Məhkəmə qərarları › İş №2(102)-4786/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4786/2023

26.12.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4786/2023 26.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində göstərilməklə) qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: bağışlama müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində göstər ilməklə) qarşı bağışlama müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 sentyabr 2023-cü il tarixli, 2(103)-4720/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 26 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Əmlak Xidmətləri Məkanında fəaliyyət göstərən 12 saylı notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinin notarial təsdiq olunmuş surətindən görünür ki, “hədiyyə verən” İddiaçı ünvan ünvanında yerləşən 0.12 ha torpaq sahəsini “hədiyyə alan” Cavabdeh mülkiyyətinə vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə a ktları: a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində göstərilməklə) qarşı bağışlama müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli, 4Ə-978 nömrəli bağışlanma müqaviləsinin və onun əsasında X1 adına olan qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********29 olan çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, bağışlanma müqaviləsi əsasında mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 944 saylı bağ sahəsini bacısı hazırki cavabdehə bağışlamışdır. Bağışlanma notariat qayda sında olmuş, cavabdeh müvafiq öhdəliklər götürmüşdür. Cavabdehin öhdəliklərinə inanaraq mülkiyyətində olan əmlakı ona heç bir ödəniş etmədən bağışlamışdır. Sonradan cavabdeh öhdəlikləri icra etməmiş və bununla da onun etibarından sui-istifadə etdiyi üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Bu müddət ərzində 3 dəfə müəyyən xəstəliklərdən əziyyət çəkmiş, Covid 19 pandemiyası vaxtı xəstələnmiş, karantinə alınmış, bundan başqa əməliyyat edilmişdir. Xəstəliklərindən ötrü müqavilənin etibarsızlığı məsələsini qaldırmamışdır. Bununla əlaqədar olaraq iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət edilmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır.

4. Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə iddia ərizəsinə qarşı etiraz ünvanlamışdı r.

5. Etirazı onunla əsaslandırmışdır ki, mübahisələndirilən bağışlama müqaviləsi xx.xx.2021ci il tarixində hədiyyə verənlə (iddiaçı) hədiyyə alan (cavabdeh) arasında hər hansı bir şərt və ya öhdəlik nəzərdə tutulmadan bağlanılmışdır. Müqavilə bağlanarkən notarius tərəfindən hədiyyə verənə və hədiyyə alana Azərbaycan Respublikası MM-nin 666-674-cü maddələrinin məzmunu, müqavilənin bütün şərtləri ilə əlaqədar hüquq və vəzifələri, həmçinin müqavilənin doğuracağı hüquqi nəticələr izah edilmişdir. Yəni, hədiyyə verən torpaq sahəsini bacısına hədiyyə edərkən sonuncunun qarşısında hər hansı bir şərt, tələb və ya öhdəlik qoymamış, mübahisələndirdiyi bağışlama müaviləsində nəzərdə tutulmuş bütün şərtlərlə razılaşmış və bunu öz imzası ilə notarial qaydada təsdiq etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixində müvafiq iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, qanunla müəyyən edilmiş 1 il müddətində müvafiq tələblə məhkəməyə müraciət etməmiş və bununla da iddia müddətini üzrsüz səbəbdən buraxmışdır. Digər tərəfdən, iddia ərizəsində bağışlama müqaviləsi ilə bağlı cavabdeh tərəfindən hansı öhdəliklərin götürülməsi, eləcə də həmin öhdəliklərin necə icra edilməməsi ilə bağlı hər hansı bir sübut və ya dəlil göstərilməmiş və təqdim edilməmişdir. Daha sonra, iddiaçı tərəfindən özünün hansı müddətlər ərzində xəstələnməsi, həmin xəstəliklərin onun müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etməsini, habelə bu iş üzrə vəkillə müqavilə bağlamasını mümkünsüz etməsi ilə də bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfindən Azərbaycan Respublikası MM-nin 14-cü fəslində nəzərdə tutulan əqdlərin etibarsızlığı barədə hər hansı bir əsasa istinad edilməmişdir. Çünki sözügedən mübahisə üzrə hər hansı bir əsas yoxdur. İddia tələbinin təmin olunmayaraq rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Həmçinin iddia müddəti tətbiq etməklə iddianın rədd edilməsi barədə ərizə ünvanlamış və həmin ərizəni onunla əsaslandırmışdır ki, iddia tələbi üzrə 2(005)-1216/2023 saylı mülki işə iddia müddətinin keçməsi barədə qanunvericiliyin müvafiq norması tətbiq edilməlidir. “Mübahisələndirilən əqdin etibarsız sayılması tələbi” və “əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi tələbi” mülki hüquqdur və mülki hüququn həyata keçirilməsi müddəti bitəndə hüququn özü də xitam olunur. İddiaçı tərəfindən iddia vermək üçün qanunvericilikdə nəz ərdə tutulmuş müddət buraxıldığından iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iddianı qəbul etməyərək, iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli, 2(005)1216/2023 saylı qətnaməsi ilə (hakim R.Quliyev) iddia tələbi təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixli müqavilənin bağlandığı müddətdən 1 il artıq müddət keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, müqavilənin özündə də, iddia müddəti ilə əlaqədar başqa hal nəzərdə tutulmamış, cavabdeh isə iddia müddətinin tətbiq edilməsini xahiş etmişd ir.

10. Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddətlər iddia müddəti deyil, kəsici müddət olmaq etibarı ilə hüququnun pozulması ehtimal olunan şəxsin müraciət müddətidir. Yəni, qanunun tələbinə əsasən əqdin etibarsızlığı ilə bağlı tələb irəli sürmək üçün hüququ pozulmuş şəxs bir il ərzində məhkəməyə müraciət edə bilər. Lakin iddiaçı onun hüququnun pozulduğunu bildiyi andan 1 il müddətində əqdin etibarsızlığı ilə bağlı mübahisə açmamış və bununla da qanunla müəyyən edilmiş müraciət müddətini ötürmüşdür.

11. İddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməməsini öz xəstəliyi və Covid19 virusuna yoluxması ilə əsaslandırsa da, məhkəmə qeyd edir ki, göstərilən səbəblər iddianın vaxtında verilməməsi üçün əsas olmamışdır. Belə ki, tərəflər arasında müqavilə xx.xx.2021-ci il tarixdə bağlanmış və həmin müqavilənin etibarsızlığı üçün xx.xx.2022-ci il tarixədək məhkəməyə iddia ilə müraciət etmək hüququ olmuşdur. İş materiallarında olan Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitunun xx.xx.2023-cü il tarixli arayışında iddiaçının xx.xx.2021-ci il tarixdə travma alması qeyd edilmişdir. X2 (xəstəlik tarixindən) çıxarışda iddiaçının xx.xx.2022-ci il tarixdə işemik insult nəticəsində sağlamlığının müəyyən müddətdə pozulması müəyyən edilmiş, lakin həmin müddətinin uzun sürməsi və ya xx.xx.2022ci il tarixədək çəkməsi əks edilməmişdir. İddiaçı Covid-19 virusuna yoluxma ilə əlaqədar müddətinin ötürməsini bildirmiş, lakin iddiaçının buna dair irəli sürdükləri arqumentlər ağlabatan olmamaqla heç bir mötəbər və tutarlı sübut növləri ilə də öz təsdiqini ta pmır.

12. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 347.1, 347.2, 354.1, 354.2, 373.1, 373.2, 377.1; Azərbaycan Respublikasının MPM-nin 9.1, 9.3, 14.2, 80, 88, 106.1, 107, 119.1, 217.1, 217.3, 217.4, 218.1-ci maddələrinə, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001- ci il tarixli “Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair” Qərarına, R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktaybr 2007-ci il tarixli qərarına, E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Resp ublikasının Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına, Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarına istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

13. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar Mülki Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Onun həbsdə olmasını, sənədlərinn olmamasını, xəstəlikdən müalicə almasını nəzərə almadan iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilmişdir. Hesab edir hazırkı hal qanunsuzdur. Mülki Məcəllənin 382-ci maddəsinin adında iddia müddətinin ümumiyyətlə bərpasından bəhs olunsa da, həmin maddənin məzmununda ancaq fiziki şəxslərə münasibətdə iddia müddətinin bərpası mümkün sayılır. Başqa sözlə, orada hüquqi şəxslərə münasibətdə iddia müddətinin bərpası imkanı müəyyən edilməmişdir. İddia müddətinin bərpası ilə əlaqədar digər yeni lik bu müddətin ötürülməsi səbəblərinin baş verdiyi müddətin nəzərə alınmasıdır. Yəni, iddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzürlü sayıla bilər. İddia ərizəsinə əlavə edilən xəstəlik sənədlərinə (iddia müddətinin ötürülməsi üçün fors major hallar, üzrlü səbəbəblər, uzun sürən ağır xəstəliklər) münasibət bildiriməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş sübutlara hüquqi qiymət verilməmişdir. Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, X3 xx.xx.2022-ci il tarixdə vəziyyəti qəfil pisləşdiyinə görə təcili tibbi yardıma müraciət etmiş, daha sonra kranial MRT müayinəsindən keçmiş və özəl nevropotoloqun nəzarəti altında müalicə almışdır. Sağ ko rona radiatada millimetrik yarım kəskin fazada işemik insult diaqnozu qoyulmuşdur. Azərbaycan Elmi-Tədqiqat Travmotologiya və ortopediya İnstitunun xx.xx.2023-cü il tarixli arayışınıdan görünür ki, xx.xx.2021-ci il tarixdə İddiaçı müraciəti zamanı ona “Sağ bazu sümüyünün cərrahi boynunun böyük yerdəyişmiş sınığı” diaqnozu qoyulmuşdur. Bununla yanaşı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi iddiaçının iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət etməsini, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmasını öz qətnaməsində qeyd etmişdir. Demək bir illik iddia müddəti ərzində iddiaçı aidiyyət qaydalarına riayət etməsə də, öz iddia ərizəsini vermiş, lakin xəstəliyinə və aidiyyət qaydalarını pozduğuna görə Nərimanov məhkəməsinə əqdin etibarsızlığı ilə bağlı bi r illik iddia müddəti ərzində müraciət etməmişdir. Məhkəmə bu qərardadı öz qətnaməsində sənədlərin siyahısında qeyd etsə də, onunla bağlı öz münasibətini bildirməmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4720/2023 saylı, 05 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər: X.A.Mərdanova (sədrlik edən və məruzəçi), E.M.Həsənov və S.X.Bəhrəmzadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanun i və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır.

17. Məhkəmə qeyd etmişdir ki, hazırki iddia üzrə iddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qaldırdığı iddianın əsası kimi, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin icra edilmədiyi göstərərək həmin müqavilənin etibarsızlığı tələb edir. Cavabdeh isə buna etiraz edərək, müqavilədə hər hansı öhdəliyin nəzərdə tutulmadığını və həmçinin iddia müddətinin ötürüldüyünü bildirir.

18. Əmlak Xidmətləri Məkanında fəaliyyət göstərən 12 saylı notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın Bağışlama müqaviləsinin notarial təsdiq olunmuş surətindən görünür ki, “hədiyyə verən” İddiaçı ünvan ünvanında yerləşən 0.12 ha torpaq sahəsini “hədiyyə alan” Cavabdeh mülkiyyətinə vermişdir.

19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddətlər iddia müddəti deyil, kəsici müddət olmaq etibarı ilə hüququnun pozulması ehtimal olunan şəxsin müraciət müddətidir. Yəni, qanunun tələbinə əsasən əqdin etibarsızlığı ilə bağlı tələb irəli sürmək üçün hüququ pozulmuş şəxs bir il ərzində məhkəməyə müraciət edə bilər.

20. Lakin iddiaçı onun hüququnun pozulduğunu bildiyi andan 1 il müddətində əqdin etibarsızlığı ilə bağlı mübahisə açmamış və bununla da qanunla müəyyən edilmiş müraciət müddətini ötürmüşdür.

21. İddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməməsini öz xəstəliyi və Covid19 virusuna yoluxması ilə əsaslandırsa da, birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, göstərilən səbəblər iddianın vaxtında verilməməsi üçün əsas olmamışdır.

22. Belə ki, tərəflər arasında müqavilə xx.xx.2021-ci il tarixdə bağlanmış və həmin müqavilənin etibarsızlığı üçün xx.xx.2022-ci il tarixədək məhkəməyə iddia ilə müraciət etmək hüququ olmuşdur. İş materiallarında olan Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitunun xx.xx.2023-cü il tarixli arayışında iddiaçının xx.xx.2021-ci il tarixdə travma alması qeyd edilmişdir. X2 (xəstəlik tarixindən) çıxarışda iddiaçının xx.xx.2022-ci il tarixdə işemik insult nəticəsində sağlamlığının müəyyən müddətdə pozulması müəyyən edilmiş, lakin həmin müddətinin uzun sürməsi və ya xx.xx.2022-ci il tarixədək çəkməsi əks edilməmişdir. İddiaçı Covid-19 virusuna yolux ma ilə əlaqədar müddətinin ötürməsini bildirmiş, lakin iddiaçının buna dair irəli sürdükləri arqumentlər ağlabatan olmamaqla heç bir mötəbər və tutarlı sübut növləri ilə də öz təsdiqini tapmır. Hətta iş materiallarından görünür ki, iddiaçı Covid-19 xəstəliyinə xx.xx.2021-ci il tarixdə yoluxmuşdur. Yəni o, Covid-19 xəstəliyinə bağışlama müqaviləsi bağlandıqdan bir ay sonra yoluxmuşdur.

23. Digər tərəfdən iddiaçı tələbində bağışlama müqaviləsinin etibarsız hesab edilməsinin əsası kimi cavabdehin öz üzərinə öhdəlik götürməsini və cavabdehin öhdəlikləri icra etmədiyini bununla da onun etibarından sui-istifadə etdiyini bildirmişdir.

24. Lakin tərəflər arasında olan bağışlama müqaviləsindən görünür ki, həmin müqavilə ilə cavabdeh üzərinə hər hansı öhdəlik götürməmişdir eləcə də götürmüş olsa bel ə həmin öhdəliklərin nədə ifadə olunması və cavabdeh tərəfindən öhdəliklərin icra edilməməsi barədə iddiaçı tərəfindən mötəbər sübutlar təqdim edilməmişdir.

25. Həmçinin kollegiya qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14cü fəslində əqdlərin etibarsızlığının əsasları müəyyən edilmiş, lakin həmin əsasların sırasında «öhdəliyin icra edilməməsi» nəzərdə tutulmamışdır.

26. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin heç bir müəddəasında «öhdəliyin icra edilməməsi»si əqdin etibarsızlığının əsası kimi müəyyən edilməmişdir.

27. Birinci instansiya məhkəməsi işin faktiki hallarını nəzərə almaqla, mübahisəni tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir.

28. Məhkəmə gəldiyi nəticənin əsası kimi Mülki Məcəllənin 337, 347, 354, 373 və 377-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Qərarına, Mülki Prosessual Məcəllənin 14, 77, 80, 88, 106, 217, 218, 384 və 405-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

29. İddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməs ini xahiş etmişdir.

30. Kassasiya şikayətində qeyd edilmişdir ki, apellyasiya instansiyası öz qətnaməsində Mülki Məcəllənin 347-ci maddəsinin tələbinə istinad etsə də, iddiaçının əqdi bağlayarkən yanılmaya məruz qalmasını qeyd etməmişdir. İddiaçı bağışlama müqaviləsini cavabdehin vədlərinə inanaraq formal olaraq bağlamışdır. Yəni o müqaviləni bağlayarkən, onun niyyəti mülkiyyətində olan əmlakı cavabdehin mülkiyyətinə vermək olmamış, sonradan cavabdehin gəlininin adına keçirmək olmuşdur. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İddiaçının xəstəlikdən müalicə alması nəzərə alınmadan iddia müddəti tətbiq edilərək iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsi həmin halı araşdırmadan birinci in stansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayaraq, apellyasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edib. Bu hal qanunsuz və ədalətsizdir. İddiaçı öz hüququnun pozulduğunu bildiyi andan xəstəlikdən müalicə alırdı, həmin vəziyyət onun pozulmuş hüquqlarını bərpası üçün məhkəməyə müraciət imkanını istisna edirdi. İddiaçı tərəfindən təqdim edilmiş sübutlara hüquqi qiymət verilməmişdir. İddia ərizəsinə əlavə edilən xəstəlik sənədlərinə (iddia müddətinin ötürülməsi üçün fors major hallar, üzrlü səbəblər, uzun sürən ağır xəstəliklər) münasibət bildiriməmişdir. Ambulator kitabçadan ( xəstəlik tarixindən) çıxarışdan görünür ki, X3 xx.xx.2022-ci il tarixdə vəziyyəti qəfil pisləşdiyinə görə təcili tibbi yardıma müraciət etmiş, daha sonra kranial MRT müayinəsindən keçmiş və özəl nevropot oloqun nəzarəti altında müalicə almışdır. Azərbaycan Elmi Tədqiqat Travmotologiya və ortopediya İnstitunun xx.xx.2023-cü il tarixli arayışınıdan görünür ki, xx.xx.2021-ci il tarixdə İddiaçı müraciəti zamanı ona “Sağ bazu sümüyünün cərrahi boynunun böyük yerdəyişmiş sınığı” diaqnozu qoyulmuşdur. Notariat orqanında bağışlama müqaviləsi həyata keçirilərkən, predmet olan bağ sahəsində yerləşən evlərdə qeydiyyatı olan şəxslərin razılıq ərizəsi olmalıdır. Lakin bu kimi hallar məhkəmə tərəfindən araşdırılmamışdır. Halbuki birinci instansiya məhkəməsi iddia müddətini əsas işin hallarını tam araşdırmamış, apellyasiya məhkəməsi bu pozuntunu qeyd etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstit usiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında qeyd olunur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Apellyasiya instansiyası da müvafiq normaya öz qətnaməsində müraciət etmişdir. Lakin həmin normanın tələblərini nəzərə almamışdır. Belə ki, apellyasiya instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında dinləmələr olarkən iddiaçının hüququnun pozulduğu aşkar olunmuşdur. İddiaçı şəxsən özü işin hallarını məhkəməyə bildirmiş, formal əqddən cavabdehin sui istifadə etdiyini kollegiyanın nəzərinə çatdırmışdır. b)Kassasiya şikayət inə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Mülki Məcəllə

32. Maddə 337.1. Bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

33. Maddə 347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər.

34. Maddə 347.2. Vacib əhəmiyyətli yanılmaya şəxsin razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəməsi, şəxsin bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etməsi, tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri halların mövcud olmaması aiddir.

35. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızl ığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

36. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

37. Maddə 373.1. Ümumi müddəti 10 il təşkil edir.

38. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə 6 ildir.

39. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozu lduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır.

40. Maddə 666.1. bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur;

41. Maddə 673.1. hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun y axın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. 673.3-cü maddəsinə əsasən imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. 42. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 dekabr 2012-ci il tarixli qərarında izah olunmuşdur ki, MM-in 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Mülki Prosessual Məcəllə

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

49. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

50. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zə rurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Hazırki kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və müəyyən olunmuş hallara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə tam razılaşdır.

54. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası izah edir ki, iddiaçı müqavilə bağlanarkən cavabdehin üzərinə hansı öhdəlik götürməsini qeyd etmir. Müqavilə üzrə cavabdehin üzərinə hər hansı öhdəlik götürmədiyi aşkardır. Digər tərəfdən məhkəmə kolllegiyası qeyd edir ki, göstərilən əsaslarla müqavilənin etibarsız hesab edilməsi yolverilən hesab edilə bilməz. Bununla yanaşı iddiaçı müva fiq olaraq müqavilənin bağlanmasından bir il müddət keçəndən sonra tələb irəli sürmüşdür ki, bu isə kəsici müddətin ötürülməsi deməkdir.

55. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421- ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərar a aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 sentyabr 2023-cü il tarixli, 2(103)-4720/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar