Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4793/2021 12.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh1 Zeynəddin oğluna və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4793/21 (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi barədə) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu sədrlik edən, məruzəçi, Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı vəkili Vəkil1, Cavabdeh: Cavabdeh1 və vəkili Vəkil2, Cavabdeh: "xxxx" MMC-nin vəkili X2 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 mart 2021-ci il tarixli, 2(105) -782/2021 saylı qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti üzrə işə 12 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı Oktyay oğlu məhkəmədə Cavabdeh1 və digərlərinə qarşı iddia qaldıraraq, "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 24 avqust 2011-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, ünvan 1 ünvanda, çoxmərtəbəli yaşayış evinin, 2-ci blok, 6-cı mərtəbəsində yerləşən, 2 otaqlı, ümumi sahəsi 84,0 kv.metr olan 66 saylı mənzilə dair sahiblik, istifadə və sərəncam vermək hüququnun tanınması, həmin mənzilin ona təhvil verilməsi və təmirlə bağlı manelərin aradan qaldırılması öhdəliyinin "xxxx" MMC üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edib. Eyni zamanda Cavab deh1 məhkəmədə cavabdeh Fədai Əkbərova və digərlərinə qarşı qarşılıqlı iddia verərək, "xxxx" MMC ilə Fədai Əkbərov arasında ünvan 1 ünvanda, çoxmərtəbəli yaşayış evinin, 2-ci blok, 6-cı mərtəbəsində yerləşən, 2 otaqlı, ümumi sahəsi 84,0 kv.metr olan 66 saylı mənzilə dair bağlanmış 14 mart 2009-cu il tarixli müqavilənin və 12 may 2009-cu il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Abşeron Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim H.Y.Əhmədov) ilk iddia qismən təmin, qarşılıqlı iddia rədd edilərək, "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 24 avqust 2011-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, "xxxx" MMC üz ərinə ünvan 1 binanın 66 saylı mənzilini Fədai Əkbərova təhvil verilməsi və təmirlə bağlı maneələrin aradan qaldırılması öhdəliyinin "xxxx" MMC üzərinə qoyulması və qalan hissədə ilk iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, ünvan 1 binanın 66 saylı mənzilinə dair İddiaçıla 14 mart 2009-cu il tarixli, Cavabdeh1lə 24 avqust 2011-ci il tarixli müqavilələr bağlayıb. "xxxx" MMC tərəfindən mənzilin pay haqqını tam məbləğdə ödəmələrinə dair İddiaçı adına 12 may 2009-cu il tarixli, Cavabdeh1 adına 24 avqust 2011-ci il tarixli maliyyə arayışları verilib. Abşeron Rayon Məhkəməsinin 08 oktyabr 2012ci il tarixli qətnaməsi ilə Cavabdeh1 "xxxx" MMC qarşı “bildirişin etibarsız hesab edilməsi, öhdəliyin yerinə yetirilməsinin "xxxx" MMC həvalə e dilməsi” barədə ilk iddiası qismən təmin, "xxxx" MMC Cavabdeh1 qarşı “müqavilənin ləğv edilməsi və öhdəliyə xitam verilməsi” barədə qarşılıqlı iddiası rədd edilərək, mənzilin Cavabdeh1 təhvil verilməsi vəzifəsinin "xxxx" MMC həvalə edilməsi və ilk iddianın qalan hissədə rədd olunması qət edilib. Sonradan "xxxx" MMC apellyasiya şikayətinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 yanvar 2013-cü il tarixli qətnaməsi ilə sözügedən qətnamə qismən- qeyd olunan mənzilin Cavabdeh1 təhvil verilməsi vəzifəsinin "xxxx" MMC üzərinə qoyulması hissəsində ləğv edilib, həmin hissədə ilk iddia rədd olunub, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılıb. Ali Məhkəmənin Mülki Kollegiyasının 29 iyul 2013-cü il tarixli qərarı ilə isə sözügedən qətnamə qarşılıqlı iddianın rədd olunması hi ssəsində dəyişdirilmədən saxlanılıb. Göründüyü kimi sözügedən mənzil İddiaçı məxsusdur və mənzilin pay haqqı onun tərəfindən ödənilib. 2015-2016-cı illərdə Fədai Əkbərov tərəfindən mənzilə dəmir qapı qoyulub, orada elektrik, qismən də olsa təmir işləri aparılıb. Bununla da İddiaçı mənzilə sahiblik, istifadə hüququ əldə edib və o, mənzilə mülkiyyət hüququ ilə bağlı “qanuni gözləntiyə” malik olub. Mənzilə dair Fədai Əkbərovla bağlanmış müqavilə qüvvədə olduğu halda, eyni mənzilə dair Cavabdeh1lə də müqavilə bağlanması qanuni sayıla bilməz. Digər tərəfdən Cavabdeh1 iradə ifadəsi heç də "xxxx" MMC mənzil əldə etməyə yönəlməyib, müqavilə əslində "xxxx" MMC ilə X1 arasında bağlanmış “Birgə təsərrüfat fəaliyyəti haqqında” müqavilənin şərtinə uyğun olaraq binanın tikintisi başa çatdıqdan sonra T ale Allahverdiyevə çatacaq payın bir hissəsinin təminatı olaraq görünüş üçün bağlanmaqla yalan əqddir. Bundan başqa İddiaçı fərqli olaraq Cavabdeh1 "xxxx" MMC mənzilin pay haqqını tam məbləğdə ödəməsinə dair ciddi hesabat blankı (mədaxil qəbzi) yoxdur və mənzil ona təhvil verilməyib. Müxtəlif vaxtlarda bağlanmış müqavilələrdə mənzilin dəyərinin biri-birindən kəskin şəkildə fərqlənməsi də Cavabdeh1lə sözügedən müqavilənin görünüş üçün bağlandığını və mənzilə görə pul ödənişinin sonuncu tərəfindən reallıqda həyata keçirilmədiyini təsdiq edir. Ona görə də ilk iddia qismən təmin, qarşılıqlı iddia rədd olunmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 157.8, 178.8, 324.1, 337.1, 340.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandı rıb. Cavabdeh1 apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər L.M.Məmmədova sədrlik edən, məruzəçi, G.F.Tağızadə və T.O.Quliyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Abşeron Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi ilk iddianı qismən təmin, qarşılıqlı iddianı rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblər ini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 324.1, 337.1, 340.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olm ayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh1 və vəkili Ramiz İbrahmov kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı vəkili Vəkil1 və cavabdeh "xxxx" MMC-nin vəkili Fərhad Kərimov məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatlarında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də üzrsüz səbəbdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştir akları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Əqdlərin etibarsız sayılması üçün əsaslar Mülki Məcəllənin 337-349-cu maddələrində təsbit edilib göstərilib. Həmin Məcəllənin 337.1, 337.2 və 337.4-cü maddələrinin mənasına görə, bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əq də onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki halların ı araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməs inin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, işin mübahisə olunmayan hallarına görə, ünvan 1 bina "xxxx" MMC tərəfindən inşa edilib, sonuncu həmin binanın 66 saylı mənzilinə dair İddiaçıla 14 mart 2009-cu il tarixli, Cavabdeh1lə isə 24 avqust 2011-ci il tarixli müqavilələr bağlayıb. "xxxx" MMC tərəfindən mənzilin pay haqqını tam məbləğdə ödəmələrinə dair İddiaçı adına 12 may 2009-cu il tarixli, Cavabdeh1 adına 24 avqust 2011-ci il tarixli maliyyə arayışları verib. Abşeron Rayon Məhkəməsinin 08 oktyabr 2012-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 "xxxx" MMC qarşı “bildirişin etibarsız hesab edilməsi, öhdəliyin yerinə yetirilməsinin "xxxx" MMC həva lə edilməsi” barədə ilk iddiası qismən təmin, "xxxx" MMC Cavabdeh1 qarşı “müqavilənin ləğv edilməsi və öhdəliyə xitam verilməsi” barədə qarşılıqlı iddiası rədd edilərək, mənzilin Cavabdeh1 təhvil verilməsi vəzifəsinin "xxxx" MMC həvalə edilməsi və ilk iddianın qalan hissədə rədd olunması qət edilib. Sonradan "xxxx" MMC apellyasiya şikayətinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 yanvar 2013cü il tarixli qətnaməsi ilə sözügedən qətnamə qismən- qeyd olunan mənzilin Cavabdeh1 təhvil verilməsi vəzifəsinin "xxxx" MMC həvalə edilməsi hissəsində ləğv edilib, həmin hissədə ilk iddia rədd olunub, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılıb. Ali Məhkəmənin Mülki Kollegiyasının 29 iyul 2013-cü il tarixli qərarı ilə isə sözügedən qətnamə qarşılıqlı iddianın rədd olunması h issəsində dəyişdirilmədən saxlanılıb. Göründüyü kimi "xxxx" MMC sözügedən mənzilə dair həm İddiaçıla, həm də Cavabdeh1lə müqavilələr bağlayıb və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə "xxxx" MMC-nin Cavabdeh1 qarşı “müqavilənin ləğv edilməsi və öhdəliyə xitam verilməsi” barədə iddia tələbləri əsassız olduğundan rədd edilib, yəni sonuncu ilə bağlanmış müqavilələrinin etibarlılığı artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə yoxlanılıb. Apellyasiya instansiyası məhkəməsi bu hala diqqət yetirməyib və mülki prosessual qanunvericiliyə görə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin-qətilik; müstəsnalıq; preyudisiallıq, icraedilənlik və məcburilik kimi keyfiyyətləri özündə ehtiva etməsini nəzərə almayıb. Məhkəmə qətnaməsinin qətiliyi dedikdə-qətnamənin qanuni qüvvəyə minməsindən sonra ondan şikayət vermək imkanının olmaması başa düşülür; Məhkəmə qətnaməsinin müstəsnalığı- artıq həll olunmuş mübahisə üzrə təkrar məhkəmədə eyni iddianın qaldırılmasının, ona baxılmasının və mübahisələndirilməsinin yolverilməzliyini nəzərdə tutur; Məhkəmə qətnaməsinin preyudisiallığı dedikdə- əvvəl baxılmış bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş halların işə baxan məhkəmə və işdə iştirak edən şəxslər üçün məcburi olması başa düşülür; Məhkəmə qətnaməsinin icraedilənlik xüsusiyyəti ondan ibarətdir ki, qəbul edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıd ır. Eyni hüquqi mövqe Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsində də təsbit edilib göstərilib. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, qanuni qüvvəyə minmiş Abşeron Rayon Məhkəməsinin 08 oktyabr 2012-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş faktlar İddiaçı münasibətdə preyudisiallıq daşımasa da, qətilik; müstəsnalıq; icraedilənlik və məcburilik baxımından hazırki işdə iştirak edən şəxslər, o cümlədən İddiaçı üçün əhəmiyyət daşıyır. Digər tərəfdən nəzərə almaq lazımdır ki, hər bir əqdin əsas məqsədi və yönümü hüquqi nəticə əldə olunmasından ibarətdir. Hüquqi nəticəyə səbəb olmaq üçünsə əqdin etibarlı olması tələb edilir. Əqd etibarlı olduqda gözlənilən hüquqi nəticə əmələ gəlir. Əqd isə ancaq müəyyən tələblər əsasında etibarlı ola bilər. Mülki qanunvericilikdə əqdi n etibarlı olması şərtləri dörd qrupa bölünüb: əqdin subyekt tərkibinə aid edilən şərtlər (yəni əqdi bağlamış şəxslər həmin əqdi bağlamaq üçün fəaliyyət qabiliyyətinə malik olmalıdır), əqdin məzmununa aid olan şərtlər (yəni bağlanmış əqd qanuni olmalı, qanunvericiliyin tələblərinə uyğun gəlməlidir), əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid olan şərtlər (tərəflər nə istədiklərini və bunun üçün nə etdiklərini aydın dərk etməlidirlər), əqdin formasına aid edilən şərtlər (yəni, bağlanmış əqd şifahi, sadə yazılı və ya notarial qaydada təsdiqlənməli olmasına riayət edilməlidir). Bu şərtlərin hamısı olduqda bağlanmış əqd etibarlı olur və əqd üzrə tərəflər üçün hüquqi nəticələr doğurur. Lakin göstərilən şərtlərdən birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Mülki Məcəllənin 32 4.1-ci maddəsində isə əqdin ümumi anlayışından bəhs olunur. Həmin maddəyə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin anlayışından da göründüyü kimi, əqdin əsasında mülki hüquq subyektlərinin iradəsi və həmin iradənin ifadəsi dayanır. İradə insanın öz qarşısına qoyduğu məqsədə nail olmaq qabiliyyətində özünü göstərən insan psixikasının xüsusiyyətidir. İnsanın daxili aləmində əmələ gəlmiş istəyə əsaslanan iradə həmin istəyin gerçəkləşdirilməsi üçün ifadə edilir. Əqdin etibarsızlığı dedikdə- Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır (Mülki Məcəllənin 337.1-ci maddəsi). Əhəmiyyətsiz əqd isə məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.3, 337.4-cü maddələri). Həmin Məcəllənin 390.1-ci maddəsində isə göstərilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Əqdlərin etibarsızlığına səbəb ola biləcək şərtlər isə Mülki Məcəllənin 337-354-cü maddələrində əhatə olunub. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi, Ca vabdeh1lə "xxxx" MMC arasında sözügedən müqavilədən əmələ gələn münasibətlərə sadalanan maddələrin tələbləri baxımından düzgün hüquqi qiymət verməyib və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktları yenidən yoxlayıb. Belə ki, sözügedən qətnamə üzrə müəyyən edilib ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında podrat müqaviləsi bağlanıb, sonuncu "xxxx" MMC mənzil tikintisini sifariş edib, sonuncu isə sifarişi qəbul edib və razılaşdırılmış muzd mənzil tikintisi üçün lazım olan material fomasında (sement və buldozer) ödənilib. Cavabdeh1 adına verilmiş maliyyə arayışında da muzdun ödənilməsi təsdiq olunur və "xxxx" MMC müqavilə üzrə öhdəliklərini icra etməyib. Ona görə də Cavabdeh1 iddiası təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi, Cavabdeh1lə "xxxx" MMC arasında bağl anmış müqavilənin yalan əqd olmaqla, başqa əqdi pərdələmək məqsədi ilə bağlanması qənaətinə gəlsə də, gəldiyi nəticəni Mülki Məcəllənin 340.2-ci maddəsinin tələbləri baxımından da kifayət qədər əsaslandırmayıb və həmin əqdin başqa hansı əqdi pərdələməsini qətnamədə göstərməyib və son nəticədə onların həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydaları tətbiq etməyib. Halbuki, həmin maddənin mənasına görə, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Yalan əqddə tərəflər əslində görünən müqavilədən başqa bir müqavilə barədə razılığa gəlmiş olurlar, lakin görünən əqdlə həmin müqaviləni p ərdələləyirlər. Beləcə, tərəflər xarici aləmə (üçüncü şəxslərə) qarşı əslində istəmədikləri bəyanları ilə meydana gələn müqavilə ilə görünməyi, amma gerçəklikdə başqa bir müqavilənin bağlanmasını arzu edir və bu xüsusda anlaşırlar. Bu səbəbdən, pərdələyən əqd əhəmiyyətsizdir və heç bir hüquqi nəticə yaratmır. O da nəzərə alınmalıdır ki, pərdələnən (gizli) müqavilə etibarlılıq şərtlərinə (forma, səlahiyyətli orqanın təsdiqi və s.) cavab vermirsə həmin əqd də etibarlı sayılmır (Mülki Məcəllənin 340.2-ci maddəsinin sonuncu cümləsi). Apellyasiya instansiyası məhkəməsi, qeyd olunan maddənin təfsirində səhvə yol verərək, bir tərəfdən sözügedən müqavilənin yalan əqd olmaqla, başqa əqdi pərdələmək, yəni "xxxx" MMC ilə X1 arasında bağlanmış “Birgə təsərrüfat fəaliyyəti haqqında” müqavilənin şərtinə uyğun olaraq binanın tikintisi başa çatdıqdan sonra Tale Allahverdiyevə çatacaq payın bir hissəsinin təminatı olaraq görünüş üçün bağlanmaqla əhəmiyyətsiz əqd olduğu qənaətinə gəlsə də, digər tərəfdən onların həmin müqaviləni bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydaları tətbiq etməməklə sözügedən maddənin tələblərini pozub. Bundan başqa, işdən görünür ki, mübahisəli mənzilə dair Cavabdeh1lə "xxxx" MMC arasında 2012-ci il tarixdən çoxsaylı məhkəmə çəkişmələri davam etməsinə baxmayaraq, sonuncu həmin mənzilə dair 14 mart 2009-cu il tarixdə İddiaçıla müqavilə bağlamasını və mənzili ona təhvil verməsini işə baxan məhkəmələrdən gizlədib və bu barədə lazımi sübutları vaxtında məhkəməyə təqdim etməyib. Apellyasiya instansiyası məhkəməsi, bu hala əhəmiyyət vermədən, mübahisəli mənzilə dair İddiaçıla bağlanmış müqavilinin qanunilyini lazımi qayadada yoxlamadan və bu barədə Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət vermədən, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah et məlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyə olunub. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş həqiqi hallarını və sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 mart 2021-ci il tarixli, 2(105)-782/2021 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir
Məhkəmə qərarları › İş №2(102)-4793/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4793/2021
12.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver