan "xxxx" QSC-yə satılması haqqında 05 mart 2020-ci il tarixli Y-35, Y-36 və Y-36/1 saylı protokollar və hərracın hüquqi nəticələri etibarsız hesab edilməklə ləğv edilməsi, E saylı mənzili, BE kv.m. sahədən ibarət qeyri-yaşayış sahəsi və Ekv.m. olan qeyri-yaşayış sahəsinə dair ipotekalara xitam verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 13.10.2018-cı il tarixli və 13.12.2018-ci il tarixli qətnamələri qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş və qətnamələrin icrası ilə bağlı, yəni tutmanın ipoteka predmetlərinə yönəldilməsi ilə bağlı icra şöbəsi tərəfindən "xxxx" MMC-yə sifariş verilmişdir. Hərrac mərkəzi tərəfindən ipoteka predmeti olan daşınmaz əmlakların açıq hərracdan satılması ilə əlaqədar “İpoteka haqqında” Qanunun tələblərinə uyğun olaraq hərracda iştirak etmək hüququ olan şəxslərə, o cümlədən iddiaçılara bildirişlər göndərilmişdir. Lakin iddiaçılar həmin bildirişləri alsalar da, keçirilən hərracda iştirak etməmişlər. İlkin hərracda mübahisəli əmlakların alıcısı olmadığından hərrac baş tutmamış və bu səbəbdən h ərrac mərkəzi tərəfindən təkrar hərrac keçirilmişdir. Təkrar hərracın 22.01.2020ci il tarixdə keçirilməsi təyin olunduqdan sonra "xxxx" MMC tərəfindən 21.01.2020-ci il tarixdə Səbail rayon icra və probasiya şöbəsinə və Ləğv prosesində olan "xxxx" QSCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna (bundan sonra ƏSF LPO "xxxx" QSC) hərraca çıxarılan əmlakların alıcısı olduğu üçün, lakin İddiaçı1 əmlaklara baxış keçirtməyə maneə olduğu üçün hərracın təxirə salınması barədə məlumat vermiş və əmlaklara baxış keçirtməyə şərait yaradılmasını xahiş olunmuşdur. Lakin Səbail rayon İcra və Probasiya Şöbəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 03.02.2020-ci il tarixli, 97541/19-16-15-691 saylı məktubda göstərilmişdir ki, borclu tərəf qeyd olunan əmlaklara baxış keçirilməsi ilə bağlı hər hansı maneə yaratmır və istənilən vaxt qeyd olunan əmlaklara qanunvericiliyin tələblərinə uyğun olaraq baxış keçirilməsinə razıdır. Həmin məktub əsasında hərrac mərkəzi tərəfindən 07.02.2020-ci il tarixdə ikinci dəfə təkrar hərracın 19.02.2020-ci il tarixdə keçirilməsi ilə bağlı tərəflərə (ipoteka qoyanlara və ipoteka saxlayana) bildiriş göndərilmişdir. Məhkəmə qeyd edir ki, hərrac mərkəzi təkrar hərracı təxirə salmaqla və yenidən təkrar hərrac təyin etməklə qanunun tələblərini pozmuşdur. İşin faktiki hallarından göründüyü kimi 22.01.2020-ci il tarixdə keçirilən təkrar hərrac o əsasla baş tutmamış elan edilmişdir ki, ipoteka predmetini almaq istəyən şəxslər ipoteka predmetinə baxış keçirmək istəmiş, lakin əmlak sahibləri buna imkan verməmişlər. Bu səbəbdən də təkrar hərrac təxirə salınmış və 19.02.20 20-ci il tarixə təyin edilmişdir. Qanunun 42.1-ci maddəsindən isə görünür ki, hərracda alıcı statusu o şəxs əldə edir ki, o hərracda iştirak etmək niyyətini bildirmiş olsun və hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəsin. Beh ödəməmiş şəxs hərracın iştirakçısı hesab olunmur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, hərrac təşkilatı təkrar hərracı alıcının olması və alıcının əmlaka baxış keçirmək imkanının yaradılması əsası ilə təxirə salsa da, bunu qanunsuz etmişdir. Belə ki, qanunun tələbinə əsasən hərracda iştirak etmək statusu o şəxs əldə edir ki, o hərracda iştirak etmək üçün beh ödəsin. Lakin göründüyü kimi əmlaka baxış keçirmək və onu əldə etmək istəyən şəxs hərracda iştirak etmək üçün hər hansı beh ödəməmiş və hərrac təşkilatı buna baxmayaraq onu alıcı kimi qəbul edərək təkrar hərracı təxirə salmışdır. Belə olan halda əgər hərracda iştirak etmək üçün