Məhkəmə qərarları › İş №2(102)-4792/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4792/2021

09.09.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4792/2021 09.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçınə və cavabdeh həmin Şirkətin Təhlükəsizlik İdarəsinə, müstəqil tələb irəli sürən üçüncü şəxs X6 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçınə və həmin Şirkətin Təhlükəsizlik İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ilk iddia - neft kəmərinin müha fizə zonasında qanunsuz tikilinin sökülməsi, qarşılıqlı iddia – tikilinin yenidən bərpa edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi, 3-cü şəxsin iddiası – tikilinin yenidən bərpa edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Abbaszadə Sima Elçin qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin nümayəndəsi X3, iddiaçının vəkili Vəkil, qarşılıqlı iddia üzrə cavabdehin vəkili Ələkbərova Aybəniz Nizami qızının, Cavabdeh1, cavabdehin vəkili X5, 3-cü şəxs X6 iştirakı ilə, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1183/2021 n ömrəli iş üzrə 12 aprel 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh SOCAR Təhlükəsizlik İdarəsi tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə 09 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əməkdaşları X13, X16 və X7 tərəfindən tərtib edilmiş 21.03.2020-ci il tarixli aktdan müəyyən edilir ki, Buzovna-Ramana Dş 250 mm-lik magistral neft kəmərinin 11-ci km-də, kəmərdən 37 metr aralı məsafədə, kəmərin mühafizə zonasında hasar tikintisi aşkar edilmişdir. Azərbaycan Respublikası Cavabdeh2 35 saylı komandasının rəisinin həmin Şirkətin Neft Kəmərləri İdarəsinə ünvanladığı 22.03.2020-ci il tarixli, 76 saylı bildirişdən müəyyən edilir ki, Təhlükəsizlik İdarəsinin 35 saylı komandasının mühafizə etdiyi Buzovna-Ramana Dş 250 mm-lik magistral neft kəmərinin 11-ci km-də, kəmərdən təqribən 37 metr aralıqda torpaq sahəsində hasarlama işləri aparılır. Özünü Rəsul kimi təqdim edən şəxs həmin torpaq sahələrinin müvafiq çıxarışlarının olduğunu bildirmiş, onlara məhəl qoymamış və işi davam etdirəcəyini bildirmişdir. Bununla bağlı müvafiq tədbirlərin görülməsi üçün təlimatın tələbləri əsasında sizə məlumat verilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında RX seriyalı ******* saylı, 09.02.2013-cü il tarixli **********13 reyestr nömr ə ilə qeydə alınmış çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu Ramana südçülük sovxozu ərazisində yerləşən 0,04 ha torpaq sahəsi Cavabdeh1 tərəfindən 05.09.2007-ci il tarixindən başlayaraq 604 nömrəli icarə müqaviləsi və 22.01.2013-cü il tarixli 3M-01-11 nömrəli icarə hüququnun alqı-satqı müqaviləsinə əsasən X2 almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında RX seriyalı ******* saylı, 02.08.2014-cü il tarixli **********20 reyestr nömrə ilə qeydə alınmış çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu Ramana südçülük sovxozu ərazisində yerləşən 0,22 ha torpaq sahəsi Cavabdeh1 tərəfindən 05.09.2007-ci il tarixindən başlayaraq 99 il müddətinə, 604 nömrəli icarə müqaviləsi və 27.01.2013- cü il tarixli 3M-01-12 nömrəli icarə hüququnun alqı-satqı müqaviləsinə əsasən X2 almışdır. Mülki işin materiallarında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında RX seriyalı ******* saylı, 03.05.2013-cü il tarixli **********49 reyestr nömrə ilə qeydə alınmış çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu Ramana südçülük sovxozu ərazisində yerləşən 0,07 ha torpaq sahəsi X12 tərəfindən 05.09.2007-ci il tarixindən başlayaraq 604 nömrəli icarə müqaviləsi və 27.01.2013-cü il tarixli 3M-01-43 nömrəli icarə hüququnun alqı-satqı müqaviləsinə əsasən X2 almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında RX seriyalı ******* saylı, 09.07.2013-cü il tarixli **********10 reyestr nömrə ilə qeydə alınmış çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu Ramana südçülük sovxozu ərazisində yerləşən 0,03 ha torpaq sahəsi Cavabdeh1 tərəfindən 05.09.2007-ci il tarixindən başlayaraq 604 nömrəli icarə müqaviləsi və 18.06.2013-cü il tarixli 3M-01-632 nömrəli icarə hüququnun alqı-satqı müqaviləsinə əsasən X4 almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında RX seriyalı ******* saylı, 23.07.2015-ci il tarixli **********40 reyestr nömrə ilə qeydə alınmış çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu Ramana südçülük sovxozu ərazisində yerləşən 0,083 ha torpaq sahəsi Cavabdeh1 tərəfindən 05.09.2007 -ci il tarixindən başlayaraq 604 nömrəli icarə müqaviləsi və 27.01.2013-cü il tarixli 3M-02-564 nömrəli icarə hüququnun alqı-satqı müqaviləsinə əsasən X2 almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında RX seriyalı ******* saylı, 13.12.2012-ci il tarixli **********75 reyestr nömrə ilə qeydə alınmış çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu Ramana südçülük sovxozu ərazisində yerləşən 0,07 ha torpaq sahəsi Cavabdeh1 tərəfindən 05.09.2007-ci il tarixindən başlayaraq 604 nömrəli icarə müqaviləsi və 13.07.2012-ci il tarixli 3M-02-586 nömrəli icarə hüququnun alqı-satqı müqaviləsinə əsasən X2 almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövl ət Reyestri Xidmətinin 4 saylı Ərazi idarəsi tərəfindən 08.06.2016-cı il tarixdə verilmiş torpaq sahəsinin plan və ölçüsündən müəyyən edilir ki, Abşeron rayonu Ramana südçülük sovxozu ərazisində yerləşən reyestr nömrəsi **********20 olan 0,022 ha torpaq sahəsinin hüquqi sahibi Cavabdeh1dur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi idarəsi tərəfindən 08.06.2016-cı il tarixdə verilmiş 071033 saylı torpaq sahəsinin plan və ölçüsündən müəyyən edilir ki, Abşeron rayonu Ramana südçülük sovxozu ərazisində yerləşən 0,07 ha torpaq sahəsi Cavabdeh1 istifadəsinə kənd təsərrüfatı təyinatlı torpaq olaraq verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətin in 4 saylı Ərazi idarəsi tərəfindən 08.06.2016-cı il tarixdə verilmiş 071035 saylı torpaq sahəsinin plan və ölçüsündən müəyyən edilir ki, Abşeron rayonu Ramana südçülük sovxozu ərazisində yerləşən 0,04 ha torpaq sahəsi Cavabdeh1 istifadəsinə kənd təsərrüfatı təyinatlı torpaq olaraq verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi idarəsi tərəfindən 08.06.2016-cı il tarixdə verilmiş 071036 saylı torpaq sahəsinin plan və ölçüsündən müəyyən edilir ki, Abşeron rayonu Ramana südçülük sovxozu ərazisində yerləşən 0,07 ha torpaq sahəsi X6 istifadəsinə kənd təsərrüfatı təyinatlı torpaq olaraq verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi idarəsi tərəfindən 02.07.2013-cü il tarixli AA № 054307 saylı torpaq sahəsinin plan və ölçüsündən müəyyən edilir ki, Abşeron rayonu Ramana südçülük sovxozu ərazisində yerləşən 0,033 ha torpaq sahəsinin hüquqi sahibi Cavabdeh1dur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi idarəsi tərəfindən 08.06.2016-cı il tarixdə verilmiş 071032 saylı torpaq sahəsinin plan və ölçüsündən müəyyən edilir ki, Abşeron rayonu Ramana südçülük sovxozu ərazisində yerləşən 0,022 ha torpaq sahəsi Cavabdeh1 istifadəsinə kənd təsərrüfatı təyinatlı torpaq olaraq verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi idarəsi tərəfindən 08.06.201 6-cı il tarixdə verilmiş 071034 saylı torpaq sahəsinin plan və ölçüsündən müəyyən edilir ki, Abşeron rayonu Ramana südçülük sovxozu ərazisində yerləşən 0,083 ha torpaq sahəsi Cavabdeh1 istifadəsinə kənd təsərrüfatı təyinatlı torpaq olaraq verilmişdir. Azərbaycan Respublikası “Müstəqil Məhkəmə Ekspertizası”nın 28 sentyabr 2020-ci il tarixli rəyindən müəyyən edilir ki, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın 6.3-cü maddəsinin və “Mühafizə Zonasının müəyyənləşdirilməsi Qaydaları”nın 4.1-ci maddəsinin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "xxxx"nin iddia ərizəsində tədqiq olunan torpaq sahəsindən neft kəmərinə qədər olan məsafənin 37 metr təşkil etdiyini nəzərə alaraq, Cavabdeh1 və X9 məxsus torpaq sahələrinin və həmin to rpaq sahələrinin döngə nöqtələri üzrə inşa edilmiş hasar tikilisinin neft mühafizə zonasına düşmədiyi müəyyən edilmişdir. Cavabdeh1 və X9 məxsus torpaq sahələrinin kənarına çəkilmiş hasar tikilisinin sökülməsi nəticəsində tikiliyə dəymiş ziyanın məbləği 15.522 manat təşkil edir. Xəzər rayon İH Başçısının müavini L.Əhmədova tərəfindən Cavabdeh1 ünvanlanan 27.08.2020-ci il tarixli məktubdan müəyyən edilir ki, ərizədə qeyd edilən əraziyə əməkdaşlar tərəfindən baxış keçirilmişdir, baxış zamanı icarənizdə olan 0.32 ha torpaq sahəsindən artıq torpaq sahəsinin istifadənizdə olduğu müəyyən edilmişdir. Həmin torpaq sahəsinə hasarın çəkilməsi üçün heç bir hüquqmüəyyənedici sənəd olmadığından və həmin ərazilər neft kəmərinin mühafizə zonasına aid olduğundan Dövlət Neft Şirkətinin əməkdaşları tərəfind ən sökülmüşdür. Neft Kəmərləri İdarəsinin vəkil Nümayəndə sorğusuna cavab olaraq verdiyi 09 iyul 2020-ci il tarixli cavab məktubunda qeyd edilir ki, qeyd edilən boru kəməri 1981-ci ildə istismara verilmişdir, həmin vaxtdan yeri dəyişdirilməmişdir. Kənd təsərrüfatı təyinatlı torpaq sahələrində mühafizə zonası boru kəməri oxunun hər tərəfdən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır. Qeyd edilən bu qayda vətəndaş Cavabdeh1 məxsus kənd təsərrüfatı təyinatlı torpağa da təyinatı üzrə istifadə etdiyi halda şamildir. Foto şəkillərdən içərisində qum-cınqıl yığılmış torpaq sahəsinin hasar divarlarının sökülmüş vəziyyətdə olduğu görünür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "xxxx" Cavabdeh 1 qarşı «neft kəmərinin mühafizə zonasında qanunsuz tikilinin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx"nin istismarında olan Buzovna-Ramana Dş 250 mm-lik magistral neft kəmərinin 11-ci km-də, kəmərdən 37 metr aralı məsafədə, kəmərin mühafizə zonasında Abşeron rayonu Ramana südçülük sovxozu ünvanında yaşayan Cavabdeh1 tərəfindən aparılan tikintinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "xxxx"nin balansında olan Buzovna-Ramana Dş 250 mm-lik magistral neft kəmərinin 11-ci km-də, kəmərdən 37 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Abşeron rayonu Ramana südçülük sovxozu ünvanında yaşayan Cavabde h1 tərəfindən həmin ünvanda hasarlama işlərinin aparıldığı aşkar edilmişdir. Neft boru kəmərləri strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayırmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər. Cavabdeh1 iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "xxxx"nə və həmin Şirkətin Təhlükəsizlik İdarəsinə qarşı tikilinin yenidən bərpa edilməsi, maddi və mənəvi ziyanın ödənilməsinə dair qarşılıqlı iddia tələbinə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tikilinin yenidən bərpa edilməsi vəzifəsinin iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "xxxx"nin üzərinə qoyulması, ona vurulmuş 40000 (qırx mi n) manat məbləğində maddi ziyanın, 30000 (otuz min) manat məbləğində mənəvi ziyanın, həmçinin ödədiyi 30 manat dövlət rüsumunun, ümumilikdə 70030 manat məbləğində pulun iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "xxxx"ndən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək tikilinin yenidən bərpa edilməsi vəzifəsinin iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "xxxx"nin və Azərbaycan Respublikası Cavabdeh2 üzərinə qoyulması, ona vurulmuş 40000 (qırx min) manat məbləğində maddi ziyanın, 30000 (otuz min) manat məbləğində mənəvi ziyanın, həmçinin ödədiyi 30 manat dövlət rüsumunun, ümumilikdə 70030 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq o na ödənilməsi barədə qətnamə qəbul edilməsini, qanuni mülkiyyətlərində olan tikilinin sökülməsi prosesini həyata keçirən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "xxxx"nin və Azərbaycan Respublikası Cavabdeh2 əməkdaşlarının əməllərində cinayət tərkibi olduğundan bu barədə prokurora məlumat verməklə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 2014-cü ilin yanvar ayından Bakı şəhəri Xəzər rayonu Ramana qəsəbəsində ümumilikdə 0,32 ha olan torpaq sahəsini icarə hüququ əsasında 99 il müddətinə icarəyə götürmüş və icarə hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi idarəsində qeydə alınmış və müvafiq çıxarış əldə etmişdir. Lakin 05 may 20 20-ci il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əməkdaşları heç bir sənəd və məhkəmə qərarı olmadan çəkilmiş hasarı söküb dağıtdırmışlar. Bununla da, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti öz vəzifə səlahiyyətlərini unudaraq müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini mənimsəyərək söküntü işləri ilə məşğul olmuşdur. Bundan başqa, iddia edilən hasar Buzovna-Ramana Dş 250 mm-lik magistral neft kəmərindən 37 metr məsafədə olması göstərilsə də, bəzi sahələrdə 42 metr uzaqlıqda yerləşir. Həmçinin, iddia edilən BuzovnaRamana Dş 250 mm-lik magistral neft kəməri ilə ona məxsus hasarın arasında eni 14 metr olan yerli əhəmiyyətli avtomobil yolu yerləşməkdədir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əməkdaşları tərəfindən tikililərin sökülməsi nəticəsində 400 00 manat məbləğində maddi ziyan və keçirdiyi gərgin əsəb stresləri nəticəsində ona ağır mənəvi iztirablara görə 30000 manat məbləğində mənəvi zərər dəymişdir. İş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs X12 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "xxxx"nə və həmin Şirkətin Təhlükəsizlik İdarəsinə qarşı tikilinin yenidən bərpa edilməsi, maddi və mənəvi ziyanın ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tikilinin yenidən bərpa edilməsi vəzifəsinin iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "xxxx"nin və Azərbaycan Respublikası Cavabdeh2 üzərinə qoyulması, tikilinin sökülməsi ilə əlaqədar ona qarşılıqlı iddiaçıya, həm də ona vurulmuş 40000 (qırx min) manat məbləğində maddi ziyanın, cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi ona vurulmuş 25 000 manat məbləğində mənəvi ziyanın, həmçinin ödədiyi 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini, qanuni mülkiyyətlərində olan tikilinin sökülməsi prosesini həyata keçirən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "xxxx"nin və Azərbaycan Respublikası Cavabdeh2 əməkdaşlarının əməllərində cinayət tərkibi olduğundan bu barədə prokurora məlumat verməklə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs iddia tələbini qarşılıqlı iddiaçının iddia tələbində göstərdiyi qaydada əsaslandırmışdır. Həmçinin qeyd edilmişdir ki, qarşılıqlı iddiaçının və 3-cü şəxsin torpaq sahələri icarə hüququ əsasında onlara məxsus olub, mübahisəli torpaq sahələridir. Abşeron Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva, iş № 2(012)-2082/2020) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "xxxx"nin Cavabdeh1 qarşı neft kəmərinin mühafizə zonasında aparılan tikintinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddianın və müstəqil tələb irəli sürən şəxsin iddia tələbinin qismən təmin edilməsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "xxxx"ndən və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Təhlükəsizlik İdarəsi”ndən müştərək qaydada 15522 manat maddi ziyana və 3000 manat mənəvi zərərə görə pul məbləği, rüsuma görə 40 manat məbləğində pulun alınması, 15522 manat məbləğində pulun Cavabdeh1 və X9 verilməsi, mənəvi zərərə görə alınan pul məbləğinin 1500 manatı və rüsuma görə 20 manat Cavabdeh1, 1500 manatı və rüsuma görə 20 manat isə X9 verilməsi, qarşılıqlı iddianın və müstəqil tələb irəli sürən 3-cü şəxsin iddialarının qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi cavabdeh-qarşılıqlı iddiaçı tərəfindən təqdim edilən “Müstəqil Məhkəmə Ekspertizası”nın 28 sentyabr 2020-ci il tarixli rəyinə əsasən müəyyən etmişdir ki, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın 6.3-cü maddəsinin və “Mühafizə Zonasının müəyyənləşdirilməsi Qaydaları”nın 4.1-ci maddəsinin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "xxxx"nin iddia ərizəsində tədqiq olunan torpaq sahəsindən neft kəmərinə qədər olan məsafənin 37 metr təşkil etdiyini nəzərə alaraq, Cavabdeh1 və X9 məxsus torpaq sahələrinin və həmin torpaq sahələrini n döngə nöqtələri üzrə inşa edilmiş hasar tikilisinin neft mühafizə zonasına düşmədiyi müəyyən edilmişdir. Bunu təkzib edən hər hansı sübut iş materiallarında mövcud deyildir. Məhkəmə ekspertin rəyi ilə razılaşaraq hesab etmişdir ki, mübahisəli hasar tikintisinin sökülməsi hər iki iddiaçıların izahatları ilə yanaşı, ekspertizanın qeyd edilən rəyi ilə, təqdim olunan foto şəkillərlə, iddiaçılar tərəfindən müxtəlif orqanlara bu barədə edilən müraciətlərə verilən cavablarla, habelə mülki işin materiallarında olan ilkin iddiaçı tərəfindən təqdim edilən Azərbaycan Respublikası Cavabdeh2 35 saylı komandasının rəisinin həmin Şirkətin Neft Kəmərləri İdarəsinə ünvanladığı 22.03.2020-ci il tarixli, 76 saylı bildirişlə hansı ki, həmin bildirişdə Təhlükəsizlik İdarəsinin 35 saylı komandasının mühafizə etdiyi Buzovna-Ramana Dş 250 mm-lik magistral neft kəmərinin 11-ci km-də, kəmərdən təqribən 37 metr aralıda torpaq sahəsində hasarlama işlərinin aparıldığı, özünü Rəsul kimi təqdim edən şəxsin həmin torpaq sahələrinin müvafiq çıxarışlarının olduğunu bildirməsi, onlara məhəl qoymaması və işi davam etdirəcəyini bildirməsi, bununla bağlı müvafiq tədbirlərin görülməsi üçün təlimatın tələbləri əsasında məlumat verilməsi barədə bildirişlə, bundan başqa, işin materiallarında olan Xəzər rayon İH Başçısının müavini L.Əhmədova tərəfindən Cavabdeh1 ünvanlanan 27.08.2020-ci il tarixli məktubla, hansı ki, ərizədə qeyd edilən əraziyə əməkdaşlar tərəfindən baxış keçirilməsi, baxış zamanı icarədə olan 0.32 ha torpaq sahəsindən artıq torpaq sahəsinin istifadədə olduğunun, həmin torpaq sahəsinə hasarın çə kilməsi üçün heç bir hüquqmüəyyənedici sənəd olmadığından və həmin ərazilər neft kəmərinin mühafizə zonasına aid olduğundan Dövlət Neft Şirkətinin əməkdaşları tərəfindən sökülmüşdür kimi məzmunda qeyd edilən məktubla və onların baş vermiş söküntü ilə bağlı müxtəlif orqanlara etdikləri yazılı müraciətlərə verilən cavablarla həm söküntünün baş verməsi, həm də söküntünün bilavasitə mühafizə zonasına nəzarəti həyata keçirən məsul şəxslər kimi DNŞ-nin Neft Kəmərləri İdarəsi və həmin şirkətin Təhlükəsizlik İdarəsi tərəfindən aparılması təsdiq olunur. Rəylə Cavabdeh1 və X9 məxsus torpaq sahələrinin kənarına çəkilmiş hasar tikilisinin sökülməsi nəticəsində tikiliyə dəymiş ziyanın məbləğinin 15522 manat təşkil etdiyi qeyd edilmiş, bunu təkzib edən hər hansı sübut olmadığından, məhkəmə vurulan ziyan ın 15 522 manat olmasını qəbul etmişdir. Cavabdeh1 və X6 iddia tələbləri ziyan tələbi hissəsində qismən təmin edildiyindən, onların iddia tələblərinin tikilinin bərpa edilməsi hissəsi istisna olunmaqla iddia tələbləri bu hissədə əsassız hesab edilmişdir. Qarşılıqlı iddia və müstəqil tələb irəli sürən şəxsin iddia tələbinin mənəvi zərər hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, mübahisəli torpaq sahəsində aparılan tikinti onların özləri tərəfindən birgə aparıldığından, söküntü işləri bilavasitə onların gözləri qarşısında aparıldığından bununla bağlı onların mənəvi zərər çəkmələri artıq labüddür. Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmm ədova və T.Quliyev, iş № 2(105)-1183/2021) cavabdeh Azərbaycan Respublikası Cavabdeh2 nümayəndəsi və vəkili Ələkbərova Aybəniz Nizami qızının və cavabdeh SOCAR İddiaçı nümayəndəsi Vasif Əmirovun apellyasiya şikayətləri təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin iş üzrə 10 noyabr 2020-ci il tarixli 2(012)-2082/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanunu və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)1183/2021 nömrəli iş üzrə 12 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətində göstərilmişdir ki, kəmərin mühafizə zonasında Cavabdeh1 heç bir hüquqmüəyyənedici sənəd olmadan tikinti işləri aparmışdır. Mübahisələndirilən tikintinin yerləşdiyi torpaq sahəsi ilkin iddia tələbi üzrə cavabdeh və müstəqil tələb irəli sürən 3-cü şəxsin təqdim etdikləri çıxarışlarla müəyyən edilmiş ərazid ən kənarda aparılmışdır. Tikinti aparılan torpaq sahəsi ilə icarə hüququnu təsdiq edən sənədlərdə göstərilən torpaq sahəsinin eyni ərazi olub-olmaması müəyyən edilməmişdir. Cavabdeh və üçüncü şəxsə məxsus olan torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Lakin sübutlarla müəyyən olunur ki, qum-çınqıl satışı ilə məşğul olurlar. Torpaqdan təyinatı üzrə istifadə edilməməsi Qaydaların 6.7-ci maddəsinin b bəndində qeyd edilən işlərdən kənar işlərin yerinə yetirilməsi səbəbindən həmin torpaq sahəsinə mühafizə zonası müəyyən edilərkən 50 metrlik məsafə nəzərə alınmalı və müvafiq yazılı razılıq alınmalı idi. Məhkəmələrin Xəzər Rayon İH Başçısının münavini L.Əhmədova tərəfindən Cavabdeh1 ünvanlanan 27.08.2020-ci il tarixli məktuba istinad etmələri əsassızdır. Məktub məhkəmə tərəfind ən ilkin iddia tələbi üzrə iddiaçının xeyrinə sübut kimi istifadə edilməli olduğu halda əksinə cavabdehin xeyrinə qərəzli olaraq nəzərə alınmışdır. İddiaçı söküntü işlərini həyata keçirmək üçün işçi qüvvəsi yoxdur. İdarənin əməkdaşları neftin nəqli üzrə ixtisaslaşmış işçilərdir. Söküntünün İddiaçı tərəfindən aparılmasına dair heç bir sübut yoxdur. Buna görə həm də həmin idarədən pul tutula bilməz. Apellyasiya instansiyası məhkəməsi iş üzrə həqiqətlərin müəyyən edilməsi üçün tikinti aparılan torpaq sahəsi ilə icarə hüququnu təsdiq edən sənədlərdə göstərilən torpaq sahəsinin eyni ərazi olub-olmaması, həmin ərazinin kənd təssərrüfatı təyinatı üzrə istifadə edilib-edilməməsi, müstəqil ekspert rəyinə etiraz edildiyi halda həmin ərazinin borcu kəmərlərinin mühafizə zonasına düşüb-düşməməsi, vuru lmuş ziyanın məbləği barədə məhkəmə ekspertizası təyin etməli idi. Qarşılıqlı iddia üzrə cavabdeh SOCAR Təhlükəsizlik İdarəsi (vəkil Ələkbərova Aybəniz Nizami qızı) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)1183/2021 nömrəli iş üzrə 12 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətində göstərilmişdir ki, hazırkı iş üzrə SOCAR Təhlükəsizlik İdarəsinin qarşılıqlı iddia üzrə cavabdeh qismində işə cəlb olunması kobud prosessual pozuntudur və buna görə cavabdehlərin siyahısından çıxarılmalıdır. Tikilinin cavabdehlər tərəf indən sökülməsini sübut etmək qarşılıqlı iddiaçının vəzifəsidir. Qarşılıqlı iddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, tələbinin əsaslı olmasını təsdiq edən və cavabdehlərin ona qarşı hər hansı qanuna zidd hərəkətlərinin olub-olmaması və bunun nəticəsində həqiqətən də iddiaçıya zərərin vurulmasını təsdiq edən möhtəbər sübutları məhkəməyə təqdim edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının nümayəndəsi X8, iddiaçının vəkili Vəkil məhkəmə iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Qarşılıqlı iddia üzrə cavabdeh SOCAR Təhlükəsizlik İdarəsinin vəkili Ələkbərova Aybəniz Nizami qızı kass asiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Cavabdeh1, vəkili X1 şikayətlərinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq 3-cü şəxs X6 izahatı dinlənilməmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instans iyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh kassasiya şikayəti vermiş, qətnamənin tam ləğv olunmasını xahiş etmişlər. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 180.4-cü maddəsinə görə tikinti məqsədl əri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 560.1.-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2.-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması(zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəb t edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.11-ci bəndinə görə Boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərin aparılması qadağandır: Həmin Qaydaların 7-ci bəndinə gör ə boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə “50 metr” keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Mənəvi zərərin ödənilməsi barədə qanunverciliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarının 8-ci bəndinə görə plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsind ə baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin qərarın 10-cu bəndinə görə plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alın malıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasi ya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kim i qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh SOCAR Təhlükəsizlik İdarəsi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasın ın 2(105)-1183/2021 nömrəli iş üzrə 12 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar