Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4773/2023 26.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Rəhimcanoviçin cavabdeh X10rşı (14 saylı notariat kontoru maraqlı şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: nəvələrin və nəticələrin qanun üzrə vərəsə sayılması şərtləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Rəhimcanoviçin cavabdeh X10rşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması və vərəsə kimi tanınma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3566/202 3 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Hazırki mübahisə İddiaçı 23 aprel 1997-ci il tarixdə ölmüş nənəsi Anna Zakirovadan miras qalmış mənzilə vərəsə kimi pay hüququnun tanınması ilə bağlıdır.
2. Belə ki, Bakı şəhəri Tbilisi prospekti 66 saylı evin 43 saylı mənzili üzərində X19 xüsusi mülkiyyət hüquqi xx.xx.1994-cü il tarixdə qeydiyyata alınmışdır.
3. X26 19 mart 1997-ci il tarixdə verdiyi, Bakı şəhəri 14 saylı Notaruat kontorunda təqsdiqlənmiş vəsiyyətnamə ilə Bakı şəhəri, Tbilisi prospekti, 66 saylı evin 43 saylı mənzili oğlu X18 vəsiyyət etmişdir.
4. X26 23 aprel 1997-ci il tarixdə vəfat etmişdir.
5. Bakı şəhəri Nəsimi Rayo n Məhkəməsinin 06 yanvar 2010-cu il tarixli, 2(006)132/2010 saylı qətnaməsi ilə ərizəçi İddiaçı Rəhimcan oğlunun tələbi təmin edilərək, atası - X11 ölmüş elan edilməsi, qətnamənin qanuni qüvvəyə mindiyi günün X11 ölüm günü sayılması qət edilmişdir.
6. Lakin X22 gəldiyinə görə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 2(006)- 132/2010 saylı qətnaməsi ilə X14 nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş ərizə təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 yanvar 2010-cu il tarixli 2(006)-132/2010 saylı qətnaməsi ləğv edilmişdir. Qətnamədə həmçinin göstərilmişdir ki, hazırkı qətnamə əmlakın idarə edilməsinin ləğvi üçün və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında X11 ölməsi barədə qeydin ləğv edilməsi üçün əsasdır. Həmin iş üzrə ərizəçi İddiaçı Rəhimcan oğlu tərəfindən verilmiş apelyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 aprel 2022-ci il tarixli, 2(103)-2944/2022 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 11 oktyabr 2022-ci il tarixli, 2(102)-5136/2022 saylı qərarı ilə təmin edilməmişdir.
7. Bakı şəhəri 14 saylı notariat kontoru tərəfindən X18 21 fevral 2020-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Şəhadətnaməyə görə, xx.xx.1997-ci ildə vəfat etmiş X20 miras qalmış Bakı şəhəri Nəsimi rayonu Tbilisi prospekti 66 saylı evin 43 saylı mənzildən 19 mart 1997-ci il tarixdə verilmiş vəsiyyətnaməyə uyğun olaraq X22 tam pay almalıdır.
8. Həmin mənzil üzərində X14 mülkyyət hüququ daşınmaz əmlakın dö vlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı Rəhimcanoviç cavabdeh X10rşı (14 saylı notariat kontoru maraqlı şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun miras əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə faktik başladığını və bununla da mirası qəbul etdiyini nəzərə alaraq, X19 ölümündən sonra ondan qalan miras paya vərəsə kimi tanınmasına və cavabdehin adına verilmiş vərəsəlik haqqında şəhadətnamənin və pasport qeydiyyatının etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Rəhimcan Şərifoviçin adına verilmiş vərəsəli k haqqında şəhadətnamənin və onunla bağlı mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməklə ləğv olunması, nənəsi X7mış mirası qəbul etdiyindən iddiaçının həmin mənzilə dair vərəsə tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 66 saylı evin, 43 saylı mənzilinin mülkiyyətçisi 1994-cü ildən iddiaçının nənəsi Anna Zakirova olmuşdur. İddiaçı bu evdə doğulmuş, valideynləri bu evdə yaşamışdır. Atası anasından boşandıqdan sonra evdən çıxıb getmiş və Rusiyada başqa qadınla evlənmişdir. Bir müddət sonra bilmişdir ki, atası yoxa çıxıb və sonuncudan xəbər yoxdur. Buna görə də iddiaçı Bakıda atasının xəbərsiz itkin düşməsi və ölüm faktını müəyyən etmiş, atasının adına ölüm haqqında şəhadət namə almışdır. İddiaçı anası ilə bu evdə yaşamaqda davam edirlər. Cavabdeh 1997-ci ilin mart ayının 5-dən Rusiya vətəndaşlığını qəbul etmiş, orada pasport qeydiyyatında olmuşdur. Sadəcə anası savadsızlığına görə atasını bu evdən pasport qeydiyyatından çıxarmamışdır. Nənəsi xəstə olarkən ona iddiaçı və anası baxmış, vəfat edəndə onlar dəfn etmişlər. Nənəsi öləndən sonra iddiaçı miras əmlakı faktiki qəbul edib idarə etmiş, sonradan isə evdə iddiaçının anası qalmışdır. Hazırda atası peyda olmuş və üstündən 30 il keçəndən sonra gəlib vərəsəlik açdırıb nənəsindən qalan mirasa sahib çıxmaq istəyir, 14 saylı notariat kontoru da ona bu işdə köməklik edir. Hazırda atasına vərəsəlik haqqında şəhadətnamə də verilmişdir. Lakin notariat kontoru bu haqda ona məlumat vermir. Atası mirası faktiki qəbul et məmiş, nənəsi ölən vaxt Rusiyada yaşamış və nənəsinin ölümündən sonra da Azərbaycana gəlməmişdir. Həmin vaxt da atası Rusiya vətəndaşı olmuşdur. Bu müddət ərzində atası Bakıda olmamış, miras əmlakın qəbulu ilə əlaqədar heç bir yerə müraciət etməmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarına əsasən atası susmuş və susması nəticəsində miras əmlak iddiaçıya keçmişdir. Belə ki, nənəsi öləndən sonra miras əmlakı iddiaçı 6 ay ərzində faktiki qəbul etmiş və idarə etmişdir. Bu səbəbdən də atasına verilmiş vərəsəlik haqda şəhadətnamə etibarsız sayılmalıdır və iddiaçı vərəsə hesab edilərək, nənəsindən qalan miras evə dair onun adına şəhadətnamə verilməlidir.
12. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, Nümayəndə3 X15 1984-cü ildə nikahı rəsmiləşdirər ək evlənmiş və Bakı şəhəri Moskva (əvvəl Tbilisi) prospekti 66 saylı evin, 43 saylı mənzilinə köçmüşdür. Nümayəndə3 bugünədək orada yaşay ır. Onlarln nikahından iki övladı - xx.xx.1984-cü il təvəllüdlü X4 və xx.xx.1988-ci il təvəllüdlü İddiaçı Rəhimcanoviç anadan olmuşlar. Nəsimi Rayon Məhkəməsinin 2-337 nömrəli, 23 mart 1995-ci il tarixli qətnaməsi ilə Nümayəndə3 əri Rəhimcan Zakirova və onun anası X13rşı iddiası təmin olunaraq, onun Bakı şəhəri, Tbilisi prospekti 66 saylı evin, 43 saylı mənzilinə hüququ tanınmışdır. xx.xx.1995-ci ildə Rəhimcan və Maina Zakirovlar arasında olan nikah pozulmuşdur. Vətəndaşların vəziyyəti aktlarında X11 2010-cu ildə ölüm haqqında qeydin elektron ümumi informativ bazasında mövcud olmasına baxmayaraq, xx.xx.2020-ci ildə ölmüş atasının adından məlum olmayan şə xs(lər) sənədləri saxtalaşdıraraq və təqdim edərək həmin mənzilə dair ölmüş atasının adına Bakı şəhəri 14 saylı notariat kontorundan vərəsəlik haqqında şəhadətnamə alıb DƏDRX-ə təqdim etməklə, ölmüşün adına mülkiyyət hüququ haqqında şəhadətnamə almış və məhkəmədə anası X8rşı istifadə hüququna xitam verilməsi haqqında iddia vermişdir. Vərəsəlik işində cavabdehin xx.xx.2020-ci il tarixdə notariat ofisinə müraciəti haqqında ərizəsi qeydə alınmışdır. İcraatın başlanması və qurtarması həmin tarixdə qeyd olunur. Yəni bir gündə notariusa X14 Rusiya Federasiyasının vətəndaşı olması barədə xx.xx.2020 tarixli pasport təqdim olunmuş, xx.xx.2020-ci tarixdə X14 adına mənzilə dair ********** nömrəli mülkiyyət haqqında çıxarış qeydə alınır. Cavabdeh anası Anna Zakirova öz oğul borcunu yerinə yetirməmiş, ona qulluq etməmiş, ölümündən sonra onu dəfn etməmiş, xərclərini çəkməmişdir.
13. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, cavabdehin ölmüş hesab edilməsinə dair qətnamə ləğv edilmişdir. Rəhimcan Zakirov anası rəhmətə gedəndən 2-3 gün sonra Bakı şəhərinə gəlmiş, anasının yas mərasimində iştirak etmişdir. Rəhimcan Zakirovun ikinci nikahından olan övladı xəstə olduğundan, onun vərəsəlik işləri ilə maraqlanmağa vaxtı olmadığından, cavabdeh vərəsəlik işləri ilə gec məşğul olmuşdur. İddiaçının bu iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Belə ki, miras qoyan X9 Zakirov sağdır və anasının birinci növbə vərəsəsidir. Cavabdeh anasının ölməsi barədə məlumatı dostu X27 vermişdir. Onun dostu anasının dəfn xərclərini çəkmişdir. Cavabdeh anas ı rəhmətə gedəndən sonra anasının yas mərasimində iştirak etmək üçün təyyarə ilə gəlməli idi. Həmin dövrdə təyyarələr həftədə iki dəfə 2-ci və 5-ci günlər uçduğu üçün gec gəlmək məcburiyyətində qalmışdır. O, gəldikdən sonra dostunun anasının dəfn işlərinə çəkdiyi 600 dollar xərci ona geri qaytarmışdır. Həmçinin Cavabdeh anasının dəfn vəsiqəsini də almışdır. 1996-cı il tarixə kimi Cavabdeh Bakı şəhərində yaşamışdır. Nümayəndə3 ilə Cavabdeh arasında nikah pozulduğu üçün Cavabdeh övladları üçün aliment ödəmişdir. O, yenidən ailə həyatı qurduqdan sonra 1 il Bakı şəhərində yaşamış və ondan övladlarının saxlanılması üçün daim aliment tutulmuşdur. Onun ikinci nikahdan olan uşağı xəstədir. Köhnə qanunvericiliyə əsasən himayəsində xəstə uşağı olan şəxsə pay da çatır. İddiaçı tərəf qeyd edir ki, c avabdeh Bakı şəhərində olmamışdır. Əgər cavabdeh Bakı şəhərində olmamışdırsa, anasının dəfn vəsiqəsini necə əldə etmişdir?
14. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X6 ifadəsində bildirmişdir ki, Maina xanımın yoldaşını onların uşaqları birinci sinfə gedərkən 01 sentyabr 1995-ci il tarixdə görmüşdür. Belə ki, uşaqlar birinci sinfə başlamamışdan öncə onlar üçün nəzərdə tutulmuş cərgədə dayanmışlar və elə orada da Rəhimcanı 5-10 dəqiqəlik müddət ərzində görmüşdür. Uşaqların valideynləri olaraq onunla Maina xanım arasında yaxın dost münasibətləri yaranmışdır. Lakin uşaqların nənəsi xəstə olduğu zaman və sonradan vəfat etdikdə heç kim Rəhimcanı görməmişdir. Ola bilər ki, Rəhimcanı bir dəfə gördüyünə görə sonradan onu görüb tanımasın. Maina xanımın qayınanasını dəfn edərkən köməklik ols un deyə müəyyən miqdarda pul yığıb ona vermişlər. Hətta mərhumə Anna xanım öldüyü gün onlarda qalmışdır.
15. Şahid ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti ünvanında yerləşən 66 saylı evin 45 saylı mənzilində uzun müddət yaşamışdır. Həmin evi 1998-ci ildə almışlar. O vaxtadək isə elə həmin evdə kirayədə yaşamışlar. İndi isə orada oğlu yaşayır. Maina xanımı qeyd etdiyi evdə kirayə qaldıqları vaxtdan, yəni 1996-cı il tarixdən etibarən tanıyır, onunla üzbəüz qonşu olmuşlar. Maina xanım həmin evdə uşaqları ilə tək yaşayırdı. İki uşaqdan başqa onunla qohumlarının və yaxud kiminsə yaşadığını görməmişdir. Üç ildir ki, o evdən çıxmışdır. Həmin vaxta kimi isə orada yaşamışdır. Qayınanasını Maina xanım dəfn etmişdir. Onlar da qonşuları olaraq az miqdarda pul yığıb ona köməklik etmişlər.
16. Bakı şəhəri 14 saylı notariat ofisinin 25 noyabr 2022-ci il tarixli 4653 saylı məktubunda qeyd olunur ki, birinci növbəli vərəsə Rəhimcan Zakirovun miras əmlakın qəbul edilməsi ilə bağlı 21 fevral 2020-ci il tarixli ərizəsinə əsasən V-23/2020 nömrəsi ilə qeydə alınaraq, həmin tarixdə vərəsəliyin uçotu kitabında miras qoyan Anna Zakirovanın adına vərəsəlik işi açılmışdır. Həmin tarixdə notariat kontoru tərəfindən 2V-43 reyestr nömrəsi ilə qeydə alınaraq, Anna Zakirovadan miras qalmış Bakı şəhəri Nəsimi rayonu Tbilisi prospekti 66 saylı binada yerləşən 43 nömrəli mənzilə dair tam payda Rəhimcan Zakirovun adına vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 19 mart 1997-ci il tarixdə, 2V-28 reyestr nömrəsi ilə qeydə alınaraq, Bakı şəhəri 14 say lı dövlət notariat kontoru tərəfindən rəsmiləşdirilmiş Anna Zakirovaya aid vəsiyyətnamə 5 iyun 1998-ci il tarixdə Rəhimcan Zakirovun müraciəti əsasında, həmin dövlət notariat kontorunun dövlət notariusu Tariyel Əzizli tərəfindən vəsiyyətnamənin qüvvədə olması barədə müvafiq qeydiyyat aparılmışdır. Qeyd edilən qanunvericiliyin tələblərinə əsasən, miras qoyanın axırıncı daimi yaşayış yerini, həmçinin, vərəsələrin dairəsini və vərəsənin miras əmlakı faktiki qəbul edib etməməsini müəyyən etmək ücün ərazi üzrə 23 saylı MİSdən arayış tələb edilmişdir. 106 nömrə ilə qeydə alınaraq 18 fevral 2020-ci il tarixdə 23 saylı MİS-dən verilmiş arayışa əsasən, miras qoyan Anna Zakirovanın, vərəsə Rəhimcan Zakirov ilə birgə, miras əmlakda qeydiyyatda olması qeyd edilmişdir. Eyni zamanda Rəhimcan Zakirovun, 28 aprel 1997-ci il tarixdə, qeyd edilən miras əmlakdan qeydiyyatdan çıxması da arayışda öz əksini tapmışdır. Bu hal ilə Rəhimcan Zakirovun miras əmlakı faktiki qəbul etməsini şəksiz nümayiş etdirmişdir. Bu səbəbdən də 21 fevral 2020-ci ildə notariat kontoru tərəfindən 2V-43 reyestr nömrəsilə qeydə alınaraq, Anna Zakirovadan miras qalmış Bakı şəhəri Nəsimi rayonu Tbilisi prospekti 66 saylı binada yerləşən 43 nömrəli mənzilə dair, tam payda Rəhimcan Zakirovun adına vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Miras acılan zaman qeydiyyatda olan digər şəxslərin məcburi pay hüquqları olmadığından, Rəhimcan Zakirova vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilən zaman onlar nəzərə alınmamışlar.
17. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 23 dekabr 2022-ci il tarixli, 2(006)-134/2022 saylı qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia tələbi təmin edilməmiş və ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
18. Məhkəmə müəyyən etmişdir ki, X15 Nümayəndə3 arasında 1984-cü ildə nikah bağlanmış, bu nikahdan tərəflərin 1984-cü il tarixdə X12 və 1988-ci il tarixdə İddiaçı Şərifoviç adlı iki övladı dünyaya gəlmişdir. Tərəflər arasında nikah bağlandıqdan sonra onlar X14 anası X23 məxsus Bakı şəhəri Nəsimi rayonu Tbilisi (Moskva) prospekti 66 saylı evin, 43 saylı mənzilində yaşamışlar. 1995-ci ildə onların arasında olan nikah pozulmuşdur. X24 ikinci dəfə ailə həyatı qurmuş və bir müddət sonra Azərbaycan Respublikası hüdudlarını tərk edərək, Rusiya Federasiyasına köçmüşdür. Cava bdehin anası Anna Zakirova 19 mart 1997-ci il tarixdə notariat kontoruna müraciət edərək, özünə məxsus Bakı şəhəri Nəsimi rayonu Tbilisi (Moskva) prospekti 66 saylı evin, 43 saylı mənzilini oğlu Rəhimcan Zakirova vəsiyyət etmiş, 1997-ci ilin 24 aprel tarixində vəfat etmişdir. Vəsiyyətnamənin tərtib edilməsi, vəsiyyətnamədə mübahisəli daşınmaz əmlakın kimə vəsiyyət edildiyinə dair məlumatın açıq-aydın şəkildə qeyd edilməsi, vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi və bu kimi digər hallar iddiaçıda narazılıq doğurmuş və bu narazılıqlar əsasında iddiaçı məhkəməyə müraciət etməklə, qeyd edilən şəhadətnamənin etibarsız sayılmasını və özünün vərəsə kimi tanınmasını tələb etmişdir. Tələbini isə mərhumə nənəsinə onun vəfat etməmişdən öncə anası ilə birlikdə qayğısına qa lması, ona qulluq etməsi, vəfat etdikdən sonra dəfn xərclərini anası tərəfindən çəkilməsi, atasının isə anasının dəfnində iştirak etməməsi, atasının miras əmlakı qəbul etməsinə dair hər hansı bir cəhd göstərməməsi, lakin özünün o evdə yaşamaqla, faktiki olaraq mirası qəbul etməsini nümayiş etdirməsi və s. hallarla əsaslandırmışdır.
19. Məhkəmə hesab edib ki, mübahisəli hüquq münasibəti 1997-ci ildə baş verməklə (yaranmaqla), hazırki iddia tələbinə mülki prosessual qanunvericiliyin tələblərinə əsasən həmin dövr üçün qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin (xx.xx.1964cü il tarixində qəbul edilmiş, xx.xx.1965-ci il tarixində qüvvəyə minmiş, 01 sentyabr 2000-ci ilədək qüvvədə olan) normaları tətbiq edilməlidir.
20. Məhkəmə qeyd etmişdir ki, iddiaçı (1988-ci il təvəllüdlü) iddi a tələbində miras əmlakı faktiki olaraq qəbul etdiyini bildirsə də, nənəsi Anna Zakirova vəfat etdiyi dövrdə (1997-ci ildə) iddiaçı azyaşlı (9 yaş) olmuşdur. Digər tərəfdən o həm yetkinlik yaşına çatdıqdan sonra, həm də atasının ölmüş elan edilməsi barədə qətnamə qanuni qüvvəsini aldıqdan sonra belə aidiyyəti notariat orqanına müraciət etməmiş və onun miras əmlakı qəbul etməsinə dair hər hansı bir sənəd iş materiallarında mövcud deyildir.
21. Məhkəmə əlavə etmişdir ki, iddiaçı nənəsi vəfat etdikdən sonra atasının dəfn mərasiminə gəlməməsini, ümumiyyətlə Azərbaycan Respublikası ərazisində olmamasını qeyd etsə də, iş materiallarında (o cümlədən tələb edilmiş notariat işində) olan aşağıdakı sənədlərlə iddiaçının bu dəlilinin tam əksi sübuta yetirilmişdir: 1. 23 №li MKİS-nin 18 fevral 2020-ci il tarixli, 106 saylı arayışı; 2.19 mart 1997-ci il tarixli vəsiyyətnamə; 3.Bakı şəhəri 14 saylı Notariat Ofisinin 25 noyabr 2022-ci il tarixli 4653 saylı məktubu; 4. 24 aprel 1997ci il tarixində vəfat etmiş mərhumə X19 dəfninə dair vəsiqə.
22. İş materiallarında olan 23 №li MKİS-nin 18 fevral 2020-ci il tarixli, 106 saylı arayışı ilə müəyyən edilmişdir ki, cavabdeh X22 28 aprel 1997-ci il tarixədək Azərbaycan Respublikası ərazisində olmuş və anasına məxsus evdən yalnız 28 aprel 1997-ci il tarixində qeydiyyatdan çıxmışdır (anası rəhmətə getdikdən dörd gün sonra).
23. Məhkəmə həmçinin hesab etmişdir ki, X17 24 aprel 1997-ci il tarixində vəfat etmiş mərhumə anası X19 dəfninə dair vəsiqənin olması da cavabdehin daha öncədən Azərbaycan Respublikasının ərazisində olmasını şübhəsiz sübut edir. 1 9 mart 1997-ci il tarixli vəsiyyətnamənin üzərində 05 iyun 1998-ci il tarixində 14 saylı dövlət notariat kontorunun notariusu T.Əzizli tərəfindən müvafiq qeydlər aparılaraq, vəsiyyətnamənin qüvvədə olduğu açıq-aydın şəkildə qeyd edilmişdir. Bu hal məhkəməyə daxil olmuş Bakı şəhəri 14 saylı notariat ofisinin 25 noyabr 2022-ci il tarixli 4653 saylı məktubunda da öz təsdiqini tapmışdır.
24. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab etmişdir ki, cavabdeh anasının vəfatından sonra həqiqətən də ölkə ərazisində olmuş və miras əmlakı faktiki olaraq qəbul etmişdir. Lakin cavabdeh keçmiş həyat yoldaşı Nümayəndə3 ilə nikahları pozulduqdan sonra yenidən ailə həyatı qurduğu üçün yeni ailəsi ilə daimi yaşamaq üçün Rusiya Federasiyasına köçmüş, keçmiş həyat yoldaşına və birgə nikahdan olan u şaqlarına isə ona miras qalmış evdə müvəqqəti yaşamaq üçün şərait yaratmaqla, həmin evin qeydiyyatından 28 aprel 1997-ci il tarixdə çıxmış və Rusiya Federasiyasının Sankt Peterburq şəhərində qeydiyyata düşmüşdür.
25. Məhkəmə qeyd etmişdir ki, həmin dövr üçün qüvvədə olmuş Mülki Məcəllənin normalarından da göründüyü kimi, vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir.
26. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasınd a düşəsi hissəyə bərabər olan payı alırlar.
27. Məhkəmə qeyd etmişdir ki, X14 anası X2 üzrə birinci növbə vərəsəsi olması faktı digər növbədən olan şəxslərin vərəsə olmaq hüququnun yaranmasını istisna etmişdir. Belə olan halda, qanun üzrə birinci növbəli vərəsə (miras qoyanın övladı) X14 sağ olması, hazırkı iş üzrə nəvə İddiaçı Rəhimcanoviçin vərəsə olması faktını birmənalı şəkildə qeyrimümkün etmişdir.
28. Digər tərəfdən qanunvericilik hər bir vətəndaşın öz əmlakının hamısını və ya onun bir hissəsini (adi ev avadanlığı və məişət predmetləri istisna edilməməklə) qanun üzrə vərəsələr dairəsinə həm daxil olan və həm də daxil olmayan bir və ya bir neçə vətəndaşa, habelə dövlətə və ayrı-ayrı dövlət, kooperativ və sair ictimai təşkilatlara vəsiyyət üzrə verə biləcəyi hüququnu təsbit etmişdir. C avabdehin anası Anna Zakirova öz iradəsini açıq-aydın şəkildə ifadə etməklə, bu hüququndan oğlu Rəhimcan Zakirovun xeyrinə istifadə etmiş və qanunla yol verilən vəsiyyətnamənin tərtib edilməsi yolu ilə özünə məxsus daşınmaz əmlakı ona vəsiyyət etmişdir. Vəsiyyətnamədə hər hansı bir pozuntuya yol verilməmiş, əksinə həmin dövr üçün qüvvədə olan qanunvericiliyin tələblərinə zidd olmayan, yazılı formada vəsiyyətnamə tərtib edilmiş və vəsiyyətnamə notariat orqanı tərəfindən təsdiq edilmişdir.
29. Məhkəmə onu da qeyd etmişdir ki, vərəsəliyin əsas şərtlərindən biri də vərəsənin miras əmlakı qəbul etməsidir. İşin hallarından da göründüyü kimi, cavabdeh qanunun bu tələbinin də pozulmasına yol verməmiş, miras əmlakı öncə faktiki, daha sonra isə notariat orqanına müraciət etməklə qəbul etmiş (1998-ci ildə və 2020-ci ildə) və onun miras əmlakdan imtina etməsinə əsas ola biləcək hər hansı bir davranış nümayiş etdirməmişdir.
30. Məhkəmə iddiaçı tərəfin vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair dəlillərinə münasibətdə qeyd etmişdir ki, qüvvədə olmuş qanunvericilik qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsələrin, vərəsəlik açılan yerin notariat kontorundan, onların vərəsəlik hüququnu təsdiq edən şəhadətnamənin (vərəsəlik hüququ haqqında şəhadətnamənin) verilməsi ilə əlaqədar müraciət etmək hüquqlarını təsbit etmiş, cavabdeh isə öz növbəsində bu hüquqdan yararlanaraq, həmin şəhadətnamənin qanun çərçivəsində ona verilməsinə nail olmuşdur. Miras qoyan Anna Zakirovanın yalnız bir vərəsəsi - oğlu Rəhimcan Zakirov olmuş və 01 sentyabr 2000-ci ilədə k qüvvədə olmuş mülki qanunvericiliyin tələblərinə əsasən vərəsə məhkəməyə müraciət etmədən də miras əmlakı qəbul etmək hüququna malik olmuşdur.
31. Məhkəmə dindirilmiş şahid ifadələrinə münasibətdə qeyd etmişdir ki, həmin ifadələr sübut kimi qiymətləndirilə bilməz. Belə ki, qanunvericiliyə əsasən şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxil olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olmasıdır. Məhkəmə hesab etmişdir ki, iş üzrə şa hidlər X1 və Şahid iddiaçının anasının (iş üzrə isə iddiaçının nümayəndəsinin) rəfiqəsi, tanışı olması onların işin nəticəsində maraqlı olması ilə yanaşı ifadələri də işdə olan başqa hər hansı bir mötəbər sübut növləri ilə öz təsdiqini tapmamışdır.
32. Bundan başqa, məhkəmə hesab etmişdir ki, iddia vərəsə kimi tanınma hissəsində də əsaslı deyil. Belə ki, cavabdeh birinci növbə vərəsədir, vəsiyyətnamə üzrə mirasdan irs almalı olan yeganə şəxsdir. Birinci növbə vərəsənin sağ olması, digər növbə vərəsələrin mirası qəbul etməsini istisna etməklə yanaşı, mübahisəli hüquq münasibəti yaranan dövrdə qüvvədə olan qanunvericiliyə görə, digər şəxslərin miras əmlakdan məcburi pay hüququ nəzərdə tutulmamışdır və miras vəsiyyətnamə üzrə vərəsənin mülkiyyətinə tam şəkildə keçirdi.
33. Məhkəmə öz mövqeyin i 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527, 528, 529, 532, 533, 537, 538, 545, 552, 553, 554, 556, 561-ci maddələrinə, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinə, Azərbaycan Respublikası MPM-in 14.2, 88, 217.1, 218.1, 218.3, 220.4 və 217.3cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
34. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
35. Apellyasiya şikayəti iddia ərizəsində göstərilən hallara uyğun əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, 2010-cu ildə məhkəməyə müraciət etmiş iddiaçı atasının 1995-ci ildən ölüm faktını, həmçinin öz vərəsəlik hüququnu və mirası qəbul et məsini təsdiq etdirmişdir. xx.xx.2021-ci ildə Nəsimi Rayon Məhkəməsi tərəfindən bu qətnamənin ləğvi ilə Rəhimcan Zakirovun ancaq ölməsi faktı təkzib olunmuşdur. Cavabdeh sağ olması işin hallarına təsir etmir. Cavabdeh xəstə və qoca anası ilə yaşamamış, ona qulluq etməmiş, saxlanması və müalicəsi üçün vəsait xərcləməmiş, dəfnində iştirak etməmiş və 23 ildən sonra mirası əldə etmək üçün notariat orqanına müraciət etmişdir. xx.xx.2000-ci ildən qüvvədə olmuş Mülki Məcəlləsinin müddəaları Alekseyin vərəsəliyinə əsas olur.
36. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3566/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi) Fuad Abdıyev və Fərrux. Qasımov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsin in 23 dekabr 2022-ci il tarixli, 2(006)-134/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış və qeyd etmişdir ki, cavabdeh Rəhimcan Zakirov anası Anna Zakirovanın yeganə qanun üzrə birinci növbə vərəsəsidir və ondan başqa qanun üzrə birinci növbə vərəsə yoxdur. Onun sağ olması digər növbədən olan şəxslərin vərəsə olmaq hüququnun yaranmasını istisna edir. Hazırkı iş üzrə İddiaçı Rəhimcanoviç bir şərtlə qanun üzrə vərəsə ola bilər ki, miras açılarkən (xx.xx.1997-ci ildə) onun atası olan cavabdeh Rəhimcan Zakirov ölmüş olsun. Göründüyü kimi, bu hal baş verməmiş və cavabdeh Rəhimcan Zakirov sağdır. Yəni, yeganə birinci növbə vərəsə olan cavabdeh miras açılarkən həyatd a sağ olmasaydı, onda iddiaçı atası olan cavabdehə qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə olan payı ala bilərdi. Hazırkı halda onun bu hüququ yaranmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
38. İddiaçının nümayəndəsi Nümayəndə3 və vəkili Nümayəndə2 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
39. Kassasiya şikayəti iddia ərizəsinin və apelyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Rəhimcan Zakirovun xx.xx.1997ci il tarixdə deyil, xx.xx.1997-ci ildə Bakıdan çıxması və eyni gündə yəni xx.xx.1997-ci ildə Sankt-Peterburqda qeydiyyata alınması barədə sovet ittifaqı pasportunda qeydlər mövcudd ur. Məhkəmələr əsassız olaraq bu mühüm sübut növündən yan keçir. Rəhimcan Zakirova onun ölmüş elan olunması haqqında 10.02 2010-cu il tarixli qətnamə qüvvədə ola-ola, habelə miras açılandan 23 ildən sonra vəsiyyət üzrə vərəsəlik haqqında şəhadətnamə verilib. 1983-cü ildə vəfat etmiş Zakirov Rəhimcanın atası Şərifin dəfn vəsiqəsinə 23 ildən sonra 1997-ci ildə vəfat etmiş Anna Zakirovanın yazıları 2020-ci ildən sonra Rəhimcan Zakirov tərəfindən əlavə olunmuşdur. Bu isə cavabdeh tərəfindən yazılı sübutun saxtalaşdırılmasıdır. Cavabdehin anası Anna Zakirovanın xx.xx.1997-ci ildə vəfat etdikdə xx.xx.1997-ci ildə həmin mənzildə qeydiyyatda olması barədə məlumat həqiqətə uyğun deyil. İddiaçıya aid vəsiyyətnamədə 5 iyun 1998-ci il tarixdə Cavabdeh müraciəti əsasında həmin dövlət notariat kontorunu n dövlət notariusu Tariyel Əzizli tərəfindən vəsiyyətnamənin qüvvədə olması barədə müvafiq qeydiyyat aparılmısının əsası olmamışdır. Yəni həmin tarixdə Rəhimcan Zakirovun notariusa müraciəti və qeydə alınması barədə nə qeydlər, nə də ərizə mövcud deyil. Notariat işində Rəhimcan Zakirovun notariat ofisinə ilk dəfə 18 (21) fevral 2020-ci yazılı ərizəsi ilə müraciəti qeydə alınmış, icraat başlanmış və ona bir gündə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Bu hala da işə baxmış məhkəmə hüquqi qiymət verməmişdir.
40. Məhkəmənin istinad etdiyi 24 aprel 1997-ci il tarixində vəfat etmiş mərhumə X19 dəfninə dair vəsiqə ilə bağlı bildirir ki, bu sənəd Rəhimcan Zakirovun həmin tarixdə Bakıda olması və anasının dəfnində iştirak etməsi barədə nəticəyə gəlməyə əsas vermir. Həmin dəfn vəsiqəsi xx.xx.1 997-ci ildə Anna Zakirovanın ölümü ilə bağlı yox, 29.08 1983-cü ildə X25 ölümü və dəfni ilə bağlı verilmişdir. Bu vəsiqənin ikinci sağ tərəfinin yuxarı hissəsinin blank formatında çap olunmuş blankın üzərində rusça "Предоставлено повторное захоронение" qeyd olunur. Yəni tərcümədə "Təkrarən dəfn olunması (imkan, hüquq nəzərdə tutulur) verilir". Həmin qrafada yazının altında təkrar dəfn olunmasında qeydin aparılması üçün boş yer nəzərdə tutulur. Nəməlum şəxslərin nəməlum şəraitdə Anna Zakirovanın xx.xx.1997-ci ildə dəfn olunması barədə yazıları həmin dəfn vəsiqəsində icra etməsi müşahidə olunur. Lakin məhkəmənin fikrincə bu yazılar dəfn vəsiqəsində Rəhimcan Zakirovun Bakıda həmin tarixdə olmasına dəlalət edir. Məhkəmə bu dəlili yoxlamadan sübut kimi qəbul etmişdir. Halbuki, bu dəlil onun təq dim etdiyi sübutlarla təkzib olunur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
41. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsi
42. Maddə
527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir.
43. Maddə
528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmü ş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur.
44. Maddə
529. Vərəsəliyin açıldığı yer, miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir.
45. Maddə
532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar.
46. Maddə
533. Birinci növbə vərəsələr olmadıda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə, ölənin bacı-qardaşları, habelə onu həm ata, həm ana tərəfindən babası və nənəsi, ulu babası və ulu nənəsi olurlar. Miras qoyanın bacı və qardaşlarından hər hansı biri vərəsəlik açılana qədər ölərsə, qanun üzrə vərəsəlik əsasında onlara çatası pay bərabər hissədə onların uşaqlarına verilir.
47. Maddə
537. Hər bir vətəndaş öz əmlakının hamısını və ya onun bir hissəsini (adi ev avadanlığı və məişət predmetləri istisna edilməməklə) qanun üzrə vərəsələr dairəsinə həm daxil olan və həm də daxil olmayan bir və ya bir neçə vətəndaşa, habelə dövlətə və ayrı-ayrı dövlət, kooperativ və sair ictimai təşkilatlara vəsiyyə t üzrə verə bilər. Vəsiyyət edən, vəsiyyətnamədə qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vərəsəlik hüququndan məhrum edə bilər.
48. Maddə
545. Vəsiyyətnamə, onun tərtib edilmə yeri və vaxtı göstərilməklə yazılı formada tərtib edilməli, vəsiyyət edən tərəfindən imzalanmalı və notariatda təsdiq edilməlidir.
49. Maddə
552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr ol madığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.
50. Maddə
553. Mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də, miras qəbul oluna bilər. Bu hallarda, mirası qəbul etmək müddətini keçirmiş vərəsəyə, yalnız ona çatası, digər vərəsələr tərəfindən qəbul olunmuş və ya dövlətə verilib eyni ilə saxlanmış olan əmlak, habelə ona çatası əmlakın qalan hissəsinin satışından hasil olan pul vəsaitləri verilir.
51. Maddə
554. Qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsə, vərəsəlik aldıqdan sonra onu qəbul edənə qədər ölərsə, ona çatası miras payını almaq hüququ, onun vərəsələrinə keçir. Ölmüş vərəsənin həmin hüququ mirası qəbul etmək üçün qalan müddət ərzində, ümumi əsaslar üzrə, onun vərəsələri tərəfindən həyata keçirilə bilər. Müddətin qalan hissəsi üç aydan az olduqda, həmin müddət üç aya qədər uzadılır.
52. Maddə
556. Qanun üzrə və ya vəsiyyət üzrə vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlə tin və ya ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər. Vərəsə tərəfindən mirasdan imtina etməyin kimin xeyrinə olduğu göstərilməklə edilən imtina, mirası qəbul etməmək hallarında baş verən nəticələrə səbəb olur. Vərəsə, vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə ona şəhadətnamə verilməsinə dair ərizə verdikdə, mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir.
53. Maddə
561. Qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsələr, vərəsəlik açılan yerin notariat kontorundan, onların vərəsəlik hüququnu təsdiq edən şəhadətnamənin (vərəsəlik hüququ haqqında şəhadətnamənin) verilməs ini xahiş edə bilərlər. Miras əmlakı dövlətə keçdikdə də vərəsəlik hüququ haqqında şəhadətnamə həmin qaydada verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
56. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
57. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
58. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılma lıdır.
59. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
60. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
61. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 6
2. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
63. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilmə məlidir.
64. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
66. Belə ki, tərəflər arasında yaranmış mübahisə, qanun üzrə vərəsəlik hüquq münasibətlərindən irəli gəlir və Mülki Məcəllənin vərəsəlik hüququnu tənzimləyən normaları əsasında həll olunmalıdır.
67. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına əsasən çıxarılmalıdır.
68. Baxılan işdən görünür ki, miras qoyan X26 23 aprel 1997-ci il tarixdə vəfat etmişdir. Yəni vərəsəlik həmin tarixdə açılmışdır. Buna görə də ondan qalan mirasa olan hüquqlara aid mübahisəyə, vərəsəliyin açıldığı vaxt qüvvədə olmuş - 11 sentyabr 1964-cü il tarixli Qanunla qəbul edilmiş və 28 dekabr 1999-cu il tarixli 779-İQ saylı Qanunla qüvvədən düşmüş Mülki Məcəllənin normaları tərbiq edilməlidir. İşə baxmış məhkəmələr də iddianın həllinə həmin Mülki Məcəllə nin müddəalarını tətbiq etmişdir.
69. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh Rəhimcan Zakirov anası Anna Zakirovanın yeganə qanun üzrə birinci növbə vərəsəsidir və ondan başqa qanun üzrə birinci növbə vərəsə yoxdur. Onun sağ olması digər növbədən olan şəxslərin vərəsə olmaq hüququnun yaranmasını istisna edir. Hazırkı iş üzrə İddiaçı Rəhimcanoviç bir şərtlə qanun üzrə vərəsə ola bilər ki, miras açılarkən (xx.xx.1997-ci ildə) onun atası olan cavabdeh Rəhimcan Zakirov ölmüş olsun.
70. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə və əsaslandırması qanunidir.
71. Belə ki, istinad olunan, xx.xx.2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəllənin 532-ci maddəsinə görə qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar.
72. Nəzərə alınmalıdır ki, Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Maddənin məzmunundan göründüyü kimi, bu norma ilə iki mənafeyin hüquqi baxımdan qorunması konstitusion təmina t altına alınır. Birincisi, miras qoyana əmlakının ona yaxın olan şəxslərə qalacağına, ikincisi isə miras qoyandan qalan miras əmlaka onun yaxınlarının varis olmalarına hüquqi təminat verilir. Vərəsəlik hüququ mülkiyyətçinin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin ölümündən sonra onun iradəsinə uyğun olaraq müəyyən etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Mülki hüququn bu institutu vasitəsi ilə miras qoyanın, onun kreditorlarının, eləcə də vərəsələrinin mənafeyi qorunur, miras qoyanın əmlakın aqibəti ilə bağlı niyyətinin həyata keçirilməsinə şərait yaradılır, bununla da etibarlı və sağlam ailə münasibətlərinin qorunub inkişaf etdirilməsi təmin olunur. Qeyd olunan hallar həm şəxsiyyətin qorunması, hə m də ictimai mənafelərin təmin olunması məqsədinə xidmət etməklə, vərəsəlik hüquq qaydalarının məcburiliyini, yəni qanunverici tərəfindən müəyyən tənzimetmənin imperativliyini şərtləndirir.
73. Ailə üzvlərinin mənafeyinin üstünlüyü vərəsəlik hüququnun əsasında duran ailə təminatı prinsipindən irəli gəlir. Bu prinsip vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailənin təminatı məqsədilə yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Ailə-təminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu prinsip qanun üzrə vərəsəlik zamanı növbəlik, ir si transmissiya qaydalarında özünü göstərir və mirasın daha yaxın şəxslər dairəsinə çatmasına xidmət edir.
74. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Qanun üzrə vərəsə sayılan şəxslərin dairəsi və onların vərəsəliyə çağırılması növbəliyi qanunvericiliklə dəqiq müəyyən edilmişdir.
75. İstinad olunan Mülki Məcəllənin 532-ci maddəsində müəyyən olunan nəvə və nəticələrin vərəsəliyi, təmsiletmə hüququ üzrə vərəsəliyə əsaslanır. Təmsiletmə hüququ üzrə vərəsəlik dedikdə, açılmış vərəsəlik üzrə birinci növbədə vərəsə olmalı şəxs vəfat etdiyinə görə onun vərəsələrinin vərəsəliyə çağırılması başa düşülür. Təmsiletmə üzrə vərəsə, özünün ölmüş valideyninin yerinə və əvəzinə qanun üzrə vərəsə kimi tanınır. Təmsiletmə hüququ üzrə vərəsəlik üçün vacib şərt – miras açılan vaxtda vərəsənin sağ olmamasıdır. Başqa sözlə vərəsənin miras qoyandan əvvəl ölməsidir. Vərəsə sağ olduğu halda təmsiletmə üzrə vərəsəlik istisna ounur.
76. Baxılan işdə də miras qoyan Anna Zakirovanın birinci növbə vərəsəsi Rəhimcan Zakirov sağ olduğuna görə, onun övladının – İddiaçı vərəsəliyə çağırılması mümkünsüzdür.
77. İşin bu halı, yəni, Anna Zakirovanın vərəsəsi olan Cavabdeh sağ olması səbəbindən İddiaçı miras qoyanın vərəsəsi kimi subyektiv hüquqa malik olmaması iddianın rədd olunması üçün əsasdır və mirasın qəbul edilməsi ilə bağlı məsələnin araşdırılması zəruriliyini aradan qaldırır.
78. Kassatorun “Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 yanvar 2010-cu il tarixli, 2(006)-132/2010 saylı qətnam əsi ilə X11 ölmüş elan edildiyi halda ona 21 fevral 2020-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin qanunsuz olması” barədə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işin bu halı apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvinə əsas vermir.
79. X3 sağ olub gəldiyinə görə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 yanvar 2010-cu il tarixli, 2(006)-132/2010 saylı qətnaməsi həmin Məhkəmənin 02 dekabr 2021-ci il tarixli, 2(006)-132/2010 saylı qətnaməsi ilə ləğv edilmişdir.
80. Baqşa sözlə Rəhimcan Zakirova vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün hər hansı maneə yoxdur və kassatorun qeyd olunan dəlili formal əsasdır.
81. Kassasiya şikayətinin digər dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya inst ansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
82. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
83. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhb ər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3566/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir