Məhkəmə qərarları › İş №2(102)-4774/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4774/2020

14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4774/2020 14.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)4895/2020 saylı qətnaməsindən cavabdeh ləğv prosesində olan “xxxxxxxxx” ASC tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim C.C.Musayeva, iş № 2(006)-1764/2020) İddiaçı cavabdeh ləğv prosesində olan “xxxxxxxxx” ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilərək “xxxxxxxxx” ASC i lə İddiaçı arasında bağlanmış xx xxxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə borcunun olmaması barədə məlumatın “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə verilməsi vəzifəsinin cavabdehə həvalə olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: V.N.Sadıqov, R.Ə.Eyvazov və A.N.İmanov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: xx xxxx 2012-ci il tarixdə bankla İddiaçı arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı 12 ay müddətinə illik istifadə dərəcəsi 26 faiz olmaqla 3500 manat məbləğində kredit verilmişdir. 2018-ci ildə bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu İddiaçı kredit borcuna görə cəmi 8461.03 manatın tutulması barədə iddia qaldırmış, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia müddətinin ötürülməsi əsas göstərilməklə iddia tələbi rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 2020-ci ilin yanvar ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə ondan kredit müqaviləsi üzrə borcun tutulmasından imtina olunmasına baxmayaraq cavabdehin əsassız olaraq ondan həmin borcu tələb etməsini əsas göstərməklə cavabdeh tərəfindən ondan tələb olunan 8461.03 manat məbləğində borcun silinməsinə dair qə tnamə qəbul edilməsinni xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə cavabdeh kassasiya şikayəti verərək iddiaçının banka ödənilməmiş 8461.03 manat məbləğində borcunun olmasını və belə vəziyyətdə borcun silinməsinin qanunsuz olmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsəl ələr: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin müəyyən olunmuş hallarından görünür ki, mübahisə predmeti olan 8461,03 manat məbləğində kredit borcunun İddiaçı bankın ləğvedicisinin xeyrinə tutulması məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə rədd olunmasına baxmayaraq işin 11ci səhifəsində olan xxxxxxxxxxxxxxxxxxxxxxxxndan Çıxarışdan görünür ki, həmin borc məbləği indiyə kimi İddiaçı şəxsi məluma tlarında saxlanılmışdır. Həmin borcun İddiaçı gələcəkdə tələb edilməsinə və tutulmasına bankın hüquqi əsası qalmadığından, kollegiya hesab edir ki, həmin məbləğin borc kimi borcalanın aktiv öhdəliklərində saxlanılması əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Kassasiya kollegiyası hesab edir ki, hazırkı vəziyyətdə borclu İddiaçı bank qarşısında icra edilməmiş öhdəliyi qalmadığından, iddianın təmin edilməsi əsaslı olmuşdur. Göstərilənlərlə əlaqədar kollegiya apelyasiya inst ansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilib iddianın rədd olunması üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar