Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4777/2022 18.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Qax rayon Notariat Ofisi, maraqlı tərəf Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər qismində X18 və X22 cəlb edilməklə) iş üzrə QƏRARİ İş № 2(102)-4777/22 (Açar sözlər: vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, çıxarışın və alqı-satqı müqaviləsinin ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibd ə, İddiaçı cavabdeh Qax rayon Notariat Ofisi, maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi və qeyrilərinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, onun əsasında X8 adına verilmiş çıxarışın, həmin çıxarış əsasında bağlanmış bağışlama müqaviləsinə görə üçüncü şəxs X13 verilmiş xx.xx.2018- ci il tarixli, **********25-10301 reyestr nömrəli çıxarış əsasında onunla digər üçüncü şəxs X22 arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-375/2022 nömrəli iş üzrə 18 aprel 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kas sasiya şikayətinə dair işə 18 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X14 ilə X8 nikahları 15 sentyabr 1975-ci il tarixdə rəsmi qeyd edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən təqdim edilmiş reyestr nömrəsi **********025-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2011 olan Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X9 mülkiyyətinə verilmiş, xx.xx.2011-ci il tarixdə ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 57.8 kv.m, yardımçı sahəsi 36.1 kv.m olan 2 otaqlı fərdi yaşayış evini X11 bağışlamış və bu barədə həmin tarixdə Cavabdeh bağışlama müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən fər di yaşayış evi X8 mülkiyyətinə verilmiş və bu barədə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən reyestr nömrəsi **********025-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2011 olan Çıxarış verilmişdir. X14 xx.xx.2014-cü il tarixdə ölmüş, Qax Rayon Notariat Kontoru tərəfindən 2016-cı il tarixdə X11 X9 vərəsəsi həyat yoldaşı X6 şəhəri, 20 yanvar küçəsi, 24 ünvanında yerləşən fərdi yaşayış evindən tam hissədə pay almalı olması barədə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X15 xx.xx.2018-ci il tarixdə ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 57.8 kv.m, yardımçı sahəsi 36.1 kv.m olan 2 otaqlı fərdi yaşayış evini X13 bağışlamışdır və bu barədə Qax Rayon Notariat Kontorunda bağışlama müqaviləsi bağlanmış, həmin müqavilə əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən təqdim edilmiş reyestr nömrəsi **********025-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018 olan Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X12 mülkiyyətinə verilmişdir. X18 xx.xx.2020-cı il tarixdə ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 57.8 kv.m, yardımçı sahəsi 36.1 kv.m olan 2 otaqlı fərdi yaşayış evini 18000 manata X4, həmin tarixdə Qax Rayon Notariat ofisində AN-İ ******* saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında ünvan 1, yeni qaydalarla Az 3400, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin X17 mülkiyyətinə verilməsi barədə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən **********028-10301, qeydiy yat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020 olan Çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh Qax rayon Notariat Ofisi, maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi və qeyrilərinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, onun əsasında X8 adına verilmiş çıxarışın, həmin çıxarış əsasında bağlanmış bağışlama müqaviləsinə görə üçüncü şəxs X13 verilmiş xx.xx.2018- ci il tarixli, **********25-10301 reyestr nömrəli çıxarış əsasında onunla digər üçüncü şəxs X22 arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqısatqı müqaviləsinin ləğv edilməsi tələbinə” dair iddia ərizəs i ilə məhkəməyə müraciət edərək, X8 adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında X8 adına verilmiş Çıxarışın, həmin Çıxarış əsasında bağlanmış bağışlama müqaviləsinə görə üçüncü şəxs X13 verilmiş xx.xx.2018-ci il tarixli, **********2510301 reyestr nömrəli çıxarış əsasında onunla digər üçüncü şəxs X22 arasında bağlanmış 08 oktyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası X9 XXX ünvanında yerləşən fərdi yaşayış evi olmuşdur. Həyətyanı torpaq sahəsinin və yaşayış evinin mülkiyyətçisi olan atası X14 11 yanvar 2014-cü ildə vəfat etmişdir. Mərhum atası XXX 3 nikahı olmuşdur. Onun yalnız 1-ci nikahından yegan ə övladı, xx xxxxxxx 1959-cu il təvəllüdlü qızı-İddiaçı, yəni özü vardır. Sonrakı 2 (iki) nikahından övladı olmamışdır. Mülkiyyətçi atası 3-cü həyat yoldaşı X15 ilə onun münasibətləri yaxşı olmamışdır. Bu səbəbdən də onlar ayrı-ayrı ünvanlarda yaşamışlar. Atası XXX vəfatından sonra onun kimsəsiz qalmış həyat yoldaşı X11 2014-cü ildən sonra atasının qardaşı oğlunun ailəsi və oğlu baxmışlar. Son 2 (iki) ildə XXX xala xəstə olub. Atasının qardaşı oğlugil onu Zaqatalaya, Gürcüstana, iki dəfə Mingəçevirə, 4 dəfə Bakıya, Şəkiyə müalicələrə aparmışlar. Qaxda da mütəmadi olaraq müalicəsi aparılmışdır. XXXya onlar baxdığına görə, o, atasının vəfatından sonra vərəsə kimi o nəzərə alınmadan tam öz mülkiyyətinə keçirilmiş fərdi yaşayış evini atasının qardaşı oğlu X10 oğlu-X13 notarial qaydada bağışlam ışdır. Bundan sonra bağışlama müqaviləsi əsasında fərdi yaşayış evi və həyətyanı sahəsi ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 21 sentyabr 2018-ci il tarixində verilmiş **********2510301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Dövlət reyestrindən Çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə X12 adına rəsmiləşdirilmişdir. Çıxarışın alınmasından keçən 2 (iki) il müddət ərzində də atasının qardaşı oğlunun ailəsi və oğlu XXX xalaya baxmış, hər gün 3 (üç) dəfə yemək aparırdılar, iynə-dərmanının alınmasına, müalicəsinə kömək etmişlər. Lakin, bununla belə, son vaxtlar XXX onlardan narazılıq etməyə başlamışdır. Onlar ona əllərindən gələni etmələrinə baxmayaraq onların baxmalarından razı düşməmiş və əsassız iradlar tutmağa başlamışdır ki, guya onlar ona yaxşı baxmırlar, on a onlardan da yaxşı baxan adamlar var və s. Sonra da o, ölümündən 1 (bir) ay yarım qabaq qonşusu X3 vasitəçiliyi ilə hazırki üçüncü şəxs X20 ailəsi ilə birlikdə həm kirayəçi kimi yaşamağa, həm də özünə baxmaq üçün artıq X12 mülkiyyətində olan fərdi yaşayış evinə dəvət etmişdir. Buna görə də, atasının qardaşı oğlunun ailəsinin və oğlunun XXX ilə münasibətləri korlanmışdır. Bundan sonra XXX özünün müalicə sənədlərini və digər bütün sənədləri onlardan tələb edərək almışdır. Münasibətlər o dərəcədə gərginləşmişdir ki, nəticədə X5 ona bağışladığı fərdi yaşayış evindən əl çəkməyə məcbur olmuşdur. Bu zaman X18 ilə üçüncü şəxs X22 arasında faktiki reallığı əks etdirməyən alqı-satqı müqaviləsi bağlanmışdır. Belə ki, 38000 manat dəyərində qiymətləndirilmiş fərdi yaşayış evi alqı-satqı müqaviləsində 18000 manat göstərilməklə sənədləşdirilmiş və X13 cəmi 2000 manat pul verilmişdir ki, bu məbləğ də ona bağışlanmış evi öz adına sənədləşdirərkən çəkdiyi xərclər olmuşdur. Qeyd edir ki, bağışlama zamanı və sonra da alqı-satqı zamanı aparılan notariat əməliyyatlarından onun - mülkiyyətçi X9 yeganə övladı-İddiaçı xəbəri olmamışdır. Belə ki, onun atasının qardaşı oğlu-X10 ailəsi ilə əlaqələri zəif və münasibətləri soyuq olmuş və ona görə də, bağışlama müqaviləsi bağlanarkən evi-mülkü X13 bağışlayan X15 ərinin digər vərəsəsinin-qızı İddiaçı da olmasını notariusa bildirməmiş, bunu X18 da bildirməmiş, Notariat Kontoru da digər vərəsələrin olub-olmamasını araşdırmadan, konkret olaraq, vərəsə kimi ondan - İddiaçı atasından miras qalmış əmlakdan ona düşən paydan imtina haqqında ərizə almadan bağışla ma müqaviləsini rəsmiləşdirmişdir. Mülkiyyətçi X7 miras qalmış əmlak kütləsinin təkcə bir vərəsə-arvadı-X8 adına rəsmiləşdirilməsi zamanı da mülki qanunvericiliyin vərəsəlik hüquq normalarının tələbləri kobudcasına pozulmuşdur. Göründüyü kimi, bağışlama müqaviləsi bağlanarkən ilkin mülkiyyətçi X9 uşağı-qızı İddiaçı, yəni o, 1/2 paya malik olan vərəsə kimi nəzərə alınmamış və bununla da onun mülkiyyət hüquqları nəinki pozulmuş, vərəsəlik hüququ və mülkiyyət hüququ sanki ləğv edilmişdir. Notarius da hətta onların fotoşəkillərini də müqavilədə əks etdirməklə bunu təsdiq edir. Amma XXXin dediyinə görə, reallıqda bu 18000 manatı nə o, nə də ki, notarius görmüşdür. Alqı-satqı prosesində XXX və alıcı XXXdan başqa XXX və alıcının qaynatası XXX adlı şəxslər də iştirak etmişlər. Pulu notariusun "xxx x"-dakı depozit hesabına köçürmək üçün XXX, alıcıXXX, XXX və XXX banka getmişlər. X27 XXX pulu kassaya vermiş və oradan mədaxil qəbzi almışlar. Bundan sonra onlar yenidən Notariat ofisinə qayıtmış və ofisin qarşısında notariusun yanına girincə XXX XXXə 2000 manat pulu vermişdir. Bu 2000 (iki min) manatdan notariusun xəbəri olmamışdır. Mədaxil qəbzi üzrə notarius müqaviləni təsdiq etdikdən sonra onlar yenə banka qayıtmışlar. Bankda XXX, guya pul aldı-deyə imza etmişdir, əslində isə pulu onlar-XXXlə XXX götürmüşlər. Bağışlama müqaviləsi üzrə əmlakı X13 bağışlayan X8 mülkiyyətinə əmlakın hansı əsasla - vəsiyyət üzrə və ya qanun üzrə vərəsəliklə keçməsi barədə onun məlumatı yoxdur. Vərəsəlik hüququ haqqında şəhadətnamənin, onun əsasında verilmiş çıxarışın, bağışlama müqaviləsinin, sonrakı sə nədləşmələrin qanunsuzluğu və bunların sayəsində X18 ilə üçüncü şəxs X22 arasında bağlanmış 08 oktyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığı açıq-aşkardır.
4. Qax Rayon Məhkəməsinin (hakim M.Qarayev) 16 noyabr 2021-ci il tarixli 2(024)-690/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, X11 verilmiş 2016-cı il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, iddianın qalan hissəsinin əsassız olduğundan rədd edilməsi qət edilmişdir.
5. Məhkəmənin iddia tələbinin X8 adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair hissəsi ilə bağlı qeyd etmişdir ki, sözügedən fərdi yaşayış evi yuxarıda da qeyd edildiyi kimi, XXX tərəfindən xx.xx.2011-ci il tarixdə XXXya bağışlanmış və həmin müqavilə əsasında XXXya D aşınmaz Əmlakın dövlət reyestrindən hüquqların dövlət qeydiyyatı haqqında reyestr nömrəsi **********025-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2011 olan Çıxarış verilmişdir. Mübahisəli fərdi yaşayış evi XXXnın mülkiyyətinə verilməsinə və həmin vaxtı artıq XXXun mülkiyyətində olmamasına baxmayaraq 2016-cı il tarixdə Notariat Kontoru tərəfindən XXXya vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, artıq XXXun mülkiyyətində olmayan fərdi yaşayış evinə görə verilmiş həmin şəhadətnamə etibarsız hesab olunmalıdır. Lakin tələbin vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında XXXnın adına verilmiş Çıxarışın etibarsız hesab edilməsi ilə bağlı hissəsinə gəldikdə isə məhkəmə hesab etmişdir ki, həmin Çıxarış vərəsəlik hüququ haqqında şəhadətn amə əsasında yox, 2011-ci ildə Qax rayon Notariat Kontorunda təsdiq olunmuş bağışlama müqaviləsi əsasında verilmişdir ki, həmin müqaviləni də iddiaçı mübahisələndirməmişdir. Eyni zamanda da iddiaçı tərəfindən həmin müqavilənin ləğv olunması barədə məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edilməmiş, məhkəmə araşdırması zamanı bu hal aşkar edilməmişdir. Ona görə də, tələbin həmin hissəsi də əsassızdır. İddia tələbinin XXXnın adına verilmiş Çıxarış əsasında bağlanmış bağışlama müqaviləsinə görə üçüncü şəxs X13 verilmiş xx.xx.2018-ci il tarixli, **********2510301 reyestr nömrəli Çıxarış əsasında onunla digər üçüncü şəxs X22 arasında bağlanmış 08 oktyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, XXXnın adına veril miş Çıxarışın etibarsız olması sübuta yetirilmədiyindən tələbin həmin hissəsi də əsassızdır. İddiaçı Qax rayon DNK-da bağlanmış 14 avqust 2018-ci il tarixli bağışlama müqaviləsini X13 verilmiş xx.xx.2018-ci il tarixli, **********25-10301 reyestr nömrəli Çıxarışın etibarsız hesab edilməsini tələb etmədən həmin bağışlama müqaviləsi əsasında XXXa verilmiş verilmiş Çıxarış əsasında bağlanmış alqı-satqı müqaviləsini mübahisələndirmişdir. Həmin alqısatqı müqaviləsi bağlanan zaman XXXun adına verilmiş reyestrin məzmununun həqiqiliyi və tamlığı prezumpsiyası qüvvədə olmuşdur. Ona görə də, XXX vicdanlı alıcı hesab olunur. İddiaçının və XXXun alqı-satqı zamanı XXXun evin dəyəri olaraq banka depozit hesabına ödədiyi 18000 manat pulu XXXdan geri alması və həmin puldan bağışlama müqaviləsi bağlanan zam an XXXun çəkdiyi xərclərə görə 2000 manatı XXXə qaytarması barədə göstərdikləri ilə bağlı məhkəmə qeyd etmişdir ki, onlar tərəfindən məhkəməyə bu barədə heç bir əsaslı və mötəbər sübut təqdim edilməmiş, məhkəmə tədqiqatı zamanı bu hal öz təsdiqini tapmamışdır
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1, 144.2, 146.1, 324.1, 324.2, 324.4, 331.1, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 339.1, 339.2, 390.1, 572.1, 572.2, 646.1, 668.1.1, 1133.1, 1133.2, 1157, 1159.1.1, 1243.1, 1243.2, 1243.3, 1318-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddianın tam təmin edilməsi haqqında yeni qətna mə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilkin bağışlama müqaviləsi və sonrakı- xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi bağlanarkən tərəflər mülkiyyətçi X9 digər vərəsəsinin də olduğunu bilirdilər. Sadəcə olaraq, notariusdan gizlətmişlər. Notarius da vərəsələrin dairəsini yoxlamadan notariat əməliyyatını aparmışdır. Halbuki, Azərbaycan Resbublikası Mülki Məcəlləsinin 1318-ci maddəsinə əsasən, notariat orqanı mirasın olduğu yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür, həmin Məcəllənin 144.1-ci maddəsinə görə, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notariat qaydasında ya qanunla müəyyən edilmiş hallarda bu cür notari al hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Bu işdə göründüyü kimi, notarius özünün vəzifə borcunu lazımınca icra etməmişdir. Ona görə də, notarius iş üzrə cavabdeh kimi icraata cəlb edilmişdir. Lakin o, məhkəmə iclasına gəlməmişdir. Qax Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(024 )-114/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməyə əsasən, mərhum X7 miras qalmış Qax rayonunun XXX kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,4164 ha torpaq sahəsindən ibarət miras əmlak üzrə vərəsəlik açılması və İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün qanunla müəyyən olunmuş müddətin buraxılm a səbəbləri üzürlü hesab edilərək uzadılması və X7 miras qalmış Qax rayonunun XXX kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 2,4164 ha torpaq sahəsi üzərində İddiaçı payı tam müəyyən edilərək iddiaçıya verilmişdir. Həmin qətnamədə Qax RİHB-nin Qax şəhər İƏD-nin xx.xx.2020-ci il tarixli arayışına istinadən mərhum X14 öldüyü günədək ünvan-də yaşamış onun qızı İddiaçı ibarət vərəsəsi qalmışdır. Necə olur ki, atasının vərəsəsi kimi onun mülkiyyətində olan pay torpağı ona verilir, amma fərdi yaşayış evinə münasibətdə o, vərəsə kimi nəzərə alınmır? Paradoksal hal deyilmi? O, iddia ərizəsində məsələnin bütün təfərrüfatlarını açıqladıqdan sonra ilk istinad etdiyi qanun norması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 670.2ci maddəsi olmuşdur. Bu qanuna əsasən, hədiyyə verənin ölməsi halı üçün bağışlanma vərəsəlik hüququnun göstərişlərinə uyğun icra edilir. Daha sonra vərəsəliyə, əqdlərə, alqısatqı müqaviləsinə dair qanunları da sadaladıqdan sonra onu da qeyd edir ki, əmlakın vəsiyyətnamə və ya qanun üzrə vərəsəlik hüququ əsasında mülkiyyətə keçməsindən asılı olmayaraq mirasda məcburi pay anlayışı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqla valideynlərinin və arvadının vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Bağışlama müqaviləsi mahiyyətcə vəsiyyətnamənin eynisidir. Digər tərəfdən, qanunvericilik əmlakı bağışlayanın ölməsi halı üçün bağışlamanın vərəsəlik hüququnu müddəalarına uyğun həll edilməsin i birbaşa nəzərdə tutur. Qax Rayon Məhkəməsi qətnaməsində göstərmişdir ki, "X8 adına verilmiş çıxarış vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında yox, 2011-ci ildə Qax rayon Notariat Kontorunda təsdiq olunmuş bağışlama müqaviləsi əsasında verilmişdir ki, həmin müqaviləni də iddiaçı mübahisələndirməmişdir. Əslində, o, iddia ərizəsində də göstərmişdir ki, əmlakı bağışlayan X15 bütün özünün müalicə və evin sənədlərini onlardan tələb edərək almışdır. Ona görə də, əmlakın hansı formada onun mülkiyyətinə verilməsi barədə onun məlumatı yoxdur. Elə buna görə də, məhkəmədən notariat işinin tələb edilməsini xahiş etmişdir. Lakin buna baxmayaraq, o, X8 adına verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbi qoymuşdur. Qax Rayon Məhkəməsi bir halda onu vərəsə kimi tanıyaraq iddiasını təmin etmiş, ikinci halda isə, iş üçün mühüm əhəmiyyəti olan hallar aydınlaşdırılmamış, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmamışdır.
9. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər-M.A.Əsədli (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov və A.A.Mahmudov) 18 aprel 2022-ci il tarixli, 2(107)-375/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi mövqeyi ilə bağlı qeyd etmişdir ki, İddiaçı X8 adına verilmiş çıxarışın, həmin çıxarış əsasında bağlanmış bağışlama müqaviləsinə görə üçüncü şəxs X13 verilmiş xx.xx.2018 ci il tarixli, **********25-10301 reyestr nömrəli çıxarış əsasında onunl a digər üçüncü şəxs X22 arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbi ilə bağlı iddia qaldırmağa subyektiv hüququ yoxdur. Belə ki, o, X8 adına verilmiş çıxarışı və X18 ilə X22 arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsini mübahisələndirmək hüququna malik deyil.
11. XXXnın adına verilmiş Çıxarışın etibarsız hesab edilməsi ilə bağlı hissədə məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin Çıxarış vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında deyil, 2011-ci ildə Qax Rayon Notariat Kontorunda təsdiq olunmuş bağışlama müqaviləsi əsasında verilmişdir ki, həmin müqaviləni də iddiaçı mübahisələndirməmişdir. Eyni zamanda da iddiaçı tərəfindən həmin müqavilənin ləğv olunması barədə məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edilməmi ş, məhkəmə araşdırması zamanı bu hal aşkar edilməmişdir. Ona görə də, tələbin həmin hissəsi ilə bağlı iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır.
12. Həmçinin iddiaçı alqı-satqı müqaviləsinin tərəfi deyil. Ümumi qaydaya görə müqaviləni mübahisələndirmək hüququ müqavilə tərəflərinə aid olan hüquqdur. “Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir”. “Müqavilənin digər tərəfinə” ifadəsinin işlədilməsi ona işarə edir ki, müqaviləni mübahisələndirmək hüququ müqavilənin tərəflərinə aiddir.
13. İddia tələbinin XXXnın adına verilmiş çıxarış əsasında bağlanmış bağışlama müqaviləsinə görə üçüncü şəxs X13 verilmiş xx.xx.2018-ci il tarixli, **********25-10301 reyestr nömrəli Çıxarış əsasında onunla digər üçüncü şəxs X22 ar asında bağlanmış 08 oktyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair hissəsi ilə bağlı apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, XXXnın adına verilmiş Çıxarışın etibarsız olması sübuta yetirilmədiyindən tələbin həmin hissəsi də əsassızdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı Qax rayon DNK-da bağlanmış 14 avqust 2018-ci il tarixli bağışlama müqaviləsini X13 verilmiş xx.xx.2018-ci il tarixli, **********25-10301 reyestr nömrəli Çıxarışın etibarsız hesab edilməsini tələb etmədən həmin bağışlama müqaviləsi əsasında XXXa verilmiş verilmiş Çıxarış əsasında bağlanmış alqı-satqı müqaviləsini mübahisələndirmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 324, 337,421, 666 və 668-ci maddələrinə, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanun”un 8-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 14, 77, 88 və 372-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı ( vəkili Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin normalarını pozmuş, iddiaçının hazırda yeganə vərəsə olduğu halda mərhumun evini 3-cü həyat yoldaşı X1 saxta sənədlərlə ev və həyətyanı torpaq sahəsi onun adına keçirilmiş və mərhumla heç bir qohumluq əlaqəsi olmayan tamamilə kənar bir ada ma verilmişdir. Apellyasiya məhkəməsində icraat zamanı iddiaçı vəsatətlə məhkəməyə müraciət edərək saxta alqı-satqı müqaviləsinin sübutu kimi həmin müqavilənin imzalandığı tarixdə "xxxx" ASC-nin Qax rayon filialından 8 oktyabr 2020-ci il tarixindəki müqavilədə göstərilən zaman olan videokamera görüntülərinin tələb olunaraq tədqiq edilməsi xahiş edilmişdir. Görüntülərə əsasən banka pulun kimlər tərəfindən verilib və alınması dəqiq müəyyən olunmalı idi. Lakin məhkəmə bu vəsatəti təmin etməmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində Mülki Məcəllənin 1193-cü maddəsinə istinad edərək mirasda məcburi pay barədə qeyd etsə də, həmin məcəllənin 670.2-ci maddəsini nəzərə almadan qərar çıxarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şik ayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə
18. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
19. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır.
20. Maddə 668.1.1. Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
25. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istina d etməyə yol verilmir.
26. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
27. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdı rması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə apellyasiya instansiyası məhkəməsinin mübahisə ilə bağlı gəldiyi nəticə ilə razılaşır.
29. İlk növbədə qeyd olunur ki, şikayətdə irəli sürülən dəlillər əsasən işin faktiki hallarının düzgün müəyyən edilməməsi ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
30. Bundan başqa, məhkəmələr iddiaçının tələbini ona görə rədd etmilər ki, mübahisəli əmlakı iddiaçının mərhum atası X2 arvadı X11 bağışlamış və fərdi ev 2011-ci ildən sonuncunun mülkiyyətində olmuşdur. Ona görə X9 vəfatı ilə bağlı həmin evə miras açılmamışdır, çünki əmlak X8 mülkiyyəti olmuşdur.
31. Məhz həmin mövqedən çıxış edən 1-ci instansiya məhkəməsi 2016-cı ildə X8 adına verilmiş vərəsəlik şəhadətnaməsini etibarsız hesab etmişdir. Məhkəmə hesab etmişdir ki, həmin vərəsəlik şəhadətnaməsinin verilməsinə zərurət yox idi, çünki ev bir neçə il əvvəl artıq arvadın mülkiyyətinə keçmişdi.
32. Kollegia qeyd edir ki, əslində 1-ci instansiya məhkəməsi həmin hissədə də iddianı təmin etməkdə birmənalı mövqe nümayiş etdirməmişdir. Çünki miras əmlak mövcud deyildirsə, mübahisəli evə idiaçının subyektiv hüququ yaranmırsa, ona dair verilmiş vərəsəlik şəhadətnaməsinin iddiaçının tələbi ilə etibarsız hesab olunması birmənalı qarşılanmaya bilərdi. Lakin, 1-ci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə mübahisələndirilm əmişdir. Ona görə məhkəmə kollegiyası qeyd olunanlarla bağlı əlavə əsaslandırmaya zərurət görmür.
33. Kassasiya şikayətinin dəlilləri məhkəmələrin gəldiyi hüquqi mövqe ilə bağlı deyil. Apelyasiya Məhkəməsi haqlı olaraq iddianı iddiaçının subyektiv hüququnun yaranmaması əsası ilə, əmlakın iddiaçının adına keçməsinə dair bağışlama müqaviləsinin qüvvədə olması, onun heç kim tərəfindən mübahisələndirilməməsi ilə əsaslandırsa da, iddiaçının kassasiya şikayəti bundan sonra baş verən faktiki hallarla bağlı yol verilmiş pozuntularla bağlıdır. Nəticədə, kassasiya şikayətinin dəlilləri məhkəmələrin gəldiyi nəticənin hüquqi saslanmasının təkzib olunmasına yönəlməmişdir.
34. Kassatorun nəzərinə çatdırılır ki, məhkəmələr iddianı ona görə rədd etmişdir ki, mərhum atası sağlığında mübahisəli evi arvadına bağışlamış və ev atası vəfat etməmişdən 3 il əvvəl arvadının mülkiyyətində olmuş və ona görə mübahisəli ev miras əmlak hesab edilmirdi.
35. Mülki Məcəllənin 1151.1. maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. İddiaçının atası öləndə mübahisəli ev onun mülkiyyətində deyildi, ona görə həmin əmlaka miras açılmamış hesab olunur və iddiaçı həmin əmlaka münasibətdə vərəsə deyil.
36. Məhkəmələr haqlı olaraq qərarlarında açıq-aşkar bildirmişlər ki, iddiaçı əmlakın X11 bağışlanmasına dair müqaviləni mübahisələndirmədiyi üçün onun digər əqdləri mübahisələndirməyə subyektiv hüququ yaranmamışdır.
37. Azərbaycan Respublikası MPM-nin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən ş əxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin normanın tələblərinə uyğun olaraq işə baxan məhkəmələr mübahisəli əmlakın X8 mülkiyyətinə keçməsi ilə bağlı məsələlərə qiymət verə bilməzdilər.
38. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Həmin iş üz rə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qətidir, qəbul edildiyi andan qanuni qüvvəsini alır.