Məhkəmə qərarları › İş №2(102)-476/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-476/2022

18.02.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-476/2022 18.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh Cavabdeh1 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-476/22 (Açar sözlər: mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 avqust 2021-ci il tarixli, 2(103)7650/2021 saylı qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti üzrə işə 18 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyy ən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh1 və digərlərinə qarşı iddia qaldıraraq, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi 45 saylı evin 39 saylı mənzilinə dair mülkiyyət hüquqlarını həyata keçirməyinə mane olan hərəkətlərə son qoyulması vəzifəsinin Cavabdeh1 üzərinə qoyulması, sonuncunun mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi, mənzildən çıxarılma və mülkiyyət hüququnu pozduğuna görə zərərin əvəzi olaraq Cavabdeh1 06 avqust 2019-cu ildən hesablanmaqla 14 ay üçün, hər ay 500 manat olmaqla, cəmi 7.000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Cavabdeh1 isə məhkəmədə İddiaçı və digərlərinə qarşı iddia qaldıraraq, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi 45 saylı evin 39 saylı mənzilinə dair Cav abdeh3la Reyhan Məmmədova arasında bağlanmış 06 fevral 2016-cı il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqaviləyə əsasən sonuncunun adına verilmiş 20 fevral 2016-cı il tarixli Çıxarışın ləğv edilməsi, Reyhan Məmmədova ilə Cavabdeh3 arasında bağlanmış 16 avqust 2016-cı il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqaviləyə əsasən sonuncunun adına verilmiş 18 avqust 2017-ci il tarixli Çıxarışın ləğv edilməsi, Cavabdeh3la İddiaçı arasında bağlanmış 06 avqust 2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqaviləyə əsasən sonuncunun adına verilmiş 07 avqust 2019-cu il tarixli Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icr aat Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim H.M.Əhmədova) İddiaçı iddiası qismən təmin, Cavabdeh1 iddiası rədd edilərək, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi 45 saylı evin 39 saylı mənzilinə mülkiyyət hüquqlarını həyata keçirməyinə mane olan hərəkətlərə Cavabdeh1 tərəfindən son qoyulması, sonuncunun həmin mənzilə olan istifadə hüququna xitam verilməsi, qalan hissədə İddiaçı iddiasının rədd edilməsi qət edilib və qətnamə Cavabdeh1 mənzildən qeydiyyatdan çıxarılması üçün əsas hesab edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 07 oktyabr 2010cu ildə Cavabdeh3 rəsmi nikah əsasında Cavabdeh1 ilə ailə qurub və onların birgə nikahından 14 noyabr 2006-cı ildə Polad, 02 oktyabr 2007-ci ildə Reyhan adlı uşaqları doğulub. 27 sentyabr 2014-cü il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi 45 saylı evin 39 saylı mənzili mülkiyyət hüququ üzrə Cavabdeh3 adına qeydə alınıb. 06 fevral 2016-cı il tarixli notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən Cavabdeh3 mənzili anası Reyhan Məmmədovaya bağışlayıb. 20 fevral 2016-cı il tarixli Çıxarışa əsasən mənzil mülkiyyət hüququ üzrə Reyhan Məmmədovanın adına qeydə alınıb. 12 avqust 2017-ci il tarixdə Cavabdeh1 notarial qaydada təsdiq edilməklə bütün əmlakları üzərində sərəncam verməyə və sair hərəkətləri etməyə dair əri Cavabdeh3 adına 12 avqust 2018-ci il tarixədək qüvvədə olan etibarnamə verib. 21 iyun 2018-ci ildə Cavabdeh1 sözügedən mənzilin satılmasına heç bir etirazının olmamasına dai r ərizə verib və həmin ərizəni onun adından 12 avqust 2017-ci il tarixli etibarnaməyə əsasən əri Cavabdeh3 imzalayıb. 16 avqust 2017-ci ildə notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən Reyhan Məmmədova mənzili oğlu Cavabdeh3 bağışlayıb və 18 avqust 2017-ci il tarixli Çıxarışa əsasən mənzil mülkiyyət hüququ üzrə sonuncunun adına qeydə alınıb. Bundan sonra, 06 avqust 2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 mənzili 65.000 manata İddiaçı satıb və 07 avqust 2019-cu il tarixli Çıxarışa əsasən mənzil sonuncunun adına qeydə alınıb. Daha sonra, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 fevral 2021ci il tarixli qətnaməsinə əsasən Cavabdeh1 ilə Cavabdeh3 arasında 07 oktyabr 2010-cu il tarixdə bağlanılmış nikah pozulub. Göründüyü k imi mənzil qanuni əsaslarla mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınıb, lakin Cavabdeh1 ona mənzildən öz istədiyi kimi sahib olmasına, ondan istifadə etməsinə mane olur. Belə olan halda İddiaçı iddiası qismən təmin edilməli, ona mənzil üzərində mülkiyyət hüququnu həyata keçirməyinə mane olan hərəkətlərə Cavabdeh1 tərəfindən son qoyulmalı və sonuncunun mənzilə olan istifadə hüququna xitam verilməli və qalan hissədə İddiaçı iddiası rədd edilməlidir. Cavabdeh1 iddiasına gəlincə isə mənzilə dair bağlanmış bağışlama və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi üçün əsaslar yoxdur. Belə ki, Cavabdeh1 21 iyun 2018-ci ildə ərizə yazaraq əri Cavabdeh3 məxsus mənzilin satılmasına heç bir etirazının olmadığını bildirib. Eyni zamanda, Cavabdeh1 izahatında göstərib ki, əri Cavabdeh3 mən zili anası Reyhan Məmmədovaya bağışlayarkən onun razılığı olub, lakin bunu əri Cavabdeh3 təzyiqi ilə edib. Cavabdeh1 bu dəlili ilə bağlı məhkəmə qeyd etmişdir ki, o mənzilin qaynanası Reyhan Məmmədovaya bağışlanmasına razılıq verdiyi vaxtdan artıq mənzil birgə nikah dövründə əldə edilmiş əmlak statusundan çıxıb və mənzil bağışlama müqaviləsinə əsasən Cavabdeh3 mülkiyyətinə keçib. Yəni mənzilin hüquqi statusu və mülkiyyətçisi dəyişib. Beləliklə, mənzilə dair bağışlama və alqı-satqı müqavilələri Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmamaqla bağlanıb və Reyestr Xidmətində aparılmış qeydlərin əsasını təşkil edən sözügedən əqdlərin həqiqi olmaması üçün Mülki Məcəllənin 140-cı maddəsində göstərilən hallar mövcud deyil. Ona görə də İddiaçı iddiası qismən təmin, Cavabdeh1 iddiası isə rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 140, 337.1, 337.2ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh1 apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin iddiasının təmin olunmayan hissəsində ləğv edilib, iddiasının tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər F.F.Babayev sədrlik edən, məruzəçi, X.A.Mərdanova və E.M.Həsənov) apel lyasiya şikayətləri qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli qətnaməsi- İddiaçı iddiasının “Cavabdeh1 mənzildən çıxarılma” tələbinin təmin edilməyən hissəsində, habelə “qətnamə- Cavabdeh1 mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır” hissəsində ləğv edilib, İddiaçı iddianın mənzildən çıxarılma hissəsində təmin edilərək, Cavabdeh1 sözügedən mənzildən çıxarılması və qalan mübahisələndirilən hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 07 oktyabr 2010-cu ildə Cavabdeh3 rəsmi nikah əsasında Cavabdeh1 ilə ailə qurub və onların birgə nikahından 14 noyabr 2006-cı ildə Polad, 02 oktyabr 2007-ci ildə Reyhan adlı uşaqları doğulub. 27 sentyabr 2014-cü il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi 45 saylı evin 39 saylı mənzili mülkiyyət hüququ üzrə Cavabdeh3 adına qeydə alınıb. 06 fevral 2016-cı il tarixli notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən Cavabdeh3 mənzili anası Reyhan Məmmədovaya bağışlayıb. 20 fevral 2016-cı il tarixli Çıxarışa əsasən mənzil mülkiyyət hüququ üzrə Reyhan Məmmədovanın adına qeydə alınıb. 12 avqust 2017-ci ildə Cavabdeh1 notarial qaydada təsdiq edilməklə bütün əmlakları üzərində sərəncam verməyə və sair hərəkətləri etməyə dair əri Cavabdeh3 adına 12 avqust 2018-ci il tarixədək qüvvədə olmaqla etibarnamə verib. 21 iyun 2018-ci ildə Cavabdeh1 sözügedən mənzilin satılmasına heç bir etirazının olmamasına dair ərizə verib və həmin ərizəni onun adından 12 avqust 2017-ci il tarixli etibarnaməyə əsasən əri Cavabdeh3 imzalayıb. 16 avqust 2017-ci ildə notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən Reyhan Məmmədova mənzili oğlu Cavabdeh3 bağışlayıb və 18 avqust 2017-ci il tarixli Çıxarışa əsasən mənzil mülkiyyət hüququ üzrə sonuncunun adına qeydə alınıb. Bundan sonra, 06 avqust 2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 mənzili 65.000 manata İddiaçı satıb və 07 avqust 2019-cu il tarixli Çıxarışa əsasən mənzil sonuncunun adına qeydə alınıb. Daha sonra, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 fevral 2021ci il tarixli qətnaməsinə əsasən Cavabdeh1 ilə Cavabdeh3 arasında 07 oktyabr 2010-cu il tarixdə bağlanılmış nikah pozulub. Göründüyü kimi, Cavabdeh1 mənzildə istifadə hüququnun olması işin mübahi sə olunmayan halıdır və bu hüquq onun mənzilə mülkiyyət hüququnun tərkib hissəsi kimi mövcud olub. Bununla belə, yuxarıda göstərildiyi kimi Cavabdeh3 06 avqust 2019-cu ildə alqı-satqı müqaviləsinə əsasən mənzili İddiaçı satıb və beləliklə də mülkiyyət hüququnun tərkib hissəsi olan mənzildən istifadə hüququna Mülki Məcəllənin 228.4-cü maddəsinə əsasən xitam verilib. Buna görə də, birinci instansiya məhkəməsi Cavabdeh1 mənzildən istifadə hüququna xitam verilməsi və mənzil üzərində mülkiyyət hüququnun həyata keçirməyinə mane olan hərəkətlərə son qoyulması vəzifəsinin Cavabdeh1 üzərinə qoyulması hissəsində iddianı təmin etməkdə haqlı olub. Bununla belə, birinci instansiya məhkəməsi iddianı Cavabdeh1 mənzildən çıxarılması hissəsində təmin etməməklə səhv nəticəyə gəlib. Belə ki, mənzilə istifadə hüququnu itirən Cavabdeh1 İddiaçı məxsus mənzildə yaşaması sonuncunun mülkiyyət hüququnu pozur. Bundan başqa, İddiaçı Cavabdeh1 qanunsuz hərəkətləri nəticəsində ona 7.000 manat zərər dəyməsi barədə məhkəməyə heç bir sübut təqdim etməyib. Ona görə də bu hissədə iddia rədd edilməlidir. Daha sonra, mənzildə istifadə hüququ olmadığı halda Cavabdeh1 orada qeydiyyatda qalması mülkiyyətçi kimi İddiaçı hüququnu pozur və bu pozuntunu aradan qaldırmaq üçün sonuncu ilk növbədə müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, imtina olunduqda isə bu barədə inzibati məhkəmədə mübahisə açmalıdır. Cavabdeh1 iddiasına münasibətdə isə qeyd olunmalıdır ki, o məhkəmədə izahat verərkən bildirib ki, əri Cavabdeh3 mənzili anası Reyhan Məmmədovaya bağışlayarkən onun razılığı olub, lakin bunu onun təzyiqi ilə edib. Bundan başqa, mənzilin satılmasına onun adından əri Cavabdeh3 razılıq ərizəsi verilsə də, alqı-satqı müqaviləsi notariatda təsdiq edilərkən etibarnamənin müddəti artıq bitmişdi. Göründüyü kimi Cavabdeh1 mənzilin qaynanası Reyhan Məmmədovaya bağışlanmasına razılıq verdiyi vaxtdan mənzil artıq birgə nikah dövründə əldə edilmiş əmlak statusundan çıxıb və mənzil sonradan bağışlama müqaviləsinə əsasən Cavabdeh3 mülkiyyətinə keçib. Yəni, mənzilin hüquqi statusu və mülkiyyətçisi dəyişib. Beləliklə, mənzilə dair bağışlama və alqı-satqı müqavilələri Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmamaqla bağlanıb. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi- İddiaçı iddiasının “Cavabdeh1 mənzildən çıxarılma” tələbinin təmin edilməyən hissəsində, habelə “qətnamə- Cavabdeh1 mənzildən q eydiyyatdan çıxarılması üçün əsasdır” hissəsində ləğv edilməli, İddiaçı iddiası mənzildən çıxarılma hissəsində təmin edilməli, Cavabdeh1 sözügedən mənzildən çıxarılmalı və qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21, 152, 228.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, onun iddiasının təmin, Valentina Vorobyevanın iddiasının isə rədd edilməsi barədə yeni qərar qəbul edil məsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunub. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadın baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsində göstərilir ki, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə, əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edi r. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əsqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata ke çirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 647.1-ci maddələri). Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, məhkəmə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini y oxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi onun iddiasının rədd, İddiaçı iddiasının təmin olunan hissələrində mübahisələndirildiyindən, qətnaməsinin əsaslılığı ka ssasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, Cavabdeh1 mənzildən istifadə hüququna xitam verilməsi və onun mənzildən çıxarılması hissələrində istisna olmaqla, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissələrdə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, Cavabdeh1 iddiasını bütövlükdə rədd, İddiaçı iddiasını- mənzil üzərində mülkiyyət hüququnu həyata keçirməyə mane olan hərəkətlərə Cavabdeh1 tərəfindən son qoyulması hissəsində təmin etməklə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Ona görə də kassasiya instansiyası məhkəməsi, qeyd o lunan hissələr üzrə əlavə araşdırma aparmağa lüzum görmür və belə qənatə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh1 kassasiya şikayətinə əsasən sözügedən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı Cavabdeh1 mənzildən istifadə hüququna xitam verilməsi və onun mənzildən çıxarılması tələblərinə gəlincə isə, kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin bu hissədə gəldiyi nəticə yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə cavab vermir. Belə ki, işin mübahisə olunmayan hallarına görə, 07 oktyabr 2010-cu ildə Cavabdeh3 rəsmi nikah əsasında Cavabdeh1 ilə ailə qurub və onların birgə nikahından 14 noyabr 2006-cı ildə Polad, 02 oktyabr 2007-ci ildə Reyhan adlı uşaqları doğulub. 27 sentyabr 2014-cü il tarixli Çıxarı şa əsasən Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi 45 saylı evin 39 saylı mənzili mülkiyyət hüququ üzrə Cavabdeh3 adına qeydə alınıb. 06 fevral 2016-cı il tarixli notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən Cavabdeh3 mənzili anası Reyhan Məmmədovaya bağışlayıb. 20 fevral 2016-cı il tarixli Çıxarışa əsasən mənzil mülkiyyət hüququ üzrə Reyhan Məmmədovanın adına qeydə alınıb. 12 avqust 2017-ci il tarixdə Cavabdeh1 notarial qaydada təsdiq edilməklə bütün əmlakları üzərində sərəncam verməyə və sair hərəkətləri etməyə dair əri Cavabdeh3 adına 12 avqust 2018-ci il tarixədək qüvvədə olan etibarnamə verib. 21 iyun 2018-ci ildə Cavabdeh1 sözügedən mənzilin satılmasına heç bir etirazının olmamasına dair ərizə verib və həmin ərizəni onun adından 12 avqust 2017-ci il tarixli etibarnaməyə əsasən əri Cavabdeh3 imzalayıb. 16 avqust 2017-ci ildə notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən Reyhan Məmmədova mənzili oğlu Cavabdeh3 bağışlayıb və 18 avqust 2017-ci il tarixli Çıxarışa əsasən mənzil mülkiyyət hüququ üzrə sonuncunun adına qeydə alınıb. Bundan sonra, 06 avqust 2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 mənzili 65.000 manata İddiaçı satıb və 07 avqust 2019-cu il tarixli Çıxarışa əsasən mənzil sonuncunun adına qeydə alınıb. Göründüyü kimi, Cavabdeh1 sözügedən mənzildə istifadə hüququnun olması işin mübahisə olunmayan halıdır və bu hüquq onun həmin mənzilə mülkiyyət hüququnun tərkib hissəsi kimi Cavabdeh3 münasibətdə mənzilin əldə olunduğu 27 sentyabr 2014-cü il tarixdən əmələ gəlib və o, i ki övladı ilə birlikdə qeydiyyatda olmaqla həmin vaxtdan fasiləsiz və etirazsız olaraq mənzildə yaşayır. Apellyasiya instansiyası məhkəməsi, Cavabdeh3 06 avqust 2019-cu il tarixli alqısatqı müqaviləsinə əsasən mənzili İddiaçı satması və beləliklə də mülkiyyət hüququnun tərkib hissəsi olan Cavabdeh1 mənzildən istifadə hüququna Mülki Məcəllənin 228.4-cü maddəsinə əsasən xitam verildiyi qənaətinə gəlsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır. Belə ki, əvvəla mübahisəli mənzil sonuncu dəfə hədiyyə şəkilində Cavabdeh3 mülkiyyətinə keçmiş olsa da, Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərinə görə həmin mənzilin mülkiyyətçisi Cavabdeh3 onunla birdə yaşayan ailə üzvü kimi Cavabdeh1 mənzildən onunla bərabər istifadə etmək hüququ olub. Mülki Məcəllənin 158.1.2-ci maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsində göstərilir ki, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə, əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini pozaraq, sözügedən mənzilə mülkiyyət hüququnun Cavabdeh3 İddiaçı keçməsinin Cavabdeh1 mənzildən istifadə hüququna xitam verilməsi üçün əsas sayılmamasını nəzərə almayıb. Halbuki, qeyd olunan maddələrin mənasına görə, mənzilə mülkiyyət hüququnun keçməsi mənzildən istifadə hüququna xitam verilməsi üçün o, vaxt əsas ola bilər ki, mənzilə istifadə hüququ olan şəxs mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik götürmüş olsun, habelə əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Hazırki işdə qeyd olunan hallar istisna olunur və Cavabdeh1 üzərinə belə bir öhdəlik götürməsi mülki iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi, Mülki Məcəllənin 228.4-cü maddəsinin təfsirində səhvə yol verərək, mənzildə qanuni əsaslarla istifadə hüququ olan Cavabdeh1 mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik götürüb-götürmədiyini, mənzili alqı-satqı müqaviləsi üzrə əldə etmiş İddiaçı həmin mənzilin Cavabdeh1 istifadə hüququ ilə yüklülüyünün olmasına münasibətdə vicdanlı olub-olmadığını araşdırmadan, sonuncunun iki övladı ilə birlikdə 27 sentyabr 2014-cü ildən fasiləsiz və etirazsız olaraq qeydiyyatda olmaqla sözügedən mənzildə yaşamasını nəzərə almadan, habelə Cavabdeh3la İddiaçı arasında olan münasibətlərə (Cavabdeh1 izahatına görə onlar arasında faktiki ər-arvad münasibətləri vardır) aydınlıq gətirmədən, yalnız mənzilə mülkiyyət hüququ nun sonuncuya keçməsini əsas tutub Cavabdeh1 mənzildən istifadə hüququna xitam vermişdir. Digər tərəfdən, işdən görünür ki, Cavabdeh1 əri Cavabdeh3 adına verdiyi 12 avqust 2017-ci il tarixli etibarnamənin müddəti 12 avqust 2018-ci il tarixdə bitdiyi halda, sonuncunun arvadı Cavabdeh1 adından imzaladığı 21 iyun 2018-ci il tarixli razılıq ərizəsi əsas tutularaq mənzil 09 avqust 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı satılıb. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, mənzilə mülkiyyət hüququ İddiaçı keçərkən sözügedən etibarnamə qüvvədə olmadığı üçün, alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsindən 1 ilə əvvəl Cavabdeh3 arvadı Cavabdeh1 adından imzaladığı razılıq ərizəsi sonuncunun mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qayda sında təsdiqlənmiş öhdəlik götürməsi kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, Cavabdeh1 mənzilə olan istifadə hüququnu itirməsi və onun mənzildən istifadə hüququna xitam verilməsi üçün qanuni əsaslar yoxdur və onun mənzildən könüllü imtina etməsi və ya digər yaşayış sahəsinə köçüb getmək arzusunda olması mülki iş materialları ilə təsdiq olunmur. Kassasiya instansiyası məhkəməsi Cavabdeh1 kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşıb hesab edir ki, Mülki Məcəllənin 158.4-cü maddəsinin tələbinə əsasən, mülkiyyətçi olmayan şəxsin mənzilə olan istifadə hüququ istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməlidir, lakin bu sonuncunun ona mənsub mənzilə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tan ınan və qorunan hüququnun məhdudlaşdırılması anlamına gəlməməlidir. Eyni zamanda, nəzərə alınmalıdır ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa yalnız mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər (Mülki Məcəllənin 228.2-ci maddəsi). Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallar a və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Həmin Məcəllənin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş həqiqi hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şik ayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən İddiaçı iddiasının- Cavabdeh1 mənzildən istifadə hüququna xitam verilməsi və onun mənzildən çıxarılması tələblərinin təmin edilməsi hissələrində ləğv edilməli, mülki iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməli və qalan mübahisələndirilən hissədə qətnamə dəyişd irilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 avqust 2021-ci il tarixli, 2(103)-7650/2021 saylı qətnaməsi qismən İddiaçı iddiasının- Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi 45 saylı evin 39 saylı mənzilindən istifadə hüququna xitam verilməsi və onun həmin mənzildən çıxarılması tələblərinin təmin edilməsi hissələrində ləğv edilsin, mülki iş həmin hissələrdə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəb

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar