Məhkəmə qərarları › İş №2(102)-4763/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4763/2019

03.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4763/2019 03.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X10 oğlunun katibliyi, Cavabdeh “xxxx” ASC-nin vəkili Orucov Qardaşəli Elman oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjası Cavabdeh1, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti, Samux Rayon İcra və Probasiya Şöbəsinə (maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi, 3-cü şəxslər X9, X8, X4, X5) qarşı “hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 noyabr 2018-ci il tarixli 2(103)-10487/2018 nömrəli qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, cavabdehlərə qarşı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh MMC-də keçirilmiş hərracla bağlı ona məxsus 111 kəndində 2 ha torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisənin satılması barədə 19.12.2017-ci il tarixli 68/01 nömrəli, X6 məxsus 111 yolunda yerləşən qeyri-yaşayış binasının satılması barədə 19.12.2017-ci il tarixli 68/02 nömrəli, X3 məxsus 111nin satılması barədə 19.12.2017-ci il tarixli 68/03 nömrəli, X1 məxsus 000 saylı evin 42 saylı mənzilinin satılması barədə 19.12.2017-ci il tarixli 68/04 nömrəli, və X2 məxsus S111 torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının (Şənlik evi) satılması barədə 19.12.2017-ci il tarixli 68/05 nömrəli “Hərracın yekunları barədə protokolların” etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-1564/2016 saylı, 02.11.2016-cı il tarixli qətnaməsi ilə Bankın İddiaçı qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və sair tələbləri barədə” iddiası təmin edilmiş, İddiaçı 31.07.2014-cü il tarixli, 09 saylı “Kredit müqaviləsi” üzrə 874.470 manat əsas borcun, 28.400,69 manat faiz borcunun, cəmi 902.870,69 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pulun Bankın xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus 111 kəndində 2 ha torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisəyə, R.Ağayevə məxsus 111 yolunda yerləşən qeyri-yaşayış binasına, Z.Nəzərova məxsus 111nə, T.Musayevə məxsus 000 saylı evin 42 saylı mənzilinə, R.Məmmədova məxsus S111 torpaq sahəsində yerləşən qeyriyaşayış binasına (“Şənlik Evi”) yönəldilməsi, həmin əmlakların açıq hərracda satış yolu ilə realizə edilməsi qət edilmişdir. Hazırda İddiaçı məlum olmuşdur ki, MMC tərəfindən 19.12.2017-ci il tarixdə keçirilən hərracda onun Bankdan götürmüş olduğu kreditin təminatı olaraq ipoteka qoyulmuş İddiaçı məxsus əmlakın qiyməti 191.250 manata, R.Ağayevə məxsus əmlakın qiyməti 51.000 manata, Z.Nəzərova məxsus əmlakın qiyməti 6 6.937,50 manata, T.Musayevə məxsus əmlakın qiyməti 66.937,50 manata, R.Məmmədova məxsus əmlakın qiyməti 89.250 manat olmaqla Bankın etibarnamə əsasında nümayəndəsi X7 əldə etmişdir. Lakin hərracın təyin edilməsi, baş tutmaması, təkrar hərracın təyin edilməsi barədə qanunla nəzərdə tutulan qaydada və müddətdə müvafiq bildirişlər İddiaçı və digər mülkiyyətçilərə təqdim edilməmiş və o, bu barədə lazımi qaydada məlumatlandırılmamışdır. Bundan əlavə, ipoteka predmeti olan daşınmaz əmlaklar həddindən artıq aşağı qiymətə hərrac vasitəsilə tələbkara təklif edilmiş və nəticə etibarilə həmin əmlaklar reallığı əks etdirməyən ucuz qiymətlərlə tələbkar tərəfindən əldə edilmişdir. Keçirilmiş hərracın nəticələrinə dair protokollarda hərraca çıxarılan daşınmaz əmlakların satış qiymətinin həmin əmlakları n real bazar qiyməti ilə heç bir əlaqəsi yoxdur və göstərilən məbləğlər obyektivlikdən olduqca uzaqdır. Belə ki, həmin qiymətlərin hansı meyarlara əsaslanıb və hansı metodlardan istifadə etməklə müəyyənləşdirilməsi məlum deyildir. Nərimanov Rayon Məhkəməsinin (hakim Abbas Əliyev) 02 iyul 2018-ci il tarixli 2(005)2343/2018 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Məmməd Məmmədov - sədrlik edən və məruzəçi, Xəyal Sarıyev, Həmid Həmidov) 02.11.2018-ci il tarixli 2(103)-10487/2018 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməyərək iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 iyul 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı və vəkili Vəkil kassa siya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02.11.2018-ci il tarixli 2(103)-10487/2018 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələblərinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414.1, 415.2, 415.5, 416.1, 416.2-ci və Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinin tələbləri pozulmuşdur. Belə ki, kredit müqaviləsinin təminatı olan ipoteka predmetləri ilə bağlı hərracın təyin edilməsi, hərracın baş tutmaması və təkrar hərracların keçirilməsi barədə iddiaçılara Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulan qaydada bi ldiriş verilmədiyindən, hərraca çıxarılan əmlakların ilkin satış qiyməti reallığı əks etdirmədiyindən keçirilən hərrac, hərracın nəticələri haqqında protokol etibarsız hesab edilməlidir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “xxxx” ASC-nin vəkili Orucov Qardaşəli Elman oğlu kassasiya şikayətinin dəlillərinin formal mülahizələrə əsaslandığını qeyd edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə b axılmasını mümkün hesab edir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin m üəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. İş materiallarından müəyyən edilmişdir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-1564/2016 nömrəli, 02.11.2016-cı il tarixli icra vərəqəsinin, Cavabdeh3 207622/17 nömrəli, 05.09.2017-ci il tarixli sifariş məktubunun və Cavabdeh2 ASC-nin müvafiq məktubun icrasına əsasən İddiaçı məxsus Göygöl rayonu, Qaşqara kəndində 2,0 ha torpaqda yerləşən əmlak kompleksi, X6 məxsus 111 yolunda yerləşən qeyri-yaşayış binası, X3 məxsus 111, X1 məxsus 111 saylı, 42 saylı mənzil, X1 məxsus 111 saylı, 42 saylı mənzil və X2 məxsus S111 torpaqda yerləşən qeyri-yaşayış sahəsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil etmiş və bununla əlaqədar tərəflərin rəsmi q eydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, qəzetlərdə elanlar vermişdir. Nəticədə ipoteka predmeti olan daşınmaz əmlaklar hərracda satılmamış və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkar Cavabdeh2 ASC-nə təklif olunmuş, tələbkar isə həmin əmlakları qəbul edərək balansına götürmüşdür. Yasamal Rayon Məhkəməsinin 2(004)-1564/2016 №-li mülki iş üzrə qəbul etdiyi və artıq qanuni qüvvəsini almış 02.11.2016-cı il tarixli qətnamədən görünür ki, həmin qətnamə ilə Bankın İddiaçı qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və sair tələbləri barədə” iddiası təmin edilmiş, İddiaçı 31.07.2014-cü il tarixli, 09 saylı “Kredit müqaviləsi” üzrə 874.470 manat əsas borcun, 28.400,69 manat faiz borcunun, cəmi 902.870,69 manat məbləğində borcun və ödənilmiş dövlə t rüsumunun əvəzi olan 30 manat məbləğində pulun Bankın xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus 111 kəndində 2 ha torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisəyə, R.Ağayevə məxsus 111 yolunda yerləşən qeyri-yaşayış binasına, Z.Nəzərova məxsus 111nə, T.Musayevə məxsus 000 saylı evin 42 saylı mənzilinə, R.Məmmədova məxsus S111 torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına (“Şənlik Evi”) yönəldilməsi, həmin əmlakların açıq hərracda satış yolu ilə realizə edilməsi qət edilmişdir. Qeyd edilən həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün müvafiq İPŞ-nə göndərilmiş və bundan sonra icra məmurları tərəfindən məcburi icra tədbirlərinin həyata keçirilməsi proseduruna başlanmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübah isəli əmlaklarla bağlı hərracın keçirilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil edilmişdir. Bununla bağlı tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlar üzrə bildirişlər göndərilmiş, qəzetlərdə elanlar verilmişdir. Əmlaklar hərracda satılmadığı üçün qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkar Banka təklif edilmiş və Bank həmin əmlakları balansına qəbul etmişdir. Hazırki mülki mübahisə üzrə sübut etmə vəzifəsi iddiaçının üzərinə düşdüyündən, o, öz tələbinin əsası kimi istinad etdiyi halı, yəni mübahisəli əmlaklara dair keçirilən hərracın nəticələri barədə yekun protokolların etibarsızlığını sübut etməlidir. Lakin iddiaçı, öz tələblərinin əsasını təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddian ın təmin edilməməsi barədə iş üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə apelyasiya instansiyası məhkəməsinin iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafiz ə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 39.3.4. zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. İş materiallarından görünür ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-1564/2016 saylı, 02.11.2016-cı il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan 111 kəndində 2,0 ha torpaqda yerləşən ipoteka ilə yüklü edilmiş əmlak kompleksinə tutma yönəldilmiş və məhkəmə ipoteka predmetinin ilkin satış qiymətini 3 00.000 (üç yüz min) manat müəyyən etmişdir. Eyni zamanda, digər ipoteka predmeti olan əmlakların da ilkin satış qiyməti müəyyən edilmişdir. Buna görə də, məhkəmə qətnaməsi ilə artıq müəyyən edilmiş ilkin satış qiymətinə hazırki iddia əsasında yenidən baxılması hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumu “S.Orucovun şikayəti üzrə” 7 iyun 2017-ci il tarixli qərarında göstərmişdir ki, hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesinin səmərəsizliyini yaradır. Məhkəmə təcrübəsində iddia vermək hüququndan sui-istifadə halları qanunvericiliyin tələblərindən yayınmağa xidmət edir. Hal-hazırkı mübahisə üzrə tərəflər iddia vermək hüququndan ist ifadə edərək eyni vaxtda fərqli məhkəmə icraatı prosesində fərqli nəticələr əldə etmişlər. Məhkəmə təcrübəsində bu cür hallar hüquqi müəyyənlik prinsipinə xələl gətirərək sonda məhkəmə aktlarının icrasını mümkünsüz edir. Konstitusiya Məhkəməsinin Plenumu G.İsmayılzadənin şikayəti üzrə 29 noyabr 2016-cı il tarixli Qərarında da qeyd etmişdir ki, işlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər. İddiaçı kassasiya şikayətində kredit müqaviləsinin təminatı olan ipoteka predmetləri ilə bağlı hərracın təyin edilməsi, hərracın baş tutmaması və təkrar hərracların keçirilməsi barədə iddiaçılara Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulan qaydada bildiriş verilməməsini göstərsə də, qeyd etdiyi halları təsdiq edən hər hansı bir sübutu nə apelyasiya məhkəməsinə, nə də kassasiya məhkəməsinə təqdim etməmişdir. Əksinə bu dəlillər işdə olan rəsmi poçt qəbzləri ilə təkzib edilir. Məhkəmə kollegiyası hesab edir ki, ipotekanın ilkin satış qiyməti yenidən mübahisələndirilə bilmədiyindən həmin əsasla iddiaçının digər tələbi, yəni keçirilmiş hərracın etibarsız hesab edilməsi tələbi də təmin edilə bilməz. İddiaçı hərracın keçirilməsi və bu zaman onun etibarsızlığına əsas verən hər hansı digər pozuntu barədə məhkəməyə heç bir sübut verməmişdir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki məhkəmə icraatının prinsipinə gör ə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən e dən faktlarla və hallarla əlaqədardır. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətlinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqət ə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Buna görə də kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üç ün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02.11.2018-ci il tarixli 2(103)-10487/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar