Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4764/2019 08.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı vəkili Qasımov Samir Saday oğlunun, Cavabdeh vəkili Vəkil iştirakı ilə, Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)13444/2018 nömrəli iş üzrə 19 dekabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Səbail rayon məhkəməsinin (hakim Mədinə Bağırova) 2( 009)-1606/2018 saylı iş üzrə 10 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh “X1 Prado” markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomaşın alınaraq İddiaçı verilməsi, Cavabdeh 13500 manat və 5705,61 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Azad İmanov - sədrlik edən və məruzəçi, Abiddin Hüseynov, Vahid Sadıqov) 19 dekabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail rayon məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli qətnaməsi mübahi sələndirilən hissədə Cavabdeh apellyasiya şikayətinə əsasən cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Toyota Prado” markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehdən alınaraq ona verilməsi, borca görə 13500 manat, avtomobiln qanunsuz istifadəsinə görə əldən çıxmış fayda kimi 14490 manat, cavabdehin borcuna görə banka ödənilmiş 5705,61 ABŞ dolları məbləğin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun qardaşıdır. Cavabdehə müxtəlif vaxtlarda borc verilmiş, həmin məbləğlər cavabdehin adına olan kart hesabına köçürülmüşdür. Onun tərəfindən cavabdehin adına olan kart hesabına köçürülmüş cəmi m əbləğ 13500 manat təşkil edir. Mülkiyyətində olan “Toyota Prado” markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadə edilməsi ilə bağlı verildiyi etibarnamənin müddəti 01.10.2017-ci il tarixdə başa çatsa da, cavabdeh avtomobili ona qaytarmaqdan imtina edir. Bu barədə Baş Dövlət Yol Polis İdarəsinə məlumat da verilmişdir. Bu yaxınlarda həmin avtomobili idarə edərkən cavadeh tərəfindən ona zərər vurulmuşdur. Həmin zərərin məbləği, eləcə də avtomobilin qanunsuz istifadədə olduğu dövr üçün əldən çıxmış fayda da mülkiyyətçi kimi ona ödənilməlidir. Avtomobilin qanunsuz istifadə olduğu dövr üçün gündəlik istifadə haqqı 90 manat, 01.10.2017-12.03.2018 dövü üçün isə cəmi 14490 manat təşkil edir. Bundan əlavə, cavabdehin “xxxx” ASC-yə olan 5705,61 ABŞ dolları borc da iddiaçı tərəfində n banka ödənilmişdir. Avtomobilin ona qaytarılmasını və göstərilən məbləğlərin ödənilməsini xahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 19 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə tərəfindən istinad olanan halların faktiki və hüquqi əsası yoxdur. Məhkəmənin gəldiyi nəticə işin hər hansı halı ilə təsdiq olunmayan formal mülahizələrə əsaslanır. Belə ki, Cavabdeh ilə İddiaçı oğlu arasında hər hansı formada borc müqaviləsi bağlanmamış, tərəflər arasında ümumiyyətlə hər hansı debitorkreditor münasibətləri yaranmamışdır.Cavabdeh «xxxx» ASC-də işləmiş və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar olaraq Bank tərəfindən işdənçıxarma müavinəti verilməli olmuşdur. Bu münasibətlər Cavabdeh ilə İddiaçı arasında kereditor-debitor münasibətlərini yaratmayıb, Cavabdeh ilə «xxxx» ASC arasında olan əmək münasibətlərinə aiddir. Göstərilənlərə əsasən «xxxx» ASC arasındakı münasibətlər əmək münasibətlərinə aid olmaqla Cavabdeh ilə İddiaçı arasında kereditor-debitor münasibətlərini yaratmadığından, habelə Cavabdeh ilə İddiaçı arasında hər hansı formada borc müqaviləsi olmadığından, apellyasiya instansiyası məhkəməsinin cavabdeh ilə iddiaçı arasında ara sında borc münasibətlərinin mövcudluğuna əsaslanmaqla iddianın pul tələbinə dair hissəsinin təmin edilməsinə dair hissədə gəldiyi nəticə əsassızdır. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsini əsassız olaraq İddiaçı Cavabdeh borc verməsi ilə bağlı maddi hüquq norması kimi istinad etmişdir. Məhkəmə göstərilən normanı düzgün təfsir etməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə Azərbaycan Respublikası MM-nin 404, 324.5-ci maddələrinin tətbiqinə gəldikdə isə tərəflər, yəni İddiaçı ilə Cavabdeh arasında hər hansı, o cümlədən kredit borc müqaviləsi mövcud olmadığından, apellyasiya instansiyası həmin normaları tətbiq etməklə tərəflər üçün hüquq və vəzifələr yaratmayan, əslində ümumiyyətlə mövcud olmayan müqavilə üzrə iradə ifadəsinə ist inad etmişdir. Göstərilən hallar bu maddi hüquq normalarının pozulması olub, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Qasımov Samir Saday oğlu kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxl ayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, işdən göründüyü kimi, apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin cavabdehdən yalnız 13500 manat və 5705,61 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi B ankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pulun tutularaq İddiaçı ödənilməsi hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil etmişdir. Çünki cavabdeh yalnız qeyd edilən hissə ilə əlaqədar apellyasiya şikayəti vermiş, iddiaçı isə qətnaməni apellyasiya qaydasında mübahisələndirməmişdir. Ona görə də, qətnamənin mübahisləndirilməyən hissələri hazırki kassasiya baxışının predmetini təşkil etmir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarına əsasən, İddiaçı tərəfindən “xxxx” ASC-yə Cavabdeh plastik kart hesabına 5705,61 ABŞ dolları məbləğində pul mədaxil edilmişdir. Həmçinin iş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehin kart hesabına 04.06.2014-cü il tarixdə 23.12.2016-cı il tarixə dək 25 dəfəyə cəmi 13500 manat pul köçürülmüşdür. Birinci instansiya məhkəməsi mübahisləndirilən hissədə iddia tələbini təmin edərkən Mülki Məcəllənin 739.1, 404, 324.5-ci maddələrinə istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında borc münasibətlərinin mövcudluğu məhz iş materialları ilə öz təsdiqini tapır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehin hesablarına pulun köçürülməsi öz təsdiqini iş materialları ilə tapır. Cavabdeh apellyasiya şikayətinin dəlillərində və apellyasiya icraatı zamanı verdiyi izahatında qeyd olunan halı təsdiq etmiş, lakin iddia tələbində tələb edilən pul məbləğinin məhz onun özünə məxsus olmasını qeyd etmişdir. Bu isə ona dəlalət ed ir ki, cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlilini sübut etmə yükü məhz cavabdehin üzərinə düşür. Lakin cavabdeh həmin halı təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası məruzəçini, tərəflərin vəkillərinin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 25 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Çünki apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla bərabər işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Belə ki, İddiaçı iddia ərizəsinin göründüyü kimi, iddiaçı iddia tələbinin pul tələbinə dair hissəsini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən cavabdehə müxtəlif vaxtlarda borc vermiş, həmin məbləğlər cavabdehin adına olan kart hesabına köçürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında, borc münasibətlərinin mövcudluğu məhz iş materialları ilə öz təsdiqini tapır. İddiaçı tərəfindən cavabdehin plastik kartına pul köçürülmüşdür. Cavabdeh ona göndərilən pulların borc kimi verilməsini deyil, onun özünə məxsus olmasını qeyd etsə də, halı təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gələrkən sübutetmə yükünü düzgün bölüşdürməmiş, borc tələbi ilə məhkəməyə müraciət edərək cavabdehdən pulun tələb edilməsinin, həmin pulun borc kimi verilməsinin, tərəflər arasında borc müqaviləsinin mövcud olmamasının sübut etmə yükünün cavabdehin deyil, iddiaçının vəzifəsi olmasına əhəmiyyət verməmişdir. Mülki Prosessual Məcəllənin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda iddiaçı iddia tələbinin faktiki əsası kimi istinad etdiyi halı, yəni cavabdehə göndərdiyi pulları sonuncuya borc məqsədi ilə verdiyini sübut etməlidir. Pulun göndərilməsi faktını təsdiq edən cavabdehin izahatına istinad edən apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, cavabdeh ona pulun borc kimi verilməsi faktını deyil, göndərilən pulun ona məxsus olmasını qeyd etmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Hazırki mübahisədə iddiaçının pulu cavabdehə borc kimi verməsi, cavabdehin həmin borcu qaytarmaq öhdəliyini götü rməsi və ya tərəflər arasənda borcun hansı müddətə bağlanması, iddiaçının tələb hüququnun nə vaxtdan əmələ gəlməsi iş materiallarına əsasən müəyyən edilmir. Göründüyü kimi, məhkəmənin gəldiyi nəticə işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmamışdır. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 404 və 324.5-ci maddələrinə istinad etmişdir. Həmin maddəyə görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Məhkəmə bu nor malara istinad edərək də hazırki mübahisəyə tədbiq etməli olmayan maddi hüquq normalarını tədbiq etmişdir. Mülki Prosessual Məcəllənin 386-cı maddəsinə görə, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Belə ki, ilk növbədə tərəflər arasında hər hansı müqavilənin, o cümlədən borc müqaviləsinin bağlanması müəyyən edilməli, bundan sonra tərəflərin həmin müqavilə üzrə öhdəliklərə əməl edib-etməmələrinə hüquqi qiymət verilməlidir. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qəra rdadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikay əti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-13444/2018 nömrəli iş üzrə 19 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-4764/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4764/2019
08.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver