Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4785/2023 29.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)2115/2023 nömrəli iş üzrə 25 may 2023-cü il tarixli qərardadından iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxar aq, aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli R 040457 saylı aktın etibarsız hesab edilməsi, ********** saylı sayğaca dair xx.xx.2021-ci il tarixli R 040457 saylı akt üzrə hesablanmış 4.730,40 manat məbləğdə borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2875/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim A.İbadzadə) iddia təmin edilmiş, "xxxx" ASC tərəfindən İddiaçı barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli R 040457 saylı akt etibarsız hesab edilmiş, ********** saylı sayğaca dair xx.xx.2021-ci il t arixli R 040457 saylı akt üzrə hesablanmış 4.730,40 manat məbləğdə borcun silinməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
3. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti vermişdir.
4. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2115/2023 nömrəli iş üzrə xx.xx.2023-cü tarixli qətnaməsi ilə (hakimlər N.Cəfərov (sədrlik edən və məruzəçi), İ.Şirinov və E.Kazımov) apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilərək, iddia rədd edilmişdir.
5. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə (eyni məhkəmə tərkibi) kassasiya şikayəti qaytarılmışdır.
7. Apellyasiya instansiyası məhkəməsinin qərardadının əsaslarına görə, “Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə həll edilmiş iddianın qiyməti 5.000 manatdan az olduğuna, yəni 4.730,40 manat olduğuna görə həmin qətnamədən kassasiya şikayəti verilə bilməz. Odur ki, məhkəmə Mülki-Prosessual Məcəllənin 402.1 və 408.1.1-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, kassasiya şikayəti geri qaytarılmalıdır. Bundan başqa, kassasiya şikayətinin imzalanması üçün elektron imzadan istifadə edilməyib. Mülki-Prosessual Məcəllənin 10-1.7-ci maddəsinə görə “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Ona görə də hesab olunur ki, hazırkı kassasiya şikayəti imzalanmayıb.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QA RŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
8. Qərardadla razılaşmayan cavabdeh ondan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir.
9. Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə qərardadında iddia məbləğinin 5.000 manatdan az olması ilə bağlı nəticəyə gəlmişdir. Lakin məhkəmə iddia tələbinin digər hissəsinə qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar ü zrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər; Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürü lmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi i lə nəticələnsin və ya nəticələnə bilsin. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
12. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış (müəyyən edilmiş) sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
13. Kassasiya şikayətində qərardadın ləğvi tələb edildiyi üçün, apellyasiya instansiyasının məhkəmə aktı şikayətdə irəli sürülmüş dəlillər üzrə tam yoxlanılır.
14. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsin in vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
15. Məhkəmə kollegiyası kassasiya şikayətini iş materialları ilə birlikdə nəzərdən keçirərək, aşağıdakıları qeyd edir.
16. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada, məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.
17. Nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyil və qanunla müəyyən edilmiş prosessual şərtlər mövcud olduqda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur.
18. Bu qəbildən məhdudiyyətlərdən biri də MPM-in 402.1-ci maddəsində təsbit olunmuşdur. Belə ki, həmin maddədə mülki işlər üzrə qəbul edilmiş qətnamənin m übahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayətinin verilə bilməcəyi göstərilmişdir.
19. İşdən məlum olur ki, hazırkı iş üzrə iddia iki hissədən, aktın etibarsız hesab edilməsi və hesablanmış borcun silinməsindən ibarətdir. İddianın qaldırılmasından əsas məqsəd borcun silinməsidir. Həmin hissədə iddianın qiyməti 5.000 manatdan azdır. Aktın etibarsız hesab edilməsi isə borcun silinməsi tələbinin tərkibi, faktiki əsası kimi çıxış edir. Bu səbəbdən aktın etibarsız hesab edilməsi müstəqil iddia tələbi kimi çıxış edə bilmir. Odur ki, iddianın qiyməti beş min manatdan az olduğu üçün iddiaçının apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermək hüququ olmamışdır.
20. Məhkəmə kollegiyas ı yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayətin dəlilləri əsassız, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni olduğu üçün, qərardad dəyişiklik edilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
21. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2115/2023 nömrəli iş üzrə 25 may 2023-cü il tarixli qərardadı dəyişiklik edilmədən saxlanılsın. İddiaçı kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.