Məhkəmə qərarları › İş №2(102)-4770/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4770/2019

01.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4770/2019 01.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı, vəkili X2 oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.11.2018-ci il tarixli, 2(103)11282/2018 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 fevral 2018-ciil tarixli qətnaməsi ilə (sədrlik edən E.Rəhimov, iş 2(009)-287/2018) iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər E.Kazımov, T.Səmədov və İ.Şirinov, iş № 2(103)-4489/2018)27.04.2018-ci il tarixli qətnaməsi ilə iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 fevral 2018-ciil tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər V.Ə.İbayev, Ə.Əliyev, G.Quliyev) 07.09.2018-ci il tarixli, 2(102)-6109/2018 nömrəli qətnaməsi ilə kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmış, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlə r M.A.Məmmədov, X.Ə.Sarıyev, H.Ü.Həmidov, iş № 2(103)-11282/2019) 16.11.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilməyərək hazırki mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 fevral 2018-ci il tarixli qətnamə iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməsi qət edilmişdir. İddiaçı və onun vəkili X1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.11.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ: İddiaçı, cavabdehlərə qarşı iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Hərrac Mərkəzi tərəfindən tərtib edilmiş 12.04.2017-ci il tarixli Y-166 saylı “Hərr acın nəticələri haqqında protokolun” etibarsız hesab edilməsi, Hərrac Mərkəzi ilə cavabdeh (alıcı) Cavabdeh2 arasında bağlanmış ona məxsus olan və Qusar rayonu, Çiləgir kəndində yerləşən 0,1204 ha torpaq sahəsinin (bundan sonra - mübahisəli torpaq sahəsi) 1.000 manata alıcı Cavabdeh2 satılması barədə “Hərracın yekunları üzrə əmlakın alğı-satqısına dair müqavilənin” bağlandığı gündən etibarsız hesab edilməsi, cavabdeh “xxxx” MMC-nin 27.02.2017-ci il tarixli 17-131 saylı “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın” ləğv edilməsi, torpaq sahəsinin yenidən ekspert qiymətləndirilməsi təyin edilməsi, torpaq sahəsinin yenidən hərraca çıxarılması, onun hərracda iştirakının təmin edilməsinin Hərrac Mərkəzinin rəhbərliyinə tapşırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı və onun vəkili X1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.11.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, işə baxmış Bakı Apellyasiya Məhkəməsinin MK-sı mübahisəyə tətbiq edilməli olan hüquq normalarının seçilməsində yanlışlığa yol vermişdir, həmçinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Ona hərracın keçirilməsi barədə heç bir bildiriş göndərilməmişdir, həmçinin onun nəticələrindən də xəbərsiz olmuşdur. Hərrac zamanı “xxxx" MMC və xxxx tərəfindən 0,1204 ha torpaq sahəsi düzgün qiymətləndirilməmişdir. İddiaçı və vəkili X2 oğlu kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsini xahiş etmişlər. PROSESSUAL MƏSƏLƏLƏR: Digər tərəflərə işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansi yası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, “xxxx” MMC-də hərracın nəticələri haqqında 12.04.2017-ci il tarixdə Y166 saylı protokol tərtib edilmiş, iddiaçıya məxsus mübahisəli torpaq sahəsi Cavabdeh2 1.000 manata satılmışdır. 27.02.2017-ci il tarixli “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat” əsasında Cavabdeh3 sifariş məktubu ilə “xxxx” MMC tərəfindən torpaq sahəsinin qiymətinin 1.000 manat təşkil etdiyi müəyyən edilmişdir. “Smart Ekspress” daşınma xidmətinin 010205 saylı və “Caspian Express Service” sürətli poçt xidmətinin 053623 saylı qaimələri ilə təsdiq olunur ki, təşkilatçı “xxxx” MMC hərracın keçirilməsinin vaxtını və yeri barədə məlumat verilməsinə dair 10.03.2017-ci il və 31.03.2017-ci il tarixli bildirişlərin iddiaçıya göndərilməsin i təmin etmişdir. “Birja” qəzetinin 10-16 mart 2017-ci il tarixli 54 saylı və 31 mart 2017-ci il tarixli 56 saylı nüsxələrindən görünür ki, qəzetin həmin saylarında mübahisəli torpaq sahəsinə dair 12.04.2017-ci il tarixdə saat 11:00-da hərrac keçirilməsi və ilkin satış qiymətinin 1.000 manat olması, habelə digər zəruri məlumatlar dərc edilmişdir. “xxxx” MMC-nin 08.01.2018-ci il tarixli ekspert rəyindən görünür ki, mübahisəli torpaq sahəsinin 08.01.2018-ci il tarixinə bazar dəyəri 1.000 manat təşkil edir. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən gəldiyi qənaəti aşağıdakı kimi əsaslandırmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə görə, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Mülki Məcəllənin 416-cı maddəsinin mənasına görə, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsi nə görə, borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyət haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur (maddə 51.1.). Qiymətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərclər bərabər həcmdə tərəflərin üzərinə qoyulur (maddə 51.2.). “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Həmin Qanunun 8-ci maddəsinə əsasən, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Qanunun 9-cu maddəsinə əsasən, qiymətləndirici dövlət və kommersiya sirləri istisna olunmaqla, qiymətləndirməni həyata keçirmək üçün zəruri hesab etdiyi hər cür məlumatı yazılı və ya şifahi formada üçüncü şəxslərdən almaq hüququna malikdir. Apellyasiya instasniyası məhkəməsi hesab etmişdir ki, hərracın keçirilməsi barədə qəzetdə elanların ve rilməsi iddiaçının hərracın keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumatlı olmasını deməyə əsas vermək üçün kifayətdir. İddiaçının bu barədə bildirişi şəxsən qəbul etməməsi hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi üçün səbəb ola bilməz. Çünki iddiaçıya bildirişlərin çatdırılmaması cavabdehlərin təqsiri üzündən baş verməmişdir. Digər tərəfdən əmlakın dəyərinin 1.000 manat təşkil etməsi iş üzrə verilmiş ekspert rəyi ilə öz təsdiqini tapmışdır. İddiaçı bu kimi qiymətin həqiqətə uyğun olmadığını təsdiq edə biləcək sübutları (məsələn: daşınmaz əmlakın alğı-satqısı ilə məşğul olan firmaların və ya sahibkarların müvafiq arayışını) Rayon Məhkəməsinə təqdim etməmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.11.2018-ci il tarixli, 2(103)-11282/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar