Məhkəmə qərarları › İş №2(102)-4769/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4769/2022

05.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4769/2022 05.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı və X18 cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisinə, üçüncü şəxslər X13 və X14 qarşı iş üzrə QƏRARİ İş № 2(102)-4769/22 (Açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilərək ləğv edilməsi, vəsiyyətnamənin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, iddiaçılar İddiaçı və X18 cavabdeh Zaqatala rayonu 2 saylı Notariat ofisinə, üçüncü şəxslər X13 və X14 qarşı “ qanun üzrə vərəsəlik hüququ haqqında ş əhadətnamənin etibarsız hesab edilərək ləğv edilməsi, vəsiyyətnamənin ləğv edilməsi” tələbinə dair iddia üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-419/2022 nömrəli, 28 aprel 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 05 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən 02 avqust 2018-ci il tarixdə verilmiş 1248 nömrəli arayışa əsasən Mazanov Məmməd Ramazan oğlu ilə X4 nikahları haqqında 17 may 1963-cü il tarixdə 21 nömrəli akt qeydi tərtib edilmişdir.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixdə d aşınmaz əmlakın dövlət reyestrində 44 nömrəli reyestr kitabının 94 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli çıxarışa əsasən reyestr nömrəsi **********57-10302 olan ünvan 4ində 0,1591 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 121,50 kv.m olan fərdi yaşayış evi tam pay olaraq, torpaq sahəsi ümumi birgə mülkiyyət kimi Mazanov Məmməd Ramazan oğlunun, torpaq sahəsi ümumi birgə mülkiyyət kimi X7 adına qeydiyyata alınmışdır.

3. Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən 15 avqust 2020-ci il tarixdə verilmiş 05/Q-674/69 nömrəli arayışa əsasən Mazanov Məmməd Ramazan oğlu 24 sentyabr 2017-ci il tarixdə ölmüşdür. Ölüm haqqında 02 oktyabr 2017-ci il tarixdə 22 nömrəli ölüm haqqında akt qeydi tərtib edilmişdir.

4. Zaqatala Rayon Çobankol kənd ərazi nümayəndəliyi tərəfindən 02 avqust 2018-ci il tarixdə verilmiş AZ-İ seriyalı 957090 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X19 xx.xx.2007-ci il tarixdə ölmüşdür və bu barədə xx.xx.2007-ci il tarixdə 04 nömrəli akt qeydi tərtib edilmişdir.

5. Zaqatala Rayon İcra Hakimiyyəti Çobankol kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş 650 nömrəli və xx.xx.2020-ci il tarixdə verilmiş 253 nömrəli arayışlara əsasən xx.xx.2017-ci il tarixdə vəfat etmiş Mazanov Məmməd Ramazan oğlu öldüyü günədək ünvan 4ində qeydiyyatda olduğu evdə yaşamış və onun vəfatından sonra 1986-cı ildən qeydiyyatdan çıxmış İddiaçı, 1982-ci ildə qeydiyyatdan çıxmış X32 və qeydiyyatda olan X2 2 adında varisləri qalmışdır.

6. Zaqatala Rayon İcra Hakimiyyəti Çobankol kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 252 nömrəli və xx.xx.2018-ci il tarixdə verilmiş arayışlara əsasən X19 öldüyü günədək, yəni 2007-ci il tarixədək ünvan 4ində qeydiyyatda olduğu evdə yaşamışdır, mərhumun vəfatından sonra 1986-cı ildən qeydiyyatdan çıxmış İddiaçı, 1982-ci ildə qeydiyyatdan çıxmış X32 və qeydiyyatda olan (yaşayır) X22 adında, 2017-ci il tarixdə vəfat etmiş Mazanov Məmməd Ramazan oğlunun varisləri qalmışdır.

7. Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən 15 avqust 2020-ci il tarixdə verilmiş arayışa əsasən İddiaçı xx xxxx 1957-ci ildə ünvan 4ində anadan olmuşdur və bu barədə doğum kitabının 444-cü səhifəsində qeyd aparılmışdır.

8. Zaqatala Rayon İ cra Hakimiyyəti Çobankol kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş 749 nömrəli arayışa əsasən X13 2015-ci ildən Bazar kəndində mərhum atası Mazanov Məmməd Ramazan oğlunun adına olan evdə yaşayır.

9. Zaqatala Rayon İcra Hakimiyyəti Çobankol kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 203 nömrəli arayışa əsasən X13 mərhum atasından miras qalmış ümumi sahəsi 151 kv metr olan fərdi yaşayış evini özü idarə edir.

10. Zaqatala Rayon İcra Hakimiyyəti Çobankol kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 107 nömrəli arayışa əsasən Mazanov Məmməd Ramazan oğlunun adında olan əmlak və torpaqların vergi borcları ölümündən sonra və hal hazıradək oğlu X22 tərə findən ödənilib.

11. Zaqatala rayonu VVADQ Şöbəsi tərəfindən 18 mart 2004-cü il tarixdə verilmiş AZ-İ seriyalı 463123 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən 25 aprel 1963-cü il tarixdə anadna olmuş X5 atası Mazanov Məmməd Ramazan oğlu, anası isə X15r.

12. Zaqatala Rayon İcra Hakimiyyəti Çobankol kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 251 nömrəli arayışa əsasən İddiaçı həqiqətən Bazar kənd sakinidir. Mərhum Mazanov Məmməd Ramazan oğlu vəfat etdikdən sonra Bazar kəndində onun adına olan evdə oğlu X22 yaşayır.

13. Zaqatala rayon 2 saylı Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış 17 mart 2020-ci il trixli 278 nömrəli məktuba əsasən mərhum atası Mazanov Məmməd Ramazan oğlundan miras qalmış ev və torpaq sahəsindən ona düşən h issədə pay alması üçün məhkəməyə müraciət etməsi tövsiyyə ediımişdir.

14. Zaqatala Dövlət Notariat Kontorunda xx.xx.2009-cu il tarixdə 7/E-474 reyestrlə qeydə alınmış və həmin tarixdə Mazanov Məmməd Ramazan oğlu tərəfindən tərtib olunmuş vəsiyyətnaməyə əsasən vəsiyyət edən ona məxsus Zaqatala rayonu QımırBazar kəndində yerləşən həyətyanı torpaq sahəsini, pay torpağını, bütün əmlakını nəvəsi X20 vəsiyyət etmişdir.

15. Zaqatala rayonu 2 saylı Dövlət Notariat Kontorunda 7E/2361 reyestr nömrəsi ilə qeydiyyata alınmış xx.xx.2012-ci il tarixli ərizəyə əsasən Mazanov Məmməd Ramazan oğlu xx.xx.2009-cu il tarixli 7E/474 2V/20 nömrəli reyestrlə Zaqatala rayonu Qımır-Bazar kəndində yaşayan nəvəsi X23 qoyduğu vəsiyyətnamənin ləğv edilməsini xahiş etmişdir.

16. Zaqatala rayon 2 saylı Notariat Ofisi tər əfindən X23 ünvanlanmış 17 avqust 2020-ci il tarixli 712 nömrəli məktuba əsasən mərhum babası Mazanov Məmməd Ramazan oğlundan miras qalmış ev, torpaq sahəsini xx.xx.2009-cu il tarixdə ona miras qoymuşdur. Həmin vəsiyyətnamə xx.xx.2012-ci il tarixdə Mazanov Məmməd Ramazan oğlunun verdiyi 7E-2361 reyestr nömrəli ərizəsinə əsasən ləğv edilmişdir.

17. Zaqatala Rayon İcra Hakimiyyəti Zaqatala Rayon Dövlət Arxivi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 44 nömrəli arayışa əsasən 1996-2000-ci illərdə Bazar kənd sakini Mazanov Məmməd Ramazan oğlunun təsərrüfat başına kitabında ailə tərkibi özü və X3ndan ibarət olmuşdur. Mülkiyyətində ümumi sahəsi 96 kv.m, yaşayış sahəsi 88 kv.m olan, 0.16 ha torpaq sahəsi üzərində yerləşən 1976-cı ildə inşa edilən yaşayış evi, mal damı, altıaçıq.

18. Zaqatala Rayon İcra Hakimiyyəti Zaqatala Rayon Dövlət Arxivi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 44 nömrəli arayışa əsasən 2001-2005-ci illərdə Bazar kənd sakini Mazanov Məmməd Ramazan oğlunun təsərrüfat başına kitabında ailə tərkibi özü və X3ndan ibarət olmuşdur. Mülkiyyətində ümumi sahəsi 96 kv.m, yaşayış sahəsi 88 kv.m olan, 0.16 ha torpaq sahəsi üzərində yerləşən 1976-cı ildə inşa edilən yaşayış evi, mal damı, altıaçıq.

19. Zaqatala Rayon İcra Hakimiyyəti Zaqatala Rayon Dövlət Arxivi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 44 nömrəli arayışa əsasən 2006-2010-cu illərdə Bazar kənd sakini Mazanov Məmməd Ramazan oğlunun təsərrüfat başına kitabında ailə tərkibi özündən ibarət olmuş. X3 İİ ay 2007-ci ildə vəfat etmişdir. Mülkiyyətində ümumi sahəsi 96 kv.m, yaşayış sahəsi 88 kv.m olan, 0.16 ha torpaq sahəsi üzərində yerləşən 1976-cı ildə inşa edilən yaşayış evi, mal damı, altıaçıq.

20. X13 tərəfindən ünvan 3 ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizəyə əsasən o 24 sentyabr 2017-ci il tarixdə vəfat etmiş atası Mazanov Məmməd Ramazan oğlundan miras qalmış ünvan 4ində yerləşən ev və torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir.

21. Zaqatala rayonu 2 saylı notariat kontorunun xüsusi X1 tərəfindən təsdiq edilmiş, reyestrdə 2V-570 nömrəsi ilə qeyd edilərək informasiya sisteminə daxil edilmiş 06 sentyabr 2018-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X13 xx.xx.2017-ci il tarixdə vəfat etmiş Mazanov Məmməd Ramazan oğlunun mülkiyyətində olmuş reyestr nömrəsi **********57-10302 olan ünvan 4i ünvanı nda yerləşən ümumi sahəsi 121,5 kv.m olan fərdi yaşayış evi və 0,1591 ha torpaq sahəsinin 1/2 hissəsindən tam hissədə pay almışdır.

22. X17 tərəfindən ünvan 3 ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizəyə əsasən o, 20 fevral 2007-ci il tarixdə vəfat etmiş anası X6 miras qalmış ünvan 4ində yerləşən əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir.

23. Zaqatala rayonu 2 saylı notariat kontorunun xüsusi X1 tərəfindən təsdiq edilmiş, reyestrdə 2V-571 nömrəsi ilə qeyd edilərək inforamasiya sisteminə daxil edilmiş 06 sentyabr 2018-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X13 xx.xx.2007-ci il tarixdə vəfat etmiş X7 mülkiyyətində olmuş reyestr nömrəsi **********57-10302 olan ünvan 4i ünvanında yerləşən 0,1591 ha torpaq sahəsinin 1/2 hissəsindən tam hissədə pay almışdır.

24. İşdə olan Zaqatala Rayon Məhkəməsinin 2(033)-515/2008 nömrəli 23 dekabr 2008-ci il tarixli qətnaməsinə əsasən ünvan 4ində yerləşən Mazanov Məmməd Ramazan oğlunun mülkiyyətində olan 1976-cı ildə inşa edilmiş, 0,16 ha həyətyanı torpaq sahəsi olan 2 mərtəbəli 4 otaqdan ibarət 86.8 kvm yaşayış, 18,8 kvm köməkçi sahədən ibarət yaşayış evinin 1/2 hissəsinə vəsiyyət üzrə vərəsəliyin açılması, evin 1/2 hissəsinin 7/8 hissəsinə X8 vəsiyyət üzrə vərəsəlik hüququ verilməklə onun mülkiyyətinə verilməsi qət edilmişdir.

25. Həmin qətnamə ilə müəyyən edilmiş hallara əsasən Mazanov Məmməd Ramazan oğlu və X21 birgə niкahda yaşadıqları dövrdə 1976-cı ildə 0,16 ha həyətyanı torpaq sahəsi olan yerdə ünvan 4ində iki mərtəbəli 4 otaqlı 86 kv.m, yaşayış sahəsi 18,8 k v.m, köməkçi sahədən ibarət fərdi yaşayış evi tikmişlər. Minəvvər Mazanova vəfatından əvvəl yəni 14 dekabr 1995-ci il tarixdə həmin evi rəsmi qaydada X8 vəsiyyət etmişdir.

26. Zaqatala Rayon İcra Hakimiyyəti Çobankol kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 145 nömrəli arayışa əsasən X5 mərhum atası X10 və mərhumə anası X9 adında olan torpaqların vergi borclarını onların ölümündən sonra, hal hazıradək X13 ödəyib. X2 və mərhumə X11 adında Çobankol bələdiyyəsində torpaq və əmlak vergi borcu yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

27. İddiaçılar İddiaçı və X27 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayon 2 saylı Notariat Ofisinin Xüsusi X1 tərəfindən tərtib və təsdiq olunaraq ve rilmiş 06 sentyabr 2018-ci il tarixli 2V-570 və 2V-571 say ilə reyestrdə qeydə alınmış Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələrin etibarsız hesab edilərək ləğv edilməsinə, Zaqatala rayon 2 saylı Notariat Ofisinin Xüsusi X1 tərəfindən 26 aprel 2012-ci il tarixdə tərtib və təsdiq olunan mərhum Mazanov Məmməd Ramazan oğlunun xx.xx.2009-cu il tarixli vəsiyyətnaməsinin ləğv edilməsinə dair ərizənin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər.

28. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X19 20 fevral 2007-ci il tarixdə, Mazanov Məmməd Ramazan oğlu isə 24 sentyabr 2017-ci il tarixdə vəfat etmişdir. X7 vəfatından sonra ünvan 4ində torpaq sahəsi, Mazanov Məmməd Ramazan oğlunun vəfatından sonra isə ünvan 4ində torpaq sahəsi və fərdi yaşayış evi mira s qalmışdır. Mazanov X24 Mazanovun atası, Nurlan Mazanovun isə babasıdır. Mərhum vəfat edənədək həmin evdə yaşamışdır. Cavabdeh Fəxrəddin Mazanov da onun oğludur və o, 1992-ci ildən Rusiyada yaşayır və Rusiya vətəndaşıdır. Mazanov Məmməd Ramazan oğlu 24 sentyabr 2017-ci il tarixdə qəflətən vəfat etdi. O vəfat edərkən ona məxsus evdə özündən başqa heç kim yaşamırdı. Mazanov Məmməd Ramazan oğlunu dəfn etmək üçün dəfn mərasimini İddiaçı təşkil etdi, daha sonra onun qəbiri üçün baş daşı sifariş verdi, həmin baş daşının xərcini ödədi və həmin baş daşının quraşdırılmasını təşkil etdi. Mazanov Məmməd Ramazan oğlunun vəfatını eşidib Fəxrəddin Rusiyadan dəfndə iştirak etmək üçün gəldi. Yas mərasiminin 2-ci adınasından sonra Fəxrəddin Rusiyaya qayıtdı. Bir müddət sonra notariusa müraciət edib və m iras qalmış evlə maraqlanmışlar. Çünki Mazanov Məmməd Ramazan oğlunun təsərrüfatında özündən başqa heç kim yox idi, bütün uşaqlar təsərrüfatdan ayrılmışdı. Onun təsərrüfatının bağlanmaması üçün vərəsəlik açmaq lazım idi. Notariusda məlum oldu ki, Rusiyada yaşayan Fəxrəddin kənd icra nümayəndəsi Tacəddin Cumayevlə əlbir olaraq, guya Rusiya vətəndaşı Fəxrəddin Mazanovun hələ də Mazanov Məmməd Ramazan oğlunun təsərrüfatında qeydiyyatda olması barədə 02 avqust 2018-ci il tarixli 650 saylı və 05 sentyabr 2018-ci il tarixli 742 saylı saxta arayışlar tərtib edərək notariusa təqdim etmişdir. Bundan başqa Fəxrəddinin 2015-ci ildən atasına məxsus evdə yaşamasına dair arayış verilmişdir. Bu saxta arayışlar əsasında notarius da öz növbəsində qanunu pozaraq mərhumun digər vərəsələri olduğunu və vərəsəl ər arasında mübahisə olduğunu bilərək, mirasın qəbul edilmə müddətini ötürülməsinə baxmayaraq, müddət bərpası olmadan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Fəxrəddin Mazanov atasının vəfatından bir il keçdikdən sonra notariusa müraciət edib ona görə ki, o atasının yasının 2-ci adınasında çıxıb Rusiyaya getdi və bir ildən sonra gəldi. Lakin kənd icra nümayəndəsi Elvira Süleymanova notariusa saxta arayış yazıb vermişdir ki, guya Fəxrəddin 2015-ci ildən mərhum atasının evində yaşayır. Fəxrəddin Rusiya vətəndaşı olduğundan onun Azərbaycana girişi və çıxışı sərhəd məntəqələrində qeydiyyata alınır. Kənd icra Nümayəndəliyinin verdiyi arayışların saxta olmasını, onların saxta sənəd tərtibinə dair cinayət törətməsini aşkara çıxartmaq üçün, eyni zamanda məhkəmənin işin düzgün h əllini həyata keçirmək üçün Fəxrəddinin 2015-ci ildən 2018-ci ilin avqust ayınadək Azərbaycan Respublikasına girişi və çıxışı barədə məlumatın götürülməsinə dair sorğunun verilməsi barədə Məhkəmə qarşısında vəsatət qaldırır. Mazanov Məmməd Ramazan oğlundan miras qalmış əmlakı faktiki olaraq qəbul etmişlər. Notarius miras əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnamələri verərkən mirasın hansı vərəsələr tərəfindən qəbul edilib edilməməsini kifayət qədər araşdırmadan cavabdehə gizlin qanun üzrə vərəsəlik şəhadətnaməsi vermişdir. Həmin şəhadətnaməni verilməklə notarius bilərəkdən qanunları pozmuşdur. Belə ki, notarius vərəsəlik şəhadətnaməsi yazarkən Fəxrəddinin qeydiyyatda olduğu yer əvəzinə onun Rusiya vətəndaşı olduğunu yazmış və eyni zamanda Fəxrəddinin guya atasının evində qeydiyyatda olm asına dair arayışı sübut kimi qəbul etmişdir. Notarius çox gözəl bilir ki, X36 rayonu Bazar kəndində təsərrüfatbaşına kitabında qeydiyyatda ola bilməz. Notarius bunu bilmiş və eyni zamanda bilmişdir ki, müraciət edən Fəxrəddin mirasın qəbulu üçün olan 6 aylıq müddəti ötürmüşdür və buna görə də notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina etməli idi. Bundan başqa notarius bilmişdir ki, onlar da vərəsədirlər və vərəsələr arasında miras əmlaka dair mübahisə vardır. Həmin mübahisənin olmasını notarius şəhadətnamə verərkən bilmişdir. Bundan başqa notarius bilirdi ki, Mazanov Məmməd Ramazan oğlu 2009-cu ildə evini Nurlan Mazanova vəsiyyət etmişdir. Lakin 2012-ci ildə həmin vəsiyyətnamənin ləğvinə dair ərizəyə imza etmişdir. Lakin Mazanov Məmməd Ramazan oğlu ölməsinə yaxın günlərdə də oğlu İ ddiaçı bildirmişdir ki, öz evini nəvəsi, hərbiçi Nurlana vəsiyyət etmişdir. Buradan görünür ki, vəsiyyətnamənin ləğvi ilə əlaqədar yazılmış ərizə Mazanov Məmməd Ramazan oğlu tərəfindən yazılmayıb, həmin imza da onun deyildir.

29. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31 avqust 2021-ci il tarixli 4/944 nömrəli ekspert rəyinə əsasən Ekspertizaya təqdim edilmiş, Mazanov Məmməd Ramazan oğlunun adından olan 26 aprel 2012-ci il tarixli ərizədə “İmza:” sözü qarşısındakı imza və 13 fevral 2009-cu il tarixli vəsiyyətnamədə “İmza” qrafasındakı imza - EYNİ ŞƏXS, MAZANOV MƏMMƏD Ramazan oğlu tərəfindən icra olunmuşdur.

30. Zaqatala Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli 2(033)-72/2021 saylı qətnaməsi ilə (hakim T.Həsənov) iddia qismən təmin edilərək ünvan 4ind ə yerləşən 0,1591 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin 1/2 hissəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 121.5 kv m olan fərdi yaşayış evinə dair mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 adına Zaqatala rayon 2 saylı Notariat Kontoru tərəfindən verilmiş 06 sentyabr 2018-ci il tarixli 2V- 570 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və ünvan 4ində yerləşən 0,1591 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin 1/2 hissəsinə dair mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 adına Zaqatala rayon 2 saylı Notariat Kontoru tərəfindən verilmiş 06 sentyabr 2018-ci il tarixli 2V-571 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etiba rsız hesab edilmişdir. İddia tələbi qalan hissədə rədd edilmişdir.

31. Məhkəmə müəyyən etmişdir ki, 24 sentyabr 2017-ci il tarixdə vəfat etmiş Mazanov Məmməd Ramazan oğlu 13 fevral 2009-cu il tarixdə vəsiyyətnamə tərtib etməklə özünə məxsus Zaqatala rayonu Qımır Bazar kəndində yerləşən yaşayış evini, həyətyanı torpaq sahəsi, pay torpağını və bütün əmlakını nəvəsi X23 (iddiaçı) vəsiyyət etsə də, sonradan 26 aprel 2012-ci il tarixdə müvafiq Notariat kontoruna ərizə müraciət edərək həmin vəsiyyətnaməni ləğv etdirmişdir. İddiaçılar 13 fevral 2009-cu il tarixli vəsiyyətnamənin ləğv edilməsinə dair Mazanov Məmməd Ramazan oğlu tərəfindən 26 aprel 2012-ci il tarixdə verilmiş ərizənin onun tərəfindən imzalanmadığını qeyd edərək həmin ərizənin etibarsız hesab edilməsini xahiş etmişdirlər.

32. Məhkəm ə ekspertin rəyini sübut qismində qiymətləndirmişdir.

33. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1145, 1146, 1147.1, 1151, 1159.1, 1159.1.2, 1159.1.3, 1160, 1243.1, 1245, 1246, 1248, 1255, 1261, 1262, 1263, 1273.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə” xx.xx.2014-cü il tarixli qərarı, “Notariat haqqında” qanunun 57, 59-cu maddələri, “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tar ixli qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0, 155.0.1, 119.1, 14.2, 77.1, 218.3-cü maddələri, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

34. Qətnamədən üçüncü şəxs X13 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni, iddianın təmin edildiyi hissədə ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

35. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə X12 mirası faktiki olaraq qəbul etməsini nəzərə almamış və mübahisəyə vərəsələrin heç birinin miras əmlakı qanunda nəzərdə tutulmuş müddətdə qəbul etməmələri prizmasından yanaşmışdır. Halbuki, üçüncü şəxs X13 m irası qəbul etdiyini şəksiz nümayiş etdirdiyindən miras əmlakı qəbul edilmiş hesab edilməli və miras açıldığı gündən onun mülkiyyəti sayılmalıdır. İddiaçılar özləri də məhkəməyə verdiyi izahatlarında X12 miras əmlakı faktiki olaraq mərhumların ölümündən sonra sahiblik etməsini, idarə etməsini etiraf etmişdirlər. X13 iddiaçılardan fərqli olaraq miras əmlakı qəbul etmiş yeganə vərəsədir. Məhkəmə iddianı təmin edərkən belə qənaətə gəlmişdir ki, X13 ya miras əmlakın qəbulu müddətinin bərpası məqsədi ilə məhkəməyə müraciət etməli, ya da digər vərəsələrin razılığını almalı idi. Halbuki, X13 miras əmlakı qanunla nəzərdə tutmuş müddət ərzində qəbul etmişdir. İddiaçılar miras əmlakı qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində qəbul etməmişdirlərsə, onda onların hazırki iddianı qaldırmaq üçün s ubyektiv hüquqları yoxdur. Belə ki, iddiaçılardan İddiaçı faktik olaraq qanunla nəzərdə tutulmuş müddət ərzində miras əmlakı qəbul etməmişdir. Bu isə onu deməyə əsas verir ki, İddiaçı hazırki hüquqi statusu miras əmlakdan imtina etmiş vərəsənin hüquqi statusu ilə eynidir.

36. Birinci instansiya məhkəməsi işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. İddiaçı tərəfin izahatlarından və iş materiallarından sübut olunur ki, X13 miras əmlakı qəbul etmişdir. Məhkəmə qətnaməsində X5 miras əmlakı qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində qəbul etmədiyini qeyd etsə də, işdə həmin halı sübut edən bir dənə belə olsun sübut yoxdur. Yəni, işin müəyyən edilmiş halları məhkəmənin yanaşmasının tam əksini deyir.

37. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(107)-419/22 nömrəli iş üzrə 28 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər –M.Əsədli (sədrlik edən və məruzəçi), Ə.Məcidov, A.Mahmudov) müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə, "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilərək iddianın rədd edilməsi qət edilmişdir.

38. Məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq qeyd etmişdir ki, həqiqətən də iş materiallarında iddiaçının mirası qəbul etməsinə dair heç bir sübut yoxdur.

39. Məhkəmə iddiaçının miras əmlakı faktiki qəbul etməməsi barədə iddiaçının izahatını mötəbər sü but kimi qəbul etmişdir. Belə ki, iddiaçı məhkəmə kollegiyasının iclasında izahatında bildirmişdir ki, o, mirasa nə faktiki sahiblik etmiş, nə də bununla bağlı notariusa müraciət etmişdir.

40. Həmçinin, məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan Zaqatala Rayon İcra Hakimiyyəti Çobankol kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş 749 nömrəli arayışına əsasən X13 2015-ci ildən Bazar kəndində mərhum atası Mazanov Məmməd Ramazan oğlunun adına olan evdə yaşayır. İddiaçılar iddia ərizəsində arayışların saxta olmasını iddia etsələr də onlar, bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdirlər.

41. Yəni iddiaçının X5 mirası qəbul etməməsi barədə qeyd etdikləri iş materialları ilə təkzib edilir.

42. Məhkəmə kollegiyası qeyd etmişd ir ki, iddiaçının “şəhadətnamələrin ləğv edilməsi” tələbi üzrə subyektiv hüququ yoxdur və iddiaçının iddiası əsaslı deyildir. Mübahisələndirilən şəhadətnamə ləğv edilsə belə, bu iddiaçı üçün heç bir hüquqi nəticə yaratmır.

43. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulunu nizama salan normalarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

44. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

45. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər b ir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir.

46. Üçüncü şəxs X5 (iddiaçının qardaşı) xarici ölkə vətəndaşı olduğu nəzərə alınmamışdır və o, ötən müddət ərzində torpağı özgəninkiləşdirməmişdir. Yəni Torpaq Məcəlləsinin 49.4-cü maddəsi nəzərə alınmamışdır.

47. Hazırki işdə miras mərhum X7 və Mazanov Məmməd Ramazan oğlunun vəfat edilməsi ilə açılmışdır. Vərəsə olan üçüncü şəxs X13 mərhum X7 ölümündən 11 il sonra, Mazanov Məmməd Ramazan oğlunun ölümündən 6 aydan çox müddət keçdikdən sonra miras əmlaklara dair şəhadətnamələrin verilməsi ilə bağlı notariat orqanına müraciətlər etmişdir. Notariat orqanı onun müraciətlərini nəzərə alıb xx.xx.2018-ci ildə ona v ərəsəlik hüququ haqqında şəhadətnamələr vermişdir. Vərəsələr Mazanov Məmməd Ramazan oğlu, İddiaçı, X28 və X5 mirasın qəbul edilməsi müddəti ilə bağlı razılıqlarının olub-olmaması məhkəmə tərəfindən araşdırılmamışdır.

48. Belə ki, məhkəmə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti üzrlü səbəb olduğu halda uzada bilər. Müddətlə bağlı məhkəmə qaydasından yeganə istisna hal isə müddət bitdikdən sonra bütün vərəsələrin mirasın qəbul edilməsinə razı olmalarıdır.

49. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 26, 29, 60, Torpaq Məcəlləsinin 48,49, “Notariat haqqında” Qanunun 57, 59, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qar şı etirazın dəlilləri

50. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

20. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

21. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

22. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

23. Maddə 1243. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edi r. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

24. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

25. Maddə 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müdd ət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər.

26. Maddə 1248.2. Bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir.

27. Maddə 1252. Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır.

28. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı g ündən vərəsənin mülkiyyəti sayılır. “Notariat Haqqında” Azərbaycan Respublikasının Qanunu

29. Maddə

55. Açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir.

30. Maddə

57. Mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir.

31. Maddə

58. Vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir.

32. Maddə

59. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır.

33. Maddə 60.2. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qaba qcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəməl əri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütovlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.

46. Əvvəla, kolegiya qeyd edir ki, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Ona görə işin faktiki hallar ının ətraflı araşdırılmaması ilə bağlı dəlillər əsaslı deyil.

47. Bundan başqa, kassasiya şikayəti iş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs X5 mirası qəbul etməməsinə dair dəlillərlə əsaslandırılmışdır.

48. Kollegiya qeyd edir ki, apelyasiya məhkəməsi iddiaçıların özlərinin mirası nə faktiki və nədə notariusa müraciət etməklə qəbul etmədiklərinə istinad etməklə iddianı rədd etmişdir. Yəni, məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçılar mirası qəbul etmədikləri üçün digər şəxsin adına (3-cü şəxs X5) verilmiş vərəsəlik şəhadətnamələrinin və mirasın rəsmiləşdirilməsinə dair digər sənədlərin etibarsızlığını tələb etməyə subyektiv hüquqa malik deyillər.

49. Apelyasiya Məhkəməsinin iclasında iddiaçı tərəf özü məhkəmədə etiraf etmişdir ki, o, mirasa nə faktiki sahiblik etmiş, nə də bununla bağ lı notariusa müraciət etmişdir.

50. Həmçinin, məhkəmə qeyd etmişdir ki, Zaqatala Rayon İcra Hakimiyyəti Çobankol kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş 749 nömrəli arayışına əsasən X13 2015-ci ildən Bazar kəndində mərhum atası Mazanov Məmməd Ramazan oğlunun adına olan evdə yaşayır. İddiaçılar iddia ərizəsində arayışların saxta olmasını iddia etsələr də onlar bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişlər.Yəni iddiaçının X5 mirası qəbul etməməsi barədə qeyd etdikləri iş materialları ilə təkzib edilir.

51. Kollegiya eyni zamanda qeyd edir ki, miras qalmış evdə faktiki yaşamama mirasın qəbulundan imtina kimi, və yaxud mirasın qəbul edilməməsi kimi qiymətləndirilmə üçün müstəqil əsas deyil. Şəxs miras evdə yaşamaya bilər, lak in onun idarəçiliyini həyata keçirə bilər. Bu halda da vərəsə mirası qəbul etmiş hesab olunur. Ona görə X5 Rusiya Federasiyasının vətəndaşı olması mirasın qəbul edilməməsi kimi başa düşülməməlidir.

52. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir(&23).

53. Göründüyü kimi vərəsənin miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda mirası qəbul etmiş hesab olunur. Hazırkı işdə isə mirası əmlaklar üzrə ödənişlərin tam olaraq X13 tərəfindən aparılması halını iddiaçı tərəf mübahisələndirməmişdir.

54. Hazırkı qərarın “işin halları” bölməsində sadalanan çoxsaylı sənədləşmələr mirasın X13 tərəfindən faktiki qəbul edilməsinə dəlalət edlən sübutlardır. Apelasiya Məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı tərəf həmin sübutların saxta olmasına istinad etsədə, həmin halı məhkəmədə sübuta yetirə bilməmişdir.

55. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 56. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

58. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-419/2022 nömrəli, 28 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qətidir və qəbul edildiyi andan qü

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar