Məhkəmə qərarları › İş №2(102)-478/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-478/2020

04.02.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-478/2020 04.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, İddiaçı nümayəndəsi X1, vəkili X4, Cavabdeh1, vəkili X6 və cavabdeh X2 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)-12759/2019 saylı qərardadından Cavabdeh1 kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)-12759/ 2019 saylı qərardadı ilə (hakimlər R.Ə.Eyvazov sədrlik edən, məruzəçi hakim, F.Ş.Talışinski və Z.Ə.Əliyev) cavabdehlər Cavabdeh1 və X2 iş üzrə Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verdikləri apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilib. Cavabdeh1 qərardaddan kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı “kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi” barədə iddiası təmin edilərək, cavabdehlərə 25.000 manat kompensasiya ödənilməklə onların Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivində yerləşən, 16 saylı evin 48-ci mənzilindən istifadə hüqu qlarına xitam verilib. xx xxxxxxxx 2019-cu il tarixdə cavabdehlər qətnamədən apellyasiya şikayəti veriblər. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti üzrə apellyasiyanı qeyri-mümkün hesab edərkən prosessual normaların tələblərini pozub. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilib, apellyasiyanın mümkünlüyü barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh1 və vəkili xx kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı nümayəndəsi xx və vəkili xx məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatlarında kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdeh xxx məhkəmə iclasında iştirak etsə də, vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayət i təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi cavabdehlərin birinci instansiya məhkəməsinin qətnaməsindən verdikləri apellyasiya şikayəti üzrə apellyasiyanı qeyri-mümkün hesab edərkən, apellyasiyanın mümkünlüyü üçün prosessual əsasların olmamasına istinad edib və hüquqi mövqeyini MPM-nin 361.1, 361.1.3, 363-cü maddələrinin və digər prosessual normaların tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, cavabdehlər Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən deyil, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişlər, işdə isə, belə bir tarixli qətnamə mövcud deyil. Azərbaycan Respublikası MPM-nin 361.1və 361.1.3-cü maddələrinintələblərinə görə, apellyasiyaşikayətindəbarəsindəşikayətverilənqətnamə, onunqəbuledilmətarixi, nəticəhissəsi, qətnam əniqəbuledənməhkəməninadıgöstərilməlidir. Həmin Məcəllənin 366.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2. maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Apellyasiya instansiyası məhkəməsi sadalanan prosessual normaların tələblərini hazırki mübahisəli məsələyə tətbiq edib haqlı olaraq qeyd etmişdir ki, iş üzrə məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda Azərbaycan Respublikası MPM-nin 361 və 363- cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Kassasiya instansiyası məhkəməsi sadalanan prosessual normaların tələblərini əsas tutub, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən prosessual normaların tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, cavabdehlərin birinci instansiya məhkəməsinin qətnaməsindən verdikləri apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olmaması, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş halları ilə tam təsdiq edildiyindən, apellyasiya instansiyası məhkəməsi tərəfindən haqlı ola raq onların apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş və sadalanan prosessual normaların tələbləri hazırki mübahisəli məsələyə düzgün tətbiq edilmişdir. İşin yuxarıda qeyd olunan həqiqi hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alıb kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı qanuni, əsaslı olduğundan və işdə, qərardadın kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci ma ddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)-12759/2019 saylı qərardadı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar