Məhkəmə qərarları › İş №2(102)-4780/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4780/2022

25.10.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4780/2022 25.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətə, Cavabdeh3 Təbiyət oğluna və Cavabdeh2 qarşı QƏRARİ Açar sözlər: müqavilələrin və maliyyə arayışlarının etibarsız hesab edilməsi, əmlakın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətə, Cavabdeh3 və Cavabdeh2 qarşı müqavilələrin və maliyyə arayışlarının etibarsız hesab edilməsi, əmlakın başqasın ın qeyri-qanuni sahibliyindən götürülməsi tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-780/2022 nömrəli, 6 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh3 Təbiyət oğlu tərəfindən verilmiş kassasiya şikayətinə 25 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları 1. “İcraçı” "xxxx" MMC ilə “Payçı” İddiaçı arasında bağlanan 04 aprel 2016-cı il tarixli “Qeyri-yaşayış tikintisi haqqında” müqavilənin surətinə əsasən, “İcraçı” Abşeron rayon İH Başçısının xx.xx.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə inşa etdiyi ünvan 1 ünvanı 4-cü blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 128 kv.m olan qeyri-yaşayış sahəsini “Payçı”ya təhvil verməyi, “Payçı” isə 192.000 manat məbləğində pulu "xxx x" MMC-yə ödəməyi və qeyri-yaşayış sahəsini qəbul etməyi öhdəsinə götürmüşdür.

2. AFŞARAN-A” MMC tərəfindən verilmiş maliyyə arayışının surətinə əsasən, İddiaçı tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanı, 4-cü blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 128 kv.m olan qeyri-yaşayış sahəsinin pay dəyəri olan 192.000 manat tam ödənilmişdir, borcu yoxdur.

3. İddiaçı tərəfindən Cavabdeh1 MMC-nin direktoru X14 ünvanlanmış 06 iyul 2019cu il tarixli ərizənin surətinə əsasən, İddiaçı 04 aprel 2016-cı ildə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 1 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus çoxmərtəbəli yeni yaşayış binasında 4-cü blok, 1-ci mərtəbə, 128 kvadrat metr qeyri-yaşayış sahəsinə ümumilikdə 192.000 manat ödəniş etməklə payçı olmuşdur. İddiaçı ona məxsus ol an qeyri-yaşayış sahəsinin 100 kvadrat metr olan hissəsinin Cavabdeh2 adına dəyişdirilməsini xahiş etmişdir. Hər kvadratın qiyməti 1.560 manat, qeyri-yaşayış sahəsinin ümumi qiyməti isə 156.000 manat təşkil edir. İddiaçı 4-cü blok, 1-ci mərtəbə, 128 kvadrat metr olan qeyri-yaşayış sahəsindən 100 kvadrat metr sahəsinin Cavabdeh2 adına keçirilməsinə heç bir etirazı yoxdur. Şirkətin "xxxx" MMC-nin adından Cavabdeh1 MMCnin adına dəyişdirilməsindən xəbərdardır və müqavilənin Cavabdeh1 MMC-nin adına yazılmasına etirazı yoxdur. 4. 06 iyul 2019-cu il tarixli Cavabdeh2 tərəfindən verilmiş iltizamın surətinə əsasən Cavabdeh2 qohumu X4 adına Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, ev 1 ünvanda yerləşən 7 ədəd 2 otaqlı mənzillərin əvəzində Cavabdeh1 MMC-yə ("xxxx" MMC-yə) məxsus Xırdalan şəhəri, H.Əliye v prospekti 1 ünvanda inşa edilən 4-cü blokun 1-ci mərtəbəsindən 100 kv.m qeyri-yaşayış sahəsini almışdır. İddiaçı 15 oktyabr 2019-cu il tarixdə 156.000 manat vəsaiti ona və yaxud Cəmil İbadullayevə verdikdən sonra yuxarıda qeyd olunan 7 ədəd mənzilin və qeyri-yaşayış sahəsinin bütün sənədlərini İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür.

5. İcraçı” Cavabdeh1 MMC ilə “Payçı” Cavabdeh3 arasında bağlanan 10 sentyabr 2019-cu il tarixli “Qeyri-yaşayış tikintisi haqqında” müqavilənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən “İcraçı” Abşeron rayon İH Başçısının xx.xx.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə inşa etdiyi ünvan 1 ünvanı 4-cü blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsini “Payçı”ya təhvil verməyi, “Payçı” isə 156.000 manat məbləğində pulu Ca vabdeh1 MMC-yə ödəməyi və qeyri-yaşayış sahəsini qəbul etməyi öhdəsinə götürmüşdür.

6. Cavabdeh1 MMC tərəfindən verilmiş maliyyə arayışının notarial qaydada təsdiq edilmiş surətinə əsasən Cavabdeh3 tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanı, 4-cü blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsinin pay dəyəri olan 156.000 manat tam ödənilmişdir, borcu yoxdur.

7. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-68/2015 saylı, 08 sentyabr 2015-ci il tarixli hökmü ilə, X19 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2 və 308.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 178.3.2- ci maddəsi ilə 8 il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 213.2.2-ci ma ddəsi ilə 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə X11 qəti olaraq 3 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 9 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, X4 mülki iddiasının təmin edilərək X7 X4 xeyrinə 134.160 manat pulun tutulması hökm edil mişdir.

8. İddiaçı tərəfindən Cavabdeh1 MMC-nin rəhbərliyinin və Cavabdeh3 ünvanına ünvanlanmış xx.xx.2020-ci il tarixli pretenziya məktubunun surətinə əsasən, Cavabdeh1 MMC-nin rəhbərliyindən 10 gün müddətində Cavabdeh3 dərhal 10 sentyabr 2019-cu il tarixli müqavilə və həmin tarixli maliyyə arayışının əslinin qaytarılmasının tələb edilərək ləğv edilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh3 qarşı əqdin etibarsız hesab edilməsi və əmlakın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış 10 sentyabr 2019-cu il tarixli mü qavilənin və həmin tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, əmlakın başqasının qeyri-qanuni sahibliyindən götürülərək ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Məhkəmə baxışı zamanı İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin həcminin artırılması barədə iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında imzalanmış 06 iyul 2019-cu il tarixli müqavilənin, həmin müqavilə əsasında Cavabdeh1 MMC tərəfindən verilmiş 06 iyul 2019cu il tarixli maliyyə arayışının etibarsız esab edilməsi və Cavabdeh1 MMC ilə Cavabdeh3 arasında imzalanmış 10 sentyabr 2019-cu il tarixli müqavilənin, həmin müqavilə əsasında Cavabdeh1 MMC tərəfindən verilmiş 10 sentyabr 2019-cu il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, ünvan 4 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsinin cavabdehlərin qeyri-qanuni sahibliyindən götürülərək ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirmişdir ki, 04 aprel 2016-cı il tarixdə Cavabdeh1 MMC (əvvəlki "xxxx" MMC) ilə İddiaçı arasında “qeyri yaşayış tikintisi haqqında” müqavilə imzalanmışdır. Müqavilə şərtlərinə əsasən iddiaçı ünvan 5 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 128 kv.m olan qeyri-yaşayış sahəsinin dəyərini ödəyərək almışdır. "xxxx" MMC (əvvəlki "xxxx" MMC) ilə X8 arasında 17 fevral 2016-cı il tarixli müqavilələr imzalanmışdı r. Tərəflər arasında imzalanmış müqavilə şərtlərinə əsasən 7 ədəd mənzilin tikilərək X5 verilməsi göstərilmişdir. X21 tərəfindən həmin mənzillərə görə "xxxx" MMC-yə hər hansı pul vəsaiti ödənilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 sentyabr 2015-ci il tarixli hökmü ilə "xxxx" MMC-nin keçmiş rəhbəri X19 məhkum olunmuşdur. Həmin hökmdə X4 mülki iddiası təmin olunmuş və Qasım Məmmədovdan 156.000 manat pul vəsaitinin alınaraq ona verilməsi göstərilmişdir. Cəmil İbadullayev ilə "xxxx" MMC (əvvəlki "xxxx" MMC) arasında olan razılaşmaya əsasən 7 mənzilin əvəzi olaraq 156.000 manat pulun 15 oktyabr 2019-cu il tarixə qədər veriləcəyi bildirilmişdir. X21 təminat istəmişdir. Tərəflər arasında razılaşmaya əsasən 156.000 manat pul vəsaitinin təminatı olaraq İddiaçı məxsus Cavabdeh1 MMC-dən al dığı ünvan 5 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 128 kv.m olan qeyri yaşayış sahəsinin 100 kv.m hissəsi Cəmil İbadullayevin qohumu Cavabdeh2 adına rəsmiləşdirilməli idi. İddiaçı əvəzsiz olaraq "xxxx" MMC-nin nümayəndəsi qismində bu razılaşmada iştirak etmişdir. Halbuki, Araz X2rşısında hər hansı bir vəsaitin ödənilməsi ilə bağlı öhdəliyi olmamışdır. 06 iyul 2019-cu il tarixdə Cavabdeh2 da iltizam yazaraq 15 oktyabr 2019-cu il tarixdə 156.000 manat pul vəsaiti ona və ya Cəmil İbadullayevə ödənildikdə 7 ədəd mənzilin və qeyri-yaşayış sahəsinin sənədlərini İddiaçı geri qaytarmağı öhdəsinə götürmüşdür. Bütün bu danışıqlar barəsində, yəni həmin müqavilənin Cəmil İbadullayevə ödənilməli olan 156.000 manat pulun təminatı olaraq bağlanılması, həqiqəti əks etdirməməsi və pərdələnmiş əqd olması barədə "xxxx" MMC-nin məlumatı olmuşdur. 06 iyul 2019-cu il tarixdə Cavabdeh1 MMC tərəfindən İddiaçı məxsus ünvan 5 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsəsi 128 kv.m olan qeyri-yaşayış sahəsinin 100 kv.m olan hissəsi formal olaraq Cavabdeh2 adına rəsmiləşdirilmişdir. 2019-cu ilin sentyabr ayının sonları, oktyabr ayının əvvəllərində İddiaçı aralarında olan razılaşmanın şərtlərinə əməl edərək 156.000 manat pulu Cəmil İbadullayevə verərək mənzillərin və Cavabdeh2 adına formal olaraq rəsmiləşdirilmiş ona məxsus qeyri-yaşayış sahəsinin sənədlərinin təhvil verilməsini istəmişdir. Lakin hər dəfə cavabdehlər aralarında olan razılaşmaya əməl etməkdən yayınmışlar. Sonradan isə məlum olmuşdur ki, Ca vabdeh2 iltizam üzrə üzərinə götürdüyü öhdəliyin şərtlərinə əməl etməyərək, öhdəlik müddətini gözləmədən İddiaçı məxsus qeyri-yaşayış sahəsini 10 sentyabr 2019-cu il tarixdə digər Cavabdeh3 satmışdır. “FAM88’' MMC ilə Cavabdeh3 arasında həmin qeyri-yaşayış sahəsinə dair müqavilə imzalanmışdır. Halbuki, 15 oktyabr 2019-cu il tarixə qədər Cəmil İbadullayevə ödənilməli olan 156.000 manat pulun təminatı olaraq Cavabdeh2 adına rəsmiləşdirilmiş həmin qeyri-yaşayış sahəsi digər şəxsə satıla bilməzdi. Halbuki, İddiaçı Cavabdeh1 MMC-yə Cəmil İbadullayevə ödəniləcək 156.000 manat pul vəsaitinin təminatı üçün qeyri-yaşayış sahəsinin Cavabdeh2 adına rəsmiləşdirilməsinə razılıq verməsi barədə məlumat vermişdir. Cavabdeh2 tərəfindən İddiaçı həmin qeyri-yaşayış sahəsinə görə heç bir pul vəsaiti ödənilməm iş, müqavilə formal xarakter daşımış və İddiaçı həqiqi iradə ifadəsini əks etdirməmişdir. Belə ki, Cavabdeh2 tərəfindən verilmiş iltizam bir daha təsdiq edir ki, formal olaraq Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında imzalanmış 06 iyul 2019-cu il tarixli müqavilə və onun əsasında verilmiş 06 iyul 2019-cu il tarixli maliyyə arayışı da pərdələnmiş əqd olaraq Cəmil İbadullayev ilə "xxxx" MMC (əvvəlki "xxxx" MMC) arasında imzalanmış müqavilə üzrə mənzillərin əvəzi olaraq ödənilməli olan 156.000 manat pul vəsaitinin təminatı olduğu üçün heç bir hüquqi nəticə yaratmır və etibarsız hesab edilməlidir. Həmçinin İddiaçı mübahisəli qeyri-yaşayış sahəsinin Cavabdeh2 tərəfindən Cavabdeh3ovun adına keçirilməsini müəyyən etdikdən dərhal sonra, yəni xx.xx.2020-ci il tarixdə Cavabdeh1 MMC-nin rəhbərliyinin və Cavabdeh3 ünvanlarına pretenziya məktubu ilə müraciət edərək "xxxx" MMC-nin rəhbərliyindən 10 gün müddətində Cavabdeh3 10 sentyabr 2019-cu il tarixli müqavilə və həmin tarixli maliyyə arayışının əslinin qaytarılmasının tələb edilərək ləğv edilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Göstərilənlərə əsasən İddiaçı iddia tələbinin təmin edilməsi və iddiaçı Cavabdeh3 iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı Cavabdeh3 Cavabdeh1 MMC-yə qarşı müqavilə öhdəliyinin icra edilməsi, daşınmaz əmlaka istifadə hüquqlarının təmin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanda, 4-cü blok, 1-ci mərtəbədə ümumi sahəsi 100 kv.m qeyriyaşayış sahəsinin ona təhvil verilməsi vəzifəsinin Cavabdeh1 MMC-nin üzərinə qoyulmasını, Cavabdeh1 MMC ilə onun arasında bağlanmış 10 sentyabr 2019-cu il tarixli, 009 nömrəli “Qeyri-yaşayış tikintisi haqqında” müqavilənin 2-ci bəndinin 2-ci yarımbəndi ilə müəyyən edilən öhdəliklərin icra edilməsi vəzifəsinin Cavabdeh1 MMC-nin üzərinə qoyulmasını xahiş etmişdir.

13. Məhkəmə iclasında iştirak edən iddiaçı və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirdi ki, iddiaçı Cavabdeh3 ilə Cavabdeh1 MMC arasında 10 sentyabr 2019-cu il tarixli, 009 nömrəli “Qeyri-yaşayış tikintisi haqqında” müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci və 3.1-ci bəndlərinə əsasən Cavabdeh1 MMC Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında, 4-cü blok, 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsini iddiaçı Cavabdeh3 vermişdir. 10 sentyabr 2019-cu il tarixli maliyyə arayışına görə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında, 4-cü blok, 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsinin pay dəyəri payçı qismində çıxış edən iddiaçı Cavabdeh3 tərəfindən 156.000 manat tam ödənilmiş, MMC-yə borcu yoxdur. Müqavilənin 2.1-ci bəndinin 2-c yarımbəndinə görə bina tikilib başa çatdıqdan sonra payçıya məxsus qeyri-yaşayış sahəsinin heç bir hörgü və suvaq işləri görülmədən payçıya verilməsini təmin etmək Cavabdeh1 MMC-nin vəzifəsidir. Qanunun tələbinə və müqaviləyə əsasən Cavabdeh3 qeyd olunan qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnu əldə etmişdir. Lakin Cavabdeh1 MMC iddiaçı Cavabdeh3 mülkiyyətində olan sözügedən qeyriyaşayış sahəsində təmir işləri nin aparılmasına, sahəyə sahiblik və istifadə etməsinə məhdudiyyət yaratmışdır. Cavabdeh1 MMC iddiaçı Cavabdeh3 mülkiyyətində olan qeyd olunan qeyri-yaşayış sahəsində təmir işlərinin aparılmasına maneələr yaradır. İddiaçı iddia tələbi ilə əlaqədar isə aşağıdakıları qeyd edir. Belə ki, İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, 06 iyul 2019-cu il tarixdə Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında müqavilə bağlanarkən Cavabdeh2 iltizam yazaraq 15 oktyabr 2019-cu il tarixdə 156.000 manat vəsaitin ona və ya Cəmil İbadullayevə ödənildikdə 7 ədəd mənzilin və qeyri-yaşayış sahəsinin sənədlərini İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh1 MMC-nin isə həmin müqavilənin Cəmil İbadullayevə ödənilməli olan 156.000 manat pulun təminatı olaraq bağlanmasından, həqiqəti əks etdirmədiyindən və pərdələnmiş əqd olmasından məlumatlı olduğunu qeyd edir. Yəni Cavabdeh3 artıq 06 iyul 2019-cu il tarixdə bilmişdir ki, 06 iyul 2019-cu il tarixdə Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanan müqavilə başqa əqdi pərdələmiş, 156.000 manat pulun qaytarılmasının təminatı olmuşdur. İddiaçı Mülki Məcəllənin 337.3-cü maddəsinə istinad edərək 06 iyul 2019-cu il tarixdə Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanan müqavilənin əhəmiyyətsiz əqd olduğundan etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisəli əmlak olan sözügedən qeyriyaşayış sahəsi 2016cı ildən İddiaçı məxsus olan 128 kv.m qeyriyaşayış sahəsi daxilində olmuşdur. 2019-cu ilin iyul ayında İddiaçı razılıq ərizəsini imzası ilə təsdiq edərək Cavabdeh1 MMC-dən xahiş etmişdir ki, həmin əmlakın 100 kv.m hissəsini Cavabdeh2 adına rəsmiləşdirsin. Həmin vaxtdan, yəni 06 iyul 2019-cu il tarixdən İddiaçı Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında müqavilənin bağlanmasını bilmişdir. Bundan əlavə, müqavilənin əhəmiyyətsiz olmasına əsas hesab etdiyi iltizam İddiaçı 06 iyul 2019-cu ildən mövcud olmuşdur. İddiaçı qeyd olunan iddia ərizəsini isə 2021-ci ilin may ayında məhkəməyə təqdim etmişdir. Bununla İddiaçı qanunla müəyyən edilmiş 1 (bir) illik iddia müddətini ötürmüşdür. Göstərilənlərə əsasən iddiaçı Cavabdeh3 iddia tələbinin təmin edilməsi və İddiaçı iddia tələbinə iddia müddəti tətbiq edilərək təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili X12 izahatında bildirdi ki, təmsil etdiyi Cavabdeh1 MMC tərəflər arasında razılığın olduğunu güman edərək, iddiaçı Cavabdeh3 il ə 10 sentyabr 2019-cu il tarixli, 009 nömrəli “Qeyri-yaşayış tikintisi haqqında” müqavilə imzalamışdır. Qətnamə çıxarılarkən göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir.

15. Bundan başqa ayrıca icraatda Cavabdeh3 Təbiyət oğlu Cavabdeh1 MMC-yə qarşı müqavilə öhdəliyinin icra edilməsi, daşınmaz əmlaka istifadə hüquqlarının təmin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanda, 4-cü blok, 1-ci mərtəbədə ümumi sahəsi 100 kv.m qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi vəzifəsinin Cavabdeh1 MMC-nin üzərinə qoyulmasını, Cavabdeh1 MMC ilə onun arasında bağlanmış 10 sentyabr 2019-cu il tarixli, 009 nömrəli “Qeyri-yaşayış tikintisi haqqında” müqavilənin 2-ci bəndinin 2-ci yarımbəndi ilə müəyyən edilən öh dəliklərin icra edilməsi vəzifəsinin Cavabdeh1 MMC-nin üzərinə qoyulmasını xahiş etmişdir.

16. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh3 Təbiyət oğlu ilə Cavabdeh1 MMC arasında 10 sentyabr 2019-cu il tarixli, 009 nömrəli “Qeyri-yaşayış tikintisi haqqında” müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci və 3.1-ci bəndlərinə əsasən Cavabdeh1 MMC Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında, 4-cü blok, 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsini iddiaçı Cavabdeh3 vermişdir. 10 sentyabr 2019-cu il tarixli maliyyə arayışına görə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında, 4-cü blok, 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsinin pay dəyəri payçı qismində çıxış edən iddiaçı Cavabdeh3 tərəfindən 156.000 ma nat tam ödənilmiş, MMC-yə borcu yoxdur. Müqavilənin 2.1-ci bəndinin 2-ci yarımbəndinə görə bina tikilib başa çatdıqdan sonra payçıya məxsus qeyriyaşayış sahəsinin heç bir hörgü və suvaq işləri görülmədən payçıya verilməsini təmin etmək Cavabdeh1 MMC-nin vəzifəsidir. Qanunun tələbinə və müqaviləyə əsasən Cavabdeh3 qeyd olunan qeyri-yaşayış sahəsinəmülkiyyət hüququnu əldə etmişdir. Lakin Cavabdeh1 MMC iddiaçı Cavabdeh3 mülkiyyətində olan sözügedən qeyri-yaşayış sahəsində təmir işlərinin aparılmasına, sahəyə sahiblik və istifadə etməsinə məhdudiyyət yaratmışdır. Cavabdeh1 MMC iddiaçı Cavabdeh3 mülkiyyətində olan qeyd olunan qeyriyaşayış sahəsində təmir işlərinin aparılmasına maneələr yaradır. İddiaçı iddia tələbi ilə əlaqədar isə aşağıdakıları qeyd edir. Belə ki, İddiaçı iddia tələblərini onu nla əsaslandırmışdır ki, 06 iyul 2019-cu il tarixdə Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında müqavilə bağlanarkən Cavabdeh2 iltizam yazaraq 15 oktyabr 2019-cu il tarixdə 156.000 manat vəsaitin ona və ya Cəmil İbadullayevə ödənildikdə 7 ədəd mənzilin və qeyri-yaşayış sahəsinin sənədlərini İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh1 MMC-nin isə həmin müqavilənin Cəmil İbadullayevə ödənilməli olan 156.000 manat pulun təminatı olaraq bağlanmasından, həqiqəti əks etdirmədiyindən və pərdələnmiş əqd olmasından məlumatlı olduğunu qeyd edir. Yəni Cavabdeh3 Təbiyət oğlu artıq 06 iyul 2019-cu il tarixdə bilmişdir ki, 06 iyul 2019-cu il tarixdə Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanan müqavilə başqa əqdi pərdələmiş, 156.000 manat pulun qaytarılmasının təminatı olmuşdur. İddiaçı Mülki Məcəlləni n 337.3-cü maddəsinə istinad edərək 06 iyul 2019-cu il tarixdə Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanan müqavilənin əhəmiyyətsiz əqd olduğundan etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisəli əmlak olan sözügedən qeyriyaşayış sahəsi 2016-cı ildən İddiaçı məxsus olan 128 kv.m qeyriyaşayış sahəsi daxilində olmuşdur. 2019-cu ilin iyul ayında İddiaçı razılıq ərizəsini imzası ilə təsdiq edərək Cavabdeh1 MMC-dən xahiş etmişdir ki, həmin əmlakın 100 kv.m hissəsini Cavabdeh2 adına rəsmiləşdirsin. Həmin vaxtdan, yəni 06 iyul 2019-cu il tarixdən İddiaçı Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında müqavilənin bağlanmasını bilmişdir. Bundan əlavə, müqavilənin əhəmiyyətsiz olmasına əsas hesab etdiyi iltizam İddiaçı 06 iyul 2019-cu ildən mövcud olmuşdur. İddiaçı qeyd olunan iddia ərizəsin i isə 2021-ci ilin may ayında məhkəməyə təqdim etmişdir. Bununla İddiaçı qanunla müəyyən edilmiş 1 (bir) illik iddia müddətini ötürmüşdür. Sadalanan hallar əsasında Cavabdeh3 iddia tələbi təmin edilməlidir.

17. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-3817/2021 saylı qərardadı ilə iki mülki iş bir icaatda birləşdirilmişdir.

18. Abşeron rayon məhkəməsinin (X3) 2(012)-2259/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh3 və Cavabdeh2 qarşı əqdin etibarsız hesab edilməsi və əmlakın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh1 ilə Cavabdeh2 arasında Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında, 4-cü blok, 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 100 kv.m olan qeyri-yaşayı ş sahəsinə dair bağlanmış 06 iyul 2019- cu il tarixli müqavilə və həmin müqavilə əsasında Cavabdeh1 tərəfindən verilmiş 06 iyul 2019-cu il tarixli maliyyə arayışı, Cavabdeh1 ilə Cavabdeh3 arasında Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında, 4-cü blok, 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsinə dair bağlanmış 10 sentyabr 2019-cu il tarixli müqavilə və həmin müqavilə əsasında Cavabdeh1 tərəfindən verilmiş 10 sentyabr 2019-cu il tarixli maliyyə arayışı etibarsız hesab edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında, 4-cü blok, 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 100 kv.m olan qeyriyaşayış sahəsi İddiaçı təhvil verilmiş, İddiaçı Cavabdeh3 Cavabdeh1nə qarşı müqavilə öhdəliyinin icra edilməsi, daşınmaz əmlaka istifadə hüquqların ın təmin edilməsi tələbinə dair iddiası təmin edilməmişdir.

19. Məhkəmə hesab etmişdir ki, Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanan 06 iyul 2019-cu il tarixli müqavilə öhdəliklə şərtləşdirildiyindən, İddiaçı tərəfindən öhdəlik icra edilsə də, Cavabdeh2 tərəfindən öhdəlik şərtləri pozularaq mübahisəli qeyri-yaşayış sahəsi Cavabdeh3 satıldığından iddia tələbi əsaslı olmaqla təmin edilməli, Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında, 4-cü blok, 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsinə dair bağlanmış 06 iyul 2019-cu il tarixli müqavilə və həmin müqavilə əsasında Cavabdeh1 MMC tərəfindən verilmiş 06 iyul 2019-cu il tarixli maliyyə arayışı, Cavabdeh1 MMC ilə Cavabdeh3 arasında Abşeron rayonu, Xırdalan şəhər i, M.Hüseynzadə 1 ünvanında, 4-cü blok, 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsinə dair bağlanmış 10 sentyabr 2019-cu il tarixli müqavilə və həmin müqavilə əsasında Cavabdeh1 MMC tərəfindən verilmiş 10 sentyabr 2019-cu il tarixli maliyyə arayışı etibarsız hesab edilməli, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında, 4-cü blok, 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı təhvil verilməlidir.

20. Məhkəmə iddiaçı və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 hazırki İddiaçı tərəfindən verilmiş iddiaya iddia müddətinin tətbiq edilib iddianın rədd edilməsi barədə ərizəsinə münasibətdə qeyd eetmişdir ki, iş materiallarından göründüyü kimi, iddiaçının mübahisəli qeyri-yaşayış sahəsinin Cavabdeh2 tərəfindən Cavabdeh3 satıl masından yalnız 2020-ci ilin dekabr ayında xəbəri olmuş və iş materiallarından göründüyü kimi, bundan bir qədər sonra - 25 fevral 2021-ci il tarixdə İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş, yəni iddiaçı hazırki iddia tələbi üzrə qanunda nəzərdə tutulan bir illik iddia müddətini ötürməmişdir.

21. Məhkəmə daha sonra qeyd etmişdir ki, proses iştirakçılarının izahatlarından, iş materiallarından və işin faktiki hallarından göründüyü kimi, İddiaçı məxsus ünvan 1 ünvanında, 4-cü blok, 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsi öhdəliklə şərtləndirilərək Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanan 06 iyul 2019-cu il tarixli müqavilə əsasında formal olaraq Cavabdeh2 adına rəsmiləşdirilmişdir. İddiaçı tərəfindən öhdəlik icra edilsə də, Cavabdeh2 tərəf indən öhdəlik şərtləri pozularaq mübahisəli qeyri-yaşayış sahəsi 10 sentyabr 2019-cu il tarixdə Cavabdeh3 satılmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh3 Cavabdeh1 MMC yə qarşı müqavilə öhdəliyinin icra edilməsi, daşınmaz əmlaka istifadə hüquqlarının təmin edilməsi tələbinə dair iddiası təmin edilməməlidir.

22. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 337.2, 337.3, 337.4, 377.1, Mülki Prosessualı Məcəllənin 14.2, 77, 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat

23. Abşeron rayon məhkəməsinin (X3) 2(012)-2259/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən Cavabdeh3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh3 və Cavabdeh2 Şəmsəddin oğluna qarşı əqdin etibarsız hesab edilməsi və əmlakın başqasının qeyriqanuni sahibliyindən götürülməsi tələbinə dair iddiasının tamamilə rədd edilməsi, Cavabdeh3 cavabdeh "xxxx" MMC-yə qarşı müqavilə öhdəliyinin icra edilməsi, daşınmaz əmlaka istifadə hüquqlarının təmin edilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanda, 4-cü blok, 1-ci mərtəbədə ümumi sahəsi 100 kv.metr qeyri-yaşayış sahəsinin Cavabdeh3 təhvil verilməsi vəzifəsinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması, cavabdeh "xxxx" MMC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 009 nömrəli "Qeyri-yaşayış tikintisi haqqında" müqavilənin 2-ci bəndinin 2-ci yarımbəndi ilə müəyyən edilən öhd əliklərin icra edilməsi vəzifəsinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Mübahisəli əmlak olan Abşeron rayonu, Xırdalan şəhəri M. Hüseynzadə 1 ünvanda 4-cü blok 1-ci mərtəbədə ümumi sahəsi 100 kvadrat metr qeyri-yaşayış sahəsi 2016-cı ildən X9 məxsus olan 128 kv metr qeyri-yaşayış sahəsi daxilində olmuşdur. 2019cu ilin iyul ayında X15 razılıq ərizəsini imzası ilə təsdiq edərək Cavabdeh1 MMC-dən xahiş etmişdir ki, həmin əmlakın 100 kv metr hissəsini Cavabdeh2 adına rəsmiləşdirilsin. Həmin vaxtdan, yəni 06 iyul 2019-cu il tarixdən X15 Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında müqavilənin bağlanmasını bilmişdir. İddia müddəti xx.xx.2019-cu il tarix dən başlanmışdır. Məhkəmə isə hesab etmişdir ki, guya X15 hüquqlarının pozulmasını, müqavilənin əhəmiyyətsiz olmasını 2020-ci ilin dekabr ayında bilmiş, dərhal pretenziya vermiş və 25 fevral 2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, buna görə bir il müyyən edilən iddia müddətini ötürməmişdir. Lakin məhkəmə Cavabdeh2 xx.xx.2019-cu il tarixli iltizamında (əlyazma) İddiaçı aldığı mənzili İddiaçı xx.xx.2019-cu il tarixdə 156000 manat vəsaiti Cavabdeh2 və ya Cəmil İbadullyevə verdikdən sonra 7 ədəd mənzilin və qeyri-yaşayış sahəsinin bütün sənədlərini İddiaçı qaytarmağını öhdəsinə götürmüşdür. İddia müddətinin başlanmasına bu halın böyük əhəmiyyəti vardır. “Əlyazma”dan görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə 156000 manat pul verməklə mübahisəli qeyri-yaşayış sahəsini g eri ala bilmək hüququ vardır. Yəni, son müddəti xx.xx.2019-cu il tarix göstərilmiş, aralarında müəyyən etmişlər. İddiaçı xx.xx.2019-cu il tarixə və ümumiyyətlə bu günə kimi Cavabdeh2 və Cəmil İbadullayevə pul verməmişdir. İddiaçı bilmişdir ki, onun əmlakı geri qalmaq müddəti xx.xx.2019-cu il tarixdə bitir, yəni bu müddətdən İddiaçı bir il müddətində qeyd olunan iddianı qaldırmaq hüququ vardır. İddiaçı iddia ərizəsi verməsinin son müddəti xx.xx.2020-ci il tarix olmalı idi. İddiaçı isə pretenziyanı dekabr 2020-ci ildə iddia ərizəsini xx.xx.2021-ci il tarixdə məhkəməyə vermişdir. Yəni İddiaçı iddia müddətini ötürmüş, məhkəmə bunu tətbiq etməli olduğu halda tətbiq etməmişdir. Hesab edir ki, hazırkı iddiaya iddia müddəti mütləq tətbiq edilməli və İddiaçı iddia rədd edilməlidir. Sadalanana xüsus atlar birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış və nəticə etibarı ilə əsassız, qanunsuz qətnamə qəbul edilmişdir. Beləliklə apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.

25. Apellyasiya baxışı zamanı Cavabdeh3 nümayəndəsi Vəkil2 məhkəmə kollegiyasının iclasında şikayətin dəlillərini müdafiə edərək, məhkəmə qətnaməsinin qanunsuz və əsassız olduğunu bildirdi və şikayətin təmin olunmasını xahiş etmişdir.

26. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iştirak etdiyi iclasında İddiaçı şikayəti qəbul etməyərək bildirmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsini dostu Azər Tağıyevə görə formal girov qoyub. Həmin sahə faktiki onun sahibliyindədir, hazırda "xxxx" MMC-yə icarəyə verib. Mübahisəli qeyri-yaşayış sahəsinin təhvil ve rilməsi olmayıb, cavabdehlər ora heç vaxt gəlməyiblər. Cavabdeh2la Cavabdeh3 qohumdur, məsələni bitirmək üçün onun adına keçirib. Cavabdeh3 həmin əmlakla bağlı heç bir vəsait ödəməyib.

27. Apellyasiya baxışı zamanı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə şikayətin dəlillərini qəbul etməmiş və onun təmin olunmamasını xahiş etmişdir. Əlavə etmişdir ki, İddiaçı hazırda mübahisələndirdiyi müqavilələrin əhəmiyyətsiz olduğunu bilir. Lakin məqsəd həmin əqdlərin əhəmiyyətsizliyinin məhkəmə qaydasında təsdiq edilməsidir.

28. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (X1 (sədrlik edən və məruzəçi), X18 və X16) 2(105)-780/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən qətnamə dəyişdirilmədən saxlanılmışdır.

29. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Tərəflər arasında əsas mübahisə sonuncu müqavilələrin görünüş üçün bağlanıb-bağlanmaması ilə bağlıdır. İddiaçı hər iki müqavilənin formal, görünüş üçün bağlandığını, borc öhdəliyinin təminatı olaraq həmin qeyri-yaşayış sahəsini girov (ipoteka) qoyduğunu, istər Cavabdeh2, istərsə də Cavabdeh3 tərəfindən, maliyyə arayışlarının verilməsinə baxmayaraq, pul ödənilməməsini, mübahisəli qeyri-yaşayış sahəsinin həmin şəxslərin heç birinə təhvil verilmədiyini, onun faktiki sahibliyində olduğunu və onun tərəfindən icarəyə verildiyini bildirir. Cavabdeh3 isə mübahisəli qeyri-yaşayış sahəsinin dəyərini ödədiyini, buna görə də ona maliyyə arayışı verildiyini bildirir.

30. Kollegiya daha sonra qeyd etmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsi İddiaçı məxsus olmuş və sahənin dəyəri onun tərəfindən ödən ilmişdir. O, həmin qeyri-yaşayış sahəsini Cəmil İbadullayev adlı şəxs ilə "xxxx" MMC (əvvəlki "xxxx" MMC) arasında olan 156.000 manat borc öhdəliyinin təminatı olaraq Cəmil İbadullayevin qohumu Cavabdeh2 adına rəsmiləşdirilməsi üçün ərizə vermiş, əslində həmin qeyri-yaşayış sahəsini ipotekaya qoymaq niyyətində olmuşdur. İşin halından göründüyü kimi Cavabdeh2 həmin əqd üzrə heç bir ödəniş etməmişdir. Bu fakt onun tərəfindən verilmiş yazılı öhdəliklə, mübahisəli qeyri-yaşayış sahəsinin təhvil verilməməsi, İddiaçı sahibliyində və istifadəsində qalması, onun tərəfindən icarəyə verilməsi ilə də öz təsdiqini tapır. Həmin müqavilənin bağlanmasına əsas olmuş şərait və motivin, müqaviləyə qədərki danışıqlar və tərəflər arasındakı münasibətlərin təhlili onu deməyə əsas verir ki, Cavabdeh1 MMC ilə Ca vabdeh2 arasında bağlanmış mübahisələndirilən müqavilə yalan əqd olaraq daha öncə qeyd edildiyi kimi başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir.

31. Məhkəmə kollegiyası bildirmişdir ki, Başqa şəxslər arasında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlanmış əqd əhəmiyyətsizdir və bu halda hüquqi nəticələr əslində bağlanmış müqavilə tərəfləri arasında yaranmış hesab olunmalıdır.

32. Bundan başqa məhkəmə kollegiyası bildirmişdir ki, Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında 06 iyul 2019-cu il tarixində hazırda mübahisələndirilən müqavilə bağlanarkən əslində həmin müqavilə üzrə İddiaçı da subyekt tərkibinə daxil olmuşdur. Tərəflər daha öncə qeyd olunduğu kimi müqaviləni Cəmil İbadullayev adlı şəxs ilə "xxxx" MMC (əvvəlki "xxxx" MMC) arasında olan 156.000 manat b orca görə təminat vermək məqsədilə, yəni başqa şəxslər arasında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlamışlar. Bu zaman isə daşınmaz əmlakla bağlı əqdlərin bağlanması üçün qanunvericilikdə tələb olunan qaydalara əməl edilməmişdir. Eyni qaydada Cavabdeh1 MMC ilə Cavabdeh3 arasında 10 sentyabr 2019-cu il tarixdə “Qeyriyaşayış tikintisi haqqında” müqavilə bağlanarkən də həmin tələblərə əməl edilməmişdir

33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında 06 iyul 2019-cu il tarixində bağlanmış müqavilə əhəmiyyətsizdir, ona görə də bağlandığı andan etibarsızdır. Onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Belə olan halda isə Cavabdeh1 MMC ilə Cavabdeh3 arasında 10 senty abr 2019-cu il tarixdə bağlanmış “Qeyri-yaşayış tikintisi haqqında” müqavilə də etibarsızdır. Cavabdeh1 MMC əslində ona məxsus olmayan əmlak barəsində sərəncam vermiş və həm də bu zaman Mülki Məcəllənin daha öncə sadalanan normalarının tələblərini pozmuşdur.

34. Məhkəmə kollegiyası daha sonra bildirmişdir ki, İddiaçı-Cavabdeh3 apellyasiya şikayətinin əsaslarına dair məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Onun nümayəndəsi və vəkili Vəkil2 iddia müddətinin keçməsinə istinad edərək İddiaçı iddiasının rədd edilməli olması dəlilini məhkəmə əsassız hesab edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mübahisəli qeyriyaşayış sahəsinin Cavabdeh2 tərəfindən Cavabdeh3 satılmasından yalnız 2020-ci ilin dekabr ayında xəbəri olmuş və iş materiallarından göründüyü kimi, bundan bir qədər sonra - 25 fevral 2021-ci il tarixdə İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş, yəni iddiaçı hazırki iddia tələbi üzrə qanunda nəzərdə tutulan bir illik iddia müddətini ötürməmişdir. Məhkəmə kollegiyası, işə baxan məhkəmənin gəldiyi nəticə ilə razılaşır. İşin tədqiq olunan faktiki hallarından da görünür ki, mübahisəli qeyri-yaşayış sahəsi İddiaçı sahibliyində və istifadəsində olmuş, onun tərəfindən də icarəyə verilmişdir. Həmin qeyri-yaşayış sahəsi ilə bağlı Cavabdeh3 iddianı xx.xx.2021-ci ildə vermişdir. Başqa sözlə, İddiaçı Cavabdeh1 MMC ilə Cavabdeh3 arasında 10 sentyabr 2019-cu il tarixdə bağlanmış müqavilədən həmin vaxtdan məlumatlı olması barədə Cavabdeh3 dəlili əsassızdır. Belə ki, Mülki Məcəllənin 377.1- ci maddəsinə əsasən iddia müddətinin axım ı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanılır. Göründüyü kimi Cavabdeh3 məhkəməyə öz tələbinin və apellyasiya şikayətinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudovun Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarına, Azərbaycan Res publikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.4, 340.2, 404.1, 404.2, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

36. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-780/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı-Cavabdeh3 kassasiya şikayəti verərək Qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh3 Təbiyət oğluvə Cavabdeh2 Şəmsəddin oğluna qarşı əqdin etibarsız hesab edilməsi və əmlakınbaşqasının qeyri-qanuni sahibliyindən götürülməsi tələbinə dair iddiasının tamamilə rədd edilməsi, iddiaçı Cavabdeh3 cavabdeh "xxxx" MMC-yə qarşı müqavilə öhdəliyinin icra edilməsi, daşınmaz əmlakaistifadə hüquqlarının təmin edilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə1 ünvanda, 4-cü blok, 1-ci mərtəbədə ümumi sahəsi 10 kv.metr qeyri-yaşayış sahəsinin Cavabdeh3 təhvil verilməsi vəzifəsinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulmasını, cavabdeh "xxxx"MMC ilə Cavabdeh3arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 009 nömrəli "Qeyri-yaşayış tikintisi haqqında" müqavilənin 2-ci bəndinin 2-ci yarımbəndi ilə müəyyən edilən öhdəliklərin icra edilməsi vəzifəsinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulmasına dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

37. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, 06 iyul 2019-cu il tarixdə Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında müqavilə bağlanarkən Cavabdeh2 iltizam yazaraq 15 oktyabr 2019cu il tarixdə 156000 manat vəsaitin ona və ya Cəmil İbadullayevə ödənildikdə 7 ədəd mənzilin və qeyri-yaşayış sahəsinin sənədlərinin İddiaçı qaytarmağı ohdəsinə götürmüş, Cavabdeh1 MMC-nin məlumatı olmuş, həmin müqavilə badullayev Cəmilə ödənilməli olan 156000 manatın təminatı olaraq bağlanmış, həqiqəti əks etdirmir və pərdələnmiş əqdir. Yəni, İddiaçı artıq 06 iyul 2019-cu il tarixdə bilmişdir ki, 06 iyul 2019-cu il tarixdə Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanan müqavilə başqa əqdi pərdələmiş, 156000 manat pulun qaytarılmasının təminatı olmuşdur. İddiaçı Azərbaycan RespublikasıMülki Məcəlləsinin 337.3.-cü maddəsinə istinad edərək 06 iyul 2019-cu il tarixdə Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanan müqavilənin əhəmiyyətsiz əqd olduqundan etibarsız hesab edilməsini mə hkəmədən xahiş etmişdir. Mübahisəli əmlak olan Abşeron rayonu, Xırdalan şəhəri M. Hüseynzadə 1 ünvanda 4-cü blok 1-ci mərtəbədə ümumi sahəsi 100 kvadrat metr qeyri-yaşayış sahəsi 2016-cı ildən İddiaçı məxsus olan 128 kv metr qeyri-yaşayış sahəsi daxilində olmuşdur. 2019-cu ilin iyul ayında İddiaçı razılıq ərizəsini imzası ilə təsdiq edərək Cavabdeh1 MMC-dən xahiş etmişdir ki, həmin əmlakın 100 kv metr hissəsini Cavabdeh2 adına rəsmiləşdirilsin. Həmin vaxtdan, yəni 06 iyul 2019-cu il tarixdən İddiaçı "xxxx" MMC ilə Cavabdeh2 arasında müqavilənin bağlanmasını bilmişdir. İddia müddəti xx.xx.2019-cu il tarixdən başlanmışdır. Bundan əlavə İddiaçı iddia ərizəsində də bildirmişdir ki, guya 2019-cu ilin sentyabr ayında Cavabdeh2 pulun ödənilməsini və əmlakının geri istəməsini tələb etmişdir. Yən i bu hal bir daha təsdiq edir ki, İddiaçı sentyabr 2019-cu il tarixdə də Cavabdeh2 ona əmlakı qaytarmamasını bilmişdir. Məhkəmə isə hesab etmişdir ki, guya İddiaçı hüquqlarının pozulmasını, müqavilənin əhəmiyyətsiz olmasını 2020-ci ilin dekabr ayında bilmiş, dərhal pretenziya vermiş və 25 fevral 2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, buna görə bir il müyyən edilən iddia müddətini ötürməmişdir. Lakin məhkəmə Cavabdeh2 xx.xx.2019-cu il tarixli iltizamında (əlyazma) İddiaçı aldığı mənzili İddiaçı xx.xx.2019-cu il tarixdə 156000 manat vəsaiti Cavabdeh2 və ya Cəmil İbadullyevə verdikdən sonra 7 ədəd mənzilin və qeyri-yaşayış sahəsinin bütün səndələrini İddiaçı qaytarmağını öhdəsinə götürmüşdür. Həmin “əlyazma” barəsində daha geniş yazmışam, bunu təkrar etməyəcəm. Lakin i ddia müddətinin başlanmasına bu halın böyük əhəmiyyti vardır. “Əlyazma”dan görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə 156000 manat pul verməklə mübahisəli qeyri-yaşayış sahəsini geri ala bilmək hüququ vardır. Yəni, son müddəti xx.xx.2019-cu il tarix göstərilmiş, aralarında müəyyən etmişlər. İddiaçı xx.xx.2019cu il tarixə və ümumiyyətlə bu günə kimi Cavabdeh2 və Cəmil İbadullayevə pul verməmişdir. İddiaçı bilmişdir ki, onun əmlakı geri qalmaq müddəti xx.xx.2019-cu il tarixdə bitir, yəni bu müddətdən İddiaçı bir il müddətində qeyd olunan iddianı qaldırmaq hüququ vardır. İddiaçı iddia ərizəsi verməsinin son müddəti xx.xx.2020-ci il tarix olmalı idi. İddiaçı isə pretenziyanı dekabr 2020-ci ildə iddia ərizəsini xx.xx.2021-ci il tarixdə məhkməyə vermişdir. Göstərilənlərə əsasən İddiaçı iddia m üddətini ötürmüş, məhkəmə isə istinad olunan maddı hüquq normalarını halda tətbiq etməmişdir. Mülki Məcəllənin 375.2.maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarından görünür ki, xx.xx.2019-cu il tarixdə İddiaçı Cavabdeh1 MMC-ni direktoru R.Tağıyevə ərizə verərək xx.xx.2016-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri M. Hüseynzadə 1 ünvanda yerləşən "xxxx" MMC-yə məxsus çoxmərtəbəli yeni yaşayış binasında 4-cü blok 1-ci mərtəbə 128 kv metr qeyriyaşayış sahəsinə ümumilikdə 192000 manat ödəniş etməklə payçı olmuş, həmin sahədən 100 k vadrat metr qeyri-yaşayış sahəsi hissəsini hər kvadrat metrini 1560 manat, ümumi qiyməti 156000 manat olmaqla Cavabdeh2 dəyişdirilməsini xahş etmiş, özündə olan sənədlərin əslini Cavabdeh1 MMC təhvil vermişdir. Həmin gün Cavabdeh2 öz əli ilə İltizam yazaraq göstərmişdir ki, yuxarıda qeyd olunan mənzili almış, İddiaçı xx.xx.2019-cu il tarixdə 156000 manat vəsait onlara verdikdən sonra əmlaka dair bütün sənədləri İddiaçı qaytaracaqdır. İddiaçı ərizəsinə uyğun olaraq xx.xx.2019-cu il tarixdə Cavabdeh1 MMC il Cavabdeh2 arasında müqavilə bağlanmış və Abşeron rayonu, Xırdalan şəhəri M. Hüseynzadə 1 ünvanda 4-cü blok 1-ci mərtəbədə ümumi sahəsi 100 kvadrat metr qeyriyaşayış sahəsi axırıncının adına rəsmiləşdirilmişdir. Məhkəmə qətnaməsində göstərmişdir ki, qeyd olunan İltizam xx.xx.2019-cu il tar ixdə Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında bağlanmış əsas müqavilənin təminatı olduğundan, Cavabdeh2 İltizamla üzərinə götürdüyü öhdəliyi icra etmədiyindən müqavilə etibarsız hesab edilsin. Məhkəmə qeyd olunan nəticəyə gəlməkdə səhv etmiş, Azərbyacan RespublikasıMülki Məcəllənin müqavilə öhdəliyinin təminatına dair müddəaları tətbqi etməli olduğu halda tətbiq etməmişdir. Əvvəla İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri M. Hüseynzadə 1 ünvanda 4-cü blok 1-ci mərtəbədə ümumi sahəsi 100 kvadrat metr qeyri-yaşayış sahəsindən imtina etdikdən sonra xx.xx.2019-cu ildə Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi tələbi ilə iddia qaldırmaqa subyektiv hüququ yoxdur. Məhkəmə bu hala qiymət verməmişdir. İstinad olunan maddi hüquq normlarına görə Cavabdeh2 yazdığı İ ltizam müqavilə formasına cavab vermir, Cavabdeh2la "xxxx" MMC arasında bağlanan müqavilənin təminatı deyil, həmin əmlakın ipoteka müqaviləsi hesab edilə bilməzdir. Buna görə Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri M. Hüseynzadə 1 ünvanda 4-cü blok 1-ci mərtəbədə ümumi sahəsi 100 kvadrat metr qeyri-yaşayış sahəsini Cavabdeh3 adına özgəninkiləşdirməsində haqlı olmuşdur.

38. Kassator daha sonra qeyd etmişdir ki, Məhkəmənin mövqeyinə görə guya, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanda, 4-cü blok, 1-ci mərtəbədə ümumi sahəsi 100 kv.metr qeyri-yaşayış sahəsini istifadə etmiş, sahə Cavabdeh3 təhvil verilməmişdir. Mülki işin materiallarına əlavə edilən iddianın təmin edilməsinə dair Məhkəmə qərardadlarından görünür ki, məhkəmə X6 ərizəsini təmin etmiş, həmin sahədən Cav abdeh1 MMC və digər şəxslərin istifadə edilməsinə, sahəyə daxil olmasına məhdudiyyətlər qoymuş, Cavabdeh3 ərizəsi əsasında isə məhkəmə qərardadı ilə təmir işlərinin aparılması, sonra oyektdən istifadəyə məhdudiyyət qoyulmuşdur. Məhkəmə qərardadlarının icra edilməsinə Cavabdeh1 MMC-nin vəzifəli şəxsləri icra etməmiş, inzibati məsuliyyətə cəlb edilmişlər. Əgər İddiaçı həmin sahədən istifadə etmiş olsa idi, məhkəməyə iddianın təmin ediməsi tədbirlərinə dair məhkəmə qərardadının çıxarılmasını xahiş etməzdir. Bundan əlavə X25 ilə Cavabdeh1 MMC arasında müqavilə bağlanarkən Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanda, 4-cü blok, 1-ci mərtəbədə ümumi sahəsi 100 kv.metr qeyri-yaşayış sahəsinin təhvil verilməsinə dair eskiz verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinə “İrşad Elektronik ” marketin nümayəndəsi ərizə verərək işə cəlb olunmaısnı tələb etmiş, lakin hakim nümayəndəni məhkəmə zalından çıxarmışdır. Hakim “İrşad Elektronik” marketinin mübahisəli sahənin istifadə edilməsinə dair kimlə müqavilə baqlanmasının araşdırılmasına maneə yaratmışdır. Lakin apellyasiyainstansiyası məhkəməsi İddiaçı sahədən istifadə etməsi və icarəyə verməsinə dair mövqeyini təsdiq edən hər hansı sübutu işə əlavə etməmişdir.. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

39. Maddə 337.1 Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

40. Maddə 337.2 Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir

41. Maddə 337.4 etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

42. Maddə 340.2 Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

43. Maddə 404.1 Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə mü qayisəsini nəzərə alır.

44. Maddə 404.2 Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

45. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

48. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq n ormalarına müvafiq olaraq qiymət verir.

49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

51. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

52. Maddə 418.3 Prosessual hüquq normalar ının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

54. Hazırkı kassasiya şikayətind ə iddiaçı-Cavabdeh3 qətnaməni tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

55. Baxılan iş üzrə mübahisələndirilməyən hallar ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 128 kv.m təşkil edən qeyri-yaşayış sahəsi iddiaçı tərəfindən 04 aprel 2016-cı il tarixli müqavilə əsasında əldə edilmişdir. İddiaçı 06 iyul 2019cu il tarixdə həmin əmlakın yerləşdiyi çoxmərtəbəli binanı inşa edən hüquqi şəxsin rəhbərliyinə müraciət edərək, qeyri-yaşayış sahəsinin 100 kv.m hissəsinin Cavabdeh2 adına keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş, nəticə etibarilə həmin tarixdə sözügedən əmlakın sonuncunun adına rəsmiləşdirilməsi barədə razılıq əldə edilmişdir.

56. Həmin tarixdə tərtib edilmiş il tizamın məzmunundan aydın olur ki, Cavabdeh2 qohumu Cəmil İbadullayevin adına həmin binada yerləşən 7 ədəd 2 otaqlı mənzilin əvəzində iddiaçıdan sözügedən mənzili aldığını bildirmiş, bununla belə iddiaçının 15 oktyabr 2019-cu il tarixdə 156000 manat vəsaiti ona və yaxud Cəmil İbadullayevə verdikdən sonra qeyd edilən 7 ədəd mənzilin və qeyri-yaşayış sahəsinin sənədlərinin Cavabdeh2 tərəfindən iddiaçıya geri qaytarılacağı qeyd edilmişdir. 57. 10 sentyabr 2019-cu il tarixdə sözügedən qeyri-yaşayış sahəsinin 156000 manat müqabilində cavabdeh MMC tərəfindən digər Cavabdeh3 satılması barədə notarial qaydada təsdiqlənmiş müqavilə bağlanmış, sonuncunun həmin əmlakın pay dəyərini tam olaraq ödəməsi barədə maliyyə arayışı verilmişdir.

58. İddiaçı ilkin olaraq 10 sentyabr 2019-cu il tarixli müqavilən in və həmin tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, əmlakın başqasının qeyri-qanuni sahibliyindən götürülərək ona təhvil verilməsi barədə iddia qaldırmış, sonradan iddia tələbinin həcminin artırılması barədə iddia ərizəsinə əlavə təqdim edərək, Cavabdeh2 mübahisələ əmlaka dair hüquq əldə etməsinə dair 06 iyul 2019-cu il tarixli müqavilənin və həmin tarixli maliyyə arayışının da etibarsız hesab edilməsini xahiş etmişdir.

59. Bununla yanaşı, Cavabdeh3 Cavabdeh1 MMC-yə qarşı müqavilə öhdəliyinin icra edilməsi, daşınmaz əmlaka istifadə hüquqlarının təmin edilməsi tələbinə dair iddia qaldıraraq qeyri-yaşayış sahəsinin ona təhvil verilməsini tələb edir.

60. Hər iki iddia bir icraatda birləşdirilmişdir.

61. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, aşağı instansiya məhkəmələri tər əfindən ilkin əqdin yalan əqd olmaqla əhəmiyyətsiz olması barədə düzgün nəticəyə gəlinsə də, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydaları tətbiq etməməklə mülki qanunvericiliyin əqdlərin etibarsızlığı və onun nəticələrini müəyyən edən müddəalarının tələbləri pozulmuşdur.

62. Belə ki, iddia tələbinin maddi hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 340.2ci maddəsində təsbit edilmişdir ki, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

63. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək ni yyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar).

64. Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər.

65. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil.

66. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələ rini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur.

67. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur.

68. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir.

69. Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq, yalan əqdə onun mah iyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

70. Pərdələnən müqavilədə tərəflərin həqiqi iradəsi ifadə olunduğundan, bu əqd mülki qanunvericiliklə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verdikdə, etibarlı əqd kimi arzu olunan hüquqi nəticələrə səbəb ola bilər.

71. Belə ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Başqa şəxslər arasında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlanmış əqd əhəmiyyətsizdir və bu halda hüquqi nəticələr əslində bağlanmış müqavilə tərəfləri arasında yaranmış hesab olunmalıdır (Azərbaycan Respublik ası Konstutusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair 2022-ci il 18 mart tarixli Qərarı).

72. Təkrar vurğulanmalıdır ki, iddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC arasında bağlanmış əqdin əslində mövcud öhdəliyin icrasının təmini üsulu kimi bağlandığını, həmin əmlakın girov qoyulduğunu bildirir və bu xüsusat iş materialları ilə təsdiq edilir.

73. Bu halda məhkəmə xidməti vəzifəsinə görə yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydaları tətbiq etməli idi.

74. O da qeyd edilməlidir ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi başlıca dəlili ondan ibarət olmuşdur ki, ilkin müqavilədə, yəni qeyri-yaşayış sahəsinin Cavabdeh2 adına keçirilməsi nə dair 06 iyul 2019-cu il tarixli müqavilənin şərtləri pozulmuşdur, çünki həmin müqavilədə 10 oktyabr 2019-cu il tarixə qədər müvafiq öhdəliyin icra ediləcəyi təqdirdə qeyri-yaşayış sahəsinin və digər əmlakların iddiaçıya geri qaytarılması şərtləndirilmişdi. İddiaçı isə Cavabdeh2 həmin müddət gözlənilmədən, müddətin bitməsinə bir aydan artıq vaxt qalmasına baxmayaraq həmin əmlakı digər Cavabdeh3 xeyrinə əvəzli şəkildə özgəninkiləşdirməklə əsasız varlandığını göstərmişdir.

75. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının bu dəlili o zaman əsaslı sayıla bilərdi ki, həmin öhdəlik icra edilmiş olsun, bu halda Cavabdeh2 hərəkəti müqavilə şərtlərinin pozuntusu kimi qiymətləndirilə bilərdi. Hazırki halda həmin öhdəliyin icra edilməsi ümumiyyətlə müəyyən edilmədiyindən, öhdəli yin icrası üçün razılaşdırılmış son tarixdən xeyli vaxt keçdikdən sonra qaldırılmış belə bir dəlilə söykənən iddianın qanuniliyi və əsaslılığı istisna edilir.

76. Apellyasiya məhkəməsi mübahisə üzrə müəyyən edilmiş həmin məqamlara münasibətdə düzgün dəyərləndirmə aparmamışdır.

77. Qeyd edilənlərə yanaşı apellyasiya məhkəməsi tərəfindən mülki qanunvericiliyin iddia müddətlərinin əsaslarını müəyyən edən müddəalarının da tələbləri pozulmuşdur, belə ki, məhkəmə cavabdehin müqavilənin etibarsızlığı üçün qanunvericiliklə müəyyən edilmiş iddia müddətinin tətbiq edilməsi barədə dəlilinə münasibətdə hesab etmişdir ki, iddiaçı mübahisəli qeyri-yaşayış sahəsinin Cavabdeh2 tərəfindən Cavabdeh3 satılmasından yalnız 2020-ci ilin dekabr ayında xəbərdar olmuş, iddiaçı isə hazırki tələblə 25 fevral 2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir, yəni iddiaçı hazırki iddia tələbi üzrə qanunda nəzərdə tutulan bir illik iddia müddətini ötürməmişdir.

78. Məhkəmə kollegiyası xatırlatmağı zəruri hesab edir ki, Konstutusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, Mülki Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsas sız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir.

79. Nəticə etibarilə, apellyasiya məhkəməsi müddətin axımının başlanğıcını düzgün müəyyən etməmiş, iddiaçının hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu anı əmlakın Cavabdeh3 satıldığını bildiyi anla əlaqələndirmişdir, halbuki iddiaçı 06 iyul 2019cu il tarixli müqavilə bağlandığı andan iddiaçı bunun yalan əqd olduğunu bilmişdir. Bu baxımdan bir illik kəsici müddətin axımı həmin andan başlamışdır.

80. Göstərilənlərdən ziyadə, məhkəmə kollegiyası onu da vurğulamağı lazım bilir ki, Cavabdeh3 əmlakı əldə edən zaman vicdanlı əldə edən olub-olmaması da aydınlaşdırılmamışdır.

81. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı q ismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əml aka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarı).

82. Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı).

83. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl qiymət verməlidirlər.

84. Apellyasiya instansiya məhkəməsi tərəfindən apellyatorun irəli sürdüyü dəlillər iş üztə təqdim edilmiş sübutlar əsasında tam, hərtərəfli və obyektiv araşdı rılmamış, nəticə etibarilə onun Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulmuş hüquq və azadlıqların məhkəmə təminatı hüququ pozulmuşdur.

85. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, kassasiya şikayət qismən təmin edilməli, qətnamə ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmalıdır.

86. Göstərilənlərə əsasən və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-780/2022 nömrəli, 6 may 2022-ci il tarixli qətnaməsi ləğv olunsun, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar