Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4778/2019 11.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 aprel 2019-cu il tarixli qərardadından verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracın Təşkili üzrə Auksion Mərkəzinə, Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinə və Bakı şəhə r İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməklə, cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracın Təşkili üzrə Auksion Mərkəzinin ünvan 1 ünvanında yerləşən sahəsi 53 kv.m. olan “Tovuz” kafesinə dair keçirilmiş hərracın qanunsuz və onun nəticələrinin etibarsız hesab edilməsi, ödənilmiş 25000 manat behin geri alınması, hüquqi xidmətə görə ödənilmiş 3000 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçıların etibarnamə əsasında nümayəndəsi, vəkil X2 ərizə ilə məhkəməyə müraciət edərək, mülki işin aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibatiİqtisadi M əhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 fevral 2019-cu il tarixli, 2(011)211/2019 saylı qərardadı ilə (hakim S.Mehrəliyev) vəsatət təmin edilməmişdir. Həmin qərardaddan iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş şikayət Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 fevral 2019-cu il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 aprel 2019-cu il tarixli, 2(103)-4901/2019 saylı qərardadı ilə (hakimlər: E.Şamayev, Ş.Məhərrəmova və X.Sarıyev) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 fevral 2019-cu il tarixli, 2(011)-211/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şi kayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 aprel 2019-cu il tarixli, 2(103)-4901/2019 saylı qərardadının ləğv edilməsi, işin 2 saylı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 aprel 2019cu il tarixli, 2(103)-4901/2019 saylı qərardadının ləğv edilməsi, işin 2 saylı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiy a instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qərardad dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 26.1-ci maddəsinə əsasən idarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında iqtisadi mübahisələr üzrə işlərin mülki icraat qaydasında inzibati-iqtisadi məhkəməyə aiddir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən isə, mülki məhkəmə icraatı qaydasında mül ki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkarlıq statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. İddiaçıların nümayəndəsi, vəkil X1 ərizəsindən və iddiaçıların şikayətindən müəyyən olunur ki, iddia tərəfi işin məhkəmə aidiyyətini mübahisələndirərək, onun iqtisadi mübahisə kimi inzibati-iqtisadi məhkəməsində baxılmalı olmasını göstərmişlər. Bunun əsası kimi cavabdehlərin inzibati orqan olmaları, iddiaçılardan İddiaçı1 isə fərdi sahibakarlıqla məşğul olması göstəril mişdir. Lakin iş materiallarından müəyyən olunur ki, iddiaçılar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracın Təşkili üzrə Auksion Mərkəzi tərəfindən keçirilmiş 27 fevral 2018-ci il tarixli hərracı mübahisələndirmişlər ki, onun nəticəsində İddiaçı2 qalib olmuşdur. İş materiallarında olan Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnaməyə əsasən İddiaçı1 vergi ödəyicisi olsa da, İddiaçı2 fərdi sahibkarlıqla məşğul olması və mübahisələndirilən Hərracın Təşkili üzrə Auksion Mərkəzinin protokolunun sonuncunun sahibkarlıq fəaliyyəti ilə əlaqədar tərtib olunması iş materialları ilə müəyyən olunmur. Əksinə, Hərracın Təşkili üzrə Auksion Mərkəzinin 27 fevral 2018-ci il tarixli 06/01 saylı Hərrac Protokolundan müəyyən olunur ki, İddiaçı2 ünvan 1 ünvanında yerləş ən qeyri-yaşayış sahəsinin hərracında fiziki şəxs kimi iştirak etmiş və qalib hesab olunmuşdur. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırki iddianı iqtisadi mübahisə kimi qiymətləndirməməklə və iddiaçıların ərizəsini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-in 31.1 və 31.2-ci maddələrinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Məcəllənin 32.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsə lə qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Mülki Prosessual Məcəllənin 32.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin o mövqeyi ilə də razılaşır ki, iddiaçılar özləri hazırki iddia ilə ümumi məhkəməyə müraciət etmiş, məhkəmə aidiyyəti ilə bağlı məsələ isə birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxılmasına başlandıqdan və araşdırma aparıldıqdan sonra iddiaçı tərəfindən qaldırılmışdır. Bu isə iddiaya prosessual müddətlər çərçivəsində baxılmasına maneələr yaradılmasına, məhkəmənin və işdə iştira k edən şəxslərin vaxtının itirilməsinə səbəb olur. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasən Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 15 fevral 2019-cu il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 iddialarına artıq hüquqi qiymət verilmiş və iddia təmin olunmuşdur. Həmin qətnamədən apelyasiya şikayəti verilməsi iş üzrə müəyyən olunmur. Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh olunanları nəzərə alan məhkəm ə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 aprel 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4778/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4778/2019
11.07.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver