Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-479/2020 28.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı, onun vəkili X1, Cavabdeh1, onun vəkili X5, digər Cavabdeh2 və vəkili X6 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cuil tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnamə si ilə (hakim Ə.Qəhrəmanov, iş № 2(003)-xxx/19) İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və sair” tələbinə dair, həmçinin cavabdeh X3 qarşı “evin və torpaq sahəsinin boşaldılması” tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2 apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov-sədrlik edən və məruzəçi, Ş.Məhərrəmova və E.Şamayev, iş № 2(103)-xxx/19) apellyasiya şikayətləri təmin edilməyərək Xəzər Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikay ətləri vermişlər. Cavabdeh2 kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsini dəyişdirməklə həmin qətnamədən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin tətbiq edilməsi barədə müddəaların xaric edilməsi və iddianın rədd edilməsi əsası kimi 2009-cu il oktyabr ayının 1-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin göstərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh1 isə kassasiya şikayətində “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2001-ci il tarixli Qərarı və Azərbaycan Respublikası Mülki Proses sual Məcəlləsinin 417.1.2-ci maddəsi rəhbər tutulmaqla apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını, maddi və prosessual pozuntuların aradan qaldırılması üçün işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 qarşı iddia ərizəsi və iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 20.000 manat məbləğində kompensasiya verilməklə mülkiyyətində olan və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, 13-cü döngədə yerləşən 3 nömrəli evdən və həmin evin yerləşdiyi torpaq sahəsindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və İddiaçıanın mübahisəli evdən və torpaq sahəsindən çıxarılmaları ba rədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayətləri apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkilləri X.Bəşirov, E.Şükürov məhkəmə kollegiyasının iclasında öz kassasiya şikayətlərini müdafiə edərək onların təmin olunmasını xahiş etdilər. İddiaçı və vəkili E.Əliyarov məhkəmə kollegiyasının iclasında cavabdehlərin kassasiya şikayətlərini qəbul etmədiklərini bildirdilər. Cavabdeh İddiaçıa məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Yuxarıda qeyd olunduğu kimi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kassasiya qaydasında yalnız iki cavabdeh – Cavabdeh1 və Cavabdeh2 mübahisələndirmişdir. İşdə iştirak edən digər şəxslər tərəfindən kassasiya şikayəti verilməmişdir. Kassasiya şikayətlərinin məzmunundan göründüyü kimi, cavabdehlər iddia tələbinin rədd olunmasının əsaslarından narazıdırlar. Məhkəmə kollegiyası bun u nəzərə alaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyini və əsasllığını yalnız cavabdehlərin kassasiya şikayətlərinə münasibətdə mübahisələndirilən hissədə yoxlayıb qiymət verir. Məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli,Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsimübahisələndirilən hissədə həmin kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İşdən göründüyü kimi, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, 13-cü döngədə yerləşən 3 nömrəli ev və torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 isə iddiaçını n ailə üzvü kimi həmin evə və torpaq sahəsinə istifadə hüquqları yaranmışdır. Hazırda iddiaçının tələbi cavabdehlərdən Cavabdeh1, Cavabdeh2 evdən və həmin evin yerləşdiyi torpaq sahəsindən istifadə hüquqlarına 20.000 manat kompensasiya verilməklə xitam verilməsi və onların, eləcə də digər cavabdeh Vüsalə Babayevanın mübahisəli evdən və torpaq sahəsindən çıxarılmaları barədədir. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq rədd etmiş və apellyasiya instansiyası məhkəməsi bununla razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlamışdır. Apellyasiya instansiyası məhkəməsi cavabdehlərin apellyasiya şikayətinin dəlillərini əsassız saymış və bununla bağlı aşağıdakıları qeyd etmişdir. Cavabdehlərin apellyasiya şikayətlərinin dəlillərindən biri ondan ibarət olmuşdur ki, onlar mübahisəli e vdə 1999-cu ildən qeydiyyatda olduqlarına görə hazırkı mübahisə Mülki Məcəllənin 228.2-ci maddəsi əsasında deyil, MPM-nin 217.2-ci maddəsinin tələbinə əsasən, 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə uyğun olaraq həll edilməli idi. Həmçinin, Rayon Məhkəməsi Konstitusiya Məhkəməsinin heç bir imperativliyi və ya rəsmi tövsiyə xarakteri olmayan Plenum qərarına istinad etmişdir ki, həmin qərarın hazırki mülki işə heç bir aidiyyatı və uyğunluğu yoxdur. Apellyasiya instansiyası məhkəməsi həmin dəlillə razılaşmayaraq göstərmişdir ki, 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Göründüyü kimi, qüvvədən düşmüş Mənzil Məcəlləsinin 123-cü maddəsində mülkiyyətçidən söhbət gedir. Lakin həmin dövrdə iddiaçı mübahisəli evin və torpaq sahəsinin mülkiyyətçisi olmamışdır. İş materiallarında olan “Reyestrdən çıxarışdan” görünür ki, iddiaçı mübahisəli evə və torpaq sahəsinə mülkiyyət hüququnu 2018-ci ildə almışdır və mülkiyyət hüququ əldə etdiyi halda onun bir mülkiyyətçi kimi Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş hüququ (kompensasiya ödəməklə istifadə hüququna xitam verilməsini tələb etmək) yaranmışdır. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 31.03.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasın a və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26.09.2007-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna - xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövc ud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı mübahisənin həlli Mülki Məcəllənin 228.2-ci maddəsinin tələbləri baxımından düzgün hesab edildiyinə görə, Konstitusiya Məhkəməsinin sözügedən qərarına istinad edilməsi vacib və birmənalıdır. MPM-nin 13.7-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Cavabdehləri apellyasiya şikayətlərinin digər dəlili isə onunla bağlı olmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin 25.10.2018-ci il tarixli qətnaməsi (İş № 2(103)-xxx/2018) ilə həmin iş üzrə həmin iş üzrə cavabdeh X2 iddiaçıya məxsus mübahisəli mənzilin 1 (dəhliz) və 2 (ayaqyolu) nömrəli tikililərindən çıxarılması qət edilmişdir. Cavabdehlərin qənaətinə görə mübahisəli evin iddiaçının mülkiyyətində olan hissəsi yalnız ayaqyolu və dəhlizdən ibarət olduğu üçün, iddia yalnız evin həmin hissələrinə münasibətdə rədd edilməli idi. Apell yasiya instansiyası məhkəməsi apellyasiya şikayətlərinin sözügedən dəlili ilə əlaqədar qeyd etmişdir ki, hazırkı mülki iş çərçivəsində iddiaçının mülkiyyətində olan mübahisəli ev dedikdə, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla iddiaçının mülkiyyətində olan faktiki sahə nəzərdə tutulmuşdur. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 1999-cu ildən mübahisəli evdə qeydiyyatda olmaqla yaşamışlar və iddiaçının ailə üzvləri kimi onların bu əmlaka istifadə hüquqları yaranmışdır. İddiaçı da məhz həmin hüquqa xitam verilməsini tələb edir. Mülki Məcəllənin 228.5-ci maddəsinin birinci cümləsinə görə, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Apellya siya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alaraq cavabdehlərin apellyasiya şikayətlərinin dəlillərini əsassız saymış və bu qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətlərinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya şikayətlərinin dəlilləri apellyasiya şikayətlərinin dəlilləri ilə əsasən eynilik təşkil edir və həmin dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən müfəssəl və düzgün hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. C avabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialın ın həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər t utulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin kassatorlara aid hissədə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin həmin hissədə ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şi kayətlərinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə mübahisələndirilən hissədə həmin kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli, 2(103)-xxx/19 saylı qətnaməsi mübahisələndirilən hissədə həmin kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-479/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-479/2020
28.01.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver