Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4757/2022 05.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ İş № 2(102)-4757/22 Açar sözlər: müqavilənin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1546/2022 nömrəli, 22 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən veril miş kassasiya şikayətinə 05 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Hazırkı icraatdan əvvəl iddiaçı “TuranBank" ASC Cavabdeh2 qarşı borcun tutulması və ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda İddiaçı müstəqil tələb irəli sürən üçüncü şəxs olaraq Cavabdeh2 qarşı sonuncunun əvəzinə banka ödənilmiş pulun qaytarılması və tutmanın “X9 Prado” markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi barədə iddia vermişdir.
2. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ilə“X9 Prado” markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur.
3. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-83/17 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddiaçı “TuranBank" ASC Cavabdeh2 qarşı iddia ərizəsi qismən təmin edilərək, cavabdehdən 12182,85 ABŞ dolları əsas, 2020,57 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə, cəmi 14303,42 ABŞ dolları borcun, 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predrneti olan cavabdehə məxsus “X9 Prado” markalı, **-EJ*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilərək, həmin əmlak hesabına borcun ödənilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı Cavabdeh2 qarşı iddia ərizəsi təmin edilərək, "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə görə onun əvəzindən banka ödədiyi 4546 ABŞ dollarının cavabdehdən alınaraq ona ödənilməsi, həmin məbləğin cavabdehə məxsus “X9 Prado” markalı **-HJ-*** dö vlət qeydiyyat nişanlı avtomobilə yönəldilərək, həmin əmlak hesabına borcun ödənilməsi qət edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4792/17 saylı, xx.xx.2017 tarixli qətnaməsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-83/17 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, qətnamə qismən, müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı Miislüm oğlunun iddia tələbinin tutmanın cavabdehə məxsus avtomobilə yönəldilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş və üçüncü şəxsin iddiası həm hissədə təmin edilməmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qətnaməsi əsasında xx.xx.2017-ci il t arixdə icra sənədi verilmiş və icra edilməsi üçün Qaradağ Rayon İcra Şöbəsinə göndərilmişdir. İcra vərəqəsində borclu kimi Cavabdeh2, tələbkar kimi "xxxx" ASC göstərilmişdir.
6. Cavabdeh2 onunla "xxxx" ASC arasında xx.xx.2014-cü il tarixdə bağlanmış “Kredit müqaviləsi” üzrə Banka yaranmış kredit borcunu ödəmiş və Bank 1342 saylı, xx.xx.2021-ci il tarixli məktubla BDYPİ-yə müraciət edərək avtomobilin girovdan çıxarılmasına etiraz etmədiyini bildirmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqində İddiaçı tələbkar kimi göstərilmədiyindən ikinci dəfə, yəni müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı aid hissədə xx.xx.2021-ci il tarixdə icra sənədi verilmişdir.
8. İcra məmuru tərəfindən xx.xx.2021-ci ildə hər iki icra vərəqəsi üzrə icraat bir icraatda birləşdirilmişdir. İcra məmuru xx.xx.2021-ci il tarixli xx/xx-144833/5 nömrəli məktubla BDYPİ-yə müraciət edərək avtomobillə bağlı icra hərəkətlərinin olduğunu, həmin avtomobilin üzərinə həbs qoyulması üçün məhkəməyə təqdimatla müraciət edildiyini, avtomobilin özgəninkiləşdirilməsi ilə bağlı müraciət olduğu təqdirdə göstərilənlərin nəzərə alınması barədə məlumat vermişdir.
9. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə icra məmurunun “daşınar əmlak üzərinə həbs qoyulması haqqında” təqdimatı təmin edilmiş və borclu (cavabdeh) Cavabdeh2 məxsus “X11 Prado” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Yəni avtomobilin üzərinə ikinci həbs qoyulmuşdur. Mübahisəli avtomobilin üzəri nə 2-ci dəfə həbs qoyulmuş Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı icra olunması üçün BDYPİyə 3 aydan sonra, yəni xx.xx.2021-ci il tarixdə göndərilmiş və xx.xx.2021-ci il tarixdə BDYPİ-yə daxil olmuşdur.
10. Qeyd edilən ikinci həbsin qoyulması barədə qərardad BDYPİ-yə göndərilənədək Cavabdeh2 məhkəməyə müraciət edərək Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ilə mübahisəli əmlakın üzərinə qoyulmuş həbsin (birinci həbsin) götürülməsini xahiş etmişdir. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ləğv edilmiş və həmin qərardadla iddianın təmini tədbiri olaraq “X9 Prado” markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülmüşdür.
11. Qey d edilən həbs (birinci həbs) götürüldükdən sonra mübahisəli avtomobil Cavabdeh2 tərəfindən xx.xx.2021-ci il tarixdə Cavabdeh3, sonuncu tərəfindən isə xx.xx.2021-ci il tarixdə Cavabdeh1 satılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər arasında “X11 Prado” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısına dair bağlanmış müqavilələrin əhəmiyyətsiz əqd sayılmaqla etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4792/17 saylı, xx.xx.2017 tarixli qətnaməsi ilə Cavabdeh2 14303,42 ABŞ dollarının iddiaçı "xxxx" ASC-nin xeyrinə, 4546 ABŞ dolları isə müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı xeyrinə tutulması qərara alınmışdır. Həmin qətnamə əsasında Qaradağ Rayon İcra şöbəsinə verilmiş icra vərəqəsində "xxxx" ASC tələbkar qismində qeyd edilsə də, sonradan məlum olmuşdur ki, onun tələbkar kimi adı icra vərəqəsində göstərilməmişdir. Bununla bağlı Bakı Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət etmiş, qətnamə onunla bağlı hissədə xx.xx.2021-ci il tarixdə yenidən icraya yönəldilmişdir. İcra məmuru tərəfindən xx.xx.2021-ci il tarixdə “Bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında” qərar qəbul edilmiş və eyni tarixdə “Daşınar əmlak üzərinə həbs qoyulması haqqında” Qaradağ Rayon Məhkəməsinə təqdimat verilmişdir. Qaradağ Rayon Mə hkəməsinin xx.xx.2021-ci il tarixli, 8(002)-111/2021 saylı qərardadı ilə təqdimat təmin olunmuş və borcluya məxsus “X11 Prado” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Həmin qərardaddan borclu şikayəti versə də, təmin olunmamışdır. Eyni zamanda icra məmuru borclunun axtarılması barədə xx.xx.2021-ci il tarixdə qərar qəbul etmiş və Bakı Apellyasiya Məhkəməsinə məlumat verməklə həmin qərarı icra olunması üçün Qaradağ Rayon Polis İdarəsinə göndərmişdir. Sözügedən qərarla Qaradağ Rayon Polis İdarəsində borclu Cavabdeh2 barəsində axtarış işi açılmışdır. Borclu yaranmış vəziyyəti öz lehinə çevirmək üçün əvvəlcə banka olan borcunu tam olaraq ödəmiş, ona girovdan azad məktubu və borcun olmamasına dair arayış verilmişdir. Həmin sənədlər əsasında onun əvəzinə zamin kimi tərəfindən ödənilmiş vəsaiti qaytarmaqdan yayınmaq məqsədilə maşını girovdan azad etdirmiş, daha sonra iddianın təmin tədbiri kimi avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi üçün məhkəməyə müraciət etmiş və məhkəmə tərəfindən həbs götürülmüşdür. Həmin qərardadın ləğv olunmasından bankın xəbəri olsa da, o, bu barədə məlumatsız olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 3-cü şəxslə bağlı hissədə icra vərəqəsi verildikdən sonra müvafiq icra tədbirləri görüldüyü dövrdə, borclunun fürsətdən istifadə edərək avtomobili özgəninkiləşdirilməsi ehtimalı olduğuna görə, icra məmuru tərəfindən xx.xx.2021-ci il tarixdə Baş Dövlət Yol Polisi İdarəsinə müvafiq məktub ünvanlanmışdır. Baş Dövlət Yol Polisi İdarəsinin sistemində həbs ola-ola və özü axtarışda olsa da, hansısa yolla xx.xx.2021-ci il tarixdə Cavabdeh2 avtomobili öz adında qeydiyyatdan çıxarmış və alqısatqı müqaviləsi əsasında xx.xx.2021-ci il tarixdə Cavabdeh1 adına rəsmləşdirmişdir.
14. İşə məhkəmədə baxılan zaman iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, məhkəmə prosesinin gedişində Baş Dövlət Yol Polisi idarəsinə sorğu verilmiş və həmin sorğuya məhkəməyə təqdim edilmiş cavab məktubuna əsasən, “X11 Prado” markalı, **EJ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə ipotekadan azad olunan gün, eyni tarixli alqı-satqı müqaviləsi əsasında **-XC-*** dövlət nömrə nişanı ilə Cavabdeh3 adına keçirilmişdir. 15 gün sonra Cavabdeh3 etibar etdiyi şəxs tərəfindən xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi ilə həmi n avtomobil Cavabdeh1 adına rəsmləşdirilmiş, ona BB113747 saylı şəhadətnamə verilmişdir. Hazırda maşının dövlət nömrə nişanı **-HE-***-dur. Bu məlumatlar məhkəmə prosesinin gedişində məlum olduğu üçün iddia tələbinin dəqiqləşdiilməsinə ehtiyac yaranmışdır. Qeyd edilənləri əsas götürərək məhkəmədən Cavabdeh3 cavabdeh kimi cəlb olunması barədə qərardad qəbul edilməsini, cavabdehlər İsayev Əİixeybər Xanlar oğlu ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, şəhadətnamə nömrəsi BA103736 olan və Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021- ci il tarixli, şəhadətnamə nömrəsi BB113747 olan “X11 Prado” markalı, buraxılış ili 2012-ci il, ağ mirvari rəngli, Ban nömrəsi JTEBX3FJ30K093800, hazırda 90- HE-119 dövlət qeydiyyat nişanlı avtomobilin alqısatqısına dair müqavilələrin et ibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
15. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı ilə Cavabdeh2 arasında mövcud olmuş münasibətlər, onların arasında olan borc mübahisəsi ilə bağlı heç bir məlumatı olmamışdır. Avtomobili alarkən üzərində həbs olmamışdır. Sonradan avtomobili etibarnamə əsasında avtomobil ticarəti ilə məşğul olan şəxsə satmışdır. O da, həmin avtomobili Cavabdeh1 satmışdır. Onu da qeyd edir ki, o, avtomobili alarkən İddiaçı da, bundan xəbəri olmuş və o da, ona heç bir etiraz etməmiş və aralarında hansısa mübahisə olduğunu bildirməmişdir. Belə ki, o avtomobili alarkən avtomobil həmin zaman Emildə olmuş və məhz Emil avtomobili ona göstərmiş, o da, avtomobilə baxdıqdan sonra banka yaxınlaşaraq borcu ö dədikdən sonra yenə də, Emil açarları və avtomobili ona təhvil vermişdir. Daha sonra isə onlar BDYPİ-nə yaxınlaşaraq avtomobili sənədləşdirmiş və o zamanda avtomobil üzərində həbs olmamışdır. Onun məqsədi avtomobilə əl gəzdirib satmaq olmuşdur və maşını etibarnamə ilə başqa şəxsə, o isə Aygün xanıma satmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin əsassız olduğundan rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
16. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, “X11 Prado” markalı avtomobilin satışı barədə “Turbo.AZ” saytından məlumatı olmuş və 29700 ABŞ dolları ödəməklə almışdır. İddiaçının iddia ərizəsində qeyd etdiyi məsələlərlə bağlı heç bir məlumatı olmamışdır. Vicdanlı alıcıdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmama sı barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
17. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2(004)-6440/2021 saylı qətnaməsi ilə (sədrlik edən hakim X5) iddia tələbi rədd edilmişdir.
18. Məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən Cavabdeh2 məxsus olan “X10 Prado” markalı, **-EJ-*** dövlət nömrə nişanlı avtomobili alqı-satqı müqavilələri əsasında əldə etmələrini və bununla da, vicdanlı alıcı olmalarını, qanunvericiliyin normalarının tələblərinə və müvafiq məsələ üzrə Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyinə əsaslanaraq hesab etmişdir ki, iddia tələbləri əsassız hesab edilməli və rədd edilməlidir.
19. Məhkəmə iddianı rədd edərkən həm də, iddiaçının avtomobilə münasibətdə ipoteka saxlayan kimi üstünlük hüququ nun olmamasını, müfaviq məhkəmə qətnaməsi ilə tutulması qət edilmiş pul məbləği üzrə, məhkəmə tərəfindən verilmiş icra vərəqinə əsasən hazırda icra şobəsində icra işinin olmasını və icra tədbirlərinin ümumi əsaslarla davam etdirilməsini də, nəzərə almışdır.
20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 152.1, 157.2, 324.1, 324.5, 337.1, 337.2, 359.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1, 4.1, 9, 13.7, 14.2, 77.1, 119, 217.4, 218.3, 220.5-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli, 15 sentyabr 2014-cü il tarixli, 10 mart 2020-ci il tarixli qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, alıcılar vicdanlı əldə edən şəxslər olmamışdır. Çünki alğı-satqı müqaviləsi bağlanan zaman avtomobilin üzərində həbs olmuş, avtomobilin özgəninkiləşdirilməsində məqsəd qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasından yayınmaq olmuşdur.
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-1546/2022 nömrəli, 22 aprel 2022-ci il tarixli qətnamə si ilə (hakimlər – X1 (sədrlik edən və məruzəçi), X2 və X3) İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 dekabr 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır.
24. Məhkəmə hesab etmişdir ki, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə avtomobilin üzərində həbsin olması ilə bağlı məhkəmə qərarının BDYP-də olmamasını nəzərə almış Rayon Məhkəməsi cavabdehlər Cavabdeh3 və Cavabdeh1 vicdanlı əldə edən şəxs hesab edərək iddianı rədd etməkdə haqlı olmuşdur. Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
25. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllə nin 140-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, analoji iş üzrə Qubadlı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(028)-112/2019 saylı qətnaməsinə əsasən borclu şəxsin barəsində icra vərəqəsi olmasına baxmayaraq icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən borc luya məxsus avtomobilin üzərinə həbs (məhdudiyyət) qoyulmaması səbəbindən onun satılmasına görə məhkəmədə iddia qaldırılmış və məhkəmənin sözügedən qətnaməsi ilə iddia təmin olunaraq alqı-satqı müqaviləsi ləğv edilmişdir. Hazırkı iddiada isə avtomobilin üzərində məhdudiyyət olmasına (eynilə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən verdiyi məktub əsasında) və onun dövlət yol polisi tərəfindən qeydiyyata alınmasına baxmayaraq icra vərəqəsi üzrə borcun ödənilməsindən yayınan şəxsin bağladığı müqavilə ləğv edilməmişdir. Bu hal mövcud məhkəmə təcrübəsinə ziddir. Qeyd edək ki, prosesin gedişində məhkəmə tərəfindən mübahisə olunan avtomobilin üzərində hər hansı məhdudiyyətin olmasına dair dövlət yol polisinə verdiyi sorğuya həmin qurum tərəfindən qəsdən natamam cavab verilmiş, qeydiyyata alınmış məhdudiyyət gizlədilmiş və aidiyyəti olmayan suala cavab verilmişdir. Məhkəmə isə həmin məsələyə münasibət bildirməmişdir. Bundan başqa tərəfimizdən icra şöbəsindən alınmış rəsmi sorğuya cavab olaraq ədliyyə sistemi məlumatları əsasında təqdim edilmiş avtomobilin üzərində məhdudiyyətin qeydiyyata alınmasına dair məktub məhkəməyə təqdim edilsə də yenə də həmin məsələyə hüquqi qiymət verilməmişdir. Bu tipli mübahisələrlə bağlı qeyd edilən misaldan başqa yüzlərlə məhkəmə təcrübəsinə aid olan məhkəmə qərarları vardır. İddia predmeti üzrə iddia tələbləri tam şəkildə məhkəmə prosesinin gedişində sübut olunmasına baxmayaraq məhkəmə sübutlara əhəmiyyət verməmişdir. Nəticədə düzgün olmayan, əsassız və qanuna zidd qərar qəbul olunmuşdur. Əgər işə məhkəmə tərəfində n ədalətli baxılsa idi o zaman alqı-satqı müqavilələri ləğv olunmalı, vicdanlı alıcı kimi tanınan üçüncü şəxslərə müqavilə əsasında dəymiş zərər və ya ödənilən pullar geri qaytarılmalı idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 28. kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
29. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
30. Maddə 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanl ı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.
31. Maddə 324.1 Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
32. Maddə 324.5 İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
33. Maddə 337.1 Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
34. Maddə 337.2 Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir.
35. Maddə 359.1 Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Mülki Prosessual Məcəllə
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq e dilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pros essual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarı
45. Qeyd olunmalıdır ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qis mində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı
46. Mövcud mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda MM-in 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşd ırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.
50. Əvvəla, kolegiya qeyd edir ki, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Ona görə işin faktiki hallarının ətraflı araşdırılmaması ilə bağlı dəlillər əsaslı deyil.
51. Apelyasia məhkəməsi müəyyən etmişdir ki, hazırkı icraatdan əvvəl iddiaçı “TuranBank" ASC Cavabdeh2 qarşı borcun tut ulması və ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda İddiaçı müstəqil tələb irəli sürən üçüncü şəxs olaraq Cavabdeh2 qarşı sonuncunun əvəzinə banka ödənilmiş pulun qaytarılması və tutmanın “X9 Prado” markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi barədə iddia vermişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ilə“X9 Prado” markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur.
52. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-83/17 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddiaçı “TuranBank" ASC Cavabdeh2 qarşı iddia ərizəsi qismən təmin edilərək, cavabdehdən 12182,85 ABŞ dolları əsas, 2020,57 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə, cəmi 1430 3,42 ABŞ dolları borcun, 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predrneti olan cavabdehə məxsus “X9 Prado” markalı, **-EJ*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilərək, həmin əmlak hesabına borcun ödənilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı Cavabdeh2 qarşı iddia ərizəsi təmin edilərək, "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə görə onun əvəzindən banka ödədiyi 4546 ABŞ dollarının cavabdehdən alınaraq ona ödənilməsi, həmin məbləğin cavabdehə məxsus “X9 Prado” markalı **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilərək, həmin əmlak hesabına borcun ödənilməsi qət edilmişdir.
53. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4792/17 saylı, xx.xx.2017 tarixli qətnaməsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(00 2)-83/17 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, qətnamə qismən, müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı Miislüm oğlunun iddia tələbinin tutmanın cavabdehə məxsus avtomobilə yönəldilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş və üçüncü şəxsin iddiası həm hissədə təmin edilməmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
54. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qətnaməsi əsasında xx.xx.2017-ci il tarixdə icra sənədi verilmiş və icra edilməsi üçün Qaradağ Rayon İcra Şöbəsinə göndərilmişdir. İcra vərəqəsində borclu kimi Cavabdeh2, tələbkar kimi "xxxx" ASC göstərilmişdir.
55. Cavabdeh2 onunla "xxxx" ASC arasında xx.xx.2014-cü il tarixdə bağlanmış “Kredit müqaviləsi” üzrə Banka yaranmış kredit borcunu ödəmiş və Bank 1342 saylı, xx.xx.2021-ci il tarixli məktubla BDYPİ-yə müraciət edərək avtomobilin girovdan çıxarılmasına etiraz etmədiyini bildirmişdir.
56. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqində İddiaçı tələbkar kimi göstərilmədiyindən ikinci dəfə, yəni müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı aid hissədə xx.xx.2021-ci il tarixdə icra sənədi verilmişdir.
57. İcra məmuru tərəfindən xx.xx.2021-ci ildə hər iki icra vərəqəsi üzrə icraat bir icraatda birləşdirilmişdir. İcra məmuru xx.xx.2021-ci il tarixli xx/xx-144833/5 nömrəli məktubla BDYPİ-yə müraciət edərək avtomobillə bağlı icra hərəkətlərinin olduğunu, həmin avtomobilin üzərinə həb s qoyulması üçün məhkəməyə təqdimatla müraciət edildiyini, avtomobilin özgəninkiləşdirilməsi ilə bağlı müraciət olduğu təqdirdə göstərilənlərin nəzərə alınması barədə məlumat vermişdir.
58. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə icra məmurunun “daşınar əmlak üzərinə həbs qoyulması haqqında” təqdimatı təmin edilmiş və borclu (cavabdeh) Cavabdeh2 məxsus “X11 Prado” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Yəni avtomobilin üzərinə ikinci həbs qoyulmuşdur. Mübahisəli avtomobilin üzərinə 2-ci dəfə həbs qoyulmuş Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı icra olunması üçün BDYPİ- yə 3 aydan sonra, yəni xx.xx.2021-ci il tarixdə göndərilmiş və xx.xx.2021-ci il tarixdə BDYPİ-yə daxil olmuşdur. 5
9. Qeyd edilən ikinci həbsin qoyulması barədə qərardad BDYPİ-yə göndərilənədək Cavabdeh2 məhkəməyə müraciət edərək Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ilə mübahisəli əmlakın üzərinə qoyulmuş həbsin (birinci həbsin) götürülməsini xahiş etmişdir. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ləğv edilmiş və həmin qərardadla iddianın təmini tədbiri olaraq “X9 Prado” markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülmüşdür.
60. Qeyd edilən həbs (birinci həbs) götürüldükdən sonra mübahisəli avtomobil Cavabdeh2 tərəfindən xx.xx.2021-ci il tarixdə Cavabdeh3, sonuncu tərəfindən isə xx.xx.2021-ci il tarixdə Cavabdeh1 satılmışdır.
61. Göründyü kimi apelyasiya məhkəməsi müəyyən etmişdir ki, avtomaşın 1-ci dəfə Cavabdeh3 satılarkən dövlət reyestrini aparan orqanda avtomaşının üzərində məhdudiyyət olması barədə məlumat olmamışdır. Bundan sonra Cavabdeh3 avtomaşını etibarnamə ilə başqa şəxsə satmış, sonuncu isə avtomaşının satılması ilə bağlı kütləvi informasiya vasitələrində elanlar yerləşdirməklə xx.xx.2021-ci il tarixdə avtomaşını Cavabdeh1 satılmışdır.
62. Cavabdeh3 ifadəsində təsdiq etmişdir ki, İddiaçı ilə Cavabdeh2 arasında mövcud olmuş münasibətlər, onların arasında olan borc mübahisəsi ilə bağlı heç bir məlumatı olmamış, avtomobili alarkən üzərində həbs olmamışdır. Sonradan avtomobili etibarnamə əsasında avtomobil ticarəti ilə məşğul olan şəxsə satmışdır. O da, həmin avtomobili Cavabdeh1 satmışdır. O, avtomobili alarkən İddiaçı da, bundan xəbəri olmuş və o da, ona heç bir etiraz etməmiş və aralarında hansısa mübahisə olduğunu bildirməmişdir. Belə ki, o avtomobili alarkən avtomobil həmin zaman Emildə olmuş və məhz Emil avtomobili ona göstərmiş, o da, avtomobilə baxdıqdan sonra banka yaxınlaşaraq borcu ödədikdən sonra yenə də, Emil açarları və avtomobili ona təhvil vermişdir.
63. Cavabdeh1 da təsdiq etmişdir ki, “X11 Prado” markalı avtomobilin satışı barədə “Turbo.AZ” saytından məlumatı olmuş və 29700 ABŞ dolları ödəməklə almışdır. İddiaçının iddia ərizəsində qeyd etdiyi məsələlərlə bağlı heç bir məlumatı olmamışdır.
64. Göründüyü kimi işə baxan apelyasiya məhkməsi mübahisəli hüquq münasibətlərinə Mülki Məcəllənin 182.1. maddəsini tətbiq etməkdə haqlı olmuşdur. Həmin normaya görə əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur.
65. İddiaçı avtomaşına dair alqı-satqı müqavilələri bağlanarkən alıcıların vicdanlı olmalarını aradan qaldıran halların olmasına dair sübutlar təqdim edə bilməmişdir. Araşdırılmış sübutlar isə onu təsdiq etmişdir ki, əqdlər bağlanarkən avtomaşının üzərinə məhdudiyyət qoyulmasına dair məhkəmə qərardadı mövcud olsa da, həmin qərardadlar barədə məlumatlar dövlət reyestirini aparan orqana hər iki alqı-satqı müqavilələri bağlandıqdan sonra daxil olmuşdur.
66. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübut lara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 67. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnam ədə göstərilən hallar işin materiallarına uyğun olsun
68. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
69. Qeyd olunan halları nəzərə alan kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
70. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Həmin iş ü zrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1546/2022 nömrəli, 22 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.