qanunda nəzərdə tutulmuş prosedur pozulmuşdursa, yəni iştirakçı tərəfindən beh ödənilməmişdirsə, bu halda təkrar hərrac baş tutmamış hesab edilir və belə olan halda təkrar hərracın yenidən keçirilməsi qanunla yolverilməzidir. Digər tərəfdən qanunun tələbinə əsasən əgər təkrar hərracda bir iştirakçı olursa, bu halda hərrac baş tutmuş hesab edilir və həmin şəxs qalib elan olunur. Lakin göründüyü kimi hərrac mərkəzi tərəfindən həracda iştirak etmək istəyən şəxs qanuna müvafiq qaydada qeydiyyata alınmamış və hərrac mərkəzi tərəfindən alıcı qismində qəbul edilərək bu əsasla təkrar hərrac təxirə salınmışdır. Halbuki qanunda belə prosedur ümumiyyətlə nəzərdə tutulmamışdır. Yəni hərracda iştirak et mək arzusunda olan şəxs hərraca çıxarılan əmlaka, hərrac keçirilən günə qədər baxış keçirməli və həmin əmlakı əldə edilməsi ilə bağlı hərrac təşkilatına beh ödəməlidir. Hərracın iştirakçısı olmaq arzusunda olan şəxsin əmlakı əldə etmək istəyinin hərrac təşkilatına bildirməsi və sonuncunun həmin istəyi nəzərə alaraq təkrar hərracı təxirə salması qanunla nəzərdə tutulmamışdır. “İpoteka haqqında” AR Qanununun 43.4-43.8 və 48-ci madələrinin şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsi Plenumunun 28.10.2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “İpoteka haqqında” AR qanununun 43-cü maddəsinin mənasından belə nəticəyə gəlmək olar ki, bu qanunun 42-cmaddəsində göstərilmiş qaydada cəmi iki hərracın keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, birinci hərracın həmin qanunun 43.1.2-ci maddəsin də nəzərdə tutulmuş səbəbə görə, yəni hərracın iştirakçısının olmamasına görə baş tutmaması nəticəsində təkrar keçirilən hərracda ipoteka predmetinin ilkin satış qiymətinin əvvəlki hərracdakı qiymətindən 15 faiz aşağı qiymətlə satılması nəzərdə tutulmuşdur. Bundan fərqli olaraq, həmin Qanunun 43.1.1, 43.1.3 və 43.1.4-cü maddələrindən nəzərdə tutulmuş digər səbəblərə görə (yəni hərraca iki nəfərdən az alıcı gəldikdə, hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə, hərracı udmuş iştirakçı bu qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə) hərrac baş tutmamış elan edildikdə, ilkin satış qiyməti dəyişməmiş saxlanılır. Birinci hərracdan fərqli olaraq, təkrar hərrac zamanı “İpoteka haqqında” Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulm uş hal, yəni hərraca iki nəfərdən az alıcının gəlməsi hərracın baş tutmaması halı kimi nəzərdə tutulmamışdır. belə ki, Qanunun 43.6-cı maddəsinəə əsasən təkrar hərracda bir iştirakçı olduğu halda da hərrac baş tutmuş hesab olunur və həmin şəxs hərracın qabili olur. Təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gəlmir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olur. Belə ki, təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir. Qeyd olunduğu kimi, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuşdur ki, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ə rzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsi ilə nəticələnir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir. Beləliklə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında formalaşan hüquqi mövqeyə görə “İpoteka haqqında” AR Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi Qanuna zidd hesab edilmişdir. Məhkəmə hesab edir ki, hərrac mərkəzi təkrar hərracı yuxarıda qeyd edilən əsaslarla təxirə salmaqda və təkrar hərracı yenidən keçirməklə “İpoteka haqqında” AR Qanununun təl əblərini pozmuşdur. Məhkəmə hesab edir ki, hərrac təşkilatı tərəfindən mübahisəli ipoteka predmetlərinə dair hərrac keçirilərkən “İpoteka haqqında” AR Qanununun və AR Mülki Məcəllənin tələblərini pozulduğu üçün həmin hərrac etibarsız hesab edilməlidir. Hərrac etibarsız hesab olunduğu üçün həmin hərracın hüquqi nəticələri də ləğv edilməlidir. Belə ki, iş materiallarından görünür ki, hərrac təşkilatı tərəfindən hərrac baş tutmamış elan olunduğu üçün hərracın nəticələri haqqında Y-35, Y36 və Y-36/1 saylı protokollar tərtib edilmiş və ipoteka predmeti olan əmlaklar “İpoteka haqqında” AR Qanununun 43.7-ci maddəsinə əsasən LPO "xxxx" QSC-yə satılmışdır. Məhkəmə ipoteka predmetləri olan əmlakların ipotekadan azad edilməsi tələbi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsaslıdır və təmin edilm əlidir. Konstiutsiya Məhkəməsinin yuxarıda göstərilən qərarına əsasən məhkəmə hesab edir ki, təkrar hərrac baş tutmamış elan edildikdən sonra (22.01.2020-ci il), ipoteka saxlayanın həmin əmlakı 30 gün ərzində əldə etmək hüququ var. Lakin məhkəmə iclasında müəyyən edilmişdir ki, təkrar hərrac (22.01.2002-ci il tarixdə keçirilən hərrac təkrar hərrac hesab olunur. Üçüncü hərrac təkrar hərrac hesab olunmadığı üçün 19.02.2020-ci il tarixdə keçirilən hərrac, təkrar hərrac hesab edilmir) baş tutmamış elan edildikdən ipoteka saxlayan 30 gün ərzində ipoteka predmetlərini əldə etmədiyindən, iddiaçılar ipotekaya xitam verilməsi ilə bağlı tələb irəli sürməkdə tam haqlı olmuşlar. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi ipoteka predmetlərinə xitam verilməsi hissəsində də əsaslı hesab edilməli və təmin edilməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.4, 416.1, 416.2, -cı, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1, 43.1, 43.4, 43.7, 43.8, 44-cü maddələri və İpoteka haqqında” AR Qanununun 43.4-43.8 və 48-ci madələrinin şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsi Plenumunun 28.10.2014-cü il tarixli qərarı ilə əsaslandırmışdır. Cavabdeh LPO QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Xəyal Sarıyev - sədrli k edən və məruzəçi, Emin Mehdiyev, Şərafət Məmmədova) 2(103)-789/2021 saylı, 17 mart 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1030/2020 saylı, 04 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, işin araşdırılmış halları ilə müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin 03.10.2018-ci il tarixli və 13.12.2018-ci il tarixli qətnamələri qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş və qətnamələrin icrası ilə bağlı, yəni tutmanın ipoteka predmetlərinə yönəldilməsi ilə bağlı icra şöbəsi tərəfindən "xxxx" MMC-yə sifariş verilmişdir. Hərrac mərkəzi tərəfind ən ipoteka predmeti olan daşınmaz əmlakların açıq hərracdan satılması ilə əlaqədar “İpoteka haqqında” Qanunun tələblərinə uyğun olaraq hərracda iştirak etmək hüququ olan şəxslərə, o cümlədən iddiaçılara bildirişlər göndərilmişdir. İddiaçılar həmin bildirişləri alsalar da, keçirilən hərracda iştirak etməmişlər. İlkin hərracda mübahisəli əmlakların alıcısı olmadığından hərrac baş tutmamış və bu səbəbdən hərrac mərkəzi tərəfindən təkrar hərrac təyin olunmuşdur. Təkrar hərracın 22.01.2020-ci il tarixdə keçirilməsi təyin olunduqdan sonra "xxxx" MMC tərəfindən 21.01.2020-ci il tarixdə Səbail rayon icra və probasiya şöbəsinə və Ləğv prosesində olan "xxxx" QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna (bundan sonra ƏSF LPO "xxxx" QSC) hərraca çıxarılan əmlakların alıcısı olduğu üçün, laki n İddiaçı1 əmlaklara baxış keçirtməyə maneə olduğu üçün hərracın təxirə salınması barədə məlumat vermiş və əmlaklara baxış keçirtməyə şərait yadarılması xahiş olunmuşdur. Səbail rayon İcra və Probasiya Şöbəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 03.02.2020-ci il tarixli, 97541/191615-691 saylı məktubda göstərilmişdir ki, borclu tərəf qeyd olunan əmlaklara baxış keçirilməsi ilə bağlı hər hansı maneə yaratmır və istənilən vaxt qeyd olunan əmlaklara qanunvericiliyin tələblərinə uyğun olaraq baxış keçirilməsinə razıdır. Həmin məktub əsasında hərrac mərkəzi tərəfindən 07.02.2020-ci il tarixdə təkrar hərracın 19.02.2020-ci il tarixdə keçirilməsi ilə bağlı tərəflərə (ipoteka qoyanlara və ipoteka saxlayana) bildiriş göndərilmiş, 19.02.2020-ci il tarixdə təkrar hərrac baş tutmamış elan edildikdən s onra, "xxxx" MMC tərəfindən ipoteka predmetləri ipoteka saxlayana təklif olunmuş, 05 mart 2020-ci il tarixdə hərracın nəticəsi haqqında protokollar tərtib olunmuşdur. Kollegiya belə qənaətə gəlir ki, ipoteka predmeti olmuş E olan qeyri-yaşayış sahəsinə tutmanın yönəldilməsi məqsədilə "xxxx" MMC tərəfindən keçirilmiş hərracın etibarsızlığı üçün hər hansı bir əsaslar yoxdur. Belə ki, hərrac təşkilatçısı olan "xxxx" MMC-nin qanunun tələblərinə riayət edilməklə 08.01.2020 və 19.02.2020-ci il tarixlərdə keçirilən hərraclarla bağlı ipoteka saxlayana, ipoteka qoyana məlumat verilməsi istiqamətində tədbirlər görüldüyü, həmçinin kütləvi informasiya vasitələrində elanların dərc edildiyi iş materiallarında olan sənədlərlə sübut olunur. Bununla da, mübahisəsiz qaydada təsdiq olunur ki, hərracın təyi n olunması və keçirilməsindən ipoteka qoyan və ipoteka saxlayanın kifayət qədər məlumatı olmuşdur. Göründüyü kimi, 08.01.2020 və 19.02.2020-ci il tarixlərdə keçirilən hərraclarla bağlı həm bildiriş, həm də kütləvi informasiya vasitələrində məlumat dərc edilməklə tərəflər məlumatlı olmuşlar. Kollegiya qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, üçüncü hərracın keçirilməsi ilə bağlı iddiaçı tərəfin dəlili əsaslı hesab edilə bilməz. Belə ki, 22.01.2020-ci il tarixə təyin edilmiş təkrar hərrac "xxxx" MMC-nin 21.01.2020-ci il tarixli məktubu ilə təxirə salınmış, hərrac keçirilməmişdir. "xxxx" MMC tərəfindən sifarişçinin 03.02.2020-ci il tarixli məktubundan sonra təkrar hərracın keçirilməsi 19.02.2020-ci il tarixə təyin olunmuşdur. Bu barədə “Market” qəzetinin 07.02.2020-ci il tarixli b uraxılışında (i/v 115) LOT 639/19/2 və LOT 640/19 saylı məlumatlarından da müəyyən olunur ki, birinci hərrac 08.01.2020-ci il tarixə təyin edilmiş, həmin hərrac baş tutmadığından təkrar hərrac 19.02.2020-ci il tarixə təyin edilmişdir. Beləliklə kollegiya hesab edir ki, hərracın etibarsızlığı üçün əsaslar müəyyən olunmadığından, hərracın nəticəsi haqqında protokolların və hərracın etibarsızlığı, ipotekaya xitam verilməsi barədə iddia tələbi təmin edilməməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 (vəkilləri V) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsin i xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, hərrac təşkilatı təkrar hərracı alıcının olması və alıcının əmlaka baxış keçirmək imkanının yaradılması əsası ilə təxirə salsa da, apelyasiya kollegiyası qanunun tələbinə əsasən hərracda iştirak etmək statusu əldə etmiş şəxsin olub-olmaması halını araşdırmamışdır. “ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.10.2014-cü il tarixli qərarında imperativ şəkildə qeyd olunmuşdur ki, təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gəlmir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olur. Eyni zamanda Qanunvericilikdə təkrar hərracın təxirə salınması anlayışı nəzərdə tutulmamışdır. İşə baxan apelyasiya instansiyası məhkəməsi isə bu halları araşdırmamışdır. Cavabdeh LPO QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayətində, hərracın təxirə salınması barədə tələbin hərracın sifarişçisi olan Səbail rayon İcra və Probasiya Şöbəsi tərəfindən verildiyini, hərracın təşkilatçısı olan "xxxx" MMC ona sifarişçi tərəfindən tələb göndərildikdən sonra hərracın təxirə salınmasına dair qərar verildiyini və bu qərarı borclu şəxslə razılaşdırdıqlarını qeyd etsə də, məhkəmə hərracın sifarişçisi olan Səbail rayon İcra və Probasiya Şöbəsi tərəfindən belə bir rəsmi formada tələbin olub-olmaması, "xxxx" MMC-nin borclulardan bu barədə yazılı formada razılıq alıb-almaması halını araşdırmamışdır. İşə baxan apllyasiya instansiya məhkəməsi guya ki, "xxxx" MMC tərəfindən 21.01.2020-ci il tarixində Səbail rayon İcra və Probasiya Şöbəsinə göndərdiyi hərracın təxirə salınması məktubunun həqiqətən də, 21.01.2020-ci il tarixdəmi yoxsa, təkrar hərrac keçiriləndən sonra göndərib-göndərmədiyini araşdırmamışdır. "xxxx" MMC-nin sözügedən məktublarında əmlaklara baxış keçirtmək istəyən şəxsə yəni “alıcı”ya borclu İddiaçı1 maneə yaratdığını göstərsə də, borclu İddiaçı1 hərraca çıxarılan əmlaklardan yalnız birinin mülkiyyətçisi olduğu üçün digər əmlaklara dair hərracın hansı səbəblərdən və əsaslarla təxirə salınması halını araşdırmamışdır. Sadəcə söz yığınından ibarət olan və uğursuz şəkildə əsaslandırılmağa çalışılmış qətnamədə, hərracı keçirən təşkilat olan "xxxx" MMC-nin elektron saytı olan http://herracmerkezi.az/taekrar say tında təkrar hərraca çıxarılan əmlakların 22.01.2020-ci il tarixli siyahısına baxmamış, qeyd edilən əmlakların məhz qeyd edilən tarixdə təkrar hərracının keçirilməsi halını araşdırmamış, bu barədə təqdim edilən səs yazısını belə dinləmək istəməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, cavabdehlər "xxxx" MMC-nin və Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinin səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Mə cəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçıların vəkili V kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh ləğv prosesində olan QSC "xxxx" KB-nin ləğvedicisi X1 vəkili P kasasiya şikayətinə etiraz edərək, məhkəmədən şikayətin əsassız olduğöundan təmin edilməməsini, apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yox lanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2008-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, MM-in 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanla nan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
416. Hərracın keçirilməsi qaydaları pozularsa maraqlı şəxslərin iddiası üzrə məhkəmə tərəfindən həmin hərrac etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində ya radılmış ixtisaslaşdırılmış təşkilata, (hərracın təşkilatçısına) sifariş verir. Maddə 42.1. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmet inin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Maddə 42.3. Hərracın təşkilatçı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Maddə 42.8. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə prot okol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən o olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı və həmin müddət uzadılmasın. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayanla ipoteka qoyan arasında müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə gö rə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır., Maddə 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və proses sual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi il ə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, iddiaçılar kasasiya şikayətini iddia tələbinə uyğun əsaslandırararaq, iddia tələbində göstərmiş olduqları halların apelyasiya kollegiyası tərəfindən araşdırılmadığını, hərrac mərkəzi tərəfindən hərracın 2 dəfədən artıq keçirildiyini, bununla da “İpoteka haqqında” Qanunun tələblərini pozulduğunu göstərmiş olsalar da, kasasiya yoxlaması nəticəsində də müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 03.10.2018-ci il tarixli və 13.12.2018-ci il tarixli qətnamələri qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş və qətnamələrin icrası ilə bağlı, yəni tutmanın ipoteka predmetlərinə yönəldilməsi ilə bağlı icra şöbəsi tərəfindən "xxxx" MMC-yə sifariş verilmişdir. Hərrac mərkəzi tərəfindən ipoteka predmeti olan daşınmaz əmlakların açıq hərracdan satılması ilə əlaqədar “İpoteka haqqında” Qanunun tələblərinə uyğun olaraq hərracda iştirak etmək hüququ olan şəxslərə, o cümlədən iddiaçılara bildirişlər göndərilmişdir. İddiaçılar həmin bildirişləri alsalar da, keçirilən hərracda iştirak etməmişlər. İlkin hərracda mübahisəli əmlakların alıcısı olmadığından hərrac baş tutmamış və bu səbəbdən hərrac mərkəzi tərəfindən təkrar hərrac təyin olunmuşdur. Təkrar hərracın 22.01.2020-ci il tarixdə keçirilməsi təyin olunduqdan sonra "xxxx" MMC tərəfindən 21.01.2020-ci il tarixdə Səbail rayon icra və probasiya şöbəsinə və Ləğv prosesində olan "xxxx" QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna (bundan sonra ƏSF LPO "xxxx" QSC) hərraca çıxarılan əmlakların alıcısı olduğu üçün, lakin İddiaçı1 əmlaklara baxış keçirtməyə maneə olduğu üçün hərracın təxirə salınması barədə məlumat vermiş və əmlaklara baxış keçirtməyə şərait yadarılması xahiş olunmuşdur. Səbail rayon İcra və Probasiya Şöbəsi tərəfindən "xxxx" MMCyə ünvanlanmış 03.02.2020-ci il tarixli, 97541/1916-15-691 saylı məktubda göstərilmişdir ki, borclu tərəf qeyd olunan əmlaklara baxış keçirilməsi ilə bağlı hər hansı maneə yaratmır və istənilən vaxt qeyd olunan əmlaklara qanunvericiliyin tələblərinə uyğun olaraq baxış keçirilməsinə razıdır. Həmin məktub əsasında hərrac mərkəzi tərəfindən 07.02.2020-ci il tarixdə təkrar hərra cın 19.02.2020-ci il tarixdə keçirilməsi ilə bağlı tərəflərə (ipoteka qoyanlara və ipoteka saxlayana) bildiriş göndərilmiş, 19.02.2020-ci il tarixdə təkrar hərrac baş tutmamış elan edildikdən sonra, "xxxx" MMC tərəfindən ipoteka predmetləri ipoteka saxlayana təklif olunmuş, 05 mart 2020-ci il tarixdə hərracın nəticəsi haqqında protokollar tərtib olunmuşdur. Buradan da göründüyü kimi, hərrac mərkəzi tərəfindən 3-cü dəfə hərrac keçirilməmiş, hərracın təkrar keçirilməsi yaradılmış maneə ilə əlaqədar təxirə salınmış və təxir salınma əsasında keçirilən təkrar hərrac nəticəsində ipoteka predmeti olan əmlak özgəninkiləşdirilmişdir. Hərracın təxirə salınması isə hərracın 3-cü dəfə keçirilməsi anlamına gələ bilməz. Belə ki, qanunvericilikdə keçirilməsinə maneə olan hərracın keçirilməsinin təxirə sa lınmasına məhdudiyyət qoyan hər hansı norma növcud deyildir. Belə bir normanın mövcudluğu isə, hərrac mərkəzi tərəfindən hərracın keçirilməsinin təxirə salınmasının 3-cü dəfə hərrac keçirilməsi kimi anlaşılmasına əsas verə bilməz. Həmçinin qeyd edilməlidir ki, ümumilikdə kasasiya yoxlaması həyata keçirilərkən də hərrac mərkəzi tərəfindən hərracın keçirilməsi ilə əlaqədar qanunvericiliyin ona vermiş səlahiyyətlər həddində hərəkət etməsi öz təsdiqini tapmış və hərracın keçirilməsi ilə bağlı hər hansı pozuntuya yol verməsi halı müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkə məsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 tərəfindən birgə verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-789/2021 nömrəli iş üzrə 17 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.