Məhkəmə qərarları › İş №2(102)-4777/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4777/2021

25.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4777/2021 25.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, X17, İddiaçı6, X8, X11 və X1 cavabdehlər X37 oğluna və Cavabdeh4na, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X18 və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi qarşı “miras paya qanun üzrə vərəsə kimi tanınması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mirasın qəbul edilməsi, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliye va Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı2 vəkili X22 oğlunun, İddiaçı3 iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 mart 2021-ci il tarixli, 2(104)857/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçılar, cavabdeh və üçüncü şəxs bacı-qardaşdırlar. Tərtər rayon Aqrar İslahat Komissiyasının 12 aprel 2001-ci il tarixli, 02 nömrəli qərarı ilə Tərtər rayonunun Sarov kəndində 2,92 ha torpaq sahəsi X19, X3, X20, X12, İddiaçı1 və X21 mülkiyyətinə verilmişdir. Tərəflərin atası X32 18 avqust 2014-cü il tarixdə, anaları X9 24 iyul 2014-cü il tarixdə vəfat etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, X33, İddiaçı6, X13, Cavabdeh2 və X4 cavabdehlər X37 oğluna və Cavabdeh4na qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Torpağa mülkiyyət hüququna dair JN 0221 kod 61109005 nömrəli dövlət aktında nəzərdə tutulan Tərtər rayonunun Sarov kəndi ərazisində yerləşən 2,92 ha torpaq sahəsinin ataları X23 və anaları X5 məxsus hissəsinə miras paya qanun üzrə vərəsə kimi tanınmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, Tərtər rayonunun Sarov kəndi ərazisində yerləşən 2,92 ha torpaq sahəsi İ ddiaçı2 tərəfindən əkilib becərilmiş və torpaq sahəsinə dair bütün vergilər ödənilmişdir. Cuquyev X26 Rayon Məhkəməsində iddia verərək, ataanalarına və ailə üzvlərinə verilmiş torpağa qanun üzrə vərəsə kimi tanınmasını xahiş etmiş, Tərtər Rayon Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli qətnaməsi ilə torpağa mülkiyyət hüququna dair JN 0221 kod 61109005 nömrəli Dövlət Aktında nəzərdə tutulan Tərtər rayonunun Sarov kəndi ərazisində yerləşən 2,92 ha torpaq sahəsinin X24, X6 və X37 oğluna aid hissəsinin, yəni 3/6 pay hissəsinin ayrılaraq X37 oğluna verilməsi qət olunmuşdur. Bərdə Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli, 2(021)-1235/2020 nömrəli qətnaməsi ilə (hakim Q.M.Əbilov) iddia təmin edilərək, Torpağa mülkiyyət hüququna dair JN 0221 kod 61109005 nömrəli dövlət aktında nəzərdə tutulan Tərtər rayonunun Sarov kəndi ərazisində yerləşən 2,92 ha torpaq sahəsinin ataları X32 və anaları X5 məxsus hissəsinə miras paya İddiaçı2, İddiaçı3, İddiaçı4, X17, İddiaçı6, İddiaçı7, Cavabdeh2, İddiaçı8 və X14 qanun üzrə vərəsə kimi tanınmaları qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29cu maddələrinə, Mülki Məcəlləsinin 152.1, 1133.1, 1133.2, 1134.1, 1151.1, 1159.1.1, 1243.2, 1274, 1276-cı maddələrinə, Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə istinad edərək qeyd etmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin 20 fevral 2020-ci il tarixli qətnaməsi ilə Tərtər Rayon Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv olunmuş və yeni qətnamə qəbul olunaraq iddia rədd edilmişdir. Apellyasiya məhkəməsi qətnamədə göstərmişdir ki, X2 4 və X7 məxsus payların vərəsəlik qaydasında Səyavuşa keçməsi müəyyən edilmədiyindən və iddiaçının bu barədə vərəsəlik şəhadətnaməsi olmadan payların ayrılaraq Səyavuşa verilməsi digər birinci növbə vərəsələrin mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. Həmçinin həmin qətnamədə qeyd edilmişdir ki, X12 atası, anası və özünə məxsus pay torpağında bölgü aparılması və cavabdehin ona məxsus pay torpağından məcburi qaydada çıxarılmasını xahiş etmiş, lakin birinci instansiya məhkəməsi öz qətnaməsində mirası qəbul etməsi, digər vərəsələrin isə mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət etməmələri və mirası qəbul etmək müddətinin ötürülmələri göstərilmişdir. Halbuki, həmin halların araşdırılması iddianın predmeti olmamış və işdə belə tələb olmamışdır. Birinci instansiya məhkəm əsi qeyd etmişdir ki, iddiaçılar miras əmlakı faktiki qəbul və idarə etdiyi üçün onların vərəsəlik hüququ tanınmalıdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, baxmayaraq ki, məhkəmə tərəfindən üçüncü şəxs qismində cəlb olunmuş X30 məhkəməyə müraciət etməmiş, onun da vərəsəlik hüququ tanınmalıdır. Belə ki, məhkəmə qətnaməsi ilə ona münasibətdə miras payı açıq saxlanıla bilməz. X2 ona düşən paydan ya imtina, yada qəbul ilə bağlı notariat orqanına müraciət etmək hüququ vardır. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh X37 oğlu apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli, 2(021)-1235/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 03 mart 2021-c i il tarixli, 2(104)-857/2021 nömrəli qətnaməsi ilə (hakim Ş.Q.Rzaquliyevin sədrliyi və məruzəsi ilə, hakimlər R.Z.Mamedovdan və A.H.Hüseynzadədən ibarət tərkibdə) cavabdeh X37 oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli, 2(021)-1235/2020 nömrəli qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilməklə, iddianın qismən təmin edilməsi, torpağa mülkiyyət hüququna dair JN 0221 kod 61109005 saylı dövlət aktında nəzərdə tutulan Tərtər rayonunun Sarov kəndi ərazisində yerləşən 2,92 ha torpaq sahəsinin ataları X32 və anaları X5 məxsus hissəsindən ibarət miras əmlaka İddiaçı2, İddiaçı3, İddiaçı4, X17, İddiaçı6, X8, X11, X1, X14 və X37 oğlunun qanun üzrə vərəsə kimi tanınmaları qət edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi göstərmişdir ki, cavabdeh X37 oğlunun atasından və anasından qalmış mirası faktiki qəbul etməsi məhkəmə iclasında araşdırılmış sübutlarla, eləcə də iş materialları ilə təsdiq olunmuşdur. İddiaçıların məhkəmə kollegiyasının iclasında verdiyi izahatlardan da göründüyü kimi valideynlərinin ölümündən sonra qalmış evdə hazırkı vaxtadək cavabdeh X37 oğlu yaşayır. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 1145, 1159.1, 1243.1, 1243.2, 1243.3, 1246-cı maddələrinə istinad etməklə göstərmişdir ki, X10 24 iyul 2014-cü ildə, X34 isə 18 avqust 2014-cü ildə ölmüş, onların ölümündən sonra qalmış mirasa vərəsəlik açılmış, onların ölümündən sonra sağ qalmış övladlarının hamısı iddiaçılar tərəfindən mübahisələndirilən Tərtər rayonunun Sarov kən dində yerləşən kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulan 2,92 ha torpaq sahəsindən ibarət mirası faktiki qəbul etmişlər. Belə olan halda birinci instansiya məhkəməsinin valideynlərinin ölümündən sonra qalmış mübahisələndirilən torpaq sahəsinin onlara çatan hissəsindən ibarət mirası yalnız iddiaçıların və üçüncü şəxs Mürşüd Cuquyevin qəbul etməsinə dair gəldiyi nəticəni əsassızdır. Təqdim olunmuş Tərtər rayonunun Sarov Bələdiyyəsinin və Tərtər rayon İcra Hakimiyyəti başçısının Sarov kənd İnzibati ərazi nümayəndəliyinin arayışlarından görünür ki, X19 adına olan torpaq sahəsinə görə sadələşdirilmiş vergiləri 2016-cı ildən 2019-cu ilədək İddiaçı2 ödəmiş, X19 adına olan 2,92 ha torpaq sahəsinə görə dövlət tərəfindən verilən subsidiyaları 2015-ci ildən 2019-cu ilədək X25 almı şdır. Qeyd olunanlar, həmçinin cavabdehin valideynlərindən qalmış evdə yaşaması, yəni mirası faktiki idarə etməsi onların valideynlərindən qalmış mübahisələndirilən Tərtər rayonunun Sarov kəndində yerləşən kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulan 2,92 ha torpaq sahəsindəki paylarından ibarət mirası faktiki qəbul etmələrini təsdiq edir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin valideynləri tərəfindən onlara məxsus əmlakın cavabdeh X15 bağışlanmasına dair dəlilini əsassız saymışdır. Məhkəmə Mülki Məcəllənin 666.1, 668.1, 668.1.1-668.1.5-ci maddələrini əsas götürməklə qeyd etmişdir ki, cavabdeh valideynləri tərəfindən onlara məxsus daşınmaz əmlakın ona bağışlandığını bildirsə də, məhkəməyə həmin xüsusatı təsdiq edən mötəbər sübut, yəni notariat qaydasınd a təsdiq olunmuş müqavilə təqdim etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh X37 oğlu kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(104)-857/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən işin hallarına düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. Mübahisələndirilən torpaq sahəsindən ibarət miras əmlaka iddiaçıların qanun üzrə vərəsəlik hüquqlarının tanınması əsassızdır. Belə ki, iddiaçıların mirası qəbul etmələrinə dair heç bir sübut verilməmiş, mirası cavabdeh özü qəbul edərək idarə etmiş, sonra isə vərəsəliyinin rəsmiləşdirilməsi üçün notariat kontoruna müraciət etmişdir. İddiaçılar mirası notariat orqanına ərizə verməklə və ya mirası faktiki qəbul edib idarə etməklə qəbul etməmiş və bununla bağlı qanunla müəyyən olunan müddət üzrsüz olaraq ötürülmüşdür. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı əsaslandırılmış etiraz daxil olmamışdır. İddiaçı X33 məhkəməyə teleqram ünvanlayaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı2 vəkili X22 oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməs inin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında İddiaçı3 vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-in 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, digər iddiaçılar, cavabdeh və üçüncü şəxslər vəkillərinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya in stansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilsə də, iddiaçılar tərəfindən mübahisələndirilməmişdir. Cavabdeh hazırki kassasiya şikayətində iddianın təmin olunmuş hissəsini mübahisələndirildiyindən hazırki kassasiya baxışının predmetini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin həmin hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 29-cu maddəsinin Vİİ hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1159.1.1-ci maddəsinə əsa sən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsədirlər. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçi rməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamış, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, iddiaçılar vali deynlərindən miras qalmış əmlaka vərəsəlik hüquqlarının tanınmasını xahiş etmişlər. Həm iddiaçıların, həm cavabdehin, həm də üçüncü şəxsin miras qoyanların övladları olmaqla, Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə vərəsələr olmaları işin mübahisəsiz hallarıdır. Mübahisələndirilən yeganə hal tərəflərin mirası qanunla müəyyən olunmuş qaydada qəbul edib-etməmələridir. Tərəflərin Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətdə notariat kontoruna ərizə ilə müraciət edib, mirası qəbul etmələri işdən müəyyən olunmur. Hər iki tərəf (iddiaçılar və cavabdeh) MM-in 1243.2-ci maddəsi ilə müəyyən olunmuş ikinci üsulla mirası qəbul etmələrini iddia edirlər. Bununla bağlı məhkəmə kollegiyası izah edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə v ərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. İddiaçılar 8 nəfər olmaqla, hər biri mirası faktiki qəbul etmələrini iddia etmişlər. Lakin miras əmlakın onların hər biri tərəfindən, habelə üçüncü şəxs tərəfindən qəbul olunmasına dair işdə mötəbər sübut mövcud deyildir. Yuxarıda qeyd olunduğu kimi apellyasiya instansiyası məhkəməsi özü də bu məsə ləyə hüquqi qiymət verərkən mirasın yalnız X37 oğlu və İddiaçı2 tərəfindən qəbul edilməsinə dair sübutlara istinad etmişdir. Digər iddiaçılara münasibətdə isə mirasın qəbul edilməsi yalnız onların öz izahatları mövcuddur. Lakin apellyasiya instansiyası məhkəməsi işin bu hallarına hüquqi qiymət verərkən MPM-in 106.1-ci maddəsinin tələblərini nəzərə almamış, iddiaçıların izahatlarını işdə olan digər sübutlarla birgə qiymətləndirməmişdir. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respubli kasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X37 oğlunun kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 mart 2021-ci il tarixli, 2(104)-857/2021 nömrəli qətnaməsi iddianın təmin olunmuş hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar